Məhkəmə qərarları › İş №1(001)-84/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-84/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-84/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonu, Musalı kəndində doğulmuş, işləməyən, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 il 01 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,Cəlilabad rayonu, Musalı kəndində qeydiyyatında olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 3, fərdi nömrəsiz evdə yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 28 iyun 2021-ci il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, 11-ci döngədə yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evin həyətində olan taxta nərdivanı götürüb evin yan tərəfində olan pəncərəsinə söykəməklə evin mətbəxinin pəncərəsinin dəmir barmaqlığını ling vasitəsilə divardan çıxararaq qanunsuz içəri daxil olaraq qonaq otağında divara quraşdırılmış 600 manat qiyməti olan 01 bir ədəd «SAMSUNG» markalı televizoru, evin yataq otağındakı güzgülü rəfin siyirməsində olan 400 manat dəyərində 6 qram çəkidə 585 əyarlı qızıldan olan sırqa, üzük və qolbaq dəstini, 250 manat dəyərində 01 cüt 4 qram çəkidə 585 əyarlı qızıldan olan rəngli sırğanı, 350 manat dəyərində 01 ədəd 3,77 qram çəkidə 585 əyarlı qızıldan olan qolbağı, 150 manat dəyərində 01 ədəd 1,98 çəkidə 585 əyarlı qızıldan olan «Tiffany» markalı üzüyü, 150 manat dəyərində 01 ədəd 2 qram çəkidə 585 əyarlı qızıldan olan dairə klonlu sepi, 250 manat dəyərində 01 ədəd 4 qram çəkidə 585 əyarlı qızıldan olan bitişik klonlu sepi, 100 manat dəyərində olan «Casio» markalı «MTP-1303D-7AVDF» modelli kişi qol saatını, 20 manat dəyərində «Casio» markalı elektron kişi qol saatını, 150 manat dəyərində 925 əyarlı gümüşdən olan sırqa, üzük və sep dəstini, 10 manat dəyərində 01 ədəd ağ şəffaf qaş olan, təxminən çəkisi 2 qram bijuteriya üzüyü, 60 manat dəyərində olan kombi üçün stabilizatoru, 221 manat dəyərində olan «Amazon kindle paperwhite» markalı elektron kitabı gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 2711 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 avqust 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu 4 saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq evin mətbəxinin pəncərəsinin dəmir barmaqlığını lom vasitəsilə sındırmaqla oradan qanunsuz içəri daxil olaraq qonaq otağındakı masanın üzərində 10 manatlıq ***-***-**-** saylı “Azercell” kartlı nömrə olan 01 ədəd 60 manat dəyərində “Nokia” markalı mobil telefonu və evin həyətindəki saxlanc yeri hesab olunan qarajın qapısının açıq olmasından istifadə edib içəri qanunsuz daxil olaraq orada saxlanılan 450 manat dəyərində 01 ədəd “Aurus” markalı velosipedi gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs1 520 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən xx.xx.2021-ci il tarixdə, saat təxminən 12:00-da qonşu küçədə gəzərkən ətrafda heç kəsin olmadığını görmüş və həmin küçədə boş olan evlərin birindən oğurluq etmək qərarına gəlmişdir. Həmin məhəllədə olan evlərdən birinin arxa tərəfinə keçərək qonşu həyətin boş olduğunu görüb oradan oğurluq edəcəyi evin hasarına yaxınlaşmışdır. Hasardan aşıb həyətə düşərək evin qapısının bağlı olduğunu və evdə heç kəsin olmadığına əmin olub oğurluq etməyi qətiləşdirmişdir. Həyətdə olan taxta nərdivanı götürüb evin yan tərəfində olan pəncərəsinə dirəyib pəncərənin dəmir barmaqlığını yerindən çıxarıb yerə qoymuşdur. Həmin plastik pəncərəni mismarla sıxıb açıb evə girmişdir. Evə girib qonaq otağına və yataq otağına baxmışdır. O, evin giriş qapısını içəridən bağlamışdır ki, gələn olsa məlumatı olsun. Evi axtarıb qonaq otağında divara quraşdırılmış qara rəngli 01 bir ədəd «SAMSUNG» markalı televizoru söküb yerə qoymuş, yataq otağına baxıb oradan güzgülü rəfin siyirməsində olan qızıl sırqa, üzük və qolbaq dəsti, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl qolbağı, 01 ədəd qızıl üzük, 01 ədəd qızıl dairə formalı klon sepi, 01 ədəd qızıldan olan bitişik klonlu sep, «Casio» markalı kişi qol saatı, bujuteriya olan sırqa, üzük və sep dəstini, 01 ədəd kombi üçün stabilizatoru, 01 ədəd elektron kitabı götürüb hissə-hissə evin mətbəxtinin pəncərəsindən çıxarıb qonşu həyətə yığmışdır. Televizoru həmin evdən götürdüyü örtüyə büküb, qalan əşyaları sellofan paketə yığıb oradan uzaqlaşaraq yolda həyətlərin birində yaşayış olmayan yarı tikiliyə gəlmişdir. Oğurladığı əşyalara baxıb elektron kitabın, elektron qol saatın və kombi üçün stabilizatorun işləmədiyini görüb yolda xatırlamadığı yerə atmışdır. Qalan əşyaları həmin tikilidə gizlədib satmaq üçün müştəri axtarmışdır. Daha sonra oradan Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Nurlan» kafeyə gəlmiş və orada Ramin adlı kafeni işlədən şəxsə yaxınlaşıb televizor satdığını bildirmişdir. Ramin ona televizoru gətir baxıb sonra qiyməti danışarıq demişdir. O, oradan əşyaları gizlətdiyi yarı tikiliyə gəlib televizoru götürüb kafeyə gəlmişdir. Ramin televizora baxıb bəyənmiş və kafeyə olan borcunun yerinə və nəğd 150 manat ödəməklə televizoru ondan satın almışdır. O, televizoru satandan sonra, geri qayıdıb qızılları götürüb Moskva Univermağına satmağa gəlmişdir. Oğurladığı qızılları birlikdə dəqiq xatırlamadığı məbləğə həmin şöbədə işləyən Rəşad adlı şəxsə satmışdır. Qızılların içərisində bir ədəd üzük qızıl çıxmadığı üçün şöbənin üzərində olan şüşə rəfin üstünə qoymuşdur. Bundan başqa, o, 03 avqust 2021-ci il tarixdə, axşam saat 23 radələrində Binəqədi rayonu, DSK yolu 4 saylı ünvanda yerləşən həyət evlərinin birinin qarşısında dayanmış və həmin evin darvazasına bitişik hasardan evin həyətinə daxil olmuşdur. Belə ki, həyətdəki evin qapısı bağlı idi. O, sağ tərəfdəki pəncərənin dəmir barmaqlıqlarını həyətdən götürdüyü ling vasitəsilə yerindən çıxarıb evə daxil olmuşdur. Evin qonaq otağında yerləşən masanın üzərində olan 01 ədəd sadə model “Nokia” markalı mobil telefonu götürüb cibinə qoyduqdan sonra evdə otaqları axtarsa da, qiymətli əşya tapa bilməmişdir. Daha sonra evin həyətindəki qarajın içərisində olan “Aurus” markalı velosipedi oğurlayaraq həyətin qapısından bayıra çıxmışdır. Təxminən bir neçə gün keçdikdən sonra oğurlamış olduğu 01 ədəd “Aurus” markalı velosipedi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolundan kafe işlədən “Ramin” adlı şəxsə velosipedin özünə məxsus olduğunu bildirib sonuncuya 60 manata satmışdır. Həmçinin də “Nokia” markalı mobil telefonun üzərində olan mobil nömrəni tullayıb həmin telefonu Binəqədi rayonu, Biləcəri qəsəbəsində tanımadığı şəxsə mobil telefonun özünə məxsus olduğunu bildirib 5 manata satmış, nəticədə isə əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ziyanın ödənilməsini, barışıq əldə edilməsini, himayəsində az yaşlı uşağının olmasının, əməlindən peşman olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, İrşad Electroniks mağazasında satış meneceri vəzifəsində işləyir, yoldaşı Həbibə isə Bakı Mühəndislik Universitetində müəllimə işləyir. O, səhər işə gedib, axşam saat 21:00-da işdən çıxıb evə gəlirdi. Yoldaşı Həbibə isə dərslərini onlayn həyata keçirir. Yaşadıqları ev bir mərtəbəli kürsülü, 2 otaqlı, mətbəx və sanitar qovşağından ibarətdir. Evi aldıqdan sonra yoldaşı Həbibə ilə birlikdə orada yaşayırlar. 23 iyun 2021-ci ildə, saat 23:00-da yoldaşı Həbibə ilə Sumqayıt şəhərinə atasıgilin yaşadığı evə məzuniyyətdə olduğu üçün getmişdilər. 27 iyun 2021-ci ildə qaynatası Mahmut yaşadıqları evə gəlib onların xahişləri ilə açarın biri onda olduğu üçün baxmışdır. 29 iyun 2021-ci il tarixdə, saat 21:00-da məzuniyyəti bitdiyindən həyat yoldaşı Həbibə ilə evə gəlmişdir. Evə gələrkən həyət qapısının darvazasını açıb evə girmişdir. Evin giriş qapısını açarkən, kilidin açılmasına baxmayaraq qapının açılmadığını görmüşdür. O, şübhələnib yaxınlıqda yaşayan qaynatasına bu barədə məlumat vermişdir. Evin pəncərəsindən içəri baxarkən yataq otağının işığının yanılı olduğunu görmüşdür. Sonra sağ tərəfdən hasardan aşıb mətbəxin pəncərəsinin yanına gəlmişdir. Həmin zaman mətbəxin pəncərəsinin altına divara taxta nərdivanın qoyulduğunu və mətbəxin dəmir barmaqlığının divardan söküldüyünü və plastik pəncərənin isə açıq qaldığını görmüşdür. O, həmin hissədən evə girdikdə, həqiqətən evin giriş qapısının içəridən kilidinin bağlı olduğunu aşkar etmişdir. Qapını açdıqdan sonra ailə üzvləri evə girmişdir. Evin əşyalarına baxarkən qonaq otağında divara quraşdırılmış 2020ci ilin mart ayında 911 manata nağd qiymətə aldığı, hazırkı vəziyyətdə 600 manat qiyməti olan 01 bir ədəd «SAMSUNG» markalı televizorun oğurlandığını aşkar etmişdir. Sonra yataq otağına baxdıqda oradan 400 manat dəyərində 6 qram çəkidə 585 əyarlı qızıldan olan sırqa,üzük və qolbaq dəstinin, 250 manat dəyərində 01 cüt 4 qram çəkidə 585 əyarlı qızıldan olan rəngli sırğanın, 350 manat dəyərində 01 ədəd 3,77 qram çəkidə 585 əyarlı qızıldan olan qolbağının, 150 manat dəyərində 01 ədəd 1,98 çəkidə 585 əyarlı qızıldan olan «Tiffany» markalı üzüyü, 150 manat dəyərində 01 ədəd 2 qram çəkidə 585 əyarlı qızıldan olan dairə klonlu sepin, 250 manat dəyərində 01 ədəd 4 qram çəkidə 585 əyarlı qızıldan olan bitişik klonlu sepin, 100 manat dəyərində olan «Casio» markalı «MTP- 1303D-7AVDF» modelli kişi qol saatının, 20 manat dəyərində «Casio» markalı elektron kişi qol saatının, 150 manat dəyərində 925 əyarlı gümüşdən olan sırqa, üzük və sepdəstinin, 60 manat dəyərində olan kombi üçün stabilizatorun, 221 manat dəyərində olan «Amazon kindle paperwhite» markalı elektron kitabın oğurlandığını aşkar etmişdir. Bundan sonra o, dərhal hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, əlavə olaraq bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi zamanı 10 manat dəyərində 01 ədəd ağ şəffaf qaş olan, çəkisi təxminən 2 qram bijuteriya üzük də oğurlanmış, lakin istintaqa vermiş olduğu ilkin ifadələrində qeyd olunan çəkidə və rəngdə üzüyü qeyd etməsə də, ona məxsus olan evdən baş vermiş oğurluq hadisəsi ilə ona təqdim edilmiş kompleks məhkəmə-əmtəəşünaslıq və materialların məhkəmə ekspertizasının 15 oktyabr 2021-ci il tarixli, 6/4384-9/7101-3/1675 saylı və 05 noyabr 2021-ci il tarixli, 9/7683 saylı rəyləri və iş üzrə nəzərdə tutulmuş maddi ziyan ilə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən televizor qaytarılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmədiyindən, barışıq əldə olunmamış, sonuncunun barəsində azadlıqdandan məhrumetmə ilə bağlı cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, 2008-ci il tarixdə Binəqədi rayonu, DSK yolu 4 saylı ünvandan 2 sot torpaq sahəsi alaraq iki mərtəbəli ev tiktirib evin içərisinin müəyyən hissəsini təmir etdirsə də evin bir hissəsi təmirsiz olaraq qalmışdır. 04 avqust 2021-ci il tarixdə o, ünvan 2 ünvanda yerləşən həyət evinə yollanmışdır. Belə ki, o, evin həyətinin qapısının açıq vəziyyətdə olduğunu görmüş və nə baş verdiyini anlamaq məqsədilə evin həyətinə daxil olmuşdur. Daha sonra o, evin həyətində olan zaman evin pəncərəsinin dəmir barmaqlıqlarının lom vasitəsilə qırılaraq açıldığını aşkar etdmiş və evin qonaq otağındakı masanın üzərində olan 01 ədəd üzərində ***-***-**-** saylı sim kart olan “Nokia” markalı mobil telefonun və həmçinin də evin həyətindəki qarajda olan 01 ədəd “Aurus” markalı velosipedin yerində olmadığını görüb oğurluq hadisəsinin olduğunu anlayaraq baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-in 102 saylı xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənildiyindən sonuncu ilə barışmış, şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi rayonu, Biləcəri qəsəbəsində «Nurlan» adlı kafeni işlədir. Kafeni saat 10:00-da açır, saat 23:00-da bağlayır. Kafeyə tanıdığı və tanımadığı şəxslər müştəri kimi gəlirlər. Daimi tanıdığı müştərilərdən biri Cəlilabad rayon sakini, usta kimi tanıdığı, işlətdiyi kafenin yanında kirayədə yaşayan Rahul adlı cavan oğlandır. Daimi və tanıdığı müştərilər əksər hallarda kafeyə borclu qalırlar, sonradan isə borclarını qaytarırlar. Rahul da bir neçə dəfə kafedə yemək yeyib-içdiyi hesabının ödəniləcək məbləği nisyə yazdırmışdır. Lakin bir müddət Rahul borcu olmasına baxmayaraq kafeyə gəlməmişdir. Təxminən 2021-ci ilin iyul ayının əvvəlində Rahul kafeyə gəlib onunla salamlaşmışdır. Rahul ona kafeyə olan borcunu ödəyə bilmədiyini, başqa şəxslərə də borcu olduğuna görə televizorlarını satdığını bildirmişdir. Ona əgər istəyirsə 150 manat əlavə nəğd pul verməsini, qalan hissəsini isə hissə-hissə ödəməklə cəmi 500 manata televizoru ona satmasını təklif etmişdir. O, sonuncudan televizorun kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşmuş, Rahul televizorun özünə məxsus olduğunu əminliklə bildirib borcu olduğuna görə satdığını bildirmişdir. Bundan sonra Rahul «Samsung» markalı qara rəngli televizor gətirmiş və o, televizora baxıb bəyənmiş, 150 manat nəğd pul ödəməklə və 45 manat da kafeyə olan borcunu nəzərə alaraq cəmi 500 manata Rahuldan televizoru almışdır. Rahul pulu alıb, televizoru ona təhvil verdikdən sonra çıxıb getmişdir. O, Rahulu tanıdığı üçün sonuncudan heç bir sənəd istəməmiş və televizoru özü istifadə etmək üçün evə aparmışdır. Rahul televizoru ona satandan sonra bir müddət yenə kafeyə gəlməmiş və ondan televizorun pulunu da istəməmişdir. Bir müddət keçdikdən sonra polis əməkdaşları Rahulun ona satdığı televizoru onlara təqdim etməyi bildirmiş və o da Rahulun ona satdığı Samsung markalı televizoru təqdim etmişdir. Bundan başqa, təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Rahul kafeyə gəlib borcunu tam şəkildə bağlamaq məqsədilə özünə məxsus olan velosipedi satdığını bildirmişdir. O, sonuncudan velosipedin kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşduqda Rahul velosipedin özünə məxsus olduğunu əminliklə bildirib borcu bağlamaq üçün satdığını bildirmişdir. Bundan sonra Rahul özü ilə gətirdiyi velosipedi ona göstərdikdən sonra o, həmin velosipedə baxıb bəyənmiş, 60 manat nəğd pul ödəməklə Rahulun kafeyə olan borcunu ləğv etmişdir. Rahul pulu alıb, velosipedi ona təhvil verdikdən sonra çıxıb getmişdir. Rahul velosipedi ona satandan sonra bir müddət yenə kafeyə gəlməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində ifadəsində göstərmişdir ki, o, fərdi əmək olaraq X2 zərgərlik sənəti ilə məşğul olur. Belə ki, orada müştərilər tərəfindən satılan qızıl zinət məmulatların alqı-satqısını həyata keçirir. O, səhər saat 09:00-da univermağa gedib, axşam saat 18:00-da işdən çıxır. O, adətən vətəndaşlardan aldığı zinət əşyalarını sənədləri ilə alır, satanda isə ancaq univermağın daxilində işçilərlə alqı-satqı həyata keçirir. Kənar şəxslərlə satışı həyata keçirmir. Təqsirləndirilən şəxs şəxsən tanımır. Belə ki, o, iyul ayının əvvəllərində Rahul univermaqda işlədiyi qızıl-alqı satqı ofisinə gəlib qızıl satdığını bildirmişdir. Rahul ona müxtəlif qadın qızıl və gümüş zinət əşyaları təqdim edib satdığını bildirmişdir. O, həmin əşyalara baxıb, gümüş almadığını bildirmişdir. Həmin sarı metallardan 01 ədəd tək qaşlı qadın üzüyü bijuteriya olduğundan kənara qoymuşdur. Sonra qızıl metaldan olan, müxtəlif sep, qolbağı, sırğa və üzükləri yoxlayıb ümumilikdə 1280 manat dəyərləndirmişdir. O, Rahuldan qızılların kimə məxsus olduğunu soruşduqda, Rahul ona satdığı qızılların ailəsinə aid olduğunu, kirayədə yaşadığını, satıb inşası yarımçıq qalmış evinin inşasını başa çatdırmaq istədiyini demişdir. O, Rahula inanıb 1280 manat pul verib qızılları sonuncudan almışdır. Rahul pulu ondan alandan sonra çıxıb getmişdir. Bundan sonra o, Rahulu bir daha görməmiş və onun saxladığı bijuteriya qadın üzüyünü də sürməyə atmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v 1) xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 03 avqust 2021-ci il tarixdə saat 23 radələrində olan oğurluq hadisəsi X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK yolu 4 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. (i.v. 10-15) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs aldığı 01 ədəd “Aurus” markalı velosipedi könüllü olaraq təqdim etmişdir. (i.v. 20) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2021-ci il tarixli, 9/6505 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, böyüklər üçün nəzərdə tutulmuş, “Aurus” markalı, “2901” modelli olan velosipedin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 450,00 manat müəyyən olunmuşdur. (i.v 24-25) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 38) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v. 41) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 53-54) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. ( i.v. 64-65) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. ( i.v. 69,71) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilmişdir. (i.v. 74) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Binəqədi RPİ-nə gətirilmişdir. (i.v. 83) xx.xx.2022-ci tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş, bir icraatda istintaq edilmiş və ********* nömrə altında davam etdirilmişdir. ( i.v. 89-90) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v 94) xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 28 iyun 2021-ci il tarixdə saat 12 radələrində olan oğurluq hadisəsi Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xudadat Məlikaslanov küçəsi, Döngə 11, 0252 saylı fərdi yaşayış evində baş vermişdir. (i.v. 98-121) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs aldığı 01 ədəd “Samsung” markalı televizou könüllü olaraq təqdim etmişdir. (i.v. 138) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs aldığı 01 ədəd üzüyü könüllü olaraq təqdim etmişdir. (i.v. 147) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. (i.v. 154) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 6/4384-9/7101-3/1675 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd sarı rəngli metaldan, üzərində 01 ədəd ağ şəffaf qaş olan üzük-metalı qiymətsiz əlvan metal ərintisində hazırlanmışdır, çəkisi 2,03 qramdır, qaşı qiymətli qaşlara aid deyil. Məmulat kustar üsulla hazırlanmış bijuteriyadır. Üzüyün pərakəndə satış qiyməti 10 manatdır (i.v 157-160) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2021-ci il tarixli, 9/7683 nömrəli rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Samsung” markalı, UE50RU7140U model, 2020.01 tarixli Rusiya Federasiyası istehsalı olan televizorun istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 600,00 manat müəyyən edilmişdir. (i.v 162-163) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. (i.v. 164) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 175-176) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. (i.v. 194-195) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. ( i.v. 198-199) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs MSY-dən azad olunaraq sonuncunun barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v. 209-210) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisələrin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. (i.v. 211) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 il 01 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (i.v 213-224) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1367/2022 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-61/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sitemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü X5 adında azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmədiyindən, barışıq əldə olunmamış, sonuncunun barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan ödənildiyindən sonuncu ilə barışmış, şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Bakı şəhər Probasiya İdarəsindən məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının 07 ay 16 gün hissəsini çəkmiş, 01 il 06 ay 08 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4, 59.1.12, 59.1.14 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, törətdiyi cinayət əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, ziyanların tam ödənilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CMin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə məhkum olunduğu 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 il 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin ediləcək cəzaya qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-61/2023 saylı qərarı ilə həbsdə olması nəzərə alınmalıdır. Cəzanın əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə sonuncu MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qismində qətimkan tədbiri qüvvədə saxlanılmışdır Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, ekspertizasının keçirilməsinə xərclənmiş 250.50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 43 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 43 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 43 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı)ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə məhkum olunduğu 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 il 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəzanı hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 1(001)72/2022 saylı hökmü ilə təyin edilmiş 02 il 01 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 07 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-61/2023 saylı qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın, cəzasının əvvəli xx.xx.2023-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250.50 (iki yüz əlli manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 43 (qırx üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 258 (iki yüz əlli səkkiz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar