Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-83/2022 11.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozma, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-210723” markalı, **-FA-*** qeydiyyat nişanlı avtomobillə 26 may 2021-cu il tarixdə saat 18.00 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi küçəsi ilə “Binəqədi-Novxanı” nəqliyyat yolu ilə Binəqədi qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Mal Bazarı” adlanan yerdə “Socar” YDM-nin qarşısında Azərbaycan Respublikası “X12” Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini kobud şəkildə pozaraq, yəni - avtomobilin sürücüsü yolun əks istiqamətli nəqliyyat axarını ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçməməli, avtomobili öz hərəkət zolağı ilə hərəkətini təmin etməli və qarşıdan gələn nəqliyyat vasitəsinin sürücüsünün hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda bunlara riayət etməmiş və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tətbir görməyərək idarə etdiyi avtomobillə hərəkət istiqamətlərini ayıran ağ bütöv qoşa xətti kəsib keçməyi qadağan edən 1.3 üfüqi nişanlanma xəttinə əhəmiyyət verməyərək həmin xətti kəsərək əks hərəkət zolağına çıxarmış və qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü X3 idarə etdiyi “VAZ-21074” markalı, **-KT-*** qeydiyyat nömrə nişanlı avtomobillə əks hərəkət zolağında toqquşması nəticəsində idarə etdiyi VAZ-210723” markalı avtomobildə sərnişin qismində olan 1995-ci il təvəllüdlü zərərçəkmiş şəxs X5 ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan alın nahiyəsinin, hər iki göz qapaqlarının, qaşarası nahiyənin kəsilmiş yaraları, sağ mil sümüyünün distal ucunun lateral kənarının yerdəyişməyən oynaqdaxili sınığı - dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid, “VAZ-21074” markalı avtomobildə sərnişin qismində olmuş 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 ehtiyatsızlıqdan qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi, burun sümüklərinin yerdəyişən sınığı, hər iki gözətrafı nahiyənin dərialtı hemotoması, hər iki almacıq sümüklərinin və maksilyar cinusun qəlpəli yerdəyişən sınıqları, sol baldır nahiyəsinin əzilmiş yarası - dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid, həmçinin 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 ehtiyatsızlıqdan sol bud sümüyü başının çıxığı və sağ baldır nahiyəsinin əzilmiş yarası dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, eləcə də “VAZ-21074” markalı avtomobilin əzilməsi nəticəsində avtomobilin sahibi Qaraoğlan Məlikova ümumilikdə 4 929 manat məbləğində ziyan vurmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2019-cu ildən BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobili sərbəst idarə etmişdir.Belə ki, VAZ 21723 markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil 08.07.202-ci il tarixdən alqısatqı müqaviləsi əsasında ona məxsus olmuş, həmin avtomobili ondan başqa heç kim idarə etməmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 26.05.2021 -ci il tarixdə saat 18.00 radələrində o, özünə məxsus olan VAZ 21723 markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu “Mal Bazarı" deyilən yerdən indiki Socar yanacaq doldurma məntəqəsinin qarşısındakı dairədən dönüb üzü Bakı şəhəri Binəqədi kəndi istiqamətində gedən zaman dövlət nömrə nişanı yadında qalmayan Niva markalı avtomobil sağ tərəfindən ötmə əməliyyatı etmiş, onun arxasınca Mercedes markalı avtomobil onun sağ tərəfindən keçmək istədiyi zaman o, çaşaraq qarşı yola, yəni qoşa xətti keçmiş, həmin zaman qarşıdan VAZ 2107 markalı avtomobil gəldiyini görüb, onunla toqquşmamaq üçün avtomobili tam sol zolağa çəkmişdir.Lakin VAZ 2107 markalı avtomobil onunla toqquşmamaq üçün sağa çəkdiyindən və onlar yolun kənarında toqquşmuş, nəticədə avtomobilin qabaq sol tərəfi qarşıdan gələn VAZ-2107 markalı avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuş, zərbədən onun avtomobilində qabaq oturacağda əyləşmiş tanışı Zərərçəkmiş şəxs2 qabaq ön şüşəyə dəymiş və üzündən xəsarət almışdır.O, özü də sağ dizindən xəsarət almış və orda olan şəxslərin köməyi ilə onları maşından düşürmüşdürlər.O, VAZ 2107 markalı avtomobilin içində olan sürücü Zərərçəkmiş şəxs1, həyat yoldaşı Zərərçəkmiş şəxs3 və nəvələri olan Zərərçəkmiş şəxs4 orda olan şəxslərin köməyi ilə maşından düşürmüş və təcili tibbi yardım maşını gəlib onların hamısını Sabunçu rayon xəstəxanasına aparmışdır.O, xəstəxanada bir neçə saat qaldıqdan sonra özünü normal hiss etdiyi üçün oradan çıxmış və sərxoşluq müayinəsinə getmişdir.Həmin günü o, avtomobilini saatda 50-60 km sürətlə hərəkət idarə etdirmişdir və avtomobilində hər hansı yük olmamışdır.Həmçinin, o, avtomobili tam ayıq vəziyyətdə idarə etmiş və avtomobili sığortalı olmuşdur.Yol-nəqliyyat hadisəsinə səbəb Niva markalı avtomobilin sağ tərəfindən ötmə əməliyyatı etməsi, onun arxasınca Mercedes markalı avtomobilin onun sağ tərəfindən keçmək istədiyi zaman onu çaşdırması və onun qarşı yola yəni qoşa xətti keçməsi olmuşdur.O, avtomobili ilə qoşa xətti keçib əks istiqamətdən gələn avtomobillərin yoluna keçdiyi zaman təhlükə anını hiss etmişdir.O, qoşa xətti keçdikdən sonra təxminən 10-15 metr qalmış VAZ 2107 markalı avtomobili görmüş, lakin avtomobili sol tərəfə çəkib qaçırtmaq istəsə də, VAZ 2107 markalı avtomobil ilə toqquşmüşdur.Bundan başqa, o, Niva və Mercedes avtomobillərinin nömrələrini dəqiq görməmişdir.Bütün bunlara baxmayaraq baş vermiş hadisədə o, özünü günahkar hesab edir.Belə ki, o, hadisə baş verən yerdə avtomobili ilə qarşı hərəkət zolağına çıxmamalı idi.Həmin yerdə qoşa bütöv ağ zolağlı xətt, yəni yol ayrıcı xəttlər, ona idarə etdiyi avtomobillə heç bir halda həmin xətti kəsib əks hərəkət zolağına çıxmamalı olduğu ona aydın izah edilmişdir.Məhz onun qarşı hərəkət zolağına çıxmağı və qarşıdan gələn VAZ- 2107 avtomobili ilə aralarında olan qısa məsafə toqquşmanı qaçılmaz etmişdir.Baş vermiş hadisədə VAZ-2107 avtomobilin sürücüsü sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 günahı olmamışdır.Çünki o, hadisənin bir anda baş verməsi vəziyyətində heç nə edə bilmədiyini bildirmişdir.Hadisə nəticəsində onun özünə məxsus avtomobili və Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2107 markalı avtomobil deformasiya olaraq əzilmişdir.Baş vermiş hadisə təxminən saat 19.00 radələrində olmuşdur.O, xəsarət almış şəxslərə imkanı daxilində köməklik edəcəyini, baş vermiş yol-nəqliyyat hadisəsindən təəssüf və peşmançılıq hisslərini keçirdiyini bildirmişdir.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs ailəli olmasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, gənc olmasını, bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, Təqsirləndirilən şəxs baş vermiş qəzadan 20 gün öncə tanımışdır.Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur.Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsində yaşayan bir şəxs kimi tanımışdır.26 may 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində işlə bağlı müraciət etmək üçün yaşadığı evdən çıxmış, həmin tarixdə saat 18:20 radələrində yol kənarına gəldikdə Təqsirləndirilən şəxs özünə məxsus olan VAZ 21723 markalı, ** FA *** dövlət nömrə nişanlı avtomobildə əyləşdiyini görmüşdür.O, ona yaxınlaşıb müştərisinin olub-olmamasını soruşmuş və Təqsirləndirilən şəxs ona hal-hazırda müştərisinin olmadığını bildirmişdir.O, Təqsirləndirilən şəxs onu Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində iş müarciəti üçün deyilən ünvana aparmasını xahiş etmişdir.O, ona avtomobilinin yanacağının çox az qaldığını bildirmişdir.O, da ona 6 manat gediş haqqı pul verəcəyini demişdir.Bundan sonra o, avtomobildə ön oturacaqda əyləşmiş, Binəqədi rayonu Binəqədi qəsəbəsindən üzü Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətində yəni “SOCAR" yanacaq doldurma məntəqəsi istiqamətində yolun sol zolağı ilə hərəkət etməyə başlamışdır.Təqsirləndirilən şəxs sürətlə avtomobili idarə etmiş və öndə gedən Niva markalı avtomobilə çatmış və qəfil tormoz vermişdir.Daha sonra Niva markalı avtomobili ötmək üçün qoşa xətti keçərək əks istiqamətdən gələn avtomobillərin yoluna çıxmış və qarşıdan gələn VAZ-2107 markalı avtomobillə yolun sağ zolağında toqquşmuşdur.Nəticədə o, xəsarət almışdır. Avtoimobildən düşdükdən sonra, ətrafda olan şəxslər onlara köməklik edib təcili tibbi yardım çağıraraq avtomobilə əyləşdirib xəstəxanaya yola salmışdırlar.Onlar üçün təhlükə anı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs qoşa xətti keçib əks istiqamətdən gələn avtomobillərin yoluna çıxdığı andan yaranmışdır.Həmin gün ona iş təklif olunduğu üçün o, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində motosiklet sürməklə kuryerlik edəcəyini demişdir.Bu günə qədər ona 2 000 manat maddi ziyan dəymişdir.Bundan başqa, onun sifət nahiyəsində hələ də şüşə qırıntıları qalmışdır.O, bunla bağlı həkimə müraciət etməmişdir.Bunun əməliyyatının və dərmanların qiymətini dəqiq bilmir.Lakin, qeyri-rəsmi olaraq ona 8 000 manata yaxın pul lazım olacağı həkim tərəfindən ona deyilmişdir.İstintaq zamanı, İskəndər ona 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X8 təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, dəymiş ziyanın ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, əri Zərərçəkmiş şəxs1 Fiay oğlu ** KT *** dövlət nömrə nişanlı, VAZ 2107 markalı avtomaşını idarə etmişdir.Həmin maşını başqa heç kim idarə etməmişdir.26 may 2021-ci il tarixdə saat 18:40 radələrində onlar Novxanı bağ massivində qohumugilə qonaq gedirdilər.Əri idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsindən üzü Novxanı qəsəbəsi istiqamətində yəni “SOCAR” yanacaq doldurma məntəqəsi istiqamətində öz yolunda sağ tərəflə saatda təxminən 40\50 km saat surətlə hərəkət edən zaman qarşıdan “VAZ” markalı avtomobil ötmə əməliyyatı edib yüksək sürətlə onların yoluna çıxmışdır.Əri avtomaşını yolun sağı ilə sürmüşdür.Həmin sürücü onlara çatmağa 20-25 metr qalmış avtomobili onların avtomobilinin üzərinə sürülmüş və Qaroğlan avtomaşını lap sağ tərəfə qaçırtmaq istəsə də asfaltdan azca çıxmış toqquşma baş vermişdir.Toqquşma nəticəsində əri, o, avtomoilin arxa oturacağında əyləşmiş 2011-ci il təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs4 xəsarətlər almışlar. Hadisə yerində olan şəxslərin köməyi ilə təcili tibbi yardım avtomobilinə əyləşib Sabunçu rayon xəstəxanasına aparmışlar.Onlar üçün təhlükə anı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Təqsirləndirilən şəxs onların avtomobilin yoluna çıxdığı an yarandığını demişdir.Onların avtomobili əzildiyindən onlara 4 929 manat maddi ziyan dəymişdir.Bu günə qədər onlara 5 000 manat məbləğində maddi ziyan dəymiş, əlavə əməliyyat üçün 1 300 manat pul lazım olduğunu, sürücü Təqsirləndirilən şəxs tərəfindən onlara 1 100 manat ödəniş edilmişdir.Bundan sonra heç bir ödəniş edilmədiyini bildirmişdir.Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslə barışıq əldə etməsini, dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən (Qanuni nümayəndə -anası Qanuni nümayəndə qzının iştirakı ilə) zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən 182 saylı orta məktəbin 5ci sinfində oxumuşdur.X2 uzun müddətdir ki, ** KT *** dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobili idarə etmişdir. 26 may 2021-ci il tarixdə Novxanı bağ massivində qohumugilə qonaq getmişdir.Evdən çıxdıqdan sonra o və nənəsi Zərərçəkmiş şəxs3 avtomobildə arxa oturacaqda əyləşmişlər.Nənəsi Zərərçəkmiş şəxs3 arxa oturacaqda sol tərəfdə əyləşmişdir.O, isə nənəsinin yanında oturmuşdur.26 may 2021-ci il tarixdə saat 18:40 radələrində onlar “VAZ 2107” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsindən üzü Novxanı qəsəbəsi istiqamətində yəni “SOCAR” yanacaq doldurma məntəqəsi istiqamətində yolun sağ tərəfi ilə saatda təxminən 40\50 km saat surətlə hərəkət edən zaman qarşıdan “Priora” markalı avtomobil ötmə əməliyyatı edib yüksək sürətlə onların yoluna çıxdığını görmüş, babası Zərərçəkmiş şəxs1 maşını yolun sağ tərəfinə sürürmüşdür.Həmin sürücü onlara çatmağa 20-25 metr qalmış avtomobili onların avtomobilinin üzərinə sürülmüş və babası avtomaşını sağ tərəfə qaçırmtaq istəsə də asfaltdan azca çıxmış toqquşma baş vermişdir. Toqquşma nəticəsində o və sürücü olan babası Zərərçəkmiş şəxs1 və avtomobilin arxa oturacağında əyləşmiş nənəsi Zərərçəkmiş şəxs3 xəsarətlər almışdırlar.Hadisə yerində olan şəxslərin köməyi ilə təcili tibbi yardım avtomobilinə əyləşib Sabunçu rayon xəstəxanasına aparılmışdırlar. Hadsisə vaxtı təhlükə anı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü İskədnər Həsənovun onların yoluna çıxdığı an yaranmışdır. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs4 təqsirləndirilən şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun 1992-ci ildən “B” kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. **-KT-*** dövlət nömrə nişanlı “VAZ 21074” markalı avtomaşını 6 ilə yaxındır ki, ona məxsus olmuş və ondan başqa heç kim avtomaşını idarə etməmişdir.26 may 2021-ci il tarixdə saat 18:40 radələrində o, idarə etdiyi “VAZ 21074” markalı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsindən üzü Novxanı qəsəbəsi “Mal bazarı” yəni “SOCAR” yanacaq doldurma məntəqəsi istiqamətində yolunun sağ tərəflə saatda təxminən 40\50 km saat surətlə hərəkət edən zaman qarşıdan “VAZ-210723" markalı, **-FA-*** “Priora” modelli avtomobil qəfil olaraq öz hərəkət zolağından qarşısında gedən Niva markalı avtomobili ötmə əməliyyatı edib yüksək sürətlə onun hərəkət yoluna çıxdığını görmüş, o, dərhal əyləci basıb avtomaşını yolunun sağına çəkmişdir ki, toqquşma baş verməsin. Həmin an sürücü ona çatmağa təxminən 20-25 metr qalmış avtomobili onun avtomobilinin üzərinə sürmüş və o, avtomaşını lap sağ tərəfə yolun ehtiyyat hissəsinə qaçırmtaq istəsə də, asfalt yoldan azca çıxmış VAZ-210723” markalı avtomobili onun idarə etdiyi avtomobil ilə üzbəüz toqquşmuşdur.VAZ-210723” markalı avtomobildə olan tanımadığım sərnişin də xəsarət almışdır.Hadisədən sonra o və VAZ-210723” markalı avtomobilin sürücüsü hadisə yerində olmuşlar.Toqquşma nəticəsində o, və onun avtomoilinin arxa oturacağında əyləşmiş arvadı Zərərçəkmiş şəxs3 və 2011-ci il təvəllüdlü nəvəsi Zərərçəkmiş şəxs4 müxtəlif xəsarətlər almışlar.O, özü heç bir ciddi xəsarət almamışdır.Hadisə yerində olan şəxslərin köməyi ilə təcili tibbi yardım avtomobili çağrılmış və onlara əyləşib Sabunçu rayon xəstəxanasına getmişdirlər.Hadisə vaxtı onun üçün təhlükə anı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü İskədnər Həsənovun avtomobili ilə qoşa xətti kəsərək onun hərəkət zolağına çıxdığı an yarandığını bildirmişdir. Baş vermiş yol-nəqliyyat qəzası VAZ-210723” markalı Pirora modelli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs günahı ucbatından baş vermişdir. Belə ki, o, intensiv hərəkət yolunda yol ayrıcı olan iki qoşa bütöv ağ xətti kəsərək qarşı hərəkət zolağına yəni onun idarə etdiyi avtomobilin hərəkət zolağına qarşısında gedən nəqliyyat vasitəsini ötmək üçün çıxmasını və o, bu təhlükəni görən kimi dərhal avtomobilimi öz yolunun sağ kənarına ehtiyyat yol zolağına tərəf çəkdiyini, əyləci basdığını lakin, Təqsirləndirilən şəxs avtomobili ilə onun avtomobilinin qabaq hissəsi ilə yəni üzbəüz toqquşduğunu bildirmişdir. O, həmin vaxtı bütün imkanlarından istifadə etdiyini, toqquşmadan yayınmaq və hadisənin qarşısına almaq istəsə də, lakin Təqsirləndirilən şəxs avtomobili ilə onun idarə etdiyi avtomobili vurmuşdur. Bu hadisə çox qısa zamanda baş vermiş və İskəndər avtomobili ilə onun yoluma çıxan anla toqquşma baş verən ana kimi təxminən 2-3 saniyə vaxt çəkmişdir. Hadisə vaxtı hava şəraiti tam aydın olmuş, asfalt quru olmuş, İskəndərin avtomobili hərəkət zolağında normal idarə olunması üçün heç bir maneə olmamışdır. Sadəcə olaraq İskəndər yol-hərəkəti qaydalarını kobud surətdə pozaraq, yol ayrıcı olan iki ağ bütöv qoşa xətti kəsərək qarşı hərəkət zolağına çıxdığından məlum hadisə baş vermişdir.O, bu hadisənin qarşısına almağa çalışsa da, hadisənin qarşısını Təqsirləndirilən şəxs təqsiri ucbatından almaq mümkün olmamışdır.Onun bu hadisədə heç bir günahı yoxdur.Belə ki, idarə etdiyi **-KT- *** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobili hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş və o, spirtli içki qəbul etməmiş, tam ayıq olmuşdur.Həmin gün o, ailəsi ilə Novxanı bağ massivində qonaq çağırıldığı üçün qohumlarını ziyarət etməyə getmişdir.Onun avtomobilinin əzilməsi nəticəsində avtomobilin qabaq hissəsi tam sıradan çıxış və o, onu servisdə yoxlatdırmış və ona dəyilən maddi ziyanın 4 929 manat olduğunu müəyyən edilmişdir.Həmin zərər aktı cinayət işinə əlavə edilmişdir.İndiyə qədər təxminən 5 000 manat məbləğində nəvəsi və arvadı üçün tibbi dərmanların alınmasına görə pul xərcələnmiş, yoldaşı Zərərçəkmiş şəxs3nm əlavə əməliyyatı üçün 1 300 manat pul lazım lazımdır.Təqsirləndirilən şəxs tərəfindən ona 1100 manat məbləğində maddi yardım üçün ödəniş edilmiş, bundan sonra onun tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçinin çıxışını, zərər çəkmiş şəxsləri, azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsini və dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 ərizələrinə əsasən məlum olur ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, zərərçəkmiş şəxsələrə vurulmuş ziyan ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin Məhkəmə tibbi ekspertiza və pataloci anatomiya birliyi tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli 1296 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan alın nahiyəsinin, hər iki göz qapaqlarının, qaşarası nahiyənin kəsilmiş yaraları kəsici əşyaların, sağ mil sümüyünün distal ucunun lateral kənarının yerdəyişməyən oynaqdaxili sınığı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı şəhər klinik xəstəxanasına müraciət etdiyi 26.05.2021-ci il saat 19.25-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər 26.05.2021-ci il tarixdə sərnişini olduğu minik avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin Məhkəmə tibbi ekspertiza və pataloci anatomiya birliyi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli 1188 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlər-sol bud sümüyü başının çıxığı və sağ baldır nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı Şəhər Klinik xəstəxanasına müraciət etdiyi 26.05.2021-ci il saat 19.10-dan bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ-AĞİR zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs4 bədənində aşkar olunmuş xəsarətlər 26.05.2021-ci il tarixdə sərnişini olduğu minik avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası SN-nin Məhkəmə tibbi ekspertiza və pataloci anatomiya birliyi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli 1186 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi, burun sümüklərinin yerdəyişən sınığı, hər iki gözətrafı nahiyənin dərialtı hematoması, hər iki almacıq sümüklərinin və maksilyar sinusun qəlpəli yerdəyişən sınıqları, sol baldır nahiyəsinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin 3 saylı şəhər klinik xəstəxanasına müraciət etdiyi 26.05.2021-ci il saat 19.25-dən bir qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ-AĞİR zərər vurmayır aiddirlər. Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər 26.05.2021-ci il tarixdə sərnişini olduğu minik avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli 8/2152 saylı avtotexniki ekspertiza rəyindən görünür ki, “VAZ”-21723 markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində „X12“ Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun. hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nuru Həsənov tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş yol-nəqliyyat qəzası 26 may 2021-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi "Binəqədi-Novxanı” nəqliyyat yolu ilə Binəqədi qəsəbəsi istiqamətində “Mal Bazarı” adlanan yerdə ”Socar” YDM-nin qarşısında “VAZ”-21723 markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə **-KT-*** dövlət nömrə nişanlı “VAZ 21074” markalı avtomobilin toqquşması qeydə alınmışdır. Hadisə yerinin sxemi və fotoşəkilləri protokola əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 məxsus “Vaz-21074” markalı **-KT-*** qeydiyyat nişanlı avtomobilə aid nəqliyyat vasitələrinin xidmət servisinin rəhbəri X10 tərəfindən tərtib edilmiş 30 iyul 2021-ci il tarixli 3751 saylı zərər aktından görünür ki, qəzalı vəziyyətdə olan həmin avtomobilin təmirinə çəkiləçək xərcin məbləği 4929 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan yol nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etdirən 01 ədəd CD markalı video diskə tərəfimdən keçirilmiş baxış protokolundan görünür ki, baş vermiş hadisə zamanı həmin 26 may 2021-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi "Binəqədi-Novxanı” nəqliyyat yolu ilə Binəqədi qəsəbəsi istiqamətində “Mal Bazarı” adlanan yerdə ”Socar” YDM-nin qarşısında “VAZ”-21723 markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında yol ayrıcı olan iki bütöv ağ rəngli qoşa xətti kəsərək əka istiqamət yoluna çıxdığını, həmin an əks istiqamətində öz yolu ilə hərəkət edən və bu zaman toqquşmadan yayınaraq yolun sağ tərəfində yerləşən ehtiyyat torpaq hissəyə yan alan **-KT-*** dövlət nömrə nişanlı “VAZ 21074” markalı avtomobil ilə üzbəüz toqquşması aydın görünmüşdür.Bundan sonra, hər iki nəqliyyat vasitəsinin əzildiyi və deformasiya uğradıqları görünmüşdür.Bundan sonra, görüntülərdə qeydə alınmış “VAZ”-21723 markalı, Priora modelli **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs, **-KT-*** dövlət nömrə nişanlı “VAZ 21074” markalı avtomobili isı Zərərçəkmiş şəxs1 idarə etmələrini bildirmişlər. İş materiallarında olan Binəqədi RPİ-nin DYPŞ-si tərəfindən verilmiş 22 oktyabr 2021ci il tarixli 059-39474 saylı məktubdan görünür ki, xx.xx.1998-ci il tarixdə anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemində 14.12.2019-cu il tarixdə qeydə alınmış "B,C" kateqoriyalı AC528704 nömrəli sürücülük vəsiqəsinin (etibarlıq müddəti 14.12.2029-cu il) olması, eləcə də xx.xx.1958-ci il tarixdə anadan olmuş vətəndaş Zərərçəkmiş şəxs1 13.09.2019-cu il tarixdə qeydə alınmış "B" kateqoriyalı AC252918 nömrəli sürücülük vəsiqəsinin (etibarlıq müddəti 13.09.2028-ci il) olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən məlum olur ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxslərin ifadələri, iş üzrə keçirimliş eskpertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CMnin 263.1-cimaddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin (yeni redaksiya) qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işinə xitam verildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə maddi sübut avtomobillərin sahibləri - Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən CM-nin 263-cü və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən (zərərçəkmiş şəxslərlə barışdığına və vurulmuş ziyanı tamamilə ödədiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar – avtomobillərin sahibləri - Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-83/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-83/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver