Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-82/2023 20.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1979-cu ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-164/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş,Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr- Zəfər Günü” münasibətilə cəzadan azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, ünvan 3-ci il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 06 yanvar 2023-cü il tarixdə Bakı şəhər Binəqədi RPi-nin 7-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 0,305 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə etdikdən sonra əynində olan göy rəngli qısa idman şalvarının sağ yan cibində saxlamaqla daşımış, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2022-ci il tarixdə saat 11.00 radələrində ünvan 4 ünvanda saxlanılaraq ünvan 5 ünvanda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilmiş və həmin gün saat 12.40-da üzərində aparılan axtarış zamanı əynində olan göy rəngli qısa idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,305 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər törətdiyi oğurluq cinayətinə görə 2019-cu ildə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanı Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşlarının bədənində quraşdırdığı nəzarət cihazı əsasında çəkmişdir.O, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələr qəbul etdiyinə görə bu maddələrin qəbulu onda asılılıq yaratmışdır.Narkotik vasitə və psixotrop maddələrin qəbulunun onda yaratdığı asılılıq onu məcbur etmişdir ki, o, şəxsi istehlak miqdarından və ya həmin miqdardan artıq miqdarda öz istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddələr əldə etsin.Bunun üçün o, həmin maddələrin satışının daha çox həyata keçirildiyi Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan yerə gedib, orada tanımadığı şəxslərdən şəxsi istehlak miqdarında və ya həmin miqdardan artıq miqdarda öz istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddələr əldə etmişdir. Lakin maddi vəziyyətinin PİS olması səbəbindən o, xeyli vaxtdır ki, şəxsi istifadəsi üçün narkotik vasitə deyil, narkomanların «şüşə» adlandırdığı, psixotrop maddə olan metamfetamin ala bilmişdir. 06 iyul 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerə gəlib orada tanımadığı şəxsdən 10 manat pulun müqabilində 3 dəfəlik istifadə üçün nəzərdə tutulmuş «şüşə» adlandırılan psixotrop maddə olan metamfetamin əldə etmişdir.Psixotrop maddə olan metamfetamini ona 10 manata satmış şəxsdən əvvəllər də narkotik vasitə və psixotrop maddələr alsa da, həmin şəxsin şəxsiyyəti, yəni adı, soyadı, ata adı, yaşadığı və qeydiyyatada olduğu ünvan, idarə etdiyi nəqliyyat vasitəsi, istifadə etdiyi mobil nömrə və sair haqqında heç nə bilməmişdir.Həmin şəxs təxminən 35 yaşında, qaraşın, sifəti yanmış, qarabuğdayı, qalın və çatma qaşlı, boyu təxminən 175-180 sm, cənub zonasının ləhcəsi ilə danışan, kişi cinsinə mənsub birisi olmuşdur.Həmin şəxsi sonuncu dəfə gördüyü vaxt əynində ağ rəngdə kətan şalvar, boz rəngdə kətan qısa qol köynək və gözündə qara eynək olmuşdur.Həmin şəxsdən 10 manat pulun müqabilində 01 ədəd şəffaf sellofan bükümdə əldə etdiyi psixotrop maddə metamfetamini əynindəki göy rəngli qısa idman şalvarın sağ yan cibində saxlamış və həmin maddəni istifadə məqsədi ilə daim üzərində gəzdirmişdir. 08 iyul 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı mənzilin yerləşdiyi binanın qarşısında olduğu vaxt 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini nümayiş edərək Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər.Polis əməkdaşları şəxsiyyətini dəqiqləşdirdikdən sonra onun narkotik vasitələr əldə etməsi ilə bağlı məlumat daxil olduğunu, bununla əlaqədar 7ci Polis Bölməsinə qədər getməli olduğunu bildirmişlər.O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmiş və orada hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilməsini tələb etmək barədə hüququnun və digər hüquqlarının olduğu ona izah edilmiş, onun istəyi üzrə vəkil dəvət edilmişdir.Polis bölməsinin xidməti otaqların birində vəkili ilə konfidensial görüşdükdən sonra video çəkiliş aparılmaqla üzərində axtarış aparılacağı ona izah edilmiş və üzərində qeyri-qanuni əşya, narkotik vasitə və ya psixotrop maddə olduğu halda təqdim etməsi ona təklif edilmişdir.O, əynindəki göy rəngli qısa idman şalvarın sağ yan cibində 01 ədəd şəffaf bükümdə gizlətdiyi «şüşə» adlandırılan psixotrop maddə metamfetamini təqdim edib masanın üzərinə qoymuş və həmin maddəni kimdən, necə, nə vaxt və hansı məqsədlə əldə etdiyini polis əməkdaşlarına bildirmişdir.Bundan sonra üzərində axtarış hərəkətləri davam etdirilmiş, lakin psixotrop maddə metamfetamindən başqa hər hansı qanunsuz əşya aşkar edilməmişdir.Daha sonra üzərində aparılmış axtarışın nəticəsinə dair tərtib edilmiş protokol uca səslə oxunmuş, onun tərəfindən heç bir irad və təklif daxil olmadığı üçün imzalanmışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin sahə inspektoru, polis baş leytenantı rütbəsində olmuşdur.Çalışdığı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında bildirilmişdir ki, xx xxxxxx 1979- cu il təvəllüdlü, Masallı rayonunda doğulmuş, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 29-da pasport qeydiyyatında olan və faktiki Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsi ev 25, mənzil 70-də yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr gəzdirir.Əməliyyat yolu ilə daxil məlumatın yoxlanılması məqsədi ilə onun tərəfindən təxirəsalınmaz əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsindən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilməklə, onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır.Üzərində narkotik vasitələr daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilməsi, yaxalanması və narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat qrupunun üzvü, həmkarı Şahid1 ilə birlikdə 08 iyul 2022-ci il tarixdə saat 11.00 radələrində ünvan 4 ünvanda Təqsirləndirilən şəxs saxlayıb, üzərində axtarış aparılması məqsədi ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinə gətirmişdir.İlkin əməliyyat sənədləri və aparılan sənədləşmə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X4 təqdim edilməklə araşdırmanın davam etdirilməsi Surəc Niyazova həvalə edilmişdir.X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “11” saylı Vəkil bürosundan vəkil dəvət edilmiş, onun və qrup üzvünün iştirakı ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır.Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərində aparılacaq axtarış hərəkətlərində vəkilinin iştirak etməməsini və axtarışın vəkilin iştirakı olmadan həyata keçirilməsini xahiş etmişdir.Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs, əynində olan göy rəngli qısa idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü masanın üzərinə qoymuş və həmin bükümdə «şüşə» adlandırılan psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün 06 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Papanin» adlanan məkanda tanımadığı şəxsdən 10 manata aldığını və bu məqsədlə üzərində gəzdirdiyini bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı qeyri-qanuni əşyaya rast gəlinməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffav sellofan bükümdəki psixotrop maddə metamfetaminə bənzər kütlələr 01 ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, üzəri Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənmişdir.Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş axtarış hərəkətləri başa çatdıqdan sonra müvafiq protokol tərtib edilmiş və protokol uca səslə oxunduqdan sonra Təqsirləndirilən şəxs və axtarışda iştirak etmiş şəxslər tərəfindən imzalanmışdır.Təqsirləndirilən şəxs yaxalanarkən, polis bölməsinə gətirilərkən və üzərində axtarış aparılarkən Təqsirləndirilən şəxs qarşı fiziki və psixioloji təsir göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaqa verdiyi ifadəyə əsasən məlum olur ki, o, digər Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının 09 iyul 2022-ci il tarixli 6/3744 saylı rəyinə əsasən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”n siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 23 sentyabr 2022-ci il tarixli, 5455 nömrəli rəyinə əsasən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərinə və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-164/2019 saylı, xx.xx.2019-cu il tarixli saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən “8 Noyabr-Zəfər Günü” münasibətilə cəzadan azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzası bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır, lakin məhkumluğu ödənilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən bir neçə dəfə artıq olmuşdur. Onun narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe,Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşman olmasını və təqsirini etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CMnin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdən 09 iyul 2022-ci il tarixədək tutulduğu müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı, polis kapitanı Surəc Niyazov tərəfindən tərtib olunmuş 08 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə saat 11.40-da tutulmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul olunmuş qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixdə saat 19.40-də tutulmadan azad edilmişdir.Eyni zamanda, Bakı şəhəri, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 11 iyul 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Əliyevin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur.Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul olunmuş 11 iyul 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutulduğu müddət 24 saatdan artıq davam etdiyindən ona təyin olunmuş cəzadan 2 gün çıxılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, ünvan 3-ci il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, onun barəsində axtarış elan edilmişdir.Həmçinin, iş materiallarında olan Binəqədi RPİ-nin 7-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Fərid İsayev tərəfindən tərtib olunmuş protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə Bakı şəhər Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyinə görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan 0, 255 qram metamfetamin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 01 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il saat 11.40 tarixdən 09 iyul 2022-ci il saat 19.40 tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhurm etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan 0, 255 qram metamfetamin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-82/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-82/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver