Məhkəmə qərarları › İş №1(001)-80/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-80/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-80/2024 08.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 09 avqust 1995-ci ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,evli-himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Səfikürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi, yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihama görə o, 23 aprel 2023-cü il tarixdə saat 22 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində naməlum şəxslərlə əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə danışmasını bəhanə edib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə,cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik edən, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək sonuncunun üz nahiyəsinə yumruqla vuraraq xuliqanlıq etmiş və sonuncuya burun sümüyünün repozisiya əməliyyatına (sınıq fraqmentlərinin cərrahi yolla yerinə oturdulması əməliyyatı) ehtiyacı olan qapalı, yerdəyişmiş sınığı, burun tənəffüsünün pozulması və burun qanaxması ilə müşayiət olunmuş burunun küt travması, burun yəhərinin əsasına yaxın sıyrığı, üst dodağın selikli qişasının mərkəzinin sıyrığı, alt dodağın selikli qişasının mərkəzinə və sol yarısına qansızma kimi az ağır zərərvurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. Buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 aprel 2023-cü ildə saat təxminən 21-22 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində həyət evinin qarşısında tək dayanıb mobil telefonla danışan zaman eyni məhəllədə kirayədə yaşayan Şəfa adlı qadın ona yaxınlaşıb iki nəfər şəxsin onu narahat etdiyini və qolundan tutub çəkdiklərini bildirib, kömək etməsini xahiş etmişdir. Həmin qadını müdafiə etmək məqsədilə iki nəfər təxmini 50-55 yaşlarında sərxoş vəziyyətdə olan şəxslərə yaxınlaşmış, onlardan Şəfanı nə üçün narahat edib qolundan tutmaq istədiklərini soruşmuşdur. Bu zaman həmin şəxslərdən Məhəmməd onu nalayiq sözlərlə təhqir edib, qarışmamasını tələb etmişdir. Onu intizamlı olmaga dəvət etsə də, Məhəmməd sinəsindən əli ilə vurub kənara itələmiş, daha sonra üstünə gəlib onu vurmaq istəmişdir. Özünü müdafiə etmək üçün Məhəmmədi kənara itələmiş və yanındakı Bəhruz adlı şəxsə demişdir ki, Məhəmmədi götürüb getsin. Həmin vaxt Məhəmməd sərxoş olduğu üçün yerə yıxılmışdır. Aldığı xəsarət bu zaman üzü üstə yerə yıxılması zamanı əmələ gələ bilərdi. Bunu görən Bəhruz yerdən daş parçası götürərək onu vurmaq istədikdə, Bəhruzdan özünü qorumaq üçün tez yaşadığı evə girmiş və həyətin qapısını arxadan bağlamışdır. Bundan sonra evdən çölə çıxmamışdır. Bir neçə gün sonra polis bölməsindən onu çağıran zaman məlum olmuşdur ki, Məhəmməd ondan şikayət etmişdir. Baş vermiş hadisə barədə olduğu kimi izahat və ifadə vermiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Məhəmmədi üz nahiyəsindən yumruqla vurmamış, mübahisə zamanı yanlarında başqa şəxslər olmamış, heç kimlə əlbir olub cinayət əlaqəsinə girməmiş, xuliqanlıq etmək niyyəti olmamışdır. O, evə daxil olandan sonra küçədə baş verənlərdən məlumatı olmamışdır. Şəfanı müdafiə etmək məqsədilə Məhəmməd və Bəhruz adlı şəxslərə yaxınlanmış, Məhəmməd sözünü eşidib Şəfanı rahat buraxsa idi, bu hadisə baş verməzdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Biləcəri qəsəbəsində kirayədə yaşamışdır. 23 aprel 2023-cü ildə qudası Şahid1 nəvəsi Fidana ad günü keçirdiyindən onların Biləcəri qəsəbəsi M.Mikayılov küçəsində yerləşən evinə qonaq gəlmişdir. Orada təxminən bir saat oturub yeyib spirtli içki içmişlər. Təxminən saat 22 radələrində qudası Bəhruzla meyvə şirəsi almaq məqsədilə evdən çıxıb marketə getmək istəmişlər. Yolda köhnə iş yoldaşı Şəfa adlı qadını görmüş, ona salam vermiş, Şəfa salamını almamışdır. İçkili olduğundan ona yaxınlaşıb niyə salamını almadığını soruşmuşdur. Danışığı kobud səsləndiyinə görə Şəfa kənarda durub telefonla danışan Mustafanı çağırıb kömək etməsini istəmişdir. Mustafa ona yaxınlaşıb kobud formada qızdan nə istədiyini soruşmuş, Mustafanın danışıq tonu xoşuna gəlmədiyinə görə ona kobud formada cavab vermişdir. Bu zaman Mustafa onu burun nahiyəsindən bir dəfə yumruqla vurmuş və o aldığı zərbədən yerə yıxılmışdır. Bunu görən Bəhruz yerdən daş parçası götürmək istəmiş, o anda Mustafa qaçıb yaşadığı evin həyətinə girib qapını bağlamışdır. Onlar Mustafanın yaşadığı evin qapısına gəlmiş, yüksək səslə onu çölə çıxmağa səsləmiş, lakin Mustafa çölə çıxmamışdır. Bu zaman tanımadığı bir neçə şəxs kənardan ona yaxınlaşıb mübahisə etməyə başlamış və ona bir neçə zərbə vurmuşlar. Həmin şəxslərin Mustafa ilə əlaqəsi olub-olmadığını bilmir. Sonra qudasıgilə qayıtmış və onu qan içində görən gəlini Şəbinə DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, burun nahiyəsinə yumruqla vurub ona xəsarət yetirən şəxs Mustafa olmuşdur. Mustafanın yumruq zərbəsindən sonra yerə yıxılsa da, üzü üstə düşməmişdir. Ona görə də aldığı burun xəsarətinin yerə yıxılması zamanı yarandığı doğru deyil. Sonradan onu vuran şəxslər sol qolundan və sağ budundan vurmuşlar. İstintaq dövründə Mustafa ona yaxınlaşaraq üzrxahlıq etmiş, onunla barışmış, ziyanı ödəmişdır. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Biləcəri qəsəbəsində kirayədə yaşamışdır. Zərərçəkmiş şəxs qudasıdır. Qəhrəmanın oğlu Əli qızı Şəbinə ilə ailə qurmuşdur. 23 aprel 2023-cü ildə təxminən saat 21-də qudası Məhəmməd nəvəsi Fidanın ad günü ilə bağlı evinə qonaq gəlmişdir. Təxminən bir saat oturub yeyib, spirtli içki içmişlər. Sonra qudası Məhəmmədlə birlikdə meyvə şirəsi almaq məqsədilə evdən çıxıb marketə getmək istəmişlər. Yolda Məhəmməd köhnə iş yoldaşı Şəfa adlı qadını görmüş, ona salam vermiş, Şəfa isə salamı almamışdır. Qəhrəman içkili olduğundan Şəfaya yaxınlaşıb niyə salamını almadığını soruşmuş, danışığı kobud səsləndiyinə görə Şəfa kənarda duran Mustafanı çağırıb kömək etməsini istəmişdir. Mustafa onlara yaxınlaşmış, bu zaman Mustafa ilə Qəhrəman arasında mübahisə yaranmışdır. Təxminən 2-3 dəqiqə sonra aralanmışlar. Mübahisə zamanı Qəhrəman yerə yıxılsa da, onların bir-birilərini vurmalarını görməmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mustafa ilə Qəhrəman mübahisə edərkən onlara başqa şəxslər yaxınlaşmamış, Qəhrəmanı vurmamışlar. Mustafa tək olmuş, sonra qaçıb yaşadığı evə girərək qapını arxadan bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 23 aprel 2023-cü ildə axşam saat 21:50 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsinin yaxınlığında "xxxx" ASC-yə məxsus elektrik stansiyasının yanından keçən zaman üzdən tanıdığı Məhəmməd adlı şəxs içkili vəziyyətdə qəfildən ona yaxınlaşaraq salam vermişdir. Həmin vaxt Məhəmmədin yanında bir nəfər də olmuşdur. Onun içkili olduğunu görüb salamını almamış, Məhəmməd niyə salamını almadığını deyib üzərinə gəlmiş, qolundan tutmağa çalışmışdır. Bu zaman o, yaxınlıqda evinin qarşısında tək dayanıb mobil telefonla danışan Mustafanı çağırıb kömək etməsini xahiş etmişdir. Mustafa ona kömək etmək məqsədilə Məhəmməd və sonradan bildiyi qudası Bəhruza yaxınlaşmış, nə baş verdiyini soruşmuş, Məhəmməd onunla aqressiv danışıb söyüş söymüşdür. Bu zaman Mustafa Məhəmmədi əli ilə itələmiş, Məhəmməd yerə yıxılmışdır. Bəhruz yerdən daş parçası götürüb Mustafaya tərəf gəlmək istəyəndə Mustafa özünü müdafiə etmək üçün qaçıb evinə getmiş və həyətin qapısını arxadan bağlamışdır. Hadisə 2-3 dəqiqə ərzində baş verib bitmişdir. O, məsələnin bitdiyini görüb hadisəyə qədər sifariş verdiyi taksiyə əyləşib oradan uzaqlaşmışdır. Bundan sonra polis bölməsinə dəvət olunmuş və baş vermiş hadisə barədə bildiklərini danışmışdır. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Mustafanın Məhəmmədi üz nahiyəsindən yumruqla vurmasını görməmiş, mübahisənin başlamasına səbəb Məhəmmədin ona yaxınlaşıb sataşması olmuşdur. Hadisə zamanı orada o, Məhəmməd, Bəhruz və Mustafa olmuş, kənar şəxslər olmamışlar. Taksiyə əyləşib oradan uzaqlaşana kimi Məhəmmədin başqa şəxslərlə mübahisə etməsini, ona kimlərinsə xəsarət yetirməsini görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i.v.1). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 710 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun sümüyünün repozisiya əməliyyatına (sınıq fraqnentlərinin cərrahi yolla yerinə oturdulması əməliyatı) ehtiyacı olan qapalı, yerdəyişmiş sınığı, burun tənəffüsünün pozulması və burun qanaxması ilə müşayiət olunmuş burunun küt travması, burun yəhərinin əsasına yaxın sıyrığı, üst dodağın selikli qişasının mərkəzinin sıyrığı, alt dodağın selikli qişasının mərkəzinə və sol yarısına qansızma, bel nahiyəsinin sol yarısının qançırı, sol bazunun orta 1/3-in ön-bayır səthinin hematoması və hematomanın yuxarı kənarının səthi əzilmiş yarası, sağ bazunun aşağı 1/3-in arxa, sağ dirsək oynağının bayır səthlərinin sıyrıqları, sağ budun orta-aşağı 1/3-in ön səthinin qançırı və qançır fonunda sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 23 aprel 2023-cü il tarixdə kənar şəxs (şəxslər) tərəfindən burun, dodaq, bel nahiyələrinə, sağ bazu və dirsək oynağı nahiyəsinə əl ilə və yumruqla, sol bazu və sağ bud nahiyəsinə bərk küt əşya ilə, ola bilsin baltanın küp hissəsi ilə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə burun sümüyünün repozisiya əməliyatına ehtiyacı olan qapalı, yerdəyişmiş sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya, sol bazunun orta 1/3-in ön-bayır səthinin hematoması və hematomanın yuxarı kənarının səthi əzilmiş yarası ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, i.v.34-36). Şübhəli olan şəxsin tutulması haqqında 19 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 53). Cinayət işinin tövsif edilməsi haqqında 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir (cild 1, i.v.83-84). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə ittiham elan edilmişdir (cild 1, i.v.90-92). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir (cild 1, i.v.122-125). Zərərçəkmiş şəxs imzası notarial qaydada təsdiq edilmiş 22 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur (cild 1, i.v.128). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, i.v.150). Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işindən Zərərçəkmiş şəxs yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətlərinin yetirilməsi faktına görə ayrıca icraata Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, i.v.165-167). Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərinin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən və qiymətləndirilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı işin faktiki hallarını düzgün müəyyən etməmiş, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsifində səhvə yol vermişdir. Belə ki, xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi CM-in 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmanın tövsifedici əlaməti kimi əməlin xuliqanlıq niyyəti ilə törədilməsi çıxış edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarına görə təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xüliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə günü yaşadığı evin qarşısında tək dayanıb mobil telefonla danışarkən eyni məhəllədə yaşayan Şahid2 ona müraciət edərək, iki nəfər şəxsin yəni, Məhəmməd və Bəhruzun onu narahat etdiklərini, qolundan tutub çəkdiklərini bildirib, ona kömək etməsini xahiş etmiş, bu səbəbdən Mustafa Şəfanı müdafiə etmək və ona kömək göstərmək məqsədilə sərxoş vəziyyətdə olan Məhəmməd və Bəhruza yaxınlaşıb, onlardan Şəfanı narahat etməmələrini istəmiş, bu zaman Məhəmməd onu sinəsindən itələyərək nalayiq sözlərlə təhqir etmiş, qarışmamasını tələb etmiş və onlar arasında mübahisə yaranmışdır. Beləliklə də, hadisə baş verən gün Təqsirləndirilən şəxsla zərər çəkmiş Zərərçəkmiş şəxs mübahisəsi səbəbsiz yerə deyil, məhz zərər çəkmiş Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə küçədə Şahid2 sataşması, onu qolundan tutub saxlaması, buna görə sonuncunun qonşusu Təqsirləndirilən şəxs yardım istəməsi və Mustafanın ona kömək məqsədilə Məhəmməddən qeyri-əxlaqi hərəkətlərinə son qoymasını tələb etdiyinə görə yaranmış, bundan sonra Məhəmməd Mustafanı sinəsindən itələyərək nalayiq sözlərlə təhqir etdiyindən Mustafa bir dəfə yumruqla onun sifətindən vurmuş və dərhal yaşadığı evə daxil olmuşdur. Sözügedən hadisə günün qaranlıq vaxtı Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında, yəni insanların çoxluq təşkil etdiyi ərazidən kənarda baş vermiş, ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olmamışdır. İşin faktiki hallarına əsasən aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud surətdə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə küçədə Şahid2 sataşması, onu qolundan tutub saxlaması, buna görə sonuncunun qonşu kimi ondan yardım istəməsi və Mustafanın Şəfaya kömək məqsədilə Məhəmməddən qeyri-əxlaqi hərəkətlərinə son qoymasını tələb etdiyinə görə Məhəmmədin Mustafanı sinəsindən itələyərək nalayiq sözlərlə təhqir etməsi ilə əlaqədar şəxsi münasibətlər zəminində zərərçəkmiş şəxsə qarşı barışmazlıq hissindən yaranan, bir qədər sonra isə özünü göstərən münaqişəli vəziyyət şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən Təqsirləndirilən şəxs qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, Təqsirləndirilən şəxs əməllərində xuliqanlıq niyyətinin tərkibinin yaranmasını şərtləndirlən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud surətdə pozulmasına dəlalət edən konkret faktlar nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç ibtidai istintaq zamanı toplanmış sübutlar sırasında da rast gəlinməmişdir. Belə ki, ittihamda Təqsirləndirilən şəxs istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər formal olaraq sadalanmışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının işin faktiki halları və Təqsirləndirilən şəxs əməlləri barədə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq kifayət qədər araşdırılmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticəyə gələrkən topladığı sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsinə görə şəxsin təqsirli olmasına şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi yuxarıda qeyd olunan sübutlar bazası mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-in 146.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Bundan əlavə, yuxarıda göstərildiyi kimi, Ali Məhkəmənin müvafiq Plenum qərarında da göstərildiyi kimi şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkmişin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində yaşadığı evin qarşısında dayanarkən Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə küçə ilə hərəkət edən Şahid2 sataşması, onu qolundan tutub saxlaması, buna görə Şəfanın Mustafadan yardım istəməsi və Mustafanın Şəfaya kömək məqsədilə Məhəmməddən qeyri-əxlaqi hərəkətlərinə son qoymasını tələb etdiyinə görə Məhəmmədin Mustafanı sinəsindən itələyərək nalayiq sözlərlə təhqir etməsindən bərk əsəbləşib bir dəfə yumruqla onu üzündən vurması, hadisənin heç kimin olmadığı yerdə günün qaranlıq vaxtı 2-3 dəqiqə davam etməsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs az ağır bədən xəsarəti alması kimi hərəkətlərə görə Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, işin faktiki hallarına uyğun olmayan, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsilə tövsif etmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etməyi qanuni və əsaslı sayır. Məhkəmə istintaqında təkzibedilməz sübutlarla təsdiq edildi ki, təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs arasında zərərçəkmiş şəxsin səhv hərəkətləri nəticəsində yaranmış barışmazlıq zəminində təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vurub ona az ağır bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs cinayət qəsdinin obyekti ictimai qayda deyil, konkret şəxs, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs olmuş, münaqişə zərər çəkmiş şəxsin düzgün olmayan əməlləri və sair hərəkətlərindən irəli gələn səbəblər nəticəsində baş vermiş və bu zaman ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi kimi hallar baş verməmişdir. Bu isə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini təşkil edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələbinə görə,məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə toplanmış sübutları obyektiv, qərəzsiz araşdıraraq və hüquqi qiymət verərək Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə baxışının nəticəsi olaraq təqsirləndirilən şəxsin əməli ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edilməli, yəni Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyi ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sifətindən yumruqla vurmadığını, Məhəmmədin sərxoş olduğu üçün sinəsindən itələyərkən yerə yıxılıb xəsarət aldığını bildirsə də, məhkəmə həmin ifadəni özünü müdafiə etməsi kimi qiymətləndirib rədd edir. Belə ki, zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, burun nahiyəsinə yumruqla bir dəfə vurub ona xəsarət yetirən şəxs məhz Təqsirləndirilən şəxs olmuşdur. Mustafanın həmin yumruq zərbəsindən sonra yerə yıxılsa da, üzü üstə yıxılmamışdır. Ona görə də aldığı az ağır xəsarətin, yəni burnunun zədələnməsinin yerə yıxılması zamanı yarandığı doğru deyil. Bundan başqa, sonradan onu vuran şəxslər sifətindən deyil, sol qolundan və sağ budundan vurmuşlar. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 710 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - burun sümüyünün repozisiya əməliyyatına (sınıq fraqnentlərinin cərrahi yolla yerinə oturdulması əməliyatı) ehtiyacı olan qapalı, yerdəyişmiş sınığı, burun tənəffüsünün pozulması və burun qanaxması ilə müşayiət olunmuş burunun küt travması 23 aprel 2023-cü il tarixdə kənar şəxs tərəfindən burun, nahiyəsinə əl ilə və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, Zərərçəkmiş şəxs barışıqla bağlı, müdafiə tərəfinin isə bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıqla bağlı ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmalarını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsi tətbiq olunmaqla, o Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl (CM-in 127.1-ci maddəsi) böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd edilən Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, habelə müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılıqla bağlı ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına həmin hissədə xitam verilməlidir. Təsvir olunanlardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə özünü təqsirli bilməmiş, hadisə günü heç bir şəxslə əlbir olmadığını və xuliqanlıq etməyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona tək yaxınlaşmış, həmin zaman yanlarında başqa şəxslər olmamış, Mustafa onu burun nahiyəsindən bir dəfə yumruqla vurduqdan dərhal sonra qaçıb yaşadığı evin həyətinə girib qapını arxadan bağlamış, o və qudası Bəhruz Mustafanın yaşadığı evin qapısına gəlib, yüksək səslə onu çölə çıxmağa səsləmiş, lakin Mustafa çölə çıxmamışdır. Bu zaman tanımadığı bir neçə şəxs kənardan ona yaxınlaşıb mübahisə etməyə başlamış, daha sonra ona bir neçə zərbə vurub qaçmışlar. Həmin şəxslərin Mustafa ilə əlaqəsi olub-olmadığını bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, hadisə günü Məhəmməd içkili vəziyyətdə ona yaxınlaşaraq qolundan tutmağa çalışdığına görə yaxınlıqda tək dayanıb mobil telefonla danışan Mustafanı çağırıb kömək etməsini xahiş etmiş, Mustafa ona kömək etmək məqsədilə tək olaraq Məhəmməd və Bəhruza yaxınlaşmış, nə baş verdiyini soruşmuş, Məhəmməd onunla aqressiv danışıb söyüş söydüyünə və yaxasından tutub itələdiyinə görə Mustafa Məhəmmədi əli ilə itələmiş, Məhəmməd yerə yıxılmış, bunu görən Bəhruz yerdən daş parçası götürüb Mustafaya tərəf gəlmək istəyəndə Mustafa özünü müdafiə etmək üçün qaçıb evinə girmişdir. Hadisə zamanı orada o, Məhəmməd, Bəhruz və Mustafa olmuş, kənar şəxslər olmamışlar. Daha sonra o, taksiyə əyləşib oradan uzaqlaşmış, həmin vaxta kimi Məhəmmədin başqa şəxslərlə mübahisə etməsini, ona kimlərinsə xəsarət yetirməsini görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, qudası Məhəmmədlə birlikdə meyvə şirəsi almaq məqsədilə evdən çıxıb marketə gedərkən yolda Məhəmməd köhnə iş yoldaşı Şəfa adlı qadını görmüş, ona salam vermiş, həmin vaxt Şəfa ona salam verməmiş, Qəhrəman içkili olduğundan Şəfaya yaxınlaşıb niyə salam vermədiyini soruşmuş, danışığı kobud səsləndiyinə görə Şəfa kənarda tək duran Mustafanı çağırıb kömək etməsini istəmiş, Mustafa onlara yaxınlaşmış, bu zaman Mustafa ilə Qəhrəman arasında mübahisə yaranmış, onlara başqa şəxslər yaxınlaşmamışlar. Qəhrəmanı kiminsə vurmasını görməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə saat 22 radələrində ictimai yer hesab edilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsində naməlum şəxslərlə əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xuliqanlıq etməsi kimi ittiham verilsə də, həmin ittiham məhkəmədə nəinki öz təsdiqini tapmamış, eyni zamanda zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə təkzib edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlar Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamın əsasını təşkil edən sübutların mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsilə elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla, həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş həmin ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı naməlum şəxslər tərəfindən bir qrup şəxs halında xuliqanlıq edilməsinə aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və bəraət hökmü çıxarmış məhkəmə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 50 (əlli) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onların hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb və ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməyə görə tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 300 (üç yüz) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən ELÇİN AĞAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar