Məhkəmə qərarları › İş №1(001)-78/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-78/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-78/2021 16.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, F.Şahbazov küçəsi, ev 58A ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 100 saylı ünvanda yerləşən “Təməl” tədris mərkəzinin plastik pəncərəsini üzərində gəzdirdiyi vintaçanla sındırıb içəri qanunsuz daxil olaraq oradan 01 ədəd 80 manat dəyərində qara rəngli “LG” markalı monitoru, 01 ədəd 40 manat dəyərində gümüşü rəngli “Samsung” markalı monitoru, 01 ədəd 80 manat dəyərində üzərində “TELEMAX” yazısı olan müşahidə kamerasının DVR beynini, 01 ədəd 50 manat dəyərində üzərində “HD color” “KAREL” yazısı olan müşahidə kamerasını, 01 ədəd 50 manat dəyərində üzərində “KAREL” yazısı olan müşahidə kamerasını, 01 dəst (2 hissə) 15 manat dəyərində üzərində “KREATİV” yazısı olan səsgücləndiricini, 01 dəst (3 hissə) 40 manat dəyərində üzərində “KREATİV” yazısı olan səsgücləndiricini, 02 ədəd 10 manat dəyərində qara rəngli üzərində “BEAT ON BOX” yazısı olan səsgücləndiricini, 01 ədəd 5 manat dəyərində üzərində “GENİUS” yazısı olan klaviaturanı, 01 ədəd 5 manat dəyərində üzərində “TECH” yazısı olan klaviaturanı, 01 ədəd 10 manat dəyərində üzərində “SİNBO” yazısı olan elektrik sobasını, 01 ədəd 100 manat dəyərində üzərində “SP” super povor yazısı olan prosessoru, 01 ədəd 70 manat dəyərində üzərində “HP” “Deskjet-1510” markalı printeri və 01 ədəd 100 manat dəyərində üzərində “SEKAKU VHF” yazısı olan avadanlığını gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 685 (altı yüz səksən beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, anası ilə birlikdə yaşayır. Son zamanlar pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdi. O, yaşadığı evlə tədris mərkəzinin çəpər-çəpərə olması ona münasib olduğundan “Təməl” tədris mərkəzindən kompyuter və bir sıra avadanlıqlar oğurlamağa qərar vermişdir. Bu məqsədlə o, evdə kimsə olmadığından xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 04 radələrində yaşadığı evin damına çıxaraq ətrafda kimsənin olmadığına əmin olduqdan sonra qeyd olunan tədris mərkəzinin bayır tərəfdən plastik pəncərəsini özü ilə götürdüyü vintaçan vasitəsilə açıb içəriyə daxil olmuşdur. Tədris mərkəzində olan zaman 02 ədəd monitor, bir neçə ədəd müşahidə kamerası, bir neçə ədəd səsgücləndirici, klaviatura, elektrik sobası, prosessor, printer və digər kompyuter avadanlığını bir yerə yığıb kiminsə gələcəyindən ehtiyat edərək vaxt itirmədən daxil olduğu yerdən çıxıb həmin oğurladığı əşyaları hissə-hissə olmaqla yaşadığı evinə aparmağa qərar vermişdir. Həmin vaxtı isə damda kiminsə onu kənardan görə biləcəyindən ehtiyat edərək birinci mərtəbədə olan “Oba” marketin qapısından bayıra yol olacağını düşünüb oradan çıxmağa qərar vermişdir. Lakin “Oba” marketə quraşdırılmış siqnalizasiyanın işlədiyini görüb dərhal ikinci mərtəbəyə qalxıb orada bir kənara yığmış olduğu əşyaları yaşadığı evə apararaq əşyaları evin tavanının altına yerləşdirmişdir. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə evdə olan zaman Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları yaşadığı ünvana gələrək özlərini təqdim edib onu qeyd olunan polis bölməsinə dəvət etmişdirlər və polis bölməsində olan zaman baş vermiş hadisəni səmimi şəkildə etiraf etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək məhkəmədən ona köməklik edilməsini və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, hal-hazırda Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsində yerləşən “Təməl” tədris mərkəzini icarə əsasında işlədir. Belə ki, qeyd olunan tədris mərkəzinin yerləşdiyi obyekt 2 mərtəbədən ibarət olmaqla birinci mərtəbəsi “Oba” topdan-satış mərkəzi, ikinci mərtəbədə isə tədris mərkəzi yerləşir ki, qeyd olunan tədris mərkəzinin ümumi sahəsi 200 kv.m, 5 otaqdan ibarətdir, həmin otaqlar tədris üçün nəzərdə tutulmuşdur. Belə ki, ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar olaraq qeyd olunan tədris mərkəzinin iş fəaliyyəti dayandırıldığı üçün o, həftədə bir dəfə həmin tədris mərkəzinə nəzarət edirdi. Hadisə ilə bağlı bildirmişdir ki, sonuncu dəfə tədris mərkəzində xx xxxxxx 2020-ci il tarixdə günorta saat 15 radələrində bir sıra işlərini gördükdən sonra qeyd olunan tədris mərkəzinin qapısını bağlayıb yaşadığı evinə yollanmışdır. Növbəti gün yəni xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində evdə olan zaman ona polis əməkdaşları tərəfindən zəng olunaraq “Təməl” tədris mərkəzinidə oğurluq hadisəsi ilə bağlı məlumat verilmiş və o, yaşadığı evdən çıxıb qeyd olunan tədris mərkəzinə getmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra o, “Təməl” tədris mərkəzinin qarşısında olan zaman tədris mərkəzinin qapısını açıb içəri daxil olarkən sağ tərəfdən divarın 1 kv.m olan hissəsinin kəsilmiş və açıq formada olduğunu görüb, tədris mərkəzinə aid olan birinci otağa baxış keçirən zaman buradakı 01 ədəd qara rəngli “LG” və 01 ədəd gümüşü rəngli “Samsung” markalı ümumilikdə 02 ədəd monitor, 01 ədəd üzərində “TELEMAX” yazısı olan müşahidə kamerasının DVR beyni, 01 ədəd üzərində “HD color” “KAREL” və 01 ədəd üzərində “KAREL” yazısı olmaqla ümumilikdə 03 ədəd müşahidə kamerası, ümumilikdə 02 dəst üzərində “KREATİV” və 02 ədəd qara rəngli üzərində “BEAT ON BOX” yazısı olmaqla ümumilikdə 04 ədəd səsgücləndirici, 01 ədəd üzərində “GENİUS” və 01 ədəd üəzrində “TECH” yazısı olmaqla ümumilikdə 02 ədəd klaviatura, 01 ədəd üzərində “SİNBO” yazısı olan elektrik sobası, 01 ədəd üzərində “SP” super povor yazısı olan prosessor, 01 ədəd üzərində “HP” “Deskjet- 1510” markalı printer və 01 ədəd üzərində “SEKAKU VHF” yazısı olan avadanlığın yerində olmadığını aşkar etmişdir. Nəticədə isə baş vermiş oğurluq hadisəsi nəticəsində 3000 manat maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə “Təməl” tədris mərkəzindən oğurlanmış əşyalar ona məxsusdur. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli qismində tutulmuşdur. İş materiallarında olan “Zərər çəkmiş şəxs qismində tanımaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilsin və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 4(001)-707/2020 saylı, xx.xx.2020-ci il tarixli “Həbs qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3516 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 685,00 manat müəyyən edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2020-ci il tarixli, 9/3516 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat etmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunsun və barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli “LG” və 01 ədəd gümüşü rəngli “Samsung” markalı ümumilikdə 02 ədəd monitor, 01 ədəd üzərində “TELEMAX” yazısı olan müşahidə kamerasının DVR beyni, 01 ədəd üzərində “HD color” “KAREL” və 01 ədəd üzərində “KAREL” yazısı olmaqla ümumilikdə 03 ədəd müşahidə kamerası, ümumilikdə 02 dəst üzərində “KREATİV” və 02 ədəd qara rəngli üzərində “BEAT ON BOX” yazısı olmaqla ümumilikdə 04 ədəd səsgücləndirici, 01 ədəd üzərində “GENİUS” və 01 ədəd üəzrində “TECH” yazısı olmaqla ümumilikdə 02 ədəd klaviatura, 01 ədəd üzərində “SİNBO” yazısı olan elektrik sobası, 01 ədəd üzərində “SP” super povor yazısı olan prosessor, 01 ədəd üzərində “HP” “Deskjet-1510” markalı printer və 01 ədəd üzərində “SEKAKU VHF” yazısı olan avadanlıq maddi sübut kimi tanınsın və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 685 manat hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 01 ədəd qara rəngli “LG” və 01 ədəd gümüşü rəngli “Samsung” markalı ümumilikdə 02 ədəd monitor, 01 ədəd üzərində “TELEMAX” yazısı olan müşahidə kamerasının DVR beyni, 01 ədəd üzərində “HD color” “KAREL” və 01 ədəd üzərində “KAREL” yazısı olmaqla ümumilikdə 03 ədəd müşahidə kamerası, ümumilikdə 02 dəst üzərində “KREATİV” və 02 ədəd qara rəngli üzərində “BEAT ON BOX” yazısı olmaqla ümumilikdə 04 ədəd səsgücləndirici, 01 ədəd üzərində “GENİUS” və 01 ədəd üəzrində “TECH” yazısı olmaqla ümumilikdə 02 ədəd klaviatura, 01 ədəd üzərində “SİNBO” yazısı olan elektrik sobası, 01 ədəd üzərində “SP” super povor yazısı olan prosessor, 01 ədəd üzərində “HP” “Deskjet- 1510” markalı printer və 01 ədəd üzərində “SEKAKU VHF” yazısı olan avadanlıq Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur, ona dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin Qeyd hissəsinin şərh edilməsi haqqında xx xxxx 2013-cü il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiəsinə, habelə cinayətlərin qarşısının alınmasına yönəlmiş cinayət-hüquq institutları ümumi (publik) hüquq münasibətlərinin sözügedən sahəsində şəxsin konstitusiya təminatlarına sözsüz riayət edilməklə, ədalət və cinayət məsuliyyətinin cinayət qanunvericiliyi ilə müdafiə olunan dəyərlərə mütənasibliyi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin şərh edilməsi haqqında xx xxxxxx 2012-ci il tarixli Qərarında olan hüquqi mövqeyindən məlum olur ki, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanuni ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəsinin yeganə qazanc mənbəyi olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həbsdə saxlandığı 06 (altı) ay 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum etməklə barəsində ittiham hökmü çıxarıldıqda şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həbsdə saxlandığı 06 (altı) ay 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilərək o, məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22.00-dan 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356- 357, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həbsdə saxlandığı 06 (altı) ay 22 (iyirmi iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qara rəngli “LG” və 01 ədəd gümüşü rəngli “Samsung” markalı ümumilikdə 02 ədəd monitor, 01 ədəd üzərində “TELEMAX” yazısı olan müşahidə kamerasının DVR beyni, 01 ədəd üzərində “HD color” “KAREL” və 01 ədəd üzərində “KAREL” yazısı olmaqla ümumilikdə 03 ədəd müşahidə kamerası, ümumilikdə 02 dəst üzərində “KREATİV” və 02 ədəd qara rəngli üzərində “BEAT ON BOX” yazısı olmaqla ümumilikdə 04 ədəd səsgücləndirici, 01 ədəd üzərində “GENİUS” və 01 ədəd üəzrində “TECH” yazısı olmaqla ümumilikdə 02 ədəd klaviatura, 01 ədəd üzərində “SİNBO” yazısı olan elektrik sobası, 01 ədəd üzərində “SP” super povor yazısı olan prosessor, 01 ədəd üzərində “HP” “Deskjet-1510” markalı printer və 01 ədəd üzərində “SEKAKU VHF” yazısı olan avadanlığın sahibinə geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədirlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar