Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-76/2024 06.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Abşeron rayon Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “Xəzər” mühafizə xidmətində mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə saat 12:30 radələrində “B1, B, C1, C” kateqoriyalı, BA 055707 nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “BYD F3” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu ilə Binəqədi kəndi istiqamətində saatda təxminən 50-60 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaların tələblərini pozaraq yolu nisbətən iti addımlarla keçməyə çalışan 1968-ci il təvəllüdlü piyada X5 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurub, baş beyinin yumşaq qişaları altına, toxumasına və beyinciyə qansızmalar ilə müşayiət olunan alın nahiyəsinin sol yarısının və sağ alın-gicgah nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol təpə nahiyəsinin əzilmiş yarası, sağ baldır sümüklərinin açıq-qəlpəli sınığı, sol aşıq-baldır oynağının qapalı sınığı, sağ said nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin əzilmişcırılmış yaraları, sağ bazu nahiyəsinin sıyrıqlı əzilmiş-cırılmış yaraları, sol çənə cisminin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol ayağın iç topuğunun, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin, sağ əlin arxa səthinin, sol dirsək oynağı nahiyəsinin, sol əlin İİİ- İV-V barmaqlarının sıyrıqları, sağ və sol üst göz qapaqlarının, sağ və sol diz oynağı nahiyələrinin qançırları kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs K.Ə.Fərəzliyevin 24 may 2023-cü il tarixdə saat 09:00-da “X18” PHŞ-də ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 may 2023-cü il tarixdə, təxminən saat 12:30 radələrində Binəqədi rayonu, Binəqədi yolunda Sulutəpə dairəsindən üzü Binəqədi kəndi istiqamətində idarə etdiyi avtomobillə təxminən 50-60 km/saat sürətlə hərəkət edən zaman yolun əks tərəfindən gələn qara rəngli avtomobilin arxa tərəfindən qəflətən bir nəfər piyada onun avtomobilinin qarşısına çıxmışdır. Onun zərər çəkmiş şəxsi görməsi ilə hadisənin baş verməsi cəmi 1 saniyə ərzində baş vermişdir. O, zərər çəkmiş şəxsi gördüyü anda dərhal əyləc pedalını sıxaraq qəzadan yayınmağa çalışmışdır. Məsafə az olduğundan avtomobili saxlamağı çatdırmamış, zərər çəkmiş şəxs avtomobilinin sağ tərəfində yerləşən səkiyə tərəf qaçdığından həmin şəxsi avtomobilinin ön sağ tərəfi ilə vurmuşdur. Zərər çəkmiş şəxsin yanında başqa bir piyada da olmuş, lakin həmin piyada onun avtomobilini görən zaman dayandığı üçün nəqliyyat vasitəsi ilə həmin şəxsi vurmamışdır. Qarşı tərəfdən gələn avtomobil axını çox olduğundan səkidən gələn adamları görmək mümkün deyildi. Onun idarə etdiyi avtomobilin arxasında yaxud qarşısında hər hansı bir nəqliyyat vasitəsi yox idi, lakin sol tərəfi əks hərəkət istiqaməti olduğundan orada xeyli nəqliyyat vasitəsi hərəkət edirdi, sağ tərəfində isə cəmi 1 (bir) avtomobil dayanmış idi. Piyadaları qarşı tərəfdən əks zolaqda hərəkət edən qara rəngli avtomobilin arxasından çıxdığı anda görərkən aralarında olan məsafə təxminən 15-20 metr olmuş və piyadaları görən zaman dərhal əyləcə basmış, lakin cəmi 1 saniyə sonra avtomobil zərər çəkmiş şəxsi vurmuşdur. O, avtomobili piyadanı vurduğu nöqtədən təxminən 2-3 metr məsafədə irəlidə saxlaya bilmiş, zərər çəkmiş şəxsin üz hissəsində xəsarətlər olduğundan, o avtomobildən endikdən dərhal sonra X19 xidmətinə zəng edərək kömək istəmişdir. Qeyd etməlidir ki, həmin ərazi yaşayış məntəqəsi olduğundan maksimum sürət həddi 60 km/saat olaraq müəyyən edilmişdir, hadisə baş verdiyi yerdə piyada keçidi isə mövcud deyildir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Vəfat etmiş atası X8 23 may 2023-cü il tarixdə, saat 08:30 radələrində çox vaxt olduğu kimi evdən ərzaq almaq üçün çıxmış, saat 12:40 radələrində atasının telefonundan ona zəng gəlmiş və zəng edən şəxs atasının yol qəzası nəticəsində xəsarət aldığını və xəstəxanaya aparıldığını bildirmişdir. O, xəstəxanada atasının Təqsirləndirilən şəxs tərəfindən vurulmuş olduğunu öyrənmişdir. Aldığı məlumata əsasən Təqsirləndirilən şəxs hadisədən sonra yayınmamış və atasının xəstəxanaya çatdırılmasına kömək etmişdir. X10 vəziyyətinin isə qənaətbəxş olmadığını öyrənmiş, səhəri gün saat 12 radələrində isə atasının vəfat etməsi xəbərini almışdır. Hazırda təqsirləndrilən şəxsdən şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı iddiası, şikayəti və tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizə də vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlyazmalar və səslərin ekspertizaları şöbəsinin rəis müavini, X16 ifadəsində göstərmişdir ki, təyin edilmiş qərar əsasında ekspetiza qarşısında video yazı üzrə 2 real hadisə arasında zamanın və həmin zaman müddətində qət olunan məsafənin müəyyən olunması sualı qoyulmuşdur. 2-ci sual isə “video görüntüyə əsasən piyada hansı andan sürücünün görünüş dairəsinə düşmüşdür?” məzmununda olmuşdur. Təssüf ki, bu suallara ekspertiza tərəfindən cavab verilməsi mümkün olmamışdır. Çünki, tədqiqata təqdim edilmiş video yazı ilkin video yazı oxudulan zaman ekrandan təkrar yazılması nəticəsində əldə olunmuşdur. Bu zaman ilkin video yazıda olan saniyə, yəni zaman göstəricisi olmamışdır. Ona görə də belə video yazılarda real müddətin müəyyən olunması mümkün olmur. Həm də orada zaman müəyyən olunan konkret istiqamət olan hadisə, məsələn işıqfor və yaxud hər hansı bir müddəti müəyyən olunan real hadisə görünməmişdir. Ona görə də belə video yazılara görə real müddətin müəyyən edilməsi mümkün deyildir. Digər məsələ obyektin sürücünün görünüş dairəsinə düşməsi isə ekspertizanın həll etdiyi məsələ olmadığı üçün ona cavab verilməmişdir. Belə ki, piyadanın sürücünün görünüş dairəsinə düşməsinin müəyyən edilməsi ekpertizanın araşdırma predmeti deyildir. Ekspertiza yalnız obyektin kadrda ilk göründüyü an sualına cavab verə bilər. Müstəntiqin qərarında göstərilmişdir ki, avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə 3 saniyə vaxt sərf olunduğu müəyyən edilmişdir. Lakin videonun aşağı hissəsində göstərilən “timecode”-a görə hadisənin real vaxt rejimində baş verdiyini demək mümkün deyildir. Həmin “pts” real vaxtla üst-üstə düşə də bilər, düşməyə də bilər. Bunun üçün video-texniki ekspertiza keçirilməli, video analiz olunmalıdır. Çünki video analiz zamanı videoda boş kadrların, təkrarlanan kadrların olub-olmaması müəyyən edilir. Hər bir halda video yazı üzrə iki real hadisə arasında zamanın müəyyən edilməsi ekspertin səlahiyyətindədir. Çünki həmin analiz xüsusi bilik tələb edir. Video yalnız ilkin mənbədən götürülərək ekspertə təqdim olunduğu halda iki real hadisə arasında olan zamanı müəyyən etmək mümkün olar. İndiki halda real zamanın müəyyən edilməsi üçün hər hansı metod mövcud deyildir. Vizual baxışla müstəntiqin dediyi 3 saniyə real müddətə uyğun gəlməyə bilər. Yəni, həmin 3 saniyənin doğru olub-olmaması sual altındadır. Video görüntü bir başa mənbədən əldə edilərək təqdim edildiyi halda isə onun real müddətə uyğun olun-olmamasını müstəntiq deyil, yalnız ekspert müəyyən edə bilərdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş cinayət işi üzrə ibtidai istintaqı həyata keçirən Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X12 ifadəsində bildirmişdir ki, cinayət işi üzrə istintaq aparılarkən, obyektivliyi təmin etmək məqsədi ilə mümkün sübutların təhlili əsasında prosessual hərəkətlər yerinə yetirilir. Belə ki, müvafiq yol nəqliyyat hadisələrinin avto texniki ekspertizasını təyin etməzdən əvvəl, yol nəqliyyat hadisəsinin qeydə alındığı video görüntüyə baxış keçirmişdir. Həmin baxış zamanı video görüntüyə əsasən avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə 3 saniyə vaxt sərf olunduğu qənaətinə gəlmişdir. Belə ki, video 26 saniyədən ibarət olmuşdur, videonun 23-cü saniyəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu barədə “Diskə baxış keçirilməsi haqqında” 26 may 2023-cü il tarixli protokolda da qeyd etmişdir ki, “videonun 23-cü saniyəsində qara rəngli minik avtomobilinin həmin yolda hərəkətdə olarkən əks zolaqdan hərəkətə başlamış iki piyadadan birini vurması görünür”. Qərarında göstərdiyi avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə sərf olunan 3 saniyə vaxt dedikdə, o videonun 20-23 saniyələrini nəzərdə tutmuşdur. Həmin videonun olduğu disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Video-görüntünü o şəxsən telefon vasitəsi ilə “099 Servic” adlı obyektin müşahidə kamerasına baxan zaman ekrandan qeydə almışdır. Daha sonra həmin videonu “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə komputerə göndərmiş, sonrasında isə diskin yaddaşına köçürmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin aparıcı eksperti Şahid ifadəsində bildirmişdir ki, hazırki cinayət işi ilə bağlı 28 avqust 2023-cü il tarixdə ekspert Elşən Həsənov tərəfindən 8/2319 nömrəli rəy verilmiş və sürücünün hadisənin qarşısını almağa texniki imkanın olması, onun hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması barədə nəticəyə gəlmişdir. Onun imza etdiyi kompleks ekspertizaya təqdim edilmiş hadisənin görüntüsündən müəyyən olunur ki, sürücü avtomobili Binəqədi kəndi istiqamətində 50-60 km/saat sürətlə hərəkət etdirərkən yolu soldan sağa keçən piyadanı vurmuşdur. Təqdim edilmiş məlumatlar, piyadanın vurulma yeri, avtomobilin hərəkət sürəti və müdafiə tərəfinin göstərdiyi mexanizmlərə uyğun rəy tərtib olunur. Göstərilən sənədlərdə piyadanın yolu sürücü üçün təhlükə yaranan andan vurulma yerinə kimi qaçışla 3-4 metr məsafə qət etməsi real olmadığından istintaq tərəfindən təqdim edilmiş məlumatlara uyğun tədqiqat aparılmışdır. Burada əsas meyar təhlükənin yaranma anıdır. Həmin andan piyadanın qət etdiyi məsafəyə sərf olunan vaxtdır. Təqdim edilmiş məlumatlarda, müdafiə tərəfinin göstərdiyi 3-4 metr qaçışla məsafə qət etməsi, qarşıdan əks istiqamətdə hərəkətdə olan avtomobilin arxa hissəsindən çıxdığı andan və həmin andan 3-4 metr məsafə qət etməsi barədə məlumat təqdim edilib. Video görüntüyə də baxanda görünür ki, piyada bir mənalı sabit templə hərəkət etmir. Müəyyən məsafələrini yerişlə qət edir, müəyyən məsafədən sonra qaçır. Yəni hərəkət tempini artırır. Təqdim etdiyi ekspert rəyini hansı parametrə əsasən vermisiz sualına cavab olaraq bildirmişdir ki, istintaq tərəfindən verilmiş 3 saniyəyə uyğun olaraq tədqiqat aparmışdır. İstintaq tərəfindən müəyyən edilir ki, sürücü üçün təhlükə piyada soldan sağa keçdiyi andan yaranmışdır. Müdafiə tərəfi göstərir ki, sürücü üçün təhlükə əks istiqamətdə hərəkətdə olan avtomobilin arxa hissəsindən çıxdığı andan və həmin andan 3-4 metr məsafə qaçışla yaranır. Videogörüntüdən müəyyən olunur ki, piyada bir mənalı yolun sol tərəfindən sağa doğru sabit templə hərəkət etmir. Piyadaların hərəkətə başladığı yer məlumdur. Yolun sol kənarından başlıyır və sağa doğru keçirlər. Video görüntüdə əks istiqamətdə hərəkətdə olan avtomobilin yaxınlaşması görünür. Ondan qabaqda da hərkətdə olan bir avtomobil var ki, onlar arasında müəyyən bir məsafə var. Bu məsafədə piayadanın yolun soldan sağa keçməsi, öz yolunda olan avtomobil sürücüsünün görünüş dairəsinə düşə bilər. Yəni piyadanın hərəkətə başlaması sürücünün görünüş dairəsinə düşə bilər. Düşməməyini isə deyə bilməz. İstintaq orqanı ona məlumatlar təqdim etmiş, oda həmin məlumatlara əsasən rəy təqdim etmişdir ki, hadisə istintaq orqanının göstərdiyi kimi ola bilər. Obyekt sürücünün görünüş dairəsinə düşmüşdür demək hazırki halda doğru deyildir, lakin “düşə bilər” deyilməsi mümkündür. 3 saniyəni istintaq orqanının verdiyi məlumatlar əsasında qəbul etmişdir. İstintaq tərəfindən müəyyən edilir ki, təhlükə piyadanın yolun sol kənarından başladığı andan yaranmışdır. Həmin andan piyadanın avtomobil ilə vurulmasına kimi 3 saniyə vaxt keçmişdir. Bu 3 saniyə bir parametr kimi təqdim edilmişdir. Bu hala uyğun məlumatlar olduğu üçün həmin məlumatlara istinad edilmiş, ekspert rəyi yalnız müstəntiq tərəfindən verilmiş 3 saniyə üzərində qurulmuşdur. Ona hazırkı videoya əsasən piyadanın avtomobilin arxasından çıxdığı andan təqsirləndirilən şəxsin görünüş dairəsinə düşməsi ilə bağlı mexanizim təqdim edildiyi halda təqsirləndirilən şəxsin hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması barədə sual qoylsa ekspert rəyinin təqdim edilməsinin mümkün olub-olmaması sualına cavab olaraq isə bildirmişdir ki, həmin mexanizm üzrə təqdiqat aparılması üçün əks istiqamətdə hərəkətdə olan avtomobilin hərəkət sürəti, həmin piyadanın avtomobil ilə arasında olan məsafə, öz yolunda olan avtomobilin hərəkət sürəti və yola nəzərən kordinatları təqdim edilməsi zəruridir ki, qeyd edilənləri müstəntiq müəyyən etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 may 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Binəqədi rayonu, DSK yolunda baş vermişdir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfaltbeton, yol örtüyünün vəziyyəti isə quru olmuşdur. “BYD - F3” markalı, 90VU419 dövlət qeydiyyat nişanlı avtomobil Binəqədi rayonu, DSK yolu ilə hərəkətdə olarkən yolun sol tərəfindən sağ tərəfinə qaçaraq keçən piyadanı avtomobilin qabaq ön hissəsi ilə vurmuşdur. BA seriyalı, 055707 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1”, “B”, “C1”, “C” kateqoriyalı sürücüdür. AD seriyalı, 843318 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BYD - F3 minik” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil X9 məxsusdur. 01 may 2023-cü il tarixli etibarnamədən görünür ki, , “BYD - F3 minik” markalı **- VU-*** dövlət qeydiyyat nişanlı avtomobil X11 tərəfindən Təqsirləndirilən şəxs idarə etmək üçün verilmişdir. “İfadənin yerində yoxlanılması barədə” 25 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DSK) yoludur. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs bildirmişdir ki, 23 may 2023-cü il tarixdə saat 12:30 radələrində yaşadığı evdən çıxıb Binəqədi rayonu, Binəqədi yolunda Sulutəpə dairəsindən üzü Binəqədi kəndi istiqamətində idarə etdiyi "BYD F3" markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 50-60 km/saat sürətlə hərəkət etmişdir. Hərəkət zamanı yolun əks tərəfindən gələn qara rəngli avtomobilin arxa tərəfindən qəfil olaraq iki nəfər piyadanın qaçaraq onun hərəkət etdiyi zolağa tərəf gəldiyini görmüş və piyadaları vurmamaq üçün ayağını əyləcə atıb avtomobili saxlamaq istəmişdir. O ilk dəfə piyadaları qarşı tərəfdən əks zolaqda hərəkət edən qara rəngli avtomobilin arxasından çıxarkən, təxminən 15-20 metr məsafədən görmüşdür. Buna baxmayaraq məsafə az olduğundan avtomobili saxlamağı çatdırmamışdır. Nəticədə hərəkətdə olan piyadalardan biri dayanmadan onun avtomobilinin sağ tərəfində yerləşən səkiyə tərəf qaçmış və o həmin şəxsi avtomobilinin ön sağ tərəfi ilə vurmuşdur. Digər piyada isə qarşısından gəlmiş qara rəngli avtomobilin arxasından keçdiyi andan dayandığı üçün onu vurmamışdır. Vurduğu piyada, yəni sonradan adının X8 olduğunu öyrəndiyi şəxs avtomobildən sağ tərəfə yıxılmış və o avtomobili piyadanı vurduğu nöqtədən təxminən 2 metr məsafədə irəlidə saxlaya bilmişdir. Dərhal avtomobildən düşərək yerə uzanmış vəziyyətdə olan Kərəm Fərzəliyevin yanına getmişdir. Tez vaxtda X19a məlumat verib kömək istəmiş, təxminən 10 dəqiqə sonra X19 briqadası hadisə yerinə yaxınlaşıb Kǝrǝm Fərzəliyevi 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırmışdır. Özü isə həmin şəxsin səhhəti ilə maraqlanmaq üçün öz avtomobilini yolun kənar hissəsində saxlayıb xəstəxanaya getmişdir. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, "BYD F3" markalı avtomobilin ön hissəsində zədə hissələri vardır. Avtomobilin ön şüşəsinin sağ tərəfi sınmış və çatlamış vəziyyətdədir. Ön kapot hissəsinin sağ tərəfi əzilmişdir. Sağ ön farada sınıq izi vardır. Avtomobilin ön tərəfində çoxu şüşədə olmaqla ləkələr vardır. Həmin ləkələr qatıq dağıntısına oxşardır. Avtomobilin yan və arxa tərəfləri normal vəziyyətdədir. Avtomobilin içərisində hər hansı qəza nəticəsində yaranmış dəyişiklik yoxdur. “Videogörüntünün götürülməsi barədə” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DSK) yolunda yerləşən “099 Servic”ə məxsus videomüşahidə cihazından 1 ədəd video faylı CD-R formatlı diskə əlavə etməklə götürülmüşdür. “Diskə baxış keçirilməsi haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, CD diskdə videogörüntüdən ibarət 01 ədəd fayl mövcuddur. Həmin videogörüntü 26 saniyədən ibarətdir və Binəqədi rayonu, Binəqədi (DSK) yolunun hadisə baş verdiyi hissəsini əks etdirir. Video başlayan andan etibarən yolun hərəkət hissəsində iki istiqamətdə avtomobillərin hərəkəti və yolun kənar hissələrində avtomobillərin olduğu müşahidə edilir. Videonun 23-cü saniyəsində qara rəngli minik avtomobilinin həmin yolda hərəkətdə olarkən əks zolaqdan hərəkətə başlamış iki piyadadan birini vurduğu və qəzadan sonra vurulan piyadanın avtomobilin sağ tərəfinə yıxıldığı, avtomobilin isə nisbətən irəlidə dayandığı görsənir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə olan hadisənin 23 may 2023-cü il tarixdə saat 12:30 radələrində idarə etdiyi "BYD F3" markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolundan hərəkətdə olarkən piyadanı vurmasından ibarət olduğunu bildirmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 24 may 2023-cü il tarixli, 115 saylı rəyindən görünür ki,
1. Mərhum K.Ə.Fərzəliyev “X18” PHŞ-nə xx.xx.2023-cü il tarixdə saat 17:25-də 16 saylı TTYS-nın briqadası tərəfindən “müxtəlif travmalar” diaqnozu ilə gətirilmişdir. A/T 87/47 mm.c.st. Nəbzi dəqiqədə 100 vurğudur. Müayinə zamanı ümumi əziyyəti ağırdır. Şikayətləri: Hər iki baldırda və başında ağrılardan, baldırdakı yaradan əanaxma olmuşdur. Yerli müayinə zamanı sağ baldırın orta-yuxarı 1/3-də sınığa uyğun 4-6 İ sm köndələn çoxsaylı əzilmiş-cırılmış yaralar, sol baldırın yuxarı 1/3-də lateral səthdə 2-3 sm kəsilmişdeşilmiş yaralar, sağ çiyinin arxa-bayır səthində, sağ dirsəkdə 6,0x1,5 sm əzilmiş- kəsilmiş yaralar, sağ baldırın yuxarı 1/3-də xırçıltılı, baldır sümüklərinin sınığı qeyd olunur. Sol aşağı ətraf topuqda şişkinlik, ağrı qeyd olunur, Başında alm-təpə nahiyəsində, sağ gicgahda əzilib-cırılmış yaralar, burunda çoxsaylı əzilmiş sıyrıqlar qeyd olunur. Yaralar l-li cərrahi işlənilib, aseptik sarğı qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə çəkilmiş sağ baldır sümüyünün 2 proyeksiyalı R-qrammasında hər iki sümüyün yuxarı 1/3-də çoxqəlpəli yerinidəyişən sınıq qeyd olunur. Sol baldır sümüyünün iki proyeksiyalı R-qraflyasında aşıqbaldır oynağını tutmaqla baldır sümüyünün distal ucunun sınığı qeyd olunur. xx.xx.2023-cü il tarixdə çəkilmiş beyinin nativ KT müayinəsi zamanı beyin yarımkürələrində patoloji həcm, struktur dəyişikliyi aşkar edilmir. xx.xx.2023-cü il tarixdə xəstənin huşu yoxdur, intubasiya olundu. A/T təminetmir. STA qoşuldu. xx.xx.2023-cü il tarixdə xəstənin ümumi vəziyyəti daha da ağırlaşmışdır. Aparılan bütün reanimasion tədbirlərə baxmayaraq saat 09:00-da xəstədə bioloji ölüm qeydə alındı. Son klinik diaqnoz: Müştərək travma. QKBT. Baş beyin silkələnməsi. Başında, sol alın-təpə, sağ gicgahda əzilmiş-cırılmış yaralar. Başında çoxsaylı sıyrıntılar. Sağ baldır sümüklərinin yuxarı 1/3-nin qəlpəli-açıq yerinidəyişən sınıqları. Sağ baldırın yuxarı 1/3-nin, sol baldırın yuxarı 1/3-nin, sağ çiyin və sağ dirsək nahiyəsində yaralar. Sol aşıq-baldırda bayır topuğun yerini dəyişən sınığı. Travmatik şok İİ dərəcə.
2. Mərhum K.Ə.Fərzəliyevin meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: - baş beyinin yumşaq qişaları altına, toxumasına və beyinciyə qansızmalar ilə müşayiət olunan alın nahiyəsinin sol yarısının və sağ alın-gicgah nahiyəsinin əzilmişcırılmış yaraları, sol təpə nahiyəsinin əzilmiş yarası; - sağ baldır sümüklərinin açıq-qəlpəli sınığı; - sol aşıq-baldır oynağının qapalı sınığı; - sağ said nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları; - sağ bazu nahiyəsinin sıyrıqlı əzilmiş-cırılmış yaraları; sol çənə cisminin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol ayağın iç topuğunun, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin, sağ əlin arxa səthinin, sol dirsək oynağı nahiyəsinin, sol əlin İİİ- İV-V barmaqlarının sıyrıqları; - sağ və sol üst göz qapaqlarının, sağ və sol diz oynağı nahiyələrinin qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün X18 PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 17:25-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum K.Ə.Fərzəliyevin meyitində sol dirsək çuxurunda və sol əlin arxa səthində aşkar olunmuş nöqtəşəkilli yaracıqlar həmin nahiyələrdə yerləşən venoz damarlara iynə vurulması nəticəsində əmələ gələ bilərdilər.
3. Mərhum K.Ə.Fərzəliyevin meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşınının K.Ə.Fərzəliyevi vurması nəticəsində əmələ gələ bilərdilər.
4. Mərhum K.Ə.Fərzəliyevin ölümünə səbəb baş beyinin yumşaq qişaları altına, toxumasına və beyinciyə qansızmalar olmuşdur. Beləliklə, K.Ə.Fərzəliyevin meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır.
5. Mərhum K.Ə.Fərzəliyevin ölümü xx.xx.2023-cü il tarixdə saat 09:00-da “X18" PHŞ-də baş vermişdir. İlkin meyit əlamətləri ilə bu müddət uyğun gəlir.
6. Mərhum K.Ə.Fərzəliyev 23.05-xx.xx.2023-cü il tarixlərdə “X18” PHŞ- də stasionar müalicədə olduğundan onun meyitindən etil spirtinin və narkotik maddələrin təyini üçün qan nümunəsi götürülməmişdir. Onun xəstəxanaya gətirilərkən alkohol sərxoşluğu vəziyyətində olub-olmaması barədə tibbi sənəddə hər-hansı bir qeydiyyat aparılmamışdır. “Zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, X7 mərhum X2 hüquqi varisi qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X23 İdarəsinin 17 iyul 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BA 055707 nömrəli “B1”, “B”, “C1”, “C” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. “BYD - F3 minik” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş X23 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli, 8/2319 saylı rəyindən görünür ki, “BYD F3” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınaraq, Təqsirləndirilən şəxs ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, hadisə yerinə baxış protokolu, sxem, nəqliyyat vasitəsinə baxış protokolu, məhkəmə-tibbi ekspertizası və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, ifadələrin yerində yoxlanması protokolu, diskə baxış keçirilməsi barədə protokol hadisənin faktiki halları ilə uzlaşdığından sübut növü kimi qiymətləndirilmiş, "BYD F3" markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq faktiki sahibi Təqsirləndirilən şəxs məsul saxlanışa verilmiş, 23 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda baş vermiş yol nəqliyyat hadisəsi anını özündə əks etdirən 01 ədəd CD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 263-1 ve 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. X1 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, həyat yoldaşı X2 yol nəqliyyat hadisəsi zamanı ölümü ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ona tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı iddiası, şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. X7 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, atası X2 yol nəqliyyat hadisəsi zamanı ölümü ilə əlaqədar Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ona tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı iddiası, şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DXK) yolunda yerləşən “099 Servic”ə məktub ünvanlanaraq 23 may 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu ilə Binəqədi kəndi istiqamətində hərəkətdə olarkən piada X5 vurma anını əks etdirən “099 Servic”ə məxsus videomüşahidə cihazına düşmüş görüntülərin orjinalı cinayət işi üzrə xüsusi əhəmiyyət daşıdığından həmin görüntülərin compakt diskə (CD) yazılaraq qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DXK) yolunda yerləşən “099 Servic”ə rəhbərlik edən X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, servisdə olan müşahidə kameralarının görüntülərinin yazıldığı yaddaş qurğusu servisdə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən götürldüyündən və hazırkı tarixədək qaytarılmadığından xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində olan videogörüntülərin məhkəməyə təqdim edilməsi mümükün deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubları ilə isə Binəqədi Rayon Polis İdarəsinə müraciət edilərək qeyd edilən yaddaş qurğusunun məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-46/2-19293 saylı məktubu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsiləndirilməsinə dair məhkəmənin icraatında olan cinayət işi ilə əlaqədar yolnəqliyyat hadisəsinin qeydə alındığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DSK) yolunda yerləşən “099 Servic”-ə məxsus video müşahidə kameralarının görüntülərinin yazıldığı yaddaş qurğusu məhkəməyə təqdim edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-76/2024 saylı qərarı ilə məhkəmə komputer texniki ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. Təqdim edilmiş yaddaş qurğusunda 23 may 2023-cü il tarixdə qeydə alınmış videogörüntülər mövcuddurmu, mövcuddursa həmin tarixə aid videogörüntülər xarici yaddaş qurğusuna (CD-yə) köçürülsün.
2. Təqdim edilmiş yaddaş qurğusunda 23 may 2023-cü il tarixdə qeydə alınmış videogörüntülər mövcud deyildirsə həmin video görüntülər bərpa edilsin.
3. Təqdim edilmiş yaddaş qurğusunda 23 may 2023-cü il tarixdə qeydə alınmış videogörüntülər mövcud deyildirsə və həmin görüntülərin bərpa edilməsi mümkünsüzdürsə bunun səbəbləri dəqiqləşdirilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 8/3356-4/1826 saylı rəyindən görünür ki,
1. Ekspertizaya təqdim olunmuş 1 ədəd "Verbatim" "VİD-20230619-WA0115.mp4" adlı videoyazıya görə piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurulduğu ana qədər keçən real zamanı və həmin müddətdə qət etdiyi məsafəni rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.
2. Videoyazıdakı görüntülərə görə obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər siyahasına aid deyildir. 3.4. Audio və videoyazıların məhkəmə ekspertizası yolu ilə piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurulduğu ana qədər keçən real vaxt və həmin vaxt ərzində piyadanın qət etdiyi məsafəni müəyyən etmək mümkün olmadığından mövcud vəziyyətdə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası yolu ilə qeyd olunan suallar görə BYD markalı 90VU419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. 5.6 Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən müdafiə tərəfinin göstərdiyi məlumatlar üzrə tədqiqat aparılmır. Hadisəni əks etdirən videogörüntüyə əsasən piyadaların yolu keçməyə başlamaları piyadaların hərəkəti istiqamətdə sağ tərəfdən öz zolağı ilə hərəkətdə olan BYD markalı avtomobilin sürücüsünün görünüş dairəsinə düşə bilər. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, BYD markalı 90VU419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə komputer texniki ekspertizasının 12 iyun 2024-cü il tarixli, 5/589 saylı rəyindən görünür ki,
1. Təqdim edilmiş tədqiqat işləri nəticəsində təqdim edilmiş bir ədəd "Euronet" markalı 08 kanallı müşahidə kameralarından videogörüntüləri qeydə alan "DVR" tipli cihaz hal-hazırda işlək vəziyyətdədir, cihazda quraşdırılmış tarix və zaman göstəricisi real tarixə (gün/ay) və zamana (saat) uyğun olmaması aşkar olunmuşdur.
2. Tədqiqatlar nəticəsində təqdim edilmiş "Euronet" markalı 08 kanallı müşahidə kameralarından video görüntülər qeydə alan "DR" tipli cihazın yaddaşında hal-hazırda xx.xx.2023-cü il tarixinə aid hər hansı bir video görüntü və rəqəmsal iz (Loglar) müəyyən olunmamışdır. 3.Rəyin tədqiqi hissəsinin 3-cü bəndinə əsasən təqdim edilmiş bir ədəd "Euronet" markalı 08 kanallı müşahidə kameralarından video görüntüləri qeydə alan "DVR" tipli cihazin yaddaşında "DVR examiner" və "HX-Recovery for DVR&NVR V 4.4.4 Enterprise" adlı proqram təminatları vasitəsi ilə bərpa prosesi aparmaq istədikdə həmin yaddaş qurğusunun formatının müvafiq proqram təminatlarında dəstəklənməməsi müəyyən edilmişdir. Rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 53.65 AZN (əlli üç manat, altmış beş qəpik) təşkil etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məlumdur ki, AR CM-nin 263.2-ci maddəsi ehtiyatsızlıqdan törədilən cinayətlərə aiddir. AR CM-nin 26.1-ci maddəsi ehtiyatsızlıqdan törədilmiş cinayətlərin anlayışını verir və ehtiyatsızlığın iki növünü fərqləndirir. a) cinayətkarcasına özünəgüvənmə; b) cinayətkarcasına etinasızlıq. AR CM-nin 26.2-ci maddəsində cinayətkarcasına özünəgüvənmənin iki əlaməti nəzərdə tutulur: a) əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi; b) kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi. Əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi cinayətkarcasına özünəgüvənmənin əqli momentinin, kifayət qədər əsas olmadan ictimai təhlükəli nəticələrin qarşısının alınacağının güman edilməsi isə cinayətkarcasına özünəgüvənmənin iradəvi momentinin məzmununu təşkil edir. Cinayətkarcasına özünəgüvənmə zamanı təqsirkar hər bir halda əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görür və dərk edir, lakin kifayət qədər əsas olmadan onların qarşısının alınacağı gümanında olur. Cinayətkarcasına etinasızlıq onunla xarakterizə olunur ki, a) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görmək və ya görə bilmək imkanına malik olur; b) şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını görmür. CM-in 263.2-ci maddəsində cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının zərəçəkmiş şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. CM-in 263.2-ci maddəsində nəzərdə tutulan mənada yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına zərər vurulmasına səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünə güvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Ali Məhkəmənin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarının 12-ci bəndində deyilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəməyol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi video-müşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Qanunvericiliyin tələbinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu hal mütləq qaydada müəyyən olunmalıdır. Məhkəmə iş materiallarında olan sübutları, o cümlədən, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları tədqiq edib, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatları, dindirilmiş eskpertlərin onlara ünvanlanmış suallara cavablarını təhlil edərək hazırki iş üzrə təqsirləndirilən şəxsin hərəkətlərində cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlığın olmasının sübuta yetirilməməsi qənaətinə gəlir. Məlum olduğu kimi, cinayətkarcasına özünəgüvənmənin iki əlamətindən biri əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının qabaqcadan görülməsi, cinayətkarcasına etinasızlığın iki əlamətindən biri isə şəxsin öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olması və ya görə bilmək imkanına malik olmasıdır. Lakin, hazırkı halda təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını diqqət və ehtiyatlılıq göstərsə belə qabaqcadan görə bilməsi sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. İbtidai istintaq zamanı belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə saat 12:30 radələrində “B1, B, C1, C” kateqoriyalı, BA 055707 nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “BYD F3” markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu ilə Binəqədi kəndi istiqamətində saatda təxminən 50-60 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaların tələblərini pozaraq yolu nisbətən iti addımlarla keçməyə çalışan 1968-ci il təvəllüdlü piyada X5 idarə etdiyi avtomobilin qabaq tərəfi ilə vurub, baş beyinin yumşaq qişaları altına, toxumasına və beyinciyə qansızmalar ilə müşayiət olunan alın nahiyəsinin sol yarısının və sağ alın-gicgah nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol təpə nahiyəsinin əzilmiş yarası, sağ baldır sümüklərinin açıq-qəlpəli sınığı, sol aşıq-baldır oynağının qapalı sınığı, sağ said nahiyəsinin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ bazu nahiyəsinin sıyrıqlı əzilmiş-cırılmış yaraları, sol çənə cisminin, sol bud nahiyəsinin, sol diz oynağı nahiyəsinin, sol ayağın iç topuğunun, sağ baldır nahiyəsinin, sağ ayaq pəncəsinin, sağ əlin arxa səthinin, sol dirsək oynağı nahiyəsinin, sol əlin İİİ- İV-V barmaqlarının sıyrıqları, sağ və sol üst göz qapaqlarının, sağ və sol diz oynağı nahiyələrinin qançırları kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs K.Ə.Fərəzliyevin 24 may 2023-cü il tarixdə saat 09:00da “X18” PHŞ-də ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, müvafiq sübutlar toplanılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İbtidai istintaq zamanı keçirilmiş 28 avqust 2023-cü il tarixli ekpsertiza zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Lakin ekspert müvafiq nəticəyə istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən gəlmişdir (Tədqiqatın “nəticə” hisəssində də “İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən” qeydi aparılmışdır). “Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi haqqında” qərarda müstəntiq göstərmişdir ki, piyadanın yolu keçmək üçün hərəkətə başladığı andan həmin avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə 3 saniyə vaxt sərf olunduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamın əsasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2023-cü il tarixli, 8/2319 saylı ekspert rəyi təşkil etmişdir. Lakin məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin mötəbərliyi şübhə altına düşmüş, qeyd olunan sübutun təqsirləndirilən şəxsə ittiham verilməsi üçün kifayət etmədiyi müəyyən olunmuşdur. Belə ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hazırki iş üzrə təqsirləndirilən şəxs həm məhkəmə iclasında verdiyi ifadəsində, həmçinin də ibtidai istintaq zamanı verdiyi ifadəsində mərhum zərər çəkmiş şəxsi əks hərəkət istiqaməti ilə hərəkən edən qara rəngli avtomobilin arxasından çıxarkən gördüyünü bildirmişdir. İttiham tərəfi təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi sözügedən dəlili təkzib edə bilməmişdir. Qeyd olunmalıdır ki, “məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi haqqında” ibtidai istintaqı həyata keçirmiş müstəntiqin 03 iyul 2023-cü il tarixli qərarında piyadanın yolu keçmək üçün hərəkətə başladığı andan həmin avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə 3 saniyə vaxt sərf olunduğu qeyd edilmişdir. (28 avqust 2023-cü il tarixli ekspert rəyi də həmin məlumata əsasən verilmişdir.) Lakin təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi yolu keçməyə başladığı andan yox, qara rəngli sedan avtomobilin arxasından qaçaraq yola çıxdığı an gördüyünü bildirmişdir. Zərər çəkmiş şəxsin yolu keçməyə başlayan zaman Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsi barədə isə istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı mötəbər sübut əldə edilməmişdir. Qeyd olunan məsələnin aydınlaşdırılması üçün ekspertiza qarşısında sual qoyulmuş, lakin ekspert rəyində göstərilmişdir ki, “videoyazıdakı görüntülərə görə obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər siyahısına aid deyildir.” Belə olduğu halda Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi yolu keçmək üçün hərəkətə başladığı andan görməsi şübhəlidir, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə həmin şübhəni aradan qaldırmaq üçün yetərli deyildir. Odur ki, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunduğundan məhkəmə hazırki halda hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri ittiham tərəfi mötəbər sübutlarla təkzib edə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 24 may 2023-cü il tarixdə vermiş olduğu ilkin izahatında da, həmçinin xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində də “yolun əks tərəfindən gələn qara rəngli avtomobilin arxa tərəfindən qəflətən iki nəfər piyadanın qaçaraq onun hərəkət etdiyi zolağa tərəf gəldiyini görməsini, həmin an piyadaları vurmamaq üçün ayağını əyləcə atıb avtomobili saxlamaq istədiyini, məsafə az olduğundan avtomobili saxlamağı çatdırmadığını” bildirmişdir. Həmçinin ifadələrin yerində yoxlanılması istintaq hərəkəti keçirilən zaman da həmin ifadəsini yenidən təsdiq etmişdir. Buna baxmayaraq, müstəntiq Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edə biləcək bir dənə də olsun sübut olmadığı halda sonuncunun ifadəsini nəzərə almadan, 26 may 2024-cü il tarixdə götürmə aparmasını və həmin tarixdə də baxış keçirməsini protokollaşdırdığı (əslində isə videogörüntünü ekrandan çəkdiyi) video-görüntü üzrə videotexniki eskpertiza təyin etmək zərurəti görmədən öz şəxsi və heç bir əsasa dayanmayan mülahizələri əsasında “piyadanın yolu keçmək üçün hərəkətə başladığı andan həmin avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə 3 saniyə vaxt sərf olunduğu” qənaətinə gəlmiş və həmin qənaət əsasında da hadisə mexanizmi müəyyən edərək yol-nəqliyyat hadisələri ekspertizası təyin etmişdir. Müstəntiq “Diskə baxış keçirilməsi haqqında” 26 may 2023-cü il tarixli protokolda göstərmişdir ki, “həmin videogörüntü 26 saniyədən ibarətdir, videonun 23-cü saniyəsində qara rəngli minik avtomobilinin həmin yolda hərəkətdə olarkən əks zolaqdan hərəkətə başlamış iki piyadadan birini vurduğu və qəzadan sonra vurulan piyadanın avtomobilin sağ tərəfinə yıxıldığı, avtomobilin isə nisbətən irəlidə dayandığı görsənir.” Müstəntiq protokolda piyadanın yolu keçmək üçün hansı saniyədə hərəkətə başlamasını göstərməmişdir. Məhkəmə iclasında dindirilən zaman müstəntiq videonun 20-23 saniyələrindəki aralığı nəzərdə tutduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş müstəntiq qərarında göstərilən qeydi videogörüntüyə vizual baxış keçirərək müəyyən etməsini bildirsə də, şahid qismində dindirilmiş ekspertin bildirdiklərinə əsasən video-görüntü oxudulan zaman müvafiq pleyerin göstərdiyi “timecode” real vaxt rejimi ilə üst-üstə düşə də biləcəyini, eyni zamanda düşməyə də biləcəyini qeyd etmişdir. Hazırki iş üzrə müstəntiq vizual baxış zamanı hadisəni video-qeydiyyat cihazının monitorundan müşahidə edərək 3 saniyənin keçməsini göstərmişdir. Lakin həmin 3 saniyə müddətin real vaxtla üst-üstə düşübdüşməməsi isə sual altındadır. Vizual baxışla 3 saniyənin sərf olunmasını müəyyən edərək, həmin 3 saniyənin real müddətlə uyğun olun-olmamasını dəqiqləşdirmədən təqsirləndirilən şəxsə ittiham verilməsi isə ehtimallara əsaslanır. Çünki məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin videoda göstərilən müddət real vaxtla üst-üstə düşməyə də bilir. Həmin piyadanın yolu keçmək üçün hərəkətə başladığı andan həmin avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə sərf olun müddət yalnız videoanaliz əsasında səlahiyyətli şəxs, yəni xüsusi biliyə malik ekspert tərəfindən müəyyən edilə bilərdi ki, müstəntiq də həmin video-analizi aparacaq xüsusi biliklərə sahib şəxs deyildir. Məhkəmə cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyini təmin etmək məqsədi ilə komisyon kompleks məhkəmə video-texniki və əlavə məhkəmə yolnəqliyyat hadisələri ekspertizası təyin edərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurulduğu ana qədər nə qədər vaxt keçmişdir və həmin vaxt ərzində mərhum piyada nə qədər məsafə qət edə bilmişdir?
2. Videogörüntüyə əsasən piyada hansı andan sürücü, Təqsirləndirilən şəxs görünüş dairəsinə düşmüşdür?
3. Video-texniki ekspertiza tərəfindən yuxarıda qoyulmuş sualların cavablandırılması mümkün olduğu halda, həmin ekspertiza tərəfindən müəyyən edilmiş parametrlər çərçivəsidə sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?
4. Göstərilən halda sürücü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu?
5. Hadisənin müdafiə tərəfinin təqdim eldiyi mexanizm üzrə baş verməsi şəraitində sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?
6. Göstərilən halda sürücü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2023-cü il tarixli, 8/3356-4/1826 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş 1 ədəd "Verbatim" "VİD-20230619-WA0115.mp4" adlı videoyazıya görə piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurulduğu ana qədər keçən real zamanı və həmin müddətdə qət etdiyi məsafəni müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqi hissəsində qeyd olunmuşdur ki, təqdim olunmuş videoyazı ilkin olmadığından, videoyazıdakı kadrlarda (nə təkrar, nə şərti ilkin videoyazıda) taymkod göstəriciləri qeyd olunmadığından və videoyazının qeydə alındığı fayl «WhatsApp” menecer proqamı ilə emal olunduğundan piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurulduğu ana qədər keçən real zamanı və həmin müddətdə qət etdiyi məsafəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəydə göstərilmişdir ki, obyektin sürücünün görünüş dairəsinə düşdüyü anın müəyyən olunması videoyazıların məhkəmə ekspertizasının həll etdiyi məsələlər siyahısına aid deyil. Həmçinin rəydə qeyd olunmuşdur ki, audio və videoyazıların məhkəm ekspertizası yolu ilə piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığıandan sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil vurulduğu ana qədər keçən real vaxt və həmin vaxt ərzində piyadanın qət etdiyi məsafəni müəyyən etmək mümkün olmadığından mövcud vəziyyətdə yol-nəqliyyat hadisələrinin məhkəm ekspertizası yolu ilə qeyd olunan suallar görə BYD markal 90VU419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar həəkətləri üzrə tədqiqat aparılmır. Hadisəni əks etdirən videogörüntüyə əsasən piyadaların yolu keçməyə piyadaların yolu keçməyə başlamaları piyadaların hərəkəti istiqamətdə sağ tərəfdən öz zolağı ilə hərəkətdə olan BYD markalı avtomobilin sürücüsünün görünüş dairəsinə düşə bilər. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BYD markalı 90VU419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi ekspert rəyi ilə istinad edilən ictimai təhülkəli əməlin konkret olaraq Təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən bir cümlə belə mövcud deyildir. Yalnız istintaq tərəfinin təqdim etdiyi məlumatlara əsasən təqsirləndirilən şəxsin hərəkətlərində təqsir olması qənaətinə gəlmək mümkündür ki, həmin məlumatlarında obyektivliyi şübhə altındadır. Çünki müstəntiqin vizual müşahidə zamanı müəyyən etdiyi 3 saniyə müddətin real vaxtla üst-üstə düşüb-düşməməsi müəmmalıdır. Belə ki, iş üzrə təyin edilmiş ekspertiza zamanı xüsusi biliyə malik ekspert tərəfindən həmin zaman diliminin müvafiq tədqiqat aparılaraq müəyyən edilməsi mümkün olmamışdır. Bundan başqa piyadanın təqsirləndirilən şəxsin görünüş dairəsinə düşməsi barədə ekspert rəyində göstərilənlər də konkret deyildir. Çünki ekspert rəyində mərhum piyadanın Təqsirləndirilən şəxs görünüş dairəsinə düşməsi dəqiq qeyd olunmamış, piyadaların yolun sol tərəfindən sağa doğru hərəkət etməyə başladığı andan sürücünün görünüş dairəsinə düşə biləcəyi qeyd edilmişdir. Məhkəmə iclasında dindirilərkən də ekspert fikrinin üzərində qalmış və ifadəsində qeyd etmişdir ki, “obyekt sürücünün görünüş dairəsinə düşmüşdür demək hazırki halda doğru deyildir, lakin “düşə bilər” deyilməsi mümkündür.” Yəni başqa sözlə, hazırkı halda mərhum piyadanın təqsirləndirilən şəxsin görünüş dairəsinə düşməsinə yalnız ehtimallara əsasən münasibət bildirmək olar. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilmədiyindən hazırki halda Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirildiyi qənaətinə gəlmək mümkünsüzdür. Beləliklə, məhkəmə cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və istintaqın müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, Təqsirləndirilən şəxs hüquqlarının nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, ibtidai istintaq zamanı hadisənin video görüntülərinə baxış keçirmiş, videogörüntünü yaddaş qurğusundan köçürmə yolu ilə götürmək imkanı olduğu halda bunu etməmiş, ekrandan çəkiliş aparmaqla bilərəkdən və ya bilməyərəkdən əldə edilmiş videogörünütünün mötəbərliyini şübhə altına almış, öz vəzifə səlahiyyətlərini aşmaqla ekspertin müəyyən etməli olduğu halı, yəni təhlükənin yaranma anından toqquşmanın baş vermə anını müəyyən etmiş, yəni ekspert tərəfindən müəyyən edilə bilməyən halı müəyyən etmiş, qanunsuz olaraq müəyyən etdiyi paramaetrlər əsasında ekspertiza təyin etməklə hadisənin əməlin tövsifinə təsir edən dəqiq məqamları təhrif etməklə hadisənin baş vermə mexanizmi dəqiq və düzgün müəyyən etməmiş, təqsirləndirilən şəxsin özünün müdafiəsini üçün gətirdiyi dəlilləri mötəbər sübutlarla təkzib edə bilməmişdir. Hadisənin baş vermə mexanizminin dəqiq və düzgün müəyyən olunmaması ekspertlər tərəfindən verilmiş rəylərin nəticəsinə və nəticə etibarlı ilə Təqsirləndirilən şəxs təqsirlilik məsələsinə də təsir etmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 1 -ci bəndində qeyd edilir ki, «yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə qeyd edir ki, piyadanın vurulma faktı üzrə keçirilən yol-nəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş, sakit qaçış, iti qaçış), təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, o cümlədən piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini dəyişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə, piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Yalnız yol-nəqliyyat hadisəsinin düzgün mexanizmi əsasında verilmiş məhkəmə ekspertizası rəyi əsasında baş vermiş hadisədə nəqliyyat vasitəsi sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının, həmçinin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq, nəticədə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirinin olub-olmadığı müəyyən edilməlidir. Yuxarıda, qeyd olunanlardan göründüyü kimi, təqdim olunmuş videoyazı ilkin olmadığından, videoyazıdakı kadrlarda (nə təkrar, nə şərti ilkin videoyazıda) taymkod göstəriciləri qeyd olunmadığından və videoyazının qeydə alındığı fayl «WhatsApp” menecer proqamı ilə emal olunduğundan piyadanın yolun əks tərəfindən gələn naməlum qara rəngli sedan tipli avtomobilin arxa tərəfindən çıxdığı andan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurulduğu ana qədər keçən real zamanı və həmin müddətdə qət etdiyi məsafəni də müəyyən etmək mümkün olmamışdır. İş materiallarından isə görünür ki, xüsusi biliyə malik ekspert tərəfindən müvafiq metodik məlumatlar əsasında aparılmış tədqiqat zamanı piyadanın təhlükənin yaranma anından vurulması anınadək keçən müddəti müəyyən etmək mümkün olmadığı halda, ibtidai araşdırma orqanı hər hansı bir texniki vasitədən istifadə etmədən, yalnız vizual baxışla 23 may 2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolunda Binəqədi kəndi istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada X2 yolu keçmək üçün hərəkətə başladığı andan həmin avtomobilin piyadanı vurduğu ana qədər piyadanın qət etdiyi məsafəyə 3 saniyə vaxt sərf olunduğunu müəyyən etmiş və həmin halı hadisənin baş vermə mexanizmi kimi məhkəmə yol-nəqliyyat ekspertizası təyin olunmasına dair xx.xx.2023-cu il tarixli qərarında ekspertiza tədqiqatına təqdim etmiş və Təqsirləndirilən şəxs qarşı ittihamın əsası kimi istinad olunan məhkəməyol nəqliyyat ekspertizasının 28 avqust 2023-ci il tarixli, 8/2319 nömrəli və 22 dekabr 2023-cü il tarixli 8/3356-4/1826 nömrəli rəylərdə də həmin mexanizm əsasında qəbbul olunaraq «BYD F3» markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına dair yekun nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məlum olduğu kimi CM-in 263.2-ci maddəsi blanket normadır, blanket dispozisiyaya malikdir. Belə ki, burada yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasından bəhs edilir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydaları isə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuşdur. Verilmiş ittihamda və “Yol nəqliyyat hadisələrinin ekspertizaları”nın rəylərində “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə istinad edilmiş və Təqsirləndirilən şəxs tərəfindən məhz bu normanın tələblərinin pozulduğu, onun hərəkətlərində bu normanın tələblərinə uyğunsuzluq olduğu və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olduğu göstərilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, 50-ci maddənin 1-ci hissəsi 2 cümlədən ibarətdir. Birinci cümlədə əks olunmuş tələblər baxımından Təqsirləndirilən şəxs hərəkətlərini tədqiq etdikdə məlum olur ki, onun tərəfindən 1-ci cümlənin tələblərinin pozulmasına yol verilməmişdir. Belə ki, həmin yolda hərəkət sürəti hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətləri və vəziyyəti, yol və meteoroloji şərait, xüsusən hərəkət istiqamətində görmə şəraiti nəzərə alınmaqla müəyyən edilmiş və Təqsirləndirilən şəxs də hərəkət sürətini aşmadan özünün hərəkət istiqamətində, idarəetməyə səlahiyyət verilən surətdə avtomobilini idarə etmiş, bu zaman hər hansı Qanun pozuntusuna yol verməmişdir. Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin 2-ci cümləsini baş vermiş hadisə baxımından şərh etdikdə məlum olur ki, həmin normanın imperativ tələbi ondan ibarətdir ki, sürücü hərəkəti üçün təhlükə yarandığını görməlidir, ən azından görməli olmalıdır, yəni maşını idarə edərkən diqqətini idarəetmədən yayındıran maneələr (idarə etmə zamanı telefonla danışmaq, yanındakı sərnişinlə diqqətini yayındıracaq səviyyədə söhbət etmək, arxaya dönmək, idarəetmə zamanı paltar geyinmək və ya soyunmaq, avtomobilin içərisində diqqətini yoldan yayındıran digər işlər görmək və s.) nəticəsində görməli olduğu maneəni özünün cinayətkarcasına özünəgüvənməsi və ya cinayətkarcasına etinasızlığı nəticəsində görməməsi və əməlini də məhz bu özünəgüvənmə və etinasızlıq nəticəsində törətməsidir. Yəni bu tip yol nəqliyyat hadisələrində şəxsin əməlinə nəticəyə görə deyil, nəticəyə qədər olan proseslərə görə hüquqi qiymət verilməlidir. 2-ci cümlənin tələbinə görə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məlumdur ki, Təqsirləndirilən şəxs icazə verilən surət həddində hərəkət edir, hadisə saniyələr ərzində baş verir və bu çox qısa zaman kəsiyində sürücüdən idarə etdiyi avtomaşının sürətini tam dayanma həddinə qədər azaltmaq da mümkün görünmür. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi işin qanuni, əsaslı və ədalətli həllinə xidmət edir. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 okytabr 2019-cu il tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin İ hissəsinin Azərbaycan Respublikası İXM-in 328-ci maddəsi baxımından və həmin Qanunun 40-cı maddəsinin İXM-in 338-ci maddəsi və CM-in 267-ci maddəsi ilə əlaqəli şəkildə və CPM-in 97-ci maddəsinin ekspertin səlahiyyət həddi baxımından şərh edilməsinə dair” Gəncə Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi 16 iyun 2022-ci il tarixli qərardadında Plenumun hüquqi mövqeyi aşağıdakı kimi ifadə edilmişdir: “...Müraciətdə qeyd edilən “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin İ hissəsi yol hərəkətinin iştirakçıları kimi həm sürüçülərin, həm də piyadaların hərəkətlərinə obyektiv səbəblərdən irəli gələrək müəyyən məhdudiyyətlər qoymuşdur. İXM-in 328.1-ci maddəsində isə sürücünün hansı hərəkətlərinin inzibati xəta olaraq inzibati məsuliyyətə səbəb olması təsbit edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 40-cı maddəsində isə yol hərəkətinin iştirakçısı qismində piyadaların vəzifələri müəyyən edilmişdir. Bu vəzifələrə piyadanın dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərdə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməsi, həmçinin piyadanın dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməsi və s. aid edilmişdir. Həmin normaların məntiqi davamı olaraq, qanunvericilikdə sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyət, həmçinin belə hərəkətin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir (İXM-in 338 və CM-in 267-ci maddələri). Hazırkı halda iş materiallarından göründüyü kimi, piyada qaçaraq qəflətən yolun işlək hissəsinə keçməsi ilə öz həyatına təhlükə yaratmışdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 19-cu bəndində göstərilmişdir: “...Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Həm Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında, həm də Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərardadında əks olunmuş əsas hüquqi mövqe və gəlinən nəticə ondan ibarətdir ki, hər hansı bir yol-nəqliyyat hadisəsi baş verdikdə hadisənin baş verməsində iştirak etmiş bütün yol hərəkət iştirakçılarının hərəkət və ya hərəkətsizliyi araşdırılmalı, hər bir iştirakçı tərəfindən (bu iştirakçı həm də piyada ola bilər) “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əməl edilib-edilməməsi müəyyən edilməli, belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmasına yalnız bundan sonra düzgün hüquqi qiymət verilməlidir. Baş vermiş hadisənin birtərəfli qaydada araşdırılması, hadisənin baş verməsində iki tərəf iştirak etdikdə, lakin iştirakçının biri tərəfindən “Yol hərəkəti haqqında” Qanunun pozulmasının müəyyən edilməsi, lakin digər iştirakçının hərəkətlərinə hər hansı qaydada münasibət bildirilməməsi hərtərəfli, tam və obyektiv araşdırma standartlarına cavab verməməklə yanaşı, qanunsuz, əsassız və ədalətsiz qərarların qəbul edilməsinə də səbəb olur. Məhkəmə qeyd edir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir və məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttiham hökmü şəxsin təqsirliliyinə heç bir şübhə olmadan qəti və birmənalı surətdə sübut edilmiş olduqda çıxarıla bilər. Təqsirsizlik prezumpsiyasının rəhbər tutulması, şəxsin təqsirliliyinin ona qarşı irəli sürülən ittihama CPM-nin qaydalarına riayət edilməklə məhkəmədə baxılmasının nəticələri ilə əsaslandırılması, şəxsin təqsirliliyinin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandırılması, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi şəxsin təqsirliliyinin sübut edilməsini şərtləndirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbər olmadığını, yalnız mülahizələr üzərində qurulduğunu, bü cür “sübutların” sübut kimi qəbul edilməsinə yol verilmədiyini və kifayət etmədiyini, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ekspertlərə təqdim edilmiş hadisənin baş vermə mexanizminin kifayət qədər natamam olmasını və işin faktiki halları ilə uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş, onun özünün müdafiəsi üçün gətirdiyi dəlilləri mötəbər sübutlarla təkzib etmədən və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlarda (həmin sübutlardakı məlumatlarda) Təqsirləndirilən şəxs təqsirliliyinə dalalət edə biləcək hər hansı bir məlumat aşkar edilməmişdir. Nə iş materiallarında olan videogörüntüyə baxış keçirilməsi barədə protokol, nə də məhkəmə baxışı zamanı keçirilmiş əlavə məhkəmə komputer-texniki və yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, nə də ki digər iş materialları ilə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi ilə bağlı yekun hüquqi nəticəyə gəlmək mümkün olmamışdır. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6- cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab edir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Məhkəmə ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər, ibtidai istintaq zamanı yol verilmiş natamamlıqlar, ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən, ümumilikdə 288.65 (iki yüz səksən səkkiz manat, altmış beş qəpik) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - "BYD F3" markalı , **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-46/2- 19293 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DSK) yolunda yerləşən “099 Servic”ə məxsus video müşahidə kameralarının görüntülərinin yazıldığı yaddaş qurğusu (video qeydiyyat cihazı) höküm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - "BYD F3" markalı, **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-46/2- 19293 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi (DSK) yolunda yerləşən “099 Servic”ə məxsus video müşahidə kameralarının görüntülərinin yazıldığı yaddaş qurğusu (video qeydiyyat cihazı) hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə geri qaytarılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 288.65 (iki yüz səksən səkkiz manat, altmış beş qəpik) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Zamiq Bağırov