Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-77/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.00 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1999-cu il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, İ.Qayıbov küçəsi, ev 62 ünvanında qeydiyyatda olan, ünvan 1 yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-651/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 25 dekabr 2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,435 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 03 avqust 2023-cü il tarixdə saat 08:45 dəqiqədə ünvan 2 ünvanda Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanda yerləşən Binəqədi RPİ-nin 7-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin tarixdə Polis bölməsində şübhəli şəxs qismində tutulduqdan sonra, saat 10:10 dəqiqədə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,435 qram olan açıqqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, iki ildən artıqdır ki, narkotik vasitə və psixotrop maddə aludəçisidir, adətən, narkotik vasitə heroini ineksiya yolu ilə qəbul edir, əvvəllər məhkum olunmamışdır.Narkotik vasitə və psixotrop maddə aludəçisi olduğuna görə bədənində ağrılar olduğundan şəxsi istifadəsi üçün narkotik vasitə heroin ələ etmək məqsədi ilə 03 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı yerə gedərək orada hərəkətlərindən və ətrafı müşahidəsindən narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını təxmin etdiyi tanımadığı şəxsə yaxınlaşaraq 15 (on beş) manat müqabilində bir ədəd şəffaf bükümdə narkotik vasitə heroin əldə etmiş, həmin bükümü isə əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoyaraq üzərində daşımış, 03 avqust 2023-cü il tarixdə isə saat 08:45-də ünvan 2 ünvanda olan zaman iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, bundan sonra isə həmin polis əməkdaşları ona hüquq və vəzifələrini izah edərək birlikdə Bakı şəhəri Binəqədi RPİ-nin 7ci Polis bölməsinə getməyi təklif etdikdə yayınmağın mümkün olmadığını görüb polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, bundan sonra saat təxminən 10.00 radələrində qeyd edilən bölmənin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmiş, orada təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmiş, bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edilmiş, həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş, lakin o, ərizə ilə müraciət edərək müdafiəçisinin iştirakı olmadan axtarış və götürmə aparılmasına heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsi başlanmış, istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təklif edilmiş, o da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitəni çıxarıb təqdim etmiş, bundan sonra şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa heç bir əşya aşkar edilməmiş, polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilmiş, protokolun doğruluğunu imza edərək təsdiq etmiş, təqdim etdiyi bir ədəd şəffaf sellofan büküm isə zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülmüş, tutularkən və idarədə olarkən, həmçinin MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir və törətdiyi cinayət əməlindən peşmandır.Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq narkotik vasitə heroini əldə etməkdə məqsədinin şəxsi istifadə etmək olduğunu, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni aldığı şəxsi ilk dəfə qeyd etdiyi ərazidə gördüyünü və qeyriadekvat hərəkətlərindən həmin şəxsin narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını təxmin edib yaxınlaşaraq şəxsi istifadəsi üçün bir ədəd bükümdə heroin əldə etdiyini, narkotik vasitəni aldığı şəxsin təxminən 40-45 yaşlarında olan, dolu bədən quruluşlu, kişi cinsindən olan orta boylu bir şəxs olduğunu, bundan başqa həmin şəxsin xarici əlamətləri barədə heç bir məlumat xatırlamadığını bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, ilk dəfə az ağır cinayət törətdiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, Binəqədi RPİ-nin 7ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, hazırda polis mayoru rütbəsindədir.Etimad doğuran və qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1999cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanda qeydiyyatda olmaqla ünvan 1 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində saxlayaraq gəzdirməsi bildirildiyindən həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, buna görə də 02 avqust 2023-cü il tarixdə öz rəhbərliyi ilə və Binəqədi RPİ-nin 7-ci PB-nin sahə inspektoru polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuş, bundan sonra Şahid2 ilə birlikdə məlumat əsasında gizli müşahidə edib izlədikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu yeri müəyyən etmiş və ünvan 7 ünvanında əlverişli şərait yarandığından tədbir iştirakçısı ilə birlikdə 03 avqust 2023-cü il tarixdə saat 08:45-də Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmiş, sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşımasında şübhəli olduğunu bildirib saxlamış, özləri ilə Binəqədi RPİnin 7-ci PB-nə gətirmiş,sonra Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 7-ci PB-nin baş təhqiqatçısı polis mayoru Zaur Qüdrətova təhvil vermiş, təhqiqatçı Zaur Qüdrətov tərəfindən ilk olaraq Təqsirləndirilən şəxs hüqüq və vəzifələri izah edilərək hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, bundan sonra Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyi barədə ərizə verdikdən sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyriqanuni maddə və ya əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da bu təklifdən sonra əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sollafana bükülmüş kütləni çıxarıb təqdim etmiş, həmin bükülüyə baxıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq həmin “Kokos” kimi tanıdığı maddəni 03 avqust 2023cü il tarixdə səhər saat 08 radələrində Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 15 (on beş) manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, saxlanılan və bölməyə gətirilən zaman, eləcə də bölmədə üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsinə əsasən məlum olur ki, o digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 03 iyul 2023-cü il tarixli, 6/4137 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Abdullayev (imza)...” sözləri olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,435 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Heroinin təmiz çəkisi 0,435 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,385 qram. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsin keçirilmiş məhkəmə məcburi-narkoloji ekspertizasının 05 avqust 2023cü il tarixli 4983 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahidlərin ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, ekspertizaların rəylərini və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunduğundan onun əməli az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı və təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı halların olmamasını və yüngülləşdirici halların məcmusunu və səhhətini nəzərə almaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, təqsirini etiraf etməsini, ilk dəfə az ağır cinayət törətməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il tarixdən 04 avqust 2023-cü il tarixədək və 25 dekabr 2023-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək həbsdə olduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlığın məhdudlaşdırlması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 7-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur.Sonradan,Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun 04 avqust 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Səbuhi Mehbalıyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir.Bundan sonra, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Səbuhi Mehbalıyev tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2023-cü il tarixdə saat 11.00-da azad olunmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 651/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. Həmçinin, iş materiallarında olan Bakı İstintaq Təcridxanasının məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir.Bundan görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il saat 09.40 tarixdən 04 avqust 2023-cü il saat 11.00 tarixədək saxlanıldığı 02 gün müddət və 25 dekabr 2023-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək həbsdə olduğu 02 ay 03 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 yerləşən evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilməlidir. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə heroinin 0,385 qram qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 45 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 03 avqust 2023-cü il saat 09.40 tarixdən 04 avqust 2023-cü il saat 11.00 tarixədək saxlanıldığı 02 gün müddət və 25 dekabr 2023-cü il tarixdən 28 fevral 2024-cü il tarixədək həbsdə olduğu 02 ay 03 gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – ünvan 1 yerləşən evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə heroinin 0,385 qram qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 (bir) ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 45 saat hüquqi xidmətin dəyəri 270 (iki yüz yetmiş) manat "xxxx" ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37NABZ01350 **********01944.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-77/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-77/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver