Məhkəmə qərarları › İş №1(001)-85/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-85/2021

02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-85/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Füzuli rayonu Qacar kəndində anadan olmuş, Azərbaycan Respubilkası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Füzuli rayonu Qacar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanının qarşısında dayanmış, Zərərçəkmiş şəxs məxsus “Tofaş Şahin” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili qapısının açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olaraq oradan tapdığı dəmir parçası ilə mühərriki işə salıb, talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirib qaçırmışdır. O, bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saatlarında işdən sonra dostu Rəşadla birlikdə Binəqədi rayonu 7-ci mikrorayonda adını bilmədiyi kafeyə gedərək bir masa arxasında əyləşib yemək sifariş verib hər ikisi 700 qram spirtli içki qəbul etmişlər. Sonra onlar həmin günü saat 23 radələrində kafedən durub birlikdə işlədikləri avtomaşınların təmiri sexinə gəlmişlər. Onlar orada bir az işlədikdən sonra xx.xx.2020-ci il tarixdə saat təxminən 01 radələrində sexi bağlayıb ayrılaraq hər kəs öz evi istiqamətə yola düşmüşdür. Həmin vaxt o, gecə qalmaq üçün Binəqədi rayonu, Dərnəgüldə yataqxanada yaşayan bibisi evi istiqamətinə piyada hərəkət etməyə başlamışdır. O, piyada hərəkətdə olan zaman oğlu X3 istifadəsində olan mobil telefonuna zəng edərək bacısı X1, yəni onun qızının evə gəlmədiyini bildirmişdir. O, həmin zəngdən sonra çox narahat olaraq yolun kənarı ilə hərəkət etməyə başlamış və gözü yolun kənarında dayanmış sarı rəngli “Tofaş-Şahin” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomaşına sataşmışdır. O, həmin vaxt bir anlıq düşünərək gördüyü avtomaşını qaçırmaq və yaşadığı evinə getmək qərarına gəlmişdir. O, həmin avtomaşına yaxınlaşıb əli ilə sürücü tərəfdə olan ön qapının açıq olub-olmamasını yoxlamış və qapının açıq olduğunu görmüşdür. O, xx.xx.2020-ci il tarixdə saat təxminən 02 radələrində icazəsiz həmin avtomaşına daxil olaraq sükan arxasında əyləşib avtomaşının mühərrikini işə salmaq üçün salonda açar axtarmağa başlamışdır. Birdən onun gözü sürət qutusunun yanında əyri şəkildə olan balaca dəmir parçasına sataşmış, o, həmin dəmir parçasını götürüb mühərriki işə salmaq üçün kilid yerinə salıb sağa-sola hərəkət etdirmişdir. Qəflətən özüdə bilmədən avtomaşının mühərriki işə düşərək hərəkətə gəlmiş, sonra o, həmin avtomaşını idarə edib Babək prospekti ilə yaşadığı Xətai rayonunda yerləşən evinə getmişdir. O, avtomaşını yaşadığı binanın həyətində saxlayıb yaşadığı evin mənzilinə qalxaraq qapını açıb içəri daxil olmuş və evdə heç kimin olmadığını görmüşdür. O, həmin vaxt oğlu Fətəlinin istifadəsində olan mobil telefonuna zəng edərək harada olmalarını xəbər almaq istədikdə Fətəlinin telefonuna zəng çatmamışdır. Sonra o, yaşadığı mənzilin qapısını bağlayıb binanın həyətinə düşüb qaçırdığı “Tofaş-Şahin” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomaşına əyləşib Binəqədi rayonu istiqamətinə hərəkət etməyə başlamışdır. Onun həmin avtomaşınla Binəqədi rayonu istiqamətinə hərəkət etməkdə məqsədi avtomaşını aparıb qaçırdığı ünvanda, yəni yerində saxlamaq olmuşdur. O, həmin avtomaşınla Dərnəgül qəsəbəsində yerləşən “Elit” ticarət mərkəzinin yanında hərəkətdə olan zaman DYPŞ-nin avtomaşını sayrışan işıqlarının yandığını və ona saxla işarəsi verdiyini görmüşdür. O, polislərin qanuni tələblərinə tabe olub qaçıraraq idarə etdiyi avtomaşını yolun kənarına çəkib saxlamalı olmuşdur. Polis əməkdaşları ona yaxınlaşıb avtomaşını idarə etmək üçün sənədlərini istəmiş, o isə polis əməkdaşlarına avtomaşına aid heç bir sənədlərinin olmadığını söyləmişdir. Polis əməkdaşları onu “Tofaş-Şahin” markalı, 10- EA- 391 dövlət nömrə nişanlı avtomaşının sükanı arxasından yerə düşürüb həmin avtomaşını ünvanını bilmədiyi duracağa aparmışlar. Sonra ona evinə getməyini bildirmişlər. O, verilən suallara aydınlıq gətirərək “Tofaş-Şahin” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomaşını idarə etməyə icazəsinin olmadığını, həmin avtomaşının sahibini tanımadığını, içkili olduğuna görə özündə olmadığını, həmin avtomaşınla hər hansı bir hadisə törətmədiyini və avtomaşının mühərrikini işə salmaq üçün istifadə etdiyi dəmir parçasını hara qoymasından xəbərinin olmadığını bildirmişdir. O, zərərəkmiş şəxslə barışmışdır ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, istifadəsində və mülkiyyətində olan “Tofaş-Şahin” markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. xx.xx.2020-ci il tarixdə axşam saat 20:00-da idarəçiliyində olan həmin avtomaşınını yaşadığı Binəqədi rayonu, 7-ci mikrorayon bina 6, ünvanının qarşısında saxlayaraq 33 nömrəli mənzilinə getmiş, həmin günün səhəri, yəni xx.xx.2020ci il tarixdə səhər saat 05:50-də yaşadığı binanın həyətinə düşən zaman qeyd olunan yerdə saxladığı avtomaşınının olmadığını aşkar etmişdir. O, tez bir zamanda yaxınlıqda yerləşən Binəqədi rayonu, 5-ci polis bölməsinə getmiş baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Sonra DİN-nin “102 zəng” qaynar xəttinə zəng edərək məlumat verib, yaşadığı evinə gedib baş vermiş hadisəni ailə üzvlərinə danışmışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində Binəqədi RPİ-nin 5-ci PB-dən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng gələrək həmin qaçırılmış “Tofaş-Şahin” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomaşınının tapılaraq Yasamal rayonu ərazisində yerləşən Siqnal İdarəsinin 5 saylı mühafizə olunan avtoduracağında saxlandığını bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə həmin duracağa gedib qaçırılmış avtomaşınının çöl hissəsinə sonra içərisinə baxış keçirmişlər. Baxış zamanı onun avtomaşınında hər hansı bir zədə, nasazlıq və ya hissələrində hər hansı bir dəyişiklik aşkar edilməmişdir. Sonra o, avtomaşını ilə bağlı sənədləşmə işlərini qurtardıqdan sonra polis əməkdaşlarından aralanıb avtomaşınını götürüb yaşadığı evinə getmişdir. O, bir sıra suallara aydınlıq gətirərək istifadəsində olan “Tofaş-Şahin” markalı, **-EA-*** dövlət nömrə nişanlı avtomaşınını idarə etməyi kiməsə icazə vermədiyini, kilid və mühərriki işə salmaq üçün açarları heç kimə vermədiyini, mövcud günə qədər hər hansı bir şəxslə ədavət və ya düşmənçiliyinin olmadığını, qaçırılmış avtomobilində hər hansı bir qiymətli əşya saxlamadığını, avtomobilinin qaçırılması ilə bağlı ona hər hansı bir maddi və ya əmlak ziyanının dəymədiyini bildirmişdir. O, təqsirləndirilən şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X6 YPX Alayının inspektoru polis baş serjantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 02:10 radələrində qeyd olunan Alayın əməkdaşı polis serjantı Şahid2 ilə birlikdə ona təhkim olunmuş **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrul ilə Ziya Bünyadov prospekti istiqamətində xidmət aparırmışlar. Həmin vaxt qeyd olunan prospektdə Tofaş Şahin markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsünün təhlükəsiz kəmərini bağlamadan avtomaşını idarə etdiyini görmüşlər. Onlar həmin avtomobilə xüsusi səs siqnalı və sayrışan işıq cihazları vasitəsi ilə saxlama barədə işarə vermişlər, həmin vaxt sürücü avtomaşının pəncərəsindən başını çıxararaq xəstə dalınca getdiyini söyləmiş və idarə etdiyi avtomaşını saxlamaqdan imtina edərək hərəkətinə davam etmişdir. Tofaş Şahin markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsü bir qədər hərəkət etdikdən sonra Ziya Bünyadov prospektindən sağa Əhməd Rəcəbli küçəsinə dönərək hərəkətinə davam etdirməyə başlamışdır. Onlar qeyd olunan xidməti avtomaşınla hərəkətdə olan Tofaş Şahin markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını Binəqədi rayonu ərazisində yerləşən “X7”nin qarşısında saxlamışlar. Sonra onlar xidməti avtomaşından yerə düşüb həmin saxladığı Tofaş Şahin markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının sürücüsünə yaxınlaşıb özlərini təqdim edib ona qayda pozuntusu törətdiyinə görə avtomobilə və özünə aid sənədləri təqdim etməyi xahiş etmişlər. Sürücü onlara sənədlərinin üzərində olmadığını və avtomobili dostundan götürərək idarə etdiyini bildirmişdir. Onlar istifadələrində olan xidməti cihazdan, yəni Port Kompüter vasitəsi ilə sürücünün şəxsiyyətini müəyyən etmişlər ki, o, Təqsirləndirilən şəxsdur. Sonra onlar Təqsirləndirilən şəxslə söhbət edən zaman ondan kəskin spirtli içki iyinin gəldiyini hiss edib idarəçiliyində olan avtomobili Siqnal İdarəsinin 5 saylı mühafizə olunan duracağına yerləşdirib sürücü Təqsirləndirilən şəxs isə içkili olub-olmamasını yoxlamaq üçün tibbi müayinə məntəqəsinə aparıb müayinədən keçirtmişlər. Nəticədə sürücü Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyəti aşkar olunmuş və ona ******* nömrəli inzibati protokol tərtib edərək sərbəst buraxılmışdır. O, bir sıra suallara aydınlıq gətirərək avtomaşının qaçırılıb-qaçırılmaması ilə bağlı yoxlama hərəkətləri apardıqlarını, avtomaşının qaçırılması ilə bağlı hər hansı bir məlumat almadıqlarını, xidməti kompüterdə də elə bir məlumat aşkar olunmadığını, sürücü içkili vəziyyətdə avtomaşın idarə etdiyinə görə onun idarəçiliyində olan avtomaşını duracağa yerləşdirdiklərini bildirmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhər BPİ, DYPİ-nin YPX Alayının inspektoru polis serjantı Şahid2 da həmkarı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “cinayət işinin başlanması və icraata götürülməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür. İş materiallarında olan “zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-də Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə xx.xx.2011-ci ildə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan “maddi sübut kimi tanıma barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Tofaş Şahin” markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut əhəmiyyətli olduğundan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 2/14271 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan İXP seriyalı ******* №-li protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində İXM-in 327.3, 329.1, 332.1 və 334.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan “toplanmış sübutlara qiymət verilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177-ci, 186-cı və 185.2.1, 185.2.2-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət təqibi başlanmadan rədd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən tamah məqsədi olmadan qanunsuz olaraq qaçırdığı Tofaş Şahin markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut kimi tanınması və məhkəmə baxışınadək zərərçəkmiş şəxsə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə tədim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir tələb və iddiası yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri ilə və eləcə də, cinayət işində olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-488/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ibtidai istintaq orqanında və məhkəmə prosesində ümumilikdə 35 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 210 (iki yüz on) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h-AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülkü iddia verilməmişdir, məhkəmə xərcləri və əmlak müsadirəsi yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən zərəçəkmiş şəxslə barışdığı üçün xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına 210 (iki yüz on) manat məbləğində pul (“Kapitalbank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialının kod-200156, VÖEN-**********, m/h- AZ37NABZ******************** S.W.İ.F.T. kod AİİBAZ2X Benefisiarın hesab № AZ48AİİB********************, VÖEN–1000 597151) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binədəqi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar