Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-75/2023 18.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçiləri: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi qaydada elektrik işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan,barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 29 may 2022-ci il tarixdə təxminən saat 18 radələrində ünvan 1 ünvan qarşısında tanışları Zərərçəkmiş şəxs1 və onun arvadı X1 onun ailə münasibətlərinə müdaxilə etmələrini cüzi səbəb göstərərək yüksək səslə onları nalayiq sözlərlə söyüb təhqir etmiş, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə özünü ətrafdakılara qarşı qoyaraq şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib ictimai yer olan küçədə sonuncuların üzərinə hücum edib əli ilə və yumruqla Zərərçəkmiş şəxs1 başının, üzünün və bədəninin muxtəlif yerlərinə çoxsaylı zərbələr endirib döyərək qəsdən ona alın nahiyyəsinin sol yarısının sıyrığı, sağ gözaltı almacıq nahiyyəsinin və sağ yanağın yuxarı yarısının hematoması və hematoma fonunda sıyrığı, burunun sağ yan çəpərinin, sağ bazinun aşağı 1/3-nin arxa-iç və sağ mil-bilək oynağının ön səthinin iş yarısının sıyrıqları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş və xuliqanlı hərəkətlərini davam etdirərək Hürnisə Abbasovanın üzərinə hücum edib qəsdən yumruqla onun döş qəfəsi və sağ bazu nahiyyələrinə vurub ona döş qəfəsinin ön səthində solda döşyanı xətlə orta körpücük xətti arasında İİİ-İV qabırğalararası sahənin, döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İV qabırğa proyeksiyasının, sağ bazunun orta-yuxarı 1/3 ön-iç və aşağı 1/3-nin arxa səthlərinin qançırları kimi dərəcəsinə görə ümumilikdə sağlamlığa zərərvurmayan və dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərk istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 2017-ci ildən tanıyır, sonuncu ilə qeyri-rəsmi ər-arvad kimi münasibətləri vardır. Ramilə evlərdə Zərərçəkmiş şəxs2 ilə birlikdə təmizləmə işləri ilə məşğul olmuşdur. 2022-ci ilin yazından Hürnisə onun Ramilə ilə münasibətlərinə müdaxilə etməyə başlamışdır və istəmişdir ki, Ramilə ondan ayrılsın, söz-söhbətlər yaratmışdır, bununla bağlı hətta gecələr ona zəng edərək narahat edirmiş. Bu zaman o, Hürnisənin əri İsmayıl ilə də telefonla danışıb tanış olaraq sonuncuya bu barədə demişdir, lakin müsbət nəticə olmamışdır. Yaranmış bu söz-söhbət nəticəsində 29 may 2022-ci il tarixdə Hürnisə əri İsmayıl ilə və Ramilə ilə birlikdə təxminən saat 18 radələrində onun yaşadığı ünvan 1 ünvan qarşısına gəlmişdirlər. O, bu şəxslərə demişdir ki, gəlsinlər evə, söhbət etsinlər, lakin bu şəxslər evinə girməmişdirlər və İsmayıl Hürnisə ilə birlikdə nəlayıq sözlərlə onu təhqir etmişdirlər, səs-kuy salmışdırlar, İsmayıl cibindən qatlanan bıçaq çıxarıb üstünə gəlmişdir, o, özünü müdafiə edərək İsmayılı tutmağa çalışmışdır, sonra əlindən tutmuş və onlar birlikdə yerə yıxılmışlar, bıçağı İsmayıldan almışdır, lakin bu zaman o, huşunu itirmişdir. Sonra Ramilə ona su vermişdir və ayıltmışdır, Hürnisə qorxaraq ona yaxınlaşmışdır ki, gəlib söhbət etsinlər və məsələni sülh yolu ilə həll etsinlər. İsmayıl isə yenə də onu söymüşdür və üstünə gəlmişdir, lakin ətrafda olan xatırlamadığı qonşular onları ayırmışdırlar. Sonra Ramilə ona demişdir ki, oradan getsinlər, odur ki, o, etbarnamə ilə idarə etdiyi BMV-745 markalı **-LR-*** d.q.n avtomobilə minərək hadisə yerindən uzaqlaşmışdır. Hadisə zamanı ona xəsarət yetirilməmişdir. Hadisə yerində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özləri ona hücum edib səs-kuy yaratmışlar, İsmayıl üzərinə bıçaqla hücum etmişdir və birlikdə yerə yıxılmışlar. İsmayıl yerə yıxılanda xəsarət almışdır, o, isə İsmayılı vurmamışdır. O, huşunu itirdiyindən bilməmişdir ki, İsmayılın əlindən aldığı bıçaq haradadır, ayılanda əlində bıçağı görməmişdir. Hadisə yerində səs-kuy yarandığından tanımadıqları adamlar oraya toplaşmışlar, lakin bu şəxslərin anket məlumatları ona məlum deyil. Hadisənin birbaşa şahidi Ramilə olmuşdur. Hadisə təxminən 25-30 dəqiqə davam etmişdir, bu zamanı İsmayıl və arvadı Hürnisə onu söyüb təhqir etmişdirlər və səs-küy salmışlar. Hətta xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs1 ona hədəqorxu gəlməsi ilə əlaqədar şikayət etmişdir. Qeyd etdiklərinə əsasən təqsiri olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, anket məkumatlarında qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Hadisə ilə bağlı bildirmişdir ki, arvadı Hürnisə hazırda müxtəlif şəxslərin sifarişi ilə ünvanlarında fərdi qaydada təmizlik işlərini görür. Ramilə dul qadındır, lakin Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini Təqsirləndirilən şəxslə qeyri-rəsmi ərarva kimi münasibətdədir. Hadisədən əvvəl Xələf istəmirdi ki, Hürnisə Ramilə ilə birlikdə işləsin və bununla bağlı aralarında yaranmış mübahisəli münasibətlərə görə Xələf Hürnisə ilə telefon əlaqəsi yaradıb ona demişdir ki, Xələfin Ramilə ilə münasibətimə müdaxilə etməsin. Hürnisə bu barədə ona demişdir. Bununla bağlı o, Xələflə dəfələrlə əlaqə yaradıb sonuncuya iradını bildirsə də, Xələf buna məhəl qoymayaraq öz əməlləri davam etdirmiş, Hürnisəni Ramilədən ayırmaq istəyirdi ki, onlar birlikdə işləməsinlər. Odur ki, 29 may 2022ci il tarixdə o, Hürnisə və Ramilə ilə birlikdə təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvan qarşısına getmişlər ki, bu məsələyə aydınlıq gətirsinlər. Yolda gedərkən Xələf onlara Şamaxıda qəbirüstündə olduğunu bildirmiş lakin onlar ona inanmayaraq yaşadığı ünvana getmişdirlər. Ünvana gedərkən orada Təqsirləndirilən şəxs onlara irad tutmuşdur ki, nə səbəbdən sonuncunu evinin qarşısına gəlmişlər. Bu səbəbdən aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs ona qəsdən yumruqla onun baş və bədəninin muxtəlif yerlərinə çoxsaylı zərbələr endirib döyərək ona xəsarətlər yetirmişdir. Dəqiq olaraq Xələf əli ilə və yumruqla onun alınının sol hissəsinə, sağ gözaltı nahiyyəsinə xəsarətlər yetirmişdir. Bununla bağlı onlar AR DİN-nin “102 Xidmətinə” zəng vurub hadisə barədə məlumat verərkən Xələf Ramiləni özünün idarə etdiyi BMV markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilə Ramiləni də mindirib hadisə yerindən uzaqlaşmışdır. Hadisə təxminən 25-30 dəqiqə ərzində davam etmişdir, bu zamanı Təqsirləndirilən şəxs onları söyüb təhqir etmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanunun tələblərinə uyğun ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, anket məkumatlarında qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 əridir və onlar bir yerdə yaşayırlar. Hadisə ilə bağlı bildirir ki, o, hazırda muxtəlif şəxslərin ünvanlarına çağırılaraq orada fərdi qaydada təmizlik işlərini görür. Onunla birlikdə hadisədən əvvəl Şahid2 adlı qadın işləmişdir. Ramilə dul qadındır, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakini Təqsirləndirilən şəxslə qeyrirəsmi ər-arvad kimi münasibətdədir. Hadisədən əvvəl Xələf istəmirdi ki, o, Ramilə ilə birlikdə işləsin və bununla bağlı aralarızda yaranmış mübahisəli münasibətlərə görə Xələf ona telefon əlaqəsi yaradıb demişdir ki, Xələfin Ramilə ilə münasibətimə o, müdaxilə etməsin. O, bu barədə əri Zərərçəkmiş şəxs1 demişdir. Bununla bağlı İsmayıl Xələfə dəfələrlə iradını bildirsə də, sonuncu buna məhəl qoymayaraq öz əməlləri davam etdirmişdir, Ramilə ilə onu ayrımaq istəyirdi ki, onlar birlikdə işləməsinlər. Odur ki, 29 may 2022-ci il tarixdə əri Zərərçəkmiş şəxs1 onu və Ramiləni götürüb təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvan qarşısına getmişlər ki, bu məsələyə aydınlıq gətirsinlər. Bu zaman Təqsirləndirilən şəxs onlara irad tutmuşdur ki, nə səbəbdən onun evinin qarşısına gəlmişlər. Bu səbəbdən aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onları, yəni əri ilə onu nəlayıq sözlərlə təhqir etmiş, bununla kifayətlənməyərək qəsdən yumruqla əri İsmayılıın baş və bədəninin muxtəlif yerlərinə çoxsaylı zərbələr endirib döyərək ona xəsarətlər yetirmişdir. Onu isə Xələfin itələdiyini və təhqir etdiyini bildirmişdir. Bununla bağlı onlar AR DİN-nin “102 Xidmətinə” zəng vurub hadisə barədə məlumat verərkən Xələf Ramiləni özünün idarə etdiyi BMV markalı, dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobilə Ramiləni mindirib hadisə yerindən uzaqlaşmışdır. ətrafa tanımadıqları adamlar toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilərkən Şahid1 ifadəsində bildirmişdir ki, 29 may 20212-ci ildə axşam evdə televizora baxarkən bu zaman üzündən qan axan atası evə daxil olmuş və o atasından bunun səbəbini soruşduqda “məni təklədilər döydülər” deyərək cavab vermişdir. Hadisənin təfərrüatları barədə atasının heç bir məlumat vermədiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki tanışdır və qeyri-rəsmi münasibətləri var. 29 may 2022-ci il tarixdə Hürnisə Abbasova ilə birlikdə evlərin birində təmizlikdə olarkən Hürnisənin mobil nömrəsinə tanımadığı nömrədən tanışlıq mesajı gəlmiş və o dərhal bunu Təqsirləndirilən şəxs etdiyindən şübhələnmişdir. O zaman Hürnisəyə iradını bildirmiş və nəyə görə hər dəfə ondan şübhələndiyini soruşmuşdur. Hətta bundan əvvəl bir dəfə Hürnisəyə zəng gəlmiş və telefonda tanımadığı kişinin Təqsirləndirilən şəxs olduğunu bildirmiş lakin həmin zaman Hürnisə Abbasovaya həmin səsin Təqsirləndirilən şəxs məxsus olmadığını bildirmişdir. Bu barədə Hürnisə həyat yoldaşı Zərərçəkmiş şəxs1 bildirmiş və o da öz növbəsində Təqsirləndirilən şəxs düşmən münasibət bəsləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 əsəbiniz keçsin Təqsirləndirilən şəxslə danışıb məsələyə aydınlıq gətirərsiz demiş lakin o içkili olduğu üçün əsəbi halda söyüş söyməyə başlamış və “Xələfin budundan deşik açacam” demişdir. Abbasova Hürnisə və Zərərçəkmiş şəxs1 həmin vaxt taksi çağırmışlar və o da onlarla birlikdə Təqsirləndirilən şəxs evinə getmişdir. Həmin vaxt onlara evini tanımadığını demişdir və İsmayılın cibində bıçaq oolduğunun fərqinə varmışdır. Hürnisəyə bıçağı olduğunu dedikdə Hürnisə bıçağı ondan istəmiş lakin İsmayıl bıçağı verməmişdir. Həmin vaxt Xələf barədə İsmayıl təkrar olaraq “budundan deşik açacam” demişdir.Yolda gedərkən də Xələfə zəng edir və telefonda harada olduğunu soruşurdu. Xələf həmin vaxt qəbirüstündə olduğunu söyləsə də İsmayıl onu nalayiq ifadələrlə təhqir edirdi. 1 saata Təqsirləndirilən şəxs üv ünvanını soruşa-soruşa çətinliklə tapdıqlarını və həmin vaxt Xələfin evin darvazasının çölündən əli ilə işarə edərək “gəlin söhbət edək” demişdir. Lakin həmin vaxt Hürnisə və İsmayıl Xələfə söyüş söyə-söyə yaxınlaşırdılar. Təqsirləndirilən şəxs həmin vaxt “məni söyürsüz? səni kim narahat edirsə günahını məndə niyə görürsüz?” kimi cümlələr işlətmişdir. İsmayıl yaxınlaşaraq cibindən bıçağı çıxaertmış və bu zaman o “Xələf, bıçağı var” qışqıraraq Təqsirləndirilən şəxs özünü qorumasına çalışmışdır. Bir-birlərinə yaxınnlaşan zaman Xələfin ürəyi narahat olmuş və o yerə yıxılmışdır. O, qışqıraraq su istəmiş və səs-küyə toplaşan insanlar da köməyə yaxınlaşmışlar. Üzünə su çırpası ilə bir neçə dəqiqədən sonra Xələf ayılmış və o, bu zaman yerdə uzanan İsmayılı və yanındas olan Hürnisəni görmüşdür. Təxminən həyətdə 5 nəfər qonşu olmuşdur. Xələf onu vurmamışdır ola bilsin ki yıxılan z aman dəmir nərdivana dəymiş və bu zaman xəsarət almışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, Hürnisə Abbasova, Təqsirləndirilən şəxs və Şahid2 ilə ümumi tanışlıqları mövcuddur. Hadisə olan ərəfələrdə X8 Şəmsiyevin və Şahid2 səs yazılarını ona göndərirdi. Həmin vaxt Hürnisəyə “camaatın işlərinə qarışma” kimi tövsiyələr verdiyini, hadisə günü Təqsirləndirilən şəxslə birlikdə Şamaxı rayonunda Xələfin anasının qəbirüstündə olduqlarını, həmin gün İsmayılın zəng edərək Xələfi nalayiq ifadələrlə təhqir etdiyini qeyd etmişdir. Məhkəmə iclasından əvvəl Hürnisənin onda özünə məxsus şəkilləri yaymaqla bağlı hədə-qorxu gəldiyini, məhkəmədə şahid kimi iştirak etməməsi üçün müxtəlif yollarla ona təzyiq etdiyini söyləmişdir. Hürnisənin həyatının bundan ibarət olduğunu, insanların zəif tərəflərinə dair məlumat əldə edib o məlumatları yayacağı ilə hədələdiyini qeyd etmişdir. Hadisə günü Şamaxıdan Xələflə birlikdə qayıtmış lakin həmin vaxt nəqliyyat vasitəsində onu gözləmiş həyətə çıxmamışdır. Qarışıqlıq yarandğını görmüş və bu zaman İsmayılın ayağı nərdivana ilişərək yerə yıxılmışdır. Havanın qaranlıq olduğunu, Ramilənin Xələfə su verdiyini görmüşdür. Cinayət işinin materiallarında olan və tədqiq edilən: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 19 iyul 2022-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə başlanılmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmışdır. 19 avqust 2022-ci il tarixdə tərəfimdən cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1 maddəsinə əsasən dayandırılmış və 15 sentyabr 2022-ci ildə iş üzrə istintaq hərəkətlərinin yerinə yetirilməsi zəruri olduğundan icraat təzələnmişdir. 15 sentyabr 2022-ci il tarixdə törədilmiş cinayət əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, 16 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibbi ekspertizasının 30 may 2022-ci il tarixli 1064 nömrəli rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin sol yarısının sıyrığı, sağ gözaltı – almacıq nahiyyəsinin və sağ yanağın yuxarı yarısının hematoması və hematoma fonunda sıyrığı, burunun sağ yan çəpərinin, sağ bazinun aşağı 1/3-nin arxa-iç və sağ mil-bilək oynağının ön səthinin iş yarısının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 29 may 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə əl ilə və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının 30 may 2022-ci il tarixli 1063 nömrəli rəyindən görünür ki, 1. Vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – döş qəfəsinin ön səthində solda döşyanı xətlə orta körpücük xətti arasında İİİ-İV qabırğalararası sahənin, döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İV qabırğa proyeksiyasının, sağ bazunun orta-yuxarı 1/3 ön-iç və aşağı 1/3-nin arxa səthlərinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 29 may 2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. 29 may 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərini 29 may 2022-ci il tarixdə təxminən saat 18 radələrində ünvan 1 ünvan qarşısında törətdiyi təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 25 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Mirövsət oğlunun himayəsində xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2020-ci il tarixdə doğulmuş X6 adlı iki azyaşlı uşağı vardır. Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli 3-13-48- 3/2-n23/2023 saylı məktubu və ona əlavə edilmiş materialın sürətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Mirövsət oğlu DİN-in 102 xidmətinə zəng edərək Zərərçəkmiş şəxs1 ona məxsus mobil nömrəyə zəng edərək ona hədə-qorxu gəlməsini, Murad adlı şəxsin isə instagram sosial şəbəkəsindən yazaraq onu narahat etməsini, eləcə də xarici nömrələrdən narahat edilməsi barədə məlumat vermişdir. Materialda olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs Mirövsət oğlu xx.xx.2022-ci il tarixdə İsmayıl adlı şəxs tərəfindən narahat edildiyini, həmin şəxsin tanışı Ramilənin rəfiqəsinin həyat yoldaşı olduğunu qeyd etmişdir. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs1 ilə əlaqə saxlanıldıqda o Təqsirləndirilən şəxs Mirövsət oğlunun müraciətində göstərilənlərin şər və böhtan olduğunu bildirərək ərizə və izahat verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Mirövsət oğlunun müraciəti üzrə HK-2-509 saylı raportun və 072-4528Ş-3122 saylı ərizənin PB-nin dəftərxanasında müvəqqəti işə alınması məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi KonstitusiyaMəhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların birbirinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qeyri-müəyyənliyin aradan qaldırılması üçün xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri araşdırılmalıdır. CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək qeyd etmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Lakin hazırki cinayət işinin hallarından, təqsirkarın hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərməyə, ictimai qaydanı kobud surətdə pozmağa yönəldiyi görünmür, bu ibtidai istintaq və məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Cinayət işinin hallarından görünür ki, hadisə ani vaxtda baş vermiş və tamamlanmış, davam etməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri vurmuşdur. Təqsirləndirilən şəxsin hərəkətləri şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxslərlə aralarında olan hadisədən əvvəlki tarixdə yaranmış mübahisələrdən, hadisə günü isə zərərçəkmiş şəxslərin telefonda təqsirləndirilən şəxsi təhqir etməsi, onun yaşadığı ünvana getmələri və mübahisəni orada davam etdirmələri nəticəsində başlamış Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül xəsarət yetirilməsi ilə başa çatmışdır. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın pozulmasına deyil, aralarında mövcud olmuş münasibət pozğunluğuna görə şəxsi münasibətlər zəminində baş verdiyindən, əməlində CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkibi ola bilməz. Eyni zamanda həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs1 xəsarət aldığından, təqsirləndirilən şəxs yetirdiyi xəsarətin dərəcəsinə uyğun şəxsiyyət əleyhinə törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər arasında hadisədən əvvəl ortaq tanışları Şahid2 Təqsirləndirilən şəxslə münasibəti ilə bağlı mübahisələri olmuş, zərərçəkmiş Hürnisə Abbasova ona tanışlıq məqsədi ilə edilən bütün zəng və mesajların arxasında dayanan şəxsin Təqsirləndirilən şəxs olmasından şübhələnmiş, öz növbəsində Təqsirləndirilən şəxs də hadisədən bir neçə gün əvvəl (xx.xx.2022-ci il tarixdə) müvafiq polis bölməsinə müraciət edərək Zərərçəkmiş şəxs1 onu narahat etməsindən şikayət etmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alın nahiyyəsinin sol yarısının sıyrığı, sağ gözaltı – almacıq nahiyyəsinin və sağ yanağın yuxarı yarısının hematoması və hematoma fonunda sıyrığı, burunun sağ yan çəpərinin, sağ bazinun aşağı 1/3-nin arxa-iç və sağ milbilək oynağının ön səthinin iş yarısının sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – döş qəfəsinin ön səthində solda döşyanı xətlə orta körpücük xətti arasında İİİ-İV qabırğalararası sahənin, döş qəfəsinin sağ yan səthində orta qoltuq xətti üzrə İV qabırğa proyeksiyasının, sağ bazunun orta-yuxarı 1/3 ön-iç və aşağı 1/3-nin arxa səthlərinin qançırları ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri edilməyən xəsarət yetirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetmiş, digər Zərərçəkmiş şəxs2 isə sağlamlığa zərərvurmayan xəsarət yetirməsi sübut olunmuş, lakin CM-nın 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları və məhkəmə istintaqı ilə kifayət qədər sübuta yetirilməmişdir. Məhkəmə istintaqında tədqiq edilənlərə və iş materiallarında olan sübutlara əsaslanan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq cinayətini nəzərdə tutan CM-nın 221-ci maddəsinin dispozisiyasında, əməldə üç əsas komponentin birlikdə mövcudluğunun zəruriliyi nəzərdə tutulmuşdur. Hazırki cinayət hadisəsi üzrə təqsirləndirilən şəxsin əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə ilə bağlı əməlində həmin əlamətləri aşkar etməmişdir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi qeyd olunan Plenumun qərarından aydın olur ki, təqsirləndirilən şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmişdir. İbtidai istintaq orqanı özü də sübut etmişdir ki, onun ictimai qaydaya, başqalarına qarşı yönələn xuliqanlıq hərəkətləri, qeyri adi, özünü başqalarından fərli göstərən, üstünlük nümayiş etdirən və sair bu kimi davranışı olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü ümumiyyətlə təqsirli bilməməsinə, zərərçəkmiş şəxsi vurmadığına dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmə şahid qismində dindirilmiş Şahid2 Rahil qızının Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurmaması ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməyərək həmin ifadəyə tənqidi yanaşır və onu təqsirləndirilən şəxslə aralarında olan qeyri-rəsmi nikah münasibəti ilə əlaqədar Təqsirləndirilən şəxs qorumaq məqsədli ifadə kimi qiymətləndirir. Digər tərəfdən, məhkəmə şahid qismində dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurmaması ilə bağlı ifadəsini sübut kimi qiymətləndirməyərək həmin ifadəyə tənqidi yanaşır və hesab edir ki, o, zərərçəkmiş şəxs Hürnisə Abbasova ilə arasında olan ədavətlə bağlı məhkəməyə qərəzli ifadə vermişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs1 vurmaması ilə bağlı verdiyi ifadəni məhkəmə Təqsirləndirlən şəxsin CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 128-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini və himayəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 24:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-75/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-75/2023
18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver