Məhkəmə qərarları › İş №1(001)-81/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-81/2024

13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-81/2024 13.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PXin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs10 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə darvazanın üstündən aşıb həyətə daxil olub, yaşayış sahəsi hesab edilən evin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlıqları üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, evin yataq otağında olan, saxlanc yeri hesab edilən güldanın dibində gizlədilmiş bir ədəd 05 qram çəkidə 240 manat dəyərində 585 əyarlı qızıldan kişi üzüyü, 05 qram çəkidə 250 manat dəyərində 585 əyarlı qızıldan olan bir ədəd qadın üzüyü, iki cüt hər birinin çəkisi 03 qram olan qiyməti 160 manat olmaqla 320 manat dəyərində 585 əyarlı qızıldan sırğalar, bir ədəd 01 qram çəkidə 60 manat dəyərində 585 əyarlı qızıldan olan kulondan ibarət qızıl-zinət əşyalarını, yataq otağındakı çarpayının üzərində olan döşəyin alt hissəsində saxlanılan 660 manat məbləğində nağd pulu və uşaq otağında olan 100 manat dəyərində bir ədəd “Samsung” markalı planşeti gizli olaraq talayıb, Zərərçəkmiş şəxs10 ümumilikdə 1630 (min altı yüz otuz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla daxil olub, yaşayış sahəsi hesab edilən evə açıq qapıdan qanunsuz daxil olaraq, qonaq otağında olan saxlanc yeri hesab edilən divanın alt hissəsində saxlanılan 7000 manat məbləğində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs4 7000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “MS OİL” YDM-in arxa hissəsində olan X11ndə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla daxil olub, yaşayış sahəsi hesab edilən evin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlıqları üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, evin yataq otağında olan paltar şkafında paltarların arasında gizlədilmiş 4000 manat məbləğində nağd pulu və 1750 manat dəyərində 25 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış bir ədəd kişi qol saatı, 3000 manat dəyərində 30 qram çəkidə 750 əyarlı ağ qızıldan olan brilyant qaşlı bir ədəd qadın kolyesi, 1100 manat dəyərində 17-18 qram çəkidə 583 əyarlı sarı qızıldan olan bir ədəd qadın sepi, 600 manat dəyərində 10-12 qram çəkidə 583 əyarlı sarı qızıldan olan bir ədəd qadın qolbağı, 550 manat dəyərində 05 qram çəkidə 750 əyarlı ağ qızıldan olan brilyant qaşlı qadın üzüyünü və 150 manat dəyərində 02 qram çəkidə 585 əyarlı sarı qızıldan olan bir ədəd uşaq sepini gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 11150 (on bir min yüz əlli) manat məbləğində, xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli talamaq məqsədilə 05 fevral 2023cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən nömrəsiz həyət evinə hasardan aşaraq daxil olub, yaşayış sahəsi hesab edilən evin qonaq otağının plastik pəncərəsini üzərində gəzdirdiyi dəmir alətlə sındıraraq qanunsuz daxil olub, yataq otağındakı çarpayının üstündə olan döşəyin altında saxlanılan 1000 manat nağd pulu, 01 ədəd 150 manat dəyərində iki qram çəkidə, 583 əyarlı nazik toxunuşlu qızıl sepi, digər yataq otağındakı paltar şkafının gözlüyündə olan çantanın içərisindəki 50 manat dəyərində təzə vəziyyətdə istifadə olunmamış qadın ətirini və 10 manat dəyərində təzə vəziyyətdə istifadə olunmamış pul kisəsini (portmanat) gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 1210 (bir min iki yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023cü ilin mart ayının ilk on günlüyündə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 6 A-da yerləşən nömrəsiz həyət evinə hasardan aşaraq daxil olub, yaşayış sahəsi hesab edilən evin yataq otağının plastik pəncərəsi üzərində olan dəmir barmaqlığı üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, yataq otağındakı paltar şkafının içində olan saxlanc yeri kimi istifadə olunan mücrüdən 01 ədəd 150 manat dəyərində 02 qram çəkidə, 585 əyarlı nazik toxunuşlu qızıl sepi, 01 ədəd 150 manat dəyərində 02 qram çəkidə 585 əyarlı dəyirmi formalı kulonu, 01 ədəd 150 manat dəyərində 02 qram çəkidə, 585 əyarlı nazik toxunuşlu qızıl qolbağı, 01 cüt 200 manat dəyərində 03 qram çəkidə, 583 əyarlı sırğanı, 4.500 manat dəyərində 750 əyarlı «Salxım» modelli brilyant qaşlı komplekti, həmin yataq otağındakı paltar şkafından 01 cüt 640 manat dəyərində, «Slovakiya» istehsallı, «Lova» modelli, açıq qəhvəyi rəngli, nabuk materialdan olan botu və 01 cüt 100 manat dəyərində Türkiyə istehsallı, «İnspektor» modelli, tünd göy rəngli, dəri materialdan olan kişi ayaqqabısını və 01 ədəd 100 manat dəyərində qadın ətirini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 5.990 (beş min doqquz yüz doxsan) manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 mart 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 4 ünvanında yerləşən nömrəsiz həyət evinə hasardan aşaraq daxil olub, yaşayış sahəsi hesab edilən evin mətbəx otağının plastik pəncərəsi üzərində olan dəmir barmaqlığı üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, evin qonaq otağından 01 ədəd 500 manat dəyərində, «LG» markalı televizoru və yataq otağında olan uşaq beşiyinin cibliyində saxlanılan 3.250 manat nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs9 ümumilikdə 3750 ( üç min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 18 mart 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, döngə 1, ev 80 ünvanında yerləşən həyət evinə hasardan aşaraq daxil olub, yaşayış sahəsi hesab edilən evin mətbəx otağının plastik pəncərəsi üzərində olan dəmir barmaqlığı üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, yataq otağındakı şalvarın cibində saxlanılan 150 manat məbləğində nağd pulu, qonaq otağında olan 01 ədəd 1.500 manat dəyərində «Samsung» markalı televizoru və digər yataq otağında olan 01 ədəd 60 manat dəyərində «Sony» markalı rəqəmsal fotoaparatı gizli olaraq talayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 1710 (bir min yeddi yüz on) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 aprel 2023-cü il tarixdə gecə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 6 ünvanında yerləşən həyət evinə hasardan aşaraq daxil olub, yaşayış sahəsi hesab edilən evin qonaq otağının plastik pəncərəsi üzərində olan dəmir barmaqlığı üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, qonaq otağındakı 01 ədəd 500 manat dəyərində «Samsung» markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs12 məxsus ünvan 7 ünvanın qarşısında saxlanılmış «Opel Astra» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısını açaraq avtomobilin salonundakı saxlanc yerində (bardaçok) olan sellofan torbanın içindəki 9.200 manat nağd pulu, 30 manat dəyərində olan pul qabını içərisindəki Zərərçəkmiş şəxs12 məxsus şəxsiyyət və sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsini, balansında pul olmayan «Kapital Bank»a aid maaş və debet kartlarını, xidməti iş vəsiqəsini, «Baku Bus» kartını, 100 manat nağd pulu, Azərbaycan Respublikası Mərkəzi Bankının həmin tarixə olan məzənnəsinə uyğun olaraq 107,04 manat ekvivalentində 1222 Türk Lirəsini və 3,40 manat dəyərində 02 ABŞ dolları məbləğində nağd pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs12 ümumilikdə 9.440,44 (doqquz min dörd yüz qırx manat qırx dörd qəpik) məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 may 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 8 ünvanında yerləşən nömrəsi fərdi yaşayış evinə hasardan aşaraq daxil olub, yaşayış sahəsi hesab edilən evin yataq otağının plastik pəncərəsi üzərində olan dəmir barmaqlığı üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, uşaq otağındakı çarpayının üstündə olan döşəyin altından 1.200 manat nağd pulu və yataq otağındakı paltar şkafının gözlüyündən 01 ədəd 2.000 manat dəyərində 30 qram çəkidə, 585 əyarlı qızıl sepi, 01 cüt 700 manat dəyərində yarpaq formalı, 10 qram çəkidə, 583 əyarlı qızıl sırğanı, 01 cüt 450 manat dəyərində üzərində sadə ağ qaşları olan, 6 qram çəkidə, 583 əyarlı qızıl sırğanı və 01 ədəd 350 manat dəyərində 5 qram çəkidə, 583 əyarlı qızıl kulonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4.700 (dörd min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 may 2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs7 məxsus ünvan 9 ünvanında yerləşən həyət evinə hasardan aşaraq daxil olub, yaşayış sahəsi hesab edilən evin yataq otağının plastik pəncərəsi üzərində olan dəmir barmaqlığı üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, qonaq otağından 01 ədəd 350 manat dəyərində «LG» markalı 43LM6300PLA modelli televizoru, yataq otağındakı şkafın üstündə olan «Quran» kitabının arasındakı 1.000 manat nağd pulu, yataq otağındakı paltar şkafının içində olan saxlanc yeri hesab edilən mücrüdən 01 ədəd 560 manat dəyərində 8 qram çəkidə, 583 əyarlı, qadın nişan üzüyünü, 01 cüt 500 manat dəyərində 6 qram çəkidə 583 əyarlı, yarpaq formalı qızıl sırğanı, 200 manat dəyərində müxtəlif çeşidli büjüteriyaları və 03 ədəd ümumi dəyəri 150 manat olan sadə formalı qadın qol saatlarını, həmin paltar şkafında olan 01 ədəd 150 manat dəyərində nərdtaxtanı, 01 ədəd 30 manat dəyərində suvenir xəncəri və soyuducuda olan 120 manat dəyərində müxtəlif çeşidli ərzaq məhsullarını (yağ, kolbasa, sosiska, konfet, ləpə) gizli olaraq talayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 3.060 (üç min altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədilə 17 may 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə açıq darvaza qapısından daxil olub, yaşayış sahəsi hesab edilən evin dəhlizinin plastik pəncərəsi üzərində olan dəmir barmaqlığı üzərində gəzdirdiyi dəmir alətlə sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olub, evin qonaq otağında olan 750 manat dəyərində “Samsung” markalı UE55TU8000U modelli və evin mətbəx otağında olan 600 manat dəyərində “LG” markalı televizorları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs11 ümumilikdə 1350 (min üç yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 oktyabr 2022-ci il tarixdə səhər saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “28 may” qəsəbəsində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs10 məxsus Bakı şəhəri, Binəqədi rayonu, “28 may” qəsəbəsində yerləşən həyət evinə darvazanın üstündən aşmaqla daxil olmuş, hasarın üzərindən keçən zaman hətta plastik borunu da ayağı ilə zədələmişdir. Bundan sonra həyətə daxil olub 1-mərtəbəli həyət evini görmüş və üzərində olan dəmir alətlə evin qonaq otağına girən plastik pəncərəni güc tətbiq edib açaraq evə daxil olmuşdur. Bundan sonra evin otaqlarında olan əşyaların arasında pul və qiymətli əşyalar axtarmağa başlamışdır. Evin yataq otağında olan güldanın dibinə əlini saldıqda nə isə qeyri-adi bir bağlama tapmış, həmin bağlamanın içərisində qızıl-zinət əşyaları olmuşdur. Həmin qızıl- zinət əşyalarını götürmüş, bundan sonra evin otaqlarını axtarmağa başlamış və yataq otağında döşəyin alt hissəsində 660 manat məbləğində nağd pul tapmış, bundan başqa digər otaqda bir ədəd “Samsung” markalı planşet də oğurlamışdır. Bundan sonra o, evi tərk edib oradan uzaqlaşmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, planşeti tanımadığı şəxsə “Neftçilər” metrostansiyasının çıxışında 50 manata satmışdır. Qızıl-zinət əşyalarını isə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Qızıl alışı” mağazasına şəxsiyyət vəsiqəni təqdim etməklə satmış, əldə etdiyi pulu isə şəxsi xərclərinə ödəmişdir. Bundan başqa 18 oktyabr 2022-ci il tarixdə axşam saat 18 radələrində Biləcəri qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən həyət evinə hasardan aşmaqla daxil olub evin giriş qapısını yoxlayanda açıq olduğunu görmüş, evdə heç kimin olmadığına pəncərədən baxıb əmin olmuşdur. Ona görə də rahat şəkildə evə daxil olaraq, evin bütün otaqlarında pul, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar axtarmışdır. Bu zaman qonaq otağında olan divanın alt hissəsində pulun olduğunu görmüşdür. Həmin pulu saymış və 7000 manat olduğunu görmüşdür. Bundan sonra digər otaqlara da göz yetirib oradan uzaqlaşmışdır. Taladığı pulu isə internet vasitəsi ilə mərc oyunlarında oynayıb uduzmuşdur. Bundan başqa 08 yanvar 2023-cü il tarixdə axşam saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “MS OİL” YDM-in arxa hissəsində yerləşən yeni yaşayış sahələrində piyada gəzib oğurluq etmək üçün ev axtararaq həmin ərazidə sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 qızma məxsus bir-mərtəbəli fərdi yaşayış evini görmüşdür. Hasardan aşmaqla həmin fərdi yaşayış evinin həyətinə keçmişdir. Həmin evin qonaq otağına baxan plastik pəncərənin üzərində olan dəmir barmaqlıqları üzərində olan dəmir alətlə sındırıb plastik pəncərəni həmin alətlə əyib içəri daxil olmuşdur. Həmin evin bütün otaqlarında pul, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar axtarmışdır. Bundan sonra yataq otağında olan paltar şkafında olan paltarların arasında 4000 manat məbləğində nağd pul və müxtəlif qızıl-zinət əşyalarını aşkar edib götürmüşdür. Bundan sonra həmin qızıl-zinət əşyalarının bir qismini “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Qızıl alışı” mağazasına şəxsiyyət vəsiqəsini təqdim etməklə satmış, əldə etdiyi pulu isə şəxsi xərclərinə ödəmişdir. Qalan qızıl-zinət əşyalarını “Neftçilər” metrostansiyasının yaxınlığında, 8-ci kilometr bazarı adlanan yerdə tanımadığı şəxslərə satmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Biləcəri qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən həyət evinin işıqlarının yanmadığını görüb hasardan aşmaqla həyətə daxil olub evin qonaq otağının pəncərəsindən mənzilə daxil olmuş və yataq otağındakı çarpayının üstündə olan döşəyin altından 1000 manat nağd pul, əlavə olaraq həmin yerdən 01 ədəd qızıl boyunbağı, digər yataq otağındakı şkafın gözlüyündə olan çantanın içərisindən 01 ədəd qadın ətiri və 01 ədəd pul kisəsi oğurlamış, həmin mənzildən başqa bir şey oğurlamamış, həmin qızılı 8-ci kilometr bazarında tanımadığı şəxsə satmış, əldə etdiyi pulu isə şəxsi tələbatlarıma xərcləmişdir. Digər əşyaları isə sata bilmədiyinə görə zibilliyə tullamışdır. Bundan başqa dəqiq tarixi yadında qalmasa da 2023-cü ilin mart ayının ilk on günlüyündə Biləcəri qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 6A ünvanda yerləşən həyət evinin işıqlarının yanmadığını görüb hasardan aşaraq həyətə daxil olmuş, evin yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlıqları üzərində gəzdirdiyi dəmir alətlə sındırıb evə daxil olmuş, yataq otağında olan paltar şkafının içində olan mücrüdən bir ədəd qızıl boyunbağı, bir ədəd kulon, bir ədəd qolbaq, bir dəst, bir cüt sırğa, iki cüt ayaqqabı və bir ədəd qadın ətirini oğurlamışdır. Həmin qızılların bir hissəsini metronun Memar Əcəmi stansiyasının yaxınlığındakı «Moskva» univermağına öz şəxsiyyət vəsiqəsini təqdim etməklə və özünə aid qızıl olduğunu bildirməklə dəyərindən ucuz qiymətə satmışdır, qalan əşyaları isə Sabunçu bazarında tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Əldə etdiyi pulu isə şəxsi tələbatlarına xərcləmişdir. Bundan başqa 17 mart 2023-cü il tarixdə gecə saat 01 radələrində Biləcəri qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs9 məxsus ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin işıqlarının yanmadığını görüb hasardan aşaraq həmin həyətə daxil olmuş, mətbəx otağının pəncərəsinin üzərində olan dəmir barmaqlığı üzərində gəzdirdiyi dəmir alətlə sındıraraq evə daxil olmuş, qonaq otağından 01 ədəd «LG» markalı televizoru və yataq otağında olan uşaq beşiyinin cibində saxlanılan 3250 manat məbləğində nağd pulu oğurlamışdır. Həmin televizoru tanımadığı şəxsə Sabunçu bazarında satmış, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 17 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixə keçən gecə Biləcəri qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, YYM-də yerləşən həyət evinə qapının bağlı olmasını və işıqlarının yanmadığını görüb hasardan aşmaqla həyətə girmiş, sonra evin qonaq otağına baxan plastik pəncərənin üzərində olan dəmir barmaqlıqları üzərində olan dəmir alətlə sındırıb evə daxil olmuş, sonra evin qonaq otağında olan bir ədəd “Samsung” markalı televizoru, yataq otağındakı şalvarın cibindən 150 manat nağd pulu və digər yataq otağında olan “Sony” markalı rəqəmsal fotoaparatı oğurlamışdır. Oğurladığı televizoru və fotoapparatı Sabunçu bazarında ucuz qiymətə tanımadığı şəxsə satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 05 aprel 2023-cü il tarixdə gecə saat 01 radələrində Biləcəri qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 5-də yerləşən fərdi yaşayış evinə işıqlarının yanmadığını görərək evdə heç kəsin olmadığına tam əmin olduqdan sonra hasardan aşaraq həyətə daxil olmuş, evin qonaq otağına baxan plastik pəncərənin üzərində olan dəmir barmaqlıqları üzərində olan dəmir alətlə sındırıb evə daxil olmuş və qonaq otağında olan 01 ədəd «Samsung» markalı televizoru oğurlamış, həmin televizoru Sabunçu bazarında tanımadığı şəxsə ucuz qiymətə satmışdır. Bundan başqa 21 aprel 2023-cü il tarixdən 22 aprel 2023-cü il tarixə keçən gecə saat 02 radələrində yaşadığı evdən çıxıb oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi, döngə 4 ünvanla piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, belə ki, o, darvaza üzərində qıfıl olan və işıqları yanmayan ev axtarmışdır ki, sahibi evdə olmayan həyət evi tapıb ora daxil olsun. Piyada gəzərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi, döngə 4 ilə piyada gedərkən sahibini əvvəllər tanımadığı, lakin sonradan adını bildiyi Zərərçəkmiş şəxs12 məxsus ev 23 A saylı həyət evinin qarşısından keçərkən darvazanın qarşısında tünd rəngli «Opel Astra» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüş, həmin vaxt ətraf sakitçilik və qaranlıq olduğunu görüb həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə avtomobilin arxasında dayanıb, təxminən beş dəqiqə ətrafı müşahidə etmiş, maşının kilidi bağlanmadığını, yəni qapının açıq olduğunu və ətrafda sakitçilik olduğunu görüb arxa sağ tərəfdən qapını açıb salona daxil olmuşdur. O, arxa oturacaqda oturub maşının sağ tərəfində qarşıda olan bardaçoku (saxlanc yerini) açmış, görmüşdür ki, orada sellofan torbanın içində 2.900 manat, pul qabı və içində 1.222 Türk Lirəsi və bir ədəd 100 ABŞ dolları, bir ədəd 1 ABŞ dolları vardır. Həmin pulları və sənədlər olan pul qabını götürüb əynində olan cins şalvarının cibinə qoymuş, cəld maşından düşmüş və dərhal qaçaraq hadisə yerindən uzaqlaşmış, həmin vaxt onu heç kim görməmişdir. Bildirmişdir ki, «Opel Astra» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq edən zaman həmin maşından başqa bir əşya oğurlamamışdır. Həmin günü başqa oğurluq etməmiş yaşadığı ünvana getmişdir. 1.222 türk lirəsini “20 yanvar” metrostansiyasının yaxınlığında olan «Bravo» marketdə olan «Kapital Bank»ın filialına yaxınlaşıb orada dəyişmiş və həmin 1222 türk lirəsinə görə ona 87 manat pul vermişlər. O, hadisə yerindən uzaqlaşaraq birbaşa Biləcəri qəsəbəsində 24 saat fəaliyyət göstərən «Ağ Saray»ın yanındakı dükana getmiş, oradan 01 litrlik «Günəbaxan» yağı almış və avtomobilin sahibi Zərərçəkmiş şəxs12 məxsus «Opel Astra» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladığı pul qabını içindəki şəxsiyyət və sürücülük vəsiqələrini, avtomobilin texniki pasportunu, «Kapital Bank»a məxsus maaş və keşbek kartlarını, xidməti iş vəsiqəsini və «Baku Bus» kartının üzərində əl-barmaq izlərinin düşməsindən ehtiyat etdiyi üçün izi itirmək məqsədilə yağı həmin sənədlərin və pul qabının üstünə tökərək Biləcəri Qəsəbəsində yerləşən 20 yanvar parkı ilə üzbəüz uşaq poliklinikasının sağ yan tərəfində olan zibil qutusuna tullamış, daha sonra yaşadığı ünvana getməyərək gecələmək üçün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən adını dəqiq bilmədiyi otelə getmiş, orada avtomobildən oğurladığı pulları sayıb əldə etdiyi qəniməti dəqiqləşdirdikdən sonra 200 manat onlayn «M10» kart balansına yükləyərək səhər saat 07.00-a kimi telefonda onlayn kazino oynamış, sonra uzanıb yatmış və günorta saat 14.00-da oteldən çıxıb şəhərə getmiş və orada bir qızla tanış olub oğurladığı pulları xərcləmişdir. Təxminən bir həftə ərzində avtomobildən oğurladığı pulların hamısını kafe, restoran və oteldə xərcləmiş, qızlarla görüşüb əylənmiş, hətta həmin puldan özünə bir ayaqqabı, bir şalvar və bir köynək almışdır. Bundan başqa 01 may 2023-cü il tarixdə axşam saat 22 radələrində Biləcən qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus ünvan 14 ünvanda yerləşən həyət evinə hasardan aşmaqla həyətə daxil olub, sonra yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı üzərində olan dəmir alətlə sındırıb evə daxil olmuş, həmin evin uşaq otağındakı çarpayının üstündəki döşəyin altından 1200 manat nağd pulu və yataq otağındakı paltar şkafının gözlüyündən 01 ədəd qızıl sep, 02 cüt qızıl sırğa, 01 ədəd qızıl kulonu oğurlamışdır. Həmin qızılları 8-ci kilometr bazarında tanımadığı şəxsə ucuz qiymətə satmışdır. Əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 07 may 2023-cü il tarixdə gecə saatlarında Biləcəri qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs7 məxsus ünvan 14-da yerləşən həyət evinə hasardan aşmaqla daxil olub, yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı üzərində olan dəmir alətlə sındırıb evə daxil olmuş, həmin evin qonaq otağında olan “LG” markalı televizoru, 01 ədəd nərdtaxtanı, 01 ədəd suvenir xəncəri, 01 ədəd təsbehi oğurlamışdır. Ərzaq məhsulların bir hissəsini yemiş, qalan hissəsini zibilliyə atmış, qızıl-zinət əşyalarını və digər əşyaları Sabunçu bazarında tanımadığı şəxslərə satmış, televizoru isə yaşadığı ünvanda qonşusu olan Səadətə satmışdır. Bundan başqa 17 may 2023-cü il tarixdə saat 23 radələrində Biləcəri qəsəbəsi ərazisində piyada gəzib oğurluq etmək üçün ev axtararaq sonradan adını bildiyi Zərərçəkmiş şəxs11 məxsus ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə açıq darvazadan keçərək, evin dəhlizinə baxan pəncərənin üzərində olan dəmir barmaqlıqları üzərində olan dəmir alətlə sındırıb plastik pəncərəni də qırıb evin içərisinə daxil olmuş, bundan sonra evdə hər hansı qiymətli əşya tapmadığına görə evin qonaq otağında olan “Samsung” markalı və evin mətbəx otağında olan “LG” markalı televizorları oğurlamışdır. Həmin televizorlardan biri “LG” markalı televizor əlindən yerə düşüb zədələndiyinə görə onu sata bilməyəcəyini düşünüb zibilliyə atmış, digər televizoru isə qonşusu Səadətə satmışdır. O, ümumilikdə Şahid4 iki ədəd televizor satmış, onlardan biri Zərərçəkmiş şəxs7 evindən oğurlanmış “LG” markalı, digəri isə Zərərçəkmiş şəxs11 məxsus “Samsung” markalı televizorlar olmuşdur, onları ümumilikdə 300 manata satmışdır. Şahid4 bildirmişdir ki, həmin televizorları evi satdığına və köçdüyünə görə satmışdır. Həmin televizorların oğurluq yolu ilə əldə olunduğunu bildirməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Bütün epizodlar üzrə oğurluqlar onun tərəfindən edilmişdir. Zərərçəkmiş şəxs12 aid olan epizod üzrə o, avtomobildən 9440 manat götürməmişdir. O, maşında olan 2900 manat pul, 100 ABŞ dolları, 101 ABŞ dolları və 1222 türk Lirəsi pulu götürmüşdür. Həmçinin Zərərçəkmiş şəxs7 məxsus evdən 01 ədəd televizor, 01 ədəd nərd taxta, 01 ədəd xəncər, 01 ədəd təsbeh götürmüş, ittihamda qeyd edilən digər əşyaları götürməmişdir. Maddi imkanı olmadığına görə zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəyə bilməmişdir. Hal-hazırda törətdiyi əməllərdən peşman olduğunu bildirib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, yaşadığı həyət evi üç otaqdan və bir sot torpaq sahəsindən ibarətdir. Onun 2006-cı il buraxılışlı, «Opel Astra» markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili var, həmin avtomobili «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir, hər gün səhər saat 05.30-da evdən çıxıb işə gedir, günorta saat 14:00-da evə gəlir və axşam saat 17.00-da evdən çıxıb taksi fəaliyyəti ilə məşğul olur, saat 20:00-da evə qayıdır. O, həmişə evə qayıtdıqda maşını həyətdə deyil, evinin qarşısındakı küçədə, yəni darvazanın qarşısında saxlayır. 21 aprel 2023-cü il tarixdə səhər həmişə olduğu kimi saat 05:30-da evdən çıxıb işə getmiş, həmin günü işi çox olduğuna görə günorta evə gəlməmiş, saat 20.30-da isə işdən evə qayıtmışdır. Həmin vaxt maşında tək olmuş və evə etdiyi bazarlığı maşından götürüb avtomobilin qapılarını mərkəzi qapanma kilid sistemi ilə (pultla) bağlamış və yenə də maşınını yaşadığı evin qarşısında küçədə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 05.30da evdən çıxıb işə getmək məqsədilə avtomobilinə yaxınlaşdıqda qapıları açıb salona əyləşdikdə görmüşdür ki, saxlanc yeri (bardaçok) açıq vəziyyətdədir, içindəki əşyalar dağıdılmışdır. Bu zaman aşkar etmişdir ki, orada sellofan torbanın içində saxladığı 9.200 manat, 30 manat dəyərində olan pul qabı və içində olan şəxsiyyət və sürücülük vəsiqələri, avtomobilinin texniki passportu, «Kapital Bank»a məxsus maaş və debet kartları, xidməti iş vəsiqəsi, “Baku Bus” kartı, əlavə olaraq 100 manat, 1.222 Türk Lirəsi, milli pul vahidi ilə 120 manat və iki ədəd bir ABŞ dolları-milli pul vahidi ilə 3 manat 40 qəpik pulu yerində yoxdur. O, cəld evə qayıdıb baxmış ki, lakin evdə olmadığını müəyyən etdikdə gecə maşının qarət olunduğunu başa düşmüşdür. Hadisə vaxtı avtomobilinin pəncərəsi sındırılmamış, qapı kilidi zədələnməmiş, avtomobilin heç bir təkəri, salonda olan avtomaqnitolası oğurlanmamış, yalnız bardaçokdaolan pulu oğurlanaraq ona ümumilikdə 9.453 manat 40 qəpik (doqquz min dörd yüz əlli üç manat qırx qəpik) maddi ziyan dəymişdir. Avtomobilindən oğurlanmış 9.200 manat pulu o, maaş kartından iki dəfəyə çıxarmışdır. O, pulunu maaş kartında yığmış, ailəsini isə taksi fəaliyyəti ilə məşğul olaraq dolandırmışdır. 9.200 manat pulu hadisədən iki həftə öncə evini və həyətdə olan hamam otağını təmir etdirmək üçün kartdan çıxarmışdır. Pulu isə evdə saxlamaqdan qorxduğu üçün maşında saxlayıb gəzdirmişdir. Pul qabında olan 100 manat pul xərclik pulu olmuş, 1.222 türk lirəsi isə keçən ay Ankaraya festivala gedərkən almış və qalıq qalmışdır, iki dolları isə təxminən 10 il olar ki, pul qabında bərəkət simvolu kimi saxlamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilini yaşadığı evin qarşısında saxladığı zaman oğurluq edilmişdir. Həmin oğurluq nəticəsində ona məxsus olan ümumilikdə 9440,44 (doqquz min dörd yüz qırx manat qırx dörd qəpik) manat ziyan dəymişdir. Ona dəymiş maddi ziyan tam olaraq ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 08:00-da işə getmək üçün evdən çıxmış, anası X2 isə saat təxminən 11 radələrində evdən çıxıb getmişdir. Axşam saat təxminən 19:30-da o, anası ilə birlikdə yaşadığı evə qayıdıb, ievin giriş qapısını açdıqda evin bütün otaqlarında olan əşyalar və paltarların evin döşəməsi üzərinə səpələndiyini və dağınıq vəziyyətdə olduğunu görmüşələr. Otaqlarda olan rəflər və paltar şkaflarının gözləri açıq, içərisindəki əşyalar yerə dağıdılmış vəziyyətdə olmuşdur. O, evin qonaq otağında olan divanın alt hissəsində gizlətdiyi 7000 manat nağd pulun oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar dərhal DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ünvana yaxınlaşaraq sənədləşmə işləri aparmışlar. Hadisə nəticəsində ona 7000 (yeddi min) manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş maddi ziyan tam olaraq ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1n ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il tarixdə saat 21 radələrində həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə eyni küçədə, lakin 5-6 ev aralıda yaşayan qonşusu Təvəkkülün ad günü məclisinə getmişdir. Ad günü məclisi Təvəkkülün yaşadığı evdə keçirilmiş, təxminən saat yarım evdə olmamış, evdən çıxdıqda qapını və darvazanı bağlamış, eləcə də otaqların pəncərələri bağlamışdır. Həmin günü saat 22:30-da evə qayıtdıqda görmüşdür ki, ona məxsus yataq otağının üzərində olan dəmir barmaqlıq alt hissədən sındırılaraq aralı vəziyyətdədir. Sonra evə daxil olduqda otaqların alt-üstə edilmiş və dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evdə olmadığı saat yarım müddətdə mənzilin qarət olunduğunu başa düşmüşdür. Sonra evi axtardıqda məlum olmuşdur ki, uşaq otağındakı çarpayının üstündə olan döşəyin altında saxladığı 1.200 manat nağd pulu və yataq otağındakı paltar şkafının gözlüyündə saxlanılan 01 ədəd 30 qram çəkidə, 585 əyarlı, 2000 manat dəyərində qızıl boyunbağı, 01 cüt yarpaq formalı, 10 qram çəkidə, 583 əyarlı, 700 manat dəyərində qızıl sırğa, 01 cüt üzərində sadə ağ qaşları olan, 6 qram çəkidə, 583 əyarlı, 450 manat dəyərində qızıl sırğa və 01 ədəd 5 qram çəkidə, 583 əyarlı, 350 manat dəyərində qızıl kulon oğurlanmışdır. Bundan başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Baş vermiş oğurluq zamanı ona 4.700 (dörd min yeddi yüz) manat maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. . Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsinə göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində 2007-ci il təvəllüdlü qızı ilə birlikdə yaşadığı evdən çıxıb, qapını kilidləyib baldızının yaşadığı Binəqədi rayonu, 7-ci mikrorayon qəsəbəsində yerləşən evinə qonaq qismində getmişdir. Axşam saat təqribən 21:30 radələrində yaşadığı ünvana gəldikdə evin qonaq otağının pəncərəsinin açıq vəziyyətdə olduğunu, pəncərəyə yaxınlaşdıqda isə dəmir barmaqlıqların sındırılımış vəziyyət olduğunu görmüşdür. Bundan sonra dərhal mənzilin yataq otağında, paltar şkafında saxladığı qiymətli əşyalarının və pullarının olduğu yerə baxdıqda, oradan 4000 manat məbləğində nağd pulun və təxminən 1750 manat dəyərində 25 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış bir ədəd kişi qol saatının, təxminən 3000 manat dəyərində 30 qram çəkidə 750 əyarlı ağ qızıldan olan brilyant qaşlı bir ədəd qadın kolyesinin, təxminən 1100 manat dəyərində 17-18 qram çəkidə 583 əyarlı sarı qızıldan olan bir ədəd qadın boyunbağısının, təxminən 600 manat dəyərində 10-12 qram çəkidə 583 əyarlı sarı qızıldan olan bir ədəd qadın qolbağının, təxminən 550 manat dəyərində 05 qram çəkidə 750 əyarlı ağ qızıldan olan brilyant qaşlı qadın üzüyünün və təxminən 150 manat dəyərində 02 qram çəkidə 585 əyarlı sarı qızıldan olan bir ədəd uşaq boyunbağısının oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar dərhal DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ünvana yaxınlaşaraq sənədləşmə işləri aparmışlar. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə təxmini olaraq 11150 (on bir min yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 17 mart 2023-cü il tarixdə saat 10 radələrində valideynləri ilə birlikdə Qazax rayonuna getmiş, bir neçə gün orada qaldıqdan sonra 26 mart 2023-cü il tarixdə saat 18 radələrində yaşadığı ünvana qayıtmış, evdən çıxdıqda qapını və darvazanı şəxsən özü bağlamış, eləcə də otaqların pəncərələrini bağlamışdır. Evə qayıtdıqda görmüşdür ki, mətbəxin pəncərəsi üzərində olan dəmir barmaqlıq alt hissədən sındırılaraq aralı vəziyyətdədir, sonra evə daxil olduqda görmüşdür ki, otaqlar alt-üst edilmiş və dağınıq vəziyyətdədir. Başa düşmüşdür ki, evdə olmadığı müddətdə mənzili qarət olunmuşdur. Ona görə dərhal DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra evi axtardıqda məlum olmuşdur ki, ona məxsus yataq otağındakı şalvarın cibində olan 150 manat nağd pulu, qonaq otağında olan 1500 manat dəyərində 01 ədəd «Samsung» markalı televizor və digər yataq otağında olan 60 manat dəyərində 01 ədəd «Sony» markalı rəqəmsal fotoaparat oğurlanmışdır. Bundan başqa mənzilindən başqa qiymətli əşya və qızıl əşyası oğurlanmamışdır. Baş vermiş oğurluq zamanı ona 1.710 (bir min yeddi yüz on) manat maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saat 07:30 radələrində o, arvadı və üç övladı səhər evdən çıxıb uşaqları 320 nömrəli orta məktəbə aparmış, yoldaşını isə qayınatasının evində düşürüb iş yerinə getmişdir. Həmin tarixdə saat 14 radələrində yaşadığı ünvana ailə üzvləri ilə birlikdə qayıtdıqda görmüşdür ki, fərdi yaşayış evinin həyətinin giriş darvazasının üst hissəsindən keçən plastik boru sındırılmış vəziyyətdə olmuşdur. Həyətə daxil olduqda evin ön tərəfində olan, evin qonaq otağına baxan plastik pəncərə deformasiyaya uğramış vəziyyətdə və açıq vəziyyətdə olduğunu aşkar etmişdir. Bundan sonra giriş qapısını açarla açıb evə daxil olduqda görmüşdür ki, evin demək olar ki hər bir otağında olan əşyalar və paltarlar evin döşəməsi üzərinə sərilmiş və dağınıq vəziyyətdə olmuşdur. Otaqlarda olan rəflər və paltar şkaflarının gözləri açıq, içərisindəki əşyalar yerə dağıdılmış vəziyyətdə olmuşlar. Evin yataq otağında olan güldanın içərisində, tam dibində gizlədilmiş bir ədəd 05 qram şəkidə 240 manat dəyərində 585 əyarlı qızıldan kişi üzüyü, 05 qram çəkidə 250 manat dəyərində 585 əyarlı qızıldan olan bir ədəd qadın üzüyü, iki cüt hər birinin çəkisi 03 qram olan qiyməti 160 manat olmaqla 320 manat dəyərində 585 əyarlı qızıldan sırğalar, bir ədəd 01 qram çəkidə 60 manat dəyərində 585 əyarlı qızıldan olan kulon, yataq otağında, çarpayının üzərində olan döşəyin alt hissəsində gizlətdiyi 660 manat məbləğində nağd pul və uşaq otağında olan 100 manat dəyərində bir ədəd “Samsung” markalı planşetin oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar dərhal DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ünvana yaxınlaşaraq sənədləşmə işləri aparmışlar. Baş vermiş hadisə nəticəsində ümumilikdə təxmini olaraq 1630 (bir min altı yüz otuz) manat dəyərində maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 17 may 2023-cü il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb, qapını kilidləyərək, 19 may 2023-cü il tarixədək Balakəndə olmuşdur. 19 may 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvana qayıtdıqda, həyət evinin giriş darvazasının qapısı açıq vəziyyətdə olmuş, qapı üzərində hər hansı zədə olmamışdır. Həyətə daxil olduqda evin dəhliz tərəfə baxan pəncərəsinin dəmir barmaqlıqlarının sındırılmış vəziyyətdə, plastik pəncərənin isə deformasiyaya uğramış halda olduğunu aşkar etmişdir. Evin giriş qapısını kilidlə açdıqdan sonra evin otaqlarında olan əşyalar və paltarlar evin döşəməsi üzərinə səpələnmiş və dağınıq vəziyyətdə olmuşdur. Otaqlarda olan rəflər və paltar şkaflarının gözləri açıq, içərisindəki əşyalar yerə dağıdılmış vəziyyətdə olmuşlar. Evin qonaq və mətbəx otağında olan bir ədəd 1300 manat və bir ədəd 600 manat dəyərində iki ədəd televizorun oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə ilə əlaqədar dərhal DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ünvana yaxınlaşaraq sənədləşmə işləri aparmışlar. Baş vermiş hadisə nəticəsində ümumilikdə təxmini olaraq 1900 (bir min doqquz yüz) manat dəyərində maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş maddi ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 06 may 2023-cü il tarixdə səhər saat 07:15-də evdən çıxıb işə getmiş, həmin günü axşam işdən qayıdıb evə gəlməmiş və Biləcəri qəsəbəsində yaşayan bacısı Fəridənin evinə getmiş və gecəni orada qalaraq 07 may 2023-cü il tarixdə axşam saat 19:10-da yaşadığı ünvana qayıtmışdır. Həmin vaxt darvazadan içəri daxil olduqda yataq otağının plastik pəncərəsinin açıq vəziyyətdə olmasını və üzərində olan dəmir barmaqlığın yan tərəfdən sındırıldığını görmüşdür. Sonra evə daxil olduqda aşkar etmişdir ki, otaqlar alt-üst edilmiş və dağınıq vəziyyətdədir. Evdə olmadığı müddətdə mənzili qarət olunmuşdur. Sonra dərhal DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Evi axtardıqda məlum olmuşdur ki, qonaq otağında olan 01 ədəd «LG» markalı, 800 manat dəyərində televizor, yataq otağındakı şkafın üstündə olan «Quran» kitabının arasında saxladığı 1.000 manat pul, 01 ədəd 560 manat dəyərində 8 qram çəkidə, 583 əyarlı, nişan üzüyü, 01 cüt 500 manat dəyərində 6 qram çəkidə 583 əyarlı, yarpaq formalı sırğa, 200 manat dəyərində müxtəlif bjüteriyalar və 03 ədəd ümumi dəyəri 150 manat olan sadə qol saatları, 01 ədəd 150 manat dəyərində nərdtaxta, 01 ədəd 30 manat dəyərində suvenir xəncər və soyuducuda olan 120 manat dəyərində ərzaq məhsulları (yağ, kolbasa, sosiska, konfet, ləpə) oğurlanmışdır. Bundan başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Baş vermiş oğurluq zamanı ümumilikdə 3.510 (üç min beş yüz on) manat maddi ziyan dəymişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildmirşdir ki, oğurlanmış əşyalardan ona ancaq televizor qaytarılmışdır. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, şəxsi işləri ilə əlaqədar tez-tez Tər-Tər rayonuna gedir və işi ilə bağlı bir müddət orada qalmaq məcburiyyətində olur, lakin ayda bir-iki dəfə Bakı şəhərinə gələrək Biləcəri qəsəbəsindəki həyət evinə baş çəkir, bir neçə gün qalıb yenidən TərTər rayonuna qayıdır. Sonuncu dəfə 2023-cü ilin fevral ayının sonunda Bakı şəhərinə gəlmiş və iki-üç gün Biləcəridə qalıb 03 mart 2023-cü il tarixdə saat 14 radələrində Tər-Tər rayonuna qayıtmışdır. 05 aprel 2023-cü il tarixdə səhər saat 06.00-da Biləcəri qəsəbəsində yaşayan qonşusu ona zəng vurub bildirmişdir ki, darvaza və qonaq otağının pəncərəsi açıq vəziyyətdədir, plastik pəncərə üzərində olan dəmir barmaqlıq isə qırılmışdır. O, bu xəbərdən sonra Bakı şəhərinə gəlmiş və görmüşdür ki, həqiqətən qonşunun dediyi kimi darvaza və pənəcərə açıq vəziyyətdədir. O, başa düşmüşdür ki, evi qarət olunmuşdur. Sonra dəmir qapını açıb mənzilə daxil olduqda görmüşdür ki, otaqlar alt-üst edilmiş və dağınıq vəziyyətdədir, qonaq otağında olan «Samsung» markalı televizor oğurlanmışdır. Bundan başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. O, mənzilinin qarət olunmasını bildikdə DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və Binəqədi RPİ-nin 6-cı PB-yə gedərək şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq zamanı ona cəmi 500 (beş yüz) manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı onun konkret olaraq şübhələndiyi şəxslər yoxdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təəqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifafdəsində göstərmişdir ki, 05 may 2023-cü il tarixdə saat 18 radələrində həyat yoldaşı və iki övladı ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən «Şans» şadlıq sarayına toya getmiş, evdən çıxdıqda qapını və darvazanı bağlamış, eləcə də otaqların pəncərələri bağlamışdır. 06 may 2023-cü il tarixə keçən gecə saat 01:00-da evə qayıtmış, həmin vaxt qonaq otağının pəncərəsinin açıq vəziyyətdə olmasını görmüş, sonra evə daxil olduqda otaqların alt-üst edildiyini və dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. O, başa düşmüşdür ki, evdə olmadığı müddətdə mənzili qarət olunmuşdur. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Sonra evi axtardıqda məlum olmuşdur ki, yataq otağındakı çarpayının üstündə olan döşəyin altında saxladığı 1.000 manat nağd pulu, həmin yerdə olan 01 ədəd iki qram çəkidə, 583 əyarlı 150 manat dəyərində nazik uşaq boyunbağısı, digər yataq otağındakı paltar şkafının gözlüyündə olan çantanın içərisindəki 50 manat dəyərində təzə vəziyyətdə istifadə olunmamış qadın ətiri və 10 manat dəyərində təzə pul kisəsi oğurlanmışdır. Bundan başqa mənzilindən başqa qiymətli əşya oğurlanmamışdır. Baş vermiş oğurluq zamanı ona 1.210 (bir min iki yüz on) manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam olaraq ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 18 ünvanında qeydiyyatda olsa da, ünvan 19 ünvanında yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, qonşu kimi Biləcəri qəsəbəsindən tanımışdır. Münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin may ayının təxminən 18-si qonşusu Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək, Biləcəri qəsəbəsində olan evini satdığını və köçdüyünü bildirmiş, evdə olan iki ədəd biri “Samsung” və biri “LG” markalı olmaqla televizorları satmaq istədiyini demişdir. Vaqif ümumilikdə həmin televizorlara görə 400 manat istədiyini bildirmişdir. O, isə 02 ədəd televizorun işlənmiş olduğunu bildirib, həm də qutusuz vəziyyətdə olduğuna görə 300 manat pul təklif etmiş və onlar Vaqiflə razılaşmışlar. Bundan sonra Vaqif həmin televizorları gətirib 300 manatı alıb getmişdir. Bundan bir neçə gün sonra yaşadığı evə polis əməkdaşları gəlib özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs ona satdığı televizorların oğurluq yolu ilə əldə olunduğunu bildirmişlər. O, televizorları istintaq orqanına təhvil vermişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hər iki televizoru öz evi üçün almış, televizorların pulunu yoldaşı vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 20 ünvanında yerləşən “Uğur Gold” qızıl alışı mağazasını 02 ilə yaxın müddətdir ki, işlədirəm . İş prinsipinə əsasən müştərilərin təqdim etdiyi qızıl-zinət əşyaları tərəfindən qiymətləndirilir, dəyəri hesablanır, müştəri təklif edilən məbləğlə bağlı razılaşdıqdan sonra pulu ödənilib məhsullar alınır və sonra xammal qismində yenidən başqa məhsulların hazırlanmasında istifadə edilməsi üçün müxtəlif zərgərlərə satılır. Müştərilərdən qızıl-zinət əşyaları alınarkən müştəri ilə mağaza arasında alğı-satqı qəbzi tərtib edilir. Həmin qəbzdə müştəri öz anket məlumatlarını qeyd etməklə, satdığı malın mübahisəli olmamasını, satılan əşyaların özünə məxsus olmasını və həmin mallara hüquq-mühafizə orqanları tərəfindən həbs qoyulmadığını təsdiq edir, həmçinin şərtləri pozduqda cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, 13 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi “Uğur Gold” mağazasına yaxınlaşıb bir ədəd 03 qram çəkidə 583 əyarlı qızıl üzük və bir ədəd 585 əyarlı kulonla birlikdə qızıl boyunbağını satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təqdim etdiyi üzük və boyunbağıya baxış keçirdikdən sonra ona ümumilikdə 250 manat məbləğində pul təklif etmiş və onlar razılaşmışlar. O, alğı-satqı qəbzini təqdim etmiş, birlikdə imzalamış və Təqsirləndirilən şəxs, pulu götürüb mağazadan uzaqlaşmışdır. Bundan başqa mağazaya hər hansı qızıl-zinət əşyası satmamışdır. Həmin qızıl malları elə həmin ərəfələrdə xatırlamadığı zərgərə satmışdır. Təqsirləndirilən şəxs, bütün müştərilərdən olduğu kimi bu barədə soruşmuş, sonuncu da cavabında qızılların özünə məxsus olduğunu bildirmişdir. Onun qızılların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, bu alış verişdən qabaq Təqsirləndirilən şəxsla aralarında hər hansı bir münasibətləri olmamışdır. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs9, şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, ünvan 21 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki,230040500 nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 22 ünvanında saxlanılmış “OPEL” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobildən baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 21 may 2023-cü il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, döngə 1, ev 80 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 24 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş Zərərçəkmiş şəxs2 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK- 1/598 saylı təhqiqat materialı, Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş Zərərçəkmiş şəxs3 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/836 saylı təhqiqat materialı, Binəqədi RPİ- nin 6-cı PB-dən daxil olmuş Zərərçəkmiş şəxs1 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/1144 saylı təhqiqat materialı və Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş Zərərçəkmiş şəxs7 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/1215 saylı təhqiqat materialı icraatımda Təqsirləndirilən şəxs CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 9 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi ünvan 8 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu, döngə 6 A-da ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu, döngə 5, ev 88 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.4-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-520/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 may 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, istintaq orqanına təqdim edilmiş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin DVD diskdə olan WA-0104, WA-0105 adlı fayllarda Təqsirləndirilən şəxs oxşar şəxsin 05 fevral 2023-cü il tarixdə saat 21:05 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci Şimal küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus nömrəsiz həyət evindən bir qədər aralı məsafədə hər iki əlində müxtəlif əşyaları daşıdığı görünür. DVD diskdə olan WA-0097, WA-0098 adlı fayllarda Təqsirləndirilən şəxs oxşar şəxsin 17 mart 2023-cü il tarixdə saat 01:53 dəqiqədə ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evinə hasardan aşmaqla daxil olması qeydə alınmışdır. DVD diskdə olan WA-0099, WA-0100, WA-0101, WA-0102, WA-0103 adlı fayllarda Təqsirləndirilən şəxs oxşar şəxsin 05 aprel 2023-cü il tarixdə saat 01:02 dəqiqədə ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus həyət evinin darvazasının üzərindən aşaraq keçməsini və həmin tarixdə saat 02:37 dəqiqədə həmin həyət evini giriş qapısından çıxaraq çiynində iri həcmli əşyanı çıxarması və iti addımlarla həmin ünvandan uzaqlaşması görünür. DVD diskdə olan WA-0071, WA-0072, WA-0073 adlı fayllarda Təqsirləndirilən şəxs oxşar şəxsin 22 aprel 2023-cü il tarixdə saat 01:57 dəqiqədə ünvan 26 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs12 məxsus «Opel Astra» markalı, 99- OE-539 dövlət qeydiyyat nişanlı avtomobilindən baş vermiş oğurluq hadisəsinin yeri yaxınlığına qeydə alınmış videogörüntülərdə Təqsirləndirilən şəxs oxşar şəxsin iti addımlarla həmin ərazidən keçməsi görünür. DVD diskdə olan WA-0075, WA- 0076 adlı fayllarda Təqsirləndirilən şəxs oxşar şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, döngə 1, ev 80 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evinin yerləşdiyi küçə ilə əlində bir ədəd torbada iti addımlarla getməsi görünür. DVD diskdə olan WA-0106, WA-0107, WA-0108 və WA-0109 adlı fayllarda Təqsirləndirilən şəxs oxşar şəxsin 01 may 2023-cü il tarixdə saat 22:23 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəst, döngə 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus nömrəsi fərdi yaşayış evinin yerləşdiyi küçə ilə əlində bir ədəd torbada iti addımlarla getməsi görünür. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 istintaq orqanına Təqsirləndirilən şəxs satdığı 01 ədəd “LG” markalı, 43LM6300PLA modelli televizoru və 01 ədəd “Samsung” markalı, UE55TU8000U modelli televizoru təqdim etmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş X6 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/1168 saylı təhqiqat materialı ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 28 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-dən daxil olmuş X3 şikayət ərizəsi əsasında toplanmış xx.xx.2023-cü il tarixli, HK-1/1243 saylı təhqiqat materialı ********* saylı cinayət işinə birləşdirilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11ndə yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2022-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68 ünvanında yerləşən evdə baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 30 ünvanında baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, istintaq sonuncu nömrə altında davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, “MS OİL” YDM-in arxa hissəsində olan X11ndə yerləşən fərdi yaşayış evində baş vermişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 istintaq orqanına Təqsirləndirilən şəxs satdığı qızıl dəsti ilə əlaqədar tərtib edilmiş 01 ədəd alğı-satqı qəbzini və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 istintaq orqanına Təqsirləndirilən şəxs satdığı qızıl-zinət əşyaları ilə əlaqədar tərtib edilmiş 02 ədəd alğısatqı qəbzini və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 istintaq orqanına Təqsirləndirilən şəxs satdığı qızıl-zinət əşyaları ilə əlaqədar tərtib edilmiş 01 ədəd alğısatqı qəbzini və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini təqdim etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-599/2018 nömrəli hökmü ilə CM-in 221.3, 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdə hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 04 il 09 aya endirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5232 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların, istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1100,00 manat müəyyən edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 4(001)-862/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 21 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 04 ədəd “LG” markalı televizor Zərərçəkmiş şəxs7 tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu 3-cü yerdə qoyulmuş televizoru tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 04 ədəd “SAMSUNG” markalı televizor Zərərçəkmiş şəxs11 tanınmaya təqdim edilmiş və tanınma zamanı sonuncu 2-ci yerdə qoyulmuş televizoru tanıyaraq ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncu istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncu istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncu istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncu istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı törətdiyi oğurluq hadisələrinin mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1, Şahid2, Şahid3 təqdim etdiyi “alğı-satqı” qəbzləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Şahid4 götürülmüş 01 ədəd “LG” markalı, 43LM6300PLA modelli və 01 ədəd “Samsung” markalı, UE55TU8000U modelli televizorlar maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmış, 01 disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işindən X8 məxsus evdən baş vermiş oğurluq faktı ilə bağlı ayrıca icraata CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, zəruri sənədlərin əsli həmin cinayət işinə əlavə edilmiş, sənədlərin surəti isə ********* nömrəli cinayət işində saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işindən X5 məxsus evdən baş vermiş oğurluq faktı ilə bağlı ayrıca icraata CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, zəruri sənədlərin əsli həmin cinayət işinə əlavə edilmiş, sənədlərin surəti isə ********* nömrəli cinayət işində saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ona verilmiş ittihamda Zərərçəkmiş şəxs12 aid olan epizod üzrə avtomobildən 9440 manat götürməməsi, Zərərçəkmiş şəxs7 aid olan epizod üzrə ittihamda qeyd edilən bütün əşyaları götürməməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-599/2018 nömrəli hökmü ilə CM-in 221.3, 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdə hesablanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 04 il 09 aya endirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan iki il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 65.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı ağırlaşdıran halı, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-520/2023 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 21 may 2023-cü il tarixdən hesablanmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 4(001)-862/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 21 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 21 may 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Şahid1, Şahid2, Şahid3 təqdim etdiyi “alğı-satqı” qəbzlərinin cinayət işinin materiallarına əlavə edilməsi, maddi sübut kimi tanınmış, Şahid4 götürülmüş 01 ədəd “LG” markalı, 43LM6300PLA modelli və 01 ədəd “Samsung” markalı, UE55TU8000U modelli televizorların saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalı, üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 19 (on doqquz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 19 (on doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 19 (on doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 114 (bir yüz on dörd) manatödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər cinayət hadisəsi zamanı onlara vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə istintaqı zamanı mülki iddia ilə müraciət etməmişlər. Qeyd olunanlara və CPM-in 180.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 21 may 2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, Şahid1, Şahid2, Şahid3 təqdim etdiyi “alğı-satqı” qəbzlərinin cinayət işinin materiallarına əlavə edilməsi, maddi sübut kimi tanınmış, Şahid4 götürülmüş 01 ədəd “LG” markalı, 43LM6300PLA modelli və 01 ədəd “Samsung” markalı, UE55TU8000U modelli televizorların saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 19 (on doqquz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 114 (bir yüz on dörd) manatödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar