Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-80/2023 25.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 Nurəddin qızının, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1976-cı il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyada olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4cü (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olub tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli talamaqla oğurluq etmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 2 ünvanında yerləşən ikimərtəbəli evin birinci mərtəbəsində olan mətbəx otağının plastik pəncərəsini fiziki zor tətbiq etmək yolu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq evin birinci və ikinci mərtəbəsinin otaqlarına çəkilmiş hər bir metrinin dəyəri 2 manat olmaqla, 1200 manat dəyərində 600 metr uzunluğunda 6-lıq mis elektrik naqillərini, evin birinci mərtəbəsində yerləşən hamam otağında olan 80 manat dəyərində 01 ədəd su kollektorunu, hər birinin dəyəri 25 manat olmaqla, 100 manat dəyərində 04 ədəd dəmir tavaları, hər birinin dəyəri 30 manat olmaqla, 60 manat dəyərində 02 ədəd çörək bişirmək üçün nəzərdə tutulmuş dəmir qəlibləri və 25 manat dəyərində 01 ədəd dəmir həvəngdəstəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1465 (bir min dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, korpus 145 ünvanında yerləşən bir mərtəbəli evin yataq otağının plastik pəncərəsini fiziki zor tətbiq etmək yolu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, qonaq otağından 800 manat dəyərində 01 ədəd «Belco» markalı televizoru, həmin otaqda tavandan asılmış 200 manat dəyərində 01 ədəd çilçırağı, qonaq otağının qapısının üzərində olan metaldan hazırlanmış 30 manat dəyərində 01 ədəd qıfılı, ümumi dəyəri 500 manat təşkil edən xrustal qabları, evin dəhlizində tavandan asılmış hər birinin dəyəri 30 manat olmaqla, 60 manat dəyərində 02 ədəd çilçıraqları, dəhlizin küncündə olan metaldan hazırlanmış 50 manat dəyərində 01 ədəd qaz sobasını, kompressoru ilə birlikdə 1200 manat dəyərində 01 ədəd «Beko» markalı kondisioneri, yataq otağından 300 manat dəyərində 5x4 metr ölçüdə 01 ədəd, 250 manat dəyərində 5x3 metr ölçüdə 01 ədəd, 200 manat dəyərində 3x2 metr ölçüdə 01 ədəd xalçaları, ümumi dəyəri 150 manat təşkil edən çarpayı örtüklərini, mətbəx otağından soyuducunun üzərində olan 400 manat dəyərində mühərriki, 800 manat dəyərində 01 ədəd «Beko» markalı paltar yuyan aparatı, 150 manat dəyərində 01 ədəd qaz sobasını, 20 manat dəyərində su kranını, mətbəx otağında tavandan asılmış 40 manat dəyərində 01 ədəd çilçırağı, mətbəx otağının qapısının üzərində olan metaldan hazırlanmış 30 manat dəyərində 01 ədəd qıfılı, evin sanitar qovşağından hər birinin dəyəri 50 manat olmaqla, 100 manat dəyərində 02 ədəd plastik qapıları, 150 manat dəyərində 01 ədəd su qızdırıcını, 70 manat dəyərində hamam aksessuarlarını və 30 manat dəyərində 01 ədəd su kranını gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 5530 (beş min beş yüz otuz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi 464 ünvanında yerləşən bir mərtəbəli evin giriş qapısının üzərində olan asma dəmir qıfılı əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində 7 litr tutumlu 01 ədəd odun samovarını, ümumi dəyəri 50 manat təşkil edən dəmir materialdan olan sac və sacaltını, ümumi dəyəri 100 manat təşkil edən qab-qaşıq dəstini və evin həyətindən hər bir metrinin dəyəri 2 manat olmaqla, 350 manat dəyərində 175 metr uzunluğunda 4-lük mis elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 700 (yeddi yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində X2 məxsus ünvan 10 ünvanında yerləşən bir mərtəbəli evin həyətində olan saxlanc yeri hesab edilən əl damına qanunsuz daxil olaraq oradan 1400 manat dəyərində 01 ədəd markası məlum olmayan kombi istilik sistemi aparatını, 20 manat dəyərində təmir alətləri üçün nəzərdə tutulan 01 ədəd plastmas qutunu və 100 manat dəyərində 01 ədəd markası məlum olmayan su qızdırıcısını gizli olaraq talayıb zərərəçəkmiş şəxs Bəşirə Kərimovaya 1520 (min beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində «X10» şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 1 saylı Mədənin 4-cü sahəsində olan 142931 saylı quyunun yaxınlığında çəkilmiş mühafizə hasarının üzərinə qaynaq edilən 67 manat dəyərində 9 metr 73,02x5,5 İNU ölçülü, 131 manat dəyərində 24 metr 60,32x4,83 ölçülü dəmir boruları və 92 manat dəyərində 24 metr 7/8x25 mm ölçülü dəmir mili gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs «X10» şirkətinə ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində «X10» şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 1 saylı Mədənin 5-ci sahəsində olan 151678, 150736 və 152220 saylı neft quyularının mühərriklərinə gedən hər bir metrinin dəyəri 6 manat olmaqla, 78 manat dəyərində 13 metr uzunluğunda TTR mis 4x10 ölçülü, 151456, 151448 və 150953 saylı neft quyularının mühərriklərinə gedən hər bir metrinin dəyəri 4,5 manat olmaqla, 54 manat dəyərində 12 metr uzunluğunda TTR mis 4x6 ölçülü elektrik naqillərini gizli olaraq talayıb cəmi 132 manat, həmin əməllər nəticəsində quyuların fəaliyyətinin dayanması ilə əlaqədar 1.1 ton neft itkisinə görə 900 manat olmaqla zərərçəkmiş hüquqi şəxs «X10» şirkətinə ümumilikdə 1032 manat ziyan vurmaqla neft kəmərlərinə münasibətdə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, korpus 125 ünvanında yerləşən birmərtəbəli evin zirzəmisinin dəmir qapısının üzərində olan asma qıfılını sındırıb saxlanc yeri hesab edilən zirzəmiyə qanunsuz daxil olaraq oradan 200 manat dəyərində üzərində «ZŞV» yazısı olan təxminən 6-7 litr tutumlu 01 ədəd odun samovarını və 800 manat dəyərində 01 ədəd markası məlum olmayan kombi istsilik sistemi aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığına görə spirtli içkilərə olan tələbatını ödəmək üçün xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən iki mərtəbəli evdən oğurluq etmək qərarına gəlmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs4 məxsus olduğunu bilmişdir. Həmin evin birinci mərtəbəsində olan mətbəx otağının plastik pəncərəsini fiziki zor tətbiq etməklə açıb yaşayış sahəsinə daxil olaraq evin birinci və ikinci mərtəbəsinin otaqlarına çəkilmiş mis elektrik naqillərini yerindən çıxarmış, evin birinci mərtəbəsində yerləşən hamam otağında olan 01 ədəd su kollektorunu, 04 ədəd dəmir tavaları, 02 ədəd çörək bişirmək üçün nəzərdə tutulmuş dəmir qəlibləri və 01 ədəd dəmir həvəngdəstəni götürüb həmin evi tərk etmişdir.Oğurladığı əşyaların hamısını səyyar dəmir yığanlara 220 manata satmış, oğurluq yolu ilə əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 18 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən korpus 145 ünvanında yerləşən bir mərtəbəli evdə adam olmadığından həmin evdən oğurluq etmək qərarına gəlmişdir.Sonradan həmin evin Zərərçəkmiş şəxs6 məxsus olduğunu bilmişdir.Həmin gün saat 23:30 radələrində evin yataq otağının plastik pəncərəsini fiziki zor tətbiq etmək yolu ilə açıb yaşayış sahəsinə daxil olaraq, pəncərəni içəridən bağlamışdır. Bundan sonra qonaq otağından 01 ədəd «Belco» markalı televizoru, həmin otaqda tavandan asılmış 01 ədəd çilçırağı, qonaq otağının qapısının üzərində olan metaldan hazırlanmış 01 ədəd qıfılı, xrustal qabları, evin dəhlizində tavandan asılmış 02 ədəd çilçıraqları, dəhlizin küncündə olan metaldan hazırlanmış 01 ədəd qaz sobasını, kompressoru ilə birlikdə 01 ədəd «Beko» markalı kondisioneri, yataq otağından 5x4 metr ölçüdə 01 ədəd, 5x3 metr ölçüdə 01 ədəd, 3x2 metr ölçüdə 01 ədəd xalçaları, çarpayı örtüklərini, mətbəx otağından soyuducunun üzərində olan 400 manat dəyərində mühərriki açmış, «Beko» markalı paltar yuyan aparatı, 01 ədəd qaz sobasını, su kranını, mətbəx otağında tavandan asılmış 01 ədəd çilçırağı, mətbəx otağının qapısının üzərində olan metaldan hazırlanmış 01 ədəd qıfılı, evin sanitar qovşağından 02 ədəd plastik qapıları, 01 ədəd su qızdırıcını, hamam aksesuarlarını və 01 ədəd su kranını götürüb evin giriş qapısını içəridən açaraq həmin əşyaları həyətdə bir kənara yığmışdır. Daha sonra həmin evi tərk edərək yoldan markasını xatırlamadığı «Qazel» markalı avtomobili saxladıb özünə məxsus əşyaları yeni köçdüyü evə aparmaq lazım olduğunu bildirərək həmin avtomobillə oğurluq etdiyi evə gedib oğurladığı əşyaları avtomobilin yük yerinə yükləyib oradan yaşadığı ünvana gedib əşyaları evdə boşaldıb «Qazel» markalı sürücüyə 20 manat zəhmət haqqı verib yola salmışdır. Oğurladığı əşyaların hamısını müxtəlif vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu, «Üçün dairəsi» deyilən yerdə tanımadığı şəxslərə müxtəlif qiymətlərə satmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 25 aprel 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlar massivi 464 ünvanında yerləşən birmərtəbəli ev onun diqqətini cəlb etmiş və o, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Sonradan həmin evin Zərərçəkmiş şəxs5 məxsus olduğunu bilmişdir. Evin giriş qapısının üzərində olan asma dəmir qıfılı əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə sındırmaq yolu ilə yaşayış sahəsinə daxil olaraq oradan 7 litr tutumlu 01 ədəd odun samovarını, dəmir materialdan olan sac və sacaltını, qab-qaşıq dəstini və evin həyətindən təxminən 150-200 metr uzunluğunda 4-lük mis elektrik naqillərini oğurlayıb həmin evi tərk etmişdir. Oğurladığı samovarı tanışı Elşən Məmmədova 50 manata, elektrik naqillərini, sac, sacaltı və qab-qaşıq dəstini isə səyyar dəmir yığanlara hamısını 100 manata satmışdır. 01 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 18-də yerləşən evlərdən birinə yaxınlaşmış, evdə işıqların yanmadığını görüb həyətyanı sahəyə keçmişdir. Bundan sonra evin həyətyani sahəsində əl damı sayılan yerə keçib, orada olan 01 ədəd su qızdırıcısını və təmir alətləri olan qutunu götürmüşdür. Oğurladığı əşyaları evə aparıb sonra yenidən həmin evə qayıdaraq dama keçib orada olan 01 ədəd kombi aparatını açaraq yaşadığı evə gətirmişdir. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən saat 12 radələrində oğurladığı bütün əşyaları, yəni, 01 ədəd su qızdırıcısını, 01 ədəd kombi aparatını və təmir alətlərini əvvələr tanıdığı Elşən adlı şəxsə ümumilikdə 270 manat məbləğində satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. 08 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Oil” şirkətinə aid əraziyə keçmişdir. Ərazi nəzarətsiz olduğundan heç bir şəxsə rast gəlməmişdir. Ərazidə olan su quyularının birinə yaxınlaşıb su quyusuna qaynaq olunmuş bir neçə dəmir borunu və dəmir mili yerindən qoparıb ərazidən uzaqlaşmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində oğurladığı boruları əvvəllər tanıdığı Elşən adlı şəxsə ümumilikdə 50 manat müqabilində satmışdır. Əldə olunmuş pulu öz ehtiyaclarına sərf etmişdir. 10 may 2022-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Binəqədi Oil” şirkətinə aid əraziyə keçmişdir.Ərazi nəzarətsiz olduğundan heç bir şəxsə rast gəlməmişdir. Ərazidə olan su quyularının birinə yaxınlaşıb su quyusuna qoyulmuş elektrik naqillərini kəsib oğurlamışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində oğurladığı elektrik naqillərini əvvəllər tanıdığı Elşən adlı şəxsə ümumilikdə 70 manat müqabilində satmış və əldə olunmuş pulu öz ehtiyaclarına xərcləmişdir. 14 may 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, Korpus 125 ünvanında yaşayış olmayan bir həyət evinə daxil olmuşdur. Həmin evdə təmir işləri getdiyini və evin həyətində zirzəmi olduğunu görüb kilidini qıraraq zirzəminin içərisinə baxmışdır. Orada bir neçə tikinti alətlərinin olduğunu görmüş, lakin oradan bir ədəd kombi cihazını və yerdə olan 5 litrlik samovarı götürərək həmin yerdən uzaqlaşmışdır. Həmin kombi cihazını hissələrə sökərək, metal kimi satmış, samovarı isə yaşadığı evin həyətində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Binəqədi qəsəbəsində “Tum Zavodu” adlanan ərazidən keçərkən polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq polis bölməsinə gətirilmişdir. Bölmədə törətdiyi cinayətləri səmimi olaraq etiraf etmiş, oğurladığı samovarı isə polis əməkdaşlarına təhvil vermişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) yetkinlik yaışa çatmayan övladının olmasını və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs “Binəqədi Oil” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi qismində ifadə verən Nümayəndə bildirmişdir ki, 2019-cu ildən «X10» şirkətində hüquqşünas vəzifəsində çalışır.Eyni zamanda, etibarnamə əsasında «X10» şirkəti adından Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət strukturlarında, o cümlədən Prokurorluq, İstintaq orqanlarında, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi orqanlarında, X8 Xidmətlərində, Daxili İşlər Nazirliyi orqanlarında, ictimai təşkilatlarda, WAQD orqanlarında, DƏDRX-nin müvafiq ərazi idarələrində və digər aidiyyatı orqanlarda təmsil edir. Onun vəzifəsi şirkətin adından bütün növ ərizələri imzalamaq, vermək və işləri aparmaq, şirkətin işləri ilə əlaqədar sənədləri, arayışları təqdim etmək və almaq, Azərbaycan Respublikası MM-nin 362-ci maddəsinin tələblərinə uyğun olaraq qanunla iddiaçı, cavabdeh, üçüncü şəxs, zərərçəkmiş, şahidə verilmiş bütün hüquqları həyata keçirməkdən ibarətdir.Beləliklə, xx.xx.2022-ci il tarixdə səhər saatlarında şirkətdə Mərkəzi Mühəndis-Texniki Xidmətinin növbə rəisi Sabir Xələfovdan ona bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində «X10» şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 1 saylı Mədənin 4-cü sahəsində olan 142931 saylı quyunun yaxınlığında çəkilmiş mühafizə hasarının bir hissəsinin uçurulması, üzərinə qaynaq edilən boru və millərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır.Sonradan həmin yerə baxış keçirilərəkən müəyyən olunmuşdur ki, oradan 67 manat dəyərində 9 metr 73,02x5,5İNU ölçülü, 131 manat dəyərində 24 metr 60,32x4,83 ölçülü borular və 92 manat dəyərində 24 metr 7/8x25 mm ölçülü mil oğurlanmışdır. Həmin boruların və milin oğurlanması nəticəsində şirkətə 290 manat dəyərində maddi ziyan dəymişdir. Hasarın dağıdılması nəticəsində təmir-bərpa işləri üçün şirkət tərəfindən nəzərdə tutulan xərc 470 manat təşkil edir, beləliklə baş vermiş oğurluq nəticəsində şirkətə ümumilikdə 760 manat məbləğində maddi ziyan dəymişdir.Bundan sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında şirkətdə Mərkəzi Mühəndis-Texniki Xidmətinin növbə rəisi Sabir Xələfovdan ona məlum olmuş ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində «X10» şirkətinə məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 1 saylı mədənin 5-ci sahəsində olan 151678, 150736, 152220, 151456, 151448 və 150953 saylı quyuların mühərriklərinə gedən elektrik naqilləri naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. Sonradan həmin quyulara baxış keçirilərkən müəyyən olunmuşdur ki, 151678, 150736 və 152220 saylı quyulardan hər bir metrinin dəyəri 6 manat olmaqla, 78 manat dəyərində 13 metr uzunluğunda TTR mis 4x10 ölçülü, 151456, 151448 və 150953 saylı neft quyularından isə hər bir metrinin dəyəri 4,5 manat olmaqla, 54 manat dəyərində 12 metr uzunluğunda TTR mis 4x6 ölçülü elektrik naqilləri oğurlanmışdr. Elektrik naqillərinin oğurlanması nəticəsində şirkətə 132 maanat manat məbləğində maddi ziyan dəymişdir. Həmin quyuların fəaliyyətinin dayanması nəticəsində 1,1 ton neft itkisinə görə 900 manat, ümumilikdə isə 1032 manat məbləğində şirkətə maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs “Binəqədi Oil” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi qismində ifadə verən Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək onun təmsil etdiyi şirkətə dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs6 bildirmişdir ki, onun özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, korpus 145 ünvanında 0,015 ha torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi vardır. Həmin ev dörd tərəfdən mişar daşları ilə əhatə olunub, tam təmirlidir, 3 otaqdan və 1 mətbəxdən ibarətdir. Evin pəncərələrinə dəmir barmaqlıqlar qoyulmamışdır. Həyətə giriş iki laylı dəmir darvazadan mümkündür. Həmin ünvanda yaşamasa da, hər 2-3 aydan bir evinə gedib baş çəkir. Sonuncu dəfə təxminən 2022-ci ilin yanvar ayının sonunda axşam saatlarında evinə gedib baxanda hər şey öz qaydasında olmuşdur.Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində evinə gedib baxdığı zaman, evin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, ancaq qapının üzərində olan qıfıl işlək vəziyətində olduğundan başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər, onun evdə olmadığı müddət ərzində evin hansısa pəncərəsindən evə daxil olmuş və evin giriş qapısını içəridən açmaqla həmin qapıdan evi tərk etmişlər.Lakin o, naməlum şəxsin hansı pəncərədən evə daxil olduğunu müəyyən edə bilməmişdir, çünki evin bütün pəncərələri içəridən bağlı vəziyyətdə olmuşdur. Bundan sonra evə daxil olub baxış keçirtdiyi zaman qonaq otağından 800 manat dəyərində 01 ədəd «Beko» markalı televizorun, həmin otaqda tavandan asılmış 200 manat dəyərində 01 ədəd çilçırağın, qonaq otağının qapısının üzərində olan metaldan hazırlanmış 30 manat dəyərində 01 ədəd qıfılın, 500 manat dəyərində xrustal qabların, evin dəhlizində tavandan asılmış hər birinin dəyəri 30 manat olmaqla, 60 manat dəyərində 02 ədəd çilçıraqların, dəhlizin küncündə olan metaldan hazırlanmış 50 manat dəyərində 01 ədəd qaz sobasının, 1200 manat dəyərində kompressoru ilə birlikdə 01 ədəd «Beko» markalı kondisionerin, yataq otağından 300 manat dəyərində 5x4 metr ölçüdə 01 ədəd, 250 manat dəyərində 5x3 metr ölçüdə 01 ədəd, 200 manat dəyərində 3x2 metr ölçüdə 01 ədəd xalçaların, ümumi dəyəri 150 manat təşkil edən çarpayı örtüklərinin, mətbəx otağından soyuducunun üzərində olan 400 manat dəyərində mühərrikin, 800 manat dəyərində 01 ədəd «Beko» markalı paltar yuyan aparatın, 150 manat dəyərində 01 ədəd qaz sobasının, 20 manat dəyərində su kranının, mətbəxdə tavandan asılmış 40 manat dəyərində 01 ədəd çilçırağın, mətbəx otağının qapısının üzərində olan metaldan hazırlanmış 30 manat dəyərində 01 ədəd qıfılın, evin sanitar qovşağından hər birinin dəyəri 50 manat olmaqla, 100 manat dəyərində 02 ədəd plastik qapıların, 150 manat dəyərində 01 ədəd su qızdırıcının, 70 manat dəyərində hamam aksesuarlarının və 30 manat dəyərində 01 ədəd su kranının oğurlandığını aşkar etmişdir. Daha sonra dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və polis əməkdaşları həmin gün gəlib hadisə yerini müayinə etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 5530 manat məbləğində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, onun özünə məxsus ünvan 2 ünvanında 0,02 ha torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi vardır.Həmin ev hasara alınmamışdır və təmirsizdir, 5 otaqdan və 1 mətbəxdən ibarətdir.Evin pəncərələrinə dəmir barmaqlıqlar qoyulmamışdır. Həmin ünvanda o yaşamasa da, həftədə 2-3 dəfə gedib evinə gedib baş çəkir. Sonucu dəfə xx.xx.2022-ci il tarixdə günorta saatlarında evinə gedib baxdığı zaman hər şey öz qaydasında olmuşdur.Növbəti dəfə xx.xx.2022-ci il tarixdə günorta saatlarında evinə gedib baxdığı zaman evin birinci mərtəbəsində yerləşən mətbəx otağının plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Evin giriş qapısını özündə olan açarla açıb evə daxil olduğu zaman evin birinci və ikinci mərtəbəsinin otaqlarına çəkilmiş hər bir metirinin dəyəri 2 manat olmaqla, 1200 manat dəyərində 600 metr uzunluğunda 6-lıq mis elektrik naqillərin yerindən çıxarıldığını, evin birinci mərtəbəsində yerləşən hamam otağında olan 80 manat dəyərində 01 ədəd su kollektorunun, hər birinin dəyəri 25 manat olmaqla 100 manat dəyərində 04 ədəd dəmir tavaların, hər birinin dəyəri 30 manat olmaqla 60 manat dəyərində 02 ədəd çörək bişirmək üçün nəzərdə tutulmuş dəmir qəliblərin, 25 manat dəyərində 01 ədəd dəmir həvəngdəstənin oğurlandığını aşkar etmişdir. O, başa düşmüşdür ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evinə qanunsuz daxil olmuşlar. Bundan sonra dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və polis əməkdaşları həmin gün gəlib hadisə yerinə baxmışlar. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1465 manat məbləğində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən X4 bildirmişdir ki, ünvan 10 ünvanında 0,02 ha torpaq sahəsində özünə birmərtəbəli kürsülü ev tikdirmişdir. Həmin ev dörd tərəfdən mişar daşları ilə əhatə olunub, tam təmirlidir, 4 otaqdan və 1 mətbəxdən ibarətdir, evin pəncərələrinə dəmir barmaqlıqlar qoyulmuşdur. Həyətə giriş iki laylı dəmir darvazadan mümkündür. Qeyd olunan ünvanda o, ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ailəsi ilə birlikdə anadan olduğu Masallı rayonuna qonaq getmiş, evdən çıxanda evin giriş qapısını və darvazanı bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 11 ünvanına gəldiyi zaman həyətin darvazasını özündə olan açarla açıb həyətə daxil olmuşdur. Bundan sonra həyətdə olan əl damının plastik qapısını açıb həmin yerə daxil olduğu zaman, oradan 1400 manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatının, 20 manat dəyərində təmir alətləri üçün nəzərdə tutulan 01 ədəd plastmas qutunun və 100 manat dəyərində 01 ədəd su qızıdırıcı aparatının yerində olmadığını aşkar etmişdir. Həmin əl damının qapısı daimi açıq vəziyyətdə olur. O, başa düşmüşdür ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər əl damına qanunsuz daxil olaraq oradan oğurluq etmişlər. Bundan sonra evin giriş qapısını açıb evə daxil olmuş, lakin evə kiminsə daxil olmasını müəyyən etməmişdir. Daha sonra o, dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1520 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X4 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun özünə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən korpus 125 ünvanında 0,04 ha toraq sahəsində birmərtəbəli fərdi yaşayış evi vardır. Həmin ev dörd tərəfdən mişar daşları ilə əhatə olunmuş, tam təmirlidir, 3 otaqdan və 1 mətbəxdən ibarətdir, həmçinin evin zirzəmisi də vardır. Evin bütün pəncərələrinə dəmir barmaqlıqlar qoyulmuşdur. Həyətə giriş iki laylı dəmir darvazadan mümkündür. Həmin ünvanda o, yaşamasa da, hər gün gedib evinə gedib baş çəkir. Sonucu dəfə xx.xx.2022-ci il tarixdə saat 16 radələrində evinə gedib baxdığı zaman hər şey öz qaydasında olmuşdur. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə saat 16:30 radələrində evinə gedib baxdığı zaman evin zirzəmisinin dəmir qapısının üzərində olan asma qıfılın sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra zirzəmiyə daxil olub baxış keçirtdiyi zaman, oradan özünə məxsus 200 manat dəyərində 01 ədəd samovarın və 800 manat dəyərində 01 ədəd kombi istsilik sistemi aparatının oğurlandığını aşkar etmişdir. O, başa düşmüşdür ki, evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər evin zirzəmisinə qanunsuz daxil olmuşlar. Bundan sonra dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və polis əməkdaşları həmin gün gəlib hadisə yerini müayinə etmişlər. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1000 manat məbəlğində maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın qismən ödənildiyini, yəni polis tərəfindən somavarın tapılaraq ona qaytarıldığını, lakin təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, onun Binəqədi rayonu, Goradil Bağlar massivi 464 ünvanında özünə məxsus 0,24 ha torpaq sahəsində bir mərtəbəli bağ evi vardır. Həmin bağ evi köhnə olduğundan təmiri də zəifdir, lakin, evin pəncərələrinin dəmir barmaqlıqları vardır. Evin ümumi yaşayış sahəsi 40 kv/metrdir. Həmin evə təxminən 3-4 aydan bir gedib baş çəkir. Beləliklə, xx.xx.2022-ci il tarixdə saat 18:40 radələrində qeyd olunan evə baş çəkən zaman, evin giriş qapısının asma qıfılının yerindən çıxarıldığını görüb evdən oğurluq edildiyini başa düşmüşdür. Evə baxış keçirən zaman qonaq otağından bir ədəd 7 litr tutumu olan 200 manat dəyərində odun samovarının, 50 manat dəyərində dəmir materialdan olan sac və sacaltının, ümumilikdə 100 manat dəyərində qab-qaşıq dəstinin və həyətdən ümumi dəyəri 350 manat olan, hər bir metrinin dəyəri 2 manat təşkil edən 175 metr uzunluğunda 4-lük ölçüdə mis elektrik naqillərin kəsilərək oğurlandığını aşkar etmişdir.Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 700 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 3-4 ay əvvəl işlədiyi təndir evində tanış olmuş, sonuncu ona fəhlə olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə işlədiyi yerdə olduğu zaman, Təqsirləndirilən şəxs həmin yerə gələrək bir ədəd samovarın olduğunu və həmin samovarı 70 manat müqabilində satdığını ona bildirmişdir. Samovara baxıb bəyənərək 50 manata razılaşıb həmin samovarı Tahirdən almışdır. xx.xx.2022-ci il tarixdə işlədiyi yerdə olan zaman, Tahir ona fəhlə kimi bir nəfərin evində işlədiyini və ev sahibinin pulun əvəzində 01 ədəd su qızdırıcısını, 01 ədəd kombi aparatını, bir neçə təmir açarlarının olduğunu və həmin əşyaları 300 manata satmaq istədiyini bildirmişdir.Həmin əşyaların qiymətini 270 manata endirib Tahirdən almış və bir neçə gün sonra həmin əşyaları səyyar metal qəbul ilə məşğul olan şəxslərə 400 manata satmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs işlədiyi yerə gələrək 10 ədədə yaxın dəmir boruların olduğunu bildirmiş, o, həmin dəmir borulara görə 50 manat ödəməyə razılaşıb Tahirdən almışdır. Təxminən xx.xx.2022-ci il tarixdə qeyd olunan dəmir boruları səyyar şəkildə metal qəbul edən şəxslərə 150 manata satmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən işlədiyi yerə gələrək onda elektrik naqillərin olduğunu və onları 70 manata satdığını bildirmiş, həmin naqillərə baxıb 70 manata almağa razılıq vermiş və 70 manat pulun əvəzində Tahirə 40 manat nağd pul vermiş, qalan 30 manat pulun əvəzində isə Tahir dükandan bulka, çörək, bir neçə qutu siqaret götürmüşdür. Həmin tarixdə o, qeyd olunan elektrik naqilləri səyyar şəkildə metal qəbul edən şəxslərə 85 manat müqabilində satmışdır. Hər dəfə Tahirdən həmin əşyaların kimə məxsus olmasını və oğurluq olub-olmadığını soruşduqda, sonuncu ona əşyaların özünə məxsus olmasını bildirirmiş. Həmin əşyaları ev sahibləri ona evlərində fəhləçilik etdiyinə görə pul əvəzində verdiklərini deyirmiş. Həmçinin Tahirdən hər hansı bir əşya alan zaman onun sənədinin kserosurətini çıxarıb arxasında həmin əşyanın özünə məxus olması və oğurluq olmaması barədə qeydlər yazdırmış və Tahir öz yazdıqlarını imzası ilə təsdiqləmiş, yəni o, həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, «Mərkəz» deyilən yerdə yerləşən metal qəbulu məntəqəsində işləyirmiş, onun işi həmin məntəqəyə müştərilər tərəfindən gətirilən metalları qəbul etməkdən ibarət olmuşdur. İş vaxtı hər gün saat 09:00-dan 21:00-a qədər olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, belə ki, sonuncu dəfələrlə onun işlədiyi məntəqəyə metal gətirib təhvil vermişdir. Təxminən 2022-ci ilin təxminən mart ayının əvvəlində ya ortalarında Tahir onun işlədiyi məntəqəyə top şəklində elektrik naqillərini gətirib təhvil vermək istədiyini bildirmiş və o, Tahirə 40 manat məbləğində pul verib həmin elektrik naqillərini almışdır. Tahir hər zaman gətirdiyi metalı zibillikdən yığıdını ona bildirmişdir. Tahirin həmin metalı oğurluq yolu ilə əldə etməsindən onun xəbəri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3914 saylı rəyinə əsasən məlum olur ki, ekspertiza tədqiqatlarına təqdim olunmuş bir ədəd üzərində «ZŞV» yazısı olan, təxminən 6-7 litr tutumlu odun samovarının yuxarıda qeyd edilən xususatları nəzərə alınmaqla 2022-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2022- ci il tarixli, 22/510R nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 145 ünvanında yerləşən, Zərərçəkmiş şəxs6 məxsus oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 07 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirməsi üçün yararlı olan əl izlərindən 01 ədəd əl-barmaq izi xx.xx.1976-cı ildə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Ələkbər oğlunun sol əlinin orta barmağı ilə eynilik müəyyən edilmişdir. Digər yaralı olan 06 ədəd əl-barmaq izi ilə AADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri arasında eynilik aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Qasımov X6 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.xx.xx.2018-ci il tarixdə cəza müddəti qurtardığına görə azad olunmuşdur.Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumuluğu ödənilmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və heç bir cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri cinayət işi üzrə dindirilmiş zərərçəkmiş şəxslər, şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin materialları ilə tam sübut olunduğundan, o, ittiham elan olunmuş maddələr üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Bundan başqa, CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 19 may 2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan 19 may 2022-ci il tarixli tutulma qərarından məlum olur ki, Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq baş müstəntiqi, polis mayoru X9 tərəfindən tutulmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd samovarın sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – yüz (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» mülki iddiası qismən təmin olunmalı və ittiham aktında göstəriən və məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsi ilə məbləği mübahisə doğurmayan dəymiş zərərə görə 5530 manat vəsait təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci madəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda.CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini. CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, mənəvi zərərin təqsirləndirilən şəxsdən tutulması hissəsində mülki iddia təmin edilməməlidir Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür.Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür.Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 50 saat vaxt sərf etmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 19 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd samovarın – sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – Şahid1 götürülmüş 03 ədəd «A4» formatlı vərəqlər olan əlyazmalar və hadisə yerindən götürülmüş 01 ədəd zərfdə əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 50 saat hüquqi xidmətin dəyəri 300 (üç yüz) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37 NABZ**********0********.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************,VÖE N-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı «maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair» mülki iddiası qismən təmin olunsun. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs dəymiş zərərə görə 5 530 (beş min beş yüz otuz) manat vəsait tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs6 ödənilsin. Mülki iddia qalan hissədə, yəni 5 000 (beş min) manat mənəvi ziyana görə vəsaitin tutulması hissəsində rədd edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-80/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-80/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver