Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-8/2022 20.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs, xx.xx.1976-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Yasamal Rayon Məhkəməsinin 30.05.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.2.4, 69.4-cü maddəsi ilə 1000 manat cərimə cəzasına məhkum olunmuş, 24.05.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarının 1.7-ci bəndinə əsasən cərimə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, günəmuzd fəhlə işləyən, İmişli rayonu, H.Əliyev prospekti, dalan 5, ev 1 ünvanda qeydiyyatda olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi fərdi gündəlik evdə kirayədə yaşayan, Binəqədi Rayon Məhkəməsinin 1(001)-332/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, 03 mart 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, Binəqədi Rayon Məhkəməsinin 1(001)-8/2022 saylı, 03 mart 2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penetensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Əliyev Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Əliyev Təqsirləndirilən şəxs 27.02.2020-ci il tarixdə saat 23:00 radələrində tanışı Türkiyə Respublikası vətəndaşı X4 ilə Bakı şəhəri Binəqədi rayonu “Xırdalan dairəsi’"nin yaxınlığında yerləşən "İstisu" kafesində spirtli içki qəbul edən zaman özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talamaq qərarına gələrək həmin vaxt K.Kalıpcıoğlunun əşyalarını masanın üzərində saxlayıb sanitar qovşağa getməsindən istifadə edərək 427 manat 65 qəpik dəyərində 1 Türk lirəsi - qeyd edilən tarixə 0.2759 AZN hesablanmaqla 1550 Türk Lirəsi, 170 manat 44 qəpik dəyərində 1 Gürcüstan Larisi - qeyd edilən tarixə 0.6087 AZN hesablanmaqla 280 Gürcü Larisi, 300 Azərbaycan manatı, "X7 Lisesi”nə aid sonuncuya məxsus tələbə bileti, Türkiyə Respublikasına aid sonuncuya məxsus sürücülük vəsiqəsi, hesabında pul olmayan sonuncuya məxsus “24 bank” adlı banka aid sonuncuya məxsus yüksüz halda bank kartı, yüksüz halda "İNG bank” kartı, “Bonus” maslereard, “money club” kartı, “X5” nəqliyyat vasitəsi kartı olan üzərində “X11”yazıları olan, dəri materialından, qara rəngli, istifadədə olmuş 15.00 manat dəyərində pul kisəsini və 1 ədəd üzərində “Auto Foctıs ultimate experience” yazıları olan, qara rəngli mobil telefon üçün 5,00 manat dəyərində qoruyucu qabda olan üzərində 2 manatlıq danışıqla və 5 manatlıq internet mqb ilə yüklü 10 manat dəyərində 055 ***-**-** mobil nömrəsi olan Çin istehsalı “Xiomi” markalı “Mİ A 2" modelli, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı, rəqəmsal fotokameralı 400 manat dəyərində mobil telefonu gizli olaraq talayıb X2 ümumilikdə 1 335 manat 09 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ailəli olub sonradan ayrılmışdır, oğlu və qızı ondan ayrılıqda yaşayan keçmiş arvadının himayəsindədirlər.Bakı şəhərində 7-8 ildir ki, gündəlik evlərdə kirayədə yaşamışdır.Belə ki, sonuncu dəfə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Olimpik Star kompleksin yanında kirayə evlərdə gündəlik kirayədə yaşamış, həmin evdə ondan başqa iki nəfər tanımadığı və münasibəti olmayan şəxslər də bir iki gün kirayə qalıb getmişlər.26.02.2020-ci il tarixdə saat 23:00 radələrində yaşadığı qeyd edilən kirayəlik evə bir nəfər türk gəlmiş, həmin türk Türkiyə Cümhuriyyəti vətəndaşı olduğunu ona bildirmişdir.O, milliyyətcə türk olan şəxsə İstanbul şəhərində 2015-ci ildə işləmək üçün oraya səfər etdiyini danışmış, beləcə söhbətləri alınmış və türklə dostlaşmışdır.Türkiyə Respublikası vətəndaşı Kemal ilə səhəri gün şəhərə gəzintiyə çıxmışlar və onunla 28 may metrostansiyası yaxınlığında sıradan bir kafeyə daxil olub orada çörək yeyib, spirtli içki qəbul etmişlər.15 manat dəyərində olan yeməyin hesabını Kemal ödəmişdir.Oradan çıxdıqdan sonra Koroğlu metrostansiyası tərəfə gedərək Kemala stadion tərəfi göstərmiş, həmin ərazini gəzdikdən sonra Dərnəgül yolu tərəfdə digər kafedə əyləşərək orada yemək yeyib, araq və pivə içmişdirlər.45 manat hesabdan Kemal 40 manat ödəmiş və saat 22:00 radələrində oradan çıxmışdırlar.Sonra Kemal ilə birlikdə Xırdalan dairəsi yaxınlığında İstisu kafesinə getmişlər.Orada Kemal ilə yenidən içki süfrəsi arxasında əyləşmişlər.Kemal ilə hərəyə iki bakal pivə içdikdən sonra Kemal ona orada bir qızla tanış olduğunu və onunla kafenin həyətinə çıxmazdan öncə üzərində olan pul qabısını və Mİ a 2 markalı mobil telefonunu ona saxlaması üçün vermiş, yarım saata gələcəyini demişdir.Sonra o, saat 23:00 radələrində kafedən çıxmış, tanımadığı taksiyə əyləşib 28 may mterostansiyası tərəfə getmişdir.Kafedə pul qabına baxanda içərisində 1 550 Türk lirəsi və 280 Gürcü larisi olduğunu müəyyən etmiş, pul qabı və telefonu oğurlayıb aradan çıxmaq qərarına gəlmişdir.Sonra o, kafeyə 20 lari pul vermiş və hesabı milli manatla ödədikdə larini götürəcəyini demiş, taksiylə dəmir yolu vağzalının yaxınlığına getmiş, metronun pilləkanlarının yanında xarici pulları milli pula dəyişən şəxslərdən birində 1 550 lirəni 387 manata, 260 Gürcü Larisini isə 175 manata dəyişmiş, əldə etdiyi 562 manatdan 10 manat taksiyə vermiş, telefonun nömrəsini sındırıb xatırlamadığı yerə atmışdır.Bundan sonra gecəni Nizami rayonu ərazisində 8 km bazarı yaxınlığındakı gündəlik evlərin birində qalmışdır. Həmin evə 4 manat vermiş, qalan 558 manat pulu isə 05.03.2020-ci il tarixdə saat 15:00 radələrində polis tərəfindən saxlanıldığı saatadək tanımadığı kafe və Topaz məntəqələrində xərcləmişdir.Telefon isə xoşuna gəldiyi üçün özündə saxlamışdır. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, pulqabının içərisində olan sənədlərin heç birinə də toxunmamış, sənədlər olan pul qabısını gətirib Türkiyə vətəndaşı Kemalın kirayədə qaldığı evin yaxınlığına qoyub getmək niyyətində olmuşdur. O, pulqabıda 300 manat pul olmadığını, bundan başqa heç bir cinayət törətmədiyini bildirmişdir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini,əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs X1 ifadəsinə əsasən məlum olur ki, o, Türkiyə Respublikası Ankara şəhərində Qazi Universitetində tələbədir.O, Ankara şəhərində yaşamışdır.Gəzmək üçün 24.02.2020-ci il tarixdə Bakı şəhəri Beynəlxalq Avtovağzala gəlmiş, həmin gün Avtovağzaldakı hoteldə qalmış, ertəsi gün 25.02.2020- ci il tarixdə oteldən çıxıb metro ilə Sahil stansiyasına getmiş, həmin zaman o, metronun içərisində təsadüfən bir şəxslə tanış olmuş, həmin şəxs adının Qadir olduğunu demiş və ona qalmağa yer tapacağını demişdir.O, Qadirə inanıb onunla birlikdə banka girib 1 450 TL türk pulunu Azərbaycan puluna dəyişmiş, sonra Qadir ona “buradan özün üçün mobil telefon da ala bilərsən” demiş, o da özünə “Android one Mİ A 2” markalı mobil telefon almışdır. Sonra Qadir bir nəfər tanıdığı şəxsin kirayə ev verdiyini demişdir.Qadir onu həmin ünvana aparmış, ondan 100 manat pul almış və ev sahibinə verəcəyini demişdir.Həmin gün öz əşyalarını Qadirin onun üçün tapdığı Nəsimi rayonu ərazisində yerləşən “Olimpik star’ın yanındakı kirayə evdə qoymuş və Qadirlə birlikdə gəzməyə getmişdir.Qadir həmin gün ondan 50 manat borca pul almışdır.O, həmin axşam evə qayıdarkən evdə 1 nəfər görmüş, həmin şəxs adının Təqsirləndirilən şəxs olduğunu demiş və onunla birlikdə həmin evdə qalacağını demişdir.O, Təqsirləndirilən şəxs adlı şəxsə inanmış və onunla birlikdə evdə qalmışdır.Səhəri gün o, Qadirlə telefon əlaqəsi saxlaya bilməmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evə getmişdir.Qadirlə görüşmüş və ondan pulunu istəmişdir.Qadir isə ona axşam saat 5-də pulunu qaytaracağını demişdir.O, Təqsirləndirilən şəxs ilə birlikdə şəhərə gəzməyə çıxmış, Təqsirləndirilən şəxs onu tanımadığı bir kafeyə aparmış, orada balıq yeyib, spirtli içki, pivə içmişdirlər. Sonra həmin gün, yəni 27.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu yenə haradasa bir kafeyə aparmış, onlar orada pivə içmişdirlər.Sonra həmin gün, yəni 27.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs onu yenə haradasa bir kafeyə aparmış, onlar orada pivə içmişlər, sonra o, həmin kafenin sanitar qovşağına getmiş, “Android one Ml A 2” markalı telefonunu, içərisində 280 Gürcü Larisi, 1550 Türk lirəsi və 300 manat pul olan pul qabını masanın üzərində saxlamış, bir neçə dəqiqə sonra geri qayıtmış, lakin Xaqaninin kafedə olmadığını, pul qabı və telefonunun masanın üzərində olmadığını, bir neçə dəqiqə onu gözləsə də gəlmədiyini müəyyən etmişdir.O, əlavə olaraq pul qabında ona aid tələbə şəxsiyyət kartı, sürücülük vəsiqəsi, ”24 banka” aid hesab kartı, kartda heç bir məbləğin olmadığını, bonus, bələdiyyə nəqliyyatı kartları olduğunu bildirmişdir, “Android one Ml A 2” markalı mobil telefonu oğurluqdan bir gün öncə 400 manata almış, telefonun qabını 5 manata, cüzdanı 15 manata almış, telefonun içərisində xatırladığı qədəri ilə 055 ***-**-** mobil nömrəsini 10 manata almış, nömrədə 2 manatlıq danışıq, 5 manatlıq internet meqabayt olmuşdur.O, ilkin izahatında hiss və həyəcan keçirdiyindən məbləği düzgün hesablamamışdır.Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1.335 manat 09 qəpik maddi ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 23 aprel 2020-ci il tarixli 9/220 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 200,00 manat müəyyən edilir.Belə ki, 1 ədəd Çin istehsalı olan "Xiomi” markalı “Mİ A 2” modelli, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı. rəqəmsal fotokameralı mobil telefon-180.00 manat, 1 ədəd üzərində "X11”yazıları olan, dəri materialından, qara rəngli, istifadədə olmuş pul kisəsi- 15.00 manat, 1 ədəd üzərində “Auto Focus ultimate experience” yazıları olan, qara rəngli mobil telefon üçün qoruyucu qab-5,00 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əliyev Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 30.05.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1. 177.2. 177.2.4, 69.4-cıi maddələrinə əsasən təqsirli bilindiyindən barəsində 1 000 manat cərimə cəzası təyin edilmişdir. 24.05.2013-cü il tarixdə Azərbaycan Respublikasa Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya Qərarının 1.7 bəndinə əsasən cərimə cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmişdir.Beləliklə də, məlum olur ki, Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkumluğu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, ailənin yeganə qazanc ğətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən,təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Həmçinin, Əliyev Təqsirləndirilən şəxs 05 mart 2020-ci il tarixdən 07 mart 2020-ci il tarixədək, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı, ona qəti cəza təyin edilməlidir.Belə ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı İbrahim Vəliyev tərəfindən qəbul edilmiş 05 mart 2020-ci il tarixli “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” qərarına əsasən məlum olur ki, xx.xx.1976-ci il təvəllüdlü İmişli rayonunda anadan olmuş Əliyev Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır.Həmçinin, iş materiallarında olan Binəqədi RPi-nin İŞ-nin müstəntiqi, polis kapitanı İbrahim Vəliyev tərəfindən qəbul edilmiş 07 mart 2020-ci il tarixli qərara əsasən məlum olur ki, təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Əliyev Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən,yəni 03.03.2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-332/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, 03 mart 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, Binəqədi Rayon Məhkəməsinin 1(001)-8/2022 saylı, 03 mart 2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Əliyev Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutların zərərçəkmiş şəxsin nümayəndəsi X9 qəbzlə təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə cəlb etmə müddəti keçməmişdir.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən 2 il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz.Lakin CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə müddətin axını dayanır.Belə ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-332/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əliyev Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, 03 mart 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, Binəqədi Rayon Məhkəməsinin 1(001)-8/2022 saylı, 03 mart 2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış və saxlanması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.Beləliklə də, məlum olur ki, təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyinə görə və o, uzun müddət axtarışda olduğuna görə cəlb etmə müddəti keçməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Əliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Əliyev Təqsirləndirilən şəxs oğlunun 05 mart 2020-ci il tarixdən 07 mart 2020-ci il tarixədək, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxsƏliyevə qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əliyev Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Əliyev Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 03 mart 2022-ci il tarixdən hesablansın. Əliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutların zərərçəkmiş şəxsin nümayəndəsi X9 qəbzlə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Əliyev Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-8/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-8/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver