Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-746/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu Məhkəmə iclas katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1971-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olmaqla, Füzuli rayonu, Qayıdış qəsəbəsi, fərdi nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 05 avqust 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,370 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd gümüşü rəngli kağız bükümdə əldə edərək əynində olan boz rəngli idman şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 13:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda saxlanılaraq ünvan 2rləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 14:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,370 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun qalmağa yeri olmadığından avtobus dayanacağında enərək irəlidə polis bölməsinin olduğu görərək bölməyə daxil olmuş, bölmənin içərisində polis əməkdaşlarının əyləşdiyini görmüşdür. Bölmədə mülki formada olan Anar adlı şəxs ona yaxınlaşaraq nə axtardığını soruşmuş, o isə qalmağa yerinin olmadığını, sığınacaq axtardığını bildirmişdir. Bundan sonra Anar onu dəvət edərək sığınacaq verəcəyini bildirmiş, ona yemək, su və siqaret alıb verərək bildirmişdir ki, onu təcridxanaya göndərəcək, orada 3-4 ay qalandan sonra buraxılacaqdır. Həmçinin ona 500 manat da pul verəcəkdir. Daha sonra Anar ona yaxınlaşıb siqaret kağızına bükülmüş maddəni vermiş, həmin maddəni sağ cibinə qoymasını tələb etmiş, çəkiliş həyata keçirilən zaman çıxarıb təqdim etməyini bildirmiş, o da çəkiliş zamanı çıxarıb həmin maddəni təqdim etmişdir. Ona verilmiş suallara cavab olaraq barəsində həbs qətimkan tədbiri seçilərkən yanında polislər olduğu üçün qorxduğundan bu barədə məhkəməyə heçnə bildirmədiyini, ona təyn edilmiş müdafiəçiyə və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün müstəntiq tərəfindən verilmiş vəsatətə prokuror tərəfindən baxılarkən prokurora da heçnə demədiyini bildirmişdir. Daha sonra ona verilmiş suallara cavab olaraq 2022-ci ilin dekabr ayına qədər cəzasını ciddi rejimli 15 saylı Cəzaçəkmə Müəssisəində çəkdiyini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci ilin dekabr ayında qəbul edilmiş qərarı ilə ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli 6 saylı cəzaçəkmə müəssisəsinə keçirildiyini, 2023-cü ilin yanvar ayının 14-dən cəzasını 6 saylı ümumi rejimli Cəza Çəkmə müəssisəsində çəkdiyini, xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin hakimi Mətanət Hacıyevanın qərarı ilə qalan cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyini, xx.xx.2024-cü il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ona elan edilmiş ittihamda özünü təqsirli bilir. O, 05 avqust 2024cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanın yaxınlığında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddənin olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu ünvan 4 ünvanında yerləşən 6-cı PB-nə dəvət etmişlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və orada ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Ondan sonra boz rəngli idman şalvarının ciblərini açmağı tələb olunduqda hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Ondan üzərindən aşkar olunmuş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş halda büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu bildirmişdir. O, həmin psixotrop maddə olan “metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin psixotrop maddə olan “metamfetamin” polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokoltərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.” Təqsirləndirilən şəxsin qeyd edilən ifadəsi özü və müdafiəçisi tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə xəstə olduğunu bildirməklə barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 6cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və ya psixotrop vasitə əldə edərək üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 05 avqust 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 7 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq narkotik maddə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirməklə sonuncunu ünvan 4 ünvanında yerləşən 6-cı PB-nə dəvət etmişlər. Bölmədə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metamfetamini təqdim etmiş və həmin maddəni Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanan zaman heç bir müqavimət göstərməmişdir, həmçinin Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada təzyiq ya təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 05 avqust 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 7 ünvanı yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Binəqədi RPİ-nin 6cı PB-nə gətirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Binəqədi RPİ-nin 6-cı bölməsində təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin zaman üzərində olan psixotrop maddəni təqdim edərək həmin maddəni Nəsimi rayonu, Papanin adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir formada təzyiq ya təsir olmamışdır. Təqsirləndirilən şəxs bölməyə gəlib ondan sığınacaq istəməsi, ona guya 500 manat pul verəcəyinə dair təqsiləndirilən şəxsin bildirdiklərinin yalan olduğunu qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat saat 13:00-da çübhəli şəxs qsimində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümün içərisində “metamfetamin” olduğunu, psixotrop maddədən istifadə etdiyini, həmin madddəni xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Papanin adlanan ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,46 qram təşkil etmişdir. xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/3993 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 175” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs “imza”: Müdafiəçi: “imza” Hüseynov T.T.; Şahid2; “imza” Şahid1; Təhqiqatçı: “imza” Ş.Nurəliyev yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,370 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, 0,370 qram maddə qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş, 0,320 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni Nəsimi rayonu, Papanin adlanan ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, 05 avqust 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 7 ünvanı yaxınlığında saxlanılaraq bölməyə gətirildiyini bölmədə şəxsi axtarış zamanı üzərindən psixotrop maddə aşkar edildiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçi imza etmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni Nəsimi rayonu, Papanin adlanan ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, 05 avqust 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 7 ünvanı yaxınlığında saxlanılaraq bölməyə gətirildiyini bölmədə şəxsi axtarış zamanı üzərindən psixotrop maddə aşkar edildiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçi imza etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-581/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05 avqust 2024-cü il tarixdən, saat 13:00-dan hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 143.4cü maddəsi ilə təqsirli bilinərək əmlakı müsadiə olunmaqla 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli qərarı ilə 1 il 11 ay 29 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa o Beyləqan Rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə həmin zaman qüvvədə olan Cinayət Məcəlləsinin 93-7.2-ci maddəsi ilə təqsirli bilinirək 3 il 5 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan baqşa Bakı şəhəri Nərimanov Rayon Məhkəəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən 177.1-ci maddəsinə tövsif edilərək Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzaının çəkilməmiş 1 il 11 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-503/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(007)-1322/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinə əsasən məhkum edildiyi 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarın icrası barədə göstəriş məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair 09 dekabr 2022-ci il tarixli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Məssisəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)-900/2023 nömrəli qərarından görünür ki, Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilərək məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-626/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-503/2018 saylı hökmü ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay, 04 (dörd) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli “DVD-R diskə üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümün içərisində “metamfetamin” olduğunu, psixotrop maddədən istifadə etdiyini, həmin madddəni xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Papanin adlanan ərazidən üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,46 qram təşkil etmişdir. Daha sonra psixotrop maddə qaba qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında maddi sübut kimi tanınmış diskə baxış keçirilmiş və diskdə olan video görüntü xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol ilə uyğunluq təşkil etmişdir. Eyni zamanda həmin videodan görünür ki, şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmazdan əvvəl müdadəçi qismində dəvət edilmiş X1 cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsinə gətiriləkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq, hədə-qorxu olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6443 nömrəli Ambulator X2 rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamışdır, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə 0,370 qram olaraq nəzərə alınmış və tədqiqatdan sonra qalıq qalmış 0,320 qramı maddi sübut kimi tanınmış, saxlanılması üçün Binəqədi RPİ-nin anbarına təhvil verilmiş, həmçinin şəxsi axtarış və götürmə prosesini əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-848/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırlıq iclasının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və psixotrop maddəni polis əməkdaşların tələbindən sonra cibinə qoyub təqdim etməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun sözügedən məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında maddi sübut kimi tanınmış və şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış video-görüntüyə baxış zamanı qeydə alınmış videogörüntünü əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağ yan cibindən bir ədəd bükümü könüllü olaraq çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün işərində “şüşə” deyilən metamfetamin olduğunu, özünün istifadəsi üçün Nəsimi rayonu “Papanin” kimi adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını, özünün istifadəşisi olduğunu bildirmiş, tərtib edilmiş protokolu özü, müdafiəçisi və digər iştirakşılar imzalamışdır. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş şahidlər Şahid2 və Şahid1 eyni məzmunlu ifadələr verərək bildirmişlər ki, Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 7 ünvanı yaxınlığında saxlanılaraq bölməyə gətirilmiş və bölmədə üzərində olan psixotrop maddəni təqdim etmiş, həmçinin həmin maddəni Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şahidlərin verdiyi ifadələr digər iş materiallarına uyğun olmuş, təqsirləndirilən şəxsin bildiriklərinin əksinə iş materialları ilə ziddiyyət təşkil etməmişdir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələr də şahidlərin məhkəmə iclasında bildirdikləri ilə üst-üstə düşür. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsiləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrində Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimata xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında o izahatında ona elan edilmiş ittihamda özünü təqsirli bilirək əvvəllər AR CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunduğunu, həmin cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyini, əməlindən səmimi peşman olmasını, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verməsini nəzərə alaraq barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən də üzərindən aşkar olunmuş psixotrop maddənin ona məsus olmaması barədə hər hansı nüansı bidirməmiş, bunun tam əksi ona verilmiş ittihamda özünü təqsirli bilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş sayılır. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1.4-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.5-2, 197.1.6—197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, AR CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Həmin qərarın 20-ci bəndində isə göstərilmişdir ki, “cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.” Məhkəmə araşdırması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir və sonuncunun əməllində cinayətlərin resdivi vardır. Məhkəmə AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-503/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının 1 il 11 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azad edildiyi göstərilmişdir. Məhkəmən hesab edir ki, tələbnamədə təqsirləndirilən şəxsin cəzadan şərti olraq vaxtında əvvəl azad edilmə tarixi səhv olaraq göstərilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(007)-1322/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinə əsasən məhkum edildiyi 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 7(007)-900/2023 nömrəli qərarı ilə Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilərək məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmiş, daha sonra həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 7(007)-626/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-503/2018 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay, 04 (dörd) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs da məhkəmə iclasında verdiyi ifadəsində ona təyin edilmiş cəzadan 2024-cü ilin iyul ayında azad edildiyini bildirmişdir. Görünüdüyü kimi faktiki olaraq Təqsirləndirilən şəxs ona təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasından xx.xx.2024-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs əməlində residivin müəyyən edilməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-503/2018 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasının əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmaqla 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-626/2024 nömrəli qərarı ilə 5 (beş) ay, 04 (dörd) gününü çəkməkdən vaxtından əvvəl şərti azad edildiyindən, hazırki halda məhkumluğun ödənilməsi müddəti əsas cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablandığı üçün Təqsirləndirilən şəxs qeyd olunan azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu xx.xx.2031-ci il tarixdə ödənilmiş hesab olunacaqdır. Lakin Təqsirləndirilən şəxs məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilməsindən 8 il müddət keçməmiş yenidən qəsdən cinayət törətmiş, bununla da sonuncunun əməlində cinayətlərin residivi yaranmışdır. Beləlilklə, məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, əməlində cinayətin residivinin olması nəzərə alınmaqla sanskiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli (AR CM 65.2), Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətdiyindən barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-626/2024 saylı qərarı ilə məhkum edildiyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməli (AR CM 76.6.3), Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-503/2018 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli (AR CM 67.1), onun hazırkı cinayət iş üzrə həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilərək cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (AR CM 56.1.3), onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli (AR CM 93.1.2), iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatın sonra qalıq qalmış 0,320 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM 132.1.1), iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı (CPM 132.1.6), iş üzrə ekspert xərci ondan tutularaq müvafiq xərc çəkmiş dövlət orqanının hesabına keçirilməlidir (CPM 198.1). «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 318, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-626/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-503/2022 nömrəli hökmü ilə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay, 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-503/2022 nömrəli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay, 04 (dörd) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 (bir) il, 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 05 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,320 qram çəkidə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-746/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-746/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver