Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-79/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Zamiq Bağırov Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Şahid3 nümayəndəsi Nümayəndə, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Quşçuluq massivi, AAAF Park yaşayış komplesində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında” iltizam tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, o, 18 avqust 2023-cü il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi və texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C220 CDİ” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt-Pirşağı avtomobil yolunda Pirşağı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Binəqədi rayonu ərazisinə aid olan hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinn 1-ci bəndinin tələblərinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 1.1 üfüqü nişanlanma xəttini (bütöv ağ xətti) kəsib keçmək qadağan olduğu halda və onun həmin maddələrin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin maddələrin tələblərini pozaraq, qarşıdan əks istiqamətdə X4 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olmasını nəzərə almalı, idarə etdiyi avtomobili ilə üfüqü nişanlanma xəttini kəsib keçmək qadağan olduğu halda kəsib keçərək qarşıdan əks istiqamətdə düzünə hərəkətdə olan “Toyota Prius” markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobildə olan sərnişinlər - Şahid3 sol sağrı nahiyəsinin qançırı kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarət, Şahid1 sol bazu nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin qançırları kimi dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan xəsarətlər və ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün sınığı kimi sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli xəsarətlər yetirməsinə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi Mersedes Benz markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisdən əvvəl də zərərçəkmiş şəxsi və onun yaxınlarını müştəri kimi getmək istədiklərii ünvana aparmışdır. 18 avqust 2023-cü il tarixdə ona mobil tətbiq vasitəsi ilə Xırdalan şəhərindən Novxanı qəsəbəsində yerləşən çimərliyə sifariş gəlmişdir. Sifariş əsasında zərərçəkmiş şəxsi və onun yaxınlarını qeyd olunan ünvandan götürmüş, sonuncunun anası ön oturacaqda əyləşmişdir. Sumqayıt Pirşağı yolu ilə üzü Binəqədi rayonu, Novxanı kəndi istiqamətində hərəkətə başlamışdır. Təyinat yerinə çatmağa az qalmış bir qədər irəliyə gedərək dönmək istəmişdir, lakin yanında əyləşən xanım daha tez dönməyini istəyərək ona “burdan dön” deməklə onu çaşdırmış və oradan dönən zaman “Prius” markalı avtomobil gələrək onların avtomobili ilə toqquşmuş, nəticədə bu hadisə baş vermişdir. Dönmə əməliyyatını edən zaman mane olduğu üçün tam dönə bilməmiş, avtomobillə geriyə hərəkət etmiş və “Prius” markalı avtomobil onları vurmuşdur. Həmin “Prius” markalı avtomobil Pirşağı istiqamətindən, yəni qarşıdan gəlmiş, yolda üfüqi nişanlanma olmamış, lakin o qadağan olunmuş yerdən sola dönmüşdür. Hadisə baş verdikdən sonra təcili yardım xidmətinə məlumat vermiş və təcili tibbi yardımın əməkdaşları gələrək xəsarət alanları tibbi yardım üçün aparmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra müstəntiq onu çağıraraq uşağa nə köməklik edə biləcəyini soruşmuş, o isə uşaq sağalana kimi hər köməklik göstərə biləcəyini və 3000 manat ödəniş etməyə gücünün çatdığını demiş, lakin uşağın anası razılaşmamış, ona 10000 manat pul lazım olduğunu demişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, hadisə 18 avqust 2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Sumqayıt-Pirşağı yolunda Binəqədi rayonun ərazsisində “Cahid” çimərliyinin qarşısında baş vermişdir. Belə ki, gəlinləri taksi sifarişi vermiş, sifarişə sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi sürücü gəlmişdir. Avtomobildə ön sərnişin oturacağında anası Şahid1, arxada isə oğlu Hüseyn qucağında olmaqla o oturmuş, həmçinin bacısının oğlu və gəlinləri də arxada oturmuşlar. Onlarla birlikdə 2 nəfər az yaşlı uşaq olmuş, lakin həmin uşaqlar xəsarət almadığı üçün onların avtomobildə olduqlarını ibtidai istintaq dövrü bildirməmişdir. Onlar Novxanı yoluna gəlib çatanda sürücü Təqsirləndirilən şəxs dönmək istəyən zaman onlar sürücüdən dönməməyi xahiş etmişlər. Çünki digər avtomobil siqnal verə-verə gəlirdi. Lakin Təqsirləndirilən şəxs onlara dönə biləcəyini, narahat olmamağı söyləmişdir. Bundan sonra isə digər avtomobil gələrək onların əyləşmiş olduğu avtomobillə toqquşmuşdur. Hadisə baş verəndən sonra nə olduğunu isə xatırlamır. Verilmiş suallara cavab olaraq anası Şahid1 sürücü Təqsirləndirilən şəxs dönməyi barədə heç nə bildirməmiş, hətta o özü şəxsən sürücüyə oradan dönməməyi bildirmiş, lakin sürücü narahat olmamağı, dönə biləcəyini bildirmişdir. Təcili yardımın kim tərəfindən çağırılmağını isə xatırlamır. Lakin hadisə baş verən zaman Təqsirləndirilən şəxs avtomobili sürətlə idarə etməmişdir. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şahid3 onun bacısıdır. Anası ona zəng edərək qəza keçirdiklərini və xəstəxanaya gəlməsini bildirmişdir. O, taksi ilə xəstəxanaya getmiş, həmin zaman gəlinləri artıq evlərinə gəlmişdir. O, hadisənin bilavasitə şahidi olmamış, ona sadəcə telefonla zəng edib məlumat vermişlər. Bundan sonra xəstəxanaya getmişdir. X1 isə hadisə baş verən zaman vaxt avtomobildə olmuşdur. O, anasının zəngindən sonra xəstəxanaya getdiyi zaman bacısının oğlu Hüseynin vəziyyətinin normal olmadığını görmüş, onun çanaq sümüyünün sındığını bilmişdir. Hüseynin dilini təzə açdığı vaxt bu tramvanı yaşamışdır. Yol nəqliyyat hadisəsinin necə baş verdiyini görmədiyi üçün dəqiq deyə bilməmiş, ibtidai istintaq zamanı anasının və oğlunun ona danışdıqlarına uyğun olaraq ifadə vermişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə saat 16-17 radələrində nəvəsi Hüseyni ailəsi ilə birlikdə Novxanı çimərliyinə apararkən qarşıdan gələn avtomobil onlarla toqquşmuşdur. Hadisə baş verən zaman qızı Şahid3 qarşıdan avtomobilin sürətlə gəldiyini bildirərək qışqırmış, buna baxmayaraq Təqsirləndirilən şəxs dönə biləcəyini söyləmişdir. Dönən zaman da digər avtomobil gələrək onların avtomobili ilə toqquşmuşdur. O, həmin zaman sürücünün yanında qabaq sağ oturacaqda, onun arxasında Şahid3, qızının qucağında nəvəsi Hüseyn, ortada gəlini X3 və 2 nəvəsi, onların yanında digər qızının oğlu İbrahim Tağızadə əyləşmişdi. Həmin zaman Təqsirləndirilən şəxs avtomobili asta sürətlə, təqribən 20-30 km/saat sürətlə idarə edirdi. Təqsirləndirilən şəxs dönən zaman qarşıdan gələn avtomobili görməmiş, lakin qızı Günay görmüş və qışqırmışdır ki, qarşıdan gələn avtomobil sürətlə gəlir. Həmin avtomobil gəlib qapı tərəfdən onları vurmuş, qapı sıxılmış və uşaqların səslərini eşitmişdir. Həmin andan sonra özündə olmamışdır. Sürücü düşmüş, o da sürücü tərəfdən yerə enmişdir. Qarşıdan gələn avtomobil birinci onun oturduğu tərəfdən dəymiş, daha sonra isə arxa tərəfə sürüşmüş, Günayın əyləşdiyi yerə dəymişdir. Nəvəsi Hüseyinin də ayağı qapının arasında qalaraq sınmışdır. Onun özü də hadisə zamanı dərəcəsi müəyyən edilməyən xəsarət xəsarət almışdır. Hüseyinə 25000 manata yaxın xərc çəkmişlər. Həftədə 3 dəfə Hüseyini nitqinin açılması üçün loqopedə aparırlar. Şirvan şəhərindən Bakıya gəlir, hər dəfə də gələndə 120-130 manat pul xərcləyir. Əvvəllər uşaq bağçaya gedir, hətta himn belə oxuyurdu. Lakin hadisədən sonra hazırki vəziyyətə düşmüşdür. Uşağın nitq qüsurunun bu hadisə ilə əlaqədar olmasını təsdiq edən sənəd yoxdur, ekspert həmin məsələ ilə bağlı münasibət və rəy bildirməmişdir. Sadəcə sınıq ilə bağlı münasibət bildirmişdir. Buna görə də onun nitq qabiliyyətini bu hadisə ilə itirməsi barədə sənədi yoxdur. Hüseynin köpə vaxtı travmatologiyada qeydiyyatı olmuşdur. Hadisədən əvvəl Hüseynin sol ayağənda problem olmuşdur. Belə ki, pəncəsində düzlük olduğu üçün yeriyən zaman ayağını bir az çəp atırdı. Ayağında ağırlar olduğu üçün həkim isti quma aparılmasını məsləhət bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 26 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 18 avqust 2023-cü tarixli protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivi ünvanında 01BS107 dövlət qeydiyyat nişanlı və 77FP295 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinin 18 avqust 2023-cü il tarixli 2/28480 nömrəli protokoluna əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinin 19 avqust 2023-cü il tarixli 2/28500 nömrəli protokoluna əsasən müəyyən olunur ki, X10 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi Şəxsin canlı şəxsin ekspertizası üzrə verdiyi 20 sentyabr 2023-cü il tarixli, 1811 nömrəli rəyində qeyd edilmişdir ki, 2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bud sümüyünün sınığı bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “X14” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 17:46-dən bir qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azyaşlı Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi Şəxsin canlı şəxsin ekspertizası üzrə verdiyi xx.xx.2023-cü il tarixli 1661 nömrəli rəyində göstərilmişdir ki, 1984-cü il təvəllüdlü Şahid3 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - sol sağrı nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “Az Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən bir qədər əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətə aid edildiyindən dərəcəsi təyin olunmur. Şahid3 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sərnişini olduğu minik avtomaşınının digər minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi Şəxsin canlı şəxsin ekspertizası üzrə verdiyi xx.xx.2024-cü il tarixli 268 nömrəli rəyində göstərilmişdir ki, 1961-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət -xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsindən sonra “X12” PHŞ- nə, daha sonra “Herba Medical” tibb mərkəzinə müraciət etmiş və müayinə olunmuşdur. Sonuncu dəfə “Yeni Klinika” PHŞ-nə müraciət etmiş, stasionara qəbul edilmiş, cərrahi əməliyyat olunmuşdur. Lakin, bu günədək onun adına tərtib olunmuş tibbi sənədlər (arayışlar və “Yeni Klinika”dan xəstəlik tarixi) ekspertiza şöbəsinə təqdim edilməmişdir. Vət. Şahid1 aldığı xəsarətlərə görə (əgər xəsarət almışdırsa) sağlamlığına zərərvurmanın dərəcəsi adına tərtib olunmuş tibbi sənədlər ekspertiza şöbəsinə təqdim olunduqdan sonra müəyyənləşdiriləcək və bu barədə müvafiq rəy tərtib ediləcəkdir. Azərbacan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 Publik hüquqi Şəxsin canlı şəxsin ekspertizası üzrə verdiyi xx.xx.2024-cü il tarixli 26/1672 nömrəli rəyində göstərilmişdir ki, 1961 -ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - sol bazu nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Şahid1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 oktyabr 2023-cü il tarixli, 8/2936 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz C220 CDİ markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Ağaməmməd oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, ekpsertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. AZ-İ 014195 nömrəli övladlığa götürmə haqqında şəhadətnamədən, AZ-İV 638750 nömrəli doğum haqqında şəhadətnamədən və Şirvan Şəhər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(032)-828/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Şahid3 övladlığına verilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağaməmməd oğlunun barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin 01 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 263.1-ci maddəsilə aparılan icraata CPM-nin 40.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 09 aprel 2024-cü il tarixli, 8/739 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz C220 CDİ markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Ağaməmməd oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Prius markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki-nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil etmişdir. DİN-nin Binəqədi RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-46/2- 17386/2024 saylı məktubundan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü Abşeron rayonunda anadan olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə qeydə alınmış “B1, B, C1, C” kateqoriyalı BC006910 nömrəli (etibarlıq müddəti xx.xx.2031-ci il) sürücülük vəsiqəsinin olması Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminə baxış zamanı müəyyən edilmişdir. Hal-hazırda həmin sürücülük vəsiqəsi aktiv olmaqla Təqsirləndirilən şəxs hər hansı bir müddətdə hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi Mercedes Benz C220 CDİ markalı 01- BS-107 dövlət qeydiyyat nişanlı avtomobil 05 iyul tarixli qərar ilə maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Şahid3 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə mülki iddia ərizəsi təqdim edilərək cavabdeh (təqsiləndirilən şəxs) Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində vurduğu maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 10000 manat, həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-ci maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalı (CM-45.2), cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə ümumilikdə 170 (yüz yetmiş) məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməli (CPM-198.1), maddi sübut kimi tanınmış “Mercedes Benz C220 CDİ markalı 01- BS-107 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu geri qaytarılmalı, ona mülki mühakimə icraatı qaydasında yenidən iddia vermək hüququnun olması izah edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 72-ci bəndində qeyd edilir ki, mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 354.1. Məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1.5-ci maddəsinə əsasən mülki iddia ərizəsi baxılmamış saxlanılarsa ödənilmiş dövlət geri qaytarılır: 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Şahid3 nümayəndəsi Nümayəndə mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs (cavabdeh) Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduğu maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə 10000 manat, həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Mülki iddiaçının təqdim etdiyi iddia ərizəsində qeyd edilən məbləğlər əsaslandırılmamış, ümumi cümlələrlə həmin məbəğlərdə ziyan dəyməsi göstərilərək iddia ərizəsinə Zərərçəkmiş şəxs “Loqoritmika” Reabilitasiya və İnkişa Mərkəzində loqoped seanslarında iştirak etmək üçün müqavilələr, fiziki şəxs olaraq fərdi sahibkarlıq fəaliyyəti göstərən X5 tərəfindən verilmiş mədaxil qəbzləri, ayrı ayrı vergi ödəyicilərinə məxsus təsərrüfat sübyektləri (apteklər) tərəfindən verilmiş kassa çekləri, Şahid1 aid ultrasəs müayinəsinə aid və digər sənədlər əlavə edilmişdir. Mülki iddiaçının nümayəndəsi tərəfindən daha sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edilərək Şahid1 aid sənədlərin sübutlar siyahısından çıxarılması xahiş edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs nitqinin inkişafı ilə bağlı mütəmadi müalicə olunduğunu, nitqin pozulmasının hadisə zamanı yarandığını hesab etdiklərini, Zərərçəkmiş şəxsin 3-4 yaşından danışmağa başladığını, əvvəllər şeirlər dediyini, hətta himn də söylədiyini və bunları təsdiq edən videogörüntüləri növbəti məhkəmə iclasında təqdim edə biləcəyini bildirsə də, növbəti məhkəmə iclaslarında bağça rəhbərliyi müəyyən problemlərdən narahat olduğu üçün video görüntünün pozulduğunu bildirdiyini, uşağın danışmasına dair nə anasında nə də digər ailə üzvlərində hər hansı videogörüntü olmadığından məhkəməyə heç bir videogörüntü və ya digər sübut təqdim edə bilmədiklərini, hadisədən əvvəl zərəçəkənin pəncəsini yerə basmasında problemlər olduğu üçün Şirvan şəhər poliklinikasına müraciət olunduğunu, həkimin bununla bağlı quma salınmasını məsləhət bildiyini bildirmiş, iddia ərizəsində qeyd edilən 20000 manatı təsdiq edən sənədlərinin olmadığını, ərizədə əlbəl verilən pulların miqdarını göstərdiklərini və aptekdən əldə olunan qəbzləri təqdim etdiklərini, həmin qəbzlərin də təxminə 1000 manata yaxın miqdarda olduğunu bildirmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hadisə ilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirilmişdir. Lakin hazıkı halda mülki iddiaçı yetirilmiş həmin xəsarətə görə çəkilən xərcləri konkret hansı sübutlarla təsdiq edilməsini əsaslandıra bilməmiş, bunun üçün məhkəmə tərəfindən mülki iddiaçının nümayəndəsinə şərait də yaradılmış, lakin buna baxmayaraq nümayəndə sadəcə kassa çeklərini təqdim etmişdir ki, həmin çeklərin hansının zərərçəkmiş şəxsin müalicəsinə görə çəkilmiş xərc olduğunu cinayət mühakimə icraatının hazırkı mərhələsində məhkəmə tərəfindən müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Ağaməmməd oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağaməmməd oğlu azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs Ağaməmməd oğluna təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hazırkı hökümlə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs Ağaməmməd oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C220 CDİ” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 170 (yüz yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Ağaməmməd oğlundan tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Verilmiş mülki iddia baxılmamış saxlanılsın. Mülki iddianın verilməsi üçün **********66 saylı mədaxil qəbzi ilə ödənilmiş 180,00 manat dövlət rüsumu geri qaytarılsın. Zərəçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında yenidən iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs Ağaməmməd oğluna göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-79/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-79/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver