Məhkəmə qərarları › İş №1(001)-8/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-8/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-8/2024 18.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxs (mülki iddaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Əli-canzadə Şəbnəm İlham qızının, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1957-ci il tarixdə Ermənistanın Kalinino rayonu, Qızılşəfəq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi üzrə xx.xx.2019-cu il tarixli K-1453 saylı əmrlə (xx.xx.2019-cu il tarixdən vəzifəsinin icrasına başlaması nəzərə alınmaqla) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən 11 saylı cəzaçəkmə müəssisəsi üzrə 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməklə 15 iyul 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”na əsasən, məktəbin fəaliyyətinin idarə edilməsi, məktəbin inkişaf proqramının, perspektiv və cari planların hazırlanması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlərin görülməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyəti, avadanlığın uçotu və mühafizəsi, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004-cü il tarixli 12-T nömrəli əmrlə təsdiq olunmuş “Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”na əsasən, ümumi orta təhsil almalı olan məhkumların təhsilə cəlb edilməsini təmin etmək üçün müvafiq işlər aparmağa, məhkum-şagirdlər barədə onların oxuduqları məktəbin direktorlarına və ya müvafiq təhsil şöbələrinə (idarələrinə) sorğular göndərilməsinə və onların təhsili haqqında sənədlərinin əldə edilməsi üçün tədbirlər görməyə səlahiyyətli şəxs kimi öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək və qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub 11 saylı Cəzaçəkmə müəssisəsində saxlanılmaqla təhsilə cəlb edilmələrinə dair verilmiş təqdimat əsasında direktoru olduğu 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbində təhsilə cəlb edilmiş məhkum-şagirdlərin müvafiq təhsil sənədləri, yəni ümumi orta təhsil haqqında attestat əldə edib-etməmələri barədə sorğular verib aldığı cavablarda onların həmin təhsil sənədini almalarını müəyyən etməsinə, o cümlədən, Şahid2 təhsili barəsində Bakı şəhəri 21 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2013-cü ildə 9-cu sinfi bitirərək A seriyalı 266010 nömrəli,X3 təhsili barəsində Bakı şəhər 179 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2008-ci ildə 9-cu sinfi bitirərək A seriyalı 591430 nömrəli, Şahid3 təhsili barəsində Bakı şəhəri 103 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2008-ci ildə 9-cu bitirərək A seriyalı 724065 nömrəli, X5 təhsili barəsində Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbindən verilmiş xx.xx.2019-cu il tarixli məlumata əsasən, sonuncunun 2010-cu ildə 9-cu sinfi bitirərək A seriyalı 916246 nömrəli ümumi orta təhsil haqqında attestat almasını müəyyən etməsinə baxmayaraq, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül 1, dalan 2 ünvanında yerləşən məktəbin inzibati binasında xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə həmin halı müəyyən etdiyi zaman onları şagird kontingentindən çıxarmalı olduğu halda, bunu qəsdən etməyərək, həmin şəxslərin təhsil sənədlərini Pedaqoji Şura iclasına çıxarıb, Şuranın 12 iyun 2020-ci il tarıxli 4 nomrəli protokolu ilə qeyd edilən 4 şagirdi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxaraq 13 avqust 2020-ci il tarixli 5 nömrəli protokol ilə onlara yenidən müvafiq təhsil sənədinin, o cümlədən, Şahid2 C seriyalı 363476 nömrəli, X6 C seriyalı 363473 nömrəli, Şahid3 C serıyalı 363478 nömrəli, X7 C seriyalı 363466 nömrəli ümumi orta təhsil haqqında attestatların verilməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, xx.xx.2018-ci il tarixli 2 nömrəli əmrlə 8b sinfinə qəbul edilmiş məhkum Şahid5 barəsində Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbindən verilən xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncunun 2004-cü ildə həndəsə fənnindən “2” qiyməti aldığı üçün buraxılış imtahanına buraxılmamasını müəyyən etməsinə və bu halın onun müvafiq sinifə qəbulu və buraxılış imtahanına təqdim edilməsini istisna etməsinə baxmayaraq, qeyd edilən müddətdə məktəbin həmin inzibati binasında Şahid5 şagird kontingentindən çıxarmalı olduğu halda, heç bir tədbir görməyib onu həmin kontingentdə qəsdən saxlayaraq, sonuncuya aid təhsil sənədlərini Pedaqoji şuranın iclasına çıxarıb, Şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokolu ilə Şahid5 ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edərək C seriyalı 363468 nömrəli attestat almasına nail olmaqla, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın 3.3-cü bəndinə əsasən, ümumi orta və tam orta təhsil səviyyəsini 2016/2017-ci tədris ilində əvvəlki dərs ilində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən şagird Şahid6 dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymət X14 tərəfindən çıxarılmalı olduğu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.6-cı bəndinə əsasən, yəni Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında attestat hesab edilməsi göstərilsə də, qeyd olunan normativ aktın tələblərinə zidd olaraq 4 sentyabr 2018-ci il tarixli 1 nömrəli əmrlə 10-cu sinfə qəbul edilmiş Şahid6 ümumi orta təhsil haqqında attestat sənədinin olmaması barədə Gəncə şəhər 3 nömrəli tam orta məktəbdən daxil olmuş xx.xx.2020-ci il tarixli cavaba əsasən həmin faktı müəyyən etməsinə baxmayaraq, qeyd edilən müddətdə məktəbin həmin inzibati binasında onu şagird kontingentindən çıxarmalı olduğu halda bunu qəsdən etməyib Şahid6 aid təhsil sənədlərini Pedaqoji Şuranın iclasına çıxarıb, Şuranın 12 iyun 2020-ci il tarixli 4 nömrəli protokolu ilə sonuncunun tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılaraq 13 avqust 2020-ci il tarixli 5 nömrəli protokol ilə ona E seriyalı 340708 nömrəli tam orta təhsil haqqında attestat verilməsinə nail olmaqla, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004-cü il tarixli 12-T nömrəli əmrlə təsdiq olunmuş “Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”na əsasən, məktəblərdə siniflər, hər birində məhkum-şagirdlərin sayı 50 nəfərdən çox və 15 nəfərdən az olmadığı zaman komplektləşdirilməli olmasının müəyyən edilməsinə və məktəbin 9b sinfində 14 nəfər olduğuna görə, müstəsna hal olmaması da nəzərə alınmaqla, sinifin komplektləşdirilməməli olmasına baxmayaraq, qeyd edilən müddətdə məktəbin həmin inzibati binasında müvafiq Qaydaların tələbinə zidd olaraq sinifin komplektləşdirilməsinə nail olmaq məqsədilə vermiş olduğu sorğulara aldığı cavablara əsasən, müxtəlif əsaslarla şagird kontingentindən çıxarmalı olduğu şagirdləri, o cümlədən, xx.xx.2019-cu il tarixli əmrlə məktəbin 10B sinfinə qəbul edilmiş şagird X5 təhsili barəsində sorğuya Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbindən verilmiş xx.xx.2019-cu il tarixli məlumata əsasən, sonuncu 2010-cu ildə 9-cu sinfi bitirərək A seriyalı 916246 nömrəli ümumi orta təhsil haqqında attestat almasına, xx.xx.2018-ci il tarixli əmrlə 8b sinfinə qəbul edilmiş şagird Şahid5 Kərim oğlunun təhsili barəsində sorğuya Xaçmaz rayon Təhsil şöbəsi Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2004-cü ildə həndəsə fənnindən “2” qiyməti aldığı üçün buraxılış imtahanına buraxılmamasına, Şahid1 təhsili barədə Bərdə şəhər 6 saylı tam orta məktəb tərəfindən verilmiş arayışa əsasən, sonuncu 2003-cü ildə 9-cu sinfi bitirərək B seriyalı 606010 nömrəli ümumi orta təhsil haqqında attestat almasına baxmayaraq, həmin 3 nəfəri şagird kontingentindən çıxarmamaqla 17 şagird sayı üzrə 2019-2020-ci tədris ilində həmin sinfin komplektləşməsi və məktəbdə həmin sinfə dərs saatlarının açılması nəticəsində müəllimlərə əmək haqqı qismində 8.691,95 manat vəsait ödənilməklə, həmçinin, eyni niyyətlə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004cü il tarixli 12-T nömrəli əmrlə təsdiq olunmuş “Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”na əsasən, məktəblərdə siniflər, hər birində məhkum-şagirdlərin sayı 50 nəfərdən çox və 15 nəfərdən az olmadığı zaman komplektləşdirilməli olmasının müəyyən edilməsinə və məktəbin 12b sinfində 14 nəfər olduğuna görə, müstəsna hal olmaması da nəzərə alınmaqla, sinifin komplektləşdirilməməli olmasına baxmayaraq, qeyd edilən müddətdə məktəbin həmin inzibati binasında müvafiq Qaydaların tələblərinə zidd olaraq sinifin komplektləşdirilməsinə nail olmaq məqsədilə vermiş olduğu sorğulara aldığı cavablara əsasən, müxtəlif əsaslarla şagird kontingentindən çıxarmalı olduğu şagirdləri, o cümlədən, xx.xx.2018-ci il tarixli əmrlə məktəbin 10B sinfinə qəbul edilmiş şagird X4 təhsili barəsində sorğuya Cəlilabad rayonu Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2011-ci ildə 9-cu sinfi bitirərək A seriyalı 108841 nömrəli ümumi orta təhsil haqqında attestat almasına, xx.xx.2018-ci il tarixli əmrlə 8b sinfinə qəbul edilmiş şagird Şahid4 təhsili barəsində sorğuya Tərtər rayonu E.Muradov adına Hacıqərvənd kənd tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumata əsasən, sonuncu 2007-ci ildə 9-cu sinfi bitirərək A seriyalı 446997 ümumi orta təhsil haqqında attestat almasına baxmayaraq, həmin 2 nəfəri şagird kontingentindən çıxarmamaqla 16 şagird sayı üzrə 2019-2020-ci tədris ilində sinfin komplektləşməsi və məktəbdə həmin sinfə dərs saatlarının açılması nəticəsində müəllimlərə əmək haqqı qismində 8.283,74 manat vəsait ödənilməklə, dövlətin təhsil sistemi üzrə ümumi təhsil pillələrində tədrisin növbəliliyinin, bununla bağlı sənədləşmənin düzgünlüyünün, tədrisin maliyyələşməsinin müəyyən edilmiş normativlərə uyğunluğunun və təhsil sahəsində fəaliyyətin zəruri tələblər səviyyəsində həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin qanunla qorunan mənafeyinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsində 4 ay işləmiş, pandemiya dövründə də işləmək şəraiti olmamışdır. 68- 70 yaşında 4 müəllimin idarə tərəfindən uzaqlaşdırılmasına baxmayaraq, o, günahkar hesab olunmuşdur. Ona yaxınlaşmışlar ki, işi həll etsin, o də belə işlərlər məşğul olmadığını, öz işlərini özlərinin həll etmələrini bildirmişdir. Həmin şəxslər də onun haqqında şər-böhtanla bağlı yazılar yazmışlar. Amma Təhsil İdarəsinin fraqmetində yazılar vardır. Dekabr ayında barəsində şikayət ərizəsi yazmışlar, yanvarda yoxlama gəlmiş və yoxlama 5 ay davam etmişdir. 5 ay ərzində subyektiv, qərəzli yoxlamalar aparılmış, 5 vərəqədən ibarət arayış tərtib edilmiş və arayışda ondan əvvəlki direktorun adı keçmişdir. Belə ki, həmin direktor şagirdlərin bilik səviyyəsini yoxlamadan siniflərə götürmüşdür. 9-cu sinifdə olmalı şagirdi 8-ci sinifə götürüb, 8-ci sinif çagirdini 10-cu sinifə götürüb və sair. Həmçinin attestat almamışı, almış kimi göstərmişdir. O, işə gəldiyi zaman əlindən gəldiyi qədəri ilə bunu düzəltməyə çalışmışdır. Yoxlama 2019, 2020, 2021-ci illərdə aparılmışdır. İmdat müəllimin törətdiyi fəsatlara görə uyğunsuzluqlar yaranmışdır. Bunları aradan qaldırmaq məqsədilə sorğular göndərmiş, aldığı cavablara əsasən, uşaqları ya lazımi olduğu siniflərə salmış, ya da uzaqlaşdırmışdır. Məhəmmədəli Məmmədov da bir müddət direktor vəzifəsində çalışmışdır. O da İmdat müəllimin etdiklərini davam etdirmişdir. Heç bir əsas olmadan, onların adları təmizə çıxarılsa da, onun adına xələl gəlmişdir. Həmçinin ona şiddətli töhmət verilmişdir. Ona arayışla tanış olma haqqı verilməmiş, gizli olaraq Təhsil İdarəsinə yollanılmışdır. Onun izahatı olmadan Korrupsiya böılməsinə göndərilmişdir. Ona 3 dəfə cəza verilmiş, yekunda direktorluqdan, o cümlədən müəllimlikdən də azad olmuşdur. Müəllimlər 10 bal toplayaraq çalışsalar belə, onun 43 bal toplamasına baxmayaraq izin verilməmişdir. Korrupsiya İdarəsində də buna diqqət edilməmişdir. 1 il 2 ay sonra mülki iddia qaldırılmış, lakin bu mülki iddia da saxtalıqlarla doludur. Metodik vəsaitlər, dərsliklər təmin olunmadığından müəllimlər gündüz məktəblərinin proqramlarına uyğun olaraq jurnal yazırdılar. Nazirlər Kabinetinin 26 may 1996-cı il 59 nömrəli Qanununa əsasən, təhsil işçilərinin nümunəvi davranışına görə, 9 sinif olduğu üçün onlara 0,5 direktor müavini ştatı verilməli idi. 1 ştat kitabxanaçı, 3,5 ştat kiçik xidmət edici, 1 ştat katib vəzifəsi təmin edilməli idi. Heç bir səbəb göstərilmədən bu ştatlar verilməmişdir. Məktubla müraciət etsə də, müraciətləri rədd edilmişdir. Bu 6 nəfərin, əlavə olaraq özünün, ümumilikdə 7 nəfərin işini görməyə məcbur qalmışdır. Onlardan asılı olduğuna görə, nə deyiblərsə, etmişdir. Şəhərdə əlavə olaraq 4 xüsusi məktəb: 2, 20, 82, 103 nömrəli məktəblərə bu şatatlar verilmiş, amma onlara verilməmişdir. Ştat vəzifələrini yerinə yetirdiyinə görə büdcəyə 47.000 manat xeyir vermiş, sonradan öyrəndiyi məlumatlara görə bu əlavə pulla özlərini mükafatlandırmağı düşünmüşlər. 3 sinifə: 10C, 11A, 11 B sinif rəhbəri ştatı verilməmişdir. O siniflərdən də gəlir gəlmişdir. Ümumilikdə 47.951 manat qənaət olunmuşdur. Mülki iddiada yazılır ki, 9B və 12B sinifləri saxtadır. 9B sinifi sentyabr ayında 17 şagirdlə təmin olunmuşdur. İmdat müəllim tərəfindən sinif rəsmiləşdirilmişdir. Həmin sinifə yerləşdirilmiş 3 şagird X10 xx.xx.2019-cu ildə 4 nömrəli əmrlə 9B sinifinə yerləşdirilmiş, X8 və Şahid5 2 nömrəli əmrlə 8B sinifinə yerləşdirilmişdir. İdarə bu 3 şagirdin 9B sinifinə qəbulunu qanunsuz sayır. Ədliyyə Nazirliyinin 12 mart 2004-cü il tarixli Qaydasına əsasən, sinif sayı 15 nəfərdən az olanda da təşkil edilir. Tədris proqramında da şagird sayı 15 nəfərdən az olduqda da sinifin təçkil edilməsini qanuna uyğun hesab edir. 2020-2021-ci il tarixində 12B sinifinin də qanunsuz hesab edildiyi qeyd olunur. Həmin sinif 2019-2020-ci illərdə 11B sinifi adlanırdı və 18 nəfərdən ibarət idi. İl ərzində 2 şagird müəyyən səbəblərdən çıxarılmış və sinifdə 16 şagird qalmışdır. Sinif yenidən təşkil olunmamışdır və təzə şagird daxil etməmişdir. 2 şagird 9-cu sinifi bitirdikdən sonra 10-cu sinifə qəbul almışdır. Təhsil İdarəsi isə bunu düzgün hesab etməmişdir. Sual verdiyi halda Vüsal müəllim cavab verə bilməmişdir. İmdat Kazımovun qanunsuzluqla qəbul etdiyi şagirdlərə görə məsuliyyət daşımışdır. Gündüz məktəblərindən fərqli olaraq xüsusi məktəblərin rejimi çətindir. Bu cür məktəblərdə də işləmək müəllimlər üçün həm çətin, həm də risklidir. Bu səbəbdən müəllimlərə də güzəşt olunmalıdır. 4 ildir işdən çıxarılmış, övladlarının biri tələbə, biri isə bitirmişdir. Oğlu hərbi həkmiliyi bitirmiş, 44 günlük vətən müharibəsi zamanı oğlu hələ universitti bitirməmiş, könüllü olaraq ordu sıralarına yazılaraq, yaralanmış əsgər və zabitlərə, habelə digər vətəndaşlara tibbi xidmət üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş klinik hospitalında, keçmiş Papanin adlanan yerdə təmənnasız olaraq fəaliyyət göstərmişdir. Prezidentin bu yaxınlarda keçirdiyi anti-teror əməliyyatlarındada iştirak etmişdir. İnsan taleyinə oyuncaq kimi baxan Təhsil idarəsi tərəfindən yoxlamanın qəsdən qərəzli və subyektiv surətdə yönəldilməsi, istintaqında buna əhəmiyyət verməyərək həmən istiqamətdə də bitirməsini qarşısınının alınmasını, xəstəliyini, həmçinin işsizliyini nəzərə alıb məhkəmədən barəsində bəraət hökmünü çıxarılmasını xahi etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonunda yerləşən 47 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləmişdir. Təqaüdə çıxdıqdan sonra 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbdə müəllim işləmiş, 2020-2021 tədris ilində 10B sinfinin sinif rəhbəri olmuşdur. Məktəbə məhkumlar qəbul olunmazdan əvvəl onlarla şifahi söhbət aparılıb məhkum olunmamışdan əvvəl hansı məktəbi oxuduqları dəqiqləşdirilir, daha sonra həmin məktəblərə sorğu göndərilir. Daha sonra onun cavabı alındıqdan sonra məhkum ya qəbul edilmiş sinifdə qalır, ya sinfi dəyişdirilir, ya da ki, məktəbi qurtarıbsa, məktəbdən uzaqlaşdırılır. Pandemiya dövründə verilən sorğulara cavablar gecikdiyindən məhkum şagirdlərin hansı sinifdə oxumaları ilə bağlı dəqiqləşdirmələrdə çətinliklər olmuşdur. Pandemiya dövründə yəni 2020/2021 tədris ilində dərslər ümumiyyətlə keçirilməmişdir. Məktəb də cəzaçəkmə müəssisəsində yerləşdiyindən online tədris məlum səbəbdən mümkün olmamışdır. Sabir Osmanovla bağlı sorğuya cavab dəqiq tarixini xatırlamadığı vaxtda gəlmiş və həmin sorğunu Pandemiya səbəbindən yadından çıxıb özündə qalmış və direktora verməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs tərəfindən ona töhmət verilmişdir. Həmçinin ona verilən suallara cavabolaraq bildirmişdir ki, məktəbdə 9 sinif otağı var idi. Sinif otaqları 22 nəfərlik olmuş, 30 nəfərlik sinif otağı olmamışdır. Məktəbdə başqa sinfin rəhbərliyi də ona həvalə olunsa da buna görə əlavə maaş almamışdır. 9-cu sinifdə qeydiyyata almalarının səbəbi, həmin şəxsin özünü gec deməsi, həmçinin göndərdiyi sorğulara gec cavab gəlməsi olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 1995-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, universiteti bitirdikdən sonra 1995-ci ildə Binəqədi rayonu 246 nömrəli orta məktəbə tarix müəllimi kimi işə qəbul olmuş, halhazıra kimi həmin məktəbdə tarix müəllimi işləməkdədir. Eyni zamanda 2009-cu il noyabr ayından Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində yerləşən 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbdə tarix müəllimi və hüquqi biliklərin əsasları fənnindən əvəzçi müəllim kimi dərs keçmişdir. Eyni zamanda 2020-2021-ci tədris ilində 10A sinfinin sinif rəhbəri olmuşdur. Məktəbə məhkumlar qəbul olunmazdan əvvəl onlarla şifahi söhbət aparılıb məhkum olunmazdan əvvəl hansı məktəbi oxuduqları dəqiqləşdirilir, daha sonra həmin məktəblərə sorğu göndərilir. Daha sonra onun cavabı alındıqdan sonra məhkum ya qəbul edilmiş sinifdə qalır, ya sinfi dəyişdirilir, ya da ki, məktəbi qurtarıbsa, məktəbdən uzaqlaşdırılır. Pandemiya dövründə verilən sorğulara cavablar gecikdiyindən məhkum şagirdlərin hansı sinifdə oxumaları ilə bağlı dəqiqləşdirmələrdə çətinliklər olmuşdur. Belə ki, pandemiya dövründə yəni 2020/2021 tədris ilində dərslər ümumiyyətlə keçirilməmiş, həmin dövrdə sənədlər məktəbdə qaldığından və onlar içəri buraxılmadığından heç bir tədbir görülməmişdir. Məktəb də cəzaçəkmə müəssisəsində yerləşdiyindən “Online Tədris” məlum səbəbdən mümkün olmamışdır. Təqsirləndirilən şəxs, eləcə də məktəbin hər hansı müəlliminin qanunsuzluğa yol verməsi halının şahidi olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, məktəbdə 2 böyük sinif olmuş və ümumiyyətlə siniflərdə 20-22 nəfər olmuşdur. 15 nəfərdən az sinifləri olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 12 sentyabr 1979-cu ildə hazırki Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin nəzdində fəaliyyət göstərən 115 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunmuş, 16 iyun 2020-ci il tarixdə işdən çıxarılmışdır. Belə ki, məktəbə yeni təyin olunmuş direktor Təqsirləndirilən şəxs onu və digər bir neçə müəllimi yaşı ilə əlaqədar təqaüdə çıxarmışdır. Hazırda təqaüddədir, amma sonradan Təqsirləndirilən şəxs onunla eyni yaşda olan başqa şəxslərlə müqavilə bağladığını öyrənmişdir. Təqsirləndirilən şəxs məktəbə 2019-cu ilin oktyabr ayında direktor təyin olunmuşdur. Belə ki, 2020-ci ilin yanvar ayında 68 yaşlı Vaqif Əliyevi riyaziyyat müəllimi həmçinin 68 yaşlı Məhyəddin Mərdanovla müqavilə yeniləmişdir. Təqsirləndirilən şəxs bu qanunsuz hərəkətindən narazı qalıb Şahid7, Məhəmmədəli Məmmədov, Şahid13lə birlikdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri ilə bağlı müxtəlif instansiyalara şikayət ərizələri yazmışlar. Həmin şikayət ərizələri əsasında Bakı şəhər Təhsil İdarəsi tərəfindən məktəbdə yoxlama keçirilmiş və məktəbdə qanunsuzluqların olması öz təsdiqini tapmışdır. 11 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimli cəzaçəkmə müəssisəsidir. Orada 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbdə siniflərin komplektləşdirilməsi məhkumların tədris səviyyəsinə görə müəyyən olunur. Ona görə də məktəbdə illər üzrə siniflərin sayı 10 ilə yaxın idi ki, 6 sinif yəni 8a, 9a, 10a, 11a, 11b, 12a şəklində olurdu. Elə olurdu ki, 10-cu sinif həm a həm b şəklində, digər siniflər tək-tək komplektləşmişdir. Ümumilikdə 115 saylı məktəbdə 2018, 2019-cu illərdə məktəbdə 6 sinif otağı, 2020-ci ildə isə 10 sinif otağı mövcud olmuşdur. Ən böyük sinifdə 8 parta olmuş, yəni maksimum 16 nəfər oturması mümkün idi. Eyni zamanda bir sinif komplektləşməsi üçün qanunvericiliyə əsasən ən azı 15 şagird olmalıdır. Təqsirləndirilən şəxs siniflər komplektləşdirmək üçün qanunsuzluğa əl atmış, məhkumlar məhkum olunmamışdan əvvəl bitirdiyi siniflərə bilə-bilə yenidən qəbul edilmiş, məsəl üçün məhkum olunmazdan əvvəl 10-cu sinifi bitirən şagirdi 8-ci sinifi komplektləşdirmək üçün 8-ci sinifə qəbul etmiş və bununla da yeni sinfin yaranmasına nail olaraq həmin sinifə dərs saatları yazmış, lüzumsuz dövlət büdcəsindən vəsait silinmişdir. Cəzaçəkmə müəssisəsində məhkumların məhkum olunmazdan əvvəl hansı sinifi bitirmələri onların şəxsi işlərinə baxılmaqla, həmçinin məhkumun özü ilə fərdi söhbətlər etməklə, eyni zamanda fərdi söhbət zamanı onun təhsillə bağlı məlumatların düzgünlüyünü yoxlamaq üçün oxuduğu məktəbə müvafiq sorğular verib cavablar almaqla onun hansı sinifdə oxumalı olmasını təyin etmişlər. Eyni zamanda 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbdə dərslər saat 15:00-da başlayıb saat 19:00-da bitmişdir. Dərslərin belə başlamasına səbəb məktəbin siniflərin müəyyən hissəsi cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən texniki peşə məktəbindəki dərslərlə uyğunlaşdırılması olmuşdur. Belə ki, həmin məktəbdə dərslər bitdikdən sonra onlarda dərslər başlamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə 41 il işləmişdir. Dərsə saat 5-dən başlayıb, saat 8-9-a çıxmpışdır. Sonradan saat 2-dən başlayıb, saat 5-6-ya qədər davam etmişdir. Qəhrəman müəllimin dövründə dərslər saat 3-də başlamışdır. Eyni vaxtda 4-5 sinifə rəhbərlik etmişdir. Qanunla sinifdə 15 nəfər olmuşdur. Sinifdə ən çox 16 nəfər olmuşdur. Tədris 03 mart 2020-ci ildə bağlanmışdır. O, 4 il müqavilə bağlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və Ədəbiyyat fakültəsini qiyabi bitirmiş, elə həmin ildə Ermənistan Respublikası Krasnoselo rayonunun Toxumca kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Daha sonra 1988-ci ildə Ermənistandan deportasiya olunaraq Bakı şəhərində məskunlaşmışlar. 1989-1996-cı ilə kimi Nərimanov rayon 212 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi, 1996-cı ildən 2021-ci ilədək 10 saylı Cəzaçəkmə müəssisəsinin nəzdində fəaliyyət göstərən 82 saylı xüsusi əyani-qiyabi orta tam orta məktəbində dərs hissə müdiri vəzifəsində, 2021-ci ildən təqaüdə çıxmışam. Eyni zamanda 2018-ci ilin sentyabr ayından başlayaq 11 saylı Cəzaçəkmə müəssisəsinin nəzdində fəaliyyət göstərən 115 saylı məktəbin direktoru vəzifəsində 10 ay müddətinə işləmişdir. Ondan sonra isə həmin məktəbə Təqsirləndirilən şəxs direktor təyin olunmuşdur. 115 saylı orta məktəbdə direktor işlədiyi dövrdə 7 sinif olmuşdur. Onlar 8a, 10 a, 10 b, 11a, 11b, 12a, 12b sinifləri olmuşdur. Hər sinifdə təxminən 16-17 nəfər şagird olmuşdur. 115 saylı tam orta məktəbdə 8 sinif otağı var idi. Hər sinifdə təxminən 10 parta olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 7 sinif olmuş, siniflərdə 16, 17, 18-20 uşaq olmuşdur. 30 şagird tutacaq sinif olsa da həmin şagirdlər üçün kifayət qədər parta olmamışdır. Siniflərdə 8 parta olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ona dərs keçilməmiş, müəllimlərin dərsə gedib-gəlməsini görmüşdür. O, özü dərsə gedib gəlməmişdir. Ondan xəbərsiz adını yazmışlar. Adının siyahından çıxarılmasını istədikdə çıxaracaqlarını desələr də bunu etməmişlər və iş gəlib bu həddə çıxmışdır. 9-cu sinifdə ona attestat verilməsi yadında deyildir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri 21 nömrəli məktəbdə təhsil almışdır. 9-cu sinifə qədər orada təhsil almışdır. Cəzaçəkmə müəssisəsinə getdikdə ondan hansı məktəbə getməsi ilə bağlı sual verilməmişdir. 114 nömrəli məktəb cəza çəkmə müəssisəsinin tərkibində olan məktəbdir. Dərsə gedib-gəlsə də məktəbin rəhbərini tanımıamış, müəllimlərdən isə heç kimi xatırlamır. Həmçinin sinifdə neçə nəfərin olması yadımda deyildir. Getdiyi məktəb 114 və ya 115 nömrəli olmuşdur. Məktəbə yoxlama gəlmiş və dərs oxumayanların adını qeyd etmişdir. Məktəb direktorunu üzdən görmüş, illər keçdiyi üçün hazırda direktorun və müəllimlərin adını xatırlamır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 2015-ci ildən etibarən oradadır. Bərdə rayon 6 nömrəli məktəbdə 9-cu sinifə qədər təhsil almışdır. Həmin məktəbdən 9-cu sinif şəhadətnaməsini almamışdır. Cəzaçəkmə müəssisəsinə gələrkən ona şəhadətnamə ilə bağlı sual verildiyini xatırlamır. Müəssisənin içindəki məktəbdə olmamış, müəllimlərdən heç kəsi tanımır. Adının siyahıya salınmasından xəbəri olmamış onun müəllim söhbət etməmişdir. Dərsə çağırılmasını xatırlamır və dərsə istədiyi zaman getmişdir. Maddi maraqla bağlı hər hansı hadisəyə rast gəlməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 11 saylı cəzaçəkmə müəssisəsinə gələnə qədər hansı məktəbdə oxuduğunu xatırlamamışdır. 1-ci sinifə Xocasəndəki məktəbdən getmiş, 6-7-ci sinifə qədər oraya getmişdir. Ona 9-cu sinif şəhadətnaməsi verilməmişdir. Müəssisədə olarkən şəhadətnaməylə bağlı nəsə deməmişdir. Müəssisədə şəhadətnaməsinin olmadığını bildirmişdir. Müəllimləri və məktəbin direktorunu üzdən tanıyır, lakin adlarını xatırlamamışdır. Təqsirləndirilən şəxs onun direktoru olmuşdur. Onu məktəbə kimin qəbul etməsindən məlumatı olmamışdır. Ona attestat verilməmiş, attestat verilsə belə ona glib çatmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Gəncədə 40 nömrəli məktəbdə təhsil almış, oradan çıxaraq 3 nömrəli məktəbdə təhsilini davam etdirmişdir. 9-cu sinifə qədər orada oxumuş, lakin 9-cu sinif imtahanından keçə bilməmişdir. İmtahana getmədiyi üçün attestatı ala bilməmişdir. Müəssisəyə gələrkən ona şəhadətnamə ilə bağlı sual vermişlər. Müəllimlərin adlarını bilməsə də onları üzdən tanıya bilər. Rəhbəri tanımış, lakin Qəhrəman müəllim onu qəbul etməmiş, onu balaca boy, dolu müəllim qəbul etmişdir. Onu birbaşa olaraq 10-cu sinifə qəbul etdiklərindən xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid12 ona verilən suallara cavab olaraq bildirmişdir ki, maliyyə tərəfindən işin hesablanmasını özü yerinə yetirmiş, hüquqi tərəfi isə bilməmişdir. İşin 1 il 2 aydan sonra qaldırılmasının səbəbi ona qaydın olmamışdır. Həmin işi korrupsiya bölməsinə vermişlər. Uşaq sayı az olduğu üçün sinif açılmamalı idi, amma fakt açılıb və oraya müəllimlər cəlb olunmuşdur. Onlara verilən əmək haqqları hesablanaraq yoxlama aparılmışdır. Sinif otağı kiçik olduğu təqdirdə və əgər əlavə parta yerləşdirmək mümkün deyilsə, bu müstəsna hallardan biri sayılır. Sinif ölçülür və əlavə parta yerləşdirilməyinə əsasən hesablanır. Sinifin açılması üçün 15 nəfər lazımdır. Xatırladığı qədəri ilə 2 dənə 9-cu sinif, 2 dənə 10-cu sinif var idi. 4 sinif artıq açılmışdı. Bunun üçün Qəhrəman müəllimin müraciət edib-etməməsini bilməmişdir. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid14 bildirmişdir ki, 2021-ci ilin avqustunda onu direktor əvəzi olaraq məktəbə göndərmişlər. Özü də halhazırda 7 ildir ki 10 saylı cəzaçəkmə müəssisəsində 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbin direktorudur. Arada da Baş Təhsil İdarəsində də müxtəlif vəzifələrdə işləmiş, Ermənistandan gələn gündən onun cəzaçəkmə müəssisələrdəki məktəblərlə əlaqəsi olmuşdur. Həmişə əlaqələri olmuş, onlar birlikdə işləmişlər. Qəhrəman müəllim yoxlama işlərinin nəticəsi ilə bağlı şiddətlə töhmət vermişlər. Nazir Qəhrəman müəllimlə müqaviləni uzatmamışdır. O, keçən ilin aprelinə qədər orada direktoru əvəz etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təlimata görə sinif açılması üçün 15 şagird olmalıdır. Bir dəfə də bununla bağlı problem yaşanmış, sinifdə 20 şagird olmuş və u narazılıq yaratmışdır. Müstəsna hallarda 13 şagird olmuşdur. Sinif tutumu təqribən yadındadır. 15 nəfərdə var idi, 17 nəfər də, 13 nəfər də. Hətta 20 nəfər belə olmuşdur. 30 nəfər tutumu olan sinif otağı olmuş və 2 sinifləri böyük idi. Bu məsələni Korrupsiya İdarəsi araştıran zaman o, bu işin ağırlığını yüngülləşdirmək üçün müəssisədən başqa şeylər tələb etmişlər. Yetkinlik yaşına çatmayan uşaqların cəzaçəkmə müəssisəsində 14 yaşına gəlmiş uşaq 12-ci sinifə çatanda artıq 18 yaşı keçmiş olur. Bu zaman həmin uşaq ayrı cəzaçəkmə müəssisəsinə gedir. Bu zaman onlar nə sənəd lazım olsa, təmin etmişlər. Hesabat vermişlər ki, sinifdə 15 nəfər var idi, 2 nəfər çıxdı, qaldı 13 nəfər. Onlarda belə davam etməlidirlər. 2 şagirdə görə sinif açıq qala bilməz. Siniflərin maaş artımına və ya azalmasına təsiri yoxdur, lakin ştat artımı ola bilər. 25 nömrəli məktəb də, digər məktəblər də 50-60 il əvvəl fəaliyyət göstərən məktəblər olmuş və heç bir mənafe güdülməmişdir. Yalnız məktəbin və şagirdlərin mənafeləri güdülmüşdür. Qəhrəmana bir dəfə cəza verilmiş və o, arayışla tanış olmuşdur. Əmək haqqı almadan digər vəzifələrdə də iş görülür. Sinif rəhbərinə sinif rəhbərliyinə görə pul verilməlidir. Sinif rəhbəri hər ay dərs saatlarından əlavə olaraq 40 manat əlavə pul alır. Bir müəllim bir sinif apara bilər, onun da əmək haqqısı 40 manatdır. 10-18 saat dərsi varsa, dərsini deyib pul almalıdır. Hər il Təhsil Nazirliyi tərəfindən onlara təqdim olunan sənəd əsasında proqramı yazmışlar. Dərslik Nazirlik tərəfindən təsdiq olunur və göndərilir. Xüsusi məktəblərdə dərsliklər vardır. 11-ci və 12-ci siniflərdə sıxlaşdırma aparmışlar. Metodiki vəsait olmamışdır. Onlar Bakı şəhər Təhsil İdarəsinə tabe olmuş və onların vasitəsi ilə yönləndirilmişlər. Onlar 6 sinif olanda 8, 9, 10, 11, 12 olur. Bir sinif əlavə olunanda da artıq olur. Əlavə sinifin açılması büdcədən əlavə məbləğin çıxarılmasına səbəb olur. Əgər şagirdin 9-cu sinif şəhadətnaməsi varsa, yenidən 9-cu sinifdə oxutdurula bilməz. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 və Şahid7 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə həmin şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri üzrə Təhsil idarəsinin arayışından görünür ki, Pedaqoji Şuranın 12 iyun 2020-ci il tarixli 4 nomrəli protokolu ilə Şahid2, X9, Şahid3, X11 ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılaraq 13 avqust 2020-ci il tarixli 5 nömrəli protokol ilə onlara yenidən müvafiq təhsil sənədinin, Şahid2 C seriyalı 363476 nömrəli, X6 C seriyalı 363473 nömrəli, Şahid3 C serıyalı 363478 nömrəli, X7 C seriyalı 363466 nömrəli ümumi orta təhsil haqqında attestatlar verilmişdir. Pedaqoji Şuranın xx.xx.2020-ci il tarixli 4 nömrəli protokolu ilə Şahid5 ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak edərək C seriyalı 363468 nömrəli attestat almışdır. Pedaqoji Şuranın 12 iyun 2020-ci il tarixli 4 nömrəli protokolu ilə Şahid6 tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanına buraxılaraq 13 avqust 2020-ci il tarixli 5 nömrəli protokol ilə ona E seriyalı 340708 nömrəli tam orta təhsil haqqında attestat verilmişdir. Gəncə şəhər 3 nömrəli tam orta məktəbin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şahid6 ümumi orta təhsil haqqında attestat sənədi almamışdır. Bakı şəhər 179 nömrəli tam orta məktəbin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X9 2008-ci ildə 9-cu sinifi bitirərək A seriyalı 591430 nömrəli orta təhsil haqqında attestat almışdır. Bakı şəhəri 103 nömrəli tam orta məktəbin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şahid3 2008-ci ildə 9-cu sinfi bitirərək A seriyalı 724065 nömrəli orta təhsil haqqında attestat almışdır. Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şahid5 2004-cü ildə həndəsə fənnindən “2” qiyməti aldığı üçün buraxılış imtahanına buraxılmamışdır. Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X11 2010-cu ildə 9-cu sinfi bitirərək A seriyalı 916246 nömrəli ümumi orta təhsil haqqında attestat almışdır. Bakı şəhəri 21 nömrəli tam orta məktəbin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şahid2 2013-cü ildə 9-cu sinfi bitirərək A seriyalı 266010 nömrəli orta təhsil haqqında attestat almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi üzrə xx.xx.2019cu il tarixli K-1453 nömrəli əmrindən görünür ki, (xx.xx.2019-cu il tarixdən vəzifəsinin icrasına başlaması nəzərə alınmaqla) KİM Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən 11 saylı cəzaçəkmə müəssisəsi üzrə 115 saylı xüsusi əyani-qiyabi tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməklə 15 iyul 2021-ci il tarixədək həmin vəzifədə işləmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsindən xx.xx.2022-ci il tarixli 321-05/12 saylı məktuba əlavə edilmiş arayışdan görünür ki, 2019-2020-ci tədris ili üzrə şagirdlər Sabir Osmanov, Şahid1 və Şahid5 9b sinfinə qanunsuz yerləşdirilməklə qanunsuz sinif komplektləşdirilməsi nəticəsində məktəbin müəllimlərinə 8691,95 manat əməkhaqqı əsassız olaraq hesablanaraq ödənmiş, nəticədə həmin tədris ili üzrə dövlət büdcəsinə 8691,95 manat ziyan vurulmuşdur. Eyni zamanda 2020-2021-ci tədris ili üzrə şagirdlər Şahid4 və Fərhad Abbasovn 12b sinfinə qanunsuz yerləşdirilməklə qanunsuz sinif komplektləşdirilməsi nəticəsində məktəbin müəllimlərinə 8283,74 manat əməkhaqqı əsassız olaraq hesablanaraq ödənmiş, nəticədə həmin tədris ili üzrə dövlət büdcəsinə 8283,74 manat ziyan vurulmuşdur. Beləliklə hər iki sinfin qanunsuz komplektləşdirilməsi nəticəsində dövlət büdcəsinə 16975,69 manat ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004-cü il tarixli 12-T nömrəli əmrlə təsdiq olunmuş “Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”na əsasən, məktəblərdə siniflər, hər birində məhkum-şagirdlərin sayı 50 nəfərdən çox və 15 nəfərdən az olmadığı (müstəsna hallarda 15 nəfərdən az) zaman komplektləşdirilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə 12 mart 2004-cü il tarixli 12-T nömrəli əmrlə təsdiq olunmuş “Müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin ümumi orta təhsilinin həyata keçirilməsi Qaydaları”na əsasən, məktəb direktoru ümumi orta təhsil almalı olan məhkumların təhsilə cəlb edilməsini təmin etmək üçün müvafiq işlər aparmağa, məhkum-şagirdlər barədə onların oxuduqları məktəbin direktorlarına və ya müvafiq təhsil şöbələrinə (idarələrinə) sorğular göndərilməsinə və onların təhsili haqqında sənədlərinin əldə edilməsi üçün tədbirlər görməyə səlahiyyətli şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X2”na əsasən, məktəb direktoru məktəbin fəaliyyətinin idarə edilməsi, məktəbin inkişaf proqramının, perspektiv və cari planların hazırlanması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, tədrisin müasir metodlarından istifadə etmək üçün təşkilati tədbirlərin görülməsi, tədris planı və proqramlarının yerinə yetirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, işçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsi, müəssisənin təsərrüfat fəaliyyəti, avadanlığın uçotu və mühafizəsi, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasının təmin edilməsi, ayrılan, habelə müəssisənin büdcəsinə qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan büdcədənkənar vəsaitin səmərəli, məqsədyönlü istifadəsinin təmin edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəbin fəaliyyətinin tənzimlənməsi və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmiş müvafiq əmrlər verilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”nın 3.3-cü bəndinə əsasən, ümumi orta və tam orta təhsil səviyyəsini 2016/2017-ci tədris ilində əvvəlki dərs ilində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən şagird dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymət X14 tərəfindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 4.6cı bəndinə əsasən, Ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında attestat hesab edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid2 təhsili barəsində Bakı şəhəri 21 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, X3 təhsili barəsində Bakı şəhər 179 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, Şahid3 təhsili barəsində Bakı şəhəri 103 nömrəli tam orta məktəb tərəfindən verilmiş 30.01,2020-ci il tarixli məlumat, X5 təhsili barəsində Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbindən verilmiş xx.xx.2019-cu il tarixli məlumat, Şahid5 Kərim oğlunun təhsili barəsində sorğuya Xaçmaz rayon Təhsil şöbəsi Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, X4 təhsili barəsində sorğuya Cəlilabad rayonu Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbindən verilmiş 21,02.2020-ci il tarixli məlumat və Şahid4 təhsili barəsində sorğuya Tərtər rayonu E.Muradov adına Hacıqərvənd kənd tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 308.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-395/2022 nömrəli qərarından görünür ki, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Əli-canzadə Şəbnəm İlham qızı Təqsirləndirilən şəxs qarşı vurulmuş maddi ziyanın ödənilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilərək, Bakı şəhər Təhsil İdarəsi mülki iddiaçı qismində tanınaraq ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmış və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmə iclasında verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 308.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 308.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutlmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 308.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şahid2 təhsili barəsində Bakı şəhəri 21 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, X3 təhsili barəsində Bakı şəhər 179 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, Şahid3 təhsili barəsində Bakı şəhəri 103 nömrəli tam orta məktəb tərəfindən verilmiş 30.01,2020ci il tarixli məlumat, X5 təhsili barəsində Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbindən verilmiş xx.xx.2019-cu il tarixli məlumat, Şahid5 Kərim oğlunun təhsili barəsində sorğuya Xaçmaz rayon Təhsil şöbəsi Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, X4 təhsili barəsində sorğuya Cəlilabad rayonu Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbindən verilmiş 21,02.2020-ci il tarixli məlumat və Şahid4 təhsili barəsində sorğuya Tərtər rayonu E.Muradov adına Hacıqərvənd kənd tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsi tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət hadisəsi nəticəsində dəymiş maddi ziyanın təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinə 16975,69 (on altı min doqquz yüz yetmiş beş manat altmış doqquz qəpik) manat məbləğində maddi ziyan vurması faktı cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Ona görə də, məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsi tərəfindən verilmiş mülki iddianın təmin edilməsi qənaətinə gəlmişdir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 16975,69 (on altı min doqquz yüz yetmiş beş manat altmış doqquz qəpik) manat pul tutularaq, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid2 təhsili barəsində Bakı şəhəri 21 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, X3 təhsili barəsində Bakı şəhər 179 nömrəli tam orta məktəb tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, Şahid3 təhsili barəsində Bakı şəhəri 103 nömrəli tam orta məktəb tərəfindən verilmiş 30.01,2020-ci il tarixli məlumat, X5 təhsili barəsində Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta məktəbindən verilmiş xx.xx.2019-cu il tarixli məlumat, Şahid5 Kərim oğlunun təhsili barəsində sorğuya Xaçmaz rayon Təhsil şöbəsi Ə.Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat, X4 təhsili barəsində sorğuya Cəlilabad rayonu Uzuntəpə kənd 1 nömrəli tam orta məktəbindən verilmiş 21,02.2020-ci il tarixli məlumat və Şahid4 təhsili barəsində sorğuya Tərtər rayonu E.Muradov adına Hacıqərvənd kənd tam orta məktəbindən verilmiş xx.xx.2020-ci il tarixli məlumat cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 16975,69 (on altı min doqquz yüz yetmiş beş manat altmış doqquz qəpik) manat pul tutularaq, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin hesabına ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar