Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-80/2020 30.07.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X10, Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi Musayeva Zöhrə Ənvər qızının, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs3 müdafiəçisi- Bakı şəhər 11 saylı vəkil Bürosunun vəkili Müdafiəçi7, Təqsirləndirilən şəxs1 müdafiəçisi- Bakı şəhər 11 saylı vəkil Bürosunun vəkili Müdafiəçi8, Təqsirləndirilən şəxs4 müdafiəçisi- Bakı şəhər 11 saylı vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdam rayonunun Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, ADRU-nun 3 saylı yataqxanasında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi ev 25, mənzil 15-də qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi ADPU-nun 1 saylı yataqxanasında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, 3 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, xx.xx.1993-cü il tarixdə Ağdam rayonu Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Müşviqabad qəsəbəsində nömrəsiz fərdi evində yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsində yerləşən Slavyan Universitetinin yataqxanasında yaşayan, barəsində «yetkinlik yaşına çatmayanın nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, yetkinlik yaşına çatmamış – xx.xx.2003-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs3, X14 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Elnur» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin gün, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ətrafında müşahidələr aparıb evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra, hasarından aşmaqla keçib, həyətdə olan yardımçı binanın giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq, oradan saat 17:05-dək olan müddət ərzində hər birinin dəyəri 20 (iyirmi) manat təşkil edən 60 (altmış) manat dəyərində 3 (üç) ədəd qapı dəstəyini, yardımçı tikilinin birinci mərtəbəsindən 1500 (bir min beş yüz) manat dəyərində 1 (bir) ədəd «Panasonic» markalı televizor, 2-ci mərtəbəsindən 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd «Panasonic» markalı televizoru, yardımçı tikilidən götürdükləri hər birinin dəyəri 25 (iyirmi beş) manat, ümumi dəyəri 50 (əlli) manat təşkil edən iki ədəd yataq örtüyünə (odeyal) televizorları bükməklə gizli yolla talayıb, həyət qapısını içəridən açıb çıxaraq Zərərçəkmiş şəxs1 2.410 (iki min dörd yüz on) manat, bundan sonra o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ətrafında müşahidə apardıqdan və evdə heç kəsin olmadığına əmin olduqdan sonra, açıq vəziyyətdə olan həyət qapısından həyətə daxil olmaqla, evə istintaqa məlum olmayan üsulla qanunsuz daxil olub evin 2-ci mərtəbəsindəki yataq otağından 600 (altı yüz) manat dəyərində olan 1 (bir) ədəd «Mitsubişi» markalı kondisionerin havavuran hissəsini və həmin otaqdakı çarpayının üzərindən 400 (dörd yüz) manat dəyərində olan «Louis Vuitton» firmasına aid 1 (bir) ədəd yataq örtüyünü gizli yolla talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 1.000 (bir min) manat, vahid niyyətlə əhatə olunan qəsdlə iki dəfəyə gizli yolla özgənin əmlakını talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3.410 (üç min dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və yetkinlik yaşına çatmamış – xx.xx.2003-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxx 2019-cu il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi evinin hasarından həyətə girib, evin ikinci mərtəbəsinin plastik pəncərəsini itələməklə açıb evə qanunsuz daxil olaraq, evdən bir ədəd 2.500 (iki min beş yüz) manat dəyərində «Samsung» markalı, 4U49M6550AU model televizoru, bir ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı KDL46EX650 model LCD televizoru və bir ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı, KLV40BX400 model televizoru gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 6.500 (altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, yetkinlik yaşına çatmamış – xx.xx.2003-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs3, X14 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Elnur» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin gün, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ətrafında müşahidələr aparıb evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra, hasarından aşmaqla keçib, həyətdə olan yardımçı binanın giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq, oradan saat 17:05-dək olan müddət ərzində hər birinin dəyəri 20 (iyirmi) manat təşkil edən 60 (altmış) manat dəyərində 3 (üç) ədəd qapı dəstəyini, yardımçı tikilinin birinci mərtəbəsindən 1500 (bir min beş yüz) manat dəyərində 1 ədəd «Panasonic» markalı televizor, 2-ci mərtəbəsindən 800 (səkkiz yüz) manat dəyərində 1 ədəd «Panasonic» markalı televizoru, yardımçı tikilidən götürdükləri hər birinin dəyəri 25 (iyirmi beş) manat, ümumi dəyəri 50 (əlli) manat təşkil edən iki ədəd yataq örtüyünə (odeyal) televizorları bükməklə gizli yolla talayıb, həyət qapısını içəridən açıb çıxaraq Zərərçəkmiş şəxs1 2.410 (iki min dörd yüz on) manat, bundan sonra o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə yetkinlik yaşına çatmamış – xx.xx.2003-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxx 2019-cu il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus həmin fərdi yaşayış evinin həyətinə bir qədər əvvəl içəridən açıb çıxdıqları və açıq vəziyyətə qalmış həyət qapısından daxil olub, həyətdə olan evin qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq 1-ci mərtəbənin əsas girişin dəhlizdəki qapsının üzərindən 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, yardımçı girişdə olan dəhlizdəki qapının üzərindən 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, mətbəxin qapısının üzərindən 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, dəhlizdə hər birinin dəyəri 200 (iki yüz) manat təşkil edən 600 (altı yüz) manat dəyərində 3 (üç) ədəd lüstri, 2ci mərtəbədəki qonaq otağından hər birinin dəyəri 10.000 (on min) manat olan 20.000 (iyirmi min) manat dəyərində 2(iki) ədəd bürüncdən hazırlanmış lüstri, 100 (yüz) manat dəyərində 1 (bir) ədəd TV tüner aparatını, 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, sanitar qovşaqdan 120 (yüz iyirmi) manat dəyərində 1(bir) ədəd su qızdırıcı aparatı, hər birinin dəyəri 200 (iki yüz) manat təşkil edən 400 (dörd yüz) manat dəyərində 2 (iki) ədəd su krantını və 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini gizli yolla talayıb Zərərçəkmiş şəxs1 22.720 (iyirmi iki min yeddi yüz iyirmi) manat, bundan sonra o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxx 2019-cu ildə gecə saat 01 radələrində yenidən Zərərçəkmiş şəxs1 məxsus həmin fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin mətbəxindən 200 (iki yüz) manat dəyərində 1 (bir) ədəd su krantını, 600 (altı yüz) manat dəyərində 1(bir) ədəd «LG» markalı paltaryuyan maşını, dəhlizdən 2.000 (iki min) manat dəyərində 1 (bir) ədəd pərdəni və 100 (yüz) manat dəyərində 1 (bir) ədəd TV tüner aparatını gizli talayıb cəmi 2900 (iki min doqquz yüz) manat, vahid niyyətlə əhatə olunan qəsdlə üç dəfəyə gizli yolla özgənin əmlakını talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 28.030 (iyirmi səkkiz min otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışıları Təqsirləndirilən şəxs1 və yetkinlik yaşına çatmamış – xx.xx.2003-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs3 ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx xxxxx 2019-cu il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi evinin hasarından həyətə girib, evin ikinci mərtəbəsinin plastik pəncərəsini itələməklə açıb evə qanunsuz daxil olaraq, evdən 1 (bir) ədəd 2.500 (iki min beş yüz) manat dəyərində «Samsung» markalı, 4U49M6550AU model televizoru, 1 (bir) ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı KDL46EX650 model LCD televizoru və 1 (bir) ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı, KLV40BX400 model televizoru gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 6.500 (altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxx 2019-cu il tarixdə gecə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyət qapısından içəri girib, sonra isə evin giriş qapısından evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki mətbəxdən 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində olan su krantını, evin birinci mərtəbəsindəki mətbəxdən 1 (bir) ədəd 600 (altı yüz) manat dəyərində «LG» markalı paltaryuyan maşını, dəhlizdən 2.000 (iki min) manat dəyərində 1 (bir) ədəd pərdəni və 100 (yüz) manat dəyərində 1 (bir) ədəd TV tüner aparatını gizli yolla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 2.900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmamış – xx.xx.2003-cü il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs3 xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X14 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Elnur» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin gün, ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin ətrafında müşahidələr aparıb evdə heç kəsin olmadığını müəyyən etdikdən sonra, hasarından aşmaqla keçib, həyətdə olan yardımçı binanın giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq, oradan saat 17:05-dək olan müddət ərzində hər birinin dəyəri 20 (iyirmi) manat təşkil edən 60 (altmış) manat dəyərində 3 (üç) ədəd qapı dəstəyini, yardımçı tikilinin birinci mərtəbəsindən 1500 (bir min beş yüz) manat dəyərində 1 (bir) ədəd «Panasonic» markalı televizor, 2-ci mərtəbəsindən 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd «Panasonic» markalı televizoru, yardımçı tikilidən götürdükləri hər birinin dəyəri 25 (iyirmi beş) manat, ümumi dəyəri 50 (əlli) manat təşkil edən iki ədəd yataq örtüyünə (odeyal) televizorları bükməklə gizli yolla talayıb, həyət qapısını içəridən açıb çıxaraq Zərərçəkmiş şəxs1 2.410 (iki min dörd yüz on) manat;bundan sonra o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxx 2019-cu il tarixdə gecə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus həmin fərdi yaşayış evinin həyətinə bir qədər əvvəl içəridən açıb çıxdıqları və açıq vəziyyətə qalmış həyət qapısından daxil olub, həyətdə olan evin qapısını özləri ilə gətirdikləri vintaçanla açıb içəri qanunsuz daxil olaraq 1-ci mərtəbənin əsas girişin dəhlizdəki qapsının üzərindən 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd qapı dəstəyini, yardımçı girişdə olan dəhlizdəki qapının üzərindən 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd qapı dəstəyini, mətbəxin qapısının üzərindən 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini, dəhlizdə hər birinin dəyəri 200 (iki yüz) manat təşkil edən 600 (altı yüz) manat dəyərində 3(üç) ədəd lüstri, 2-ci mərtəbədəki qonaq otağından hər birinin dəyəri 10.000 (on min) manat olan 20.000 (iyirmi min) manat dəyərində 2 (iki) ədəd bürüncdən hazırlanmış lüstri, 100 (yüz) manat dəyərində 1 (bir) ədəd TV tüner aparatını, 300 (üç yüz) manat dəyərində 1 (bir) ədəd qapı dəstəyini, sanitar qovşaqdan 120 (yüz iyirmi) manat dəyərində 1 (bir) ədəd su qızdırıcı aparatı, hər birinin dəyəri 200 (iki yüz) manat təşkil edən 400 (dörd yüz) manat dəyərində 2 (iki) ədəd su krantını və 300 (üç yüz) manat dəyərində 1(bir) ədəd qapı dəstəyini gizli yolla talayıb Zərərçəkmiş şəxs1 22.720 (iyirmi iki min yeddi yüz iyirmi) manat, vahid niyyətlə əhatə olunan qəsdlə üç dəfəyə gizli yolla özgənin əmlakını talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 25.130 (iyirmi beş min yüz otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmamış – xx.xx.2003-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx xxxxx 2019-cu il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi evinin hasarından həyətə girib, evin ikinci mərtəbəsinin plastik pəncərəsini itələməklə açıb evə qanunsuz daxil olaraq, evdən bir ədəd 2.500 (iki min beş yüz) manat dəyərində «Samsung» markalı, 4U49M6550AU model televizoru, bir ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı KDL46EX650 model LCD televizoru və bir ədəd 2.000 (iki min) manat dəyərində «Sony» markalı, KLV40BX400 model televizoru gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 6.500 (altı min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 1772.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olsa da təxminən 2001-ci ildən məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3 saylı yataqxanasında məcburi köçkün kimi məskunlaşmışlar. Barəsində həbs qətimkan tədbiri seçilənədək həmin ünvanda atası Mobil Hüseynov, anası Könül Şirinova və X16 ilə birlikdə yaşamışdır. Atası Bakı şəhərində müxtəlif tikintilərdə usta kimi işləyib ailələrinin dolanışığını təmin edir. Anası Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 32 saylı Ağdam orta məktəbində «İngilis dili» müəlliməsi işləyir. X16 7-ci mikrorayon ərazisində yerləşən «Nursel» ticarət mərkəzində satıcı işləyir. O, özü isə rəsmi olaraq heç bir yerdə işləməsə də arabir müxtəlif şadlıq evlərində ofisiant kimi günəmuzd işləyir. Təxminən bir ilə yaxın müddət ərzində Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Gənclik şadlıq sarayında toy məclisləri olan vaxtlarda ofisiant kimi işləmişdir. O, Yusif, Elçin və Qaliblə birlikdə xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində yerləşən 177 saylı həyət evin yanına gəlib hasardan keçməklə həyətə daxil olmuşlar, həyətdə olan yardımçı, iki mərtəbəli tikilinin qapısını Yusifdə olan vintaçanla açıb həmin evə daxil olduqdan sonra əvvəlcə 1-ci mərtəbədəki, sonra da 2-ci mərtəbədəki otaqları gəzmişlər. Daha sonra isə aralarında belə razılaşmışlar ki, evdən 2 ədəd televizoru, 1 və 2-ci mərtəbədəki sobanın yanında olan latundan olan əşyaları götürsünlər. Razılaşdıqları kimi o və Qalib evdən götürdükləri odyala 2 ədəd televizoru bükmüşlər, Elçinlə Yusif isə 1 və 2-ci mərtəbədəki sobanın yanında olan latun materialdan olan əşyaları toplayıb, həmin əşyaların bir hissəsini sellofan torbaya yığmışlar, bir hissəsini isə açıq vəziyyətdə olan latun materialından olan əşyaları götürmüşlər və birlikdə evdən çölə çıxmışlar. Daha sonra onlar yoldan keçən, markası və dövlət nömrə nişanını xatırlamadığı taksiyə əl edib saxlatmış və əyləşib yaşadıqları yataqxananın yaxınlığına getmişlər. Orada taksidən düşüb əşyaları boşaltmışlar. O və Qalib təklif etmişlər ki, televizorlar onlarda qalsın, növbəti gün satıb əldə olunan pulu öz aralarında bölərlər. Razılaşdıqdan sonra o və Qalib 2 ədəd televizoru yaşadıqları yataqxanaya qaldırmış və Elçin və Yusifin yanına qayıtmışlar, Elçindən latun materialından olan əşyaları götürüb satmaq üçün aparmışlar. Həmin latundan olan əşyaları səyyar qaydada əlvan metal toplayan tanımadıqları şəxsə 53 manata satmış və Elçinlə Yusifin yanına qayıdıb, Yusif və Elçinin hərəsinə 12 manat pul vermişlər. Ondan sonra həmin gün Qaliblə birlikdə iki ədəd televizoru 450 manata satıb, saat 19 radələrində Yusif və Elçinlə yataqxananın yaxınlığında görüşmüş, sonunculara 2 ədəd televizoru 450 manata satdıqlarını, televizorları alan şəxsin onlara 400 manatı əvvəlcədən ödədiyini, 50 manatı da sonradan ödəyəcəyini bildirmiş və Elçinlə Yusifin hərəsinə 100 manat pul vermişlər. Dəqiqləşdirmək istəyir ki, Nərimanov RPİ-nin İŞ-də müstəntiq tərəfindən ona video görüntülər təqdim edildikdən sonra dəqiq xatırlamışdır ki, o, Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində yerləşən 177 saylı həyət evinə tək olaraq əvvəlki ifadələrində göstərdiyi kimi 2019-cu ilin aprel ayının 9-dan 10-na keçən gecə deyil, xx xxxxx 2019-cu il tarixdə saat 23 radələrində girmişdir. Həmin vaxt həyətə giriş qapısından içəri baxaraq görmüşdür ki, evin işıqları sönülüdür. Onda əmin olmuşdur ki, ev sahibi evdə yoxdur. Yenidən ətrafa nəzər salaraq həyətə giriş qapısından evin həyətinə daxil olmuşdur. Evin giriş qapısına yaxınlaşanda müşahidə etmişdir ki, evə giriş qapısı da açıq vəziyyətdədir və rahat şəkildə evin birinci mərtəbəsinə daxil olmuşdur. Evdə əşyalar dağınıq vəziyyətdə olmuşdur. Belə ki, evin girişində su qızdırıcı aparatının sınmış və sökülmüş hissələrini görmüş, həmçinin birinci mərtəbədəki, qonaq otağının da dağınıq vəziyyətdə olduğunu müşahidə edərək, birinci mərtəbədə heç bir otağa daxil olmayaraq birbaşa qonaq otağındakı pilləkənlə evin ikinci mərtəbəsinə qalxmışdır. Evə özündə olan alışqanın fənəri ilə işıq salaraq hərəkət edirmiş. İkinci mərtəbəyə qalxanda önünə böyük zal çıxmış, zalın sol hissəsində iki otaq yerləşirmiş. Həmin vaxt ondan solda yerləşən birinci yox ikinci qapıdan içəri daxil olmuşdur. Həmin qapı açıq vəziyyətdə və dəstəyi də üzərində olmamışdır. Otağa daxil olanda müşahidə etmişdir ki, həmin otaq yataq otağıdır, otağın divarında 01 ədəd “Mitsubishi” markalı kondisionerin havavuranının olduğunu görüb onu götürmək qərarına gəlmişdir. Buna görə də otaqda olan çarpayının dolabını kondisionerin alt hissəsinə yaxınlaşdırmış və üzərinə çıxaraq iki əlilə kondisioneri divardan çıxarmışdır. Kondisioneri rahat formada aparmaq və küçədə daşıyarkən kimsə görməməsi üçün həmin otaqdakı çarpayının üzərinə örtülmüş 01 ədəd yataq örtüyünü götürüb kondisioneri həmin ortüyə bükərək gəldiyi istiqamətdə evdən çıxmışdır. Evdən küçəyə çıxarkən ətrafda heç kim olmamış və rahat şəkildən piyada yaşadığı evin yaxınlığındakı Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən nömərəsini bilmədiyi, yerini tanıdığı uşaq bağçasının həyətindəki balaca zirzəmi kimi bir yerdə gizlətmiş və yaşadığı evə getmişdir. Bu barədə evdə heç kimə bir şey deməmişdir. Növbəti gün, xx.xx.2019-cu il tarixdə, səhər saat 09:30 radələrində yaşadığı evin həyətinə düşərək həmin ətrafda köhnə əşyaları qəbul edən adını və anket məlumatlarını bilmədiyi ər və arvadla qarşılaşmışdır. Həmin ər-arvada əvvəllər öz evlərindən şəxsi mis qazan satdığından və onların köhnə əşayaların ticarəti ilə məşğul olduqlarını bildiyindən onlara yaxınlaşmış və təklif etmişdir ki, onda Mitsubishi markalı kondisioner var, lakin mator hissəsinin olmadığını bildirmiş və onlar da kondisionerə baxmaq istədikləri üçün onları bağçadan bir qədər aralıda gözlədərək kondisioneri gizlətdiyi yerə getmiş, oradan kondisioneri yataq örtüyünə bükülü vəziyyətdə onların yanına aparmışdır. Həmin ər-arvad kondisonerə baxdıqdan sonra 30 manata razılaşmışlar və o, yataq örtüyü ilə birlikdə kondisioneri onlara vermişdir. Lakin yataq örtüyünə görə onlardan pul almamış, yalnız kondisionerə görə 30 manat pul almışdır. Həmin ər-arvad ondan onlara satdığı kondisonerin oğurluq olub olmadığını soruşmamışlar, nə də ki, o, onlara bu barədə heç nə deməmişdir. Həmin pulu da öz ehtiyacı üçün xərcləmişdir. xx xxxxx 2019-cu il tarixdə Yusif və Elçinlə bir yerdə olduqları zaman öz aralarında danışıb razılaşmışlar ki, «Heydər Məsçidi» tərəfə gedib orada olan villaların birindən oğurluq etsinlər. Bu məqsədlə saat 22 radələrində həmin əraziyə gəlmişlər və evlərin arasında gəzib ev axtarmağa başlamışlar. Görmüşlər ki, bir evin işığı yanmır, üçü də hasardan aşıb həyə keçmiş, evin birinci mərtəbəsinin plastik pəncərəsini itələyib açmış və evə daxil olub otaqları gəzməyə başlamışlar. Evdə olan bir ədəd «LC», bir ədəd «SONY» və bir ədəd «SAMSUNG» markalı televizoru götürüb evə girdikləri yerdən çıxmışlar. Evin hasarı hündür olmadığına görə televizorları asanlıqla hasarın üstündən keçirmiş və yaxınlıqda olan zibillik kimi yerdə gizlətmiş, sonra isə məhəllələrinə getmişlər. Səhər saat 06 radələrində danşıdıqları kimi birlikdə televizorları gizlətdikləri yerdən götürmək üçün gedəndə markasını və nömrəsini bilmədiyi bir taksini saxladıb həmin yerə sürdürmüş, televizorları həmin taksiyə qoyub «Ayna Sultanova»da «İstanbul» kliniksının yanına aparmış, orada hasarlanmış bir ərazidə düşüb orada gizlətmişlər. Taksi sürücüsünə demişlər ki, televizor özlərinindir. Televizorları orada gizlədib evə getmişlər. Həmin gün saat 13 radələrində üçü yenə məhlədə görüşüb, televizorları gizlətdikləri yerə gəlmişlər. Yusif içəri girmiş, o və Elçin taksi saxlatmış, Yusif televizorları bir-bir onlara vermişdir ki, onları taksiyə qoysunlar, bu zaman həmin yerin mühafizəçisi gəlmiş, sonra da bir nəfər polis işçisi gəlmişdir. O, öz şəxsiyyət vəsiqəsini polisə verdib, onu inandırmaq istəmiş, lakin polis ona inanmayıb demişdir ki, «maşına oturun bölməyə gedək», polis maşında qabaqda oturmuş, o və Elçin isə arxada oturmuşlar, bu zaman o, işarə etmiş və onlar maşından düşüb qaçmışlar, onun şəxsiyyət vəsiqəsi polisdə qalmışdır. Yusif də onların qaçmağını görüb o, da qaçmışdır. xx xxxxx 2019-cu il tarixdə o, işləmək məqsədi ilə Türkiyə Respublikasına getmək üçün Bakı Beynəlxalq Avtovağzalında avtobusa minmişdir. Həmin gün axşam saatlarında «Sınıq körpü» sərhəd keçid məntəqəsindən keçərkən sərhədçilər onu saxlamışlar, oradan Qazax RPŞ-nə, daha sonra isə Nərimanov RPİ-nin 16-cı PB-nə aparmışlar. İstintaq zamanı tutulmuş, daha sonra Nərimanov rayon məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdədir. Onun qohumları tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənildiyi üçün ona qarşı şikayət və tələb yoxdur. Məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə prosesndə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cümaddələriilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki,ailə üzvləri, yəni X24, X25, bacısı Aysel Mirzəyeva ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsində, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1 nömrəli yataqxanasının 2-ci mərtəbəsində 221 saylı otaqda yaşayırlar. Qeydiyyatda olduğu ünvan 4 ünvanında heç bir zaman yaşamamışdır. X24 avtomobil dayanacağında nəzarətçi (parkovşik) işləyir. X25 heç bir yerdə işləmir, bacısı Aysel Mirzəyevanın 15 yaşı var və orta məktəbdə oxuyur. 2015-ci ildə Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsində yerləşən 3 nömrəli orta məktəbin 9-cu sinifini bitirdikdən sonra təhsilinə davam etməmişdir. Rəsmi olaraq heç bir yerdə işləməsə də arabir müxtəlif şadlıq evlərində günəmuzd ofisinat kimi işləmişdir. Sonuncu dəfə təxminən 2018-ci ilin noyabr ayından 2019-cu ilin yanvar-fevral ayına qədər Binəqədi rayonu ərazisində yerləşən «Amor» şadlıq sarayında günəmuzd ofisiant işləmişdir. Nərimanov rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını ödəmişdir. Bundan başqa Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən 127.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il şərti sınaq müddəti təyin edilməklə 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X11 uzun müddətdir tanıyır, onlarla aralarında münasibətlər yaxşı olmuşdur. Həmin şəxslər də onun kimi Dərnəgül qəsəbəsində yerləşən yataqxanada yaşayır. Elçin onunla eyni yataqxanada, Qalib və Elmin qonşuluqdakı yataqxanada yaşayır. Nəbi əvvəllər onun yaşadığı yataqxana ilə üzbəüzdə yerləşən yataqxanada yaşayıb, sonradan Nəbi ailəsi ilə birlikdə Müşviqabad qəsəbəsinə köçüb orada yaşamışdır. Bildiyinə görə Qalib mağazadan mobil telefon oğurladığına görə 2019-cu ilin aprel ayının sonlarında Binəqədi RPİ-nin əməkdaşları tərəfindən həbs olunub və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Adlarını qeyd etdiyi şəxslər bir-birini də tanıyırlar və onların da münasibətləri bir-biri ilə yaxşı olmuşdur. Aralarında Elminə «tatar» ləqəbi ilə müraciət edirmişlər, onun və digərlərinin ləqəbi olmamışdır. Maddi imkanları yaxşı olmadığından 2019-cu ilin aprel ayının əvvəllərində oğurluq etmək məqsədi ilə Elçinlə birlikdə Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində gəzişərək orada olan fərdi yaşayış evlərini müşahidə edirmişlər ki, həmin evlərdən hansında yaşayış olmadığını müəyyən etsinlər və evə daxil olsunlar. Elçinlə əsasən axşamlar həmin küçədə gəzişirmiş, çünki, işıqların yanılı olub olmamasına görə evdə yaşayış olub olmadığını müəyyən etmək daha asandır. Təxminən 4-5 gün Elçinlə gəzişdikdən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış olmadığını müəyyən etmişlər. xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında yaşadıqları yataqxananın yaxınlığında Elçinlə birlikdə Elmin və Qaliblə görüşüb Nərimanov rayonu M.Araz küçəsi 177 ünvanında yerləşən ev barədə onlara da məlumat vermişlər və təklif etmişlər ki, evdən birlikdə oğurluq etsinlər. Onlar da razılaşmış və dördü birlikdə saat 16 radələrində həmin evin yerləşdiyi əraziyə getmişlər. Ətrafı müşahidə edib gediş-gəlişin olmadığına əmin olduqdan sonra darvaza ilə üzbəüz dayandıqda sağ tərəfdəki hasardan keçməklə həyətə daxil olmuş, o, içəri tərəfdən darvazaya yaxınlaşıb qapının içəridən açılıb açılmadığını yoxlamış və müəyyən etmişdir ki, qapı içəridən açılır. Bundan sonra onlar evin əsas girişinə yaxınlaşmışlar, özlərində olan vintaçanla qapını açmağa çalışmışlar, lakin həmin qapını aça bilməmişlər. Sonra isə həyətdə olan iki mərtəbəli yardımçı binanın birinci mərtəbədəki qapısına yaxınlaşıb vintaçanı salıb kilidin uc hissəsini geri itələməklə qapını açmışlar. Qapını açarkən Elçindən başqa hər biri cəhd etmişlər. Yardımçı evə daxil olduqdan sonra əvvəlcə 1-ci mərtəbədəki, sonra da 2-ci mərtəbədəki otaqları gəzmişlər. Daha sonra isə aralarında belə razılaşmışlar ki, evdən 2 ədəd televizoru, 1 və 2-ci mərtəbədəki sobanın yanında olan latundan olan əşyaları götürsünlər. Razılaşdıqları kimi Qalib və Elmin hər biri evdən götürdüyü adyala 1 ədəd televizoru bükmüş, o da Elçinə köməklik edib 1 və 2-ci mərtəbədəki sobanın yanında olan latun materialdan olan əşyaları toplamış, həmin əşyaların bir hissəsini sellofan torbaya yığmışlar. Bundan sonra Qalib və Elmin hərəsi 1 ədəd televizor, Elçin isə sellofan torbaya yığdıqları və bir hissəsi də açıq vəziyyətdə olan latun materialından olan əşyaları götürmüş və birlikdə evdən çölə çıxmışlar. Həyətin darvazasında olan qapını açıb həyətdən ilk olaraq Qalib, sonra Elçin, daha sonra isə Elmin çıxıb sağa dönmüş, o isə axırda çıxıb darvazanın qapısını əlilə çəkib örtərək sola tərəf getmiş, daha sonra isə ara yolla davam edib Atatürk prospektində onlara qoşulmuşdur. Daha sonra yoldan keçən, markası və dövlət nömrə nişanını xatırlamadığı taksiyə əl edib saxlatmış və əyləşib yaşadıqları yataqxananın yaxınlığına getmişlər. Orada taksidən düşüb əşyaları boşaltmışlar. Elmin və Qalib təklif etmişdir ki, televizorlar onlarda qalsın, növbəti gün satacaqlar və əldə olunan puldan onların da payını verəcəklər. Razılaşdıqdan sonra Elmin və Qalib 2 ədəd televizoru yaşadıqları yataqxananın 9-cu mərtəbəsinə qaldırmışlar. Daha sonra Elmin və Qalib onların yanına qayıtmış, Elçindən latun materialından olan əşyaları götürüb satmaq üçün aparmışlar, o da Elçinlə birlikdə yaxınlıqdakı internet kluba gedib orada gözləmişlər. Təxminən 15-20 dəqiqə sonra Elmin və Qalib də oraya gəlmiş, latun materialından olan əşyaları 53 manata satdıqlarını bildirmişlər, ona və Elçinə hərəsinə 12 manat pul vermişlər. Qalib və Elminlə sağollaşıb ayrıldıqdan sonra Elçinlə bir qədər gəzişmiş və razılaşmışlar ki, bu dəfə ikisi həmin evə gedib oğurluq etsinlər. Bu məqsədlə də xx.xx.2019-cu il tarixdə saat 23 radələrində M.Araz küçəsi 177 ünvanında yerləşən evə, bir qədər əvvəl çıxarkən açıq qoyub getdikdləri darvazanın qapısından keçməklə daxil olmuşlar. İlk olaraq həyətdəki yardımçı tikilinin 2-ci mərtəbəsinə qalxmışlar, oradakı otağa daxil olub 2 ədəd qapı dəstəyi götürmüş, həm də otağın qapısının dəstəyini söküb özlərilə götürmüşlər. Bundan sonra isə o, həyətdən tapdığı şişlə əsas evin birrinci mərtəbədə olan giriş qapısının kilidini açmış, evə daxil olmuşlar, evdəki otaqların qapılarının dəstəylərini söküb götürmüşlər. Qapıların dəstəylərini sökdükdən sonra 1-ci mərtəbədəki qonaq otağından 2 ədəd, əsas girişdəki dəhlizdən 1 ədəd lüstrü söküb çıxarmışlar. Sonra isə 1-ci mərtəbədəki hamamdan 1 ədəd su qızdırıcı aparatı yerindən çıxarıb mis olan hissəsini söküb çıxarmışlar. Bundan sonra isə 2-ci mərtəbəyə qalxmış, oradakı zalda (qonaq otağı) olan 2 ədəd lüstrü köməkləşib söküb çıxarmışlar. Lüstürlərin şüşə hissələrini söküb evə atmış, yalnız metal hissələrini götürmüşlər. İşlərini yekunlaşdırdıqdan sonra sökdükləri əşyaların hamısını özülərində olan 2 ədəd kisəyə yığmış, hərəsi 1 kisəni götürüb gecə təxminən saat 03 radələrində evdən çıxmış və M.Araz küçəsi ilə Atatürk prospektinin kəsişməsinə getmiş, kisələri oradakı zibilxanada gizlətmiş və yaşadıqları evə getmişlər. Növbəti gün, yəni xx xxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində Elçinlə birilkdə M.Araz küçəsi ilə Atatürk prospektinin kəsişməsinə gəlmiş, orada zibilxanada gizlətdikləri kisələrdən birini götürüb yaşadıqları yataqxananın yaxınlığına getmiş, həmin kisədəki əşyaları səyyar qaydada metal qəbulu ilə məşğul olan bir kişiyə 240 manata satmış, əldə etdikləri pulu Elçinlə aralarında bərabər qaydada bölmüşlər. Sonra yenidən zibilxananın yanına qayıdıb orada olan digər kisəni də götürüb Dərnəgül qəsəbəsində səyyar qaydada metal qəbulu ilə məşğul olan başqa bir kişiyə səhv etmirsə 60 manata satmış, həmin pulu da Elçinlə aralarında bölmüşlər. Həmin gün təxminən saat 19 radələrində Elmin, Qalib, Elçin və o, yataqxananın yaxınlığında görüşmüşlər. Qalib bir gün əvvəl saat 16 radələrində birlikdə oğurladıqları 2 ədəd televizoru 450 manata satdıqlarını, televizorları alan şəxsin onlara 400 manatı əvvəlcədən ödədiyini, 50 manatı da sonradan ödəyəcəyini bildirmiş, ona və Elçinə hərələrinə 100 manat pul vermişdir. xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Dərnəgül qəsəbəsində təsadüfən Təqsirləndirilən şəxs4 ilə rastlaşmış və söhbət edərkən söz arası bildirmişdir ki, Nərimanov rayonu M.Araz küçəsində boş ev var, ora daxil olub əşyaları oğurlayıb sata bilərlər. Nəbi də xalasıgilə getdiyini bildirib demişdir ki, axşam görüşüb bu barədə ətraflı danışarlar. Həmin gün təxminən saat 20 radələrində taksafondan Nəbinin mobil telefonuna zəng etmiş və onunla «Ayna Sultanova» heykəlinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Nəbi ilə söhbət edib Nərimanov rayonu M.Araz küçəsi 177 ünvanda yerləşən evin boş olduğunu, həmin evə 2 dəfə rahatlıqla daxil olub oğurluq etdiyini bildirmiş və təklif etmişdir ki, birlikdə həmin evə gedib nəsə oğurlasınlar, sonra satıb pulunu aralarında bölsünlər. Nəbi də razılaşmış və onlar həmin yerdən piyada M.Araz küçəsi 177 ünvanının qarşısına getmiş, ora çatanda artıq xx.xx.2019-cu il tarix saat 01 radələri olarmış. O, əvvəlcə özü tək yaxınlaşıb darvazanın qapısını itələyib açmış, sonra Nəbiyə işarə etmiş, Nəbi də yaxınlaşıb qapıdan içəri daxil olmuşdur. Sonra birlikdə evə girmişlər. Evə daxil olduqdan sonra Nəbi ondan soruşmuşdur ki, kimsə gəlsə evdən nə cür çıxa bilərlər. O da 2-ci mərtəbədəki dama çıxmağa yeri Nəbiyə göstərmişdir. Sonra isə 2-ci mərtəbədəki hamamdan 1 ədəd su krantını götürmüş və birlikdə 1-ci mərtəbəyə düşüb oradakı mətbəxə daxil olmuş və mətbəxdə olan «LG» markalı paltaryuyan maşını yerindən çıxarmağa başlamışlar. Paltaryuyan maşın ağır olduğundan onu daşıyıb çölə çıxara bilməmişlər, bu səbəbdən də evə daxil olduqları otağa keçib oradakı stolun üstündən bez materialından hazırlanmış, pərdəyə oxşayan parçanı götürmüşlər. Həmin parçanı götürərkən Nəbi də girişdəki otaqda olan pərdəni çıxarmış və mətbəxə aparıb orada sellofan torbaya qoymuşdur. Bundan sonra paltaryuyan maşını bez materialından hazırlanmış, pərdəyə oxşayan parçaya bükmüşlər, Nəbi ilə köməkləşib paltaryuyan maşını həyətə çıxarmışlar. Sonra isə evə daxil olub 1-ci mərtəbədə olan mətbəxdəki su qızdırıcı aparatı söküb yerindən çıxarmışlar, onu da çölə çıxarmışlar. Həmin vaxt Nəbi 1-ci mərtəbədəki televizorun altından 1 ədəd TV tüner aparatını da götürmüş, həmin aparatı pərdə ilə eyni torbaya qoymuşdur. Oğurluq edərkən Nəbi ilə aralarında belə razılaşmışlar ki, həmin əşyaları 8-ci km bazarına aparıb orada satarlar. Oğurladıqları əşyaları əllə daşıyıb apara bilməyəcəklərindən belə qərara gəlmişlər ki, küçəyə çıxıb taksi saxlatsınlar və həmin əşyaları taksi ilə aparsınlar. Bu məqsədlə də oğurladıqları əşyaları içəri tərəfdən darvazanın yanına yığmış və həyətdən çıxıb qapını örtərək metronun «Gənclik» stansiyasının yaxınlığına getmişlər. Metroya çatmağa az qalmış yoldan keçən taksilərdən birinə əl edib saxlatmışlar. Nəbi ondan yaşca böyük və boyda hündür olduğundan taksi sürücüsünün şübhələnməməsi üçün özü yaxınlaşıb qiyməti danışmış və sürücü onları 10 manat müqabilində 8-ci km bazarının yaxınlığına aparmağa razılaşmışdır. Bundan sonra Nəbi qabaq sərnişin oturacağına, o da arxa sərnişin oturacağına əyləşmiş və M.Araz küçəsi 177 ünvanının qarşısına getmişlər. Avtomobildən düşüb yük yerini açmış və həyətə daxil olub darvazanın arxasına yığdıqları əşyaları avtomobilin yük yerinə yükləmişlər. Bundan sonra avtomobilə əyləşmiş və 8-ci km istiqamətində getmişlər. Yolboyu Nəbi sürücü ilə söhbət edirmiş, o isə sakit dayanıbmış. Sürücü Nəbiyə tüner aparatı lazım olduğunu bildirdiyindən Nəbi də özündə olduğunu və satdığını demiş, qiyməti 15 manata razılaşmışlar. 8-ci km bazarının yaxınlığında bina evlərinin arasında onlar avtomobildən düşmüş, əşyaları yük yerindən boşaltmışlar. Nəbi qutuda olan tüner aparatını götürüb oradan uzaqlaşmış, aparatı qutudan çıxarıb sellofan torbaya qoyub taksinin dayandığı yerə qayıtmış və həmin aparatı sürücüyə vermişdir. Sürücü də 10 manat gediş haqqını nəzərə alıb Nəbiyə 5 manat pul ödəmişdir. Bundan sonra həmin taksi sürücüsü avtomobili sürüb getmişdir. Bundan sonra Nəbi ilə aralarında belə razılaşmışlar ki, o, əşyaların yanında dayanıb gözləsin, Nəbi də gedib bazarda müştəri axtarsın. Nəbi özünün mobil telefonu ilə paltaryuyan maşının 3-4 şəkilini çəkmiş, su krantını və su qızdırıcı aparatı özü ilə götürüb 8-ci km bazarına getmişdir. O isə əşyaların yanında dayanıb gözləmişdir. Təxminən 1 saat sonra Nəbi onun olduğu yerə qayıtmış, su krantını 6 manata, su qızdırıcı aparatı isə 40 manata satdığını bildirmişdir. O, bu dəfə də pərdəni götürüb 8-ci km bazarına getmiş, təxminən 1 saat sonra iki nəfər tanımadığı şəxslə birlikdə ona yaxınlaşmışdır. Həmin şəxslərdən biri araba sürürmüş, digərinin danışığından isə belə başa düşmüşdür ki, Nəbi paltaryuyan maşını həmin şəxsə satıb. Paltaryuyan maşını arabaya yüklədikdən sonra həmin şəxslərdən biri arabanı sürüb getmiş, Nəbi də paltaryuyan maşını alan şəxslə birlikdə metronun yaxınlığına getmişdir ki, orada Nəbi şəxsiyyət vəsiqəsinin surətini çıxarıb həmin şəxsə versin. Təxminən 5 dəqiqə sonra Nəbi onun olduğu yerə qayıtmış və demişdir ki, paltaryuyan maşını isə 100 manata satıb, amma pərdəni sata bilməyib. Bundan sonra onlar birlikdə metronun «Neftçilər» stansiyasının yanına getmiş, orada özlərinə siqaret, su, dönər almışlar. Nəbi cəmi 125 manat pul qaldığını bildirib həmin puldan 65 manatını ona vermişdir. Özünə də 60 manat pul və pərdəni götürmüşdür. Bundan sonra metroya minmişlər və «Gənclik» stansiyasında Nəbi ilə sağollaşıb qatardan düşmüşdür. Elmin və Elçinlə birlikdə xx xxxxx 2019-cu il tarixdə 9-cu mikrorayonda yerləşən bir villaya girib oradan 3 ədəd televizoru oğurlayıb hasardan keçirərək aparıb zibillik kimi bir yerdə gizlətmişlər. Elmin demişdir ki, «televizorları burada qoyaq gedib taksi gətirək, onları aparaq». Birlikdə piyada «Anya Sultanovaya» gəlmiş, Elmin taksi tutmuş, taksiyə minib yenidən televizorları qoyduqları yerə getmişlər. Həmin televizorları taksinin baqajına qoymuşlar, yenidən «Ayna Sutlanova»ya gəlmişlər. Orada televizorları taksidən düşürüb çəpərlənmiş yerdə gizlətmişlər. Həmin gün saat 13 radələrində danışdıqları kimi üçü yenə məhlədə görüşüb, televizorları gizlətdikləri yerə gəlmişlər. O, çəpərdən içəri girmiş, Elmin və Elçin taksi saxlatmış, o,televizorları bir-bir onlara vermişdir ki, taksiyə qoysunlar. Bu zaman həmin yerin mühafizəçisi onlara yaxınlaşmış, sonra da bir nəfər polis işçisi gəlmişdir. O, çəpərin içində gizlənib özünü göstərməmişdir. Görmüşdür ki, polis onları taksiyə otuzdurmuşdur, o, bunu görüb, oradan qaçıb uzaqlaşmışdır. Səhəri gün Elmin və Elçinlə məhlədə görüşəndə onlar demişlər ki, Elmin polis işçisini inandırmaq üçün öz şəxsiyyət vəsiqəsini verib, lakin polis onlara inanmayıb taksiyə otuzdurub ki, bölməyə aparsın. Polis qabaqda oturub, bundan istifadə edən Elmin və Elçin maşından düşərək qaçıblar, Elminin şəxsiyyət vəsiqəsi polisdə qalıb. Elminin şəxsiyyət vəsiqəsi polisdə qaldığı üçün fikirləşmişlər ki, onları axtarıb tapacaqlar, lakin görmüşlər ki, onları axtaran yoxdur və yenidən oğurluq etmək qərarına gəlmişlər. xx xxx 2019-cu il tarixdə gecə saatlarında Elçin, Əli və Ramin ilə birlikdə DİN-nin hospitalının yanına getmişlər, bir evin işıqlarının yanmamasını görüb həmin evdən oğurluq etmək üçün ətrafda müşahidələr aparmağa başlamışlar. Evin ətrafında gəzişərkən Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq əvvəlcə həmin polis bölməsinə aparılmışlar. Polis bölməsində olarkən Nərimanov rayonu M.Araz küçəsi 177 ünvandan oğurluq etmələrini etiraf etdikləri üçün onları idarəyə aparıb təhvil vermişlər. Maddi durumları pis olduğu üçün vurulmuş ziyandan ödəniş edə bilməmişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cümaddələriilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, «Dərnəgül» qəsəbəsində yerləşən yataqxanada məcburi köçkün kimi ailə üzvləriilə birlikdə yaşamış, təxminən 1 ildir atasının uzaq qohumu İlhama məxsus olan, Abşeron rayonu Müşviqabad qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayırlar. 2014-cü ildə Azərbaycan Dövlət Texniki Universitetini «avtomatika və kompüter texnologiyaları» ixtisası üzrə bitirmiş, 2014-cü ilin iyul ayından 2015-ci ilin iyul ayına qədər Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmiş, əsgərlikdən tərxis olunduqdan sonra sifariş əsasında müxtəlif fərdi yaşayış evləri, yaxud binalarda alçipan ustası, fəhlə kimi işləmiş, 2019-cu ilin təxminən yanvar ayından heç bir yerdə işləmir, ailələri 4 nəfərdən - o özü, bacısı, ata və anasından ibarətdir. Atası Rövşən Əliyev alçipan ustası kimi işləyib ailənin dolanışığını təmin edir. Binəqədi rayonu Dərnəgül qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan Yusif adlı, digər anket məlumtalarını bilmədiyi şəxsi uzun müddətdir tanıyır, Yusifin yaşadığı yataqxana ilə əvvəllər yaşadığı yataqxana üzbəüzdə yerləşir, Yusiflə aralarında münasibətlər normal olmuşdur. xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında Dərnəgül qəsəbəsində yerləşən «Ramin» şadlıq evinin yaxınlığında olarkən təsadüfən Yusiflə rastlaşmış, bir – birindən nə işlə məşğul olmalarını soruşmuş, özünün bekar olduğunu demiş, Yusif də demişdir ki, bir məsələ var, axşam həll etsə pulu olacaq. Ondan nə məsələ olduğunu soruşduqda o, məlumat verməyib demişdir ki, «axşam görüşüb gəzişək, söhbətləşək» həmin məsələnin nə olduğunu deyəcək. Bundan sonra Yusiflə sağollaşıb Günəşli qəsəbəsində yaşayan xalasıgilə getmiş, axşam saat 20 radələrində xalasının evindən çıxıb «Dərnəgül» metrostansiyasına getmək üçün «Xalqlar dostluğu» metrostansiyasında qatara minib gedən zaman xatırlamadığı nömrədən zəng gəlmiş, zəngə cavab verəndə zəng edənin Yusif olduğu məlum olmuş, o, görüşməyi təklif etmiş, metroda olduğunu, metronun «Azadlıq prospekti» stansiyasının qarşısında görüşə biləcəyini demiş və «Azadlıq prospekti» stansiyasında düşüb metro stansiyasının yaxınlığında bir qədər gözlədikdən sonra Yusif də oraya gəlmiş, onunla yaxınlıqdakı kafelərdən birinə gedib dönər yeyib söhbət edərkən Yusif demişdir ki, Teymur Əliyev küçəsində bir boş ev var, ora gedib evdən əşyaları oğurlamaq istəyir. Yusif oğurluğa birlikdə getməyi və oğurlayacaqları əşyaları satıb aramızda bölmək təklifi ilə razılaşmış, saat 23 radələrində kafedən çıxıb piyada keçmiş Teymur Əliyev, indiki M.Araz küçəsinə gedib və oradakı 177 nömrəli evə çatmağa təxminən 10-15 metr qalmış Yusif demişdir ki, kənarda dayanıb gözlə, özü gedib darvazanın kiçik qapısını ona məlum olmayan formada açdıqdan sonra əli ilə işarə etmiş və bundan sonra gedib qapıdan keçməklə həyətə daxil olmuş, Yusif qapını içəri tərəfdən bağlamışdır. Bundan sonra ikisi də yan tərəfdəki qapıdan evə daxil olmuş, Yusif ondan öndə olduğundan evin qapısının əvvəlcədən açıq olduğunu, yoxsa Yusifin əli ilə itələyib açdığını bilməmiş, evə daxil olduqdan sonra kimsə gəlsə evdən nə cür çıxacaqlarını Yusifdən soruşmuş, o da cavab vermişdir ki, «2-ci mərtəbədə dama çıxmağa yer var, əgər kimsə gəlsə həmin yerdən dama çıxıb qaça biləcəyik». Dama çıxışı göstərmək üçün birlikdə 2-ci mərtəbəyə qalxıb, orada Yusif dama çıxışı göstərmiş, 1-ci mərtəbəyə qayıtdıqda görmüşdür ki, Yusifin əlində 1 ədəd su krantı var. Evin işıqlarını yandırmadıqlarından Yusifin krantı haradan götürdüyünü görə bilməmiş, birinci mərtəbədəki mətbəxə daxil olub, orada olan «LG» markalı paltaryuyan maşını sökən zaman Yusif özündə olan alışqandan istifadə edib oranı işıqlandırmış, paltaryuyan maşını söküb qurtardıqdan sonra onu çölə çıxarmağa çalışsalar da gücləri çatmamış və bu səbəbdən də daxil olduqları otaqdakı stolun üstündən bez materialından hazırlanmış, pərdəyə oxşayan parçanı götürən zaman girişdəki otaqda olan pərdəni də çıxararaq mətbəxə aparıb orada sellofan torbaya qoymuş, sonra da paltaryuyan maşını digər parçaya bükmüşlər və bundan sonra o, qonaq otağına keçib oradakı televizor altlığından 1 ədəd tv tüner aparatını da götürmüşdür. Orada gözləyib, hava işıqlandıqdan sonra saat 05 radələrində birlikdə köməkləşib 1 ədəd paltaryuyan maşın, 1 ədəd tv tüner aparatı, 1 ədəd su krantı və 1 ədəd pərdəni evin həyətinə çıxarıb darvazanın yanına qoyaraq həyətdən çıxıb piyada metronun «Gənclik» stansiyasının yaxınlığına getmişlər. Metroya çatmağa az qalmış yoldan keçən taksilərdən birini saxladıb, sürücüyə ev əşyalarını 8-ci km bazarına aparmağı demiş və sürücü ilə qiyməti 10 manata razılaşdıqdan sonra avtomobilə əyləşib oğurluq etdikləri evin qarşısına gəlmişlər. Orada Yusiflə avtomobildən düşüb, həyətə qoyduqları əşyaları avtomobilin yük yerinə yığıb, Yusif darvazanın qapısını örtmüş, bundan sonra həmin taksi ilə 8-ci km bazarına gedən zaman sürücü ona tüner aparatı lazım olduğunu bildirdiyindən ona demişdir ki, evlərində artıq bir ədəd həmin aparatdan var, satır.Tünerin qiymətini 15 manata razılaşıb, 8-ci km bazarının yaxınlığında bina evlərinin arasında taksini saxladıb, əşyaları yük yerindən boşaltdıqdan sonra qutuda olan tüner aparatını götürüb oradan uzaqlaşmış və həmin aparatı qutudan çıxarıb sellofan torbaya qoyaraq taksinin dayandığı yerə qayıdaraq həmin aparatı sürücüyə vermiş, o, da 10 manat gediş haqqını nəzərə alıb ona 5 manat pul ödəmiş və bundan sonra həmin taksi sürücüsü avtomobili sürüb getmişdir.Taksi getdikdən sonra Yusiflə aralarında olan razılığa əsasən o, əşyaların yanında dayanıb gözləsin, o isə müştəri axtarmaq üçün bazarda getsin.Ona görə də, mobil telefonu ilə paltaryuyan maşının 3-4 şəkilini çəkib, su krantını və pərdəni d özü ilə götürüb Yusifdən ayrılaraq 8-ci km bazarına daxil olub, su krantını oradakı metal qəbulu məntəqələrindən birinə 6 manata satmış, pərdəni satmaq üçün bir neçə mağazaya təklif etsə də heç kəs almağa razılaşmamışdır. Sonra isə məişət əşyaları təmiri və satışı mağazalarına yaxınlaşıb paltaryuyan maşının şəkillərini göstərib 200 manata satmaq istədiyimi bildirmiş, lakin heç kəs həmin məbləğlə razılaşmamışdır. Nəhayət məişət əşyaları təmiri mağazasından birinin işçisi şəkillərə baxdıqdan sonra paltaryuyan maşına 150 manat pul verə biləcəyini bildirmiş, o da razılaşmışdır. Bundan sonra həmin mağazadan çıxıb Yusifin yanına gedərkən bir nəfər araba sürən şəxsi özü ilə götürmüşdür. Hələ Yusifin yanına çatmamış həmin şəxs 150 manat pulu sayıb ona vermiş, Yusifin yanına çatdıqdan sonra paltaryuyan maşını arabaya yüklədikdən sonra arabaçı araba ilə paltaryuyan maşını aparmış, o isə paltaryuyan maşını alan şəxslə birlikdə metronun «Neftçilər» stansiyasının yaxınlığına gedib orada şəxsiyyət vəsiqəsinin surətini çıxarıb paltaryuyan maşını alan şəxsə vermiş, həmin kağızın üzərində paltaryuyan maşını öz istəyi ilə 200 manata satdığını yazıb imzalamışdır. Paltaryuyan maşını 150 manata satdığı halda həmin şəxsin təklifi ilə 200 manata satdığını kağızda yazmış, çünki o özü xahiş etmişdir 150 manata aldığı bazarda bilinməsin. Kağızı yazıb imzaladıqdan sonra həmin şəxslə sağollaşıb Yusifin yanına qayıtmış və bundan sonra Yusiflə birlikdə metronun «Neftçilər» stansiyasının yanına gedib, orada özlərinə siqaret, su, dönər və digər lazımi əşyalar almış, cəmi 125 manat pul qalmışdır. Həmin pulun 65 manatını Yusifə vermiş, 60 manatı və pərdəni isə özünə götürüb, evə getmişdir. Evdə pərdəni haradan əldə etdiyini soruşduqda yalandan demişdir ki, dostu evinə təzə pərdə alıb quraşdırıb, köhnəni tullamaq istədiyindən o götürmüşdür. xx xxxxx 2019-cu il tarixdə yaşadığı evin qarşısında olarkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib, oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər, onda etdiyi əməlin üstünün açıldığını başa düşüb hadisəni olduğu kimi şifahi danışmış, həm də oğurladıqları əşyalardan 1 ədəd pərdənin evdə olduğunu bildirmiş və polis əməkdaşları ilə evə gəlib pərdəni götürərək polis əməkdaşlarına təqdim etmiş, sonra isə polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 16-cı PB-nə getmişlər. Təqsirləndirilən şəxs4 cinayət hadisəsini konkret nə zaman törətməsini dəqiqləşdirərək bildirmişdir ki, M.Araz küçəsi 177 ünvana çatanda xx xxxxx 2019-cu il saat 01 radələri olmuş, saat 05 radələrinə qədər həmin evdə olub əşyaları söküb oğurlamışlar. Təqsirləndirilən şəxs4 həmçinin göstərmişdir ki, Yusif qeyd olunan evdən əvvəllər özünün oğurluq etməsi barədə konkret heç nə deməsə də, dama olan çıxışın yerini, paltaryuyan maşının yerini bilməsi və evdə rahat hərəkət etməsindən başa düşmüşdür ki, o, ondan əvvəl də həmin evə gəlib oğurluq etmişdir. Həmin ünvanda yerləşən fərdi yaşayış evindən 1 ədəd «LG» markalı paltaryuyan maşın, 1 ədəd TV tüner aparatı, 1 ədəd pərdə, 1 ədəd su krantı və paltaryuyan maşını bükdüyümüz 1 ədəd pərdəyə oxşar parçanı oğurlamışlar, oğurladıqları əşyaları apardıqları avtomobilin sürücüsünə həmin əşyaların özünə məxsus olmasını demişlər, həmçinin paltaryuyan maşını satıqdarı şəxsə də onun oğurluq olmasını deməmişlər. Məhkəmə iclasında Qanuni nümayəndə Musayeva Zöhrə Ənvər qızının və Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu X10 iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Füzuli rayonu Ayıbasanlı kəndində qeydiyyatda olsa da uşaqlıqdan Bakı şəhəri Binəqədi rayonu Dərnəgül qəsəbəsi A.Gəraybəli küçəsində yerləşən Slavyan Universitetinin yataqxanasında ailə üzvləri, yəni anası Zöhrə Musayeva və qardaşı Elvin Nəsirovla birlikdə yaşayır. Anası DİN-in Mərkəzi hospitalında xadimə işləyir, qardaşı isə heç bir yerdə işləmir. Atası Təqsirləndirilən şəxs3la anası Zöhrə Nəsirova təxminən 2 ildir boşanıb və atası onlardan ayrı yaşayır. O, 48 saylı Füzuli rayon məcburi köçkün məktəbində orta təhsil almış, 9-cu sinifi bitirdikdən sonra isə məktəbə getmir. O, özü əqli zəiflik xəstəsidir, ikinci qrup əlildir, təqaüd alır. Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X11 uzun müddətdir tanıyır, onlarla aralarında münasibətlər yaxşı olmuşdur. Həmin şəxslər də onun kimi Dərnəgül qəsəbəsində yerləşən yataqxanada yaşayır. Yusif onunla eyni yataqxanada, Qalib və Elmin qonşuluqdakı yataqxanada yaşayır. Nəbi əvvəllər onun yaşadığı yataqxana ilə üzbəüzdə yerləşən yataqxanada yaşayıb, sonradan Nəbi ailəsi ilə birlikdə Müşviqabad qəsəbəsinə köçüb orada yaşamışdır. Aralarında Elminə «tatar» ləqəbi ilə müraciət edirmişlər, onun və digərlərinin ləqəbi olmamışdır. ünvan 1 ünvanında yerləşən evi müəyyən etdikdən sonra xx xxxxx 2019-cu il tarixdə günorta saatlarında yaşadığı yataqxananın yaxınlığında Yusif, Elmin və Qalib görüşərkən həmin ev barədə sonunculara da məlumat vermiş və təklif etmişdir ki, evdən birlikdə oğurluq etsinlər. Onlar da razılaşmış və dördü saat 16 radələrində həmin evin yerləşdiyi əraziyə gedib, ətrafı müşahidə edib gediş-gəlişin olmadığına əmin olduqdan sonra darvaza ilə üzbəüz dayandıqda sağ tərəfdəki hasardan keçməklə həyətə daxil olmuş və evin əsas girişinə yaxınlaşmışlar. O, kənarda dayanıb müşahidə etmiş, digərləri isə növbə ilə vintaçandan istifadə edərək evin qapısını açmağa çalışmışlar. Həmin vaxt həyətdəki əsas evin qapısını aça bilməmişlər, lakin həyətdəki iki mərtəbəli yardımçı binanın qapını vintaçanla açmışlar. Dördü də qapısını açdıqları yardımçı binaya daxil olmuşlar. Evə daxil olduqdan sonra əvvəlcə 1-ci mərtəbədəki, sonra da 2-ci mərtəbədəki otaqları gəzmişlər. Daha sonra isə aralarında razılaşaraq, evdən 2 ədəd televizoru, 1 və 2-ci mərtəbədəki sobanın yanında olan sarı metaldan olan əşyanı götürmüşlər, metalın ağırlığı 6-7 kq olarmış. Razılaşdıqları kimi Qalib və Elmin hər biri evdən götürdüyü adyala 1 ədəd televizoru ayrı-ayrı bükmüşlər, o da Yusiflə köməkləşib 1 və 2-ci mərtəbədəki sobanın yanında olan latun materialdan olan əşyaları toplamışlar, həmin əşyaların bir hissəsini evdən götürdüyükləri sellofan torbaya yığmışlar. Bundan sonra Qalib və Elmin hərəsi 1 ədəd televizor, o isə sellofan torbaya yığdıqları və bir hissəsi də açıq vəziyyətdə olan latun materialından olan əşyaları götürmüş və birlikdə darvazanın balaca qapısını içəridən açıb həyətdən çıxmışlar, oradan aralanıb Atatürk prospektində taksi saxladıb minərək yaşadıqları yataqxananın yaxınlığına gəlmişlər. Orada taksidən düşüb əşyaları boşaltmışlar. Elmin və Qalib təklif etmişdir ki, televizorlar onlarda qalsın, növbəti gün satacaqlar və əldə olunan puldan onların da payını verəcəklər. Razılaşdıqdan sonra Elmin və Qalib 2 ədəd televizoru yaşadıqları yataqxananın 9-cu mərtəbəsinə qaldırmışlar. Daha sonra Elmin və Qalib onların yanına qayıtmış, onlar latun materialından olan əşyaları götürüb satmaq üçün aparmışlar, o da Yusiflə birlikdə yaxınlıqdakı internet kluba gedib orada gözləmişlər. Təxminən 15-20 dəqiqə sonra Elmin və Qalib də oraya gəlmiş, latun materialından olan əşyaları 53 manata satdıqlarını bildirmişlər, ona və Yusifə hərəsinə 12 manat pul vermişlər. Elmin sağollaşıb ayrıldıqdan sonra Yusif və Qaliblə gedib yemək yemişlər, kompüter salonuna gedib bir az oynamışlar. Həmin gün saat 23 radələrində Qalib və Elminlə sağollaşıb ayrıldıqdan sonra Yusiflə o, razılaşmışlar ki, yenə həmin evə gedib oğurluq etsinlər, bu barədə Yusiflə Qalibə bildirməsinlər. Darvazanın qapısını gündüz vaxtı içəridən açmış və çıxanda isə örtmüşlər. Odur ki, həmin qapıdan içəri girmişlər. Əvvəlcə həyətdəki yardımçı tikilinin 2-ci mərtəbəsinə qalxmış, oradakı otağa daxil olub 2 ədəd qapı dəstəyini götürmüşlər, həm də otağın qapısının dəstəyini Yusif özündə olan vintaçanla sökmüş, özlərilə götürüb çıxmışlar. Yusif həyətdən götürdüyü şişlə əsas evin qapısını açmış, Yusiflə birlikdə əsas evə daxil olmuşlar, evdəki otaqların qapılarının 5 və ya 6 ədəd dəstəklərini Yusif vintaçanla açmış, evdən götürdükləri sellofan torbaya qoymuşlar. Sonra isə 1-ci mərtəbədəki qonaq otağından 2 ədəd, əsas girişdəki dəhlizdən 1 ədəd lüstrü söküb çıxarmışlar. Həmin lüstrləri sökmək üçün stolu həmin lüstrün altına itələmiş, sonra isə stolun üstünə stul qoymuş, Yusif stulların üstünə çıxıb lüstrləri tutub dartaraq yuxarıda bağlandığı yerdən qoparmış, sonra isə 1-ci mərtəbədəki hamamdan 1 ədəd su qızdırıcı aparatı yerindən çıxarmışlar. Sökdükləri lüstrlərin şüşülərini evdə qoparmış, metal hissəssini isə kisələrə, Yusifin özü ilə gətirdiyi 2 ədəd kisəyə yığmışlar, kisələri və suqızdıcını götürüb gecə saat 03 radələrində evdən çıxmış, oradan aralandıb M.Araz küçəsi ilə Atatürk prospektinin kəsişməsinə getmiş, kisələri oradakı zibilxanada gizlətmiş və yaşadıqları evə getmişlər. Növbəti gün, yəni xx xxxxx 2019-cu il tarixdə təxminən saat 11 radələrində Yusiflə görüşüb birilkdə M.Araz küçəsi ilə Atatürk prospektinin kəsişməsinə gəlmiş, orada zibilxanada gizlətdikləri kisələrdən birini götürüb yaşadıqları yataqxananın yaxınlığına getmiş, həmin kisədəki lüstrin metallarını 240 manata satmış, əldə etdikləri pulu ikisi aralarında bərabər qaydada bölmüşlər. Sonra yenidən zibilxananın yanına qayıdıb orada olan digər kisəni də götürmüşlər. Yusif aparıb başqa yerdə səyyar qaydada metal qəbulu ilə məşğul olan başqa bir kişiyə satmış, demişdir ki, pul lazımdır, ona görə də ona pul verməmişdir. İkinci kisənin içərisində 5-6 ədəd qapı dəstəyi olmuşdur. Həmin gün təxminən saat 19 radələrində Elmin, Qalib, Yusif və o, yataqxananın yaxınlığında görüşmüşlər. Qalib bir güun əvvəl, xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində dördünün birlikdə oğurladıqları 2 ədəd televizoru 450 manata satdıqlarını, televizorları alan şəxsin onlara 400 manatı əvvəlcədən ödədiyini, 50 manatı da sonradan ödəyəcəyini bildirmiş, ona və Yusifə, hərəsinə 100 manat pul vermişdir. Ondan 1-2 gün sonra Yusif demişdir ki, 12 aprel tarixdə gecə vaxtı Nəbi ilə gedib 1 ədəd su krantı, 1 ədəd paltaryuyan maşın, 1ədəd pərdə və 1 ədəd TV tüner apparatı oğurlayıblar. Dəqiq tarixi xatırlamır, bu ilin aprel ayının axırları, saat 20:30 radələrində «Tatar» ləqəbli Elmin adlı tanışı onun «Nokia» markalı, ***-***-**-** nömrə kartı ilə işlətdiyi mobil telefona zəng vurub ona demişdir ki, «Bayramın təkər yerinin yanına gəl, səninlə işim var». Həmin vaxt o, evdə tək olmuşdur. Evdən çıxıb həmin yerə getmiş, Tatarla (Elminlə) görüşmüş, sonuncu demişdir ki, «Ayna Sultanovaya gedək, orada Yusiflə işim var». Birlikdə piyada «Ayna Sultanova»ya getmişlər, orada kompüter oyun zalında Yusiflə görüşmüşlər, Elmin ondan taksi pulunun olmasını soruşdu o, 3-4 manat olmasını demişdir. Elmin yoldan keçən bir taksini saxlatmış, əyləşib 9-cu mikrorayona, «Heydər Məçidi»nin yanına getmişlər. Orada Yusif demişdir ki, «bir ev var, gedib oradan oğurluq edək, satıb pul qazanaq». Saat 01 radaləri olarkən Yusifin göstərdiyi evin yanına gəlmiş, evin arxa tərəfindən hasarın alçaq yerindən həyətə keçmiş və Yusif oradan götürdüyü dəmir paçrçası ilə plastik pəncərəni açmış, üçü də pənəcərədən içəri girmiş və otaqları axtarmış, otaqlarda olan üç ədəd plazma televizoru götürüb ikinci mərtəbənin pəncərəsindən çıxarmış, sonra isə köməkləşib hasardan keçirmiş və aparıb yaxınlıqdakı zibillik kimi olan yerdə gizlətmişlər və onları aparmaq üçün taksi dalınca getmişlər. Piyada «Ayna Sultanova»nın yanına gəlmiş, orada Elmin taksi tutmuş, taksiyə minib yenidən televizorları qoyduqları yerə getmişlər. Həmin televizorları taksinin baqajına qoyduq, yenidən «Ayna Sutlanova»ya gəlmişlər. Yusif demişdir ki, «bir yer var, televizorları orada gizlədək». Taksini həmin yerə sürdürmüş, orada televizorları düşürüb çəpərlənmiş bir yerdə gizlətmiş, sonra isə internet kluba getmişlər. Orada bir-iki saat oturmuş, səhər açılmış, yenə birlikdə televizorları gizlətdikləri yerə gəlmişlər. Elmin bir taksi saxlatmış, Yusif çəpərdən içəri geçmiş, televizorları onlara vermiş, o və Elmin taksiyə qoymuş, bu zaman bir nəfər kişi onlara yaxınlaşıb demişdir ki, burada nə işiniz var? Elmin demişdir ki, «burada veşimiz var, onu götürürük», bu vaxt bir nəfər polis əməkdaşı onlara yaxınlaşmış, Elmindən televizorları haradan götürdüyünü soruşmuş, Elmin polisə demişdir ki, «öz evimizdən götürmüşük». Elmin öz şəxsiyyət vəsiqəsini polisə verdib inandırmaq istəmişdir. Lakin polis Elminə inanmayıb demişdir ki, «maşına oturun bölməyə gedək», polis maşında qabaqda oturmuş, o və Elmin isə arxada oturmuşlar, bu zaman Elmin ona işarə etmiş və onlar maşından düşüb qaçmışlar, Elminin şəxsiyyət vəsiqəsi polisdə qalmışdır. Yusif də onların qaçmağını görüb qaçmışdır. O, evlərinə tərəf gəlmiş, bir azdan sonra Yusiflə rastlaşmış, sonra Elmin onların mobil nömrəsinə zəng vurub harada olduqlarını soruşmuş, o, olduqları yeri demiş, Elmin də oraya gəlmişdir. Bilmişlər ki, Elminin şəxsiyyət vəsiqəsi polisdə qalıb, onları axtarıb tapacaqlar. Bundan sonra xeyli vaxt ərzində görüşüb bir yerdə olsalar da, heç bir oğurluq etməmişlər. Dəqiq tarix yadında deyil, may ayının 5-i və ya 6-sı tarixdə o, Yusif, Əli və Ramin bir yerdə olduğu zaman danışıb razılaşmışlar ki, oğurluq etsinlər və saat 23 radələridə, birlikdə DİN-nin hospitalının yanına getmiş, bir evin işıqlarının yanmamasını görüb ətrafında gəzişib həmin evdə kimsənin olub-olmadığını müəyyən etmək qərarına gəlmişlər. Evin ətrafında gəzib həmin evə daxil olmaq üçün yollar arayarkən onlara polislər yaxınlaşmış, özlərini şübhəli apardıqlarını deyərək onları saxlayıb Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə aparmışlar. Polis bölməsində sorğu-sual zamanı Nərimanov rayonu M.Araz küçəsi 177 ünvandan oğurluq etmələrini bilib onları Nərimanov rayon polis idarəsinə aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, 9-cü mikrorayon, C.Cabbarlı küçəsi 4 ünvanda inşa edilmiş iki fərdi evlər də onlara məxsusdur, həmin evlərin heç birində yaşayış yoxdur. Evlərdən birində təmir işləri başa çatmış, o biri evdə isə təmir işləri gedir, arabir gedib evlərə baxır. xx.xx.2019-cu il tarixdə yenə evlərə baxmaq üçün gəlmiş və təmir gedən evdə usta işləyən Şahin demişdir ki, o biri təmir işləri başa çatmış evin ikinci mərtəbəsinin pəcərəsinin biri açıqdır. Odur ki, mən evə girib baxanda məlum olmuşdur ki, ikinci mərtəbədə pilləkəndə olan pəncərədən daxilolma yolu ilə evdən bir ədəd "Samsung" markalı, bir ədəd "Sony" markalı və bir ədəd "LG" markalı televizorı oğurlanıb. xx.xx.2019cu il tarixdə hadisə barədə PB-nin növbətçi hissəsinə zəng vurmuş, daha sonra isə baxış keçirib hadisə ilə bağlı ərizə yazıb şikayətini təsdiqləmişdi və bu barədə izahat yazmışdır. Zərərçəkmiş şəxs2 oğurlanmış "Samsung" markalı 3 il əvvəl 2.500 manata, "Sony" markalı televizoru 6 il əvvəl 2.000 manata və "LG" markalı televizoru isə 6 il əvvəl 2.000 manata aldıqlarını, "Samsung" markalı televizorun birinci mərtəbənin zalında, "Sony" və "LG" markalı televizorlar isə birinci mərtəbənin mətbəxində olmasını, evdən qeyd edilən televizorlardan başqa nə oğurlanmadığını, evin arxa hissəsi boş olduğunu, oğurluq edən şəxslərin də evin arxa hissəsindəki plastik qapını açaraq içəri girmələrini bildirmişdir. İbtidai istintaq vaxtı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunan zərərçəkmiş şəxs X4 istintaq orqanına vermiş olduğu ifadəsindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tək yaşayır, əri Kərim Kərimov 2008-ci ildə vəfat etmiş, 3 qızı var və onlar Bakı şəhərində hərəsi öz evində yaşayır. Həmin ev 2 mərtəbəli olmaqla 4 sot torpaq sahəsində yerləşir. Bundan əlavə həyətdə 2 mərtəbəli tikili var, həmin tikilinin birinci mərtəbəsində qaraj, 2-ci mərtəbəsində isə mühafizəçi otağı yerləşir. Həyətə giriş üçün 1 ədəd darvaza quraşdırılıb. Evin özünün isə 1 əsas, 1 yardımçı giriş qapısı var. Evin 1-ci mərtəbəsi 2 dəhliz, 1 qonaq otağı, 1 mətbəx və 1 sanitar qovşaqdan, 2-ci mərtəbəsi 1 qonaq otağı, 3 yataq otağı və 1 sanitar qovşaqdan ibarətdir. Həmin evdə 2008-ci ilə qədər yaşamış, 2008-ci ildən 2015-ci ilə qədər olan müddət ərzində isə evdə müxtəlif şəxslər kirayədə yaşamışlar. 2016-cı ildən evdə yaşayış yoxdur. Evi satmaq istədiyi üçün 3-5 gündən bir evə gedib baş çəkir, təmizlik işləri edir. Sonuncu dəfə evə xx xxxxx 2019-cu il tarixdə günorta saat 15 radələrində evə getmiş, evdə təxminən 1 saat təmizlik işləri apardıqdan sonra həm evin qapılarını, həm də darvazanı bağlayıb evdən çıxmış, həmin vaxt evdə bütün əşyalar yerində olmuş, evdə olduğu müddətdə, yaxud da darvazadan çıxarkən ətrafda onu şübhələndirəcək, diqqətini çəkən hər hansı bir şəxs müşahidə etməmişdir. xx xxxxx 2019-cu il tarixdə günorta saat 16 radələrində növbəti dəfə həmin evə gedib darvazanı açıb həyətə daxil olduqda evin yardımçı qapısının dəstəyinin sındırılmış vəziyyətdə olduğunu görüb, evə daxil olduqda əşyaların dağınıq vəziyyətdə olduğunu müşahidə edib istifadəsində olan ***-***-**-** saylı mobil telefonla DİN-in 102 Xidmətinə zəng vurub məlumat vermişdir. Evdə baxdıqda evin həyətindəki mühafizəçi otağından 500 manat dəyərində 1 ədəd «Mitsubishi» markalı kondisioner, hər birinin dəyəri 20 manat təşkil edən 3 ədəd qapı dəstəyi, evin 1-ci mərtəbəsindəki əsas girişdə olan dəhlizdən dəyəri 200 manat təşkil edən 1 ədəd lüstr, 300 manat dəyərində 1 ədəd qapı dəstəyi, yardımçı girişdə olan dəhlizdən qiyməti 2000 manat təşkil edən 1 ədəd pərdə, 300 manat dəyərində 1 ədəd qapı dəstəyi, qonaq otağından 1500 manat dəyərində 1 ədəd «Panasonic» markalı televizor, hər birinin dəyəri 100 manat təşkil edən 2 ədəd TV tüner aparatı, 50 manat dəyərində 1 ədəd wifi aparatı, hər birinin dəyəri 200 manat təşkil edən 2 ədəd lüstr, mətbəxdən 300 manat dəyərində 1 ədəd qapı dəstəyi, 600 manat dəyərində 1 ədəd «LG» markalı paltaryuyan maşın, 120 manat dəyərində 1 ədəd su qızdırıcı aparat, sanitar qovşaqdan 120 manat dəyərində 1 ədəd su qızdırıcı aparat, 2-ci mərtəbədəki qonaq otağından hər birinin dəyəri 10.000 manat olan 2 ədəd bürüncdən hazırlanmış lüstr, 1 ədəd 800 manat dəyərində «Panasonic» markalı televizor, 100 manat dəyərində 1 ədəd TV tüner aparatı, 2-ci mərtəbədə soldakı 1-ci yataq otağından 500 manat dəyərində 1 ədəd «Mitsubishi» markalı kondisioner, 300 manat dəyərində 1 ədəd qapı dəstəyi, 2-ci yataq otağından 500 manat dəyərində 1 ədəd «Mitsubishi» markalı kondisioner, 400 manat dəyərində 1 ədəd «Louis Vuitton» markalı yataq örtüyü, 300 manat dəyərində 1 ədəd qapı dəstəyi, sanitar qovşaqdan 120 manat dəyərində 1 ədəd su qızdırıcı aparat, hər birinin dəyəri 200 manat təşkil edən 2 ədəd su krantı və 300 manat dəyərində 1 ədəd qapı dəstəyi oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 30.370 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 həmçinin göstərmişdir ki, evdə müşahidə kameraları yoxdur, qonşuluqda yerləşən evlərdə isə küçəni qeydə alan müşahidə kameraları quraşdırılmış, təxminən 3-4 ildən artıq müddətdir ki, ailə üzvlərindən heç kəs həmin evə gəlib getməmiş, qohumlardan yalnız ailəvi dostları olan Rail həmin evə əvvəllər baş çəkmək məqsədi ilə gəlib. Bildiyinə görə Rail sonuncu dəfə evə 2019-ci ilin mart ayının sonlarında gəlmiş, Rail evə gedərkən də açarı ondan götürür, sonra da özünə qaytarır, evdə xırda təmir işləri görmək üçün Raili evə özü göndərmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş X5 ilkin istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmiş, əlavə ifadəsində həyətlərindəki yardımçı tikilidən oğurlanmış iki ədəd yataq örtüyünün (odeyalo) hər birinin dəyəri 25 manat olmaqla, iki ədədinin dəyərinin 50 manat təşkil etdiyini dəqiqləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş SüleymanovRamilİsrailoğlu ifadəsindəgöstərmişdirki, 2004-cü ildən 2009-cu ilə qədər olan müddət ərzində Ədliyyə Nazirliyi PX-də nəzarətçi işləmiş, səhhətiilə əlaqədar təqaüdə çıxmış, həmin vaxtdan etibarən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 2019-cu ilin mart ayının əvvəllərindən etibarnamə əsasında «Renault Megane» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edib taksi fəaliyyəti ilə məşğul olur.xx xxxxx 2019-cu il tarixdə səhər saat 05 radələrində metronun «Gənclik» stansiyasının yaxınlığında yerləşən «Gənclik Mall» ticarət mərkəzinin qarşısından keçərkən yolun kənarında dayanmış əvvəllər tanımadığı 2 nəfər şəxs avtomobilə əl edib saxlatmış, onlardan biri hündür boylu, arıq bədən quruluşlu, saçları ön hissədə bir qədər tökülmüş, təxminən 23-25 yaşlarında, digəri isə alçaqboylu, arıq bədən quruluşlu, saçını arxaya daramış, 18-20 yaşlarında bir şəxs idi. Hündür boylu şəxs avtomobilə yaxınlaşıb ev əşyalarını 8-ci km bazarının yaxınlığına aparmaq istədiklərini bildirmiş və onunla qiyməti 10 manata razılaşmış, bundan sonra hündür boylu qabaq sərnişin oturacağına, digəri isə arxa sərnişin oturacağına əyləşmiş, qabaqda əyləşən şəxs yolu göstərmiş Nərimanov rayonu M.Araz küçəsi 177 ünvanında yerləşən evin qarşısına getmişlər. Orada avtomobili saxladıqdan sonra onların hər ikisi avtomobildən düşüb, yük yerini açaraq həyət evinin darvazasının qapısını açıb içəri daxil olmuşlar, o da avtomobildən düşüb arxa tərəfə keçmiş və görmüşdür ki, onlar həyət qapısının içəri tərəfində 1 ədəd paltaryuyan maşın, 1 ədəd göy rəngli sellofan torba və 1 ədəd karton qutu qoyulmuşdur. Həmin şəxslər əvvəlcə paltaryuyan maşını, sonra sellofan torbanı, daha sonra isə karton qutunu avtomobilin yük yerinə qoyub avtomobilə əyləşdikdən sonra avtomobili 8-ci km bazarı istiqamətində hərəkət etdirmişdir. Yolda gedərkən qabaqda əyləşən hündür boylu şəxs bildirmişdir ki, əşyaları götürdükləri ev ona məxsusdur, həmin evin əşyalarını yenilədiklərindən köhnə əşyaları satır, paltaryuyan maşını da arxa sərnişin oturacağında əyləşən dostuna 400 manat satmışdır, dostu 100 manatı əvvəlcədən, 300 manatı isə sonradan ödəyəcəkdir. O, bəzi əşyaları satmaq üçün internetdə yerləşdirdiyini bildirdiyindən onun söhbətinə qoşulub demişdir ki, evində televizorun pristavkası (tv tüner aparatı) xarab olub, təzəsini almaq üçün internetdən maraqlanır, hətta ondan xahiş etmişdir ki, telefonu ilə internetə daxil olub onun üçün pristavka axtarsın. O, telefonunda axtardıqdan sonra demişdir ki, 20-25 manata elanlar var. Ona demişdir ki, özü internetdən 15 manata tapmışdı. O, özündə də tv tüner aparatı olduğunu, həmin aparatı 20 manata sata biləcəyini bildirmiş, lakin onun təklifi ilə razılaşmamışdır. 8-ci km bazarının yaxınlığına çatdıqda onların göstərdiyi yerdə, yaşayış binalarından birinin blokunun qarşısında avtomobili saxlamış, onlar yük yerindəki əşyaları boşaltdıqdan sonra hündür boylu olan digər şəxsdən 100 manatı ödəməsini istəmiş, həmin şəxs ona 1 ədəd 100 manatlıq əskinas vermiş, o da gediş haqqını ödəmək məqsədi ilə pulu təqdim edəndə xırda pul olmadığını bildirmişdir. Bundan sonra arxa sərnişin oturacağında əyləşmiş şəxs 100 manatlıq əskinası ondan götürüb xırdalamaq üçün harasa gedib, təxminən 3-5 dəqiqə sonra geri qayıdaraq ona 10 manat pul vermişdir. Bundan sonra avtomobili bir qədər irəli sürüb geri döndərərək geri qayıtdıdanda hündür boylu şəxs avtomobili saxlatdı, öz tv tüner aparatını 17 manata sata biləcəyini bildirmiş, o, isə 15 manat pul ödəyə biləcəyini demiş və o, bu təkliflə razılaşmış, bundan sonra o, binanın xatırlamadığı blokuna daxil olaraq təxminən 2-3 dəqiqə sonra geri qayıdıb tv-tüner aparatını ona vermiş, o, da aparatı götürüb ona 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq olmaqla 15 manat pul ödəyib sağollaşıb getmişdir. Şahid2 həmçinin göstərmişdir həmin şəxsləri əvvəllər tanımamış, birinci dəfə idi ki, həmin şəxslər sərnişin kimi onun avtomobilinə əyləşmişlər, həmin şəxslər tv tüner aparatının oğurluq yolu ilə əldə edilməsi barədə ona bu barədə mənə heç bir məlumat verməmişlər, əgər aparatın oğurluq olduğunu bilsəydi almazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş İbrahimovİbrahimŞəmistanoğlu ifadəsindəgöstərmişdirki, 2000-ci ildən Bakı şəhəri Nizami rayonu 8-ci km bazarında icarəyə götürdüyü piştaxtada müxtəlif məişət cihazlarının təmiri, həmçinin işlənmiş məişət cihazlarının alışı və satışı ilə məşğul olur. xx xxxxx 2019-cu il tarixdə səhər saatlarında bir müştərinin sifarişi ilə yaşadığı evə getmiş və iş yerinə təxminən saat 12 radələrində qayıtmışdır. Bir qədər sonra əvvəllər tanımadığı, şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs4 yaxınlaşıb «LG» markalı paltaryuyan satdığını bildirib paltaryuyanın fotoşəkillərini mobil telefonunda göstərmişdir. Şəkillərə baxıb xarici görünüşünə görə paltaryuyan maşının yaxşı vəziyyətdə olduğunu müəyyən etmiş və bu səbəbdən də Təqsirləndirilən şəxs4lə qiymət barədə danışıb, onunla 150 manata razılaşmışdır. Təqsirləndirilən şəxs4 paltaryuyan maşının yaxınlıqdakı yaşayış binanın həyətində olduğunu bildirdiyindən onunla birlikdə dediyi istiqamətdə getmiş, paltaryuyanı yükləmək üçün bazarda arabaçı işləyən, adını xatırlamadığım şəxslərdən birini özü ilə aparmışdır. Paltaryuyan maşının olan yerə gedərkən 150 manat pulu Təqsirləndirilən şəxs4 vermiş, paltaryuyan maşının qoylduğu yerə çatdıqda orada arıq bədən quruluşlu, qısa boylu, təxminən 16-18 yaşlarında cavan oğlanın olduğunu görmüşdür.Paltaryuyan maşının qapısını açıb içərisinə, motorxanasına baxıb, hər hansı bir problem aşkar etmədiyimdən köməkləşib arabaya yükləmişlər, daha sonra mən Təqsirləndirilən şəxs4lə birlikdə «Neftçilər» metrosunun yaxınlığına getmiş, orada o, şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb həmin vərəqin arxa hissəsində qələmlə «LG 6 kq paltaryuyan maşını öz xoşumla satdım 200 m., ***-***-**-**» qeydlərini aparıb, həmin vərəqi ona vermiş, bundan sonra onunla sağollaşıb iş yerinə qayıtmışdır. Aldığı paltaryuyan maşını müştəri tapıb satmaq məqsədilə Ramana qəsəbəsində yaşayan dayısı oğlunun evinə aparmışdır. Sonradan polis əməkdaşları iş yerinə gəlib paltaryuyan barədə sorğu-sual aparanda baş vermiş hadisəni olduğu kimi danışmış, paltaryuyan maşını və Təqsirləndirilən şəxs4 üzərində qeydlər apardığı şəxsiyyət vəsiqəsinin 01 vərəqədən ibarət surətini polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Şahid3 həmçinin göstərmişdir ki, paltaryuyan maşını satan Təqsirləndirilən şəxs4 əvvəllər tanımamış, onu birinci dəfə idi görürdü, Təqsirləndirilən şəxs4 paltaryuyan maşının oğurluq yolu ilə əldə edilməsi barədə ona heç bir məlumat verməmişdir. Şahid3 xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs4 aldığı “LG” markalı, 6 kq tutumlu paltaryuyan maşını könüllü olaraq təqdim etmiş və həmin aparat maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2019cu il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 4(005)-409/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx xxxx 2019-cu il tarixədək həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxx 2019-cu il tarixli qəraodan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına verə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar alınmışdır. İş materiallarında olan Azərbaycan Respubılikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası tərəfindən Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rahib Əliyevə göndərilən xx.xx.2019-cu il tarixli 3603 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə o, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. İş materiallarında olan Azərbaycan Respubılikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanası tərəfindən Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Rahib Əliyevə göndərilən xx.xx.2019-cu il tarixli 3603 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə o, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. İş materiallarında olan xx.xx.2019-cu il tarili məhkəmə əmtəəşünastlıq ekspertizasının 13543 saylı rəyindən məlum olur ki,01 ədəd Q-SAT st 08 markalı TV tüner apararatı – 35 manat; 01 ədəd LG markalı 6 kq tutumlu partalyuyan maşın – 500 manat; uzun biçimli ağ-göy rəngli pərdə 200 manat qiymətləndirilmişdir. Ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxx 2019cu il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs4, həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə zaqqında xx.xx.2019cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddlər üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs4 barəsində xx xxxx 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan yaşayış yerindən verilmiş xəsiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan saxlanılan şəxsin təhvil-təslim barədə xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdə saat 19-11 də Şıxlı SNM-nin hərbi qulluqçuları tərəfindən saxlanılmışdır. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 cinayət törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. İş materiallarında olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X18 tərəfindən tərtib edilən xx xxx 2019-cu il tarixli “Tutma protokolundan” görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində xx xxx 2019-cu il tarixdə saat 18:20-də tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2019cu il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs4 xəstəxanada müalicədə olmayıb. İş materiallarında olan xx xxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 3 №-li yataqxananın komendantı tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxx 2019-cu il tarixli qərardan məlum olur ki, X7 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx xxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görürür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndiridlən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan xx xxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görürür ki, X15 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndiridlən şəxs qismində cəlb edilmişdir. İş materiallarnıda olan tətəbnamədən məlum olur ki, X1 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir, xx.xx.2015-ci il tarixdə cərimə cəzası icra edilmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2 ci maddəsi ilə təqsirli bilinərək 1 il sınaq müddəti tətbiq edilməklə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 Rais oğlu barəsində xx xxxx 2019cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli xx xxx 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkəmə psixoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır. Təqsirləndirilən şəxs3 fərdi-psixi xüsusiyyətlərində ünsiyyətsizlik, fəallıq, qayğısızlıq və laqeyidlik kimi əlamətlər üzrə çıxır. Təqsirləndirilən şəxs3 fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs3 fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri üzə çıxmır. Ekspertiza təhqiqatının dəyəri 55 manat təşkil edir. İş materiallarında olan məhkəmə əmtəəşünastlıq ekspertizasının xx xxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, bir ədəd Samsunq markalı qara rəngli televizorun zədələnməsindən əvvəl qiyməti 600 manat təşkil edir; bir ədəd Sony markalı qara televizorun qiyməti 400 manat və bir ədəd Maliziya istehsalı olan qara rəngli televizorun qiyməti 400 manat təşkil edir. Ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 1242 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 1242 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2019-cu il tarixli, 1242 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Rais oğlunda narkomaniya xəstəliyi aşkar olunmur və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan maddi sübutun təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «Q-Sat ST-08» markalı TV tüner aparatı, 01 ədəd «LG» MARKALİ «F01V8NDP2» modelli paltar yuyan maşın və 01 ədəd pərdə saxlanması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan maddi sübutun təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış «Samsunq» markalı 4U49M6550AU» modelli televizor, 01 ədəd «Sony» markalı KDL 46EX650 MODELLİ LSD televizoru, 01 ədəd «Sony» markalı KLV 40BX400 modelli televizoru saxlanması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2019-cu il tarixli 869 №-li rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barədə anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon məhkəməsnin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, müdafiəçinin vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə iclas zalından azad olunmuşdur. İş materiallarında olan Penetensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs1 kəskin pielonefrit, kəskin böyrək çatışmamazlığından sonrakı vəziyyət, xroniki qastrit, xroniki virus hepatit C diaqnozu ilə xx.xx.2020-ci il tarixdə müalicə müəssisəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə verilmiş ərizədən məlum olur ki, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş maddi və mənəvi ziyan ödənilmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs2 Rais oğlu xx.xx.2018-ci ildə cəzanın sonu ilə qeydiyyatdan çıxmışdır. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən imzalanaraq notariat qaydasında təsdiq edilmiş ərizədən məlum olur ki, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur ona dəymiş ziyan Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf etməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməllərini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməllərini etiraf etməsini, yekinlik yaşına çatmayan şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ona qarşı tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, özünün yetkinlik yaşına çatmayan şəxs olmasını, nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək azadlıqdan məhrum etmə cəzasına sınaq müddəti ilə şərti məhkum edilməsini Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun hesab edərək hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin etmiş hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 sınaq müddəti ilə cəza təyin edilərkən onun üzərinə davranışlarına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən həbsdə saxlanıldığı və xx xxxxxxx 2019-cu il tarixədək ev dustaqlığında saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barələrində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki, iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 5 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs4 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilənşəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Q-SATst-8” markalı TV tüner aparatı, 01 ədəd “LG” markalı, “F10B8NDP2” model 6 kq tutumlu paltaryuyan maşın və uzun biçimli ağ-göyrəngli pərdənin zərər çəkmiş Zərərçəkmiş şəxs1 Nəsi qızına təqdim edilməsi, 01 ədəd «Samsung» markalı, 4U49M6550AU model televizor, 01 ədəd «Sony» markalı KDL46EX650 model LCD televizor və 01 ədəd «Sony» markalı, KLV40BX400 model televizorun zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqdim edilməsi nəzərə alınmalıdır. Cinayət işi materiallarına əlavə edilmiş 04 ədəd videoçəkilişin yazıldığı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 155 (bir yüz əlli beş) manat təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Əlyyev Nəbi Rövşən oğlundan müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, İş üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək həbsdə, xx xxxxxxx 2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər ev dustaqlığında saxlandığı 01 (bir) il, 03 (üç) ay 08 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 (iki) il, 6 (altı) ay 16 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş ) ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə Abşeron rayon ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respubikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 oğlu barəsində seçilmiş “nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 oğlu üzərinə yaşayış yeri üzrə İcra Qurumuna məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 izah edilsin ki, o, sınaq müddəti ərziyndə yenidən cinayət törədərsə ona Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən cəza təyin olunacaqdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 155 (bir yüz əlli beş) manat təqsirləndirilən şəxslər X8, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Əlyyev Nəbi Rövşən oğlundan müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Q-SATst-8” markalı TV tüner aparatı, 01 ədəd “LG” markalı, “F10B8NDP2” model 6 kq tutumlu paltar yuyan maşın və uzun biçimli ağ-göyrəngli pərdənin zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqdim edilməsi, 01 ədəd «Samsung» markalı, 4U49M6550AU model televizor, 01 ədəd «Sony» markalı KDL46EX650 model LCD televizor və 01 ədəd «Sony» markalı, KLV40BX400 model televizorun zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqdim edilməsi nəzərə alınsın. Cinayət işi materiallarına əlavə edilmiş 04 ədəd videoçəkilişin yazıldığı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədirlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-80/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-80/2020
30.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver