Məhkəmə qərarları › İş №1(001)-75/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-75/2024

03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-75/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi, ev 118, mənzil 89-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-69/2024 saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsili bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun nəvəsi üçün əlillik dərəcəsi düzəldəcəyinə dair yalan vəd verib inandırmaqla 2018-ci ilin sentyabr ayında Bakı şəhəri, Binəqədi rayonu, M.Ələkbərov 27B ünvanda 3000 manat, 2019-cu ilin yanvar ayında eyni ünvanda 3000 manat və 2019-cu ilin mart ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında 4000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 10000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ilkin olaraq ona CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Həqiqətən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, sonuncudan 10000 manat pul almışdır. Həmin pulu şəxsi borclarını ödəmək üçün almışdır. Hazırda aldığı puldan 3700 manat qalıq qalmış, geri qalan məbləği isə ödəmişdir. Daha sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsə vurulmuş ziyandan ümumilikdə 9400 manat vəsait ödədiyini, hazırda 600 manat qaldığını, zərəçəkmiş şəxsə vurulmuş ziyanı bibaşa özünə vermədiyini, həmin ziyanı ödəmək üçün pulu iş üzrə istintaqı aparmış əvvəlki müstəntiq Şahid2 verdiyini, 6300 manat vəsaitin zərəçəkmiş şəxsə Şahid2 tərəfindən verildiyini, həmin 6300 manat ödənişdən sonra Xəzər rayonunda olan cinayət işi üzrə tutulmamışdan bir ay qabaq da müstəntiq Şahid2 onun otağında hər dəfə 1500 manat olmaqla iki dəfəyə ümümilikdə 3000 manatı tanışı X8 vasitəsi ilə ona verdiyini, polis idarəsinə tanışı ilə birilkdə gəldiyini, özünün çöldə gözlədiyini, tanışı Anar Bəxtiyarovun idarəyə girərək pulu Şahid2 verdiyini, Şahid2 həmin pullardan yalnız ilk dəfə 2000 manatını onun yanında zərəçəkmiş şəxsə sənədlə təqdim etdiyini, qalan pulları özünün iştirakı olmadan zərəçəkmiş şəxsə təqdim etdiyini, indiyədək müstəntiq Şahid2la əlaqə saxladığını lakin onun telefona cavab vermədiyi üçün bu barədə heçnə bildirmədiyini qeyd etmişdir. Ona verilmiş suallara cavab olaraq 3000 manat vəsaiti Şahid2 verdiyi dəqiq tarixi xatırlamadığını, ilin son aylarında yəni noyabr və ya dekabr aylarında verdiyini, ittiham aktı ilə tanış olarkən pulun tam ödənilmədiyini gördüyünü, bu barədə rəsmi müraciət etmədiyini, şifahi qaydada Şahid2 bildirdiyini qeyd etmişdir. Daha sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində öz plastik kartından X3 həyat yoldaşı Salexova Elviranın bank kartına Şahid2 çatdırması üçün pul köçürdüyünü, Anar Bəxtiyarov həmin pulu zərəçəkmiş şəxsə çatdırılması üçün Şahid2 verdiyini, həmin pulu verəndə özünün çöldə gözlədiyini, Anar Bəxtiyarovun müstəntiq Şahid2 otağına qalxaraq pulu ona verdiyini, tutulmamışdan bir gün qabaq karta köçürdüyü 1500 manat pulu Nərimanovda barəsində aparılan cinayət işi üçün verdiyini bildirmişdir. Ona verilmiş suallara cavab olaraq isə yeni il qabağı, təxminən oktyabr-noyabr aylarında ödəniş etdiyini, hətta Şahid2 onu bir gün qabaq idarəyə gətizdirdiyini, axşam 09:30-dək orada saxlayaraq 1000 manat pulu çatdırmadığı təqdirdə onu tutduracağını bildirdiyindən, anasına zəng etdiyini, anası Anar Bəxtiyarova 1000 manat pulu verdiyini, Anarın da həmin pulu müstəntiq Şahid2 verdiyini, bundan sonra Şahid2 onu buraxdığını, səhərisi gündə özünün 1500 manat pul çatdırmalı olduğunu, həmin pulu Xəzər rayonu Polis İdarəsinin yaxınlığında yerləşən çayxanada Anara verdiyini, Şahid2 Anara zəng edərək onun pulu çatdırıb-çatdırmadığını dəqiqləşdirdiyini, Anarın onun yanında Şahid2 pulu çatdırıdığını, gətirib verəcəyini bildirdiyini, həmin 1500 manat zərərçəkmiş şəxsə çatacaq pul olduğunu, ondan əvvəlki 1000 manatın isə sırf işi uzatmaq üçün ondan alındığını bildirmiş və X3 şahid qismində dindirilməsi üçün rekvizitlərini dəqiqləşdirərək məhkəməyə təqdim edəcəyini göstərmişdir. Sonuncu məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. O, təqsirləndirilən şəxsi 2007-2008-ci ildən tanımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs pensiya alan zaman görüb tanımış, o zaman sonuncu Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayonu şöbəsində çalışmışdır. Nəvəsi xəstə olduğu üçün ona əlillik qrupu təyin etdirmək və nəvəsinə pensiya düzəltmək istəmişdir. Qeyd olunan məsələdən ötrü Təqsirləndirilən şəxs müraciət etmişdir. Sonuncu da öz növbəsində bildirmişdir ki, həmin pensiyanı düzəldə bilər. O da İlahənin dediklərinə inanaraq Təqsirləndirilən şəxs bildirdiyi məbləği sonuncuya vermişdir. O, ilkin olaraq Təqsirləndirilən şəxs 3000 manat, daha sonra əlavə olaraq 3000 manat vermiş, ondan sonra isə qız gilə məxsus avtomobili sataraq əlavə 4000 manat vermişdir. Ümumlikdə Təqsirləndirilən şəxs nəvəsinin pensiyasını düzəltmək üçün 10000 manat vermişdir. Sonuncu 4000 manatı Binəqədi rayonunda Azadlıq Metrostansiyasının yaxınlığında vermişdir. Pulları Təqsirləndirilən şəxs verərkən yanında kimsə olmamışdır. Təqsirləndirilən şəxs pul vəsaitlərini verdiyi zaman sonuncunun qeyd etdiyi qurumda çalışdığını bilmişdir. O vaxtdan indiyə qədər 6 il müddət keçmiş, lakin nə qədər çalışsalar da verdikləri pulu geri ala bilməmişlər. Daha sonra 7000 manat da İlahəyə borc kimi vermiş, lakin Təqsirləndirilən şəxs həmin pulu hissə-hissə qaytarmışdır. Hazırda vurulmuş 10000 ziyandan 6300 manat ona ödəniş edilmiş, 3700 manat vurulmuş ziyan qalmışdır. Ona verilmiş suallara cavab olaraq vurulmuş ziyandan 6300 manatı ona ödənilmiş, həmin pul vəsaitini ona birbaşa Təqsirləndirilən şəxs verməmiş, müstəntiq Şahid2 sənədə imza etdirməklə ona təqdim etmişdir. İlk dəfə aprel ayında 2800 manat, ondan sonra 2500 manat, sonuncu dəfə isə 1000 manat olmaqla ümumilikdə 6300 manat ona pul təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş hazırda Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Şahid2 ifadəsində bildirmişdir ki, zərəçəkmiş şəxsin şikayəti üzrə material şəklində araşdırma aparılarkən Təqsirləndirilən şəxs araşdırmaya gəlmədiyindən polis bölməsinə verilmiş tapşırıq əsasında idarəyə gətirilməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs hər dəfə gələndə zərəçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar qəbul olunmuşdur. Onun tərəfindən ümumilikdə 6300 manat məbləğində maddi ziyandan ödəniş edilmişdir. Sonuncu məbləğ ödənilərkən hətta zərəçəkmiş şəxsə də zəng edərək məlumat vermişdir. Lakin zərəçəkmiş şəxs vurulmuş ziyanın tam şəkildə ödənilməsini tələb etmişdir. Həmin məbləği bir az artırdıqdan sonra zərəçəkmiş şəxs ödənişi qəbul etmişdir. Təqsirləndirilən şəxs həmçinin söz vermişdir ki, qalan ziyanı da yaxın günlərdə tam şəkildə ödəyəcəkdir. Material şəkilində araşdırma aparılarkən Təqsirləndirilən şəxs araşdırmaya daha sonra gəlməmiş və vurulmuş ziyanı ödəməmişdir. Bununla bağlı ona zəng edərək ödəniş etməsini tələb etmişdir. Daha sonra şikayət üzrə prokurorluq tərəfindən material tələb edilərək cinayət işi başlanaraq istintaqın aparılması tapşırılmışdır. Cinayət işi başlandıqdan sonra xidməti iş yerinin dəyişməsi ilə məlaqədar həmin cinayət işi üzrə araşdırmanın aparılması Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin digər müstəntiqinə həvalə edilmiş, bundan sonra nə zərəçəkmiş şəxsi nə də təqsirləndirilən şəxsi görməmişdir. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə ödənilməsi üçün vəsaiti nağd şəkildə ona təqdim etmiş, o da zərəçəkmiş şəxsə təqdim etmişdir. Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödəyərkən bir dəfə zərəçəkmiş şəxs də orda olmuşdur. Ödəniş edilərkən protokol tərtib edilmişdir. Zərəçəkmiş şəxsə vurulmuş ziyandan 4800 manat ödəniş edilmişdir. Daha sonra təqsirləndirilən şəxs dəvət olunanda 1000 manat ödəmək istədiyi üçün zərəçəkmiş şəxsə zəng edərək bu barədə məlumat vermiş, zərəçəkmiş şəxs həmin məbləği qəbul etmədiyi üçün Təqsirləndirilən şəxs əlavə 500 manat da təqdim etdikdən sonra 1500 manatı zərəçəkmiş şəxsə təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi üçün ümumilikdə 6300 manat təqdim edilmiş, o da bu vəsaiti zərəçəkmiş şəxsə təqdim etmişdir. Zərçəkmiş şəxs tərəfindən də ona vurulmuş ziyandan ümumilikdə 6300 manat məbləğin ödənilməsini öz ərizəsi ilə təqsidq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-2) xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X16 Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi müraciət edərək ona vurulmuş ziyanla bağlı qanuni tədbir görülməsini xahiş etmişdir. (i.v 4) xx.xx.2022-ci il tarixli “Maddi ziyanın ödənilməsi ilə bağlı” protokoldan görünür ki, Əhmədova X9 Afaq Hacı qızına vurulmuş ziyandan ödəniş etmək məqsədi ilə istintaq şöbəsinə 2000 manat təqdim etmişdir. (i.v 59) xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Müşviq Qurbanovun adına ünvanladığı ərizədə həmin tarixədək Zərərçəkmiş şəxs ümumilikdə 6300 manat pul ödədiyini, yerdə qalan hissəni isə xx.xx.2022-ci il tarixədək ödəyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan həmin tarixədək ümumilikdə 6300 manat ödəniş edilmişdir. (i.v 63) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismindən tanınmışdır. (127-128) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v 143-144) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolu, təqsirləndirilən şəxsin dəymiş ziyanı qismən ödənilməsi haqqında qəbzlər, həmçinin əhəmiyyət kəsb edən digər sənədlər sübut növü kimi qəbul edilmişdir. (i.v 182-186) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyana görə 3700 (üç min yeddi yüz) manatın və ödənilmiş dövlət rüsumuna görə isə 57 manatın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsinə dair mülki iddia qaldırılmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(0001)-632-2023 saylı qərarı ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilərək zərərçəkmiş şəxsin etibarından sui-istifadə edərək onun 10000 manatını ələ keçirdiyini etiraf etsə də, vurduğu ziyanın tam şəkildə tərəfindən ödənildiyini, həmin ziyanı zərəçəkmiş şəxsə təqdim etməsi üçün iş üzrə araşdırmanı aparmş Binəqədi Rayon Polis İdarəsinin sabiq müstəntiqi Rövşan Cavadova təqdim etdiyini bildirərək bununla bağlı ziddiyətli ifadələr vermişdir. Belə ki, təqsirləndirilən şəxs əvvəlcə vurduğu ziyandan ümumilikdə 9400 manat ödəniş etdiyini, 600 manat ziyan məbləğinin qaldığını bildirsə də, daha sonra ziyan məbləğini tam olaraq ödədiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs 6300 manat ziyanı ödədikdən sonra 2 dəfəyə ümumilikdə 3000 manat vəsaitin tanışı X5 vasitəsi ilə Şahid2 təqdim etdiyini göstərmiş, daha sonra həmin vəsaitin 1500 manatını qeyd edilən şəxsin həyat yoldaşının adına olan plastik kartına köçürülməsi barədə ziddiyətli ifadələr vermişdir. Bundan başqa məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi X3 anket məlumatlarının dəqiqləşdirilməsi üçün elektron məhkəmə informasiya sistemində axtarış aparılsa da həmin şəxs barəsində hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs X3 şahid qismində dindirilməsi üçün anket məlumatlarını dəqiqləşdirirək məhkəməyə təqdim edəcəyini bildirsə də bu barədə hər hansı məlumatları məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxsin dediklərinin yoxlanılması üçün məhkəmə tərəfindən X2 şahid qismində dindirilməsinə cəhd edilsə də həmin şəxsin məlumatları tam təqdim edilmədiyindən, qeyd edilən ad, soyad və ata adlı şəxsi müəyyən etmək mümkün olmadığından, təqsirləndirilən şəxs bununla bağlı dolğun məlumat vermədiyindən həmin halların həqiqətə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Lakin iş üzrə maddi ziyanın ödənilməsi barədə zərəçəkmiş şəxsin ifadəsi, onun tərəfindən verilmiş mülki iddia ərizəsi və əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsi, təqsiləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi və xx.xx.2022-ci il tarixli istintaq şöbəsinə ünvanladığı ərizəsi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə təqdim etdiyi qəbzlə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan məbləğindən 6300 manat ödənildiyi, 3700 manat ziyanıın isə ödənilmədiyi müəyyən edilmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyan məbləğini tam şəkildə ödəməsi barədə bildirdiklərini onun törətdiyi cinayət əməlinə görə maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza təyin edilməsinə nail olmaq və özünü müdafiəsi üçün düşünülümüş addım kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, zərərçəkmiş şəxsin ifadəsi, işin faktiki halları və istintaq hərəkətinin protokolları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini, habelə məhkəmə istintaqı zamanı verdiyi ilkin ifadəsini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı vurulmuş ziyanın tam şəkildə ödənilməsi barədə verdiyi sonrakı ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Əhmədova X10 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş və 02 il, 04 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 81-83) Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(094)-7/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmiş, 2 il, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və üzərində qəti olaraq 02 il, 04 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v 176-181) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(003)-5/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 məxsus ümumilikdə 3500 (üç min beş yüz) manat pulu vahid niyyətlə ələ keçirib mənimsəməklə dələduzluq cinayətini 2019-cu ildə törətdiyindən, o, həmin epizod üzrə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən həmin epizod üzrə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 16 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində 1 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)- 7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 1 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 8 (səkkiz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1601/2023 saylı qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair 1(003)-5/2023 saylı, 01 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs verilmiş ittihamın zərərçəkmiş şəxs X4 qarşı dələduzluq epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən, bu epizod üzrə ona qarşı cinayət təqibinə xitam verilmiş, ona verilmiş ittihamın zərərçəkmiş şəxs X6 qarşı dələduzluq epizodu üzrə “təkrarən” müddəası çıxarılmış və Azərbaycan Respublikası CMnin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs verilmiş ittihamın bu epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyindən, ona qarşı cinayət təqibinə xitam verilmiş, ona verilmiş ittihamın zərərçəkmiş şəxs X7 qarşı dələduzluq epizodu üzrə “təkrarən” müddəası çıxarılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 1(094)- 7/2022 saylı 25 fevral 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 1 (bir) il 4 (dörd) ay 3 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CMnin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 1 (bir) gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla əvəz edilmiş 8 (səkkiz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixə qədər şübhəli şəxs qismində 01 (bir) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 69/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-də istintaqı aparılmış cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu, cəmi 01 gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 08 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-1229/2024 saylı qərarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-69/2024 saylı hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Elektron məhkəmə informasiya sitsemindən əldən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X17 adlı bir azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-nin 59.159.1.4), zərərçəkmiş şəxsə vurduğu 10000 manat ziyandan 6300 manat ödəməsini (CM-nin 59.1.14) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəza ona Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-69/2024 saylı hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona AR CM-nin 66.5-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, AR CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin ediləcək cəza Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa cinayət qanunvericiliyinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)- 1601/saylı qərarı ilə təqsili bilindiyi, ibtidai istintaqı Xəzər rayon Polis İdarəsi tərəfindən aparılmış cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 1 gün müddət ona cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəza müddətindən çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cinayət əməli təqsirləndirilən şəxs barəsində ittihamedici hökmlər çıxarılmamışdan əvvəl törədildiyindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən o ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edilməli və cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, onun barəsində qətiimkan tədbirinin seçilməsinə zəruruət yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi ziyana görə 3700,00 (üç min yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57,00 manat olmaqla, ümumilikdə 3757,00 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə mülki iddiaya münasibətdə isə qeyd edir ki, mülki iddia əsaslı olduğundan tam təmin edilməlidir. Belə ki, məhkəmə sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi nəticəsində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs 10000 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmin ziyandan 6300 manatı ibtidai istintaq dövründə ödənilmiş, 3700 manatı isə ödənilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsininin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi tam təmin edildiyindən, iş üzrə mülki iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar zərəçəkmiş şəxs tərəfindən ödənilmiş 57,00 manat dövlət rüsumu təqsiləndirilən şəxsdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş maddi ziyana görə 3700,00 (üç min yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57,00 manat olmaqla, ümumilikdə 3757,00 manat məbləğində pul vəsaiti təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs (mülki cavabdeh) ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-69/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Xəzər ayon Polis İdarəsində istintaqı aparılmış cinayət işi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu, cəmi 01 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il, 02 (iki) ay, 29 (iyirmi doqquz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. Mülki iddia təmin edilsin, vurulmuş maddi ziyana görə 3700,00 (üç min yeddi yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 57,00 manat olmaqla, ümumilikdə 3757,00 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi (Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar