Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-83/2024 17.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Papanin” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə 0,448 qram çəkidə qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 17 iyul 2023-cü il tarixdə saat 15:25 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən “Elnur” tikinti materialları mağazasının yaxınlığında Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,448 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 1 il yarım müddətdir ki narkotik vasitə aludəçisidir. Adətən heroin adlanan narkotik vasitədən çəkərək istifadə edir. Narkotik vasitəni Nəsimi rayonunda “Papanin” adlanan ərazidən 5 manat müqabilində əldə etmişdir. 17 iyul 2023cü il tarixdə saat 15:25 dəqiqədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları onu Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yaşadığı evin yaxınlığında saxlayaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə aparmışlar. Bölmədə də narkotik vasitə üzərindən aşkar edilmişdir. Dindirilmə zamanı Təqsirləndirilən şəxs ifadəsini tamamilə dəyişdirərək bildirmişdir ki, polis əməkdaşları onu yaşadığı evin qapısının qarşısından polis bölməsinə aparmışlar. Belə ki, zəng gəlmişdir ki, çölə çıxmağı bildirilmişdir, o da çölə çıxan zaman saxlanılaraq bölməyə aparılmışdır. Üzərində narkotik vasitə olmamış, bölmədə olanda həmin narkotik vasitə ona verilərək boynuna götürməsi tələb edilmiş, əks halda daha ağır maddə ilə ittiham ediləcəyi ona bildirilmişdir. Bölmədə olan zaman polislər çox olduğundan müdafiəçisinə baş verənləri deməmişdir. Həmçinin ona 48 saat sonra buraxılacağı, həbs olunmayacağı da bildirilmişdir. Məhkəmədə ilkin bildirdikləri çəkilişdən yadında qalanlardır, o narkotik vasitə istifadəçisidir, lakin həmin zaman üzərində narkotik vasitə olmamışdır. Ona əvvəlcə Elnur zəng etmişdir, daha sonra isə əməliiyat müvəkkili Vüqar zəng etmişdir. Onu bölməyə Vüqargil aparmışdır, Vüqarın yanında Elnur da olmuşdur, həmin şəxslərin avtomobili ilə getmişdir. Əvvəlcə anasına zəng gəlmiş, onu soruşmuşlar, anası bölməyə getmişdir. Daha sonra isə evdə olan zaman evə gələrək ona bildirmişlər ki, bəs bölməyə getməlidir, o da polislərlə birlikdə bölməyə getmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Xocasən qəsəbəsində yeni məhəllə deyilən yerdə yaşayır. “Elnur” inşaat materialı mağazası ilə evlərinin arasında təxmin 300 metrə yaxın məsafə vardır. Onun üzərində narkotik vasitə olmamışdır. Təklif edildiyi üçün üzərinə götürmüşdür. Özü də həmin gün ağrıları olduğuna görə evdə olmuşdur. Onu bölməyə aparan şəxslərdən biri Şahid1 olmuşdur. Bölmədə çoxlu sayda polis əməkdaşları olduğundan özünün isə tək olduğundan üzərində narkoyik vasitə olmasını boynuna almışdır. Həmçinin ona 48 saata buraxılacağı bildirilmişdir. Həqiqətən də 48 saat ərzində buraxılmışdır. Özü müdafiəçiyə heç nə deməmişdir. Ona bölmədən zəng gəlmişdir, anası da polislərlə birlikdə olmuşdur. 2 nəfər evin həyətinə daxil olaraq ona bölməyə getməyi təklif etmişlər, o da getmişdir, anası isə onlarla birgə bölməyə getməmişdir. Polis əməkdaşları onu həyətlərinin içindən aparmışdır. Getdiklərini avtomobilin qeydiyyat nışanı da 99AP499 olmuşdur. Şahid1 da bölmədə olmuşdur, ona narkotik vasitəni götürməyi də Elnur təklif etmişdir. 10 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid2 onu saxlayan digər şəxs olmuşdur, lakin Şahid2 onu “Elnur” inşaat materialı mağazasının yanından aparmaqlarını bildirməsi yalandır, onu evlərinin həyətindən aparmışdırlar. Əvvəlcə anası həyətə daxil olmuşdur. Sonra isə Elvur və Vüqar gəlmişdir. Polislər onu aparan zaman anası, özü və polis əməkdaşları olmuşdur. Heç bir müqavimət göstərmədən bölməyə getmişdir. Bölmədə Elnur adlı əməkdaş ona narkotik vasitəni verdiyi zaman heç kim olmamışdır, təklikdə otaqda vermişdir. Qorxduğu üçün müdafiəçiyə heç nə bildirməmişdir. Təqsirləndirilən şəxs son sözündə narkotik vasitə istifadəçisi olduğunu, hazırki cinayət işi üzrə ondan aşkar olduğu qeyd olunan narkotik vasitə onun üzərində olmadığını bildirərək, məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. 17 iyul 2023-cü il tarixdə, saat təxminən 15:25 radələrində Xocasən qəsəbəsində yerləşən “Elnur” inşaat materialları satılan ünvanın yaxınlığında təqsirləndirilən şəxsə yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Polis Bölməsində olan zaman Təqsirləndirilən şəxs özü törətdiyi əməli səmimi etiraf edərək üzərində olan narkotik maddəni könüllü şəkildə təhvil vermişdir. Təqsirləndirilən şəxsin evindən aparılması və üzərində narkotik vasitə olmaması barədə bildirdikləri yalandır. Təqsirləndirilən şəxs “Elnur” inşaat materialları satılan ünvanın yaxınlığında saxlanılmış, çəkiliş zamanı özü üzərində olan narkotik vasitəni təqdim etmişdir, şəxsin vəkili də orada olmuşdur. Şəxsin yaşadığı ünvanla “Elnur” inşaat materialları mağazası arasında məsafə 1 kilometrdən çoxdur. Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir, ağrıları da çox güclü olur. Təqsirləndirilən şəxsrkotik tapmaq üçün hər şey edir, oğurluq və sair əməllər də törədə bilər. Təqsirləndirilən şəxsə heç kim hədə-qorxu gəlməmişdir, təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamaması barədə yalan ifadə verir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 40-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Xocasən qəsəbəsində yerləşən “Elnur” inşaat materialları satılan yerin yaxınlığında yaxınlaşaraq sonuncunu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən və etiraz etmədən onlarla birlikdə polis bölməsinə yollanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və ya bölmədə olan zaman sonuncuya hər hansı bir fiziki yaxud mənəvi təzyiq olmamışdır. Bölmədə olan zaman çəkiliş həyata keçirilmiş və video-çəkiliş zamanı şalvarının cibində olan narkotik vasitə heroini özü könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxsin evlərinin həyətindən aparılması ilə bağlı bildirdikləri həqiqətə uyğun deyildir. **-AP-*** qeydiyyat nişanlı avtomobil ona məxsusdur, təqsirləndirilən şəxsi daha əvvəl bir dəfə də oğurluq əməlinə görə saxlamışdır. Ümumiyyətlə təqsirləndirilən şəxsi evdə tapmaq mümkün deyildir. Təqsirləndirilən şəxsin barəsində axtarış işi olmuş, həmin axtarışa görə bir neçə dəfə evlərinə getmişlər, lakin şəxs heç vaxt evlərində olmamışdır. Onlar əməliiyat tədbiri ilə Təqsirləndirilən şəxs saxlamışlar. Belə ki, gözləmişlər və əlverişli şərait yarandığından “Elnur” inşaat materialları satılan yerin yaxınlığında şəxsi saxlamışlar. Təqsirləndirilən şəxsi heç kim yaşadığı evin həyətindən aparmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:40-da şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il tarixdən, saat 15:25-dən hesablanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim edərək içərisində “heroin” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Həmin narkotik vasitəni Nəsimi rayonu, “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 5 manat aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3870 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdə 1 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,448 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Ekspert rəyinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “xx.xx.2023cü il tarixdə saat 10:30-da 0,448 qram maddə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, xx.xx.2023-cü il tarixdə saat 12:40-da 0,398 qram geri qaytarılmışdır. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil edir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti təmin edilməmiş, onun barəsində digər qətimkan tədbirinin seçilməsi və saxlandığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Binəqədi RPİ-nin müvəqqəti saxlama yerində azad edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Ağayev X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qutarmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-412/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(002)-627/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 8 ay, 14 günlük hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxs Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4590A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narokomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdəki təmiz çəkisi 0,448 qram olan narkotik vasitə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra 0,398 qram qalıq qalmış narkotik vasitə Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Bir ədəd “CD” formatlı disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokol, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-666/2023 saylı qərarından görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək sonuncu barəsində axtarış elan olunmuş, qərarın icrası Binəqədi Rayon Polis İdarəsinə həvalə olunmuşdur. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-46/2-10473-1224 saylı məktubu ilə idarənin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 02 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qsimində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edildiyi, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcrdixanasında saxlanıldığı bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)- 1176/2023 saylı qərarından görünür ki, AR CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-254/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə baxışına təyin edilmiş, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması, video-yazı zamanı üzərindən çıxardığı narkotik vasitənin polis əməkdaşı tərəfindən ona verilməsi, həmin narkotik vasitənin ona aidiyyatının olmaması, onun yaşadığı evin həyətində saxlanılması barədə ifadəsinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, qeyd olunan məzmunda ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Çünki Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra videoçəkiliş aparılmaqla onun üzərində baxış axtarış, götürmə istintaq hərəkəti aparılarkən üzərində olan narkotik vasitəni könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etmiş, tutulduqdan dərhal sonra müdafiəçi ilə təmin edilmiş, istintaq hərəkətlərinin aparılmasında müdafiəçisi ilə birlikdə iştirak etmiş və müvafiq protokollar onu özü və ona təyin edilmiş müdafiəçi tərəfindən imzalanmışdır. Bundan başqa həmin istintaq hərəkətləri aparılarkən törətdiyi əməli səmimi olaraq etiraf etmiş, bundan sonra da ibtidai istintaq dövründə qeyd edilənləri bağlı hər hansı şikayət və tələbi olmamışdır. Hazırda məhkəmə baxışında üzərində narkotik vasitənin olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsi barədə verdiyi ifadəsini məhkəmə özünü müdafiə xarakterli və məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə hesab edir. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra onlar dindirilmişlər. Həmin şəxslərin ifadələri ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmiş, şahidlərin ifadələri ilə məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, maddi sübütlar,videoçəkilişin aparıldığı CD disk, protokollar, ekspertiza rəyləri və digər istintaq materialları ilə təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcuddur. Belə ki, araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-412/2020 saylı hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl ona təyin edilmiş cəzadan azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qutarmışdır. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2021-ci tarixdə azad edildiyi vaxtdan iki il keçmədən, yəni məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2023-cü il tarixdə qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halın olması ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində, CM-in 65.2-ci maddəsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əməlində cinayətin residivinin mövcud olmasını, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə araşdırılmış iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:25-də şübhəli şəxs kimi saxlanılmış, xx.xx.2023-cü il tarixdə saat 14:00-dan 14:40-dək şübhəli şəxs qismində dindirilmiş, xx.xx.2023-cü il tarixdə saat 11:20-dən saat 11:40-dək təqsirləndirilən şəxs qismində dindirilmiş, təqsirləndirilən şəxs qismində dindirildikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin təmin edilməsindən imtina edilmiş, həmin tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün müddətinə şübhəli və təqsirləndirilən şəxs qismində tutulmuşdur. Məhkəmə baxışı zamanı xx.xx.2023-cü il tarixdə qəbul edilmiş 1(001)-666/2023 saylı qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək sonuncu barəsində axtarış elan olunmuşdur. Lakin həmin həbs qətimkan tədbiri Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair digər cinayət işi üzrə də onun barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçildiyi üçün faktiki olaraq icra edilə bilməmişdir. Odur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cəmi 2 gün müddətə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 20-ci bəndində göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır.” Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirli şəxs qismində tutulduğu iki gün müddət ona təyin ediləcək cəza müddətindən çıxılmalı, hazırki cinayət işi üzrə məhkəmə baxışı zamanı qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökmün icrasını təmin etmək məqsədi ilə hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli isə xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri cəza çəkmələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsn əməlində residiv müəyyən edildiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanca təhvil verilmiş xx.xx.2023-cü il tarixli ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,398 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,398 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-83/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-83/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver