Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-81/2021 26.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Gürcüstan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yeni tikilidə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən işlənmiş avtomobil ehtiyat hissələrinin satışı mağazasına daxil olub orada satıcı işləyən Zərərçəkmiş şəxs mağazada olmamasından istifadə edərək sonuncuya məxsus asılqandan asılmış şalvarın cibindən içərisində 161 manat nağd pul, həmin tarixə məzənnə ilə 0,8352 manat təşkil edən 2 Ruminiya leyi, 2 manat dəyərində “Bakıkart” ödəniş kartı olan 2 manat dəyərində pul kisəsini talayıb mağazadan çıxıb uzaqlaşan zaman zərərçəkmiş Zərərçəkmiş şəxs əmlakın talanmasını aşkar edib onu saxlamaq istədiyini görüb qanunsuz hərəkətlərini davam etdirərək, pul kisəsini açıq talama niyyəti ilə özündə saxlamaqla hadisə yerindən qaçmış, lakin həmin vaxt ətrafda olan DİN-nin X3 əməkdaşları tərəfindən saxlanıldığından bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən aslı olmayan səbəblər görə başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər metal qəbulu məntəqəsinə metal əşyalar təhvil verməklə dolanmışdır, hazırda isə karantin tədbirləri ilə əlaqədar olaraq heç bir yerdə işləmir. 2-ci dəfə yeni ailə həyatı qurmuşdur. İlk evliliyindən yetkinlik yaşına çatmış 18 və 21 yaşlarında 2 övladı vardır. xx xxxxxx 2020-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində “Elit” TM ilə üzbəüz yerləşən işlənmiş avtombobillərin ehtiyat hissələri satılan bazara gəlmişdir. Bazara gəlməkdə məqsədi dəmir yığmaq üçün istifadə etdikləri “QAZ 24” markalı avtomobilin ehtiyat hissələrinin qiymətlərini öyrənmək olmuşdur. Bazara daxil olub bir-bir mağazalara girib qiymətləri öyrənmiş, əvvəllər tanımadığı, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs mağazasına daxil olduqda mağazada kimsə olmadığını görmüş və çıxmaq istəyərkən yerdə qara rəngli pul kisəsinin olduğunu görüb götürmüş və mağazadan çıxıb oradan uzaqlaşmışdır. Yolu keçdikdən sonra “Elit” TM sağ tərəfinə dönüb bir qədər irəlilədikdən sonra qarşısında polis maşını dayanmış və maşından düşən X3 əməkdaşları onu saxlamışlar. Polislər ondan pul kisəsinin harada olduğunu soruşduqda, o, pul kisəsini şalvarının cibindən çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu Binəqədi Rayon Polis İdərisinin 5-ci Polis bölməsinə aparıb təhvil vermişlər. O, pul kisəsinin içərisində hansı miqdarda pul və nə olduğunu görməmişdir, bölmədə pul kisəsini polis əməkdaşları açdıqda məlum olmuşdur ki, pul kisəsinin içərisində 161 manat pul və bank kartları olmuşdur. O, pul kisəsindən hər hansı pul və ya əşya götürməmişdir. Götürdüyü vəziyyətdə də polis əməkdaşlarına təqdim etmişdir. Pul kisəsində hansı əşyaların olmasından məlumatı olmamışdır. Məhkəmədən yeni ailə qurmasını, əməlindən peşman olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xeyli müddətdir Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən işlənmiş avtomobillərin ehtiyat hissələrinin satışı bazarında mağazada satıcı işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 08:30 radələrində mağazaya gəlib paltarın dəyişib, iş paltarını geyinmiş və əynindən çıxardığı şalvarını mağazada olan asılqandan asmışdır. Pul kisəsi asılqandan asdığı şalvarının cibində qalmışdır. Həmin gün saat 09:30 radələrində mağazadan çöldə üzbə-üz mağazada olarkən qonşu mağazada işləyən Ədalət ona bir nəfər şəxsin onun mağazasına girib çıxdığını demiş və əli ilə həmin şəxsi işarə edib göstərmiş, həmin şəxs orta yaşlı bir oğlan olmuşdur, həmin oğlan ona tərəf baxmış və addımlarını itiləşdirmişdir. O, həmin oğlanın pul kisəsini götürməsindən şübhələnib, tez mağazaya girib asılqandan asılmış şalvarının cibini yoxlamış, pul kisəsinin yerində olmadığın aşkar etmiş, mağzaya girən şəxsin pul kisəsini oğurladığını bilib dərhal çölə cıxıb həmin şəxsin arxası ilə qaçmış və uca səslə çağırıb dayanmasını tələb etmiş, hətta ətrafda olan şəxslərə də “tutun-tutun” “pul kisəmi oğurlayıb qaçır tutun” deyə səslənmiş, ancaq həmin oğlan arxaya çevirilib onların gəldiklərini görüb, sürətini daha da artırıb qaçaraq yolu “Elit TM” istiqamətində keçib oradan “Tayqa” market tərəfdə gözdən itmişdir. O, yaşlı olduğundan artıq nəfəsi kəsilmiş və qaça bilməmişdir. “Elit” TM-nin qarşısında avtopatrul maşını ilə xidmətdə olan X3 əməkdaşlarına hadisə barədə məlumat vermiş və həmin şəxsin zahiri əlamətlərini polislərə söyləmişdir. Polislər həmin şəxsin arxası ilə getmiş, o da taksi saxladıb polislərin arxası ilə getmişdir. “Tayqa” mağazasına gedən yolun sağ tərəfində polislərin həmin şəxsi saxladıqlarını görüb ora yaxınlaşmış, polislərə pul kisəsini həmin şəxsin götürdüyünü bildirmiş, polis əməkdaşları ondan pul kisəsini təqdim etməsini istədikdə, həmin şəxs şalvarının ön hissəsini açıb oradan pul kisəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra oradan Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə getmilşlər. O, hadisə barədə ərizə və izahat yazmışdır. Pul kisəsinin içərisində 161 manat pul, ona məxsus sürücülük və şəxsiyyət vəsiqələri, “Beynalxalq” və “Bank of Baku” banklarından verilmiş kartlar, metro kartı və Ruminiya Respublikasının pul vahidi olan 2 leu olmuşdur. Bölmədə polis əməkdaşları pul kisəni açdıqda içərisində olan həmin əşyalar pul kisəsində aşkar olunmuşdur. O, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş DİN-nin ƏÇPA-nın 2-ci Patrul Bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, xidməti əraziləri Binəqədi RPİnin 5-ci PB-nin ərazisidir. xx xxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Ə.Rəcəbli küçəsində xidmətdə olarkən adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs qaçdığını görüb nə baş verdiyini soruşduqda, Fərhad onlara üzü “Elit TM “tərəfə qaçan bir nəfər şəxsi göstərib, həmin şəxsin onun pul kisəsini oğurladığını bildirmişdir. Onlar avtopatrul maşını ilə həmin şəxsin arxası ilə gedib “Tayqa” marketin qarşısında həmçn şəxsi saxlamışlar. Zərərçəkmiş şəxs da taksi ilə onların yanına yaxınlaşmış, Zərərçəkmiş şəxs saxladıqları şəxsin onun pul kisəsini oğurlayaraq qaçan şəxs olduğunu bildirmiş, həmin şəxsdən pul kisəsini təqdim etməsini istədikdə həmin şəxs şalvarının ön hissəsində gizlətdiyi pul kisəsini çıxarıb onlara təqdim etmişdir. Zərərçəkmiş şəxs pul kisəsinin içərisinə baxmış və hər şeyin yerində olduğunu bildirmişdir. Bundan sonra onlar həmin şəxsi ərazi üzrə Binəqədi RPİ-nin 5-ci PB-nə aparıb təhvil vermişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Onlar hadisə barədə raportla bölmə rəhbərliyinə müraciət etmişlər. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan şahid DİN-nin ƏÇPA-nın 2-ci Patrul Bölüyünün polis nəfəri Şahid3 elan olunmuş ifadəsindən məlum olur ki, o, həmkarı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq vaxtı şahid qismində dindirilmiş və məhkəmə baxış iclasında ifadəsi elan olunan Şahid1 elan olunmuş ifadəsindən məlum olur ki, o, uzun müddətdir ki, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən işlənmiş avtomobil ehtiyat hissələrinin satışı bazarında Zərərçəkmiş şəxsla qonşu mağazada işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 09:30 radələrində Fərhad mağazası ilə üzbəüz mağazada olarkən bir nəfər şəxsin Fərhadın mağazasından çıxdığını görüb, bu barədə Fərhada məlumat vermiş, Fərhad mağazasına girib çıxaraq həmin şəxsin onun şalvarının cibindən pul kisəsini oğurladığın bildimiş, birlikdə həmin şəxsin arxası ilə qaçaraq, dayanmasını tələb etmişlər, ancaq həmin şəxs sürətini artırıb qaçaraq uzaqlaşmışdır. Yaxınlıqda olan ƏÇPA-nın əməkdaşlarına bu barədə məlumat vermişlər, polislər avtopatrul maşını ilə həmin şəxsin arxası ilə getmişlər. Zərərçəkmiş şəxs da taksi ilə polislərin arxası ilə getmişdir. Bir qədər sonra Fərhad geri qayıdıb polislərin həmin şəxsi yaxaladığını bildirmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsində nəzərdə tutulan cinyəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 161 manat, 2 Ruminiya leyi, “Bakıkart” kartı və pul kisəsi mühüm əhəmiyyət kəsb etdiyindən ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilməsinin və məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Fərahim Əsədlinin xx.xx.2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Binəqədi RPİ-nin MSY-dən azad edilməsi və s. qərara alınmışdır. İş materiallarına əlavə edilmiş DİN-in Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən məlum olur ki, xx.xx.1978-ci il təvəllüdlü Alyasov X2 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 % dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixində Milli Məclisin xx.xx.2016-ci il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsinə əsasən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 02 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2017-ci il tarixində cəza müddəti bitdiyindən şöbənin qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılması və onun həmin maddə ilə məhkəmə məsuliyyətinə verilməsi, aparılmış istintaqla əməlində Azərbaycan Respublikası CM-nin 29,177.1, 29,180.2.1 və 29,326.2-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddələrlə cinayət təqibinin başlanılmasının rədd edilməsi və bu barədə olan sənədlərin saxlanılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərilməsi, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, üzləşdirmə protokolu, maddi sübut kimi tanınma qərarı işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi və s. qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsinə tənqidi yanaşır və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş materialları, şahidlərin və zərərçəkmiş şəxsin verdikləri ifadələrlə və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qismən etiraf etməsini, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X4 küçəsi (keçmiş Əfəndiyev) küçəsi, ev 39 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 161 manatın, 2 Ruminiya leyinin, “Bakıkart” kartı və pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir, xüsusi müsadirə olunması təklif edilən əmlak və məhkəmə xərci yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod- 200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 161 manatın, 2 Ruminiya leyinin, “Bakıkart” kartı və pul kisəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-81/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-81/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver