Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-80/2022 23.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə elan edilmiş ittihama görə o, xx.xx.2021-ci il tarixdə, saat 17:20-də Bakı şəhəri, Binəqədi rayonu, «Xırdalan dairəsi» adlanan yerin yaxınlığında yerləşən «Avtoş» adlanan dönər yerinin arxasında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, çoxsaylı şəxslərin gözü qarşısında əvvəlcədən üzərində olan istintaqla müəyyən edilməmiş, kafi itilikli ülgücü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici-kəsici xassəyə malik bıçağı tətbiq etməklə qəfildən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq, sonuncuya qarın nahiyəsinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək, silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq etmişdir. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, lakin cinayət əməli törətməkdə isə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 ilə yaxındır Zərərçəkmiş şəxs tanıyır, belə ki, sonuncu əvvəllər Bakı şəhərində yerləşən “Yeganə” şadlıq sarayında inzibatçi, özü isə həmin sarayda ofisiant işləyirdi. Onun gördüyü iş Namiqin xoşuna gəlmədiyi üçün, Namiq onu həmin yerdən uzaqlaşdırmaq istəmişdir. Orada işləyən müddət ərzində bir nəfər onunla birlikdə işləyən, adını bilmədiyi şəxs Namiqin xahişi ilə onu döymüş, lakin o, bu barədə həmin şəxsdən şikayət etməmişdir. Həmin vaxtdan bir neçə il keçməsinə baxmayaraq, o, hər dəfə Namiqi gördükdə onu döyən şəxsin kim olduğunu Namiqdən soruşmuşdur. Namiq ona həmin şəxsi tanımadığını, sonradan isə həmin şəxsi tapıb ona deyəcəyini bildirmişdir. O, Namiqin mobil nömrəsinə həmin şəxsi tapması üçün mütəmadi olaraq zəng vururmuşdur. O, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxsla telefonla əlaqə saxlamış və onlar xx.xx.2021-ci il tarixdə görüşmək qərarına gəlmişlər. Həmin gün onlar “Xırdalan dairəsi” adlanan yerin yaxınlığında yerləşən «Avtoş» adlanan dönər yerinin arxasında görüşərək, o, yenidən Namiqlə onun döyülməsi mövzusunda söhbət açmış, həmçinin Namiqə onu döyən şəxsi tapıb verməsini bildirsə də, Namiq ona həmin şəxsin yerini bilmədiyini söyləmişdir. Onların arasında bununla bağlı qısa mübahisə baş vermiş və o əsəbləşərək, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində gəzdirdiyi cib bıçağını çıxararaq, həmin bıçaqla Namiqin bədəninin sol tərəfinə yüngül zərbə vurmuşdur. Namiq onu vurmasın deyə, o, dərhal oradan qaçaraq uzaqlaşmışdır. Namiqin onu vurmasından qorxduğu üçün Sumqayıt şəhərində yaşayan dostunun yanına getmiş və bıçağı xatırlamadığı yerdə tullamışdır. O, bıçağı əvvəlcədən Namiqi vurmaq niyyəti ilə götürməmişdir. Hadisə zamanı ətrafda bir neçə nəfər olsa da, Zərərçəkmiş şəxsla mübahisəsi alçaq səslə olduğundan ətrafdakı şəxslər onlara diqqət yetirməmişdir. Hadisədən sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmış, Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hazırda da Namiqlə dostluq münasibətlərini davam etdirir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməlinin cinayət olduğunu dərk edir və Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurduğunun fərqindədir. Bu əməldə özünü tam təqsirli bilir və əməlindən səmimi peşmançılıq hissi keçirir. Hadisədən sonra qaçmağının səbəbi qorxmağı və özünü itirməyi olmuşdur. Eyni zamanda əsəb xəstəliyindən əziyyət çəkir. Zərərçəkmiş şəxs onu döyən şəxsin adını bildirsəydi bu hadisə də baş verməzdi. Zərərçəkmiş şəxsla o və qardaşı çox yaxın olmuş, birlikdə işləyirlər. Törətdiyi əməlin cinayət qanununun norması ilə düzgün tövsif olunmasını və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışıq əldə etməsini nəzərə almağı xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 10 il bundan öncə, Bakı şəhərində yerləşən «Yeganə» şadlıq sarayında inzibatçi işləyən zaman, orada Əlixan və Əlişad qardaşları ofisiant kimi işləmişlər. Təxminən 3-4 il bundan öncə Əlixan ona zəng edərək, olmayan məsələ barədə danışmaqla onu döyən şəxsin adını verməyini istəmişdir. Həmin gündən Əlixan ona daimi olaraq, zəng edib bu məsələ ilə bağlı narahat etmişdir. Qardaşı Əlişad isə ona, Əlixana baş qoşmamağı, sonuncunun psixi durumunda problemlər olduğunu bildirmişdir. Hər dəfə Əlixan zəng edərək, onunla görüşmək istədiyini bildirib narahat etdiyindən, nəhayət xx.xx.2021-ci il tarixdə, saat 17:20 radələrində Əlixanla Xırdalan dairəsində görüşmək qərarına gəlmişdir. Belə ki, Əlixan və onun qardaşı ilə yaxın dost münasibətlərində olduğundan Əlixanın psixi durumunun yerində olmadığını, Əlixanın olmayan şeyləri özündən çıxararaq mübahisə etdiyini bildiyindən o, Əlixanla görüşərək bu məsələyə aydınlıq gətirmək qərarına gəlmişdir. Təxminən 5 dəqiqə guya Təqsirləndirilən şəxs döymək üçün tutduğu şəxsin adının deməsi üstündə mübahisə etdikdən sonra, Əlixanın üzərində bıçaq olmasından şübhələnmiş, eyni zamanda Əlixanın psixi durumunun yaxşı olmadığını bildiyindən sonuncunu çay içməyə dəvət etmiş, lakin Əlixan onun dəvətini qəbul etməyib, şalvarının belində gəzdirdiyi bıçağı çıxararaq, həmin bıçaqla bədəninin sol nahiyyəsinə, qabırğasının üstündən cızmışdır. Əlixan onun xəsarət aldığını görüb qaçmağa başlamış, o, isə oradan Xırdalan şəhərində yerləşən Abşeron rayon Mərkəzi Xəstəxanasına getmişdir. Hadisə zamanı ətrafda bir neçə nəfər olsa da, Təqsirləndirilən şəxsla söhbəti alçaq səslə olduğundan ətrafdakı şəxslər onlara diqqət yetirməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona qarşı kobudluq etməmiş, əl-qol hərəkətləri atmamışdır. Yalnız qəflətən bıçağı çıxardaraq onun qabırğasının üstündən çox yüngül xəsarət yetirib qaçmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxsla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Hal-hazırda da dostluq münasibətləri davam edir, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasına çağırılmış şahid X4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1) 16.06. 2021-ci il tarixli protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, «Xırdalan dairəsi» adlanan yerin yaxınlığında yerləşən «Avtoş» adlanan dönər yerinin arxasında baş vermişdir. (i.v. 4-8) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X6 Binəqədi Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 856 saylı məhkəmətibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət – qarın nahiyəsinin kəsilmiş yarası kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi xx.xx.2021-ci il tarixdən bir qədər əvvəl əmələ gəlmişdir, xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətin xarakterini, lokalizasiyasını nəzərə alaraq, demək olar ki, həmin xəsarət göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin kəsici kənarının təsirindən əmələ gələ bilərdilər. (i.v.23-24) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3cümaddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i. v.34-35) xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i. v.59-60) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilərək Təqsirləndirilən şəxs saxlandığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 75-76) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i. v. 77-79) xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, bir nəfər şəxsin motosikletə söykənərək telefonla danışdığı, həmin şəxsin arxasında isə 2 nəfər şəxsin dayanıb söhbət etdikləri, bir müddət sonra həmin 2 nəfər şəxslərdən biri əlində olan hansısa predmetlə çəhrayı rəngli qolsuz köynəkdə olan şəxsin qarın nahiyyəsindən vurub qaçaraq oradan uzaqlaşdığı müəyyən edilmişdir. Disək baxış zamanı, Fərid Baxşıyev motosikletə söykənən şəxsin onun özü olduğunu bildirmişdir. (i.v. 95-96) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 97-98) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ***-**** saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür:
1. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikli ülgücü və kafi itilikli ucu olan yastı tiyə tipli deşici kəsici alətin (əşyanın) təsirindən, o cümlədən biçaqla və ya eyni konstruktiv xüsussiyyətli digər kəsici predmetlə (alətlə), bədənin qarın nahiyəsinin sol yarısının yan səthinə xəsarət yetirildiyi zaman əmələ gələ bilərdi.
2. Zərərçəkmiş şəxs məxsus və ekspertizaya təqdim olunmuş köynəyin ön səthinin sol yarsının aşağı hissəsində aşkar edilmiş bir ədəd kəsilmiş zədə ilə onun bədəni üzərində olan qarın nahiyəsinin sol yarısının yan səthində kəsilmiş yarası nisbi olaraq üstüstə düşürlər.(i.v. 103-107) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 474/2021 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində qana şübhəli ləkələr aşkar edilmədi. (i.v. 109-110) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin harada baş verməsini əyani olaraq göstərmişdir. (i.v. 117-118) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. (i.v. 130) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 127 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “qarışıq həyacan və depressiv pozuntu” (pisixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F41.2) müəyyən edilir. Elmi ədəbiyyatdakı məlumata əsasən bu psixi pozuntu zamanı həyəcan və depressiv simptomlar mövcud olur. Ancaq onlardan heç biri ayrılıqda kifayət qədər qabarıq şəkildə özünü göstərmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs nevrotik xarakterli pozuntudan əziyyət cəkdiyinə görə təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırkı pisixi vəziyyətinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22.1-ci maddələrinin təsiri altına düşmür. (i.v. 133-136) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. (i.v. 137) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.(i.v.141) Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (i.v. 142) Maddi sübut kimi tanınma haqqında xx.xx.2021-ci il tarixli qərarından məlum olur ki, hadisənin görüntülərini əks etdirən bir ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işində saxlanılır. Eyni zamanda maddi sübut kimi tanınmış 01 ədəd qolsuz köynək saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır (i.v. 143-149) Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, . Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, şahid F.Baxşıyev barəsində məcburi gətirmə tətbiq edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi Nəsimi RPİ-nin 21-ci PB tərəfindən məhkəməyə xx.xx.2022, xx.xx.2022-ci il tarixdə daxil olmuş məktublardan görünür ki, F.Baxşıyevin Nəsimi rayonu, S.Rəhimov küçəsi, dalan 13, mənzil 9-da yaşamaması səbəbindən təyin edilmiş məhkəmə iclasına təmin etmək mümkün olmamışdır. CM-in 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən və qiymətləndirilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsifində səhvə yol vermişdir. Belə ki, xüliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-in 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasına görə isə, həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici əlaməti kimi silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması çıxış edir. Göründüyü kimi xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs bir nəfər şəxsin Namiqin xahişi ilə onu döydüyünü, həmin vaxtdan bir neçə il keçməsinə baxmayaraq, o, hər dəfə Namiqi gördükdə onu döyən şəxsin kim olduğunu Namiqdən soruşmuş, Namiq ona həmin şəxsi tanımadığını, sonradan isə həmin şəxsi tapıb ona deyəcəyini bildirmişdir. Hadisə günü də mübahisə səbəbsiz yerə deyil, məhz bu məsələ ilə bağlı yaranmışdır. Zərər çəkmiş şəxs də Təqsirləndirilən şəxs ilə arasında əslində reallıqda olmayan, lakin sonuncu tərəfindən uydurulan belə bir məsələnin olduğunu və bununla bağlı dəfələrlə onunla arasında danışıqlar olduğunu bildirmişdir. İşin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud surətdə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl Təqsirləndirilən şəxs döyülməsi ilə əlaqədar şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsə qarşı barışmazlıq hissindən yaranan, bir qədər sonra isə özünü göstərən münaqişəli vəziyyətlə şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Təqsirləndirilən şəxs qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibinin yaranmasını şərtləndirlən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisə ictimai yerdə baş verməsinə baxmayaraq Təqsirləndirilən şəxs əməlində cəmiyyətə açıqca hörmətsizlik etmə, yəni təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş elementar davranış, əxlaq, mənəviyyat normalarının pozulması, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi müşahidə edilmir. Belə ki, xuliqanlıq zamanı təqsirkarın hərəkəti şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman heç tanımadığı cəmiyyətin hər hansı bir üzvünə qarşı yönəlmiş olur. Çox vaxt təqsirkar zərər çəkmiş şəxsin davranışından xuliqanlıq hərəkətlərini həyata kemirmək üçün bəhanə kimi istifadə edir. Bu zaman xuliqanlıq hərəkətləri ilə onu doğuran səbəblər arasında açıq-aşkar uyğunsuzluq mövcud olur. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud surətdə pozulmasına dəlalət edən konkret faktlar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç ibtidai istintaq zamanı toplanmış sübutlar sırasında da rast gəlinməmişdir. Belə ki, ittihamda Təqsirləndirilən şəxs istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. İttiham tərəfinin istinad etdiyi Zərərçəkmiş şəxs və hadisə yerində olmuş şahid F.Baxşıyevin oğlunun ifadələri də cinayətin törədildiyi yerdə ictimai qaydanın kobud surətdə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının işin faktiki halları və Təqsirləndirilən şəxs əməlləri barədə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticəyə gələrkən topladığı sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi yuxarıda qeyd olunan sübutlar bazası mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 146.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Bundan başqa Ali Məhkəmənin müvafiq Plenum qərarında da göstərildiyi kimi şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkmişin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs əməli xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına uyğun olmayan, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Məhkəmə istintaqında təkzibedilməz sübutlarla təsdiq edildi ki, Təqsirləndirilən şəxs cinayət qəsdinin obyekti ictimai qayda deyil, konkret şəxs, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs olmuş, münaqişə təqsirləndirilən şəxsin döyülməsinin hesabının sorması hərəkətlərindən irəli gələn səbəblər nəticəsində baş vermiş və bu zaman ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi kimi hallar baş verməmişdir. Bu isə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə,məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 haqqında» X1 və İnsan Hüquqları Üzrə Arvopa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 10-cu maddəsində göstərilir ki, hüququn aliliyi və insan hüquqlarına hörmət X2 3-cü maddəsində nəzərdə tutulan əsas dəyərlərdəndir. Konvensiyanın 6-cı maddəsi təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-in 346.1-ci maddəsinə əsasən, hökm çıxarılarkən müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə baxışının nəticəsi olaraq təqsirləndirilən şəxsin əməli ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edilməli, yəni Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, Zərərçəkmiş şəxs barışıqla bağlı ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf edərək peşman olduğunu, zərər çəkmiş şəxslə barışmalarını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, CM-in 73-cü maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın tamamilə ödənilməsini, əməlindən səmimi peşimançılığını və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, hadisənin görüntülərini əks etdirən bir ədəd 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda maddi sübut kimi tanınmış 01 ədəd qolsuz köynək saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 80 saat müddətində hüquqi yardım göstərmiş, məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə zərər çəkmiş şəxslə barışıb və ona dəymiş ziyanı tamamilə ödədiyindən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə maddi sübut kimi hadisənin görüntülərini əks etdirən 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qolsuz köynək sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 (səksən) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 480 (dörd yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mahirə Kərimova