Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-84/2025 19.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdaa əsasən, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində təhsil aldığı ünvan 3 ünvanında yerləşən Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbin idman meydançasında futbol oyunu zamanı qapıdan top buraxması səbəbindən onunla həmin məktəbin 9-cu sinfində təhsil alan şagird yoldaşı Zərərçəkmiş şəxs ona irad bildirməsini və bir neçə dəqiqə əvvəl özünün sonuncunu təhqir etməsinə qarşılıq olaraq Zərərçəkmiş şəxs də onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs ayaq nahiyəsinə fənd işlətməklə itələyib müvazinatdan çıxartmaqla yerə yıxaraq, ona sol bud sümüyünün aşağı 1\3-də bayır kondilusun (bayır qabarın) oynaq səthinin və sol baldır sümüyü bayır epikondilus epifizinin subxondral (qığırdağaltı) minimal kompressiyalı sınıqları, oynağın medial meniskinin (iç qığırdağının) arxa buynuzu boyu uzanan travmatik fıssur (travmatik yarıq-zədələnmə), ön çarpaz bağın lillərinin (10 %) cırılmaqla gərilməsi hesabına ödemli qalınlaşmaları, bayır kollateral bağın gərilmə hesabına minimal ödemi, intraartikulyar (oynaqdaxili) minimal maye artımı və oynaq kapsulu və dizarxası çuxurun yumşaq toxumaları ödemi ilə müşayiət olunan sol diz oynağının əzilməsi kimi müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmənin iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, adətləri üzrə məktəbdə sinif oğlanları ilə birlikdə futbol oynamışdırlar. Nurlanla o eyni komandada oynamışlar, o qapıçı, Nurlan isə müdafiəçi mövqeyində olmaqla oynamışlar. Oyun əsnasında rəqib komanda onların komandasına qol vurmuşdur. Nurlan da qoldan sonra ona qarşı “lox” ifadəsini işlədə-işlədə üzərinə gəlmişdir. İfadəni kimə qarşı işlətdiyini soruşmuş, üzbəüz dayandıqda isə sonuncu onun başının arxasına iki yumruq vurmuşdur. O da ona badalaq vuraraq kənara çəkilmişdir. Daha sonra Nurlan yıxıldığından sinif yoldaşları ona bir az kömək etmişdir. Nurlan gedib səkinin üstündə oturmuş və ona söyüş söyməyə başlamışdır. Bundan sonra uşaqlar onu Nurlanı aparmışlar və o, Nurlanı görməmişdir. Bir qədər sonra o, hazırlıqda olanda sinif rəhbəri uşaqlardan birini göndərib onu çağırtdırmışdır. Məktəbə gəldikdə sinif rəhbərini, Nurlanı, onun atasını və anasını eyni otaqda görmüşdür. Həmin vaxt da hadisəyə görə bir az mübahisə olmuşdur. Anasının birinci kimin vurması sualına cavab olaraq Nurlan bildirmişdir ki, ilk o vursa belə Raulun ona qarşılıq verəcəyini gözləməmişdir. Əlavə olaraq bildirmişdir ki, Nurlanın ona vurduğu yumruğun təsirindən bir neçə gün başı ağrısa da, izi qalmamışdır. Badalağı əsəbləşdiyi üçün yox, özünü müdafiə etmək məqsədilə atmış, badalaqdan sonra kənara çəkilmiş, Nurlanı nə itələməmiş, nə üstünə gedərək yumruq vurmamışdır. O, ümumiyyətlə heç vaxt heç kimi vurmamışdır. Nurlanın vurmasına səbəb isə paxıllıq ola bilər, çünki o məktəbi əlaçı kimi bitirmişdir, həmişə dərslərindən 5 almışdır, Nurlanın qiymətləri isə pis olmuşdur. Bundan əlavə Nurlan əksər vaxtlarda əsəbi olmuşdur, beləi, dərsdə kitabı yerə çırpmaq kimi hərəkətləri olmuşdur. Hadisədən sonra o, Nurlanı görməmiş, lakin atası, anası, bibisi və bir neçə müəllim hadisədən ya bir ya da iki gün sonra onun evinə getmişlər, onlar isə evlərini açmamışlar, daha sonra telefonla əlaqə yaratmağa cəhd olunsa da, barışıq olmayacağını bildirmişlər. Məhkəmənin iclasında zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə5 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, valideynləri ilə eyni ünvanda yaşayır. ünvan 4in 9-cu sinfini 2021-ci ildə bitirmişdir. Təqsirləndirilən şəxs orta məktəbdə sinif yoldaşı olub. Bütün sinif yoldaşları kimi Raula İmamlıya da münasibəti normal olub, ona qarşı heç bir kin, nifrət hiss etməmişdir. 2021-ci ildə 9-cu sinifdə oxuduqları zaman aralarında baş vermiş hadisədən bir müddət əvvəl Təqsirləndirilən şəxs səbəbsiz olaraq ona atmacalar atmış, sataşmağa, uşaqlar arasında lağa qoymağa cəhd etmişdir. O da yeri gələndə Raulun cavabını vermişdir ki, həddini bilsin, ona “ilişməsin”. Həmin vaxtlar Raulun onunla və ondan kənarda haqqında danışıqlarından, hərəkətlərindən hiss etmiş və görmüşdür ki, ona qarşı kin bəsləyir, həmişə lovğalıq edir və özünü üstün tutur, çalışır ki, lovğalığı qarşısında sussun, söz deyəndə cavabını verməsin. O isə Raula həmin vaxt sataşmaq istəyəndə cavabını verirdi. Bu qaydada Raulun hərəkətlərinə görə münasibətləri gərginləşmiş, lakin dava-dalaş olmamışdır. 05 oktyabr 2021-ci il tarixdə dərs günü, saat 11 radələrində sinifdə idman dərsi keçirilirdi, həmin dərsdə məktəbin meydançasında futbol oynamağa qərar vermişlər və sinif yoldaşları ilə oynamağa başlamışlar. Raul da həmin vaxt onlarla birlikdə futbol oynamışdır. Həmin oyunda qapıda dayandıqları zaman top buraxmış, Raul buraxılan topa görə yaxınlaşıb, hamının eşitməsi üçün bilərəkdən ucadan təhqir şəklində ona “lox” demişdir. Yanlarında daha yaxında sinif yoldaşı Şahid3 dayanmışdı, Raulun ona dediyi təhqiredici sözü sonuncu eşitmişdi. O, Raulun sözünə cavab qaytarmamış, bundan sonra oyunda yerini dəyişib qapıdan çıxmışdır, Raul isə qapıçı kimi oynamağa başlamışdır. Oyun zamanı Raul əks komandanın oyunçusunun vurduğu zərbədən sonra topu qapısından buraxmış, o da buna görə Raula “indi gördün lox kimdir?” demişdir. Bunu deyəndən sonra Raul ona yaxınlaşıb gözlənilmədən ayağına badalaq vurmuş və əli ilə onu itələmişdir, bu vəziyyətdə ayaq üstündə özünü saxlaya bilməyib badalaqdan büdrəmiş sol ayağı üstündə fırlanmış, bütün bədəni ayağının üstündə çox pis şəkildə burulmuşdur, özünü ayaq üstündə saxlamaq üçün tutacaq bir yer olmamış, belə vəziyyətdə Raul onu itələyib yerə yıxmışdır. Həmin vaxt burxulan sol ayağında şiddətli ağrı hiss etmiş, ağrı bərk olduğundan yıxıldığı yerdən sərbəst qalxa bilməmişdir. Yaxınlıqda olan sinif yoldaşlarının köməyi ilə ayağa qalxmış, bundan sonra yerimək istəyəndə görmüşdür ki, ayağını yerə basa bilmir. Uşaqlar ona kömək etmişlər, lakin Raul həmin vəziyyətdə heç bir təqsiri olmamış kimi kənardan baxmış, üzrxahlıq etməmiş, heç bir köməklik göstərməmiş, ayağının zədəsi ilə də maraqlanmamışdır. Raulun bu hərəkətlərini bütün futbol oynayan uşaqlar görmüşlər, onlardan Şahid4, Şahid3, Şahid2, Şahid1 yanında olduqlarını deyə bilər. Hadisə vaxtı idman müəllimi Rahib Novruzov yaxınlıqda yox idi, futbolu sərbəst oynamışlar. Lakin sonradan müəllim də bu hadisədən xəbər tutmuş, ondan nə baş verdiyini soruşanda Raulun badalaq vurub yıxdığını danışmışdır. Oradan evə gəlmiş, evdə nə baş verdiyini soruşanda valideynlərinə Raulun onu vurub yerə yıxması zamanı ayağının burxulduğunu və əzildiyini danışmışdır. Hadisədən sonra bir gün ağrılara dözüb xəstəxanaya getməmiş, lakin ağrıları şiddətlənmişdir, ona görə Bakı şəhərində əvvəl Travmatologiya xəstəxanasına, sonra “İstanbul” klinikasına müraciət edib müalicə almalı olmuşdur. Xəstəxanaya müraciət edəndən sonra atası Qanuni nümayəndə5 məsləhəti ilə polisə müraciət etməyi qərara almış və 7 oktyabr 2021-ci il tarixdə əvvəl polisin “102” xidmətinə telefonla, sonra Binəqədi RPİ-nin 5-ci polis bölməsinə yazılı ərizə ilə məlumat verib 05 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs İman oğlunun ona xəsarət yetirməsi barədə məlumat vermiş və sonuncunun məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Polis bölməsində izahatı alınmış, sonra hadisə yerinə baxılmış və göstərdiyi yerin fotoşəkilləri çəkilmişdir. Araşdırma aparan polis əməkdaşı onu ekspertizaya göndərmiş, ekspert xəsarətlərinə baxıb rəy yazmışdır. Araşdırma aparılanda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs izahat verərək, bildirib ki, guya əvvəl o Raulu təhqir etmişdir, sonra yumruqla vurmuşdur. Bütün bunlar yalandır, Raul ilə dalaşmaq məqsədi olmayıb, onunla dalaşmayıb və vurmayıb. Hərəkəti ancaq dediklərindən ibarət olub ki, qol buraxdığına görə onu “lox” adlandıran Raul özü də qol buraxanda sonuncuya eyni sözlə cavab vermişdir, dediyindən artıq bir söz deməmişdir. Bundan əlavə, şikayətlərindən sonra Təqsirləndirilən şəxs onunla barışmamış, üzrxahlıq etməmişdir. Lakin sonradan eşitmişlər ki, Raulun barəsində işi qurtarıblar. Ona görə də atası belə bir qərarla razılaşmayıb şikayət etmişdir. Daha sonra şikayətinə və aldığı xəsarətə görə cinayət işi başlanması, istintaq aparıldığı barədə məlumat almışlar. Əlavə olaraq bildirmişdir ki, ona Raul tərəfindən yetirilmiş xəsarətlə bağlı əməliyyat olunmamışdır, lakin fizioterapiya müalicəsi almışdır, hazırda da xəsarətin fəsadları qalır, belə ki, yeriyərkən xəsarət yetirilən, yəni sol ayağında xəsarət olması anlaşılır. Hazırda aralarında barışıq ola bilməz, belə ki, təqsirləndirilən şəxsin ailəsi ayağı zədələnəndə yox məhz polisə şikayətlərindən sonra onlara gəlirdilər. Məhkəmənin iclaslarında Zərərçəkmiş şəxs şahidlərin ifadə verdikdən sobra şahidlərin ifadələrində göstərdikləri xüsusatların həqiqəti əkls etdirmədiyini, Raulu yumruqla vurmadığını, hadisə baş verdikdən sonra Raula qarşı söyüş söymədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilkin olaraq onun, yəni Nurlanın söyüş söyməsinə dair verdiyi ifadəsi yalan xarakterlidir. Raul ona badalaq vurarkən həm də itələmiş də hesab olunur. Lakin o yerə yıxıldıqdan sonra Raulun onu vurmağa davam etməsini xatırlamır. Yetirilmiş xəsarətlə bağlı əməliyyat olunmamışdır, lakin fizioterapiya müalicəsi almışdır. Hazırda fəsadları qalır, belə ki, yeriyərkən xəsarət yetirilən, yəni sol ayağımda xəsarət olması anlaşılır. Raul ona fənd işlədərək badalaq vurmuşə badalaq nəticəsində yerə yıxılmışdır. Polisə müraciət etdikdən sonra ayağımda problem olduğunu bilmişdir. Hadisədən sonra uzun müddət məktəbə getməmişdir. Təqsirləndirilən şəxs və ailəsi hadisədən sonra zəng etmişdilər, bir dəfə də xəstəxanada olanda gəlmişdilər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sol ayağının diz hissəsindən xəsarət almışdır, Raulun başqa hansı nahiyəsinə vurması yadında deyil. Raul ona “lox” dedikdən təxminən 15 dəqiqə sonra mövqelərini dəyişmişlər. Oyundan sonra söhbət etmək istədiyindən ona “lox” deməsinə heç bir cavab verməmiş, daha sonra şərait yarandıqda həmin sözü ona qarşı istifadə etmişdir. Yıxılandan sonra Raulun vurmağa davam etməsi yadımda deyil. Hadisədən 1 gün sonra həkimə müraciət etmişdir. Atası travmatoloq olmasa da, ilkin müalicəni o etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X5 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadə verərək bildirmişdir ki, adətləri üzrə məktəbdə sinif oğlanları ilə birlikdə futbol oynamışdırlar. Rəqib qapıya qol vurduqlarına görə oyunçular arasında aqressiya yaranmışdır. Sinif yoldaşı Nurlan qapıçı mövqeyində oynayan Raula topu buraxdığı üçün əsəbləşmiş və üstünə getmişdir. Raul da öz növbəsində ona “çıx get o tərəfə” demişdir. Nurlan üzünü çevirmiş sonra yenidən Raulun üzərinə yeriyərək arxadan ona iki dəfə vurmuşdur. Həmin vaxt onlar qabaqlaşmışlar və Nurlan yerə yıxılmışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid2 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o ayrı komandada Raul və Nurlan isə ayrı komandada olmuşlar. Raul və Nurlan biri müdafiəçi, digəri qapıçı mövqeyində oynayır və sıra-sıra dəyişirdilər. Onlardan hansının birinci qapıda dayanması yadında deyil. Bəli, “lox” sözünü birinci Nurlan Raula demişdir. Həmin vaxt Raul ona cavab qaytarmamış, sadəcə “çıx get” deyə cavab vermişdir. Güman ki, Nurlan əsəbləşdiyinə görə o ifadəni işlətmiş və Raulu vurmuşdur. Onunla Raul və Nurlan arasında təxminən 4-5 metr məsafə olmuşdur. Sonrakı dərsdə Nurlan iştirak etmişdir. Əyləşdiyindən ayağı ilə hərəkət edibetməməsi barədə bilməişdir. Nurlan bir dərs oturmuş, sonra çıxışdır, onu kimin apardığını görməmişdir. Dərsdə olanda ikisi də küsülü olmuş, lakin mübahisə etməmişlər. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid2 zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə ilə bağlı 11-ci sinifdə oxuyarkən yay ayında müstəntiq tərəfindən məktəbdə dindirilmişlər. O polis bölməsinə dindirilmək üçün çağırılmamışdır. İzahatları məktəbdə, Ləman müəllimənin yanında alınmışdır. Müstəntiq gəldikdə onların hamısının gəlmələrini bildirmiş, uşaqlar da eyni bir fikirə gəlmişlər və hadisəni yazmağa başlamışlar, o isə heç bir şey yazmamışdır. Daha sonra izahatı oxumuşdur. Onlrı dindirən şəxs polis geyimində olmuş, suallar vermş, o isə cavablamışdır. Müstəntiq onları ancaq dinləmiş, nəsə qeydiyyat aparmamışdır. Daha sonra danışdıqlarını yazmaq üçün vərəq vermişdir, başqa sinif yoldaşı yazsa da, o yazmamış, yalnızca verilən sənədə qol çəkmişdir. Həmin vaxt yazılanları oxumuşdur, yazılanlar hazırki məhkəmə iclasında qeyd etdikləri olmuşdur. Həmin vaxt o oyunçu mövqeyində Raulgilin komandasına rəqib olmuşdur. Oyun zamanı o müdafiədə olduğu üçün onlardan xeyli uzaq qalmışdır. Hər komandada 4 nəfər oynamışdır. Rəqib komandanın qapısında 2 nəfər arasında danışılan söz onların komandasının qapısında çətin eşidilərdi. Aralarında olan mübahisəni əvvəldən görməsinə səbəb yaranan şərait olmuşdur, belə ki, həmin vaxt “qol” olduğu üçün rəqib qapıya yaxın məsafədə dayanmışdır. Həmin vaxt qapıçı mövqeyində Raul idi, onlar sıra-sıra mövqelərini dəyişirdilər. Nurlan qapıçı mövqeyində olanda qol uzaqdan vurulmuşu, bu səbəbdən onlar uzaqda idilər. Onlar Nurlanın atasını görəndə sonuncunu təhvil vermişdilər, atası hadisədən bir gün sonra məktəbə gəlmişdi. Nurlan yıxıldıqda onu qaldıran Nihad oldu, o da Nihada kömək etmiş və qolundan tutub onu sinifə qədər aparmişlar. Onlar yerdə əlbəyaxa olmuşdular. Nurlan Raulun üstünə gələndə ona iki dəfə yumruq vurmuş, Raul isə özünü müdafiə etmək üçün Nurlanı ayağı ilə itələmiş, Nurlan yerə yıxılmış, Raul daha sonra heç bir hərəkət etməmişdir. Həmin vaxt sinif rəhbərləri Ləman Sadıqova hadisədən xəbər tutmuş, müəllimlər dərsdə olduqlarından, güman ki, hadisədən xəbər tutmamşlar, direktorun hadisədən xəbər tutub-tutmaması barədə məlumatım olmamışdır. Hadisə baş verdiyi gün Nurlanın valideynlərindən heç kəs məktəbə gəlməmişdir. Nurlanı evə kimin apardığı barədə məlumatı olmamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid2 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nurlan “lox” ifadəsindən başqa təhqiredici ifadə işlətməmişdir. Onun arxada Raulun başına vurduğunu görmüşdür.Həmin zərbəyə qədər Raul Nurlana vurmamışdır.Nurlan yıxılandan sonra ayağı ilə hərəkət edib-etməməsi barədə bilməmişdir, əgər qoluna girmişdilərsə, yəqin ki, yeriyə bilmirdi. Raul Nurlana xəsarət yetirmək məqsədilə vurmamışdı. -İbtidai istintaq zamanı müstəntiqə verdiyim ifadəni xatırlamır. İfadədə yazılanları oxumadan qol çəkmişlər. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid2 sədrlik edən tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Lox” ifadəsindən başqa bir-birilərinə təhqiredici ifadə dediklərini eşitməmişdir. Nurlan yıxılandan sonra Raula qarşı həmin ifadəni yenidən işlətməyə davam etmişdir. Hadisədən bir gün sonra Nurlanın atası məktəbə gəlmiş, o gecikdiyi üçün Nurlanın atasını görməsə də, sinif yoldaşlarından bu barədə eşitmişdir. Raul və Nurlanın hər ikisi ilə münasibəti yaxşı olmuşdur. Onların sinifi mehriban olmuşdur, oxumayan, dərsə gəlməyən uşaq olmamışdır. Futbol oyunu zamanı həmişə dava olmamışdır. İlk olaraq Nurlan Raulun üstünə gəlmişdir. Oyun zamanı Nurlan Raula “lox” demiş, sonuncu da bu sözə əhəmiyyət verməmişdir. Onların aralarında münasibət normal olmuşdur. Raul xasiyyətcə davaya meyilli, davakar uşaq olmayıb. İlk olaraq Nurlan Raulun üstünə yerimiş, Raul onu itələmiş və getməsini bildirmiş, sonra Nurlan Raulu vurmuşdur. Onun olduğu yerlə onların arasında məsafə uzun olduğundan onlara çatmağı qeyri-mümkün idi. Futbol oynadıqları zamanlar uşaqlar arasında əsəbləşmələr olmuşdur. Cinayət işi üzrə yetkinlik yaşına çatmayan Şahid2 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında ziddiyyət olduğundan şahidin cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə tərəfindən elan edilmişdir. Şahidin ifadəsi elan edildikdən sonra şahidin qanuni nümayəndəsi X13 məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hazırki cinayət işi ilə bağlı Polis İdarəsində olmamış və heç bir sənəd imzalamamışdır. Qanuni nümayəndəyə cinayət işi materiallarında olan “yetkinlik yaşına çatmamış şahidi dindirmə” protokolunun yekun hissəsində olan imza göstərilmişdir. Şahidin qanuni nümayəndəsi X13 imzanın onun imzasına oxşadığını, lakin heç bir sənəd imzalamadığını, Binəqədi Rayon Polis İdarəsinin inzibati binasında olmadığını, yalnız polislə oğlunun gətirilməsi barədə danışıq olduğunu bildirmişdir. Şahid2 məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq cinayət işi materiallarında olan “yetkinlik yaşına çatmamış şahidi dindirmə” protokolunda olan ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələrin bir-birinə tamamilə əks olduğunu, bu barədə nə deyə biləcəyini soruşduqda Şahid2 həmin ifadədə yazılanları onun qeyd etmədiyini bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 ifadə verərək bildirmişdir ki, adətləri üzrə məktəbdə sinif oğlanları ilə birlikdə futbol oynamışlar. Nurlan və Raul komandanın üzvləri olmuş, o isə rəqib komandada oynamışdır. Rəqib qapıya müəyyən məsafə uzaq olduğu üçün aralarında olan danışığı eşitməmişdir. Lakin Nurlanın yumruq atdığını, Raulun da ona badalaq vurub geri çəkildiyini və badalağın təsirindən Nurlanın yerə yıxıldığının şahidi olmuşdur. Sinif yoldaşları X11xmaqda köməklik göstərmişlər və onu aparıb səkidə əyləşdirmişlər. Hadisədən bir gün sonra dərsə gələndə Nurlanın atasıyla bacısı gəlmiş və sonuncunun ayağında problem olduğunu demişlər. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid4 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Nurlan və Raula rəqib komandada olmuşlar. Onların komandasında qapıçı mövqeyində kimin oynamasını tam olaraq xatırlamasa da, onların ikisindən biri idi və mövqelərini tez-tez dəyişmişlər. İlk olaraq Nurlan yumruq atmışdır, lakin yumruğun dəyib-dəymədiyini görməmişdir. Yumruqdan sonra Raul onun ayağına yüngül badalaq vurmuş və qırağa çəkilmişdir. Daha sonrasında dava olmamışdır. X20 köməklik göstərib düşdüyü yerdən qaldırmışlar və oturması üçün səkiyə aparmışlar. Daha sonra sinifə getmişlər, Nurlan sinifdə olsa da, Raulun olubolmamasını xatırlamır. Bildiyi qədəri ilə məktəbdən Nurlanı Nihad aparmışdır. Nurlanı sinifə Nihadla Ayxan aparmışdır. Nurlan yıxıldıqdan sonra yeriyə bilməsi barədə heç nə bilməmişdir, lakin kömək etdikləri üçün, güman ki, yeriyə bilməmişdir. Hadisə baş verən gündən sonra Nurlanı bir daha görməmişdir. Hadisə onlar 9-cu sinifdə oxuyanda baş vermişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid4 zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o hadisəni görənə qədər aralarında nəsə olmasını xatırlamır. Bəli, ilk Nurlanın vurduğunu görmüşdür, belə ki, Nurlan vurandan sonra Raul ona badalaq vurub çəkilmiş, sonra Nurlan yıxılmışdır və uşaqlar ona köməyə getmişlər. Nurlan vurandan sonra oyun dayanmışdır. Nurlan yumruq atdı, lakin yumruğun dəyib-dəymədiyini görməmişdir. Nurlan badalağın təsiri altında Nurlan yerə yıxılmışdır. Raul qırağa çəkildikdən sonra mübahisə davam etməmişdir. Nihadla Ayxanın hansı komandada oynamasını xatırlamır. Nurlan yıxılanda 2- 3 dəqiqə səkidə qaldıqdan sonra onu sinifə aparmışlar. Ondan sonra dərsləri olmuş və dərs bitəndən sonra sonrakı dərsdə iştirak etmişlər. Nurlan sinifə aparılanda aparanlar arasında olmadığı üçün müəllimənin gəlib-gəlməməsini görməmişdir. Müstəntiq hər birinin adını soruşmuş, sənədi imzalamışlar, daha sonra hadisənin necə baş verməsini danışmışlar. O Ayxanla məktəbə gedəndə müstəntiqlə Ləman müəllimənin girişdə oturduğunu görmüşdür, sonra Ləman müəllimənin başı işə qarışdığından getmiş, daha sonra imzalamaq üçün qayıtmışdır. Müstəntiqə hadisəni danışanda Ləman müəllimə orda olmamışdır. O imzaladığı sənədi oxumamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid4 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Raul və Nurlan ilə heç biri ilə ədavətim və düşmənçiliyi yoxdur, hər ikisi ilə münasibəti normaldır. Hadisə baş verəndə onlardan təxminən 10 metr aralıda idi. Raul Nurlana ancaq ayaqla badalaq vurmuş, əllə heç bir şəkildə toxunmamışdır. Raulun vurmasına səbəb Nurlanın yumruq atması olmuşdur. Həmin vaxt onlardan aralı olduğu üçün Nurlanın vurma səbəbini bilməmişdir. İbtidai istintaq dövründə verdiyi ifadə yadında deyil. İfadəni məktəbdə vermişdir, həmin vaxt yanında Ləman müəllimə, müstəntiq, Ayxan və Məcid olmuşdur. Gördüklərini şifahi şəkildə danışmamışdır, müstəntiq özü hadisəni danışmış, suallarını vermiş, o yalnız sənədi imzalamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid4 məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sinif yoldaşları ilə aralarındakı münasibət yaxşı olmuşdur. İkisi ilə də hazırda əlaqəsi olmasa da, onlara qarşı münasibəti yaxşıdır. Nurlan qalxdıqdan sonra səkidə oturub Raul haqqında təhqir məzmunlu danışmışdır. Nurlan onlarla bərabər olmamışdır. Davadan sonra, habelə dərsdə olarkən onun ayağında problem olub-olmamasını görməmişdir. Hadisədən bir gün sonra Nurlanın atası və bacısı məktəbə gəlmişlər, lakin özünün gəlib-gəlməməsini xatırlamır. Sonralar Nurlanı heç vaxt görməmişdir. Cinayət işi üzrə yetkinlik yaşına çatmayan Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında ziddiyyət olduğundan şahidin cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə tərəfindən elan edilmişdir. Şahid4 məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq cinayət işi materiallarında olan “yetkinlik yaşına çatmamış şahidi dindirmə” protokolunda olan ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələrin bir-birinə tamamilə əks olduğunu, bu barədə nə deyə biləcəyini soruşduqda Şahid4 həmin ifadədə yazılanlarla razı olmadığını, ifadəsini oxumadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadə verərək bildirmişdir ki, adətləri üzrə məktəbdə sinif oğlanları ilə birlikdə futbol oynamışlar. Sinif yoldaşı Nurlan qapıçı mövqeyində oynayan Raula “lox” deyə səslənmişdir. Raul da Nurlanın üstünə gedərək “niyə lox deyirsən” deyə soruşmuşdur. Həmin an Nurlan ona yumruq vurmuş, Raul isə özünü müdafiə etmək üçün Nurlana badalaq atmışdır. Fikrincə, Nurlan elə başa düşmüşdür ki, Raul onu vurmağa gəlir, buna görə də Nurlan birinci vuraraq onu qabaqlamaq istəmişdir. Daha sonra kənarlaşmışlar və Nurlan kömək vasitəsilə gedib səkidə oturmuşdur. Bu zaman o, hələ də Raula söyüş söyməyə davam etmişdir. Daha sonra həyəcanlı olduğu üçün onu Ləman müəllimənin yanına aparmışlar. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid1 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, sinif yoldaşları ilə aralarındakı münasibət yaxşı olmuşdur. İkisi ilə də hazırda əlaqəsi olmasa da, onlara qarşı münasibəti yaxşıdır. Nurlan qalxdıqdan sonra səkidə oturub Raul haqqında təhqir məzmunlu danışmışdır. Nurlan onlarla bərabər olmamış, sonradan dərsə gəlmişdir. Davadan sonra, habelə dərsdə olarkən onun ayağında problem olub-olmamasını görməmişdir. Hadisədən bir gün sonra Nurlanın atası və bacısı məktəbə gəlmişlər, lakin özünün gəlib-gəlməməsini xatırlamır. Daha sonra Nurlanı heç vaxt görməmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid1 zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nurlanı Ləman müəllimənin yanına aparanda Nurlan, Ayxan və o birlikdə olmuşlar. Futbol zamanı Fuad rəqib komandada oynamışdır və hadisə baş verən zaman Fuadı orada görmüşdür. Nurlan və Raul onun yanında dalaşmışlar, həmin vaxt Fuad kənarda olmuşdur. O Ayxan, Nurlan və Raul eyni komandada oynamışlar. Ayxanla o bir yerdə olduğundan ikisi də davanı yaxından görmüşlər. Nurlan 2-3 metr kənardan Raula “lox” demiş, Raul da o ifadəni nə səbəbə işlətdiyini bilmək üçün onun yanına gəlmişdir. Həmin vaxt rəqib komanda hücuma keçmişdi, Fuad mərkəz xəttini keçib qol vurmaq üçün onlar tərəfə doğru gəlsə də, tam yanlarında deyildi. Mərkəz xətti ilə bizim qapı arasındakı məsafə təxminən 8-10 metr olardı. Qol olanda qarşı tərəf öz qapıları tərəfə gedib sevinməyə başladı, daha sonra ehtiyatda duran oyunçular topu gətirməyə gedəndə hadisə o zaman baş verdi. Həmin vaxt Fuad tam mərkəzdə idi. Nurlan onun başının arxasına 2-3 dəfə yumruq vurmuş, Raul da özünü müdafiə məqsədilə ona badalaq vurmuşdur. Sonra yaranan müzakirə zamanı hamı Nurlanın birinci vurduğunu təsdiqləmişdir. O Ayxanla birlikdə Nurlanın qoluna girib ona kömək etmişlər. Oyun zamanı Məcid də onların komandasında ehtiyatda olmuş və topu gətirmişdir. Nurlanın 2-3 dəfə zərbə vurduğunu, buna görə də Raulun ona badalaq atdığını görmüşdür. Badalaq yüngül olmamış, Nurlan yerə yıxılmış və daha sonra müqavimət göstərməmişdir. Həmin vaxt Raulun Nurlana əli ilə toxunmamış və itələməmişdir. Müstəntiq hadisə ilə bağlı heç nə deməmiş və soruşmamışdır. Sənədi imzalayarkən oxumamışdır. Nurlanın ayağında problem olduğunu mənə Nihad demişdir. Belə ki, Nurlan ayaqqabısın içərisinə nəsə qoymuş, onunla hərəkət etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid1 təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verməzdən əvvəl Nurlanın ayağında qıcolması olmuş, lakin axsadığını görməmişdir. Hadisədən sonra o özü yeriyə bilirdi, həyəcanlı olduğu üçün onlar Nurlana kömək etmişlər. Hazırki işlə Binəqədi Rayon Polis İdarəsində müstəntiqin yanında olmuşdur, lakin heç vaxt ifadə verməmiş, yalnız qol çəkmişdir. Xeyr, qol çəkdiyim sənədi oxumamışdır, belə ki, müstəntiq rayondan gəldiyini soruşmuş, o təsdiq etdikdə yorğun olduğunu deyərək yalnız sənədə qol çəkməsini, daha sonrasında gedə biləcəyini bildirmişdir. Həmin vaxt tək olmuş, valideynlərindən heç kəs olmamışdır. Cinayət işi üzrə yetkinlik yaşına çatmayan Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında ziddiyyət olduğundan şahidin cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə tərəfindən elan edilmişdir. Şahid1 məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq cinayət işi materiallarında olan “yetkinlik yaşına çatmamış şahidi dindirmə” protokolunda olan ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələrin bir-birinə tamamilə əks olduğunu, bu barədə nə deyə biləcəyini soruşduqda Şahid1 həmin ifadədə yazılanlarla razı olmadığını, ifadəsini oxumadığını bildirmişdir. Məhkəmənin iclasında Şahid3 ifadə verərək bildirmişdir ki, hadisə 05 oktyabr 2021ci il tarixdə, saat 11 radələrində oxuduqları məktəbdə baş vemişdir. Adətləri üzrə məktəbdə sinif oğlanları ilə birlikdə futbol oynamışlar. Raul qapıçı mövqeyində oynamışdır. Oyun zamanı o, qol buraxmış və Nurlan sonuncuya “lox” demişdir. Oyun zamanı birbirilərinə bu tərzdə ifadələrdən tez-tez istifadə edirmişlər. Daha sonra Nurlan qapıçı mövqeyinə keçmiş və qol buraxdıqdan sonra Raul da eyni ifadəni ona işlətmişdir. Birbirilərinə yaxınlaşmışlar, beləliklə, ikisi arasında qarşıdurma yaranmışdır. Daha sonra Nurlan Raula yumruq vurmayaraqdan xırda toxundu, Raul da onu yerə yıxdı və kənara çəkildi. Bundan sonra Nurlana kömək edib qaldırmışlar və kənarda əyləşdirmişlər. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid3 dövlət ittihamçısı tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Raul Nurlanla eyni komandada olmuş, birinci Nurlan, sonra Raul qapıçı mövqeyində oynamışdır. Üz-üzə gələndə Nurlan Raulun boyun hissəsinə əli ilə vurmuşdur. Raul sağ ayağı ilə Nurlana badalaq atmış, Nurlan da badalağın təsirindən yerə yıxılmışdır. Nurlan yerə yıxılandan sonra Raul kənara çəkilmiş, onlar davaya davam etməmişlər. Onlardan hər hansı birinin sağlamlığı ilə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid3 zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qapıçı mövqeyində oynama sırasının ilk Raul, daha sonra Nurlan olduğunu tam dəqiqliklə bilir.Üçü də eyni komandada olmuşlar, sadəcə o ehtiyatda qalmışdır. Oyun vaxtı onların “lox” ifadəsindən başqa bir-birilərinə söyüş və təhqirləri olmamışdır. Raul badalaq atmış, Nurlan badalağın təsirindən yıxılmış və ayağı ayağının üstünə düşmüşdür. Sonrakı vəziyyət barədə məlumatım olmamışdır, X24 müəllimənin yanına aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Nurlanın ayağı sınıb, daha sonra Nurlan dərsə gəlməmişdir. Nurlana qalxmağa kömək etdik, axsaya-axsaya yeridiyi üçün sinif yoldaşlarımdan Nihatla Ayxan onu aparıb daşın üstünə əyləşdirdilər. Mübahisədən təxminən 5-10 dəqiqə sonra tənəffüs bitmişdir. Oyundan sonra dərsləri olmuş, xatırladığı qədər Nurlan dərsdə iştirak etməmişdir. Həmin gün valideynlərindən heç kəs gəlməsə də, bir gün sonra atası və bacısı məktəbə gəlmişdilər. Hadisəyə qədər onlar arasında münasibət normal olmuş, aralarında dava və ya kin-küdurət olmamışdır. Xeyr, hadisəyə qədər Nurlanın səhhətində hər hansı problem olduğunu görməmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid3 müdafiəçi tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Nurlan əli qəsdən Raulun alın nahiyəsinə toxunmuşdur. lakin bu zərbə olmamışdır. Raul badalaqdan sonra kənara çəkildi güman ki, belə olmasını istəmirdi. Nurlan axsaya-axsaya köməkliklə yeriyirdi. Polisə verdiyim ifadəni tam xatırlamır. Müstəntiqə ifadəni məktəbdə vermişdir, müstəntiq dediklərimi vərəqə yazmış, yekunda o da həmin vərəqi imzalamışdır. Ayxan və Fuad da onun yanında ifadə vermişlər. Ləman müəllimə ifadə verməyə başlayanda yanlarında olmuş, sonra harasa getmiş, onlar ifadni imzaladıqdan sonra qayıtmışdır. Nurlan, Raul və ya başqa sinif yoldaşları ilə heç bir düşmənçiliyi olmamışdır. Nurlanla Raulla olduğundan daha yaxın olmuşdur. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid3 məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ifadəsini müstəntiq və Ləman müəllimənin yanında vermişdir, ifadəni verdikdən sonra oxumamışdır. Cinayət işi üzrə yetkinlik yaşına çatmayan Şahid3 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadələri arasında ziddiyyət olduğundan şahidin cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə tərəfindən elan edilmişdir. Şahid3 məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq cinayət işi materiallarında olan “yetkinlik yaşına çatmamış şahidi dindirmə” protokolunda olan ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələrin bir-birinə tamamilə əks olduğunu, bu barədə nə deyə biləcəyini soruşduqda Şahid1 həmin ifadədə yazılanlarla razı olmadığını, ifadəsini oxumadığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, 244 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Hadisə tənəffüs vaxtı baş verib, o, hadisəyə şahid olmamışdır. Hadisədən sonra şagirdləri barışdırmağa cəhd etsələr də, valideynlər eyni fikrə gəlməmiş və cəhd baş tutmamışdır. Hadisədən sonra Nurlanın hərəkət edib-etməməsinə diqqət etməmişdir. Hadisə baş verən gündən sonra atası Nurlanın xəsarət aldığını demiş və sonuncu bir daha dərsə gəlməmişdir. Müstəntiq şahid ifadələrini məktəbin foyesində almış, həmin vaxt seçki ilə bağlı foyedə stollar qoyulmuşdu. İfadə verilən zaman xatırladığı qədərilə 2 şagird məktəbə gəlmişdi. İfadə verən şagirdlər Məcid və Ayxan idi. Həmin gün Nihad rayonda idi, o, ifadə vermək üçün başqa tarixdə polis idarəsinə getmiş, Fuad da həmin vaxt orda olmamışdır. Müstəntiq ifadələri alan zaman o şagirdlərin yanında olmamış, sadəcə olaraq müstəntiqin təqdim etdiyi protokolu oxumadan imzalamışdır. Məhkəmə iclasında əlavə şahid X15 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisəyə qədər Nurlan və Raulun mübahisəsi ilə bağlı nə vaxtsa şikayət olmamışdır. Nihadın şahid kimi dindirilməsi protoklunda imzası olsa da, Nihadın dindirilməsinə ümumiyyətlə iştirak etməmişdir. Məhkəmə iclasında dindirilmiş cinayət işi üzrə ibtidai istintaqı aparan Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Qasım Abbasov izahatında bildirmişdir ki, cinayət işi üzrə şahidlər yetkinlik yaşına çatmayan olduğundan qanuni nümayəndə vasitəsilə dindirilməli idilər, valideynləri olmadığından müəllimənin iştirakı ilə məktəbdə dindirilmişdilər. Protokollarda dindirmə yerinin Binəqədi RPİ-nin inzibati binası qeyd olunması texniki səhvdir. Şahidlərin hər biri ifadələrini oxuyub tanış olmuş və imzalamışlar. Şahidi dindirmə protokollarında hadisənin baş vermə tarixinin 05 oktyabr 2024-cü il qeyd olunması da texniki səhvdir. Məhkəmə iclasında məhkəmə-tibb eksperti X12 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 08 oktyabr 2021-ci il tarixdə 5-ci PB-nin təqhiqatçısı, polis kapitanı Elçin Bəşirov tərəfindən qəbul edilmiş 08 oktyabr 2022-ci il tarixli qərar əsasında məhkəmə ekspertizasından keçirilib. Azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəarətlər: sol diz oynağında olan xəsarətlərdir. Diz oynağı sol bud sümüyü və sol baldır sümüklərindən ibarətdir (baldır sümüyü 2 ədəd olur: biri inci adlanır və bayır tərəfdə yerləşir, digəri qanır adlanır və iç tərəfdə yerləşir). İlkin şəxsi müayinəm zamanı sol diz oynağının və baldırın orta yuxarı üçdə bir hissəsi qara rəngli xüsusi tibbi fiksatorla (korsetlə) fiksə olunmuş vəziyyətdə idi. Korset açıldıqda aydın oldu ki, diz oynağı qismən şişkin və pastozludur. Pastoz odur ki, toxuma qançır formasında formalaşmayıb, lakin parlaqlığı ilə, dəri səthindən azacıq qabarıq olması ilə ətraf sağlam toxumadan fərqlənir. Dəri səthində qançır, sıyrıq yara, dərialtı qansızmalar kimi xəsarət izləri müəyyən edilmir. Oynağın palpasiyası, eləcə də, aktiv və passiv hərəkətlər kəskin ağrılarla müşayiət olunur. Sol ayaq pəncəsinin dabanı yerə çatmır, belə ki, azyaşlı Zərərçəkmiş şəxs həmin vaxt ayağının ucunda, korsetdə, kənar kömək vasitəsilə hərəkət edirdi, sonuncunu atası az qala qucağına alaraq gətirmişdi. Çətinliklə olan hərəkət pəncənin ön hissəsinin (daraq sümüklərinin distal ucunun və ayaq barmaqlarının) yerlə təması nəticəsində mümkündür. Digər xəsarət müəyyən edilmədi. Bu vəziyyəti görəndən sonra vacib bilmişdir ki, sol diz oynağı X2 (MRT) müayinəsindən keçməlidir. MRT müayinəsi 11 oktyabr 2021-ci il tarixdə “İstanbul NS” Klinikasında keçirildi. MRT müayinəsinin nəticəsində sınığın aşkar olunması, diz oynağında yerləşən minsk adlanan qığırdaq toxumanın əzilməsi və cırılma (fissura) kimi dəyişikliklərin əmələ gəlməsi müəyyən olundu. xx.xx.2021-ci il tarixli “Sol diz oynağının MRT müayinəsi” protokolunda qeyd olunanlardan görünür: “Pasiyent: Zərərçəkmiş şəxs (2007). Diz oynağı iştirakçı sümüklərdə: Bud sümüyü bayır kondilus (qabarıqlıq) oynaq səthi 19 mm koronal sahəli subxondral minimal kompressiyalı sınığı izlənir. Baldır sümüyü bayır epikondilus epifizi üzrə 27 mm koronal sahəli subxondral minimal kompressiyalı sınığı izlənir. Medial menisk (iç qığırdaq) arxa buynuzu boyu uzanan və oynaq səthlərinə açılmayan 2-ci dərəcəli horizontal travmatik fissur (yırtıq, cırılma) qeyd edilir. Medial menisk cismi və ön buynuzu normaldır. Lateral menisk (bayır qığırdaq) konfiqurasiyası və intensivliyi normaldır. İntraartikulyar (oynaq daxilində) minimal maye artımı qeyd edilir, yəni bütün oynaqlarda norma qədərində maye olur, həmin maye oynaq səthlərinin sürtünməsinin qarşısını almaq üçündür. Ön çarpaz bağı ödemli qalınlaşmaları izlənilir, onu vizual olaraq görə bilməmişlər, lakin MRT müayinəsi zamanı aşkar olundu. Bütün qeyd olunanlara əsaslanaraq xəsarətin dərəcəsini az ağır kimi qiymətləndirmişik. Məhkəmə iclasında məhkəmə-tibb eksperti X12 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə nəticəsində ayağın həm yuxarı həm də aşağı hissəsində zədə yaranmışdır. Az ağır kimi adlandırdıqları xəsarətlər 21 gündən artıq davam edir, eyni zamanda, sağlamlığın 10-33 faiz pozulması az ağır xəsarətlər kateqoriyasına aiddir, açıq sınıq infeksiya təhlükəsi olması, damarlara piy və ya hava embriyası keçməsi baxımından yaranan xəsarətlər ağır xəsarət hesab olunur, bir neçə istisnadan başqa, digər hallarda sümük sınıqları az ağır xəsarət hesab olunur. Nurlanın aldığı xəsarəti az ağır kimi qiymətləndirməsinə səbəb sınıqlar və sağlamlığını uzun müddətə pozulması olmuşdur. Nurlanın hərəkət edə bilməməsi, oynağın korsetdə olması, pastozun əmələ gəlməsi, cüzi şişkinlik olması, aktiv-passiv hərəkətlərdə kəskin ağrıların olması sınıqların olmasına şübhələnməyə vadar etmiş, bu səbəbdən, şəxsi yoxlanılması üçün klinikaya göndərmişlər. MRT müayinəsindən əvvəl sınığın olması nəticəsinə gəlmək mümkün deyil. Nurlanın dabanı yerə çatmırdı, bu bəzən anadan gəlmə olur, lakin korset geyinməklə düzəldilir, bu işdə isə məhz travma ilə bağlı olmuşdur. Həmin sınıqlar ağciyərdə hər hansı fəsada səbəb ola bilməz, bu hal yalnız açıq sınıqların olması halında baş verə bilərdi. Sınıqların sağalması üçün heç bir cərrahi əməliyyata ehtiyac yoxdur, fizioterapik müayinələr və hərəkətsizliyin gözlənilməsi bunun üçün kifayət edər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon Polis İdarəsinin İŞ-də toplanmış material üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2021-ci il tarixli raportdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs DİN 012 xidmətinə məlumat verərək və Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə saat 11:45 radələrində 244 saylı orta məktəbdə bir sinifdə oxuduğu Təqsirləndirilən şəxs İmma oğlunun ona badalaq verərək yerə yıxması barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixli raportdan görünür ki, Travmatalogiydan tibb bacısı Cavadova ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs ünvan 6ülərək sol dizinin əzilmiş yarası ilə müraciət etdiyi barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixli raportdan görünür ki, “İstanbul NS” klinikasının həkimi Rəhimli 11 oktyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs Binəqədi rayonu, 244 saylı məktəbdə döyülərək bud və qamış sümüyünün oynaq səthlərinin sınığı diaqnozu ilə həkimə müraciət etməsi barədə məlumat vermişdir. xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkrda yerləşən 244 saylı orta məktəbin həyətində baş vermişdir. Zərərçəkmiş şəxs tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-nə verilmiş izahatdan görünür ki, Zərərçəkmiş şəxs 05 oktyabr 2021-ci il tarixdə idman dərsində futbol oynayan zaman qapıdan top buraxdığına görə Raul adlı sinif yoldaşının ona “lox” deyə müraciət etdiyini, daha sonra Raulun da qapıda duran zaman qol buraxdığını, bu səbəbdən Raula “indi gördün lox kimdir” dediyini, bundan sonra Raulun onun üzərinə gələrək anidən badalaq vurduğunu və onun da yerə yıxıldığını bildirmişdir. xx.xx.2021-ci il tarixli, 1636 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X8” X23 rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərsol bud sümüyünün aşağı 1\3-də bayır kondilusun (bayır qabarın) oynaq səthinin sol baldır sümüyü bayır epikondilus epifizinin subxondral (qığırdağaltı) minimal kompressiyalı sınıqları, oynağın medial meniskinin (iç qığırdağının) arxa buynuzu boyu uzanan travmatik fıssur (travmatik yarıq-zədələnmə), ön çapraz bağın liflərinin (10 %) cırılmaqla gərilməsi hesabına ödemli qalmlaşmaları, bayır kollateral bağın gərilmə hesabına minimal ödemi, intraartikulyar (oynaqdaxili) minimal maye artımı və oynaq kapsulu və dizarxası çuxurun yumşaq toxumaları ödemi ilə müşayiət olunan sol diz oynağının əzilməsi bərk küt əşyanm(alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 05 oktyabr 2021-ci il tarixdə kənar şəxs tərəfindən badalaq verilməsi zamanı yıxılma və sol aşağı ətrafın diz oynağı səviyyəsində boylama oxu ətrafında burxulması(fırlanması) nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olmasına əsasən 5-ci PB-dən daxil olan HK-1/3495 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 6(001)-118/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən Binəqədi RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Ramil Qabulovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən Binəqədi RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Ramil Qabulovun cinayət işinin başlnamasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən Zərərçəkmiş şəxs etmiş olduğu müraciətlə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 6(001)-154/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ləğv edilmiş, əlavə araşdırma zamanı şikayətdə göstərilən hallar hərtərəfli, tam və obyektiv araşdırılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən Zərərçəkmiş şəxs etmiş olduğu müraciətlə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokurorunun müavini, ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Ramil Qabulov tərəfindən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Qasım Abbasov tərəfindən icraata qəbul edilmiş və istintaqı aparılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs atası Qanuni nümayəndə5 onun qanuni nümayəndəsi qismində tanınmışdır. “İstanbul NS” Klinikası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli sol diz oynağı MRT incələməsinə dair sənəddən görünür ki, pasient Zərərçəkmiş şəxs (2007) bud sümüyü bayır kondilus oynaq səthi 19 mm koronal sahəli subxondral minimal kompressiyalı sınığı izlənilir. Baldır sümüyü bayır epikondilus epifizi üzrə 27 mm koronal sahəli subxondral minimal kompressiyalı sınığı izlənilir. Medial menisk arxa buynuzu boyu uzanan və oynaq səthlərinə açılmayan 2-ci dərəcəli horizontal travmatik fissur qeyd edilir. İntraartikulyar minimal maye artımı qeyd edilir. Ön çarpaz bağı ödemli qalınlaşmaları izlənilir (liflərin 10% cırılmaqla gərilməsi). Bayır kolateral bag minimal ödemlidir (gərilmə). Oynaq kapsulu və dizarxası çuxur yumşaq toxumaları ödemli izlənir. “ORTOPEDİATRİ” X10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həqiqətən də, xx.xx.2021-ci il tarixdə klinikada travmatoloq-ortoped müayinəsində olmuş, pasientə MRT müayinəsi təyin olunmuşdur. MRT müayinəsinin nəticəsi aşağıdakı kimi qeyd olunmuşdur: Bud sümüyü bayır kondilus oynaq səthi 19 mm koronal sahəli subxondral minimal kompressiyalı sınığı izlənilir. Baldır sümüyü bayır epikondilusu epifizi üzrə 27 mm koronal sahəli subxondral minimal kompressiyalı sınığı izlənilir. Medial menisk arxa buynuzu boyu uzanan və oynaq səthlərinə açılmayan 2-ci dərəcəli horizontal travmatik fissur qeyd edilir. İntraartikulyar minimal maye artımı qeyd edilir. Ön çarpaz bağı ödemli qalınlaşmaları izlənilir (liflərin 10% cırılmaqla gərilməsi). Bayır kolateral bag minimal ödemlidir (gərilmə). Oynaq kapsulu və dizarxası çuxur yumşaq toxumaları ödemli izlənir. Həmən diaqnozla xx.xx.2021-ci il tarixdən hal hazırki tarixədək müalicəsi davam etdirilir. “MayoMed” Klinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həmin mərkəzdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər 10 günlük fizioterapiya (massaj, tens, vakum terapiyası, maqnitoterapiya) müalicəsi almışdır. Azərbaycan Respublikası “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 1643 saylı rəyindən görünür ki, əməli törətmiş Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahi olunmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafına görə etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. Azərbaycan Respublikası “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 1687 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli-intellektual inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs öz hərəkətlərini, həmçinin ona qarşı edilən hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin istintaqı zamanı toplanmış materiallar – cinayət işi başlananadək ilkin araşdırma materialları, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri,üzləşdirmədə dindirmə zamanı alınmış ifadələr, hadisə yerinə baxış protokolu, məhkəmə ekspertizalarının rəyləri və digər prosessual sənədlər işin faktiki hallarını təsdiq edən sübutlar kimi qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs atası Qanuni nümayəndə1 onun qanuni nümayəndəsi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası İlkin Hərbi qeydiyyata alınma haqqında 445802 nömrəli vəsiqədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci ildə tibbi komissiyanı keçmiş və həqiqi hərbi xidmətə yararsız sayılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində, təqsiri sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunduğu cinayəti xuliqanlıq niyyəti ilə törətməsinə dair istintaq orqanının gəldiyi nəticə işin faktiki hallarına və ümumiyyətlə iş materiallarına uyğun deyildir. Hüquq normalarının dəqiq tətbiq olunmasının ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmununun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hwquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində təhsil aldığı ünvan 3 ünvanında yerləşən Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbin idman meydançasında futbol oyunu zamanı qapıdan top buraxması səbəbindən onunla həmin məktəbin 9-cu sinfində təhsil alan şagird yoldaşı Zərərçəkmiş şəxs ona irad bildirməsini və bir neçə dəqiqə əvvəl özünün sonuncunu təhqir etməsinə qarşılıq olaraq Zərərçəkmiş şəxs də onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs ayaq nahiyəsinə fənd işlətməklə itələyib müvazinatdan çıxartmaqla yerə yıxaraq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə ittiham irəli sürərkən cinayət işi üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini əsas sübut qismində qəbul etmişdir. Məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxs X6 cinayət işi üzrə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrə münasibətdə qeyd edir ki, Zərərçəkmiş şəxs vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs ilə aralarında tez-tez mübahisələr baş verdiyini, təqsirləndirilən şəxsin ona qarşı kin-küdurət bəslədiyini, Təqsirləndirilən şəxs ona tez-tez atmacalar atdığını bildirsə də onun ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə şahidlər Şahid2, Şahid4, Şahid1, Şahid1 məhkəmə iclasında vermiş olduqları ifadələrində, eyni zamanda onlara verilmiş suallara cavab olaraq təhsil aldıqları sinifdə bütün şagirdlər arasında münasibətlərin normal olduğunu, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında da həmişə münasibətlərin normal olduğunu, aralarında hər-hansı bir mübahisənin baş vermədiyini bildirmişdir. Eyni zamanda cinayət işi üzrə əlavə şahid X15 ona verilmiş suallara cavab olaraq hadisəyə qədər Nurlan və Raulun mübahisəsi ilə bağlı nə vaxtsa şikayət olmadığını bildirmişdir. Bundan əlavə, cinayət işi üzrə şahidlər Şahid2, Şahid4, Şahid1, Şahid1 məhkəmə iclasında qanuni nümayəndələrinin iştirakları ilə ifadələri alınan zaman ilkin olaraq Zərərçəkmiş şəxs X18 yumruq vurduğunu, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs badalaq vurmasını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2, Şahid4, Şahid1, Şahid1 vermiş olduğu ifadələrlə cinayət işi üzrə ibtidai istintaq zamanı vermiş olduqları ifadələri arasında ziddiyyət olduğundan şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan edilmiş, onların hər birindən ayrı-ayrılıqda ziddiyyətlərin səbəbləri soruşulmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid4, Şahid1, Şahid1 hər biri onlara verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadələri oxumadan imza etdiklərini bildirmiş və onlara verilmiş suallara cavab olaraq Raulun məhz Nurlanın ona yumruq vurmasından sonra Nurlana badalaq vurmasını bildirmişlər. Eyni zamanda cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin izahatında, şahid qismində vermiş olduğu ifadəsində və təqsirləndiriən şəxs qismində cəkb olunduqdan sonra vermiş olduğu ifadələrində ilk öncə Nurlanın onun boynuna yumruqla vurduğunu, daha sonra Nurlana badalaq verdiyini bildirmişdir. Məhkəmə cinayət işi üzrə şahidlər Şahid2, Şahid4, Şahid1, Şahid1 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, həmçinin şahidlərin ifadələrində göstərdiyi xüsusatları cinayət işi üzrə digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək, şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini sübut qismində qəbul etmək qərarına gəlmişdir. CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndinə görə ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, “Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Həmin Qərarda təsdiq edilmiş hüquqi mövqedən də göründüyü kimi, törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün konkret cinayətin motivini xuliqanlıq niyyəti təşkil etməlidir. “Xuliqanlıq niyyəti”nin anlayışı “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında şərh edilmişdir. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, “Qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Bu isə o deməkdir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Digər tərəfdən xuliqanlıq şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunur. Ona görə də xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Qeyd olunan əməl üzrə xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalı, yəni başqa sözlə desək xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunanlardan məhkəmə belə qaənətə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə məhz zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Belə olan halda əməlin xuliqanlıq kimi tövsifi yolverilməzdir. Çünki Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, yəni şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və sair törədilən hərəkətlər xuliqanlıq kimi tövsif edilə bilməz. Beləliklə, Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiq olunmur. Məhkəmə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inama görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlib-gəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. X14 Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2 və 3-cü bəndlərində qeyd edilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Binəqədi rayonu, 22 saylı orta məktəbdə, eyni sinifdə oxumular və münasibətləri normal olmuşdur05 oktyabr 2021-ci il tarixdə məktəbdə futbol oynayan zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs eyni komandada oynamışlar, Təqsirləndirilən şəxs ilkin olaraq qapıdan top buraxması səbəbindən Zərərçəkmiş şəxs “lox” deyə bildirmiş, daha sonra futbol oyununun davamında Təqsirləndirilən şəxs qapıdan top buraxması səbəbindən onunla həmin məktəbin 9-cu sinfində təhsil alan şagird yoldaşı Zərərçəkmiş şəxs ona “indi gördün lox kimdir” demiş və onun boynuna yumruqla vurmuşdur. Buna qarşılıq olaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayaq nahiyəsinə badalaq vurmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Beləliklə də, törədilmiş cinayət əməlinin tərəflər arasında yaranmış mübahisə və dalaşma zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs badalaq verərək onun sağlamlığına qəsdən az ağır zərər vurması işin məhkəmə araşdırması zamanı tədqiq edilən yuxarıda şərh edilmiş sübutları, cinayət işinin materialları, işin faktiki halları ilə tam şəkildə sübuta yetirildiyindən və təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bununla da yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə heç bir dəlilə istinad edilməmiş və iş materiallarında olan sübutlar təqsirləndirilən şəxsin həmin əməllərə görə təqsirli bilinməsi üçün kifayət etmir, eləcə də məhkəmədə təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməllərinin törədilməsinə dair ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar təkzib edilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ittiham tərəfi tərəfindən ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiq edən sübutlar təqdim edilməmişdir. CM-in 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-in 145.1-ci maddəsində göstərilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 37-ci bəndində göstərilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Həmin qərarın 38-ci bəndinə əsasən təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Məhkəmə, cinayət işinə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qəsdən sağlamlığa az ağır zərər vurmaya dair cinayət tərkibinin olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, şahidlərin məhkəmə iclaslarında səsləndirdiyi ifadələr, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilsə də, məhkəmə istintaqı zamanı sonuncunun əməlində xuliqanlıq hərəkətinin olmaması müəyyən edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs əməlinin 127.2.3-ci maddəsi ilə tövsif edilə bilməz. Yuxarıda qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddə ilə elan edilmiş əməl CM-nin 127.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Belə ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 14-cü hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya– bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli olduğunu, nəzərə alaraq belə nəticəyə gəlir ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi Təqsirləndirilən şəxs barəsində tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş qəsdən sağlamlığa az ağır zərər vurulması nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, Zərərçəkmiş şəxs nümayəndəsi Qanuni nümayəndə5 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək bildirmişdir ki, xx xxxxx 2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr-da yerləşən 244 saylı tam orta məktəbin 9-cu sinifində təhsil alır. 05 oktyabr 2021-ci il tarixində saat 11:00 radələrində oğlu Zərərçəkmiş şəxs təhsil aldığı məktəbdə idman dərsi zamanı sinif yoldaşı Təqsirləndirilən şəxs heç bir səbəb olmadan ona yaxınlaşaraq gözlənilmədən badalaq vuraraq onu itələyib yerə yıxmışdır. Nəticədə oğlu sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş az ağır dərəcəli bədən xəsarəti almışdır. Daha sonra oğlu Zərərçəkmiş şəxs aldığı xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizadan keçmiş və ekspertin verdiyi xx.xx.2021-ci il tarixli, 1636 saylı rəyinə əsasən sağlamlığa az ağır zərərin yetirilməsi faktı öz təsdiqini tapmışdır. Baş vermiş hadisə Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırılmış və yekunda istintaq şöbəsinin müstəntiqi X16 xx.xx.2021-ci il tarixdə Cinayət Prosessual Məcəllənin 39.1.12-ci maddəsinin tələbini əsas götürüb "cinayət işinin başlanmasının rədd edilməsi" barədə Qərar qəbul etmişdir. Müstəntiq öz qərarını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı cinayət törətməsi faktı öz təsdiqini tapsa da, onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməli və "8 noyabr - Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən onun barəsində cinayət işinin başlanmasından imtina edilməlidir. Göründüyü kimi istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə deyil, 127.1-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə, yəni ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma əməli kimi tövsif edilməliydi və belə olan halda həmin cinayət əməli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli "8 noyabr-Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında" Qərarının 8-ci bəndinin təsiri altına düşmür. Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi X16 tərəfindən qəbul edilmiş "cinayət işinin baslanmasının rədd edilməsi" barədə xx.xx.2021-ci il tarixli Qərarı tərəfindən verilmiş şikayətə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərək şikayət ərizəsi yenidən ətraflı araşdırılması üçün istintaq orqanına qaytarılmışdır. Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən heç bir araşdırma aparılmadan yenidən eyni məzmunlu "cinayət işinin başlanmasının rədd edilməsi" barədə qərar qəbul edilmişdir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi bugünə qədər həmin qərarı onlara təqdim etməmişdir. Hər bir halda həmin qərarların məzmunundan da göründüyü kimi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətməsi faktı öz təsdiqini tapmış və ona Cinayət Prosessual Məcəlləsinin 39.3-cü maddəsi ilə (Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslarla xitam verilir) bəraət verilməmiş, yalnız CPM-in 39.1.12-ci maddəsinin tələbinə görə "8 noyabr -Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən onun barəsində cinayət işinin başlanmasından imtina edilmişdir. Həmin cinayət işi üzrə onun 3 ilə yaxındır davam eliyən çoxsaylı şikayətlərindən sonra 17 aprel 2024-cü il tarixdə Binəqdi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə başlanmış və ibtidai istintaqın aparılması üçün Binəqədi RPİ-nin istintaq Şöbəsinə göndərilmişdir. Aparılmış ibtidai istintaqla sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdə, saat 11 radələrində təhsil aldığı ünvan 7 ünvanında yerləşən Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbin idman meydançasında futbol oyunu zamanı qapıdan top buraxması səbəbindən onunla həmin məktəbin 9-cu sinifində təhsil alan şagird yoldaşı Zərərçəkmiş şəxs ona irad bildirməsini və bir neç dəqiqə əvvəl özünün sonuncunu təhqir etməsinə qarşılıq olaraq Zərərçəkmiş şəxs də onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Nurlan Əlizadnin ayaq nahiyəsindən fənd işlətməklə itələyib müvazinətdən çıxartmaqla yerə yıxaraq, ona sol bud sümüyünün aşağı 1\3-də bayır kondilusun (bayır qabarın) oynaq səthinin və sol baldır sümüyü bayır epikondilus epiqrizinin subxondral (qığırdağaltı) minimal kompressiyalı sınıqları, oynağın medial meniskinin (iç qığırdağının) arxa buynuzu boyu uzanan travmatik fissur (travmatik yarı qzədlənmə), ön çarpaz bağın liflrinin (10%) cırılmaqla gərilmsi hesabına ödemli qalınlaşmaları, bayır kollakteral bağın gərilmə hesabına minimal ödemi, intraartikulyar (oynaqdaxili) minimal maye artımı və oynaq kapsulu və dizarxası çuxurun yumşaq toxumaları ödemi ilə müşayiət olunan sol diz oynağının əzilməsi kimi müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Lakin ona dəymiş maddi və mənəvi zərər cavabdeh tərəfindən ödənilməmişdir. Odur ki, cinayət işi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş Cinayət Məcəlləsinin 127.2.3cü maddəsində nəzərdə tutulmuş sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi X7 vurulmuş maddi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat, mənəvi zərərə görə isə 10 000 manat olmaqla ümumilikdə 40 000 (qırx min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi Qanuni nümayəndə5 19 may 2025-ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək, Zərərçəkmiş şəxs yetkinlik yaşına çatdığına görə onun özünün mülki iddiaçı qismində tanınmasına dair qərar qəbul edilməsini xahiş etmiş, Zərərçəkmiş şəxs nümayəndəsi Qanuni nümayəndə5 vəsatəti təmin edilərək, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Müdafiəçi2 xx.xx.2025-ci il tarixdə məhkəməyə “iddianın dəyişdirilməsi” barədə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmənin yekun qərarı çıxarılanadək Təqsirləndirilən şəxs 18 yaşı tamam olmuşdur. Ona görə hesab edir ki, mülki iddia tələbi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs özü tanınmalıdır və Zərərçəkmiş şəxs dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tələb olunmalıdır. Odur ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmiş xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat, mənəvi zərərə görə isə 10.000 (on min) manat olmaqla, ümumilikdə 40.000 (qırx min) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəməyə zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzlər məhkəmə tərəfindən tədqiq edilən zaman zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş maddi zərərin məbləği 5000 (beş min) manat məbləğində olmaqla sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməli, ona dəymiş maddi zərərə görə 5000 (beş min) manat maddi ziyanın əvəzi və 2000 (iki min) mənəvi ziyanın əvəzi məbləğində pul iş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Müdafiəçi X3 təqdim etdiyi hesabatlara əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndini tətbiq etməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 127.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində maddi ziyanın əvəzi, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğində pul vəsaiti iş üzrə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (yüz altmış beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-84/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-84/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver