Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-748/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Xüsusi ittihamçı X4, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X10 xüsusi ittiham qaydasında şikayət verərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını xahiş etmişdir. X10 xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, ali hüquq təhsilli olmaqla Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 51 saylı binanın qarşısında vətəndaşlara hüquq xidmətləri ofisində vətəndaşlara hüquq xitmətlər göstərmişdir. 2017-ci ilin əvvələrində hüquq xidmətləri göstərdiyi Zəngilan rayonudan məcburi köçkün, X7 ona bildirmişdir ki, həmin şəxsin arvadının qardaşı İlkinin məhkəmə, bank və icra şöbələrində xeyli problemləri var, hüquqi yardım etmək lazımdır. Beləliklə həmin şəxsin qaynı və qaynanası X12 ilə və İlkin Əlkəbərovla tanış olmuşdur. Sevda Əhmədova və oğlu İlkin Ələkbərovla müqavilə bağlamışlar və 7 il ərzində xeyli məhkəmə və digər orqanlarda olan problemləri həll etmişlər. Belə ki, sənədlər toplanaraq Füzuli rayon məhkəməsinə təqim edilmiş, nikah qeydi pozulmuş, qətnamə icra edilmişdir. Qarşılıqlı razılaşmaya əsasən oğlu İlkin Ələkbərov xəstə olduğuna görə 2-ci qrup xəstəliyi müəyyən edilməli idi. Tələb edilərsə, zərurət yaranarsa stasionar müalicə üçün xəstəxanada yatmalı idi. Bu məsələ ilə bağlı İ.Ələkbərovun stasionar xəstəxanada müalicəsi və əliliyinin müəyyən edilməsi üçün xeyli sənədlər toplanmış, ekspertizalar təyin olunmuş, lakin xəstəxanada yatmaqdan imtina edildiyi üçün işlər pozulmuşdur, bundan sonra Sevda Əhmədova ondan zəhmət haqqı olaraq ödədiyi pulu geri tələb etməyə başlamışdır. S.Əhmədova 7 il ərzində ona 1200 manat ödədiyi halda ondan 2300manat pulu tələb etməyə başlamış, dəfələrlə müqavilə oluğunu bildirsə də, onun mobil telefonuna zənglər edib şantaj, təhqir etməyə, əks halda ünvanını öyrəndiyini, evinə soxularaq, ailə -uşağının yanında onu rüsvay edəcəyi ilə təhdidlər etməyə başlamışdır. Eyni zamanda həmin hərəkətləri Sevda Əhmədovanın qızının əri X7 da edirdi. xx.xx.2024-cü il tarixdə onun mobil telefonuna zəng edərək “Whatsapp” vasitəsi ilə onu, ailə-uşağını öldürməklə hədələmiş, ailə-uşağını ən ağır söyüşlərlə təhqir edib, evə gələcəyini bildirmişlər. Həmin tarixdə təxminən saat 11:00 radələrində Səbuhi Məmmədov və Sevda Əhmədova avtomobillə yaşadığı şəhərciyin qarşısına gələrək təhdidlə onu yenidən görüşə çağırmışlar, ǝks halda evə soxulacaqlarını bildirib onu təhdid etmişlər. Yaşadığı “Qarant” şəhərciyinin qarşısında olan "Şok" marketin qarşından DİN "102" xidmətinə müraciət etdmiş, onları Mehdiabad qəsəbəsində yerləşən PB-nə aparıb, izahat alaraq sərbəst buraxmışlar, həmin gəcə ona olan zənglər saat 00:57yə qədər davam etmişdir. xx.xx.2024-cü il tarixdə S.Əhmədovanın heç bir etik qaydaları gözləmədən onun yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Şok"marketin qarşısına gəlməsi, şəhərciyin qarşısında yerləşən "Şok" market qarşısında əvvəlcə telefonla, sonra topalaşmış əhaliyə və polisə əhəmiyyət vermədən onu küçə söyüşləri ilə söyüb-təhqir etməsi, işgüzar nüfüzuna ölçüyəgəlməz zərbə vurmuşdur. S.Əhmədova xx.xx.2024-cü il tarixdə DİN-in "102" xidmətinə və Binəqədi RPİ-in 5-ci PB-nə şikayət edərək guya onun tərəfində aldadılmasını bildirmiş, guya 1200 manat aldığı halda, iki dəfəyə 2300 manat Aktla almışdır. S.Əhmədova xx.xx.2024-cü ildə Azərbaycan Respublikası DİN-də və Bakı şəhər 5-ci Polis Bölməsində yalan, böhtan xarakterli şikayət və izahatlar vermişdir. S.Əhmədovanın şikayəti ilə bağlı Binəqədi RPİ-in Təhqiqat Şöbəsinin rəisi (inzibati bina otaq 300) təhqiqatçı ilə birgə onu qəbul edərək ona " heç kim olduğunu" və "axşama kimi tələb edilən pulu qaytarmayacağı halda "obezyankaya" salacağanı bildimiş, sadəcə yaşına hörmət etdiyini qeyd edərək pulun dərhal ödənilməsini tələb etmişdir. Bakı şəhər, Baş Polis İdarəsinin rəis müvaini S.Əhmədovanın şikayəti üzərinə dərkənar qoyaraq araşdırılması məqsədi ilə Binəqədi RPŞ-in 5-ci PB-nə göndərmiş, Binəqədi rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi tabeliyinə olan 5-ci polis böməsinin əməkdaşı - Nəsirulla Hüseynova göstəriş vermişdir. S.Əhmədova barəsində böhtan və təhqirlər yazıb yaydığına görə böyük narahatçılıq və həyacan keçirmiş, həyat yoldaşının təzyiqi qalxmışdır. S.Əhmədovanın yalan və böhtan xarakterli şikayət ərizəsi onun özünə, ailəsinə iztirab və əzab vermiş, həmin tarixlərdə güclü mənəvi sarsıntı keçirdiyinə görə heç bir iş görə bilməmiş, işləri pozulmuşdur. S.Əhmədova onu biabır etmək, nüfuzdan salmaq məqsədi ilə əvvəllər onu tanıyan şəxslərin yanında barəsində böhtan və təhqiredici sözlər işlətmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi şəxs - S.Əhmədova əsassız, böhtan xarakterli ərizə və şikayətləri ilə ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. 2300 (iki min üç yüz) manatı yaxın qohumdan borca alıb vermiş, həmin şəxslər məhkəmədə faktı təsdiq edə və şahidlik edə bilər. Belə ki, işlərin nəticəsindən aslı olmayaraq xidmətlərə görə 1200 manat ödədiyi halda ondan 2300 manat almış, S.Əhmədova polis orqanlarında işləyən yaxınları vasitəsi ilə ondan 1100 manat artıq pul tələb edərək alıb. S.Əhmədova hərəkətləri ilə ona böhtan ataraq işgüzar nüfuzuna ölçüyəgəlməz zəzər vurmuşdur. Sevda Əhmədovanın barəsində yazdığı böhtan və təhqirlər başqaları tərəfindən oxunduğuna görə, yazılara münasibət bildirilmiş, vətəndaşlar onunla müqavilələrini pozmuş və zəhmət haqqı olaraq ödədikləri vəsaitləri geri tələb etmişlər. Hesab edir ki, X5 qanunsuz hərəkətləri nəticəsində şərəfi, ləyaqəti və işgüzar nüfuzuna ciddi zərbə vurulmuş və ləkələnmişdir. S.Əhmədovanın qanunsuz hərəkətləri (əməlləri) nəticəsində (102 xidmətinə yalan məlumat verdiyinə görə) MMC-dən onu işdən azad etmişlər. S.Əhmədovanın onun barəsində şərəf və ləyaqətini alçaldan yalan və böhtan xarakterli ərizə və şikayətləri Azərbaycan Respublikası DİN-in yüksək rütbəli əməkdaşları, Bakı şəhər Baş Polis İdarəsinin və Binəqədi RPİ-in rəhbərliyi, 5-ci PB-in əməkdaşları və şəxsi heyyətin əməkdaşları bilir. S.Əhmədova yalan olduğunu bilə-bilə onun barəsində şərəf və ləyaqətini alçaldan böhtan xarakterli şikayətlərini Azərbaycan Respublikası DİN-nə, Bakı şəhər Baş Polis İdarəsinə və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə vermişdir. Qeyd olunanlara əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1.-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş altı ay həbs cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X3 Əhmədova barəsində polis orqanlarına şikayət etmişdir. Daha sonra X12 onun barəsində şərəf və ləyaqətini alçaldan böhtan xarakterli şikayətlərlə Azərbaycan Respublikası DİN-nə, Bakı şəhər Baş Polis İdarəsinə və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə mürəciət etdiyindən xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X12 izahatında bildirmişdir ki, X10 onun barəsində Mehidabad qəsəbəsində yerləşən polis bölməsinə müraciət etmiş, o da həmin bölmədə X6 verdiyi pulunu tələb etdiyini bildirmiş, bölmədən bu barədə Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edə biləcəyini bildirildiyi üçün ərizə ilə 5-ci Polis Bölməsinə müraciət edərək verdiyi pulunu tələb etmişdir. Onun tələbi X10 tərəfindən pulun ödənilməsi olmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına götürülməsindən imtina olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Xüsusi ittiham qaydasında şikayət araşdırılaraq müəyyən edilmişdir ki, X2 Tahir Teymur oğlunun onu aldadaraq pulunu ələ keçirməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və həmin nazirliyin müvafiq struktur qurumlarına şikayətlər etmişdir. X1 Sevda Qaçay qızının yalan olduğunu bilə-bilə onun barəsində şərəf və ləyaqətini alçaldan böhtan xarakterli şikayətləri Azərbaycan Respublikası DİN-nə, Bakı şəhər Baş Polis İdarəsinə və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə verməklə, şikayətdə göstərilənlərin həmin nazirliyin əməkdaşları tərəfindən oxunmasını kütləvi şəkildə yayılma hesab etdiyindən hazırkı şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə X12 xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10 barəsində şikayətlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininə və həmin nazirliyin müxtəlif struktur bölmələrinə müraciət etmişdir. Belə olan halda, X10 barəsində X12 tərəfindən Daxili İşlər Nazirliyinə şikayətlər verilməsi, şikayətdə göstərilən məlumatların kütləvi çıxış şəklində yayılması hesab edilmədiyindən X5 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət tərkibinin olması istisna edilir. Eyni zamanda X4 xüsusi ittiham qaydasında şikayətində, şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar mövcud deyildir. CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Hazırki iş üzrə X5 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə cinayət tərkibinin olmaması müəyyən edilmiş, eləcə də həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin X12 tərəfindən törədilməsini təsdiq edən heç bir mötəbər sübut isə xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə edilməmişdir. Həmçinin xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayətin tərtib edildiyi yer göstərilməmişdir. Bununla da xüsusi ittiham qaydasında şikayətin məzmununa dair, yəni CPM-nin 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Göründüyü kimi şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayətində cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından, habelə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirməmiş, eləcə də xüsusi ittiham qaydasında şikayətin məzmununa dair tələblərə riayət edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 3 (üç) saat dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, X8 göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.6, 302.1.7, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 18 (on səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-748/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-748/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver