Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-81/2022 18.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 sentyabr 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, ev 102 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi 90 US 666 qeydiyyat nişanlı, “Mercedes Benz 350” minik markalı avtomobilin arxa sol qapısının açıq olmasından istifadə edib qapını açaraq salona daxil olmaqla sürücü tərəfdəki oturacağın altındakı portmanatdan içərisində 1600 manat pul, həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 19 manat təşkil edən 10 avro, 500 manat dəyərində bir ədəd qızıl üzüyü, 10 manat dəyərindəki həmin portmanatla birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2299 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu, “Papanin” adlanan yerdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manata satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0.361 qram çəkidə narkotik vasitə heroin əldə edib daşımaqla üzərində saxlamış, 19 avqust 2021-ci il tarixdə saat 14 radələrində Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Azərbaycan Respublikası DİN BDYPİ-nin inzibati binasının yaxınlığında saxlanılıb Binəqədi RPİ 6-cı PB-nə gətirilərək üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan balaca cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş halda təmiz çəkisi 0.361 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuş, cəzaçəkmə müəssisəsindən 2021-ci ilin may ayında azad olunmuşdur. 18.08.2021-ci il tarixdə axşam saatlarında, Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata narkotik vasitə hesab edilən heroini alıb istifadəsi üçün üzərində saxlamışdır. 19.08.2021-ci il tarixdə, saat 14:00-da BDYPİ-nin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə dövlət hesabına müdafiəçi təqdim edilmişdir. Müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə özünün razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan balaca cibindən bir ədəd qızılı kağıza bükülmüş bükülü aşkar olunmuşdur. Şalvarın sol yan cibindən Nokia model mobil telefonu, şalvarınınn arxa sol cibindən 600 manat, 100 ABŞ dollar və 10 Avro pulu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş qızılı bükülünün içindəki “heroin” olan narkotik vasitə zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiqləmişdir. Bundan başqa o, 13 avqust 2021-ci il tarixdə BDYPİ-nin qarşısındakı Mercedes markalı avtomoildən oğurluq etmişdir. Oğurluq məqsədilə qapını açıb maşının salonuna daxil olanda salonda sürücü oturacağının altında portmanatın olduğunu görmüşdür. Belə ki, portmantın bir hissəsi oturacağın altından çıxdığı üçün onun diqqətini özünə cəlb etmişdir. Portmanatı götürüb cibinə qoymuş və dərhal oranı tərk edərək yaşadığı Yasamal rayonundakı evinə getmişdir. Portmanatın içindəki yüzlük və əllilik əskinazlardan ibarət 1600 manat pulu, 1 ədəd 100 ABŞ dollarını, 1 ədəd 10 avronu, bir ədəd qızıl üzüyü cibinə qoymuşdur. Portmanatın içində olan kart, vəsiqə və s. əşyaları isə Yasamalda xatırlamadığı zibil qutusuna tullamış, qızıl üzüyü isə səhərisi gün Moskva univermağına apararaq 305 manata satmışdır. 19 avqust 2021-ci il tarixdə narkotik vasitəni gəzdirdiyinə görə saxlanılarkən üzərindən həmin oğurladığı pullar aşkar olunmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. İş üzrə zərərçəkmiş şəxslə barışmış və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti, tələbi yoxdur. Məhkəmədən cinayət əməlini etiraf etməsini və deyilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ DYPŞ-də inspektor işləyir. “Mercedes E Klass” markalı, 90 US 666 qeydiyyat nişanlı avtomobili , sürücülük vəsiqəsi olmaqla baş etibarnamə ilə idarə edir. 09 avqust 2021-ci il tarixdən etibarən AR DİN-in BDYPİ-nə ezam olunmuşdur. 13 avqust 2021-ci il tarixdə, saat 13 radələrində ezam olunduğu BDYPİ-nin həyətinə idarə etdiyi “Mercedes E Klass” markalı 90 US 666 qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Avtomobildən düşərək BDYPİ-nin inzibati binasına girmişdir. Saat 14 radələrində işdən çıxaraq yenidən avtomobilnə əyləşmiş və sürüb getmək istəyərkən əlini əyləşdiyi oturacağın altına aparanda ora qoyduğu portmanatın yerində olmadığını görmüşdür. Belə ki, portmanatı o avtomobilin sürücü tərəfdəki oturacağın altına qoymuşdur. 10 manat dəyərində olan portmanatın içində yüzlük və əllilik əskinazlardan ibarət 1600 manat pul, 1 ədəd 100 ABŞ dolları, 1 ədəd 10 avro, xidməti polis vəsiqəsi, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, Beynəlxalq banka məxsus maaş kartı, iki ədəd Kapital banka məxsus plastik kart, bir ədəd qızıl üzük, valideynlərinə məxsus olan iki ədəd beynəlxalq banka məxsus təqaüd kartları olmuşdur. O,avtomobilindən oğurluq hadisəsinin baş verməsini anlamış və bu barədə inzibati ərazi üzrə 6-cı PB-nə müraciət etmişdir. Oğurlanmış qızıl üzüyü o azyaşlı qızı Sədanın ad günü münasibətilə sifariş verərək düzəltdirmişdir. Üzüyün üstündə xırda hərflərlə «Səma» sözü yazılmış, həmin üzük ona 500 manata başa gəlmişdir. Oğurluqdan dərhal sonra özünə və valideynlərinə məxsus kartlara bank vasitəsilə çıxışı məhdudlaşdırdığına görə kartdakı pulları naməlum şəxs çıxara bilməmişdir, belə ki, həmin kartların kodu da oğru üçün naməlum olmuşdur. Ümumilikdə ona dəymiş maddi ziyanı 2300 manat dəyərində qiymətləndirmişdir. Cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan ödənilmiş, hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 Elburus oğlu bildirmişdir ki, Binəqədi RPİ-nin 6-cı PB-dəCA üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Belə ki, Təqsirləndirilən şəxs narkotk vasitələrin qəbulu ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs oğlunun zahiri əlamətləri və tez-tez harada olduğu müəyyən edilmişdir. Onun cinayət başında yaxalanması üçün PB-nin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. Baş əməliyyat müvəkkili , polis mayoru Şahid2 ilə birlikdə 19 avqust 2021-ci il tarixdə, saat 14:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, BDYPİ-nin yaxınlığında olduğunu müşahidə etmişlər. Ona yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək onun da özünü təqdim etməsini və onlarla birlikdə polis bölməsinə getməyinin vacibliyini ona bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onun saxlanmasının səbəbini anladığını bildirmişdir. Onlarla birlikdə Binəqədi RPİ 6-cı PB-nə getməyin lazım olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PB-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs oğluna üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs qara rəngli cins şalvarın sağ yan balaca cibindən bir ədəd qızılı kağıza bükülmüş bükümü, şalvarın sol yan cibindən Nokia markalı mobil telefonu, şalvarın arxa sol cibindən 600 manat, 100 ABŞ dollar və 10 Avro pulu çıxararaq masanın üzərinə qoymuşdur. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş o, 1 ədəd qızılı kağıza bükülmüş bükümün içərisində olan maddənin narkoik vasitə olan heroin olduğunu bildirmişdir. Ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü 18.08.2021-ci il tarixdə, axşam saatlarında Nəsimi rayonu «Papanin» adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərindən aşkar edilərək götürülmüş pulu oğurladığını bildirmişdir. Belə ki, 13.08.2021-ci il tarixdə BDYPİ-nin həyətində olan Mersedes markalı avtomaşının dayandığını görüb qapısını yoxlayanda açıq olduğunu görüb avtomaşından içərisində pul olan və sənədlər olan portmanatı oğurladığını bildirmişdir. Bundan sonra həmin bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddələrin çəkisini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan qızılı rəngli kağız bükülü zərfə qoyularaq möhürlənmişdir. Sonra isə hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitədən istifadə etməyə macal tapmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxsi tanımadığını bildirmişdir. Məhkəmə iclasına çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v.1) 19.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) 19.08.2021-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs qara rəngli cins şalvarın sağ yan balaca cibindən bir ədəd qızılı kağıza bükülmüş bükümü, şalvarın sol yan cibindən Nokia markalı mobil telefonu, şalvarın arxa sol cibindən 600 manat, 100 ABŞ dollar və 10 Avro pulu çıxararaq masanın üzərinə qoymuşdur. Sonra isə vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş o, 1 ədəd qızılı kağıza bükülmüş bükümün içərisində olan maddənin narkoik vasitə olan heroin olduğunu bildirmişdir.(i.v.26-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.08.2021-ci il tarixli, 6/3625 nömrəli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində “ Şübhəli şəxs : Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,361 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v.42-47) 19.08.2021-ci il tarixli protokoldan görünür ki, 13.08.2021-ci il tarixdə olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Azərbaycan Respublikası DİN BDYPİ-nin həyətyanı sahəsində baş vermişdir. (i.v. 62-64) Binəqədi rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ 6-cı PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 19 avqust 2021-ci il tarixli «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» qərarı qanuni hesab edilmişdir. (i.v. 82-84) 20.08.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. (i.v. 89-91) 21.08.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. (i.v.101) 21.08.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.104-105) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21.08.2021-ci il tarixli, 4(001)-872/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmışdır. (i.v.127-129) 22.08.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı qızılı satdığı yeri, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağının birinci mərtəbəsində 10-cu sıranı göstərmişdir. (i.v. 136-139) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 03 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 17.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 143-144) 06.09.2021-ci il tarixli, 3288 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.154-155) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 4(001)-1028/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir. (i.v. 156-159) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli, 4(001)-1213/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətə, yəni 09 dekabr 2021-ci il tarixədək uzadılmışdır. (i.v. 247-250) 13.11.2021-ci il tarixli qərardan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək 1 ədəd bükümdə təmiz çəkisi 0,361 qram çəkidə narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,311 qram heroin saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs avtomobilindən oğurlanmış 1 ədəd 100 ABŞ dolları, 1 ədəd 10 avro, 4 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq pul əskinazları maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxsə qaytarılmış və iş üzrə şəxsi axtarış aparılmasının görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v.210-215, 227) 18.03.2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan ödənilmiş, hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə törətdiyi əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyası həddində isə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 68-ci maddəsinin tələbləri baxımından ona CM-in 177.1-ci maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmalı və CM-in 66-cı maddəsinin tələblərinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan 19.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 21.08.2021-ci il tarixli, 4(001)-872/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19.11.2021-ci il tarixli, 4(001)-1213/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətə, yəni 09 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,311 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntülərini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 100 ABŞ dolları, 1 ədəd 10 avro, 4 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq pul əskinazların sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 (qırx beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddələri ilə təyin edilmiş 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 19 avqust 2021-ci il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi təmiz çəkisi 0,311 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 100 ABŞ dolları, 1 ədəd 10 avro, 4 ədəd 100 manatlıq, 4 ədəd 50 manatlıq pul əskinazları sahibi Zərərçəkmiş şəxs qaytarılsın, eləcə də iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi ümumilikdə 45 (qırx beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (ik yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-81/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-81/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver