Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-8/2023 21.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə 15-20 km/saat sürətlə hərəkətdə olarkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək qarşıdan əks istiqamətdə yolun sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçini avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan velosipedi idarə edən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğluna sol baldırın yuxarı 1/3-nin yerdəyişmiş sınığı kimi, insan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri vurmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “VAZ- 2107” markalı, 02- BB-869 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən X1 adına sənədləşdirilsə də faktiki olaraq özünə məxsusdur. Avtomobil idarə etmək üçün onun sürücülük vəsiqəsi olmamış, ümumiyyətlə o, sürücülük vəsiqəsi almamışdır. Maddi ehtiyac ucbatından avtomobili sürücülük vəsiqəsi almadan idarə edərək, avtomobillə müxtəlif metal məmulatlarının və plastik qabların toplanması ilə məşğul olurmuşdur. 03 may 2021-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində hərəkət edirmişdir. Həmin vaxt avtomobilin qabaq oturacağında arvadı Şahid və arxa oturacağında az yaşlı oğlu Sahib və Kamil əyləşmişdir. Avtomobilin yanacaq çənində yanacağı az olduğundan və hərəkətdə olduğu yolun hərəkət hissəsi enişli olduğundan, avtomobilin sürətlər qutusunu neytral vəziyyətə gətirib avtomobili öz vəziyyətində idarə edirmişdir. Həmin zaman avtomobilin sürəti maksimum 5-7 km/saat olmuşdur. O, yolun sağ istiqamətində hərəkət etmiş, bu zaman 2 nəfər azyaşlı uşaq idarə etdikləri velosipedlərlə çox iti surətlə avtomobilin sol tərəfindən keçib yollarına davam etmişdir. Velosipedçiləri görəndən sonra fikirləşmişdir ki, onların arxası ilə başqa velosipedçi də gələ bilər və surəti demək olar ki, 3- 5 km/saat qədər tam azaltmışdır. O, qarşısındakı sağ tindən çıxarkən ani olaraq idarə etdiyi avtomobilin üzərinə bir nəfər velosipedçinin çox yüksək surətlə gəldiyini görmüşdür. O, həmin anda cəld əyləci sıxmış və avtomobili saxlamışdır. Avtomobilin tam dayanması ilə qarşıdan onun hərəkət zolağı ilə gələn velosipedçi avtomobilin qarşı hissəsinə çırpılmışdır. O, dərhal sükan arxasından düşüb həmin azyaşlı uşağa yaxınlaşmış və sonuncu ayaq nahiyəsində olan ağrılardan şikayətlənmişdir. Həmin vaxt hadisə yerinə yaxınlıqda olan şəxslər toplaşmışdır. Onlardan bəziləri azyaşlı uşağı tanıdıqlarından hadisə barədə anasına məlumat vermişlər. Bir neçə dəqiqədən sonra azyaşlı uşağın anası hadisə yerinə gəlmiş, daha sonra isə azyaşlı uşağı yoldan keçən avtomobillə müayinə olunması üçün Respublika Xəstəxanasına aparılmış və xəstəxanada uşağa ilkin tibbi yardım göstərilməsini təmin etmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, velosipedçiləri görəndən sonra avtomobilin hərəkət surəti demək olar ki, 3-5 km/saat qədər azaltmış, qarşısında olan tindən çıxan zaman ani olaraq idarə etdiyi avtomobilin üzərinə bir nəfər velosipedçinin çox yüksək surətlə gəldiyini görüb cəld əyləci sıxmış və avtomobili saxlamış, avtomobilin tam dayanması ilə qarşıdan onun hərəkət zolağı ilə gələn velosipedçinin avtomobilin qarşı hissəsinə çırpılması demək olar ki, eni anda baş vermişdir. Velosipedçinin avtomobilə çırpılmazdan əvvəl hansı surətlə gəlməsini dəqiq deməkdə çətinlik çəksə də, hesab edir ki, velosipedçinin surəti təxminən 25-30 km/saatdan az olmamışdır. Avtomobilinə çırpılan velosipedçidən əvvəl yanından keçib getmiş digər velosipedçilərdə minimum 25-30 km/saat surətlə hərəkət etmişdir. Ona görə ki, o, tinə çatan zaman maksimum 5 km/saata yaxın sürətlə hərəkət etmiş, o, velosipedçini qarşısında görən kimi də anidən sərt tormozlama apararaq dərhal avtomobili saxlamış və həmin anda da, yəni düşüncəsinə görə avtomobil tam dayandığı anda velosipedçi öz yüksək surəti ilə onun hərəkət yolunda avtomobilin qarşı hissəsinə çırpılmışdır. Əgər velosipedçi adi bir piyada olsa idi, yaxud da velosipedi yavaş sürsə idi, təbi ki dayanmış vəziyyət olan avtomobil ona heç bir xəsarət yetirə bilməzdi. Ona görə də, hesab edir ki, velosipedçinin ciddi xəsarət alması onun öz surətinin 25-30 km/saatdan artıq olması olmuşdur. O, velosipedçinin neçə metilik məsafədən gördüyünü deməyə çətinlik çəkir, amma dəqiq deyə bilər ki, onu görməyi ilə velosipedçinin avtomobilə çırpılması arasında bir saniyədən də az vaxt keçmişdir. İbtidai istintaq zamanı müstəntiqə hazırda verdiyi kimi ifadə vermiş, ola bilsin ki, ifadəsi müstəntiq tərəfindən düzgün yazılmamış, hadisədən əvvəl avtomobilin surəti 5-7 km/saat olmuş, 2 nəfər azyaşlı uşaq idarə etdikləri velosipedlərlə çox iti surətlə avtomobilin sol tərəfindən keçib yollarına davam etdikdən sonra avtomobilin surətini 3-5 km/saat qədər azaltmış, avtomobili idarə etdiyi zaman üçüncü şəxsin qarşısında velosipedlə gəlməsini görməmiş, çünki yol həmin hissədə döngəli olduğu üçün onun zərərçəkmiş şəxsin gəlməsin görməsi qeyri mümkün olmuşdur. Məhkəmədən, qeyd edilən halların nəzərə alınaraq CM-in 263-1.1-ci maddəsi ilə ona bəraət verilməsini və verilmiş mülki iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 16 radələrində hazırlıqdan çıxıb yaşadığı evə qayıtmalı imiş. Bu məqsədlə özünə məxsus olan 28 ölçülü “Desna” markalı velosipedə əyləşib Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə yaşadığı ev istiqamətində yolun sol kənarı ilə düzünə hərəkətdə olduğu zaman, bir neçə nəfər əvvəllər tanımadığı az yaşlı uşaqlar da onun sağ tərəfi ilə həmin küçə ilə velosipedlərini idarə edirmişlər. Həmin uşaqlardan biri ona «ehtiyatlı ol qabaqdan maşın gəlir» sözlərini deyib, yolun sağ kənarına çəkilmiş və bu zaman döngədən qarşısına avtomobilin çıxdığını görmüş və həmin avtomobil qabaq sağ hissəsi ilə onu vurmuşdur. Avtomobillə toqquşduqdan sonra o, yerə yıxılmış və bu zaman sol ayağından xəsarət almışdır. Həmin vaxtı avtomobilin sürücüsü avtomobilindən düşərək ona yaxınlaşmış, həmin yerə yığışan şəxslərdən biri onu tanıyıb, bu barədə anasına məlumat vermiş və anası da gəlib onu yoldan keçən avtomobilə yerləşdirib xəstəxanaya aparmışdır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, yolun sol tərəfi ilə velosipedi surətlə sürmüş, qarşıdan gələn avtomobili yol döngə olduğu üçün görməmiş, döngədən çıxan avtomobillə toqquşma ani anda baş vermiş, toqquşma anında avtomobil dayanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 03 may 2021ci il tarixdə təxminən saat 16 radələrində o, yoldaşı Təqsirləndirilən şəxs və iki az yaşlı övladları ilə “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində hərəkət edirmişlər. Avtomobilin yanacaq çənində yanacağı az olduğu və hərəkətdə olduğu yolun hərəkət hissəsi enişli olduğundan, həyat yoldaşı Təqsirləndirilən şəxs avtomobilin sürətlər qutusunu neytral vəziyyətə gətirib avtomobili öz vəziyyətində idarə etmişdir. Həmin zaman avtomobilin sürəti maksimum 5-7 km/saat olmuşdur. Təqsirləndirilən şəxs avtomobili yolun sağ istiqamətində sürmüş, bu zaman 2 nəfər azyaşlı uşaq idarə etdikləri velosipedlərlə surətlə avtomobilin sol tərəfindən keçib yollarına davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə qarşısındakı sağ tindən çıxarkən ani olaraq avtomobilin üzərinə bir nəfər velosipedçinin yüksək surətlə gəldiyini görmüşlər. Təqsirləndirilən şəxs həmin anda cəld əyləci sıxmış və avtomobili saxlamışdır. Avtomobilin tam dayanması ilə qarşıdan gələn velosipedçi avtomobilin qarşı hissəsinə çırpılmışdır. Bundan sonra onlar dərhal avtomobildən düşüb həmin azyaşlı uşağa yaxınlaşmış və sonuncu ayaq nahiyəsində olan ağrılardan şikayətlənmişdir. Həmin vaxt hadisə yerinə yaxınlıqda olan şəxslər toplaşmışdır. Onlardan bəziləri azyaşlı uşağı tanıdıqlarından hadisə barədə anasına məlumat vermişlər. Bir neçə dəqiqədən sonra azyaşlı uşağın anası hadisə yerinə gəlmiş, daha sonra isə azyaşlı uşağı yoldan keçən avtomobillə müayinə olunması üçün Respublika Xəstəxanasına aparılmış və xəstəxanada uşağa ilkin tibbi yardım göstərilməsini təmin etmişlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı hazırda verdiyi kimi ifadə vermiş, lakin savadı olmadığı üçün ifadəsinə oxumadan imza etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti əsasında dəvət edilərək dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin eksperti X7 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli, 8/1516 nömrəli rəy onun tərəfindən verilmişdir. Həmin rəydə istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107” markalı, 02- BB-869 dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması göstərilmişdir. Həmçinin müdafiəçi tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, rəyin tədqiqi hissəsində sürücü Təqsirləndirilən şəxs “VAZ 2107” markalı avtomobili 15-20 km/saat surətlə idarə edərkən qarşıdan əks istiqamətdə hərəkət hissəsinin sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçini avtomobilin qabaq sağ hissəsi ilə vurulması göstərilmişdir. Hadisənin göstərilən şəraitdə baş verməsinin qeyd edilməsinə səbəb istintaqın həmin nəticəyə gəlməsi olmuşdur. Rəyin tədqiqi hissəsində velosipedçinin əks istiqamətdə hərəkət hissəsinin sağ kənarı ilə düzünə hərəkətdə olması qeyd edərkən sürücünün hərəkət etdiyi zolağın sağ kənarı nəzərdə tutulmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti əsasında dəvət edilərək dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin eksperti X6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş ekspertiza əlavə yol nəqliyyat hadisələri hissəsində onun tərəfindən icra edilib, xx.xx.2022ci il, tarixli 8/1757-4/1024 nömrəli rəy verilmişdir. Rəy verilərkən gəldiyi nəticəyə əsasən tədqiq olunan şəraitdə “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması barədə nəticəyə gəlməsinə səbəb cinayət işinin materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yolayrıcında görünüşün məhdudlaşmasının aradan qaldırılması üçün xüsusi güzgü quraşdırılması olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hadisə vaxtı hərəkət etdiyi istiqamətdən yolayrıcına daxil olduğu zaman qeyd edilən güzgü əks istiqamətdən gələn velosipedçini görməyə imkan verdiyi halda Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq olması müəyyən edilir. Qeyd edilən eyni situasiyada Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yolayrıcına daxil olarkən yol kənarında quraşdırılmış güzgüdə əks istiqamətdən gələn velosipedçini və ya digər hərəkət iştirakçılarını görmək imkanı olmadığı halda onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq müəyyən edilmir. Bu göstərilən hallar isə cinayət işin materiallarında dəqiq olaraq öz əksini tapmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti əsasında dəvət edilərək dindirilmiş X8 ifadəsində göstərmişdir ki, onun hadisə ilə bağlı hər hansı məlumatı yoxdur, o hadisədən sonradan xəbər tutumuşdur. Onun yaşadığı ev hadisə baş verin yol kəsişməsində yerləşir. Həmin yol kəsişməsində ərazidə yaşayan sakinlər tərəfindən yol kənarında güzgü quraşdırılmışdır. Güzgünün quraşdırılmasında məqsəd kəsişməyə daxil olan nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat vasitələrini görməsi və baş verə biləcək hadisələrin qarşısının alınması olmuşdur. Həmin güzgü əvvəl uzunluğu 2 metr olan dəmir boru üzərinə bərkidilmiş, lakin hündürlük az olduğuna görə kənar təsir nəticəsində qırıldığı üçün, o, əlavə dəmir boru gətirərək güzgünün bərkidildiyi boruya qaynaq etməklə borunu uzatmış, lakin güzgünün baxdığı istiqaməti (baxış bucağını) dəyişməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti əsasında dəvət edilərək dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin aparıcı eksperti X9 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş ekspertiza onun tərəfindən icra edilərək xx.xx.2023-cü il tarixli 8/1667-5/835 nömrəli rəy verilmişdir. Rəy verilərkən gəldiyi nəticəyə əsasən cinayət işinin materialında olan fotocədvəldəki foto 4 "Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v.18) olan güzgünün və fotocədvəldəki foto-10 (cild 2, i.v. 68) olan fotoşəkildə olan güzgünün yerləşmə hündürlüyü fərqlidir, birinci şəkildə güzgü ikinci şəkilə nisbətən aşağıda yerləşib. Fotocədvəldəki foto 4 "Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v. 18) olan güzgünün və fotocədvəldəki foto 10 (cild 2, i.v. 68) olan fotoşəkillərdə olan güzgünün yerləşdiyi bucaqlar fərqlidir. Fotocədvəldə olan foto- 09, foto-10, foto-11, foto-14 (cild 2, iv. 162-164 ve 167) şəkillərdəki güzgünün və foto 4 Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v.18) və foto 10 (cild 2, i.v. 68) şəkillərdəki güzgünün çəkiliş şəraitindən (kameranın obyektivindən güzgünün yerləşdiyi məsafə və istiqamət) fərqli olduğu üçün foto-09, foto-10, foto-11 foto-14 (cild 2, i.v.162-164 və 167) şəkillərdə olan güzgünün yerləşdiyi hündürlüyü bucağı digər şəkillərdən nə qədər fərqli olmasını müəyyən etmək mümkün olmadı. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, cinayət ibtidai istintaq zamanı hadisə yerinə baxış keçirilərkən çəkilmiş güzgünün fotoşəkilləri məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən çəkilmiş güzgünün fotoşəkilləri ilə müqayisə olunarkən müəyyən edilmişdir ki, fotoşəkillərdə olan güzgünün yerləşdiyi bucaqlar fərqlidir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilərkən çəkilmiş fotoşəkillər çəkiliş şəraitinə görə, yəni kameranın obyektivindən güzgünün yerləşdiyi məsafə və istiqamətə görə əvvəl çəkilmiş fotoşəkillərdən fərqləndiyi üçün güzgünü yerləşdiyi hündürlüyün və bucağın fərqli əlamətlərini müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti əsasında dəvət edilərək dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin eksperti X6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş ekspertiza onun tərəfindən icra edilərək xx.xx.2023-cü il tarixli 8/1667-5/835 nömrəli rəy verilmişdir. Rəy verilərkən gəldiyi nəticəyə əsasən məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokolla müəyyən edilmiş məlumatlar hadisənin real baş vermə mexanizminə uyğun olmadığından həmin məlumatlara görə “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara uyğun tədqiqat aparılaraq müəyyən edilmişdir ki, “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uğunsuzluq olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş fotoşəkillərdə güzgünün baxış bucağının və hündürlüyünün hadisə baş verən vaxtdakı vəziyyətlə eyni olub-olmadığını müəyyən etmək mümkün olmadığına görə hadisənin real baş vermə mexanizminə uyğun olmaması qənaətinə gəlinmiş və həmin məlumatlara əsasında Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə CM-in 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli, 2/12235 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə keçirilmiş tibbi müayinə zamanı ayıq olmuşdur. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, həmçinin ona əlavə edilmiş sxem və fotoşəkillərdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə idarə etdiyi “VAZ 2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində hərəkət edərkən qarşıdan gələn velosipedçi ilə toqquşmuşdur. Yolun hərəkət hissəsinin ümumi eni 4.2 metr olması, yol örtüyünün asfaltdan ibarət olması, hərəkət hissəsində və kənarlarında hər hansı bir üfüqi nişanlanma xətti və yol hərəkət nişanı olmaması, yolun hərəkət hissəsinin sağ kənarında köməkçi güzgünün quraşdırılması müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli 016-58160-1221 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. xx.xx.2021-ci il tarixli, 770 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsin rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğlunun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasına müraciət edərkən onun bədənində aşkar olunmuş xəsarət - sol baldırın 1/3-nin yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün RKX-na müraciət etdiyi xx.xx.2021-ci il saat 22:00-dan bir qədər əvvəl əmələ gəlmiş və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və ya lokalizasiyasım nəzərə alaraq, demək olar ki, həmin xəsarət göstərilən şəraitdə, yəni sürücüsü olduğu velosipedin minik avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi. xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “VAZ 2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ağ rənglidir, üzərində pas izləri müəyyən edilir. Avtomobilin ön alın şüşəsində çatlar aşkar edilmişdir. Avtomobilin arxa buferi üzərində deyildir. Avtomobilin tormoz sisteminin yoxlamaq məqsədi ilə avtomobilin mühərriki işə salınmış, hərəkətə gətirilərək yoxlama tormozlanma aparılmış, bu zaman təkərlərin bloklanması nəticəsində avtomobilin dayanması, həmçinin bütün təkərlərində tormozlanma təmin edilmişdir. Baxış zamanı avtomobilin tormoz sisteminə aid olan elementlərdə hər- hansı nasazlıq müəyyən edilməmişdir. Bundan sonra avtomobilin sükan idarəetmə sistemini yoxlamaq məqsədi ilə sükan çarxı sağa və sol fırladılmış, həmin istiqamətdə sükan mexanizmi vasitəsilə təkərlərin müvafiq istiqamətdə dönməsi təmin edilmişdir. Avtomobil hərəkətə gətirilərək yoxlama manevrlər aparılmış və bütün hallarda avtomobilin sola və ya sağa dönməsi təmin edilmişdir. Beləliklə, avtomobilin idarəetmə sistemlərində hər-hansı nasazlıq aşkar edilməmiş, yəni baxışa təqdim olunmuş vəziyyətdə, həmin hissələr işlək vəziyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixli, 8/1516 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, baxışa təqdim olunmuş “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz və sükan sistemləri texniki cəhətdən saz vəziyyətdədir. Baxış zamanı müəyyən olunaraq rəyin tədqiqi hissəsində qeyd olunan nasazlıqla hadisənin baş verməsi arasında səbəbli əlaqəsi yoxdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107” markalı, **-BB-*** dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Bəkirov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, VAZ-2107” markalı, **-BB-*** dövlət nişanlı avtomobil cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2021-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs oğlu ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 0101/2005 nömrəli hökmü ilə CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2004-cü il tarixdən hesablanmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzadan 01 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-215/2022 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxs qarşı vurulmuş ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs oğlu mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hadisəni özündə əks etdirən diski məhkəməyə təqdim etmiş və həmin diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun hərəkətinin əks istiqamətində iki nəfər velosipedçinin əks hərəkət yolu ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin yanından surətlə keçərək əks istiqamətdə getmələri, sonuncu avtomobilin surətini bir qədərdə azaldaraq onun hərəkəti istiqamətində sağında yerləşən daş hasarın tin hissəsinə yaxınlaşarkən tindən çıxdığı anda bir saniyə ərzində onun hərəkət zolağı ilə əks istiqamətdə hərəkətdə olan velosipedçinin yüksək surətlə onun avtomobilin qarşı hissəsinə çırpılaraq avtomobilin ön kapotunun və oradan da avtomobilin sağ tərəfinə düşməsi müəyyən edilmişdir. Həmçinin videogörüntüyə baxış zamanı velosipedçini vurmazdan əvvəl avtomobilin surətinin yüksək olmaması, velosipedçinin isə avtomobilə nisbətdə surətlə hərəkət etməsi müəyyən edilmişdir. Bundan başqa baxış zamanı müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı məhdud görünüş şəraitli, yəni qarşıdan gələn hərəkət iştirakçılarının görünmədiyi yol ayrıcından çıxarkən bir istiqamətdə bir hərəkət zolağı olan yolda qarşıdan əks istiqamətdə həmin hərəkət zolağının mərkəzi hissəsinə yaxın yolun sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçi ilə toqquşmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs velosipedçini gördüyü andan velosipedçi ilə toqquşma anınadək keçən müddət 1 (bir) saniyədən az olmuşdur. xx.xx.2022-ci il tarixli 8/1757-4/1024 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD-20220513-WA0002" adlı videoyazıya görə tədqiqi hissədə qeyd olunan məsafədə “VAZ-2107” markalı avtomobilin orta sürəti VVAZ-207=23 km/saat olmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD-20220513-WA0002" adlı videoyazıya görə “VAZ-2107” markalı avtomobil velosipedlə toqquşma anında tam dayanmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD-20220513-WA0002" adlı videoyazıya görə “VAZ-2107” markalı avtomobil velosipedlə toqquşma anındakı ani sürəti VVAZ-207=12 km/saat olmuşdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD-20220513-WA0002" adlı videoyazıya görə “VAZ-2107” markalı avtomobil velosipedlə toqquşduqdan sonra L=0,6 metr məsafə qət edərək dayanmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SONY” markalı DVD-R diskdə qeydə alınmış "VİD- 20220513-WA0002" adlı videoyazıya görə toqquşma anında velosipedin ani və orta sürəti bərabər olub Vvelosiped=22 km/sat olmuşdur. Tədqiq olunan şəraitdə VAZ-2107 markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü M.Ə.Bəkirov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində asfalt örtüklü avtomobil yolunda baş vermişdir. Belə ki, baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi "VAZ-2107" markalı 02- BB-869 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən velosipedçi ilə toqquşduğu yeri göstərmişdir. Hadisənin baş verdiyi avtomobil yolunun hər iki tərəfində fərdi yaşayış evləri yerləşir. Asfalt yol örtüyü üzərində yolun nişanlanması xətləri və işarələri yoxdur. Həmin asfalt yolun eni müxtəlif hissələrdə 4-5-6 metr olaraq dəyişir, həmin yol iki hərəkət zolaqlı olmaqla əks istiqamətli nəqliyyat axını üçün nəzərdə tutulmuşdur. Baxış keçirilən ərazidə yol kənarında yol nişanları yoxdur. Avtomobillə velosipedin toqquşduğu yer 3 istiqamətdən gələn yolun kəsişməsindən iki metr irəlidə yerləşir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə öz hərəkət zolağı ilə hərəkət edib yol kəsişməsini keçdikdən sonra düzünə istiqamətdə təxminən iki metr hərəkətini davam etdirərkən qarşı tərəfdən əks hərəkət zolağı istiqamətində hərəkət edən velosipedçi ilə toqquşmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, velosipedçinin gəldiyi istiqamətdə yolun sağ tərəfində yol kənarında dirək üzərində avtomobillərin görünməsi üçün güzgü quraşdırılmışdır. Həmin güzgüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, velosipedçinin gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşdıqda həmin güzgüdə qarşıdan və sol tərəfdən gələn nəqliyyat vasitələrini görmək mümkündür. Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşan zaman qeyd edilən güzgü görünmür və həmin güzgü sonuncunun hərəkət istiqamətində quraşdırılmamışdır. Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən hərəkət edən zaman nəqliyyat vasitəsini idarə edən sürücünün yol ayrıcına tam daxil olduqdan sonra avtomobili güzgü ilə paralel saxlayıb doxsan dərəcə sola baxdıqda güzgünü və güzgüdə əks olunan nəqliyyat vasitələrini görmək mümkün olur. Yol ayrıcında quraşdırılmış güzgü hadisə vaxtı Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən deyil qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, məhkəmə istintaq zamanı, hadisənin baş verdiyi Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən yolayrıcında velosipedçinin gəldiyi istiqamətdə yolun sağ tərəfində yol kənarında dirək üzərində avtomobillərin görünməsi üçün güzgü quraşdırılması, velosipedçinin gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşdıqda həmin güzgüdə qarşıdan və sol tərəfdən gələn nəqliyyat vasitələrinin görünməsi, Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşan zaman qeyd edilən güzgünün görünməməsi, həmin güzgünün sonuncunun hərəkət istiqamətində quraşdırılmaması müəyyən edilmiş, qeyd edilənlər əsasında cinayət işi üzrə əlavə məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin eksperti X2 məlumatından görünür ki, iş materiallarında, yəni 1-ci cilddə olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 4 may 2021-ci il tarixli protokola əlavə edilmiş vərəq 17, fotoşəkil 1-dən, vərəq 18 " fotoşəkil 4-dən və həmçinin 2-ci cilddə olan baxış aparılması haqqında 25 noyabr 2022-ci il tarixli protokola əlavə edilmiş vərəq 67, fotoşəkil 7-8-dən, vərəq 68 fotoşəkil 9-10-dan belə məlum olur ki, hadisə baş verdiyi zaman yolayrıcında görünüşün məhdudlaşmasını aradan qaldırması üçün quraşdırılmış xüsusi güzgünün ölçüləri (yer səviyyəsindən hündürlüyü və istiqaməti) bir-birindən kəskin fərqlənir. Belə vəziyyətdə 25 noyabr 2022-ci il tarixli baxış aparılması haqqında protokolla müəyyən edilmiş məlumatlar hadisənin real baş vermə mexanizmini əks etdirmədiyinə görə 21 fevral 2023-cü il tarixdə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yerinə təkrar baxış keçirilmiş və baxışda iştirak edən və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 bildirmişdir ki, onun hadisə ilə bağlı hər hansı məlumatı yoxdur, o hadisədən sonradan xəbər tutmuşdur. Onun yaşadığı ev hadisə baş verin yol kəsişməsində yerləşir. Həmin yol kəsişməsində ərazidə yaşayan sakinlər tərəfindən yol kənarında güzgü quraşdırılmışdır. Güzgünün quraşdırılmasında məqsəd kəsişməyə daxil olan nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat vasitələrini görməsi və baş verə biləcək hadisələrin qarşısının alınması olmuşdur. Həmin güzgü əvvəl uzunluğu 2 metr olan dəmir boru üzərinə bərkidilmiş, lakin hündürlük az olduğuna görə kənar təsir nəticəsində qırıldığı üçün, o, əlavə dəmir boru gətirərək güzgünün bərkidildiyi boruya qaynaq etməklə borunu uzatmış, lakin güzgünün baxdığı istiqaməti (baxış bucağını) dəyişməmişdir. X8 güzgünü quraşdırıldığı boruda artırma etdiyi hissəni göstərmişdir. Qeyd edilən güzgüyə baxış keçirərkən müəyyən edilmişdir ki, hal-hazırda güzgünün bərkidildiyi borunun ümumi uzunluğu 276 sm-dir. Cavid Ağayev boruya artırma etdiyi hissəni göstərmiş və bildirmişdir ki, boruya əlavə qaynaq etməmişdən əvvəl güzgünün bərkidildiyi 12 sm-lik hissəni kəsmiş boruya əlavə boru qaynaq etdikdən sonra yenidən 12-sm-lik hissənin borunun yuxarı hissəsinə qaynaq etmişdir. Bunun səbəbi güzgünün bərkidildiyi boru ilə əlavə qaynaq etdiyi borunun diametrlərinin fərqli olması olmuşdur. Güzgünün bərkidildiyi boruya baxış keçirilərkən müəyyən edilmişdir ki, yerdən 186 sm. hündürlükdən sonra boruya uzunluğu 78 sm. olan başqa bir boru qaynaq edilməklə birləşdirilmiş və həmin borunun yuxarı hissəsinə isə güzgünün bərkildildiyi 12 sm-lik boru qaynaq edilmişdir. Cavid Ağayev tərəfindən güzgü yenidən əvvəlki vəziyyətinə qaytarılaraq, hadisə vaxtı bərkidilmiş hündürlükdə və baxış bucağı altında bərkidilmişdir. Təkrar baxış zamanı müəyyən edilmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşarkən qeyd edilən güzgü görünmür və həmin güzgü Təqsirləndirilən şəxs hərəkət istiqamətində quraşdırılmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı gəldiyi istiqamətdən hərəkət edən sürücü yol ayrıcına tam daxil olduqdan sonra avtomobili güzgü ilə paralel saxlayıb 90 dərəcə sola baxdıqda güzgünü və güzgüdə əks olunan nəqliyyat vasitələrini görə bilər. Qeyd edilən güzgü Təqsirləndirilən şəxs hadisə vaxtı gəldiyi istiqamətdən deyil, əks istiqamətdən gələn nəqliyyat vasitələr üçün nəzərdə tutulmuşdur. Belə ki, hadisə vaxtı velosipedçinin gəldiyi istiqamətdən yol ayrıcına yaxınlaşdıqda qarşıdan və sol tərəfdən gələn nəqliyyat vasitələrini görmək mümkün olur. xx.xx.2023-cü il tarixli 8/1667-5/835 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, cinayət işinin materialında olan Fotocədvəldəki Foto 4 "Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v.18) olan güzgünün və Fotocədvəldəki Foto- 10 (cild 2, i.v. 68) olan fotoşəkildə olan güzgünün yerləşmə hündürlüyü fərqlidir, birinci şəkildə güzgü ikinci şəkilə nisbətən aşağıda yerləşib. Fotocədvəldəki Foto 4 "Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v. 18) olan güzgünün və Fotocədvəldəki Foto 10 (cild 2, i.v. 68) olan fotoşəkillərdə olan güzgünün yerləşdiyi bucaqlar fərqlidir. Fotocədvəldə olan Foto-09, Foto-10, Foto-11, Foto- 14 (cild 2, iv. 162-164 ve 167) şəkillərdəki güzgünün və Foto 4 Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v.18) və Foto 10 (cild 2, i.v. 68) şəkillərdəki güzgünün çəkiliş şəraitindən (kameranın obyektivindən güzgünün yerləşdiyi məsafə və istiqamət) fərqli olduğu üçün Foto-09, Foto-10, Foto-11 Foto-14 (cild 2, i.v.162-164 ve 167) şəkillərdə olan güzgünün yerləşdiyi hündürlüyü bucağı digər şəkillərdən nə qədər fərqli olmasını müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, məhkəmə tərəfindən 5 may 2023-cü il tarixli baxış aparılması haqqında protokolla müəyyən edilmiş məlumatlar hadisənin real baş vermə mexanizminə uyğun olmadığından həmin məlumatlara görə “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara uyğun tədqiqat aparılaraq aşağıdakı nəticəyə gəlinmişdir: “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uğunsuzluq olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti yol hərəkəti və nəqliyyat vasitəsinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, CPM-in 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Bəraət hökmünə təqsirləndirilən şəxsin təqsirsizliyini şübhə altına alan ifadələrin daxil edilməsinə yol verilmir. CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına” dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 18-ci bəndində göstərilmişdir ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə 15-20 km/saat sürətlə hərəkətdə olarkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olması, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək qarşıdan əks istiqamətdə yolun sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçini avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan velosipedi idarə edən yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğluna sol baldırın yuxarı 1/3-nin yerdəyişmiş sınığı kimi, insan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri vurmaqla, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozması göstərilmişdir. Halbuki, məhkəmə araşdırması zamanı toplanmış sübutlardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə 23 km/saat sürətlə hərəkətdə olarkən, qarşıdan yolun döngəli hissəsində əks istiqamətdə onun hərəkət yolunun sağ kənarına yaxın hissəsi ilə 22 km/saat surətlə düzünə hərəkətdə olan xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğlunun qəflətən onun idarə etdiyi avtomobillə qarşı-qarşıya gəldiyini görərək dərhal tormozlama aparmaqla surəti 12 km/saata endirmiş, lakin buna baxmayaraq onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə velosipedçi vurularaq avtomobilin hərəkəti istiqamətinə sağ tərəfə düşümşdür. Avtomobillin qarşı hissəsinə çırpılmazdan əvvəl velosipedçi Zərərçəkmiş şəxs velosipedin surətini azaltmaq üçün heç bir tədbir görməmiş və hərəkətdə olduğu surətlə avtomobilin qarşı hissəsinə çırpılmış və nəticədə, sol baldırın yuxarı 1/3-nin yerdəyişmiş sınığı kimi, insan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə onun 12 km/saat sürətlə yolun döngəli hissəsindən öz sağına doğru hərəkət etdiyi zaman velosipedçini gördüyü anda yaranmış və velosipedçini görən kimi sərt tormozlama apararaq avtomobilin surətini tam dayanma həddinə qədər azaltmış, lakin buna baxmayaraq velosipedçi hərəkətdə olduğu 22 km/sat surətlə onun avtomobilinin qarşı hissəsinə çırpılmışdır. Sürücü Təqsirləndirilən şəxs velosipedçini görməsi ilə sonuncunun avtomobilə çırpılması arasında keçən vaxt 1 saniyədən az olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı velosipedçi Zərərçəkmiş şəxs oğlu idarə etdiyi velosipedlə bir istiqamətdə bir hərəkət zolağı olan yolda qarşıdan əks istiqamətdə həmin hərəkət zolağının mərkəzi hissəsinə yaxın yolun sağ kənarı ilə düzünə hərəkət edərək, qarşıdan gələn hərəkət iştirakçılarının görünmədiyi, məhdud görünüşlü yol ayrıcından çıxan Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ-2107" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs elan edilmiş ittihamda onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yol nəqliyyat hadisəsini törətməsi göstərilsə də, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, müvafiq sübutlar toplanılmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilmədən Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 1-ci maddəsinə əsasən yol hərəkəti iştirakçısı — hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən göründüyü kimi, yol hərəkətində təhlükəsiz və rahat iştirak üçün ən vacib şərtlərdən biri kimi yol hərəkəti iştirakçılarından yol hərəkəti qaydalarının təhlükəsiz hərəkətə dair ümumi tələblərini, nizamlayıcının və svetoforun siqnallarını, onların mənalarını, yol nişanlarının, yolların nişanlanmasının, habelə yol işlərində istifadə olunan səs və işıq siqnallarının mahiyyətini və irəli sürdüyü tələbləri, operativ nəqliyyat vasitələrinin fərqləndirici nişan və siqnallarını, eləcə də digər nəqliyyat vasitəsi sürücülərinin siqnallarını (xüsusən müəyyən manevrlər barədə məlumat vermək üçün istifadə olunan dönmə siqnallarını) bilmək və onlara riayət etmək tələb olunur. Yol hərəkəti iştirakçılarının hərəkət qaydalarına, müxtəlif texniki vasitələrin göstərişlərinə, habelə hərəkət təhlükəsizliyinin başqa tələblərinə daha dəqiq riayət etməsi üçün yolların tənzimləmə vasitələri ilə təchiz edilməsi standartlara uyğun olmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratma dedikdə digərlərinə maneə yaratmağın, təhlükəli manevrlər etməyin, hərəkət qaydalarından kənara çıxan istənilən əməlin yolverilməzliyi başa düşülməlidir. Yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq dövlətin və onun müvafiq qurumlarının vəzifəsidir. Hərəkət iştirakçılarının ən mühüm vəzifəsi hərəkət qaydalarına riayət etmək, başqalarına və yol infrastrukturuna qayğı ilə yanaşmaq, hərəkət iştirakçılarına təhlükə yaradan istənilən davranışdan çəkinməkdir. Qanunvericilikdə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaq, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaq vəzifəsi yalnız nəqliyyat vasitəsinin sürücüsünə deyil, bütün hərəkət iştirakçılarına aid edilmişdir. Lakin ibtidai istintaq zamanı yol hərəkət iştirakçısı Təqsirləndirilən şəxs öz hərəkətləri ilə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamasının nədə təzahür etdiyi müəyyənləşdirilməmişdir. İbtidai istintaq orqanı tərəfindən təyin edilmiş xx.xx.2021-ci il tarixli, 8/1516 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2107” markalı, **-BB-*** dövlət nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/1516 nömrəli rəyini sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. Belə ki, CPM-in 127.1-ci maddəsinə əsasən ekspertin rəyi onun tərəfindən yazılı şəkildə ifadə edilmiş elm, texnika, incəsənət və ya peşə sahəsində xüsusi biliklərə əsaslanmış cinayət prosesini həyata keçirən orqanın və ya cinayət prosesi tərəflərinin ekspert qarşısında qoyduğu suallara, habelə iş materiallarının tədqiqi zamanı ortaya çıxan onun səlahiyyətlərinə aid digər halların araşdırılmasına dair nəticələridir, bu nəticələri əsaslandıran ekspertin apardığı tədqiqatın təsviridir. CPM-in127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən mövcud hallar tam, hərtərəfli və obyektiv araşdırılmımış, yəni hadisə yerinə ətraflı baxış keçirilərək sözü gedən hadisəni özündə əks etdirən videogörüntülər alınaraq cinayət işinin materiallarına əlavə edilərək həmin videogörüntülər əsasında müvafiq ekspertizalar keçirilməmişdir. Həmçinin hadisə yerində yolun hərəkət hissəsinin sağ kənarında köməkçi güzgünün quraşdırılması müəyyən edilsə də, hadisə vaxtı Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən avtomobillə hərəkət edərkən həmin güzgüdə qarşıdan gələn hərəkət iştirakçılarını görməsinin mümkünlüyü aydınlaşdırılmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/1516 nömrəli rəyini təsviri hissəsində göstərilmişdir ki, qeyd edilən vəziyyətdə sürücü Bəkirov diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıdan əks istiqamətdə yolun sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçini nəzərə alaraq ondan hərəkətin təhlükəsizliyini təmin edən lazimi yan məsafə seçərək onun yanından keçib getməli idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi sürücü Bəkirov idarə etdiyi avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən qarşıdan əks istiqamətdə yolun sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçini qabaq sağ hissəsi ilə vurması onu izah edir ki, mövcud vəziyyətdə hadisə sürücü Bəkirovun hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar baş vermişdir. Yuxarıda göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı hadisənin baş verdiyi yolun hərəkət hissəsinin 4-6 metr enində olmaqla hər istiqamətdə bir hərəkət zolağından ibarət olması müəyyən edilmişdir. Bununla yanaşı ibtidai istintaq orqanı tərəfindən hadisə yerinə baxış keçirilməsi barədə protokola əlavə edilmiş sxemdən və zərərçəkmiş şəxsin ifadəsinin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, hadisə vaxtı X3 velosipedi sürücü Təqsirləndirilən şəxs avtomobili idarə etdiyi eni təxminən 2 (iki) metr olan hərəkət zolağının sağ kənarı ilə deyil bir qədər zolağın mərkəzinə yaxın hissədə idarə etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı hadisəni özündə əks etdirən diskdə olan videogörüntüyə baxış zamanı da qeyd edilən xüsusatlar öz təsdiqini tapmışdır, Eyni zamanda məhkəmə istintaqı zamanı alınmış ifadələr və tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs avtomobili idarə edib Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə 23 km/saat sürətlə hərəkətdə olarkən, qarşıdan yolun döngəli hissəsində əks istiqamətdə sonuncunun hərəkət yolunun sağ kənarına yaxın hissəsi ilə 22 km/saat surətlə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs oğlunun qəflətən avtomobillə qarşı-qarşıya gəldiyini görərək dərhal tormozlama etməsi, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə velosipedçini vurması, sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə onun 12 km/saat sürətlə yolun döngəli hissəsindən öz sağına doğru hərəkət etdiyi zaman velosipedçini gördüyü anda yaranması, Təqsirləndirilən şəxs velosipedçini görməsi ilə sonuncunun avtomobilə çırpılması arasında keçən vaxtın 1 saniyədən artıq olmaması, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı velosipedçi Zərərçəkmiş şəxs oğlu idarə etdiyi velosipedlə əks istiqamətli hərəkət zolağında hərəkət edərək, qarşıdan gələn hərəkət iştirakçılarının görünmədiyi, məhdud görünüşlü yol ayrıcından çıxan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toqquşması müəyyən edilmişdir. Belə olan halda sürücü Təqsirləndirilən şəxs hadisə zamanı məhdud görünüş şəraitli, yəni qarşıdan gələn hərəkət iştirakçılarının görünmədiyi yol ayrıcından çıxarkən bir istiqamətdə bir hərəkət zolağı olan yolda qarşıdan əks istiqamətdə həmin hərəkət zolağının mərkəzi hissəsinə yaxın yolun sağ kənarı ilə düzünə hərəkətdə olan velosipedçini nəzərə alaraq sonuncudan hərəkətin təhlükəsizliyini təmin edən lazimi yan məsafə seçərək onun yanından keçib getməsini təmin etməsi qeyri mümkün olmuşdur. Başqa sözlə toqquşma anınadək sürücünün qarşıdan velosipedçinin gəlməsini görməsinin mümkün olmaması, toqquşma anınadək velosipedçinin sürücünün görünüş dairəsində bir saniyədən də az müddətə olması, hadisə vaxtı velosipedçinin velosipedi yolun tam sağ kənarı ilə deyil, hərəkət zolağının mərkəzinə yaxın yolun sağ kənarı ilə idarə etməsi, sürücünün velosipedçini gördüyü halda belə hərəkətin təhlükəsizliyini təmin etmək üçün yan məsafə seçmək üçün qarşı hərəkət zolağına çıxmalı olması (belə olan halda qarşı hərəkət zolağında hərəkət edən hərəkət iştirakçıları üçün təhlükə yaratması ehtimalı) ekspert rəyində nəzərə alınmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 8/1516 nömrəli rəyinin işin faktiki hallarına uyğun gəlməməsi səbəbi ilə sübut qismində qəbul etmir. Bununla yanaşı məhkəmə istintaqı zamanı təyin edilmiş xx.xx.2022-ci il tarixli 8/1757-4/1024 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiq olunan şəraitdə “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü M.Ə.Bəkirov avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin rəyin təsviri hissəsində qeyd edilmişdir ki, yolayrıcında görünüşün məhdudlaşmasını aradan qaldırması üçün xüsusi güzgü quraşdırılması nəzərə alınmaqla şərti olaraq velosipedçinin yolayrıcına yaxınlaşan zaman sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olmasına uyğun sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri tədqiq olunmuşdur. Yəni tədqiqat sürücü Təqsirləndirilən şəxs yolayrıcına yaxınlaşdıqda velosipedçinin onun görünüş dairəsində olması şəraitinə uyğun aparılmışdır. Məhkəmə baxışı zamanı sözügedən rəyin yol nəqliyyat hadisələri hissəsi üzrə ekspertiza tədqiqatını aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizası şöbəsinin eksperti X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olması barədə nəticəyə gəlməsinə səbəb cinayət işinin materiallarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yolayrıcında görünüşün məhdudlaşmasının aradan qaldırılması üçün xüsusi güzgü quraşdırılması olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hadisə vaxtı hərəkət etdiyi istiqamətdən yolayrıcına daxil olduğu zaman qeyd edilən güzgü əks istiqamətdən gələn velosipedçini görməyə imkan verdiyi halda Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq olması müəyyən edilir. Qeyd edilən eyni situasiyada Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yolayrıcına daxil olarkən yol kənarında quraşdırılmış güzgüdə əks istiqamətdən gələn velosipedçini və ya digər hərəkət iştirakçılarını görmək imkanı olmadığı halda onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq müəyyən edilmir. Bu göstərilən hallar isə cinayət işin materiallarında dəqiq olaraq öz əksini tapmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/1757-4/1024 nömrəli rəyinin yol nəqliyyat hadisəsi üzrə hissəsini sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. Belə ki, məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, velosipedçinin gəldiyi istiqamətdə yolun sağ tərəfində yol kənarında dirək üzərində avtomobillərin görünməsi üçün güzgü quraşdırılmış, velosipedçinin gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşdıqda həmin güzgüdə qarşıdan və sol tərəfdən gələn nəqliyyat vasitələrini görmək mümkündür. Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşan zaman qeyd edilən güzgü görünmür və həmin güzgü sonuncunun hərəkət istiqamətində quraşdırılmamışdır. Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən hərəkət edən zaman nəqliyyat vasitəsini idarə edən sürücünün yol ayrıcına tam daxil olduqdan sonra avtomobili güzgü ilə paralel saxlayıb doxsan dərəcə sola baxdıqda güzgünü və güzgüdə əks olunan nəqliyyat vasitələrini görmək mümkün olur. Yol ayrıcında quraşdırılmış güzgü hadisə vaxtı Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən deyil qarşı tərəfdən gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulmuşdur. Bundan başqa məhkəmə istintaqı zamanı hadisə yerinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və baxışda iştirak edən, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 bildirmişdir ki, hadisə yerində, yol kəsişməsində sakinlər tərəfindən yol kənarında güzgü quraşdırılmışdır. Güzgünün quraşdırılmasında məqsəd kəsişməyə daxil olan nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat vasitələrini görməsi və baş verə biləcək hadisələrin qarşısının alınması olmuşdur. Həmin güzgü əvvəl uzunluğu 2 metr olan dəmir boru üzərinə bərkidilmiş, lakin hündürlük az olduğuna görə kənar təsir nəticəsində qırıldığı üçün, o, əlavə dəmir boru gətirərək güzgünün bərkidildiyi boruya qaynaq etməklə borunu uzatmış, lakin güzgünün baxdığı istiqaməti (baxış bucağını) dəyişməmişdir. X8 güzgünü quraşdırıldığı boruda artırma etdiyi hissəni göstərmişdir. Qeyd edilən güzgüyə baxış keçirərkən müəyyən edilmişdir ki, hal-hazırda güzgünün bərkidildiyi borunun ümumi uzunluğu 276 sm-dir. Cavid Ağayev boruya artırma etdiyi hissəni göstərmiş və bildirmişdir ki, boruya əlavə qaynaq etməmişdən əvvəl güzgünün bərkidildiyi 12 sm-lik hissəni kəsmiş boruya əlavə boru qaynaq etdikdən sonra yenidən 12-sm-lik hissənin borunun yuxarı hissəsinə qaynaq etmişdir. Bunun səbəbi güzgünün bərkidildiyi boru ilə əlavə qaynaq etdiyi borunun diametrlərinin fərqli olması olmuşdur. Güzgünün bərkidildiyi boruya baxış keçirilərkən müəyyən edilmişdir ki, yerdən 186 sm. hündürlükdən sonra boruya uzunluğu 78 sm. olan başqa bir boru qaynaq edilməklə birləşdirilmiş və həmin borunun yuxarı hissəsinə isə güzgünün bərkildildiyi 12 sm-lik boru qaynaq edilmişdir. Cavid Ağayev tərəfindən güzgü yenidən əvvəlki vəziyyətinə qaytarılaraq, hadisə vaxtı bərkidilmiş hündürlükdə və baxış bucağı altında bərkidilmişdir. Təkrar baxış zamanı müəyyən edilmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşarkən qeyd edilən güzgü görünmür və həmin güzgü Təqsirləndirilən şəxs hərəkət istiqamətində quraşdırılmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı gəldiyi istiqamətdən hərəkət edən sürücü yol ayrıcına tam daxil olduqdan sonra avtomobili güzgü ilə paralel saxlayıb 90 dərəcə sola baxdıqda güzgünü və güzgüdə əks olunan nəqliyyat vasitələrini görə bilər. Qeyd edilən güzgü Təqsirləndirilən şəxs hadisə vaxtı gəldiyi istiqamətdən deyil, əks istiqamətdən gələn nəqliyyat vasitələr üçün nəzərdə tutulmuşdur. Belə ki, hadisə vaxtı velosipedçinin gəldiyi istiqamətdən yol ayrıcına yaxınlaşdıqda qarşıdan və sol tərəfdən gələn nəqliyyat vasitələrini görmək mümkün olur. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli 8/1757-4/1024 nömrəli rəyin yol nəqliyyat hadisələri hissəsinin yolayrıcında görünüşün məhdudlaşmasını aradan qaldırması üçün xüsusi güzgü quraşdırılması nəzərə alınmaqla şərti olaraq velosipedçinin yolayrıcına yaxınlaşan zaman sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olmasına uyğun hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətlərinin tədqiq olunması qeyd edilsə də, ibtidai istintaq və məhkəmə istintaqı zamanı hadisə yerində yolun hərəkət hissəsinin sağ kənarında köməkçi güzgünün quraşdırılması müəyyən edilsə də, hadisə vaxtı Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən avtomobillə hərəkət edərkən həmin güzgüdə qarşıdan gələn hərəkət iştirakçılarını görməsinin mümkünlüyü aydınlaşdırılmamışdır. Buna baxmayaraq ekspert velosipedçinin yolayrıcına yaxınlaşan zaman sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olmasını, rəy verilənədək cinayət işinin materiallarında öz əksini tapmadığına baxmayaraq öz ehtimalına əsaslanıb Təqsirləndirilən şəxs hadisə vaxtı hərəkət etdiyi istiqamətdən yolayrıcına daxil olduğu zaman qeyd edilən güzgüdə əks istiqamətdən gələn velosipedçini görməli olması nəticəsinə gəlib, sonuncunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğunsuzluq olması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin .09.2022-ci il tarixli 8/1757-4/1024 nömrəli rəyinin yol nəqliyyat hadisəsi üzrə hissəsini sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı təyin edilmiş xx.xx.2023-cü il tarixli 8/1667-5/835 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, cinayət işinin materialında olan Fotocədvəldəki Foto 4 "Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v.18) olan güzgünün və Fotocədvəldəki Foto- 10 (cild 2, i.v. 68) olan fotoşəkildə olan güzgünün yerləşmə hündürlüyü fərqlidir, birinci şəkildə güzgü ikinci şəkilə nisbətən aşağıda yerləşib. Fotocədvəldəki Foto 4 "Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v. 18) olan güzgünün və Fotocədvəldəki Foto 10 (cild 2, i.v. 68) olan fotoşəkillərdə olan güzgünün yerləşdiyi bucaqlar fərqlidir. Fotocədvəldə olan Foto-09, Foto-10, Foto-11, Foto-14 (cild 2, iv. 162-164 ve 167) şəkillərdəki güzgünün və Foto 4 Yolun hərəkət hissəsinin kənarında olan güzgünün görüntüsü (cild 1, i.v.18) və Foto 10 (cild 2, i.v. 68) şəkillərdəki güzgünün çəkiliş şəraitindən (kameranın obyektivindən güzgünün yerləşdiyi məsafə və istiqamət) fərqli olduğu üçün Foto-09, Foto-10, Foto-11 Foto-14 (cild 2, i.v.162-164 ve 167) şəkillərdə olan güzgünün yerləşdiyi hündürlüyü bucağı digər şəkillərdən nə qədər fərqli olmasını müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, məhkəmə tərəfindən 5 may 2023-cü il tarixli baxış aparılması haqqında protokolla müəyyən edilmiş məlumatlar hadisənin real baş vermə mexanizminə uyğun olmadığından həmin məlumatlara görə “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara uyğun tədqiqat aparılaraq aşağıdakı nəticəyə gəlinmişdir: “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uğunsuzluq olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1667-5/835 nömrəli rəyinin sübut növü kimi qəbul etməmək qənaətinə gəlmişdir. Belə ki, sözügedən rəydən görünür ki, ibtidai istintaq zamanı hadisə yerinə baxış keçirilən zaman çəkilmiş fotoşəkillər məhkəmə istintaqı zamanı hadisə yerinə təkrar baxış keçirilən zaman çəkilmiş fotoşəkillərdən çəkiliş şəraitinə, yəni bucağına görə fərqləndiyi üçün güzgünün hadisə baş verən zaman baxış istiqaməti və hündürlüyünün məhkəmə istintaqı zamanı təkrar baxışla müəyyən edilmiş baxış istiqaməti və hündürlükdə olmasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı hadisə yerində quraşdırılmış güzgüdə dəyişiklik etmiş X8 müəyyən edilərək dindirilmis, sonuncunun iştirakı ilə hadisə yerinə təkrar baxış keçirilərək həmin güzgü ilkin vəziyyətə, yəni hadisə vaxtı olan hündürlüyə və baxış bucağına gətirilərək fotoşəkillər çəkilmiş və baxış protokoluna əlavə edilmişdir. Həmçinin ibtidai istintaq zamanı hadisə yerinə baxış keçilərəkən çəkilmiş fotoşəkillərlə məhkəmə istintaqı zamanı hadisə yerinə keçirilmiş təkrar baxış zamanı çəkilmiş fotoşəkillərin çəkilmə bucağı fərqli olsa da, məhkəmə istintaqı zamanı sözügedən güzgünün hündürlüyü və baxış bucağı ilkin vəziyyətə qaytarılmışdır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı keçirilərək tərtib edilmiş baxış protokollarına əlavə edilmiş fotoşəkillər sabitlənmiş kamera görüntülərindən əldə edilmədiyi üçün və fərqli vaxtlarda çəkildiyinə görə həmin fotoşəkillərin güzgüdən dəqiqliklə eyni məsafədə və baxış bucağında qeydə alınması qeyri mümkün olmuşdur ki, bu da sözügedən güzgünün ilkin vəziyyətə gətirilməsinin mümkünlüyünü istisna etmir. Bundan başqa xx.xx.2023-cü il tarixli 8/1667-5/835 nömrəli rəydə qeyd edilmişdir ki, 5 may 2023-cü il tarixli baxış aparılması haqqında protokolla müəyyən edilmiş məlumatlar hadisənin real baş vermə mexanizminə uyğun olmadığından həmin məlumatlara görə “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara uyğun tədqiqat aparılaraq aşağıdakı nəticəyə gəlinmişdir: “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur Bununla bağlı məhkəmə qeyd etməyi zəruri edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib xx.xx.2021-ci il tarixdə saat 16:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ilə 23 km/saat sürətlə hərəkətdə olarkən, qarşıdan yolun döngəli hissəsində əks istiqamətdə onun hərəkət yolunun sağ kənarına yaxın hissəsi ilə 22 km/saat surətlə düzünə hərəkətdə olan Zərərçəkmiş şəxs oğlunun qəflətən onun idarə etdiyi avtomobillə qarşı-qarşıya gəldiyini görərək dərhal tormozlama aparmaqla surəti 12 km/saata endirmiş, lakin buna baxmayaraq onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə velosipedçi vurularaq avtomobilin hərəkəti istiqamətinə sağ tərəfə düşümşdür. Avtomobillin qarşı hissəsinə çırpılmazdan əvvəl velosipedçi Zərərçəkmiş şəxs velosipedin surətini azaltmaq üçün heç bir tədbir görməmiş və hərəkətdə olduğu surətlə avtomobilin qarşı hissəsinə çırpılmış və nəticədə, sol baldırın yuxarı 1/3-nin yerdəyişmiş sınığı kimi, insan həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə onun 12 km/saat sürətlə yolun döngəli hissəsindən öz sağına doğru hərəkət etdiyi zaman velosipedçini gördüyü anda yaranmış və velosipedçini görən kimi sərt tormozlama apararaq avtomobilin surətini tam dayanma həddinə qədər azaltmış, lakin buna baxmayaraq velosipedçi hərəkətdə olduğu 22 km/sat surətlə onun avtomobilinin qarşı hissəsinə çırpılmışdır. Sürücü Təqsirləndirilən şəxs velosipedçini görməsi ilə sonuncunun avtomobilə çırpılması arasında keçən vaxt 1 saniyədən az olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı velosipedçi Zərərçəkmiş şəxs oğlu idarə etdiyi velosipedlə bir istiqamətdə bir hərəkət zolağı olan yolda qarşıdan əks istiqamətdə həmin hərəkət zolağının mərkəzi hissəsinə yaxın yolun sağ kənarı ilə düzünə hərəkət edərək, qarşıdan gələn hərəkət iştirakçılarının görünmədiyi, məhdud görünüşlü yol ayrıcından çıxan Təqsirləndirilən şəxs idarə etdiyi "VAZ-2107" markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla yanaşı məhkəmə istintaqı zamanı hadisə yerində quraşdırılmış güzgü ilkin vəziyyətinə qaytarılmış və müəyyən edilmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs gəldiyi istiqamətdən yolayrıcına yaxınlaşarkən qeyd edilən güzgü görünmür və həmin güzgü Təqsirləndirilən şəxs hərəkət istiqamətində quraşdırılmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı gəldiyi istiqamətdən hərəkət edən sürücü yol ayrıcına tam daxil olduqdan sonra avtomobili güzgü ilə paralel saxlayıb 90 dərəcə sola baxdıqda güzgünü və güzgüdə əks olunan nəqliyyat vasitələrini görə bilər. Qeyd edilən güzgü Təqsirləndirilən şəxs hadisə vaxtı gəldiyi istiqamətdən deyil, əks istiqamətdən gələn nəqliyyat vasitələr üçün nəzərdə tutulmuşdur. Belə ki, hadisə vaxtı velosipedçinin gəldiyi istiqamətdən yol ayrıcına yaxınlaşdıqda qarşıdan və sol tərəfdən gələn nəqliyyat vasitələrini görmək mümkün olur. Göründüyü kimi, yuxarıda qeyd edilən hallar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla öz təsdiqini tapdığı təqdirdə ekspert məhkəmə istintaqının gəldiyi nəticəyə əhəmiyyət verməyərək natamam ibtidai istintaq materiallarına, yəni ibtidai istintaqın gəldiyi nəticəyə əsaslanıb təhqiqat aparımışdır. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texnikiimkanının olub-olmaması məsələsinin aydınlaşdırılması ilə bağlı bir daha qeyd edir ki, ibtidai istintaq zamanı iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmamış və ekspert tərəfindən ibtidai istintaqın gəldiyi nəticə əsas götürülməklə Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması barədə rəy verilmişdir. Lakin yuxarıda qeyd olunanlardan müəyyən edilmişdir ki, hadisənin baş verdiyi ərazidə quraşdırılmış güzgü sakinlər tərəfindən quraşdırılmış, hər hansı səlahiyyətli dövlət qurumu tərəfindən quraşdırılmamışdır. Bundan əlavə yol kənarında quraşdırılmış güzgü “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda yol hərəkətinin təşkilinin texniki vasitələrində qeyd edilməmişdir. Həmin qanunun 1-ci maddəsinin 2-1-ci hissəsinə əsasən yol hərəkətinin təşkilinin texniki vasitələrinə-yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.) aid edilir. İbtidai istintaq zamanı və məhkəmə istintaq zamanı təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizaları, həmçinin məhkəmədə dindirilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, hadisənin baş verdiyi ərazidə yolayrıcında görünüşün məhdudlaşmasını aradan qaldırması üçün xüsusi güzgü quraşdırılması nəzərə alınmaqla şərti olaraq velosipedçinin yolayrıcına yaxınlaşan zaman sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olmasına uyğun sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri tədqiq olunmuş, yeni qeyd edilən halda sonuncunun hadisənin qarşısına almağa texniki imkanı olmuşdur. Lakin məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol kənarında quraşdırılmış güzgü Təqsirləndirilən şəxs hadisə vaxtı gəldiyi istiqamətdən deyil, əks istiqamətdən gələn nəqliyyat vasitələr üçün nəzərdə tutulmuş, həmin güzgüdə Təqsirləndirilən şəxs hadisə vaxtı gəldiyi istiqamətdən gəldikdə qarşıdan gələn hərəkət iştirakçılarını görmək nəqliyyat vasitəsini yolayrıcında tam dayandırmaq, 90 dərəcə sola baxmaq lazımdır. Qeyd edilən vəziyyət isə digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərində uyğunsuzluqdan söhbət gedə bilməz ki, o, həmin Qanunun qeyd edilən maddəsinin müəyyən edilmiş bəndinə riayət edərək hadisənin qarşısını almış olsun. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1667-5/835 nömrəli rəyi sübut növü kimi qəbul edilmir. X11 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263- 1.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Bundan başqa məhkəmə istintaqı zamanı dövlət ittihamçısı tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə istintaqı zamanı toplanmış sübutları Təqsirləndirilən şəxs xeyrinə həll etmək qənaətinə gəlmişdir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-in 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində CMin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmamalıdır. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs hadisə vaxtı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ-2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar hökmün surəti inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün müvafiq orqana göndərilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs oğluna qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə eyd edir ki, CPM-in179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə təqsirli şəxs müəyyən olunmadığından, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs oğluna bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur və bu baxımdan verilmiş mülki iddia cinayət mühakimə icraatında həll oluna bilməz. Buna görə də Zərərçəkmiş şəxs oğlunun Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasının baxılmamış saxlanılmasını və CPM-in 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun Zərərçəkmiş şəxs oğluna izah edilməsini məqsədəmüvafiq hesab edir. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 95 (doxsan beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 95 (doxsan beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-2107” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs oğlunun mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. Mülki iddiaçıya mülki icraat qaydasında iddia vermək hüququ izah edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün hökmün surəti Binəqədi Rayon Polis İdarəsinin X17 şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 95 (doxsan beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 570 (beş yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-8/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-8/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver