Məhkəmə qərarları › İş №1(001)-748/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-748/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-748/2022 14.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakı ilə 02 dekabr 1993-cü il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında «Hyundai İ- 30» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən «Nizami» metrostansiyasının yaxınlığında hərəkətdə olarkən, orada Zərərçəkmiş şəxs sərnişin qismində avtomobilinə mindirdikdən sonra, sonuncunun cinsi azlıq nümayəndəsi olduğunu bilib, tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində Zərərçəkmiş şəxsla otellərin birində istirahət etmək adı ilə sonuncunu Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Axundov adına parkın yaxınlığında idarə etdiyi avtomobilinə mindirib,ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin qarşısına gətirərək, haqqında rüsvayedici məlumatlar yaymaqla, cinsi azlıq nümayəndəsi olması barədə həmin bölməyə müraciət edib, təhvil verəcəyi ilə hədələyib Zərərçəkmiş şəxs 5 000 (beş min) manat məbləğində pulu hədə qorxu gələrək tələb etmiş, sonuncu isə yaxın qohumları tərəfindən ifşa olunacağından ehtiyyat edib istifadəsində olan mobil telefonu ona vermiş, o, isə «Bir bank» mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus 5239 1515 1118 9006 saylı bank kartında olan 680 manat məbləğində pul vəsaitini öz istifadəsində olan 5153 0714 5332 0836 saylı bank kartına köçürməklə ələ keçirmiş, pulun qalan hissəsini isə əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə Bakı şəhəri, Səbail rayonu, Cəfərov qardaşları 11 ünvanda yerləşən «Cavahir» restoranına gətirmiş və həmin yerdə Zərərçəkmiş şəxs fürsət tapıb DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, cinayət barədə məlumat verdikdən sonra o, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş CM-in 182.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti pis olduğu üçün icarə qaydasında idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nişanlı, «Hyundai i30» markalı avtomobillə taksi fəailiyyəti ilə məşğul olurmuş.10 iyun 2022-ci il tarixdə gecə saatlarında «Uber» mobil tətbiqi vasitəsi ilə daxil olmuş sifariş əsasında Nizami metrosunun yaxınlığında bir nəfər müştəri götürmüşdür.Həmin müştəri kişi cinsindən olmasına baxmayaraq, yolda olan zaman qolu ilə ona toxunmağa başlamışdır.O, həmin şəxsin cinsi azlıq olduğunu başa düşüb avtomobili saxlayaraq, avtomobildən aşağı salmış, lakin, sonuncu bir qədər yalvardıqdan sonra həmin şəxsi yenidən avtomobilə mindirmişdir.Daha sonra qərara almışdır ki, cinsi azlıq olduğu üçün həmin şəxsi polis adı ilə qorxudub pullarını ələ keçirsin. O, həmin şəxsi yaşadığı ünvana düşürtdükdən sonra sonuncunun mobil nömrəsini götürüb sağollaşmışdır.12 iyun 2022-ci il tarixdə o, həmin şəxsə zəng vuraraq, görüşmək istədiyini söyləmiş və 17:30 radələrində həmin şəxsi avtomobillə götürmüşdür.Birlikdə «Fəvvarələr Meydanı»-nda yerləşən «Soul Kitchen» restoranına gedib orada yemək yedikdən sonra o, Turabı Xırdalan şəhərində yerləşən «Vulkan» adlı otelə dəvət etmiş və avtomobili həmin otelin qarşısına sürmüş, lakin, yalandan oteldə yer olmadığını Turaba bildirmişdir.Oradan geri qayıdan zaman, avtomobili Biləcəri qəsəbəsində yerləşən 6-cı Polis Bölməsinin qarşısında saxlayaraq Turaba sonuncunun cinsi azlıq olması barədə polisə məlumat verəcəyimi və polis də barəsində tədbir görəcəyini söyləyib Turabı qorxudmuşdur.Turab onun bu sözündən qorxuya düşüb bu barədə polisə məlumat verməməsini bildirmiş, o, isə bunun müqabilində Turabdan 5 000 manat pul tələb etmişdir.Turab bank kartında 680 manat pul olduğunu ona bildirmiş və o, Turaba özünə məxsus "xxxx"-a aid bank kartını təqdim etmiş və sonuncu 680 manat məbləğində vəsaiti onun bank kartına göndərmişdir.Bundan sonra o, Turbadan əlavə olaraq, 2 000 manat məbləğində pul tələb etdikdə, sonuncu üzərində pulun olmadığını, lakin, dostundan alıb ona verə biləcəyini bildirmişdir.O, Turabdan dostunun harada olduğunu soruşduqda, sonuncu dostunun «Cavahir» adlı restoranında olduğunu ona bildirmişdir.Bundan sonra onlar birlikdə Nazirlər Kabinetinin yaxınlığında yerləşən «Cavahir» adlı restoranına getmişlər.Orada masaların birində əyləşdikdən sonra, Turab sanitar qovşağına daxil olmaq adı ilə masadan uzaqlaşmış və təxminən 10 dəqiqədən sonra polis əməkdaşları restorana daxil olub onu Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparmışlar.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini,vurulmuş ziyanı ödəməsini və atasının İ Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmyan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, təxminən 10 il olar ki, gizli şəkildə cinsi azlıq nümayəndəsidir və bu barədə ailə üzvlərinin belə xəbəri olmamışdır.10 iyun 2022-ci il tarixdə yaşadığı ünvana getmək üçün Bakı şəhəri, Nizami metrosunun yaxınlığında «Uber» mobil tətbiqi ilə taksi sifariş vermişdir.Verdiyi sifrarişlə əlaqədar qara rəngli «Hyundai İ30» markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir.O, həmin avtomobildə qabaq sərnişin oturacağında oturmuş və sürücü avtomobillə hərəkətə başlamışdır.Yolda hərəkətdə olduğu zaman, söhbət əsnasında taksi sürücüsü onun cinsi azlıq nümayəndəsi olduğunu bilib, maşında onunla yaxınlıq etmək təklifini etmişdir.O, həmin vaxt həddindən artıq dərəcədə sərxoş olduğundan, sonuncuya nə razılıq, nə də rədd cavabı verməmişdir.Həmin vaxt sürücü hərəkətdə ola-ola şalvarını açaraq aşağı salmış və ona cinsiyyət orqanını ağzına almasını təklif etmişdir.Lakin, o, həmin şəxsə içkili olduğunu, sonuncu ilə başqa gün oteldə görüşə biləcəyini bildirmişdir.Həmin şəxs adının Vüqar olduğunu və polis əməkdaşı olmasına baxmayaraq, ondan çəkinmək lazım olmadığını bildirmişdir.12 iyun 2022-ci il tarixdə Vüqar öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun, istifadəsində olan ***-***-**-** saylı nömrəsinə «Whatsapp» sosial şəbəkə vasitəsi ilə yığmış və sonuncunun zəngini rədd edərək, öz nömrəsi ilə adi qayda da zəng etmişdir.Vüqar onunla görüşmək istədiyini bildirmiş və o, buna etiraz etməmişdir.Həmin gün saat 17:30 radələrində «Axundov Bağı»-nın yaxınlığından Vüqarın maşınla dayandığı MUM-ın yaxınlığına getmiş və orada Vüqarla görüşmüş və birlikdə «Fəvvarələr meydanı» adlanan ərazidə yerləşən «Soul Kitchen» kafesinə gedib orada bir qədər söhbət edib kokteyl içmişlər.Daha sonra o, hesabı vermiş və Vüqarın təklif etdiy Xırdalan şəhərində yerləşən otelə getmişlər.Onlar otelə çatdıqdan sonra otel onun xoşuna gəlmədiyi üçün Vüqara geri qayıtmağı təklif etmişdir.Həmin yerdən qayıdarkən isə Vüqar idarə etdiyi avtomobili, Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən nömrəsini bilmədiyi Polis Bölməsinin inzibati binasının qarşısında saxlayaraq, ondan 5 000 manat pul tələb etmiş, əks halda onun cinsi azlıq olduğu üçün polis bölməsinə təhvil verəcəyini bildirmişdir.O, cinsi azlıq olduğu üçün hər hansı bir məsuliyyətə cəlb olunacağından və bununla da biyabır olacağından ehtiyat edərək, Vüqara bank kartında yalnız 767 manat pul olduğunu bildirmiş və Vüqar onun telefonunu götürərək, «Bir bank» mobil tətbiqi vasitəsi ilə ona məxsus 5239 1515 1118 9006 nömrəli bank kartından öz istifadəsində olan 5153 0714 5332 0836 saylı bank kartına 680 manat məbləğində pul köçürmüşdür.Vüqar həmin pulu öz bank kartına köçürdükdən sonra, ondan əl çəkməyərək, yenə də pul tələb etməyə başlamış və yekunda əlavə olaraq 2 000 manat da əlavə pul tələb etmişdir. Həmçinin də Vüqar onu təxminən iki saat ərzində avtomobilində saxlamış və hətda sinəsinə bir dəfə yumruqla zərbə endirmişdir.O, məcburiyyət qarşısında qalıb Vüqara yalandan dostunun «Cavahir» restoranında olduğunu və ora getdikləri halda dostundan pul götürərək verə biləcəyini bildirmişdir.Bundan sonra, onlar birlikdə ünvan 7 ünvanda yerləşən «Cavahir» restoranına getmişlər.Orada masaların birində əyləşdikdən sonra Vüqara sanitar qovşağına getmək istədiyini bildirib, bəhanə ilə həmin yerə getmiş və orada öz istifadəsində olan nömrədən DİN-nin 102 Zəng Xidmətinə zəng edərək, hadisə barədə məlumat vermiş və bir müddət keçdikdən sonra polis əməkdaşları gəlib, onları Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparmışlar və bölmədə o, baş vermiş hadisə ilə əlaqədar ərizə yazmışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, ondan gələcəkdə də şikayətçi olmayacağını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Müslüm Quliyev tərəfindən qəbul edilmiş 13 iyun 2022-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 13 iyun 2022-ci il tarixdə saat 03:05-də tutulmuşdur. Həmçinin, iş materiallarında olan olan Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Müslüm Quliyev tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmiş və o, saat 11:00-da buraxılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CMnin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların isə olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı ödəməsini təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, CM-nin 182.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, habelə əsas götürərək, təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədə uyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, həmçinin Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə olduğu cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən halların məcmusu və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməli, onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, müdafiəçi X4 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 13 iyun 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 2 (iki) il sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. 1(001)-748/2022 saylı cinayət işi üzrə müdafiəçi X2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı cəmi 30 (otuz) saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ********************S.W.İ.F.T.B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar