Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-82/2022 01.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1986-cı ildə Ermənistan SSR, Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, elektrik vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, 2-ci qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, baxılan iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin 4(001)-442/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixdə səhər vaxtı istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,111 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11.08.2021-ci il tarixdə saat 14:30-da Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən “AL” marketin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 43-cü Polis Bölməsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sol yan cibindəki pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 1,111 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o uşaq olarkən dayısının xəsarət alması ilə bağlı xəstəxanada olarkən pilləkənlərdən yıxılıb qapalı kəllə beyin travması almış və buna görə də hazırda 2-ci qrup əlildir. Aldığı travma ilə bağlı mütəmadi olaraq sudurğa keçirir, epilepsiya xəstəsidir.Bu səbəbdən ona əlillik sənədi verilərkən özünə nəzarət etməkdə çətinlik çəkdiyi üçün mütəmadi anasının nəzarəti altındadır.Xəstəliyi ilə bağlı hərbi xidmətdə də olmamışdır. 11.08.2021-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən “AL” marketin yaxınlığında piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər.O öz razılığı ilə 43-cü Polis Bölməsinə aparılmışdır.Orada öz razılığı ilə müdafiəçisinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmaması soruşulmuşdur.O, əynində olan boz rəngli şalvarın sol yan cibindən bir ədəd qəhvəyi rəngli pul kisəsini çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra, ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir.Ardınca ondan boz rəngli şalvarının ciblərini açmağı tələb olunmuş, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmiş və üst-başını səliqəyə salmağı tələb edilmişdir.Daha sonra masanın üzərinə qoyduğu qəhvəyi rəngli pul kisəsini açaraq içərisini boşaltması tələb olunmuşdur.O, qəhvəyi rəngli pul kisəsini açaraq içərisindən özünə məxsus şəxsiyyət vəsiqəsini, bir ədəd “Bakı Kart” və bir ədəd içərisində qəhvəyi rəngli kütlə olan şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur.Ondan masanın üzərinə qoyduğu şəffaf rəngli selofan bükülüdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulmuş, o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir.O həmin narkotik vasitəni həmin gün saat 10.00 radələrində Nəsimi rayonu “Kubinka” adlanan yerdən adını bilmədiyi üzdən tanıdığı şəxsdən 40 manata, yalnız şəxsi istifadəsi üçün aldığını demişdir.O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.Belə ki, o, təxminən 5-6 ildir ki, narkotik vasitə istifadə edir.Çıxarıb könüllü təqdim etdiyi narkotik vasitə heroin olmuşdur.Əvvəllər də narkotik vasitəni adını bilmədiyi üzdən tanıdığı şəxslərdən əldə etmişdir.O,narkotik vasitə istifadəçisi olmuş, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir.Ona qarşı polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamışdır.Narkotik vasitəni əldə etməkdə məqsədi onu özü üçün istifadə etmək olmuş, indiyə qədər aldığı narkotik vasitədən heç kimə təklif etməmiş və heç kimə bu barədə məlumat verməmişdir.Narkotik vasitə əldə etmək üçün verdiyi pulu heç kimdən almamışdır, öz pulu olmuşdur, belə ki, elektrik işləyərək qazanmışdır.O həmişə öz istifadəsi üçün narkotik vasitə heroin almışdır.Narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını bilmir, həmin şəxsin zahiri görünüş əlamətlərini xatırlamır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu və himayəsində 1 (bir) azyaşlı övladının olmasını, 2-ci qrup əlil olmasını və epilepsiya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir.ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi qanunsuz olaraq narkotik vasitələri gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və onun tərəfindən alınmış məlumat rəhbərliyə məruzə edilmişdir.Sonra Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.11.08.2021-ci il tarixdə saat 14:30-da məlumat əsasında əməliyyat qrupunun üzvü olan Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolunda yerləşən “AL” marketin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs zahiri əlamətlərinə oxşar, arıq bədən quruluşlu, saçı qısa, əynində mavi rəngli qısaqol gödəkçə, boz rəngli şalvar olan bir nəfər şəxsin olduğunu görərək ona yaxınlaşmışlar.Həmin şəxsə özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və həmin şəxsin xx.xx.1986-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər.Bundan sonra Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına dəvət etmişlər.Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, öz xahişi ilə, müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından ona dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təqdim edilmişdir.Təqsirləndirilən şəxs müdafiəçi ilə tanış olub, onu qəbul etdiyini bildirmişdir.Sonra bölmənin inzibati binasının otaqlarından birində 11.08.2021-ci il tarixdə video çəkiliş ilə üzərində olan narkotik vasitəni təhvil verməsi təklif edilmişdir.Təqsirləndirilən şəxs heç bir etiraz etmədiyini bildirmiş və əynində olan boz rəngli şalvarın sol yan cibindəki pul kisəsinin içərisindən bir ədəd şəffaf sellofan bükülünü təqdim etmişdir.Ondan bükülünün içində nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir.Ardınca Təqsirləndirilən şəxs üzərinə özünün razılığı ilə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsi və hansı məqsədlə saxlaması soruşulmuşdur.Salman həmin narkotik vasitəni həmin gün saat 10.00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdən adını bilmədiyi üzdən tanıdığı şəxsdən 40 manata, yalnız şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Daha sonra aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılaraq möhürlənmişdir.Protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, sonda hər kəs tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs qarşı zorakılıq, fiziki və ya psixoloji təsir göstərilməmiş, o özünü sakit aparmışdır.Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində fəaliyyət göstərsələr də, nəticə əldə edə bilməmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12.08.2021-ci il tarixli, 6/3441 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №243” dairəvi möhür əksi olan, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,111 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Təqdim olunmuş heroinin təmiz çəkisi 1,111 qram, tədqiqatdan sonra qalıq çəkisi 1,061 qram müəyyən edilmişdir. İş materiallarında olan ambulator Azərbaycan Respublikası Səhiyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məcburi-narkoloji ekspertizasının 17.08.2021-ci il tarixli 2926 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.Lakin hal-hazırda, barəsində başqa cinayət işi üzrə istintaq davam edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Beləliklə, işin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların 1 siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı narkotik vasitə heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən bir neçə dəfə artıq olmuşdur.Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi, artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olmasını, təqsirini etiraf etməsini və himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ilk dəfə az ağır cinayət törətməsini, 2-ci qrup əlil olmasını, epilepsiya xəstəliyindən əziyyət çəkməsini, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 11.08.2021-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 11.08.2021-ci il tarixdə tutulmuşdur.Həmçinin,Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı Ülvi Əliyev tərəfindən qəbul olunmuş 13.08.2021-ci il tarixli qərara əsasən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 4(001)-442/2022 saylı, 22.04.2022-ci il tarixli qərarına əsasən məlum olur ki, başqa cinayət işi ilə bağlı təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 03 (üç) a müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 20.04.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli baxılan cinayət işi üzrə hökm çıxdığı tarixdən, yəni 01 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir və onun başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınmalıdır. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyi və müalicəyə ehtiyacı olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı olduğu və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınması məqsədəuyğun hesab edilmişdir. Lakin, cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 17.08.2021-ci il tarixli, 2926 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması qeyd edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədi ilə istifadə edilməsi qaydalarının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslərin barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndində əlilliyi olan şəxslərə təyin oluna bilməməsi göstərilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ikinci qrup əlil olduğuna görə ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan - heroin 1,061 qram olan qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsini özündə əks etdirən 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344- 349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 11 avqust 2021-ci il tarixdən 13 avqust 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm çıxdığı tarixdən, yəni 01 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və başqa cinayət işi üzrə həbsdə olduğu nəzərə alınsın. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin 1.061 qram olan qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-82/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-82/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver