Məhkəmə qərarları › İş №1(001)-77/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-77/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-77/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2anında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmiş və qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə edib saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, qardaşı Şahid5 ilə bir qrup şəxs halında 16 aprel 2024-cü il tarixdə, saat 05 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlanan mağazanın giriş hissəsinin yan tərəfində bir neçə dəqiqə əvvəl mağazanın iç hissəsində həmin vaxt mağazada olan müştəri Zərərçəkmiş şəxs1 və satıcı Zərərçəkmiş şəxs2 ona tərs şəkildə baxmasını bəhanə gətirərək heç bir səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 üz nahiyəsindən yumruq zərbəsi ilə vurub sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan alt dodağın selikli qişasına qansızma xəsarətini, qabaqcadan əlbir olduğu qardaşı Şahid5 isə həmin mağazanın qarşısında Zərərçəkmiş şəxs1 baş və bədən nahiyələrindən yumruq və ayaq zərbəsi ilə vurmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan üst dodağın selikli qişasının əzilmiş yarası xəsarətini, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan sağ qulaq seyvanının qançırı, alın nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin sıyrıqları xəsarətlərini və Zərərçəkmiş şəxs2 boyun nahiyəsindən əli ilə vuraraq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan boyun nahiyəsinin sıyrığı xəsarətini yetirməklə Şahid5 ilə bir qrup şəxs tərəfindən, içtimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlı etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən, naməlum şəraitdə qanunsuz olaraq 1 ədəd gövdənin üzərində 8631-M nömrəsi olan, ilkin variantda zavod üsulu ilə keçmiş Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ-də) “Zlataust” silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləsi ov tüfəngi olub sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 450 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin kəsiyini və onun komplekt hissəsi olan 4 ədəd zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı olan, istifadəyə və atəşə yararlı ov patronlarını əldə edib idarə etdiyi “Ravon” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşıyıb gəzdirən zaman 16 aprel 2024-cü il tarixdə, saat 05 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində bir müddət əvvəl törətdiyi xuliqanlıq cinayət əməlinə görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş, orada özünün 16 aprel 2024-cü il tarixli avtomobilə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizəsi əsasında həmin tarixdə, saat 10:00-da aparılan baxış istintaq hərəkəti zamanı həmin avtomobilin sürücü hissəsində ayaqaltı hissədə 1 ədəd gövdənin üzərində 8631-M nömrəsi olan, ilkin variantda zavod üsulu ilə keçmiş Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ-də) “Zlataust” silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləsi ov tüfəngi olub sonradan lüləsi və qundağı kustar üsulla kəsilmiş, lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 450 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli çaxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin kəsiyi və onun komplekt hissəsi olan 4 ədəd zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatı olan, istifadəyə və atəşə yararlı ov patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.2.1 və 228.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun Günay adlı qadınla yaxın münasibəti olmuş, 16 aprel 2024-cü il tarixdə səhər saatlarında sonuncunun işlədiyi kafeyə getmişdir. Günay iş yerindən çıxıb, meyvə satılan dükana girmiş, o, da Günayın arxasında dükana daxil olub, alış-veriş etməsini, maşında gözləyəcəyini demişdir. Dükandan çıxarkən adını sonradan bildiyi Hakimin həm ona, həm də Günaya mənalı baxışla baxdığını görmüşdür. O, Hakimdən niyə elə baxdığını soruşmuş və aralarında mübahisə yaranmışdır. Hakimlə aralarında dartışma və s olsa da, o, getmək məqsədilə avtomobilində əyləşmişdir. Həmin vaxt maşınında silah da olmuşdur. Hakim ondan hara qaçdığını soruşmuş, o, isə əhəmiyyət verməmişdir. O, getmək istəyərkən onu fitlə çağırmışlar. O, da əsəbiləşib meyvə dükanının qarşısına qayıtmışdır. O, maşınla gəlib, meyvə dükanının qabağında dayanmış, kənardan qardaşı, yanındakı dost-tanışları görmüşlər. Orada qardaşı bir yumruq atmış başqa heç nə olmamışdır. Hakim demişdir ki, guya onun tərəfindən vurulmuşdur. Qardaşı da Hakimi vurduğunu etiraf etmişdir. İbtidai istintaq zamanı qardaşı tutulmasın deyə Hakimi vurduğunu demişdir. Müstəntiq hadisənin görüntülərinə baxdıqdan sonra qardaşı da cinayət məsuliyyətinə cəlb edilmişdir. O, özünü CM-in 221-ci maddəsi ilə təqsirli bilmir, əksinə davanı sakitləşdirmişdir. Qardaşı kənardan mübahisə olduğunu görmüş, yaxınlaşıb müdaxilə etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxsləri vurmamış, qardaşı bir və ya iki yumruq vurmuşdur. Baş vermiş hadisəni kənarda olan dost-tanışı və digər şəxslər görmüşdür. Həmin şəxslərin arasında Soltan və Samir adlı şəxslər olmuş, həmin şəxsləri kafedən tanımışdır. Mübahisə başlayarkən Günay orada olmamışdır. O, zərərçəkmiş şəxsləri əvvəllər tanımamış, heç bir ədavəti olmamışdır. Qardaşı mübahisəni təsadüfən görüb onlara yaxınlaşmış, həmin vaxt mübahisənin nəyə görə başladığını bilməmişdir. Avtomobilindən aşkar edilmiş silahı o, 2 gün maşına qoymuş, atmağı və ya təhvil verməyi düşünmüşdür. O, əvvəllər də məhkum olunduğu üçün silahı təhvil verməkdən ehtiyat etmiş, problem yarana biləcyini fikirləşmişdir. Həmin silahla onun cinayət törətmək, kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Silah ona babasından yadigar qalmış, əvvəllər rayondakı evdə saxlamışdır. Silahı uşaqlardan uzaq tutmaq üçün maşına qoymuşdur. Polis bölməsində silahı özü könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, özünü CM-in 221.2.1 və 228.1-ci maddələri ilə elan olunmuş ittihamla təqsirli bilir. O, heç bir yerdə işləmir. Günay adlı xanımı bir neçə müddətdir ki, tanıyır. Günay ilə Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Dəli Dağ” kafesində tanış olmuşdur. Aralarında yaranan soyuqluğu həll etmək üçün xx.xx.2024-cü il tarixdə təxminən saat 05 radələrində icarəyə götürdüyü “Ravon” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Günayın işlədiyi “Dəli Dağ” kafesinə getmiş, içəri daxil olub masaların birində əyləşmişdir. Həmin vaxt orada tanışı kafenin sahibi Soltan, Soltanın tanışı Samir və digər tanımadığı şəxslər də olmuş, onlar birlikdə əyləşmişlər. O, Günayın işdən çıxmağını gözləmişdir ki, söhbət edib aralarında olan soyuqluğu həll etsin. Lakin Günay ona xəbər etmədən işdən çıxıb getmişdir. O, da öz avtomobil ilə Günayın arxasından getmişdir. Bir neçə metr qarşıda olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasının yanından keçən zaman Günayın yolun kənarı ilə hərəkət etdiyini görmüşdür. Bu zaman Günay həmin meyvə-tərəvəz mağazasına daxil olmuşdur. O, da avtomobilini yolun kənarında saxlayıb həmin mağazaya daxil olmuşdur. Günaya yaxınlaşıb alış verişini edib onunla birlikdə getməyi təklif etmiş və mağazanın giriş qapısına doğru getmişdir. Bu zaman mağazada olan tanımadığı bir oğlanın ona tərəf baxdığını hiss etmiş, o, həmin oğlana nə üçün ona baxdığını soruşmuşdur. Buna görə aralarında mübahisə yaranmış, o, adının sonradan Hakim olduğunu bildiyi həmin oğlanın onunla kobud danışdığını görüb problem axtarmamasını, işi ilə məşğul olmasını demişdir. Hakim ona getməyini bildirsə də həmin oğlanın onunla o cür danışığı ona xoş gəlmədiyinə görə sözlü mübahisə etmişdirlər. Daha sonra mağazada satıcı işləyən adının sonradan Eldəniz olduğunu bildiyi oğlan onları aralaşdırmışdır. O, mağazadan çıxıb avtomobilinə tərəf gedən zaman yenidən Hakimin nə isə dediyini eşitmiş, lakin əhəmiyyət verməyib öz avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəmişdir. Həmin oğlan əlində olan mobil telefonu ilə tanımadığı və adını bilmədiyi şəxsə zəng edərək “gəl bura” dediyini eşitmişdir. O, bir neçə metr avtomobili ilə uzaqlaşmaq istədikdə, mübahisə etdiyi oğlanın onun barəsində nalayiq ifadələr işlətdiyini eşidib geri qayıtmışdır. Həmin vaxt tanımadığı adının sonradan Murad olduğunu bildiyi oğlan Hakimin yanına “Toyota Prius” markalı avtomobil ilə gəlmişdir. Murad onun əyləşdiyi avtomobilinə yaxınlaşmış, o da buna görə avtomobildən düşmüşdür. Bu vaxt Soltan, Soltanın tanışı Samir, qardaşı Rüfət və onların da yanında olan adını bilmədiyi oğlan gəlmişdirlər. Onlar həmin meyvə tərəvəz mağazasının kənarına keçmiş və orada o, Hakimin alt dodağına bir dəfə sağ əli ilə yumruq endirmişdir. Bundan sonra onları aralaşdırmış və onlar yenidən meyvə tərəvəz mağazasının qarşına gəlmişlər. Orada olan zaman Hakim yenidən nalayiq ifadələr işlətdiyindən qardaşı Rüfət Hakimin üzərinə gedərək qəsdən yumruqla bir neçə dəfə sifət və baş nahiyyələrindən vurmuşdur. Bundan sonra o, Soltan, Samir və onların yanında olan adını bilmədiyi oğlan Hakimlə qardaşı Rüfəti aralaşdırmağa başlamışlar. Aralaşdırdıqdan sonra onunla mübahisə edən Hakim qaçıb getmişdir. Daha sonra Rüfət Eldənizə də yaxınlaşaraq bir dəfə Eldənizin üzündən şillə vurmuşdur. O, Samir, Soltan, qardaşı Rüfət və adını bilmədiyi oğlan hər biri öz yaşadıqları evə getmişlər. xx.xx.2024-cü il tarixdə təxminən saat 07 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Dəli Dağ” kafesinin yaxınlığında olan “Spar” marketin yanında o, icarəyə götürdüyü “Ravon” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman arxadan polis avtomobilində əyləşən polis əməkdaşının ona saxla əmrini verdiyini görüb, uzaqlaşmağa başlamışdır. Lakin avtomobilim ilə uzaqlaşan zaman o, idarə etməni itirmiş və məcbur saxlamalı olmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. Binəqədi RPİ-nin 6-cı PBnin inzibati binanın həyətində avtomobilinə baxış keçirilən zaman, sürücü tərəfdən ayaq altı hissədən taxta və dəmir elementlərdən ibarət odlu silaha bənzər əşya, 4 ədəd patron, qəhvəyi rəngli qabda olan bıçaq aşkar edilərək götürülmüşdür. Aşkar olunan əşyalar ona məxsus olmuşdur, babasından ona yadigar qalmışdır. Yaşadığı evdə azyaşlı övladları olduğu üçün avtomobilində saxlamışdır. Heç bir cinayətdə istifadə etməmiş və belə bir fikri də olmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, O, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilən zaman ona qarşı fiziki zor və ya psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.2.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslə aralarında yüngül mübahisə olmuşdur. O, meyvə-tərəvəz dükanından meyvə alarkən təqsirləndirilən şəxs də ora gəlmiş, onda nəyə baxdığını, niyə baxdığını soruşmuş, aralarında mübahisə yaranmışdır. Onlar dükandan çıxdıqdan sonra da mübahisələri davam etmişdir. Bayırda təqsirləndirilən şəxsin tanışları olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisənin baş verdiyi tarixi xatırlamır. Gecə saat 3-4 radələrində o, avtomobili saxlayıb, meyvə dükanına girmişdir. O, təqsirləndirilən şəxsi ilk dəfə həmin meyvə dükanında görmüşdür. Təqsirləndirilən şəxsin yanında bir nəfər qadın olmuşdur. O, meyvə alarkən Oqtay ondan nəyə baxdığını soruşmuş, həmin vaxt aralarında mübahisə yaranmışdır. Həmin vaxt nə o, nə də təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməmişdir. Onlar mübahisə edərkən qadın artıq getmiş, satıcı isə orada olmuşdur. Həmin vaxt orada başqa heç kim olmamışdır. Küçəyə çıxdıqdan sonra təqsirləndirilən şəxsin tanışları, sonra isə onun dostu Murad onlara yaxınalşmışdır. Murad gəldikdən sonra o, təqsirləndirilən şəxslə aralarında baş vermiş mübahisəni danışmışdır. Sonra arxadan 3-4 nəfər gəlmiş, qəfildən kimsə onu vurmuşdur. Onu təqsirləndirilən şəxs vurmamış, həmin şəxsdən şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onun üstünə silah çıxarmamışdır. O, ibtidai istintaq zamanı da belə ifadə vermişdir. Hadisə vaxt onu dəqiq olaraq kimin vurduğunu bilməmiş, sonradan bilmişdir ki, onu təqsirləndirilən şəxsin qardaşı vurmuşdur. Hadisə vaxt o, həyacanlı olmuş, ona yumruq zərbəsi dəyəndən sonra özündə olmamışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə təxminən saat 04:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasına daxil olaraq meyvə almaq istəmişdir. Bu zaman o, küçədən səs-küy gəlməsini eşidərək, küçəyə çıxmışdır. Həmin vaxt meyvə-tərəvəz mağazasının qarşısından sonradan adını bildiyi bir nəfər qadının piyada keçdiyini görmüşdür. Qadın meyvə-tərəvəz mağazasına daxil olan zaman ona salam vermişdir. Qadın meyvə-tərəvəz mağazasında özünə meyvə almaq istəyən zaman, içəri bir nəfər ortaboylu, saqqallı, uzunsaçlı adının sonradan Oqtay olduğunu bildiyi bir oğlan daxil olmuşdur. Oqtay həmin qadına nə alırsan tez al, çıxaq gedək deyə söyləmişdir. Daha sonra ona tərəf tərs baxışları ilə baxaraq nəyə baxırsan, nə isə problemin var deyə söyləmiş, o da həmin şəxsə “necə yəni, nə baxıram, meyvə alıram” deyə bildirmişdir. Bundan sonra mübahisə etdiyi oğlan, yəni Oqtay ona 5 dəqiqə gözlə, görəcəksən nə olacaq deyə söyləyərək çölə çıxmışdır. O da dostu Şahid3 istifadəsində olan mobil nömrəsinə zəng edərək məsələni izah etmiş, Murad da ona “çıx oradan, problem olmasın” deyə söyləmişdir. Üzərindən 5 dəqiqə keçdikdən sonra Murad “Toyota Prius” avtomobil ilə həmin yerə gəlmişdir. Murad onunla mübahisə edən oğlana “qaqaş nə olub, nə məsələdi” deyə sualını vermişdir. Oqtay Murada onun barəsində nalayiq ifadə işlədərək, “bu oğlan qızın yanında mənimlə pis danışır” deyə söyləmişdir. Elə bu zaman Oqtay üzərinə hücum çəkmişdir. Murad onları aralaşdırmişdir. Bu vaxt 4 nəfər adını bilmədiyi oğlanlar gəlmişdirlər. Daha sonra biraz kənara keçmiş və orada da Oqtay adlı şəxs onun alt dodağına yumruqla zərbə endirmişdir. Onların aralarında olan kepkalı, adının sonradan Rüfət olduğunu bildiyi oğlan 5-6 dəfə yumruqla onun sifət nahiyyəsinə və baş nahiyyəsinə vurmuşdur. Bu vaxt dostu Murad onu kənara itələyərək çıxıb getməyini istəmişdir. O da buna görə oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, o, mübahisə zamanı heç kəsə xəsarət yetirməmiş və sadəcə özünü qorumuşdur. Mübahisə zamanı ondan başqa hər hansı bir şəxsin xəsarət aldığını görməmişdir. Mübahisə təxminən 5-10 dəqiqə çəkmişdir. Həmin şəxslərin üzərində tapança, tüfəng növündə bir silah görməmişdir. Həmin şəxsləri ilk də görürmüş, onlarla əvvəlcədən heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Həmçinin, onların anket məlumatları barədə heç bir məlumatı yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, dükanda olmuşdur. Dükana müştəri kimi gəlmiş Hakimlə təqsirləndirilən şəxs arasında mübahisə olmuşdur. O, təqsirləndirilən şəxsin Hakimi vurmasını görməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər görməmişdir. O, zərərçəkmiş şəxs Hakimi müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs mübahisə vaxtı onu əli ilə itələmiş, vurmamışdır. Həmin vaxt dükanda başqa heç kim olmamışdır. Mübahisə dükanda başlamış, dükandan bayırda davam etmişdir. Dükandan çıxdıqdan sonra kənardan da bir neçə şəxs ora yaxınlaşmışdır. Mübahisə vaxt Oqtay dükanda qapının yanında, Hakim isə kassanın yanında durmuşdur. Mübahisə başlayan kimi o, Hakimi və Oqtayı dükandan çıxarmışdır. Onu təqsirləndirilən şəxs vurmamış, sonuncunun qardaşı vurmuşdur. O, istintaq orqanında həyəcanlı olduğuna görə fərqli ifadə vermişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, Biləcəri qəsəbəsində yerləşən "Meyvəli 120" adlı meyvə dükanında 1 ildir ki, satıcı olaraq işləyir. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində mütəmadi olaraq işlədiyi dükandan meyvə alan kişi cinsli şəxs meyvə almaq üçün işlədiyi dükana gəlmişdir. Bu zaman həmin dükanın qarşısında tanımadığı xanım keçirmiş. Həmin vaxt həmin xanımın arxası ilə sürətlə avtomobil gəlib saxlamış və xanım onun işlədiyi dükana daxil olmuşdur. Həmin avtomobili idarə edən şəxs avtomobildən düşərək dükana daxil olmuşdur. Həmin şəxs xanıma tez dükandan çıxmağını bildirmişdir. Bunda başqa isə mağazadan olan başqa bir müştəri ilə həmin şəxs arasında bilmədiyi səbəbdən sözlü mübahisə yaranmışdır. Həmin şəxs dükandan çıxaraq avtomobilinə minib getmişdir. O, bu zaman həmin şəxsə dükandan çıxmağını bildirmişdir. O, bu zaman dükanda olan müştəriyə bildirmişdir ki, həmin şəxs öz dostlarını toplayıb yenidən dükana gələcəkdir. Bundan sonra həmin müştəri dostuna zəng edərək dükana çağırmışdır. Müştərinin dostu gələndən sonra həmin avtomobili idarə edən şəxs özü ilə 3-4 nəfər tanışı gətirmişdir. Onlar təxminən 4-5 nəfər olmuşlar. Həmin şəxslər dükana gələn kimi müştərinin üzərinə hücum etmişlər. Onlar mağazanın kənarına keçmişlər. Daha sonra həmin şəxslərdən biri yumruqla müştərinin alt dodaq nahiyəsinə zərbə endirmişdir. Bundan sonra onlar yenidən mağazanın qarşısına gəlmişlər. Orada isə başqa şəxs müştəriyə bir neçə dəfə üz və baş nahiyəsinə zərbələr endirmişdir. Bu zaman müştəri oradan uzaqlaşmış və həmin şəxslərdən ikisi müştərinin arxası ilə qaçmışdır. Bundan sonra həmin şəxslərdən digərləri onun üzərinə gəlmiş və müştəriyə bir neçə dəfə zərbələr endirən şəxs onun üz nahiyəsinə şillə vurmuşdur. Bundan sonra Biləcəri qəsəbəsində yerləşən "Dəli Dağ " adlı kafenin işlədən Soltan adlı şəxs onlara yaxınlaşaraq onun günahının olmadığını bildirmiş və həmin şəxslər dükandan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslər 4-5 nəfər olmuşdur. Həmin şəxslərdən biri onun üz nahiyəsinə şillə ilə zərbə endirmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. O, həmin şəxsləri tanımır. Hadisə zamanı həmin şəxslər mağazaya hər hanı bir maddi ziyan vurmamışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü gecə saatlarında evə gedərkən dostu Zərərçəkmiş şəxs1 ona zəng edərək meyvə-tərəvəz dükanında olduğunu, mübahisəsi düşdüyünü demişdir. O, da buna görə həmin yerə getmişdir. Dükanın qarşısına çatdıqda Oqtayın maşına minib getdiyini saxlatdırıb, nə məsələ olduğunu soruşmuşdur. Söhbət etmək istəyən vaxt kənardan bir nəfər gəlib Hakimə yumruq atmışdır. O, sonradan bilmişdir ki, həmin şəxs təqsirləndirilən şəxsin qardaşıdır. O, davanı sakitləşdirmiş, Hakimi isə yaşadığı evə yola salmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, dükanın qarşısına çatdıqda orada meyvətərəvəz dükanını işlədən şəxs və yoldan keçən digər şəxslər olmuşdur. O, mübahisənin şahidi olmamışdır. O, həmin yerə gəldikdə sakitlik olmuş, o, mübahisə də iştirak etməmişdir. O, Oqtayın Eldəniz vurmasını görməmişdir. Həmin yerdə kiminsə nalayiq ifadə işlətməsini eşitməmişdir. Hakim ona gecə saat 3-4 radələrində, o, həmin yerin yaxınlığında olduğuna görə 5 dəqiqəyə ora çatmışdır. O, ibtidai istintaq zamanı əsəbi olduğuna görə fərqli ifadə vermişdir. Hadisə hal-hazırda ifadəsində qeyd etdiyi kimi olmuşdur. O, istintaqda verdiyi ifadəsini oxumamış, oxumadan imzalamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, 5 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində dostu Zərərçəkmiş şəxs1 ona zəng edərək, “Murad bir nəfər var mənimlə mübahisə edir” demişdir. O, da Hakimə bildirmişdir ki, “kənarlaş ordan problem olmasın, özüm gəlirəm”. Üzərindən təxminən 5 dəqiqə keçdikdən sonra Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasına çatmışdır. O, Hakimlə mübahisə edən oğlana “qaqaş nə olub, nə məsələdi” deyə sual vermişdir. Adını sonradan bildiyi Oqtay adlı şəxs ona Hakim barəsində nalayiq ifadə işlədərək, “bu oğlan qızın yanında mənimlə pis danışır” deyə söyləmişdir. Elə bu zaman həmin Oqtay adlı oğlan Hakimin üzərinə hücum çəkmişdir. Murad onları aralaşdırmışdır. Bu vaxt 4 nəfər adını bilmədikləri oğlanlar gəlmişdirlər. Daha sonra biraz kənara keçmiş və orada Oqtay adlı şəxs Hakimin alt dodağına yumruqla zərbə endirdi. Onların aralarında olan kepkalı, adının sonradan Rüfət olduğunu bildiyi oğlan 5-6 dəfə yumruqla Hakimin sifət nahiyyəsinə və baş nahiyyəsinə vurmuşdur. Bu vaxt o, Hakimi kənara itələyərək çıxıb getməyini istəmişdir. Hakim də buna görə oradan uzaqlaşmışdır. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, o, mübahisə zamanı heç kəsə xəsarət yetirməmişdir və sadəcə özünü qorumuşdur. Mübahisə təxminən 5-10 dəqiqə çəkmişdir. Həmin şəxslərin üzərində tapança, tüfəng növündə bir silah görməmişdir. Həmin şəxsləri ilk dəfə görürmüş, onlarla əvvəlcədən heç bir ədavət və ya düşmənçiliyim olmamışdır. Həmçinin, onların anket məlumatları barədə heç bir məlumatı yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, kafeni bağlayıb, çıxanda bayırda 3-4 nəfər şəxs olduğunu görmüşdür. O, yaxınlaşanda orada o, Oqtay və Eldəniz olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, işlətdiyi kafeni bağlayanda kafedə heç kim olmamışdır. O, çox vaxt gecə saat 4-ə qədər iş yerində olmuşdur. O, təqsirləndirilən şəxsi kafeyə gəlib gedən müştəri kimi tanımışdır. Hadisədən əvvəl də Oqtay kafedə olmuşdur. Həmin vaxt Oqtayın Günay adlı qadın da olmuşdur. Günay kafedə bir gün işləyib, işdən çıxmışdır. O, kafeni bağlamamışdan əvvəl Günay kafedən çıxıb getmişdir. O, kafeni bağlayıb meyvə-tərəvəz dükanın qarşısına getdikdə Eldəniz ona mübahisə olduğunu demişdir. O, əvvəllər Zərərçəkmiş şəxs1 tanımamış, məhkəmədə tanış olmuşdur. Təqsirləndirilən şəxs isə kafenin müştərisi olmuşdur. Hadisə günü kafedə işləmiş Günay müştərilərlə əyləşməmiş, müştərilərə xidmət göstərmişdir. İbtidai istintaq zamanı müstəntiq ona kamera görüntülərinə düşdüyünü deyib, ifadəsini almış, 1-2 sual vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əvvəl Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 16 aprel 2024-cü il tarixdə DİN-in “102” xidməti mərkəzinə bir nəfər şəxsin döyülməsi ilə bağlı məlumat daxil olmuş, o, əməliyyat qrupunun tərkibində hadisə yerinə getmişdir. Onlar hadisə yerində təqsirləndirilən şəxsə yaxınlaşıb 6-cı polis bölməsinə gətirmişlər. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. O, silahın aşkar edilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxsin avtomobilindən aşkar edilmiş silah kəsilmiş ov tüfəngi, 4 ədəd patron olmuşdur. Oqtay Xanlarzədə silahı uşaqlarından uzaq tutmaq üçün avtomobildə gəzdirdiyini demişdir. Onlar təqsirləndirilən şəxsə meyvə dükanın qarşısında yaxınlaşmış, özlərini təqdim edib, baş vermiş mübahisə ilə bağlı gəldiklərini izah etmişlər. Onlar təqsirləndirilən şəxsi xidməti avtomobildə polis bölməsinə aparmış, həmçinin avtomobilini də bölməyə gətirmişlər. Təqsirləndirilən şəxs özü avtomobilində silah olduğunu və təhvil vermək istədiyini demişdir. Avtomobilə baxış keçirilərkən təqsirləndirilən şəxs özü də orada olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Binəqədi RPİ-nin 6-cı polis bölməsinin polis sahə rəisi, polis mayoru Şahid2 Qudrət oğlu ifadəsində göstərmişdir ki, 16 aprel 2024-cü il tarixdə 6-cı polis bölməsində növbədə olarkən DİN-in “102” xidmətindən döyülmə ilə bağlı məlumat daxil olmuşdur. Onlar həmin məlumatla bağlı hadisə yerinə getmiş, təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq etmədən polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs izahatı alındıqdan sonra avtomobilinə baxış keçirilmiş, avtomobildən silah aşkar edilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. O, da avtomobilinə keçirilən baxışda iştirak etmişdir. Onlarda təqsirləndirilən şəxsin avtomobilində silah olması ilə bağlı əvvəldən məlumat olmamışdır. Bu barədə təqsirləndirilən şəxs özü məlumat vermişdir. Məhkəmə baxışı zamanı müdafiəçinin vəsatəti əsasında dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 16 aprel 2024-cü il tarixdə gecə saatlarında taksi ilə yaşadığı evə gedərkən qardaşı Oqtayın avtomobilinin Binəqədi rayonu ərazisində meyvə-tərəvəz dükanının qarşısında olduğunu görmüşdür. Oqtay avtomobilinə əyləşmək istəyərkən yanında 3-4 nəfər şəxs olmuş, həmin vaxt adını sonradan bildiyi Hakim Oqtayın arxası ilə söyüş söymüşdür. Həmin vaxt o, içkili olduğundan Hakimə yaxınlaşıb niyə söydüyünü soruşmuş, sinəsindən yumruq zərbəsi vurmuşdur. Bundan sonra Oqtay ona yaxınlaşıb Hakimdən uzaqlaşdırmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, içkili olduğu üçün Hakimlə Oqtayın mübahisə etdiklərini bilməmişdir. Zərərçəkmiş şəxslər nə onu, nə də ki, qardaşını tanımırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə faktla bağlı CMin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 12” adlı meyvə tərəvəz mağazasının qarşısında baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan Təqsirləndirilən şəxs idarə etdiyi **-CX-*** dövlət qeydiyyat nişanlı, “RAV10” markalı avtomobilin avtomobilin sürücü tərəfdən ayaq altı hissəsində taxta və dəmir elementlərdən ibarət odlu silaha bənzər əşya, 4 ədəd patron, qəhvəyi rəngli qabda olan bıçaq aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü il tarixli 731 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər üst dodağın selikli qişasının əzilmiş yarası, alt dodağın selikli qişasına qansızma, sağ qulaq seyvanının qançırı, alın nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən üst dodağın selikli qişasının əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2024-cü il tarixli 737 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət - boyun nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl barmağının dırnağı və s.) təsirindən əmələ gələ bilərdi. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Azərbaycan Respubklikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/819 nömrəli rəyindən görünür ki, , tədqiqata təqdim edilmiş 01 ədəd gövdənin üzərində 8631-M N°-si olan silah, ilkin variantda zavod üsulu ilə keçmiş "SSRİ" dövlətində, Zlataust silah zavodunda istehsal olundu axmaqlı, hamar tək lüləli ov tüfəngi olub. Lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hal hazırda lüləsinin uzunluğu 300 mm, ümumi uzunluğu 450 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli caxmaqlı, hamar qoşa lüləli, odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd patron zavod üsulu ilə, xarici dövlətində istehsal olunmuş 16x70 kalibrli ov patronudur, həmin hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov döyüş sursatıdırlar, istifadəyə və atəşə yararlıdırlar. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 228.1-ci maddəsindən həmin məcəllənin 221.2.1 və 228.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 221.2.1 və 228.1-ci maddələri ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-248/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “RAVON markalı” **-CX-*** nömrə nişanlı avtomobilə baxış keçirilərkən sürücü tərəfdən ayaq altı hissəsində taxta və dəmir elementlərdən ibarət odlu silaha bənzər əşya, 4 ədəd patron, qəhvəyi rəngli qabda olan bıçaq aşkar edilmiş, həmin predmetlər içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış, DİN-in 175 saylı möhürü ilə möhürlənmiş üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinin digər hissələrinə də baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/663 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçaqlarına uyğun gəlir, soyuq silah hesab edilmir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində 25-30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, uzun və qara rəngli saçı olan, əynində ağ qara xət keçən köynək, qara rəngli şalvar, qara rəngli ayaqqabı olan şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasının kənarında 30-35 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qısa və qara rəngli saçı olan, əynində qara rəngli köynək, qara rəngli cins şalvar, qara rəngli ayaqqabı olan şəxsin üzündən bir dəfə sağ əli ilə yumruq vurur. 2 saylı videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində 25-30 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qara rəngli saçı və saqqalı olan, başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə, qara rəngli şalvar, qara rəngli ayaqqabı olan şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasının kənarında 30-35 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qısa və qara rəngli saçı olan, əynində qara rəngli köynək, qara rəngli cins şalvar, qara rəngli ayaqqabı olan şəxsin üz, baş və boyun nahiyəsində bir neçə dəfə ilə vurur. 3 saylı videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində 25-30 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qara rəngli saçı və saqqalı olan, başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə, qara rəngli şalvar, qara rəngli ayaqqabı olan şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasının kənarında 20-25 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, qısa və qara rəngli saçı olan, əynində qara rəngli köynək, qara rəngli cins şalvar, qara rəngli ayaqqabı olan şəxsin üz nahiyəsindən bir dəfə şillə vurur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki,Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)-14/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 25 oktyabr 2019-cu il tarixdən 22 dekabr 2021-ci il tarixədək 02 (iki) il 01 (bir) ay 27 (iyimi yeddi) gün müddətində həbsdə və ev dustaqlığında olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 01 ədəd gövdənin üzərində 8631-M nömrəsi olan ov tüfənginin kəsiyi və eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalmış 03 ədəd 16x70 kalibrli ov patronları iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Binəqədi RPİnin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs avtomobilinə baxış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasından götürülmüş və hadisənin videogörüntülərini əks etdirən 01 ədəd “ ədəd disk iş üzrə sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona heç bir xəsarət yetirlmədiyini, sonuncudan şikayətçi olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ona xəsarət yetirilmdiyini, sonuncudan şikayətçi olmadığını bildirmişdir. AA599419 və AA2222011 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdü X6 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs1 xəsarət yetirməməsi ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi həmin ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahidlər Şahid3, Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, sonuncuların həmin ifadələri iş üzrə toplanmış sübutlarla, eləcə də işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin digər sübutlarla təsdiq edilmədiyindən və uyğunluq təşkil etmədiyindən məhkəmə həmin ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək və məsuliyyətdən azada etmək məqsədi ilə verilməsin nəzərə alır və işin faktiki hallarına uyğun olmayan ifadə kimi qiymətləndirir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və şahidlər Şahid3, Şahid5 ibtidai istintaqı zamanı verdikləri ifadələr işin faktiki halları ilə uyğunluq təşkil etmiş, eyni zamanda iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntülərlə təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən polis bölməsinə aparıldıqdan sonra avtomobilində odlu silah olması barədə məlumat verməsinə dair məhkəmə qeyd edir ki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarında göstərilmişdir ki, odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları könüllü surətdə təhvil verən şəxsin, əgər onun əməlində başqa cinayət əməllərinin tərkibi yoxdursa, CM-in 228-ci maddəsi ilə məsuliyyət daşımır. Sadalanan predmetlərin könüllü surətdə təhvil vermə dedikdə, həmin predmetləri istədiyi kimi sərəncam vermək imkanına malik olan şəxsin motivindən asılı olmayaraq, bu predmetlərin təqdim edilməsi və ya onların saxlandığı yer barədə məlumat verməsi başa düşülməlidir. CM-in 228.1-ci maddəsində nəzərdə tutulan predmetlərin həm şəxsin öz təşəbbüsü ilə, həm də digər şəxslərin məsləhəti əsasında eləcə də müəyyən növ silahı təhvil verməni vətəndaşların öhdəliyi qismində müəyyən edən müvafiq hakimiyyət orqanlarının tövsiyyəsinə görə təhvil verilməsi onları könüllü təhvil vermə hesab olunur. Həmin predmetləri könüllü surətdə təhlil verən şəxs CM-nin 228.1 - 228.4-cü maddələrində qeyd edilən bütün növ əməllərə görə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən polis bölməsinə gətirildiyi vaxta kimi olan müddət ərzində avtomobilində qanunsuz olaraq daşıdığı odlu silah barədə məlumat verərək polis orqanlarına təhvil verməmiş, həmin silahla bağlı sərəncam vermək hüququ məhdudlaşdırıldıqdan sonra polis əməkdaşları tərəfindən aşkar edilib götürüləcəyini dərk edərək istifadəsində olan avtomobildə silah olması barədə məlumat vermişdir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs silahı könüllü təqdim etməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Şahid5 ilə bir qrup şəxs halında 16 aprel 2024-cü il tarixdə, saat 05 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlanan mağazanın giriş hissəsinin yan tərəfində bir neçə dəqiqə əvvəl mağazanın iç hissəsində həmin vaxt mağazada olan müştəri Zərərçəkmiş şəxs1 və satıcı Zərərçəkmiş şəxs2 ona tərs şəkildə baxmasını bəhanə gətirərək heç bir səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 üz nahiyəsindən yumruq zərbəsi ilə vurub sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan alt dodağın selikli qişasına qansızma xəsarətini, qabaqcadan əlbir olduğu qardaşı Şahid5 isə həmin mağazanın qarşısında Zərərçəkmiş şəxs1 baş və bədən nahiyələrindən yumruq və ayaq zərbəsi ilə vurmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan üst dodağın selikli qişasının əzilmiş yarası xəsarətini, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan sağ qulaq seyvanının qançırı, alın nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin sıyrıqları xəsarətlərini və Zərərçəkmiş şəxs2 boyun nahiyəsindən əli ilə vuraraq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan boyun nahiyəsinin sıyrığı xəsarətini yetirməklə Şahid5 ilə bir qrup şəxs tərəfindən, içtimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlı etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1 və 228.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.2.1 və 228.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)-14/2021 nömrəli hökmü ilə CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 25 oktyabr 2019-cu il tarixdən 22 dekabr 2021-ci il tarixədək 02 (iki) il 01 (bir) ay 27 (iyimi yeddi) gün müddətində həbsdə və ev dustaqlığında olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan altı il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallara yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.2.1 və 228.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Cəzaçəkmə müəssisinin növü bağlı məhkəmə qeyd edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarında göstərilmişdir ki, qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs hesab edilə bilməz. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)-14/2021 nömrəli hökmü ilə CM-in 206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, onun 25 oktyabr 2019-cu il tarixdən 22 dekabr 2021-ci il tarixədək 02 (iki) il 01 (bir) ay 27 (iyimi yeddi) gün müddətində həbsdə və ev dustaqlığında olması nəzərə alınmaqla cəzasını çəkib qurtarmış hesab edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)-14/2021 nömrəli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də cəzaçəkmə müəssisəsində cəza çəkməmişdir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 18 aprel 2024-cü il tarixdə məhdudlaşdırılmaqla şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 248/2024 nömrəli qərarı ilə barəsində 02 ay 29 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132 və CM-99-1-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 01 ədəd gövdənin üzərində 8631-M nömrəsi olan ov tüfənginin kəsiyi və eksperimental atəşlər zamanı istifadə olunduqdan sonra qalmış 03 ədəd 16x70 kalibrli ov patronları hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 80 (səksən) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 (səksən) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 18 aprel 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş 01 ədəd gövdənin üzərində 8631-M nömrəsi olan ov tüfənginin kəsiyi ye eksperimental atəşlər zamani istifadə olunduqdan sonra qalmış 03 ədəd 16x70 kalibrli ov patronlari hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar