Məhkəmə qərarları › İş №1(001)-82/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-82/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-82/2024 24.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1999-cu il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, sonuncu dəfə Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 185.2.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Qusar rayonu, Avaran kəndində qeydiyyatda olan, barəsində seçilmiş «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 326.2-ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını açıq yolla talamaq məqsədilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan «Mətləb» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərkibində birləşib rolları aralarında bölərək 13 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, sıra 8 ünvanındakı küçə ilə piyada hərəkətdə olan vətəndaş Zərərçəkmiş şəxs görüb əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Mətləb» adlı şəxs bir qədər aralıda kənar şəxslərin müdaxiləsinin qarşısını almaq məqsədilə pusquda dayanmış, o isə Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb sonuncunun əlində saxladığı içərisində 250 manat dəyərində Samsunq A3 markalı mobil telefon, balansında 2 manat pul olan 2 manat dəyərində «Baku Bus» kartı, dəyəri olmayan 3 ədəd bank kartları, eləcə də vətəndaş Zərərçəkmiş şəxs AA ******* saylı şəxsiyyət vəsiqəsi olan 150 manat dəyərində əl çantasını əlindən dartıb ələ keçirərək hadisə yerindən qaçmaqla açıq talamaqda təqsirləndirilir.Beləliklə, təqsirləndirilən şəxs- Zərərçəkmiş şəxs ümumilikdə 404 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etməkdə, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talamaqda təqsirləndirilir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli, CM-nin 326.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o, Qusar rayonunda yaşayır, 2022-ci ilin noyabrın 15-də həbsxanadan azad olduqdan sonra bir müddət rayonda qalmış, rayonda özünə iş tapa bilməmişdir.Onun həmkəndlisi Nofel Bakı şəhərində olan tikintilərdə fəhlə kimi işləyirdi və 2023-cü ilin fevral ayında Nofel ona zəng vurub şəhərə gəlib tikintidə fəhlə işləməsini təklif etmişdir.O da 2023-cü ilin fevral ayında Bakı şəhərinə getmiş, bir müddət Mehdiabad qəsəbəsində Nofelin kirayədə qaldığı evdə qalmışdır.Həmin müddətdə müxtəlif ünvanlarda fəhlə kimi işləmişdir.2022-ci ilin fevral ayının 11-də dayısı oğlu Mətləb ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir.Belə ki, o həbsdən çıxandan sonra Mətləbi görməmişdir.Mətləb Xırdalan şəhərində kirayədə qalmışdır.Mətləbi Mehdiabad qəsəbəsinə çağırıb Nofel, Mətləb və özü oturub çay içmişdirlər.Sonradan hər üçü Atyalı qəsəbəsində fərdi evdə bir gün fəhlə işləmiş və evin sahibi onların hərəsinə 15 manat pul vermişdir.13 fevral 2023-cü il tarixdə axşamüstü hər üçü də bir yerdə Atyalı qəsəbəsindən çıxıb metronun 20 yanvar stansiyasına gəlmişdirlər.Həmin tarixdə saat 19:00 radələrində 20 yanvar metrostansiyasının yaxınlığında olarkən Mətləb demişdir ki, kirayə pulunu verə bilmir, gərək gedib bankomatların yanında dursun, kimsə əyər pul çıxarsa pulunu alıb qaçsın.O ilk olaraq razılaşmasa da sonradan pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır.Nofel də razılaşmış, o da pula ehtiyacı olduğunu demişdir.Hər üçü razılaşaraq belə qərara gəlmişdirlər ki, bankomatdan pul çıxaran şəxsləri güdsünlər, pulu çıxaran anda pulunu alıb qaçsınlar.Belə ki, qərarlaşıblar ki, bankomatdan pulu çıxaran şəxsin çantası olmalıdır ki, pulu çantasına qoyanda çantasını götürüb qaçsınlar. Bankomatdan pul çıxaran şəxs əyər pulu cibinə qoyacaqsa, onda həmin şəxsə yaxınlaşmayacaqlar.Beləliklə də hər üçü razılaşmışlar və piyada 20 yanvardan Əcəmi metrostansiyası istiqamətinə, oradan da 3-cü mikrorayon dairəsinə tərəf düşmüşlər.Orada bankomatdan pul çıxaran şəxsləri güdməyə başlamışlar. Bankomatdan pul çıxaran şəxs olmamış, bu zaman yanlarından bir nəfər bahalı geyimli, əlində çanta olan bir qız keçmişdir.Qızın çantası uzun olduğundan qız çantasını sallaya-sallaya getmişdir.Gözləri çantaya düşmüş və hər üçü də qızın dalınca düşərək qərarlaşdırmışlar ki, çantanı qızın əlindən alıb qaçsınlar.Nofel uzun palto geyinmiş, həm də ki bədəncə çox cüssəli olduğundan Nofelə demişlər ki, «qız səni görüb şübhələnəcək, hürkəcək və qorxub qaçacaq, sən bizimlə gəlmə, bizi bankomatın yanında gözlə». Nofel onlarla getmək istəsə də onu qoymamışlar və demişlər ki, gözləsin. Beləliklə də o Mətləblə qızın arxasınca getmişdir. Qız dalana girəndə Mətləblə razılaşmışlar ki, qızın dalınca getsinlər.Mətləb onu gözləsin, o isə qızın çantasını oğurlayıb qaçsın.Mətləb isə ətrafda dayansın, çantanı götürüb qaçanda maneçilik göstərən kənar şəxs gələrsə onun başını qatsın ki, o rahat qaça bilsin.Beləliklə də, o qıza arxadan yaxınlaşaraq çantasını dartmış, qız çantanın tutacağından yapışmış və başını arxaya çevirəndə o çantanı bərkdən dartmış və çanta qızın əlindən çıxmışdır.Bundan sonra o qaçmağa başlamışdır. O qaçanda qız qışqırmışdır ki, “kömək edin çantamı apardılar”. Bu zaman oradan keçən bir nəfər şəxs qızın qışqırmağını görərək onun arxasınca qaçanda Mətləb də onun arxasınca qaçmış və heç nədən xəbəri olmayan şəxs kimi onun dalınca qaçan şəxsdən soruşmuşdur ki, nə olub və onun başını qatmışdır.Belə ki, Mətləb onun arxasınca qaçan şəxsə demişdir ki, hara qaçırsan və bu zaman həmin şəxs dayananda Mətləb demişdir ki, bildim, sən qızın çantasını oğurlayan şəxsin dalınca qaçırsan.Beləliklə də onun arxasınca qaçan şəxsin başı Mətləblə söhbətə qarışmış və ilişib qalmışdır. O isə artıq digər dalana girib qaçaraq gözdən itmişdir.Həmin dalanda o qızın çantasını açmış, çantanın içindən mobil telefon, 10 qəpik pul, şəxsiyyət vəsiqəsi, baku bus kartı, üç ədəd bank kartı çıxmışdır.Çantanın içində olan bütün əşyaları götürüb çantanı ora tullamışdır.Sonra isə Nofelin onları gözlədiyi bankomatın yanına gəlmişdir.Nofel orada olmuş və soruşmuşdur ki, çantadan nə çıxdı? O Nofelə demişdir ki, çantada pul olmamışdır. Çox keçmədən Mətləb də ora gəlmiş və ona da eyni şeyi demişdir. Mətləb demişdir ki, kartları yoxlayarıq görək içində pul var ya yox. O çantada olan hər şeyi Mətləbə vermişdir. Mətləb dərhal telefonun kartını qırıb tullayaraq telefonu cibinə qoymuşdur. Onlar taksiyə minib Xırdalan şəhərinə gəlmişdirlər. Mətləb həmin kartları Xırdalan şəhərində bankomata salıb qızın şəxsiyyət vəsiqəsinə baxıb yoxlamış, kartlarda pul olmamış, kartlar bloklanmışdır. Bundan sonra kartların hamısını Mətləb özü ilə götürmüş, qızın şəxsiyyət vəsiqəsini isə Mətləb qırıb tullamış, mobil telefonu da cibinə qoymuşdur. Mətləb Xırdalanda qalmış, oradan o Nofellə marşrut avtobusuna minərək hər ikisi Mehdiabad qəsəbəsindəki kirayə qaldıqları evə getmişdirlər.Mətləbin anket məlumatlarının X6 olduğunu bildirmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, özünü AR CM-nin 326.2-cı maddəsi ilə təqsirli bilmir, çünki o çantanı alıb qaçarkən zərərçəkmiş şəxsə məxsus olan şəxsiyyət vəsiqəsinin əslini talamaq kimi niyyəti olmamışdır.Belə ki, çantanı ələ keçirtdikdən sonra çantanın içinə baxmış və şəxsiyyət vəsiqəsinin olduğunu görmüşdür.O, bildirmişdir ki, çantanın içindən çıxan əşyaları Mətləbə vermişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü AR CMnin 180.2.1-ci maddəsi ilə özünü təqsirli bilməsini, həmin maddə ilə təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq məhkəmədən ona həmin maddə ilə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda o, özünü AR CMnin 326.2-ci maddəsi ilə təqsirli bilmədiyini, əməlində həmin maddənin tərkib hissəsinin olmadığını, ona elan edilmiş həmin maddə ilə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 13 fevral 2023-cü il tarixdə saat 19.40 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən Bolmartdan çıxıb taksi ilə 3-cü mkr dairəsi yaxınlığında yerləşən Kontakt Home mağazasına kredit ödənişi etmək üçün getmişdir.Saat təxminən 20.07-də ödəniş edib mağazadan çıxıb və həmin ünvanda yaşadığı ünvana kimi piyada hərəkət edərək gəlmişdir.Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, sıra 8-də hərəkətdə olan zaman bir nəfər şəxsin ona çox yaxın arxadan gəldiyini hiss etmişdir.Bir nəfər də həmin arxasınca gələn şəxsin arxasında olmuş və mobil telefonla danışmışdır.Arxasınca gələn şəxs birdən çantasına əl atıb qaçmaq istəmişdir.Çantası onda olsa da dəstəyi özündə olmuşdur. O arxaya çevrilib çantanı dartmaq istəyəndə həmin şəxs cəld olaraq çantanı bərk dartmış və çantanın dəstəyi əlindən çıxmış, bu zaman həmin şəxs qaçmışdır.Onun dalınca da telefonla danışan şəxs qaçmışdır.O da onların arxasınca qaçaraq qışqırmışdır ki, çantanı apardılar.O, qışqırandan sonra həmin iki nəfərin də arxasınca biri qaçmışdır. Sonuncu qaçan şəxs məhəllə adamı olmuş, onun qışqırığından sonra onların dalınca qaçmışdır.Çantanı alıb qaçan şəxs dalana girib gözdən itmişdir.Onun arxasınca qaçan iki nəfər şəxs də qaçaraq dalana dönmüş, sonrasından xəbəri olmamışdır. Sonradan o fikirləşib başa düşmüşdür ki, həmin iki nəfər bir-birini tanıyırlar. Çünki hər şey ani olaraq baş vermişdir. Yəni onun çantasını alıb qaçan şəxslə arxasında olan şəxs ani olaraq qaçmışlar, sanki əvvəlcədən sözləşmişlər. Beləliklə də onlar qaçandan sonra dərhal DİN-in 102 xidmətinə zəng vurub bildirmişdir. Çantasında kapital banka məxsus 2 ədəd bank kartı, 1 ədəd Paşa Banka məxsus bank kartı, şəxsiyyət vəsiqəsi, dəyəri 2 manat olan və balansında 2 manat gediş haqqı olan Bakı Bus kartı, 1 ədəd Samsunq A3 markalı mobil telefon olmuşdur. Bank kartlarının içində elə də çox pulu olmasa da ( ümumilikdə hər üç kartda təxminən 5 manat olardı) bankla dərhal əlaqə saxlayıb kartdakı məbləğləri dondurmuşdur.Mobil telefonu 250 manat, çantasını isə 150 manat qiymətləndirirmişdir. 2 manat baku bus kartı içində olan 2 manat balansla bir yerdə, ümumilikdə ona 404 manat maddi ziyan dəydiyini bildirmişdir. Onun çantasını alıb qaçan şəxs bir nəfər idi. O qaçandan sonra onun arxasınca birinin qaçmasını görəndə bilmişdir ki, iki nəfərdirlər və bir birlərini tanıyırlar, digər üçüncü şəxs məhəllə adamı olmuş, belə ki, həmin şəxs o qışqırandan sonra onların dalınca qaçmışdır. Onların hər üçünü görsə dərhal tanıyacağını bildirmişdir, çünki ona yaxın məsafədə olmuşlar. Onun çantasını alıb qaçan şəxsin ipək, uzun saçları olmuş, üzü tüklü olmuşdur. Hər ikisinin təxminən 20-25 yaşları olmuş və hər ikisi qarayanız olmuşlar. Mobil telefonla danışan şəxsin boyu o birindən bir az hündür olmuşdur. Çantası dartıb aparılarkən o heç bir xəsarət almamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməsə də, yazılı ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir, Təqsirləndirilən şəxs şikayətçi deyildir, məhkəmədə iştirak edə bilmədiyindən məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında ifadə verən Şahid Bayramali oğlu bildirmişdir ki, o, qeydiyyatda olduğu Qusar rayonunda özünə iş tapa bilmədiyi üçün işləmək üçün 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhərinə gəlmiş və müxtəlif tikintilərdə fəhlə işləmişdir.Sadıq onun həmyerlisidir.2023-cü ilin fevral ayında ona zəng vurub demişdir ki, gəlsin şəhərə, birlikdə tikintilərdə fəhlə işləsinlər. Sadıq 2023-cü ilin fevral ayında Bakı şəhərinə gəlmiş, bir müddət onunla birlikdə Mehdiabad qəsəbəsində kirayədə qaldıqları evdə qalmışdır.Beləliklə də Sadıqla müxtəlif ünvanlarda tikintilərdə fəhlə işləmişlər.2022-ci ilin fevral ayının 11-də Sadıqin dayısı oğlu Mətləb ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Belə ki, Mətləb həbsxanadan təzə çıxmış, buna görə də Sadıq onunla görüşmək istəmiş, Mətləbi görməmişdir.Mətləb Xırdalan şəhərində kirayədə qalmışdır.Sadıq onu Mehdiabad qəsəbəsinə kirayədə qaldığı evə çağırmış və Mətləb onların qaldığı evə gəlmişdir.13 fevral 2023-cü il tarixdə səhər saatlarında Atyalı qəsəbəsində fərdi evdə üçü də gedib fəhlə kimi işləmiş və ev sahibi hərəsinə 15 manat pul vermişdir. 13 fevral 2023-cü il tarixdə axşamüstü üçü də bir yerdə Atyalı qəsəbəsindən çıxıb metronun 20 yanvar stansiyasına gəlmişdirlər.Həmin tarixdə saat 19:00 radələrində 20 yanvar metrostansiyasının yaxınlığında olarkən Mətləb demişdir ki, kirayə pulunu verə bilmir, gərək gedib bankomatların yanında dursun, kimsə əyər bankomatdan pul çıxararsa pulunu alıb qaçsın. O və Sadıq ilk olaraq razılaşmamışdırlar. Sonradan Sadıq razılaşmış, belə ki, evdə xəstəsi olduğu üçün pula ehtiyacı olduğunu demişdir.O da sonradan razılaşmışdır.Hər üçü razılaşaraq belə qərara gəlmişdirlər ki, bankomatdan pul çıxaran şəxsləri güdsünlər, pulu çıxaran anda pulunu alıb qaçsınlar.Belə qərara gəlmişdirlər ki, bankomatdan pulu çıxaran şəxsin çantası olmalıdır ki, pulu çantasına qoyanda çantasını götürüb qaçsınlar.Bankomatdan pul çıxaran şəxs əgər pulu cibinə qoyacaqsa onda ona yaxınlaşmayacaqlar.Beləliklə də üçü razılaşaraq piyada 20 yanvardan Əcəmi metrostansiyası istiqamətinə, oradan da 3-cü mikrorayon dairəsinə tərəf düşmüşlər. Orada bankomatdan pul çıxaran şəxsləri güdməyə başlamışlar. Bankomatdan pul çıxaran şəxs olmamışdır. Bu zaman yanlarından bir nəfər bahalı geyimli, əlində çanta olan bir nəfər qız keçmişdir. Onun çantası uzun olduğundan çantası yellənmişdir.Gözləri çantaya düşmüş və üçü də qərarlaşdırmışlar ki, qızın dalınca düşərək çantanı qızın əlindən alıb qaçsınlar. Həmin vaxt Mətləblə Sadıq ona demişlər ki, onlarla getməsin. Onlar demişdir ki, bədəncə o cüssəlidir, çox uzun palto geyinmişdir və qız onu görüb şübhələnəcək, hürkəcək və qorxub qaçacaq. Sadıq və Mətləb ona demişlər ki, qızın dalınca getməsin, bankomatın yanında onları gözləsin. Beləliklə də o getməmiş, orada onları gözləmişdir.Sadıq Mətləblə qızın arxasınca getmişdilər.O da bir az həmin həndəvərdə fırlanmış, dönər alıb yemişdir . Təxminən 1 saat həmin ətrafda olmuş və bir saatdan sonra Mətləb gəlmiş, Sadıq olmamışdır. Mətləbdən soruşmuşdur ki, Sadıq haradadır? Mətləb demişdir ki, Sadıq bir nəfər qadının əl çantasını oğurlayıb qaçıb. Bir az gözləmişlər və Sadıq gəlmişdir. Sadıq demişdir ki, qadının çantasını oğurlayıb, çantanı tullayıb, içindən bir ədəd telefon, şəxsiyyət vəsiqəsi, bank kartları və 10 qəpik pul çıxıb. Qərarlaşdırmışlar ki, Xırdalana getsinlər, Mətləb orada düşsün, o da Sadıqla Mehdiabad qəsəbəsinə kirayədə qaldıqları evə getsinlər. Xırdalanda kartları bankomata salıb yoxlayacaqlar. Sadıqda 5 manat pul olmuşdur, taksiyə minərək hamısı Xırdalan şəhərinə getmişdirlər. Xırdalanda Kapital bankda Mətləb kartları bankomata salıb yoxlamış, kartlarda pul olmamışdır.Sonra kartları Mətləb özü ilə götürmüş, mobil telefonu da Mətləb götürərək qızın şəxsiyyət vəsiqəsini isə Mətləb qırıb atmışdır. Mətləb Xırdalanda qalmış, o isə Sadıqla marşrut avtobusuna minərək Mehdiabad qəsəbəsinə getmişlər. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, şahid ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının mövqeyini nəzərə alıb, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmiş, lakin təqsirləndirilən şəxsin əməlində AR CM 326.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri müəyyən edilməmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, təqsirləndirilən şəxsin əməlində AR CM-nin 326.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə üzrə ona bəraət verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, CM-in 326.2-ci maddəsinin dispozisiyasının mənasına görə həmin maddə ilə nəzərdə tutulmuş cinayət yalnız birbaşa qəsdlə törədilə bilər. Yəni həmin maddə ilə şəxs o vaxt cinayət məsuliyyətinə cəlb edilə bilər ki, o, cinayətin predmeti olan dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportu və ya digər mühüm şəxsi sənədi qanuni sahibindən sonuncunun iradəsinə zidd olaraq qanunsuz götürülməsini dərk etsin, qeyd olunan predmetdən istifadənin və həmin predmetlə davranışın müəyyən edilmiş qaydalarının onun hərəkətləri ilə pozulacağını qabaqcadan görsün və bunları arzu etsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsini talamaq niyyətində olması, həmin sənədin talanmasının ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi, yəni onun əməlində CM-in 326.2ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətinin olması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 326.2-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olduğundan və məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, sonuncunun əməlində CM-in 326.2-ci maddəsi ilə cinayət tərkibinin olmaması əsası ilə Təqsirləndirilən şəxs istinad edilən həmin maddə üzrə bəraət verilməlidir. CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda, CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Odur ki, yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 326.2-ci maddəsi ilə bəraət verilməli, o, CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixitarik X5 Hüquqi Şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 1691 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də onun törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur, onun məcburi müalicəyə ehtiyacı yoxdur. İş materialllarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 185.2.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hal-hazırda məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 180.2.1-ci maddəsi ilə təqsirini etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, ailənin yeganə qazanc gətirən şəxs olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin olması cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 180.2.1-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 56.1.3-cü maddəsinə əsasən əməlində cəzanın residivi olduğuna görə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Eyni zamanda, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Anar Ağayevin 31 may 2023-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə tutulmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – Kapital Bankdan daxil olmuş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx)manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülmılidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, xüsusi müsadirə ediləsi əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin olmaması əsası ilə ona həmin maddə ilə bəraət verilsin. X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin X4 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X2 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 31 may 2023-cü il tarixdən hesablansın. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat"xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN**********,m/hAZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar