Məhkəmə qərarları › İş №1(001)-757/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-757/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-757/2022 14.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Xüsusi ittihamçı X7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 və onun vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilli X5 iştirakı ilə Xüsusi ittihamçı X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayəti üzrə işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X12 - barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İnstaqram sosial internet şəbəkəsində təhqir və böhtan xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə görə xx.xx.1988-ci ildə Şəki şəhərində anadan olmuş, ailəli, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 70 ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin ona dəymiş maddi ziyanın əvəzi kimi 1000 (on min) manatın, mənəvi ziyanın əvəzi kimi 20 000 (iyirmi min) manatın X1 alınaraq ona –X9 ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən xüsusi ittihamçı X12 - xüsusi ittiham qaydasında verilən şikayəti müdafiə edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 və onun vəkilli X11 xüsusi ittiham qaydasında şikayət ərizəsi CPM-nin 293-cü maddəsinin tələblərinə tam uyğun gəlmədiyindən və xüsusi ittiham qaydasında şikayət verilən şəxsin yaşadığı ünvan düzgün göstərilmədiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə xüsusi ittihamçını, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsi və onun vəkilini dinləyib, belə qənaətə gəlir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-nin 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə və cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə. CPM-nin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. CPM-nin 300.1-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri, yəni təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət verilən şəxsin yaşadığı ünvan düzgün göstərilmədiyindən və tələb dəqiq göstərilmədiyindən xüsusi ittihamçı X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində – barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 ünvanı –Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 70 kimi göstərilmişdir.Halbuki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 113/22 saylı, 08 dekabr 2022-ci il tarixli araşa məlum olur ki, X8 –ünvan 3 ünvanda yaşayır.Beləliklə də, məlum olur ki, şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 ünvanı səhv göstərilmişdir.Bundan başqa, şikayət ərizəsində tələb düzgün göstərilməmişdir.Belə ki, xüsusi ittihamçı X13 - X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmçinin ona dəymiş maddi ziyanın əvəzi kimi 1000 (on min) manatın, mənəvi ziyanın əvəzi kimi 20 000 (iyirmi min) manatın X1 alınaraq ona –X9 ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.Halbuki, CM-nin 147.1 və 148-ci maddələrində yalnız təqsirləndirilən şəxsə cəza verilməsi nəzərdə tutulmuş, dəymiş maddi ziyan və mənəvi ziyanın tutulması nəzərdə tutulmamışdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi X11 məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, müdafiəçi X11 hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 25 saat vaxt sərf etmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299- 302-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Xüsusi ittihamçı X7 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Cinayət işi üzrə müdafiəçi X11 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 25 saat hüquqi xidmətin dəyəri 150 (yüz əlli) manat "xxxx"ASC-nin Binəqədi filialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X, hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, rəsmi qaydada elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar