Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-79/2023 02.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X11 Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: X8 Müdafiəçi: “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonu, Buynuz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, mebel ustası işləmiş, məhkumluğu olmayan, İsmayıllı rayonu, Topçu ə/d, Buynuz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X8 özgənin əmlakını gizli yolla talama məqdəsilə 17 iyul 2022-ci il tarixdə saat 23:50 radələrində ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs yaşayış sahəsi olan mənzilinə, yəni saxlanc yerə açıq olan pəncərədən qanunsuz daxil olub mənzilin yataq otağında yerləşən paltar dolabında quraşdırılmış dəmir seyfin qapısını mənzildə aşkar etdiyi açarla açaraq seyfdən 10030 manat təşkil edən 5900 ABŞ dollarını, 6970 manat nağd pulu, bir ədəd 750 əyarlı 6 qram çəkidə 1400 manat dəyərində qızıl «Mesika» markalı bilərziyi, bir ədəd ortasında tək briliyant qaşlı, kənarlarında tökmə briliyant qaşlarlı 750 əyarlı 6 qram çəkidə 2000 manat dəyərində qızıl üzüyü, bir ədəd 585 əyarlı 4 qram çəkidə 500 manat dəyərində qızıl üzüyü, ümumi çəkisi 8 qram üzərində qəpik formasında qızıl kulon olan 585 əyarlı 800 manat dəyərində qızıl boyunbağını, bir ədəd 585 əyarlı 4 qram çəkidə kəpənəklər formasında 500 manat dəyərində qızıl boyunbağını, bir cüt saçaqlı 750 əyyarlı 10 qram çəkidə 1300 manat dəyərli qızıl sırğaları, bir cüt 750 əyyarlı 4 qram çəkidə 1000 manat dəyərində qızıl uşaq sırğalarını, kamodun siyirməsindən ümumi dəyəri 600 manat olan qadın kosmetikasını, giriş qapısının yanında yerləşən paltar dolabından 90 manat dəyərində qadın kepkasını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 25190 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs X8 ona CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, 17 iyul 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində «Azadlıq» metro stansiyasından çıxıraq işlədiyi sex istiqamətində getdiyi zamanı gözü Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 9C saylı binanın bir mənzilinin pəncərəsinə sataşmışdır. Həmin pəncərə aralı olmuş və mənzilin işığı söndürülmüş vəziyyətdə olmuşdur. Həmin vaxt oradan oğurluq etmək qərarına gəlmişdir. Binanın blokunun pəncərəsindən mənzilə keçə biləcəyini görüb bloka daxil olmuş və oradan da açıq pəncərədən mənzilə keçmişdir. Mənzilə daxil olandan və evdə heç kimin olmamasına əmin olduqdan sonra otaqları bir-bir axtarmağa başlamış və yataq otağında dolabın içərisində seyfin olduğunu aşkar etmişdir. Həmin seyfi necə açacağını fikirləşərək seyfin açarının evdə olduğunu düşünmüş və axtarıb otağda olan dolabın üst rəfində açarı tapmışdır. Seyfi açıb orada pulların və qızıl-zinət əşyalarının olduğunu görmüşdür. Pulların və qızıl-zinət əşyalarının bir qisimni götürüb seyfi bağlamış və açarını dolabın yuxarı rəfinə qoymuşdur. Sonra mənzildən necə çıxacağını fikrləşərək mənzilin açarını axtarıb tapmış, sonra dəhlizdə olan dolabdan kepkanı götürüb başına qoyaraq mənzilin qapısını açaraq çıxıb getmişdir. Yolla gedərkən mənzilin açarını yolun kənarında yerləşən zibil qutusuna atmış, sonra Vorovski deyilən ərazidə yerləşən «İron» adlı otelə gedib orada 2 gün qalmış, sonra isə oğurladığı pulları öz ehtiyacına xərcləmişdir. Qızıl-zinət əşyalarının bijuteriya olduğunu bilib onları otelin yaxınlığında bir zibil qutusuna atmışdır. Oğurlanmış pulla özünə “Samsung” markalı SM-A536E/DS modelli mobil telefonu almışdır. Hadisədən sonra onda oğurladığı 100 ABŞ dolları qalmış və polis tərəfindən yaxalandıqdan sonra həmin pulu və “Samsung” markalı SM-A536E/DS modelli mobil telefonu 5-ci Polis bölməsinin əməkdaşlarına təqdim etmişdir. Qadın kosmetikası oğurlamadığını bildirərək həmin hissədə özünü təqsirli bilməmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs vurduğu ziyanı ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən X5 elan edilmiş CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. Yaşadığı mənzil 3 otaqdan ibarətdir. 15 iyul 2022-ci il tarixdə ailəsi ilə birlikdə Balakən rayonuna getmiş, 18 iyul 2022-ci il tarixdə saat 13:30 radələrində ailəsi ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Həyat yoldaşı mənzilə ondan qabaq qalxmış və ona zəng vurmuşdur ki, evlərindən oğurluq olmuşdur. Mənzilə qalxdıqda evdə hər şeyin qarışdırıldığını və yerə atıldığını görmüşdür. Yataq otağında dolabda olan seyfi açaraq oradan 5900 ABŞ dollarının, 6970 manat nağd pulun, bir ədəd 750 əyarlı 6 qram çəkidə 1400 manat dəyərində qızıl «Mesika» markalı bilərziyin, bir ədəd ortasında tək briliyant qaşlı, kənarlarında tökmə briliyant qaşlarlı 750 əyarlı 6 qram çəkidə 2000 manat dəyərində qızıl üzüyün, bir ədəd 585 əyarlı 4 qram çəkidə 500 manat dəyərində qızıl üzüyün, ümumi çəkisi 8 qram üzərində qəpik formasında qızıl kulon olan 585 əyarlı 800 manat dəyərində qızıl boyunbağın, bir ədəd 585 əyarlı 4 qram çəkidə kəpənəklər formasında 500 manat dəyərində qızıl boyunbağın, bir cüt saçaqlı 750 əyyarlı 10 qram çəkidə 1300 manat dəyərli qızıl sırğaların, bir cüt 750 əyyarlı 4 qram çəkidə 1000 manat dəyərində qızıl uşaq sırğalarının, kamodun siyirməsindən ümumi dəyəri 600 manat olan qadın kometikasının, giriş qapısının yanında yerləşən paltar dolabından 90 manat dəyərində qadın kepkasının oğurlandığını aşkar etmişdir. Bu oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 25190 manat məbləğində maddi ziyan dəymişdir. Bu barədə DİN-in 102 Xidmətinə məlumat vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ona vurulmuş ziyanın ödənildiyini və təqsirləndirilən şəxs X3 heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs arvadı Şahid ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Baləkən rayonundan evinə qayıtdıqda o, mənzilə Zərərçəkmiş şəxs əvvəl qalxmış, qapını açıb mənzildə əşyaların dağıdılmış vəziyyətdə olduğunu görüb həyat yoldaşına zəng edib bildirmişdir ki, evlərindən oğurluq hadisəsi baş vermişdir. Dəymiş maddi ziyanın məbləği ümumilikdə 25190 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 22 iyul 2022-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilmişdir. 26 iyul 2022-ci il tarixdə həmin cinayət işi üzrə tərəfimdən X8 şübhəli şəxs qismində tutularaq Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir. 28 iyul 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə X8 təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. 28 iyul 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs X8 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli tutulduğu gündən, yəni 26 iyul 2022-ci il tarixdən hesablanmışdır. 10 oktyabr 2022-ci il tarixdə X4 əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. 11 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan yeni məzmunda ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs X8 oğurladığı 100 ABŞ dollarını və oğurlanmış pula aldığı “Samsung” markalı SM-A536E/DS modelli mobil telefonu təhqiqata təqdim etmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 04 oktyabr 2022-ci il tarixli 9/7130 nömrəli rəydə göstərilmişdir ki, “Ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd qara rəngli “Samsung” markalı SM-A536E/DS model, 256 GB daxili yaddaşlı, Vyetnamda istehsal edilmiş mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən akssesuarlarının olmaması, istifadə olması nəzərə alınmaqla 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 550,00 manat müəyyən olunur”. Məhkəmə istintaqı zamanı Bakı şəhəri, Binəqədi RPİ-nin 5-ci PB-nin xx.xx.2022-ci il tarixli 061-15860 nömrəli məktubu ilə istintaqa göndərilmiş videogörüntülərlə olan CD diskə baxış keçirilərkən təqsirləndirilən şəxs X4 oğurluq hadisəsini törətməkdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, 9C saylı binanın yanında olmasını, mobil telefonla danışmağı imitasiya edərək Zərərçəkmiş şəxs yaşadığı mənzil yerləşən bloka, blokda yaşayan naməlum sakinin blokun şifrlənmiş qıfılını açıb bloka daxil olduqdan sonra İsmayıl Zərbalıyevin daxil olmasını və oğurluq etdikdən sonra başında kepka ilə binadan çıxıb uzaqlaşması müəyyən edilmişdir. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-8441-1222 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin xx.xx.2022-ci il tarixli 059- 28738-1222 nömrəli məktubu vasitəsilə, xx.xx.2022-ci il tarixdə ünvan 2-də yaşayan Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2022-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqaisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən 04 ədədinin xx.xx.1983-cü ildə İsmayıllı rayonunda anadan olmuş X1 əlin orta və çeçələ, sol əlin isə böyük və orta barmaqları; 02 ədədinin 1990-cı ildə Balakən rayonunda anadan olmuş Şahid sağ əlinin şəhadət, sol əlinin isə orta barmaqları, digər 02 ədədinin isə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş Zərərçəkmiş şəxs sağ əlinin orta (02 dəfə) barmaqları ilə eyniliyi müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, X8 əvvəllər məhkum olunmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-699/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X8 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-638/2022 saylı, 1xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X8 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X4 ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. X4 elan olunmuş ittiham üzrə qadın kosmetikalarını oğurlaması hissəsində özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsi iş üzrə toplanmış sübutlarla və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxs X4 həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X5 CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı X4 təqsirləndirildiyi CM-in 177.2.3 və 177.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən X4 himayəsində xx.xx.2007-ci il tarixdə doğulmuş X9 və xx.xx.2010-cü il tarixdə doğulmuş X10 adlı 2 azyaşlı uşağı vardır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağın olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxs X4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, təqsirləndirilən şəxs X5 cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, X4 məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə qeyd edir ki, X4 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 təqsirli bilindiyi CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, X4 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs X8 26 iyul 2022-ci il tarixdən tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, X4, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut 100 ABŞ dollarının zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır., Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş ziyan ödənildiyi və sonuncunun təqsirləndirilən şəxs X3 şikayət və tələbi olmadığından Binəqədi RPİ-nin saxlancında saxlanılan “Samsung” markalı SM-A536E/DS modelli telefon əvəzsiz olaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, X8 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs X4 barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-638/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən hazırki hökmlə onun barəsində başqa qətimkan tədbirinin seçilməsinə zərurət olmadığı nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 26 iyul 2022-ci ildən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 06 (altı) ay 07 (yeddi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X4 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası X4 yaşayış yeri üzrə Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan – 100 ABŞ dollarının zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan- Binəqədi RPİ-nin saxlancında saxlanılan “Samsung” markalı SM-A536E/DS modelli telefon əvəzsiz olaraq dövlət nəfinə keçirilsin. İş üzrə ekspertiza xərci 100 (yüz) manat X3 tutularaq dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba) keçirilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-79/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-79/2023
02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver