Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-78/2025 22.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Təqsirləndirilən şəxs və mülki cavabdehin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2, 178.2.4 və 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuş və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, 07 fevral 2024-cü il tarixdə, saat 07 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Pars Tondar” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə Xutor qəsəbəsi istiqamətinə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyərək ünvan 2 ünvanının qarşısında idarə etdiyi avtomobilin ön tərəfi ilə piyada Zərərçəkmiş şəxs2 vuraraq ehtiyatsızlıqdan sonuncuya sağ bud sümüyünün media kondilusunun qopma xarakterli yerdəyişmiş sınığı, sağ diz oynağında medial-kollateral bağın travmatik qopması, başın əzilmiş-cırılmış yaraları, baş beyin silkələnməsi, hər iki almacıq nahiyələrinin, hər iki əlin arxa səthinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları, burun nahiyəsinin sıyrıq fonunda əzilmiş yarası, sağ üst göz qapağının qançırı kimi dərəcəsinə görə ümumilikdə Zərərçəkmiş şəxs2 sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Şahid1 özünü avtomobil alqı-satqısında vasitəçi olan Orxan adlı şəxs kimi təqdim edərək Şahid1 atası Zərərçəkmiş şəxs1 sahibliyində olan "Mersedes-C180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa şəxsə daha baha qiymətə sataraq təyin olunan 11.000 manat pulu onlara təqdim edib qalan pul vəsaitini isə qazanc kimi əldə edəcəyinə dair yalan vəd verərək aldatmış, daha sonra Zərərçəkmiş şəxs3 isə həmin avtomobili 4.800 manata satacağına və əlavə olaraq sənədləşdirmə işləri üçün 900 manat alacağına dair sonuncu ilə razılığa gəlmiş, xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Qeydiyyat-İmtahan idarəsində qeyd olunan avtomobili Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətinə keçirməsinə nail olaraq, həmin günü, saat 10:00 radələrində qeyd olunan idarənin qarşısında sonuncunun cəmi 5.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdikdən sonra, təkrarən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu 11.000 manat dəyərində sahibliyində olan "Mersedes-C180" markalı, **- LG-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətinə keçirib, Zərərçəkmiş şəxs3 5.700 (beş min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan, Zərərçəkmiş şəxs1 isə 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, o, səhər tezdən 4-cü mikrorayondan üzü Yeganə şadlıq sarayına tərəf, yəni Xutor qəsəbəsi tərəfə gedərkən yolda piyada keçidi olmadığı halda, zərərçəkmiş şəxs yola çıxaraq yolun ortasında dayanıb avtomobilinin şəkillərini çəkərkən həmin hadisə baş vermişdir. Həmin zaman o taksi kimi fəaliyyət göstərmiş və həmin yolda sürət həddi 60 km/saat olmasına baxmayaraq avtomobili saatda 70-80 km/saat sürətlə idarə etmişdir. Zərərçəkmiş şəxsə çatarkən sonuncu ayağını avtomobilin altına atmış, o da avtomobili saxlaya bilməmişdir. Zərərçəkmiş şəxsi avtomobillə vurmuş və sonuncu yerə yıxılmışdır. Dərhal avtomobildən düşmüş və zərərçəkmiş şəxsin başının partladığını görən kimi 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən sonra zərərçəkmişi götürüb xəstəxanaya aparmışdır. Xəstəxanada ona bildirmişlər ki, zərərçəkmiş şəxs sadəcə başından xəsarət alıb, buna görə də xəstəxanada saxlaya bilməzlər. Bir müddət sonra bir neçə nəfər onun üstünə gələrək ondan pul tələb etmişlər. Lakin o pulu olmadığı üçün heç bir ödəniş edə bilməmişdir. Yol nəqliyyat hadisəsi törətdikdən sonra zərərçəkmiş şəxsi xəstəxanaya aparsa da, dəfələrlə ona zənglər edib hədə-qorxu gələrək ondan pul istəmişlər. Hadisənin baş verdiyi yer qaranlıq olduğu üçün avtomobili idarə etdiyi zaman zərərçəkmiş şəxs əvvəlcədən görməmiş, gördüyü anda isə əyləci basmışdır. Daha sonrakı ifadəsində isə Zərərçəkmiş şəxs2 səhər təxminən saat 06- 07 radələrində “Uber” şirkətinin qarşısında yolun ortasında dayanıb, avtomobilin şəkillərini çəkərkən onu vurduğunu, həmin vaxtı yuxulu olduğunu, şəxsi xəstəxanaya özünün apardığını, təcili tibbi yardıma da özünün zəng etdiyini, zərəçəkmiş şəxsin yoldaşının ona zərəçəkmiş şəxsi işdən çıxardıqlarından işə girmək üçün avtomobilin şəklini yenidən çəkib, şirkətə göndərərək işə daxil olmaq istədiyini bildirdiyini, yol nəqliyyat hadisəsini isə törətdiyini etiraf etdiyini bildirmişdir. Ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham ilə əlaqədar bildirmişdir ki, Zərərçəkmiş şəxs3 aldatmamış, sonuncu ona 4800 manat pul vermiş, o da qanuni yolla avtomobili satmışdır. Həmin avtomobil isə Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. O, Zərərçəkmiş şəxs1lə internetdə tanış olmuş və zəng edərək maşın alqısatqısı ilə məşğul olduğunu və avtomobili sata biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşmış, “Mersedes C180” markalı avtomobilə təxminən 11000 manat qiymət qoymuşdur. O, razılaşmış alıcı qismində Zərərçəkmiş şəxs3 tapmışdır. Zərərçəkmiş şəxs3 gələrək avtomobilə baxaraq avtomobili bəyənmişdir. Sonra avtomobili ustaya aparıb göstərmişdir. O, Rövşənlə razılaşmışdır ki, avtomobili baha qiymətə satacaq və satdığı qiymətdən ona da pul qalacaqdır. Yəni 11000 manatdan yuxarı satacağı halda, geri qalan pul ona qalacaq. Daha sonra avtomobili götürüb sənədləşməyə aparmaq üçün polisə getmişlər. Elşad və Rövşən birlikdə sənədləşməni həll etmişlər. O, sənədləşmədə iştirak etməmiş, içəri otağa yalnız Elşad və Rövşən özləri girmişlər. Daha sonra Elşad onu çağırıb 4800 manat pul vermişdir. Oradan çıxdıqdan sonra Zərərçəkmiş şəxs1 ondan nə olduğunu soruşmuş, o isə narahat olmamağı, məsələnin həll olduğunu bildirmişdir. O, Elşadla avtomobili ucuz qiymətə satılması barədə razılaşmış, əvvəlcə 5900 manata razılaşmışlar. Lakin, Elşad ona 4800 manat pul vermişdir, Rövşən isə avtomobili 11000 manata satmaq istəmişdir. Pula ehtiyacı olduğundan avtomobili aşağı qiymətə satmışdır. Daha sonra Rövşənlə birlikdə Əcəmi metrosu tərəfə gəlmişlər. Rövşən ondan avtomobilin pulunu tələb etmiş, bundan sonra Rövşənə ona 4800 manat pul verildiyini, pulun yarısının isə bir azdan veriləcəyini bildirmişdir. O, avtomobili neçəyə satdığını Rövşənə deməmiş, sadəcə avtomobili 10000 manata satdığını bildirmişdir. Rövşənə üstündəki pulu verməyi təklif etmiş, Rövşən isə ehtiyac olmadığını, birlikdə verməsini demişdir. O da üzərində olan köhnə telefonu və saatı stolun üstünə qoyub, çölə çıxmaq adı ilə restoranı tərk edərək getmişdir. O, avtomobilin satılmasına görə Elşaddan ümumilikdə 4800 manat pul almışdır. Onun da özünə lazım olan hissəsini götürmüş, pulun qalan hissəsini isə uşaq evlərinə yardım kimi vermişdir. Etdiyi əməldən peşmandır və buna görə Zərərçəkmiş şəxs1 üzr istəyir. Verilmiş suallara cavab olaraq avtomobilin sənədləşməsinə nə qədər pul verilməsindən məlumatı olmadığını, Elşadla Rövşən bir birilərini avtomobilin sənədləşməsi zamanı tanıdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə cinayəti törətməsini etiraf etdiyini və boyun qaçırmadığını, sadəcə ona verilmiş ittihamla razılaşmadığını, onun bu işdən cəmi 4800 manat pul götürdüyünü, qalan 900 manatdan isə xəbəri olmadığını bildirməklə ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, o, dostu ilə avtomobil bazarında olan zaman dostuna zəng gəlmiş və həmin avtomobil barədə məlumat verilmişdir. Belə ki, onun dostuna Rəsul zəng etmiş, dostu isə ona zəng etmişdir. Dostu ona gedib avtomobilə baxmağı təklif etmişdir Birlikdə gedib avtomobilə baxmışlar. Qarşı tərəfdən Rəsulla Rövşən gəlmişlər. O, həmin şəxslərin bir-birini tanıyıb tanımamasını müəyyənləşdirmək üçün avtomobilin motorunun nə vaxt dəyişilməsi barədə sual vermişdir. Hər ikisi bir-birilərinin sözlərini təsdiq edərək motorun 1 il olar dəyişdirilməsini bildirmişlər. Həmin cavabdan sonra şübhələnməmiş və sənədləşmə üçün polisə getməyi təklif etmişdir. Növbəti gün polisə gəlmişlər. Avtomobilin qiymətini isə təxminən 5800 manata razılaşmışlar. Əlavə xərclər çıxdıqdan sonra Rəsula 4800 manat pul vermişdir. Bundan sonra avtomobilin yanına qayıtmış və daha sonra danışdıqdan sonra ayrılmışlar. Rəsul da Rövşənə pulun özündə olmasını bildirməklə getməyi təklif etmişdir. Bu hadisənin üstündən təxminən 2-3 saat keçdikdən sonra ona avtomobil almağı barədə zəng gəlmiş, o da avtomobili qanuni şəkildə, sənədləşdirmə aparılmaqla aldığını bildirmişdir. Sənədləşdirməni o, Rövşənlə birlikdə həyata keçirmiş, içəri otaqlara Rəsul daxil olmamış, qapının yanında onları gözləmişdir. Avtomobilin onun adına qeydiyyata salınması üçün rəsmi şəkildə 900 manat pul ödəmiş, avtomobil onun adına keçirilmişdir. Daha sonra onu polis bölməsinə çağırmışlar. Polisdə olarkən avtomobilə ödədiyi və qeydiyyata alınması üçün çəkdiyi xərclər ödənildiyi halda avtomobili qaytaracağını bildirmiş, Zərərçəkmiş şəxs1 də onun Rəsula verdiyi 4800 manat və sənədləşməyə çəkdiyi 900 manat xərc olmaqla ümumilikdə 5700 manatı ona ödəmiş, o da həmin avtomobili etibarnamə əsasında Zərərçəkmiş şəxs1 qaytarmışdır. Verilmiş suallara cavab olaraq təqsiləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın Zərərçəkmiş şəxs1 tərəfindən geri qaytarıldığını, avtomobilin qiymətini Rəsulla 5700 manata razılaşdığını, lakin sənədləşməyə əlavə 900 manat xərci də onun tərəfindən qarşılandığı üçün Rəsula 4800 manat verdiyini, avtomobilin sənədlər əsasında Rəsulun adına olmadığını görsə də Rəsulun ona avtomobilin özünə məxsus olduğunu, sadəcə öz adına rəsmiləşdirilmədiyini bildirdiyi və Zərərçəkmiş şəxs1 də orda olduğunu, onların dost olduğunu düşündüyü üçün heç nədən şübhələnmədiyini, avtomobilin qiyməti barədə Rövşənlə deyil Rəsulla danışdığını, avtomobilin içərisinə baxarkən orda özü və Rəsulun olduğunu, avtomobilin qiymətini də həmin vaxtı Rəsulla 5700 manata razılaşdıqlarınl, həmin vaxtı Zərərçəkmiş şəxs1 avtomobilin içərisində olmadığını bildirmişdir.. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, «Mercedes C180» markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 11000 manata satıldığı barədə internet saytına elan yerləşdirmişlər. Həmin elan vasitəsi ilə Təqsirləndirilən şəxs onlarla əlaqə saxlayaraq avtomobili almaq istədiyini bildirmişdir. Belə ki, Rəsul avtomobili istəyən başqa şəxsin olduğunu, özünün vasitəçi olacağını bildirmişdir. Avtomobilə gəlib baxmışlar. Sonra usta tərəfindən də baxılmasını istəmişlər. Avtomobilin qiyməti barədə Rəsulla razılaşmış, Rəsul ona 11000 manat pul verəcəyini bildirmişdir. Avtomobilə baxıldığı günün səhəri gün isə polisə gedərək avtomobili sənədləşdirmişlər. Sənədləşdirmə işlərindən sonra pulu tələb edən zaman Rəsul pulu aldığını və pulun özündə olduğunu bildirməklə cibindən bir az pul çıxardıb göstərmişdir. O, həmin vaxt Rəsulun pulu aldığına inanmışdır. Orada avtomobili alıcının adına qeydiyyata keçirmişlər və sonuncu çıxıb getmişdir. O, Rəsulun danışıqlarına etibar edib avtomobili vermişdir. Daha sonra gəlib bir yerdə oturub çay içmişlər. Həmin yerdə haqq-hesab etməli idilər, yəni Rəsul avtomobilin pulu ona verməli idi. Rəsul telefonunu, qol saatını və paltarını masada qoyaraq əl-üzünü yuyub qayıdacağını bildirmişdir. Lakin, daha sonra Rəsul geri qayıtmamışdır. Onun oğlu Şahid1 də orda olmuş və oğlu Rəsulun arxasınca çıxmış, lakin Rəsulu tapa bilməmişlər. Oradan çıxdıqdan sonra 102 xidmətinə məlumat vermişdir. Avtomobili satdığı şəxsi 6-cı Polis Bölməsinə çağırmışlar, o, həmin şəxsin xərclədiyi pulu qaytarmış və avtomobili geri almışdır. Elşada 5750 manat pul ödəmişdir. Ona verilmiş suallara cavab olaraq Rəsulun avtomobilə görə Zərərçəkmiş şəxs3 4800 manat aldığını, avtomobilin sənədləşdirilməsinə görə ödənilmiş 950 manat vəsait ilə birlikdə Elşadın xərci 5750 manat olduğundan o da Elşada həmin 5750 manatı ödəyərək avtomobili geri aldığını, avtomobili geri aldıqdan sonra 9000 manata yenidən satışa qoyduğunu, bir həftə sonra isə 8200 manata başqa şəxsə satdığını, həmin avtomobili özünün 2017-ci ilin dekabr ayında 8100 manata aldığını, ona dəymiş ziyandan ödəniş edilmədiyindən hal-hazırda təqsiləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 07 fevral 2024-cü il tarixdə səhər saatlarında, təxminən 07:00 radələrində 4-cü mikrorayon dairəsindən aşağı düşən yolda - Uber şirkətindən bir qədər aralıda mağazya girmək üçün avtomobilindən düşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə gəlib onu arxadan vurmuşdur. O, avtomobilin necə gəlib onu vurduğunu hiss etməmişdir. Avtomobilibin yanından təxminən 10 metr aralı dayanmış, mağazaya girmək üçün düşmüşdür. Vurulduqdan sonrası isə yadına gəlmir. Onu kimin xəstəxanaya aparmasından xəbəri olmamışdır. Çünki, həmin vaxt özündə olmamışdır. Ayılanda artıq gips qoyulduğunu və başının sarıldığını görmüşdür. Daha sonra əməliyyat olunaraq ayağına dəmir millər qoyulmuşdur. Hazırda şikayətçidir, Rəsul 8 ay ərzində bir dəfə olsun ana zəng edib onunla maraqlanmamışdır. Həmçinin ona dəymiş ziyan ödənilməmiş, təqsirləndirilən şəxslə aralarında barışıq əldə edilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 18 fevral 2024-cü il tarixdə Rəsul zəng edərək avtomobilə baxmaq istədiyini bildirmişdir. Baxdıqdan sonra avtomobili yoxlatmaq istədiyini bildirmiş, onlar da razılaşmışlar. Avtomobili Masazıra ustaya aparıb yoxlatdırmışdır. Daha sonra avtomobili bəyənmişlər, Rəsul onlara 11000 manat pul verəcəyini, özünün vasitəçi olduğunu, onların avtomobili alan şəxslə əlaqə saxlamamssını, hər şeyi özünün həll edəcəyini bildirmiş, onlar da Rəsulla razılaşmışlar. Növbəti gün avtomobili sənədləşdirmək üçün idarəyə getmişlər. Sənədləşmə baş tutduqdan sonra, Rəsul ilə birlikdə o və atası kafeyə getmişlər. Kafedə Rəsul əl üzünü yumağa getdiyini və gəlib pulu verəcəyini bildirmişdir. Rəsul getmiş və daha sonra arxasınca o çıxmışdır, lakin Rəsulu görə bilməmişdir. Həmçinin Rəsul öz adını onlara Orxan olaraq təqdim etmişdir. Onun adının Rəsul olduğunu iş iş artıq polisdə olanda öyrənmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, o avtomobil təmiri sexində işləmişdir. Əvvəllər Rəsulu tanımamışdır. Rəsul ona zəng edərək satılacaq avtomobil olduğunu, avtomobilin vəziyyətinin yaxşı olduğunu, baxmaq üçün gətirəcəyini bildirmişdir. O da həmin vaxtı dosdu Elşad avtomobil almaq istədiyi üçün Rəsula gətirməsini bildirmişdir. Daha sonra Rəsul avtomobili gətirmiş və avtomobilə baxarkən motorunda problem olduğunu aşkar etmişlər. Bundan sonra gedib avtomobili dosdu Elşadın adına rəsmiləşdirmişlər. Avtomobili gətirəndə isə qarşı tərəfdən Rəsul, Rövşən və onun oğlu gəlmişlər, o isə dosdu Zərərçəkmiş şəxs3la birlikdə olmuşdur. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, avtomobilə baxarkənn xərclərinin çox olduğunu, avtomobilin sürətlər qutusunun mexanika olduğunu, real qiymətinin təxminən 6000 manat olduğunu, avtomobilin qiyməti barədə danışıq apararkən avtomobilin sahibinin kənarda dayandığını, qiymətin danışılmasında ancaq Rəsulun işirak etdiyini, həmin ana qədər nə avtomobilin sahibini nə də Rəsulu tanımadığını, avtomobilin qiymətini Rəsulla 4800 manat razılaşıldığını, Rəsula 4800 manat verildiyi bildiyini, bundan əlavə həmin avtomobilin sənədləşdirilməsi üçün əlavə xərcləri də Elşadın ödədiyini, sənədləşmə ilə birlikdə avtomobilə görə 5800 və ya 5900 manat xərc çəkildiyini, lakin pul verilərkən özünün orda olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs törətdiyi əməli onun üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və icraatının birləşdirilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə ********* nömrəsi altında istintaq olunmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, AR CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, əlavə edilmiş sxem və foto-cədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə Xutor qəsəbəsi istiqamətində “Uber” taksi şirkətinin qarşısında hərəkətdə olarkən, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Renault-Tondar” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun hərəkət hissəsində olan piyada Zərərçəkmiş şəxs2 avtomobilin ön hissəsi ilə vuraraq xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 07 fevral 2024-cü il tarixdə saat 07 radələrində, qaranlıq və quru hava şəraitində ünvan 4 ünvanın qarşısında baş vermiş, hadisə yerində yol iki tərəfli və asfaltbeton örtüklü olmuş, hadisə nəqliyyatın hərəkət zolağında, asfalt yolun üzü Xutor qəsəbəsi istiqamətinə olan hissəsində, yolun hərəkət hissəsinin sol zolağında, yəni Zərərçəkmiş şəxs2 idarə etdiyi Toyota Prius markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerin sol tərəfində baş vermiş, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobildən yerə düşdükdən 2-3 saniyə sonra Təqsirləndirilən şəxs idarə etdiyi Pars Tondar markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 vurması müşahidə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞnin 178 nömrəli ekspert rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 Məmmədhacı oğlunun məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bud sümüyünün media kondilusunun qopma xarakterli yerdəyişmiş sınığı, sağ diz oynağında medial-kallateral bağın travmatik qopması, başın əzilmiş-cırılmış yaraları, baş beyin silkələnməsi, hər iki almacıq nahiyyələrinin, hər iki əlin arxa səthinin, sol diz oynağı nahiyyəsinin, sol baldır nahiyyəsiııin sıyrıqları, burun nahiyyəsinin sıyrıq fonunda əzilmiş yarası, sağ üst göz qapağının qançırı bərk küt əşyanın (əşyaların), təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün müraciət etdiyi xx.xx.2024-cü il əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/915 nömrəli rəyindən görünür ki, Pars-Tondar markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, ekpsertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.2.4cü maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.4 və 263.1-ci maddələrinə tövsif edilmişdir. X1 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində ona vurduğu ziyanın əvəzi olaraq 20250 manat vəsaitin, həmçinin 151 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhərində saxlanılaraq 6-cı polis bölməsinə gətirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-408/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmaqla 1 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-472/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 03 avqust 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-563/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün yəni 23 avqust 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-488/2024 saylı cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay 18 gün islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 9 ay, 9 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 134.1, 178.2.2, 178.2.4, 221.1-ci maddələri ilə təqsirli bilinərək 4 il, 7 ay, 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-83/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134, 178.2.2, 178.2.4, 221.1-ci maddələri ilə təqsirli bilinmiş, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən 01 (bir) il müddətinə, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 03 (üç) il, 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin olunmuş cəzalar Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs 07 may 2019-cu il tarixdən 09 may 2019-cu il tarixə kimi, 11 dekabr 2019-cu il tarixdən 13 dekabr 2019-cu il tarixə kimi, 02 aprel 2020-cu il tarixdən 04 aprel 2020-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlandığı müddət (06 gün) təyin olunmuş cəzadan Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən çıxılmış və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il, 07 (yeddi) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1723/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-83/2021 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 il, 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(009)-119/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(003)-1723/2023 saylı qərarı ilə təyin olunmuş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və ona Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-83/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 (bir) il 12 (on iki) gün hissəsi həmin hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək ona qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hüquqi məsələlər və sübutların qiymətləndirilməsi: Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 263.1-ci maddələri ilə düzgün tövsif olunsa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. (3-cü bənd); Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi) törədilmiş dələduzluq kimi qiymətləndirilir. (30-cu bənd); Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir.(33-cü bənd); Məhkəmələrə izah edilsin ki, dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. (35-ci bənd); Cinayət Məcəlləsinin 16-cı maddəsində təkrarlığın iki müstəqil növü müəyyən olunmuşdur: - Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi (Cinayət Məcəlləsinin 16.1-ci maddəsi); - yalnız Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi (Cinayət Məcəlləsinin 16.2-ci maddəsi). Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Əməlin düzgün tövsif edilməsi üçün ilk öncə Zərərçəkmiş şəxs1 sahibliyində olan "Mersedes-C180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü ilin fevral ayına olan real bazar qiymətinin müəyyən edilməsi zəruridir. İş materiallarından göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən həmin nəqliyyat vasitəsi sahibində olduğu müddət ərzində real bazar qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. Həmin nəqliyyat vasitəsininin satış qiyməti barədə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs ilkin olaraq 11000 manat razılaşsalar da, həmin nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs1 tərəfindən geri alındıqdan sonra 9000 manata yenidən satışa qoyulmuş və bir həftə sonra başqa şəxsə 8200 manat satılmışdır. Hazırda həmin nəqliyyat vasitəsi başqa şəxsin müllkiyyətində olduğundan həmin avtomobilin dəyərinin müəyyən ediməsi üçün ekspertiza keçirilməsi mümkün olmamışdır. Eyni zamanda məhkəmə iclasında Zərərçəkmiş şəxs1 həmin nəqliyyat vasitəsini 2017-ci il tarixdə 8100 manat aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, 2017-ci il tarixdə 8100 manat alınmış nəqliyyat vasitəsi, xx.xx.2024-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən geri alındıqdan sonra 9000 manata təkrar satışa qoyulması və real olaraq 8200 manata satılmış həmin nəqliyyat vasitəsinin dəyəri elə həmin 8200 manat olaraq götürülməlidir. Zərəçəkmiş şəxsin həmin avtomobili təqsirləndirilən şəxslə ilkin olaraq 11000 manata razılaşması həmin avtomobilin real bazar qiymətinin həmin tarixə 11000 manat olmasını təsdiq edə bilməz. Məhkəmə hesab edir ki, həmin avtomobilin hadisədən bir həftə sonra 8200 manat satılması həmin avtomobilin real bazar qiymətinin 8200 manat olmasına dəlalət edir. Bundan başqa CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 sahibliyində olmuş "Mersedes-C180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü ilin fevral ayına olan real bazar qiyməti 8200 manat olmuşdur. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə verilmiş ittihama əsasən o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Şahid1 özünü avtomobil alqı-satqısında vasitəçi olan Orxan adlı şəxs kimi təqdim edərək Şahid1 atası Zərərçəkmiş şəxs1 sahibliyində olan "Mersedes-C180” markalı, **- LG-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa şəxsə daha baha qiymətə sataraq təyin olunan 11.000 manat pulu onlara təqdim edib qalan pul vəsaitini isə qazanc kimi əldə edəcəyinə dair yalan vəd verərək aldatmış, daha sonra Zərərçəkmiş şəxs3 isə həmin avtomobili 4.800 manata satacağına və əlavə olaraq sənədləşdirmə işləri üçün 900 manat alacağına dair sonuncu ilə razılığa gəlmiş, xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Qeydiyyat-İmtahan idarəsində qeyd olunan avtomobili Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətinə keçirməsinə nail olaraq, həmin günü, saat 10:00 radələrində qeyd olunan idarənin qarşısında sonuncunun cəmi 5.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdikdən sonra, təkrarən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu 11.000 manat dəyərində sahibliyində olan "Mersedes-C180" markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətinə keçirib, Zərərçəkmiş şəxs3 5.700 (beş min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan, Zərərçəkmiş şəxs1 isə 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə ittiham verilərkən istintaq orqanı belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs ilk öncə Zərərçəkmiş şəxs3 cəmi 5.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdikdən sonra, təkrarən Zərərçəkmiş şəxs1 etibarından suiistifadə etmə və aldatma yolu 11.000 manat dəyərində sahibliyində olan "Mersedes-C180" markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətinə keçirib, Zərərçəkmiş şəxs3 5.700 (beş min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan, Zərərçəkmiş şəxs1 isə 11.000 (on bir min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Halbuki, istintaq orqanı tərəfindən əməl cinayət-hüquqi baxımdan düzgün qiymətləndirilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinə görə Zərərçəkmiş şəxs3 tərəfindən 5700 manat deyil, 4800 manat verilmiş, təxminən 900 manat isə Zərərçəkmiş şəxs3 tərəfindən nəqliyyat vasitəsinin öz adına rəsmiləşdirilməsi üçün qeydiyyat zamanı xərclənmişdir. İstintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs3 nəqliyyat vasitəsini öz adına rəsmiləşdirilməsi üçün çəkdiyi 900 manata görə də Təqsirləndirilən şəxs ittiham verilmişdir. Lakin, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Göründüyü kimi dələduzluq cinayətinin törədilməsi üçün zərərçəkmiş şəxsin özünə məxsus əmlakı təqsirkara verməsi zəruri şərtdir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 verilmiş yalan vəd sonuncuya məxsus avtomobilin 11.000 (on bir min) manata başqa şəxsə satılacağı ilə bağlı olmuşdur. Bu yalan vədi verərkən isə təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs qəsdi həmin avtomobilin başqa şəxsə satılması nəticəsində həmin avtomobilə görə öğdəniləcək məbləğin ələ keçirilməsinə yönəlmişdir. Həmin yalan vəd səbəbi ilə Zərərçəkmiş şəxs1 özünə məxsus avtomobili könüllü olaraq Zərərçəkmiş şəxs3 mülkiyyətinə keçirmişdir. Zərərçəkmiş şəxs3 avtomobili mülkiyyətinə keçirdikdən sonra Təqsirləndirilən şəxsla aralarında olan razılaşmaya əsasən avtomobil satış qiyməti barədə razılaşdıqları 4800 manatı sonuncuya ödəmiş, təxminən 900 manatı isə rəsmiləşdirməyə xərcləmişdir. Bununla da, dələduzluq cinayəti başa çatmış, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus avtomobilin Zərərçəkmiş şəxs3 mülkiyyətinə keçirilməsinə nail olaraq sonuncudan avtomobilin dəyəri olaraq razılaşdığı və Zərərçəkmiş şəxs1 çatmalı olan 4800 manatı almışdır. Təqsirləndirilən şəxsin qəsdi Zərərçəkmiş şəxs1 məxsus avtomobilin satılması nəticəsində əldə edilmiş əmlakın ələ keçirilməsinə yönəlmişdir ki, bunun da nəticəsində dəyəri 8200 manat təşkil edən "Mersedes-C180" markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin onun mülkiyyətindən çıxarılaraq Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətinə keçirləməsinə nail olaraq həmin avtomobilə görə ödənilən 4800 manatı ələ keçirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin avtomobilin Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətinə keçirildikdən sonra faktiki əldə etdiyi pulun miqdarı 4800 manat olsa da, onun Zərərçəkmiş şəxs1 vurduğu ziyanın midarı 8200 manat olmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında Zərərçəkmiş şəxs3 5.700 (beş min yeddi yüz) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi göstərilmişdir. Halbuki, dələduzluq cinayətinin törədilməsi ilə bağlı yuxarıda sadalanan tələblər bu hala da aiddir. Yəni, Zərərçəkmiş şəxs3 özünə məxsus pul vəsaitini Təqsirləndirilən şəxs hər hansı yalan vədin təsiri altında deyil, avtomobilin onun xüsusi mülkiyyətinə keçməsinə görə vermişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 verdiyi vədə əməl edərək ona vəd etdiyi kimi avtomobili onun mülkiyyətinə keçirmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edildiyi kimi - Zərərçəkmiş şəxs3 münasibətdə Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl törətməmiş, yəni, birincinin əmlakını ələ keçirməmiş və ya əmlak hüquqlarını əldə etməmiş, birinci əmlak mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxs olmamışdır. Dələduzluq, oğurluq və ya digər talama cinayəti törətmiş şəxsin həmin cinayət nəticəsində əldə etdiyi əmlakı digər şəxsə satması və ya başqa formada təqdim etməsi təqsirli şəxsin əməlində növbəti cinayətin tərkib əlmətlərini yaratmır. Odur ki, Zərərçəkmiş şəxs3 münasibətdə Təqsirləndirilən şəxs dələduzluq etməsi istisna olunur. Beləliklə məhkəmə iclasında təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, şahidlər Şahid1 və Şahid2 ifadələrinə əsasən mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə Şahid1 özünü avtomobil alqı-satqısında vasitəçi olan Orxan adlı şəxs kimi təqdim edərək Şahid1 atası Zərərçəkmiş şəxs1 sahibliyində olan və həmin tarixə real bazar qiyməti 8200 manat olan "Mersedes-C180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili başqa şəxsə daha baha qiymətə sataraq təyin olunan 11.000 manat pulu onlara təqdim edib qalan pul vəsaitini isə qazanc kimi əldə edəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Qeydiyyat-İmtahan idarəsində qeyd olunan avtomobili Zərərçəkmiş şəxs3 xüsusi mülkiyyətinə keçirməsinə nail olaraq, həmin günü, saat 10:00 radələrində qeyd olunan idarənin qarşısında həmin avtomobilin dəyəri kimi ödənilən və faktiki olaraq nəqliyyat vasitəsinin sahibə çatmalı olan 4800 manat məbləğində pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs1 8200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, Zərərçəkmiş şəxs3 münasibətdə Təqsirləndirilən şəxs dələduzluq etməsi istisna edildiyindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan zərərçəkmiş şəxs X3 5.700 (beş min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dair hissəsi ittihamdan xaric edilməlidir. Həmin hissə ittihamdan xaric edildiyi üçün təqsirləndirilən şəxsə CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham da xaric edilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 263.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin və zərəçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4 və 263.1-ci maddələri ilə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəm təqsirləndirilən şəxslərə cəza təyin edərək qanunvericiliyin aşağıdakı müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər; 58.3-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; Azərbaycan Respublikası Cinayət-Proessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun 14 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs səmimi ifadə verməklə törətdiyi əməli etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxsə CM-nin 263.1-ci maddəsi ilə verilmiş ittiham ehtiyatsızlıqdan törədildiyindən onun üzərində olan məhkumluğu CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaratmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittihama münasibətdə cinayətin residivi olduğundan cinayətlərin residivini Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda yaxud qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətinxarakteri,ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.Belə ki,məhkumluğu olan şəxstərəfindən yenicinayətin törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(008)-83/2021 saylı hökmü ilə az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2023-cü il tarixdə azad edildikdən iki il müddət keçməmiş, yəni xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, CMin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs verilmiş ittihamdan zərərçəkmiş şəxs X4 5.700 (beş min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dair hissəsi və CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham xaric edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4 və 263.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran hal, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi CM-nin 263.1 və 178.2.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməli (CM-nin 178.2.4-cü maddəsinə münasibətdə CM-nin 65.2-ci maddəsi nəzərə alınmaqla), əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı (CM-45.2), cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli (CM 66.2), Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(009)-119/2025 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il, 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli (CM 66.5), Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 iyun 2024-cü il tarixdən hesablanmalı və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut “Pars Tondar” markalı, 90SZ122 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Verilmiş mülki iddia ilə bağlı məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən isə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 354.1.1-354.1.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi; - iddianın rədd edilməsi; - iddianın baxılmamış saxlanması. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 65-ci bəndində göstərilir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda, mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Qərarın 72-ci bəndində göstərilir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. İş materiallarında olan mülki iddiadan görünür ki, Zərərçəkmiş şəxs2 mülki iddiaçı qismində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobillə ona xəsarət yetirdiyi vaxtdan işləmir və müalicə olunur. Əməliyyatlarına, müalicəsinə və dərmanlara 4.000 (dörd min) manat xərci çıxmışdır (əməliyyatları, müalicəsi və dərmanlara ödədiyi xərclərlə bağlı qəbzləri, “çekləri” və sair sənədləri məhkəməyə təqdim edəcəkdir). Bundan başqa ailəsinə dolanışıq qazanmaqdan ötrü icarəyə götürdüyü "Toyota Prius” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə "taksovatlıq" edərək gündə 60-70 manat arası pul qazanmışdır ki, bunun da 25 manatını icarə pulu kimi verirmişdir. (hal-hazırda 6250 manat icarə pulu borcludur), yəni o gündəlik ortalama 65 manatlıq gəlirindən məhrum olmuşdur. Haidsədən bu günədək dolanışığından aldığı xəsarətlərlə əlaqədar olaraq məhrum olmuş, əgər bu hadisə baş verməsəydi, bu müddətdə, yəni 07 fevraldan keçən 8 ay 10 gün (250 gün) ərzində, cəmi 16.250 (günə ortalama 65 manatdan 250 gün) manat pul qazanardı. Xəsarətləriylə əlaqədar işləyə ("taksovatlıq" edə) bilmədiyinə görə o bu gəlirindən məhrum olmuş, ailəsini dolandırmaqdan ötrü məcburiyyət üzündən borc pul aldığına görə qohumlarına bir xeyli borcu yaranmışdır. Göstərdiklərinə əsasən hesab edir ki, X8 ona cəmi 20.250 manat (4.000 manat + 16250 manat) məbləğində ziyan vurmuşdur və bu ziyanı tam şəkildə ödəməlidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində ona vurduğu ziyanın əvəzi olaraq 20.250 (iyirmi min iki yüz əlli) manat məbləğində pulun, həmçinin də 151 (bir yüz əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi xahiş etmişdir. Mülki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli (6.49 manat və 2.4 manat),xx.xx.2024-cü il tarixli (8.31 manat və 192 manat), xx.xx.2024-cü il tarixli (iki ədəd 10 manatlıq), xx.xx.2024-cü il tarixli (95 manat), xx.xx.2024-cü il tarixli (1000 manat və 400 manat), xx.xx.2024-cü il tarixli (10,92 manat), xx.xx.2024-cü il tarixli (90,30 manat) kassa qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən müayinə və müalicə olunması (dərmanların alınması) üçün ümumilikdə 1825,42 manat məbləğində pul vəsaiti xərclənmiş, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, mülki iddia verilməsi üçün 151 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakilar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə mülki iddia əriəzini və ərizəyə əlavə edilmiş sənədləri və qanunvericiliyin yuxarıda sadalanan nomralarına əsasən hesab edir ki, verilmiş mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsində 07 fevral 2024-cü il tarixdən 8 ay 10 gün (250 gün) ərzində, hər günə 65 manat olmaqla ümumilikdə qazanc kimi əldə edəcəyi 16250 manat gəlirindən məhrum olmasına əsaslanaraq, 16250 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Porosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tələbə münasibətdə, yəni zərəçəkmiş şəxsin müalicə və əməliyyat olunmasına dair 4000 manat vəsait xərcləməsinə dair hissədə isə məhkəmə qeyd edir ki, iddia ərizəsi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxs müalicə və əməliyyatına 4000 manat xərclədiyinə əsaslanaraq, həmin məbləğin tutulmasını məhkəmədən xahiş etsə də, məhkəməyə təqdim edilmiş kassa qəbzlərindən müəyyən olunmuşdur ki, o, müayinə və müalicə (dərmanların alınmasına) olunmasına ümumilikdə 1825,42 manat vəsait xərcləmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, 1825.42 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə Zərərçəkmiş şəxs2 ziyan vurduğunun sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs2 Məmmədhacı oğlu tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 1825,42 (min səkkiz yüz iyimi beş manat qırx iki qəpik) manat və mülki iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38.26 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1863,68 manat pul vəsaiti təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs2 Məmmədhacı oğluna ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs müdafiəsinə ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan zərərçəkmiş şəxs X4 5.700 (beş min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə dair hissəsi və CM-nin 178.2.2-ci maddəsi ilə verilmiş ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 263.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə uyğun olaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il, müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(009)-119/2025 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 (bir) il, 05 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilən cəza ilə qismən toplanılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzasının əvvəli 03 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə zərəçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs2 Məmmədhacı oğlu tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 1825,42 (min səkkiz yüz iyimi beş manat qırx iki qəpik) manat və mülki iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38 manat, 26 qəpik dövlət rüsumu olmaqla ümumilikdə 1863,68 manat pul vəsaiti təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərəçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs2 Məmmədhacı oğluna ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. “Pars Tondar” markalı, 90SZ122 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-78/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-78/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver