Məhkəmə qərarları › İş №1(001)-768/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-768/2022

09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-768/2022 09.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkumluğu olmayan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan və barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İş üzrə istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə sosial şəbəkədəki «Lalafo» satış saytında 353 872 860 500 995 imei kodlu, göy rəngdə, «İphone» markalı «12 mini» modeli mobil telefon aparatını 1000 manat pula satışı ilə bağlı elan yerləşdirən Zərərçəkmiş şəxs əmlakını etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə sonuncunun elanda əlaqə telefonu kimi yerləşdirdiyi 050 *** ** ** saylı mobil telefon nömrəsinə özünün istifadəsində olan 077 *** ** ** saylı mobil telefon nömrəsi ilə adi qaydada zəng edərək əlaqə yaratmışdır. Zərərçəkmiş şəxsla telefon danışığı zamanı həmin mobil telefon aparatını almaq istədiyini bildirib, həmin məqsədlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Şəhidlər Abidəsi» olan məkana görüş təyin etməklə buna nail olaraq görüşmüş və həmin gün saat 22 radələrində həmin məkanda görüş zamanı cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs yalandan yaxınlıqdakı ünvanda yaşayan ailə üzvlərinə mobil telefon aparatını göstərib bəyəndikləri təqdirdə alacağını vəd verərək sonuncudan mobil telefon aparatını sənəd və qutusu ilə birlikdə təhvil alaraq Zərərçəkmiş şəxs evinin yaxınlığı kimi təqdim etdiyi məkanda gözlətdirərək mobil telefon aparatı ilə birlikdə həmin məkanı xəlvətcə başqa çıxışdan tərk edib Zərərçəkmiş şəxs aralanmaqla, yalan vədlərlə Zərərçəkmiş şəxs 1000 manat dəyərində 353 872 860 500 995 imei kodlu, göy rəngdə, «İphone» markalı «12 mini» modeli mobil telefon aparatını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının sonlarında «Lalafo» saytında elanlara nəzər yetirən zaman 1 ədəd «İphone» markalı «12 mini» modelli mobil telefon aparatının 1000 manata satışa qoyulduğunu görmüşdür. Əlaqə nömrəsi kimi elanda həmin şəxsin ***-***-**-** saylı telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən zəng edərək həmin şəxsə bildirmişdir ki, “saytda sizin elanla tanış olmuşam və nömrəni elandan götürmüşəm, mobil telefonunu almaq istəyirəm” və həmin şəxsdən həmin günü saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Şəhidlər Abidəsi» parkına gəlməsini xahiş etmiş, orada ondan telefonu alıb pulu verəcəyini bildirmişdir. Həmin şəxs də ona inanıb həmin günü onun telefonda bildirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «Şəhidlər Abidəsi» adlanan yerə həmin vaxtı gəlmiş və onlar abidənin qarşısında görüşmüşlər. O, həmin şəxsə maşında oturaraq telefona baxmağı təklif etmiş, lakin o, imtina etmişdir. Sonradan adı ona məlum olan Paşa adlı şəxsə evə yaxınlaşıb telefonu evdəkilərə göstərməsini və bəyəndikləri halda alacağını bildirmişdir. Paşa adlı şəxs ona inanıb razlaşmış və mobil telefonu, həmin telefonun qutusunu və sənədlərini ona vermiş və onun ardınca evə kimi gəlmişdir. O, piyada orada olan darvazanın yanında olarkən, Paşa adlı şəxsə burada gözləməsini bildirərək, «telefonu evdəkilərə göstərib gəlirəm» demişdir. Paşa adlı şəxs də darvazanın yanında, dalanda tək dayanmışdır. O isə telefonu və qutusunu götürüb binanın tininə keçmiş və həmin yerdən uzaqlaşaraq geri qayıtmamışdır. Bu hadisədən təxminən 2-3 gün keçdikdən sonra o, həmin telefonu 20 yanvar metrosunun yaxınlığında tanmadığı şəxsə 200 manata satmışdır. Telefonu satarkan alan şəxsə telefonun cinayət yolu ilə əldə olunmasını deməmişdir, əksinə olaraq, həmin şəxsə telefonun özünə məxsus olmasını, pul lazım olduğu üçün satdığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs əlavə olaraq hazırda törətdiyi əməldən peşman olmaqla, Zərərçəkmiş şəxs ilə barışdığını və ona dəymiş ziyan tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 24 aprel 2021-ci ildə «İrşad Telekom» şirkətindən aylıq 143 manat ödənişlə 18 aylıq, 2022-ci ilin oktyabr ayına qədər kreditlə ödəniş müddəti hesablanmış kreditlə dəyəri cəmi 2567 manat təşkil edən 353 872 860 500 995 imei kodlu, göy rəngdə, «İphone» markalı «12 mini» modelli mobil telefon aparatı almışdır. 24 aprel 2021-ci ildən telefonu ələ keçirələnə qədər həmin «İrşad Telekom» şirkətinə hər ay stabil 150 manat ödəniş etmişdir. Hadisəyə qədər telefona görə «İrşad Telekom» şirkətinə 997 manat borcu qalmışdır. Mobil telefona dair müqavilə onun adına rəsimləşdirilsə də, həmin telefonu istifadə etmək üçün həyat yoldaşı X3 vermişdir. O, telefonda 055 *** ** ** saylı mobil telefon nömrəsindən istifadə edirdi. 2022-ci ilin mart ayının təxminən 25-26-da həmin telefonu kreditini verə bilmədiyindən satmaq qərarına gəlmiş, ona görə «Lalafo» saytında elan yerləşdirmişdir. Həmin telefonun qiymətini 1000 manata qoymuş və elanda telefonun cəmi bir il olar ki, işləndiyini, demək olar ki, təzə vəziyyətdə olduğunu, heç bir probleminin olmadığını bildirmişdir. Əlaqə nömrəsi kimi elanda zünə məxsus olan 050 *** ** ** saylı telefon nömrəsini yerləşdirmişdir. 29 mart 2022-ci il tarixdə onun istifadəsində olan 050 *** ** ** saylı telefon nömrəsinə 077 *** ** ** saylı telefon nömrəsindən zəng edən şəxs ona elanla tanış olduğunu, nömrəsini elandan götürdüyünü, mobil telefonu almaq istədiyini bildirmişdir. Ondan həmin günü saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Şəhidlər Abidəsi» parkına gəlməsini xahiş etmiş, orada ondan telefonu alıb pulunu verəcəyini bildirmişdir. O da, həmin şəxsin zənginə əsasən ona inanıb həmin günü onun bildirdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, «Şəhidlər Abidəsi» adlanan yerə həmin vaxtı yanında olan dostu Şahidlə bərabər Eminin maşını ilə yollanmış və həmin şəxs həmin vaxtı ona zəng edib onunla həmin abidənin qarşısında görüşmüşdür. Həmin vaxt dostu Emin onlardan bir az uzaqda dayanmışdır. O, Təqsirləndirilən şəxs maşında oturub telefona baxmasını təklif etsə də, o, bundan imtina etmişdir. Təqsirləndirilən şəxs ona «qaziyəm, sabah uşağımın ad günüdür, ona bu telefonu almaq istəyirəm» deyə bildirmişdir. Təqsirləndirilən şəxs evinin yaxında olduğunu bildirərək, telefonu evdəkilərə göstərəcəyini, əgər bəyənsələr telefonu alacağını bildirmişdir. O da, həmin şəxsə inanıb razlaşmış və həmin şəxsin göstərməsinə əsasən mobil telefonu, həmin telefonun qutusunu və sənədlərini ona inanıb könüllü təqdim etmiş və onun ardınca evi kimi bildirdiyi yerə doğru getmişdir. Təqsirləndirilən şəxs onu parkın yaxınlığında dalan kimi bir yerə gətirmiş, orada olan darvazanın yanında ona «burada gözlə, telefonu evdəkilərə göstərib gəlirəm» deyə bildirmişdir. O, təxminən 15 dəqiqə gözləmiş və 15 dəqiqə sonra həmin şəxsin onunla bir az əvvəl əlaqə saxladığı 077 *** ** ** saylı telefon nömrəsinə zəng etsə də, ona zəng çatmamışdır. Artıq həmin şəxsin onu aldatdığını, telefon almaq adı ilə onu aldadıb ondan təhvil götürdüyünü və onu vaxt udmasından ötrü dalana gətirib orada gözlətdiyini başa düşmüşdür. 15 dəqiqə gözləyəndən sonra dostu Emin ona kənardan yaxınlaşmış və nəyə görə uzun çəkdiyini soruşmuşdur. O da, dostuna baş verənləri danışdıqda, dostu ona kənarda gözləyərkən bir nəfər şəxsin qaranlıqda qonşu dalandan qaçdığını gördüyünü bildirmişdir. O, bundan sonra həmin şəxsin telefon nömrəsinə dəfələrlə zəng etsə də, Təqsirləndirilən şəxs telefonu bağlı olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Beləliklə, həmin şəxs ondan telefonu almaq adı ilə götürüb evdəkilərə göstərmək bəhanəsi ilə onu dalanda darvazanın qarşısında gözlətdirmiş və həmin an fürsətdən istifadə edərək başqa dalandan telefonu da götürüb qaçıb getmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə də təqdim edərək hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Şəhidlər abidəsi” adlanan ərazidə baş vermişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. 09.05.202-ci il tarixli qərardan görünür ki, X2 CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. xx.xx.2022-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanıyan Zərərçəkmiş şəxs ona təqdim edilmiş şəxslər arasında tanıdığı 4-cü şəxs iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxsdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Binəqədi RPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində tutulması və barəsində axtarış elan edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2022-ci il tarixli “özünü könüllü istintaqa təqdim etmə haqqında” protokoldan görünür ki, Xıdırov X1 RPİ-nin İŞ-nə gələrək axtarışda olmasını bilmədiyini, xəstə olduğuna görə istintaq orqanına gəlmədiyini və bu gün axtarıldığını bilib Binəqədi RPİ-nin İŞ-nə gələ bildiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Binəqədi RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək daha ciddi qətimkan tədbiri ilə əvəz edilib, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, onlar barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 32 (otuz iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 32 (otuz iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 32 (otuz iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 192 (yüz doxsan iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar