Məhkəmə qərarları › İş №1(001)-85/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-85/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-85/2022 22.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Fikrət oğlu Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1970-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə (məcburi qaçqınlar və köçkünlər üçün salınmış), bina 22, mənzil 33 ünvanında yaşayan və barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Fikrət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Təqsirləndirilən şəxs 23.01.2021-ci il tarixdə, saat 19:00 radələrində ünvan 3 ünvanında yerləşən “Araz” marketə gələrək orada piştaxtanın üzərindən qutusu 3 manat 70 qəpik olan 10 ədəd göy rəngdə nazik “Sobranie” siqaretini, qutusu 3 manat 70 qəpik olan 09 ədəd ağ rəngdə nazik “Sobranie” siqaretini, qutusu 3 manat 40 qəpik olan qara rəngdə nazik “Kent 4” siqaretini və qutusu 3 manat 70 qəpik olan 01 ədəd göy rəngdə qalın “Sobranie” siqaretini ümumilikdə 94 manat 40 qəpik dəyərində özgənin əmlakını talamaq məqsədi ilə gödəkcəsinin iç hissəsinə yığaraq mağazadan getmək istəyərkən, marketin siqnalizasiyası işə düşdüyundən mühafizəçinin ondan dayanmasını və əmlakın qaytarması tələb etməsinə baxmayaraq o, həmin yerdən qaçmış, lakin marketin mühafizəçisi Şahid1 tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə açıq talama cinayətini törətməyə qəsdən yönədilmiş əməli başa çatdıra bilməyərək soyğunçuluğa cəhd etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,180.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 29, 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 yanvar 2021-ci il tarixdə yaşadığı Bərdə rayonundan Bakı şəhərinə gəlmiş, “Avtovağzal” kompleksində təxminən 200 qədər spirtli içki olan araq qəbul etmişdir. Bundan sonra gündəlik kirayə ev axtarmaq üçün Xutor deyilən əraziyə gedən zaman Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Xəndan küçəsi, yerləşən “Araz” marketə daxil olmuş, marketə daxil olduqdan sonra oradan şikalad, şirin su almış və kassada dayanmışdır ki, həmin malların pulunu ödəsin. Həmin vaxt ondan əvvəl kassada müştəri mal alırmış və kassirin başı həmin müştəriyə qarışmışdır. O, isə həmin vaxt arxasında olan kassadan siqaret oğurlamaq qərarına gəlmiş, kassar olmayan kassanın yuxarısında olan siqaret üçün nəzərdə tutulan rəfdən 9 ədəd ağ nazik “Sobraniya” siqaretini, 10 ədəd göy nazik “Sobrayina” siqaretini, 1 ədəd göy qalın “ Sobrayina” siqaretini, 6 ədəd nazik “Kent 4” siqaretini oğurlayaraq əynində olan gödəkçənin içərisinə yığmış və heç kimin görmədiyinə əmin olmuşdur. Bundan sonra kassaya aldığı malların pulunu vermiş və sakitcə mağazanı tərk etmişdir. Lakin qapıdan çıxmaq istəyərkən siqnalizasiya aparatı işə düşdüyündən marketdən çıxan kimi qaçmağa başlamış və mühafizəçidə onun arxasınca qaçaraq dayanmağını qışqırırmış. O, təxminən 100 metr qaçdıqdan sonra taqəti tükəndiyindən dayanmış və mühafizəçi gəlib ona çatıb onu saxlamış və mağazadan oğurluq etdiyini ona demişdir. Bundan sonra mağazanın əməkdaşları polisə zəng edib bu barədə məlumat vermişlər, polis əməkdaşları onu Binədəqi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Polis Şöbəsində olan zaman o, oğurladığı siqaretləri polis əməkdaşlarına təhvil vermişdir. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxsə məxsus əmlakların təhvil verilməsini, maddi ziyan vurulmadığını nəzərə almaqla barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 ifadə verərək bildirmişdir ki, o, “Araz” marketlər şəbəkəsinin hüquqşünası vəzifəsində çalışır. ünvan 3 ünvanında “Araz” marketi yerləşir. 23 yanvar 2021-ci il tarixdə, saat 19 radələrində adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs mağazaya daxil olaraq kassirin fikrini cəlb etmədən siqaret piştaxtasından 9 ədəd, hər birinin dəyəri 3 manat 70 qəpik olan ağ nazik “Sobraniya” siqaretini, 10 ədəd, hər birinin dəyəri 3 manat 70 qəpik olan göy nazik “Sobraniya” siqaretini, 1 ədəd, hər birinin dəyəri 3 manat 70 qəpik olan göy qalın “Sobraniya” siqaretini, 6 ədəd, hər birinin dəyəri 3 manat 40 qəpik olan nazik “Kent 4” siqaretini oğurlayaraq gödəkcəsinin içərisinə yığıb mağazanı tərk etmiş, arxasınca qaçan mağazanın mühafizəçisi Şahid1 tərəfindən tutularaq polis əməkdaşlarına təhvil verilmişdir. Baş vermiş hadisə nəticəsində “Araz” marketlər şəbəkəsinə ümumilikdə 94 manat, 40 qəpik maddi ziyan dəymiş və ziyan hazırda qaytarılmışdır. Təqsirləndirilənə qarşı heç bir tələb və şikayəti olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahid İş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir kii, o, bir ilə yaxındır ki, ünvan 4 ünvanda yerləşən “Araz” marketində müdir müavini vəzifəsində işləyir. 23 yanvar 2021-ci il tarixdə, təxminən saat 19 radələrində o, marketin 2-ci mərtəbəsində yerləşən inzibati otaqda, marketin mühafizəçisi Şahid1 marketin çıxış qapısının yaxınlığındakı kassanın ətrafında olmuşdur. Həmin vaxt marketin içərisində bir neçə müştəri olmuş, həmin vaxt marketin çıxış qapısının qarşısında quraşdırılmış siqnalizasiya aparatının səsini eşitmiş və 1-ci mərtəbəyə düşərək nəyin baş verməsini soruşanda marketin digər əməkdaşı içəridə olan müştərinin marketin içərisindən oğurluq etdiyini və mühafizəçinin isə həmin şəxsin ardınca qaçdığını ona demişdir. O, marketin içərisindən çıxıb onların arxasınca getmiş və mühafizəçi Şahid1 həmin şəxsi saxladığını görmüşdür. Bundan sonra polisə məlumat vermişlər və polis əməkdaşları gəlib həmin şəxsi 4-cü PŞ-nə aparmışdır. Onlar polis şöbəsində olan zaman mağazadan oğurluq edən şəxsin adının Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş digər Şahid1 bildirmişdir ki, o, ikinci ildir ki, ünvan 4 ünvanda yerləşən “Araz” marketində mühafizəçi vəzifəsində işləyir. 23 yanvar 2021-ci il tarixdə, təxminən saat 19 radələrində o, marketin çıxış qapısının qarşısında dayanmış, həmin vaxt mağazanın aparatı işə düşmüş və o, pəncərədən bir nəfərin qaçdığının şahidi olmuşdur. O, həmin şəxsin mağazadan oğurluq etdiyindən şübhələnib həmin şəxsin arxasınca qaçmağa başlamış və dayanmasını tələb etsə də həmin şəxs dayanmayaraq qaçmağa başlamışdır. Təxminən 100 metrdən sonra həmin şəxs artıq qaça bilmədiyindən dayanmış, o, həmin şəxsə yaxınlaşıb saxlamış və mağazanın rəhbərliyi polisə bu barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və həmin şəxsi 4-cü PŞ-nə aparmışlar. Orada ona məlum olmuşdur ki, mağazadan oğurluq edən şəxsin adı Təqsirləndirilən şəxsdur və mağazadan siqaretlər oğurlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24.01.2021-ci il tarixli qərardan görünür ki, Şahid2 şikayəti üzrə fakta görə AR CMnin CM-in 29, 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 24.01.2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.01.2021-ci il saat 13:00-da tutulmuşdur. 25.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona AR CM-nin 29, 180.1-ci maddəsi üzrə ittiham elan edilmişdir. 25.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12.02.2021-ci il tarixli 9/462 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 10 ədəd “Sobranie” markalı, müvafiq aksis markası ilə markalanmış, göy rəngdə nazik siqaretlər 36,00 manat; 09 ədəd “Sobranie” markalı, müvafiq aksis markası ilə markalanmış, ağ rəngdə nazik siqaretlər 32,4 manat; 06 ədəd “Kent” markalı, müvafiq aksis markası ilə markalanmış, qara rəngdə nazik siqaretlər 19,8 manat; 01 ədəd “Sobranie” markalı, müvafiq aksis markası ilə markalanmış, göy rəngdə nazik siqaretlər 3,60 manat orta bazar qiymətləri müəyyən edilmişdir. 17.02.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X5 tərəfindən 09 ədəd ağ nazik “Sobranie” markalı, 10 ədəd göy nazik “Sobranie” markalı və 1 ədəd göy qalın “Sobranie” və 6 ədəd nazik “Kent” markalı siqaretlər təhvil alınmışdır. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əzizbəyov rayon məhkəməsinin 27.12.2001-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzanın sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 29, 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 29, 180.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Belə ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məcəllənin 27-ci maddəsinə görə cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur və başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-c ü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə (məcburi qaçqınlar və köçkünlər üçün salınmış), bina 22, mənzil 33 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs 24.01.2021-ci il tarixdən 25.01.2021-ci il tarixədək 01 (bir) gün tutulmuşdur.. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 10 ədəd göy rəngdə “Sobranie” markalı, 09 ədəd ağ rəngdə nazik “Sobranie” markalı, 06 ədəd nazik “Kent” markalı və 01 ədəd göy rəngdə qalın “Sobranie” markalı siqaretlərin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 23.01.2021-ci il tarixdə cinayət törətməyə cəhd etməsini əks etdirən video görüntülərin olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəflərinə daxil olan, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Fikrət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Fikrət oğlunun 24 yanvar 2021-ci ildən 25.01.2021-ci ilədək tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs Fikrət oğlunun yaşayış yeri üzrə Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Fikrət oğlunun üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni qəsəbə (məcburi qaçqınlar və köçkünlər üçün salınmış), bina 22, mənzil 33 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Fikrət oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 10 ədəd göy rəngdə “Sobranie” markalı, 09 ədəd ağ rəngdə nazik “Sobranie” markalı, 06 ədəd nazik “Kent” markalı və 01 ədəd göy rəngdə qalın “Sobranie” markalı siqaretlərin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs Fikrət oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs Fikrət oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar