Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-85/2023 14.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, təhsilsiz, subay, fərdi işlə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Məscidin yanı adlanan ərazidə nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları X6 və X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya əsasən 19 noyabr 2021-cı il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 19 ünvanında yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasının qarşısına gəlib orada, o kənar şəxslərin gəlişini xəbərdar etmək üçün pusquda dayanmış, X7 mağazanın plastikdən olan giriş qapısının kilidini üzərində daşıdığı vintaçanla açaraq X6 ilə birlikdə mağazaya qanunsuz daxil olub mağazanın içərisində olan rəfin üstündən 02 ədəd - 10.0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük, 02 ədəd 8.0 manat, dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd 5,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük, 01 ədəd 5,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük, 01 ədəd 4,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük, 01 ədəd 5,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 01 ədəd 1,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı, 02 ədəd 8,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük, 02 ədəd 8,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük, 02 ədəd 10,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük, 02 ədəd 10,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük 02 ədəd 8,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük 02 ədəd 8,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd 5,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük, 01 ədəd 4,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızı rəngli hissəsi olan üzük, 01 ədəd 4,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük, 01 ədəd 2,0 manat dəyərində metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük, 02 ədəd 6,0 manat dəyərində 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük, 01 ədəd istifadə edilmiş ehtiyyat hissəsi kimi 20 manat dəyərində Çin istehsalı “Samsung” markalı “ SM- G355H/DS” modelli mobil telefon, 01 ədəd istifadə edilmiş ehtiyyat hissəsi kimi 25 manat dəyərində “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon, 01 ədəd istifadə edilmiş, ehtiyyat hissəsi kimi 25 manat dəyərində “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon, 01 ədəd istifadə edilməmiş 7 manat dəyərində üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı 01 ədəd istifadə edilməmiş 6 manat dəyərində üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı, 04 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində “AUX” başlıqlı naqillər, 01 ədəd istifadə edilməmiş 5 manat dəyərində ağ rəngli, Çin istehsallı, üzərində “EP- TA600” yazısı olan adapter başlığı, 01 ədəd istifadə edilməmiş, 5 manat dəyərində Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter, 04 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 20 manat dəyərində “USB” başlıqlı naqillər ( göy və qara rəngli), 04 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat dəyərində “USB” başlıqlı naqillər, 02 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə 12 manat dəyərində gümüşü rəngli qol saatı kəmərləri, 02 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində qızılı rəngli qol saatı kəmərləri, 01 ədəd istifadə edilməmiş 1 manat dəyərində sarı rəngli qol saatı kəməri, 1700 ədəd istifadə edilməmiş bir ədədinin qiyməti 0.05 qəpik olmaqla ümumilikdə 85 manat dəyərində üzərində hərfləri olan aksessuarları (muncuqları) və 01 ədəd 120 manat dəyərində istifadə edilmiş vəziyyətdə, mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarları olmayan “Huawey P smart 2019” markalı mobil telefonu gizli olaraq talamaqla oradan birlikdə uzaqlaşaraq nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 476 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, küçələrdən dəmir tullantıları yığaraq metal qəbulu məntəqəsinə təhvil verməklə pul qazanır. X7 və X6 onun qohumlarıdır. 19 noyabr 2021-ci il tarixdə, saat 03:00 radələrində o, X6 və X7 ilə birlikdə tullantı dəmir və sellofan yığmaq üçün getmişlər. Lakin heç bir metal tullantıları tapa bilmədikəri üçün və üzərlərində pul olmadığından mağazalardan birinə girib oğurluq etmək qərarına gəlmişlər. Onlar gəzəgəzə ünvan 3 ünvanında yerləşən «Ətir, Bijuteriya və mobil telefon aksesuarları» satılan mağazanın yanından keçərkən həmin mağazanın giriş qapısının plastikdən olduğunu görüb həmin mağazadan oğurluq etmək qərarına gəlmişlər. Onlar aralarında belə qərara gəlmişlər ki, Asəflə İsmayıl mağazaya daxil olacaq, o isə mağazanın qarşısında dayanaraq gəlib gedən olsa xəbər verəcəkdir. Həmin vaxt X6 telefon mağazası ilə üzbəüz yerləşən hasarda olan işığı sındırmışdır ki, onları görən olmasın. Bundan sonra Asəf üzərində olan vintaçanı mağazanın giriş qapısının plastikdən olan qapısının arasına salaraq dartıb qapını açmışdır. Bundan sonra Asəf və İsmayıl birlikdə mağazaya daxil olmuşlar. Onlar birlikdə mağazanın içərisinə girib təxminən 10 dəqiqədən sonra mağazadan çıxmışlar və birlikdə tez oradan uzaqlaşaraq yaşadıqları evə getmişlər. Orada baxanda Asəf və İsmayılın mağazadan bijuteriya əşyaları, 04 ədəd mobil telefon, adaptor, USB naqilləri oğurladığını görmüşdür. Evdə Asəf və İsmayıl mağazadan oğurlanmış əşyalardan ona cəmi 01 ədəd «Huawey P smart 2019» markalı mobil telefon verdilər, qalan əşyaları isə öz aralarında bölmüşlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxs X10 ilə barışmış və sonuncunun ondan heç bir şikayəti, tələbi yoxdur. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin qarşısında yəni, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 19 ünvanında «Ətir, Bijuteriya və mobil telefon aksesuarları» mağazasını işlədir. 19 noyabr 2021-ci il tarixdə o, həmişəki kimi saat 08:30-da gəlib mağazanı açmaq istərkən, mağazanın plastikdən olan giriş qapısının açıq olduğunu aşkar etmişdir. O mağazanın içərisinə daxil olub baxarkən oradan 1 ədəd «Redmi 7» markalı, 2 ədəd «Samsung» markalı, 1 ədəd «Huawey P smart 2019» markalı mobil telefonların, telefon aksesuarlarının, bijuteriyaların, qol saatlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra o DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Təxminən bir neçə dəqiqədən sonra Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları işlətdiyi mağazaya gələrək hadisəni sənədləşdirmişlər. Hadisə nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənildiyidən təqsirləndirilən şəxslərə heç bir şikayət və tələbləri yoxdur. Odur ki, təqsirləndirilən şəxslər barəsində qanunvericilik çərçivəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2021-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 19 noyabr 2021-ci il tarixdə olan oğurluq hadisəsi Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi 19 ünvanında «Ətir, Bijuteriya və mobil telefon aksesuarları» mağazasında baş vermişdir. (İ cild, i.v. 6-12) xx.xx.2021-ci il tarixli əşyanın könüllü təqdim edilməsi protokolundan görünür ki, X7 və X6 xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasından oğurluq yolu ilə ələ keçirdikləri 1 ədəd «Redmi 7» markalı, 2 ədəd «Samsung» markalı mobil telefonları, 12 ədəd telefon üçün USB naqilləri, 2 ədəd kişi qol saatı, 4 ədəd saat qolbaqları, 1 ədəd adaptor, 1 ədəd adaptor başlığı, 10 ədəd bijuteriya qadın üzüyü, 15 ədəd bijuteriya kişi üzüyü, 1 sellofan torbada üzərində hərflər olan aksesuarları könüllü olaraq təhvil vermişdir. (İ cild, i.v. 24-25) xx.xx.2021-ci il tarixli maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş vət.Zərərçəkmiş şəxs ona təqdim olunmuş 1 ədəd «Redmi 7» markalı, 2 ədəd «Samsung» markalı mobil telefonları, 12 ədəd telefon üçün USB naqilləri, 2 ədəd kişi qol saatı, 4 ədəd saat qolbaqları, 1 ədəd adaptor, 1 ədəd adaptor başlığı, 10 ədəd bijuteriya qadın üzüyü, 15 ədəd bijuteriya kişi üzüyü, 1 sellofan torbada üzərində hərflər olan aksesuarları tanıyaraq ona məxsus ünvan 4 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasından oğurlanmış əşyalar olmasını bildirmişdir. (İ cild, i.v. 45-46) xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X7 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 59) xx.xx.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X6 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 81) xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, X7 ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi ünvan 4 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasını əyani surətdə göstərmişdir. (İ cild, i.v. 92-95) xx.xx.2021-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, X6 ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi ünvan 4 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasını əyani surətdə göstərmişdir. (İ cild, i.v. 96-98) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 100-101) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X7 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin təmin edilməsindən imtina edilmiş, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İ cild, i.v. 118- 120) xx.xx.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X7 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 123-124) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 128-129) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X6 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin təmin edilməsindən imtina edilmiş, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İ cild, i.v. 146- 151) xx.xx.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X6 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 152-153) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 6/5445-9/8908 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2021-ci ilin noyabr ayına olan pərakəndə satış qiyməti ilə ekspertiza tədqiqatına təqdim edilən -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük- 10.0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük- 8.0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük 5,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük 5,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük 4,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük 5,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı 1,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük 8,0 manat, -02 ədəd metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük 8,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük 10,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük 10,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük 8,0 manat, -02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük 8,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük 5,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızı rəngli hissəsi olan üzük 4,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük 4,0 manat, -01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük 2,0 manat, -02 ədəd 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük 6,0 manat qiymətləndirilir. Tədqiqata təqdim edilmiş məmulatların metalı dəmir əsaslı ərintidən və qiymətsiz əlvan metal ərintisindən hazırlanmışdır, ümumi çəkiləri 159,45 qramdır, məmulatların bəziləri üzərində olan daş-qaşlar qiymətli daş-qaşlara aid deyil. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim edilmiş məmulatların 2021-ci ilin noyabr ayına olan pərakəndə satış qiyməti ilə ümumi dəyəri təxminən 111,0 manat müəyyən edilir. (İ cild, i.v. 171-174) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (İ cild, i.v. 180) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/8933-5/1378 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ekspertiza tədqiqatına təqdim edilən -01 ədəd istifadə edilmiş Çin istehsalı “Samsung” markalı “ SM-G355H/DS” modelli mobil telefon ehtiyyat hissəsi kimi 20 manat, -01 ədəd istifadə edilmiş “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon ehtiyyat hissəsi kimi 25 manat, -01 ədəd istifadə edilmiş, “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon ehtiyyat hissəsi kimi 25 manat, -01 ədəd istifadə edilməmiş üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı 7 manat, -01 ədəd istifadə edilməmiş üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı 6 manat, -04 ədəd istifadə edilməmiş “AUX” başlıqlı naqillər bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat, -01 ədəd istifadə edilməmiş ağ rəngli, Çin istehsallı, üzərində “EP-TA600” yazısı olan adapter başlığı 5 manat, -01 ədəd istifadə edilməmiş, Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter 5 manat, -04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər ( göy və qara rəngli) bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 20 manat, -04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər bir ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 12 manat -02 ədəd istifadə edilməmiş gümüşü rəngli qol saatı kəmərləri bir ədədinin qiyməti 6 manat olmaqla ümumilikdə 12 manat, -02 ədəd istifadə edilməmiş qızılı rəngli qol saatı kəmərləri bir ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 10 manat, -01 ədəd istifadə edilməmiş sarı rəngli qol saatı kəməri 1 manat, -1700 ədəd istifadə edilməmiş üzərində hərfləri olan aksessuarlar (muncuqlar) bir ədədinin qiyməti 0.05 qəpik olmaqla ümumilikdə 85 manat olaraq müəyyən edilir. Ümumilikdə qiymətləri 245,00 manatdır. -01 ədəd istifadə edilmiş vəziyyətdə “Huawey P smart 2019” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla qiyməti nəzəri qaydada hesablanmaqla 120 manat müəyyən edilir.
1. Təqdim edilmiş bir ədəd arxa məlumat lövhəsinə görə Samsung markalı “ SM- G355H/DS” modelli, bir ədəd arxa məlumat lövhəsinə görə Samsung markalı SM- J320F/DS modelli və bir ədəd arxa məlumat lövhəsinə görə “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmayıb, istifadəyə yararlı deyildirlər. Təqdim edilmiş səkkiz ədəd “USB” başlıqlı naqil, bir ədəd ağ rəngli adapter başlığı və bir ədəd qara rəngli “CY-2020” modelli adapter hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdırlar.
2. Aparılmış sənədlərin texniki ekspertizasının tədqiqatının nəticələri nəzərə alınmaqla və tədqiqata təqdim edilmiş 14 adda malların 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 245,00 manat müəyyən olunur. -analoji mallara müvafiq olaraq tədqiqata təqdim edilməyən bir ədəd “Huawey P smart 2019” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 120,00 manat müəyyən edilir.(İ cild, i.v. 185-187) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.1 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə xx.xx.2015-ci il tarixli hökmdən 177.2.4-cü maddə xaric edilməklə CM-in 170.1 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ cild, i.v. 190-191, 244-261) xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs tutularaq Binəqədi RPİ-nin 40-cı PB-ə gətirilmişdir. (İ cild, i.v. 195) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək, icraata qəbul edilmişdir. (İ cild, i.v. 197) xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanması protokolundan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq edərək oğurluq etdiyi ünvan 4 ünvanda yerləşən «Ətir, bijuteriya və mobil telefon aksesuarları» mağazasını əyani surətdə göstərmişdir. (İ cild, i.v. 202-203) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 214-216) xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, Binəqədi RPİnin MSY-dən azad edilmiş və sonuncu barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 233-236) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 241) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 242) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə bir sıra istintaq materiallarında X3 adı Asif kimi qeyd edilsə də, onun doğum haqqında şəhadətnaməsinə uyğun olaraq adı X1 qeyd edilmişdir. (İİ cild, i.v. 1-10) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. (İİ cild, i.v. 13-15) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmişdir. (İİ cild, i.v. 24-26) xx.xx.2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, istintaqa təhvil verilməklə müvafiq rəyləri alınaraq dəyərləri müəyyən edilmiş 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük,02 ədəd metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızırəngli hissəsi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük, 02 ədəd 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük, 01 ədəd istifadə edilmiş Çin istehsalı “Samsung” markalı “ SM-G355H/DS” modelli mobil telefon ehtiyyat hissəsi, 01 ədəd istifadə edilmiş “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilmiş, “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilməmiş üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı, 01 ədəd istifadə edilməmiş üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı, 04 ədəd istifadə edilməmiş “AUX” başlıqlı naqillər, 01 ədəd istifadə edilməmiş ağ rəngli, Çin istehsallı, üzərində “EP- TA600” yazısı olan adapter başlığı, 01 ədəd istifadə edilməmiş, Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter, 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər ( göy və qara rəngli), 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər 02 ədəd istifadə edilməmiş gümüşü rəngli qol saatı kəmərləri, 02 ədəd istifadə edilməmiş qızılı rəngli qol saatı kəmərləri, 01 ədəd istifadə edilməmiş sarı rəngli qol saatı kəməri, 1700 ədəd istifadə edilməmiş üzərində hərfləri olan aksessuarlar (muncuqlar) cinayət işi üzrə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. (İİ cild, i.v. 1-10, 43-44) Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022,xx.xx.2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə barədə qərar qəbul olunmuşdur. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvanı dəqiq göstərilmədiyindən və göstərilən əlaqə nömrəsinə zəng çatmadığından həmin şəxsin yerini müəyyən edib məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 1(001)- 288/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər X7, Təqsirləndirilən şəxs və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin icraatından, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi ayrılmış və həmin iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən xx.xx.2023-cü il tarixdə Binəqədi rayon Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılaraq məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli hökmü ilə X7, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hər biri 1 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddələrinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddələrinə əsasən törətdiyi cinayət əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddələrinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə X5 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, X4 barəsində ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 gün müddət nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Məscidin yanı adlanan ərazidə nömrəsiz fərdi evi axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. X4 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəzanın icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. X6 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin X6 və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi nəzərə alınmalıdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük,02 ədəd metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızırəngli hissəsi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük, 02 ədəd 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük, 01 ədəd istifadə edilmiş Çin istehsalı “Samsung” markalı “ SM-G355H/DS” modelli mobil telefon ehtiyyat hissəsi, 01 ədəd istifadə edilmiş “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilmiş, “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilməmiş üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı, 01 ədəd istifadə edilməmiş üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı, 04 ədəd istifadə edilməmiş “AUX” başlıqlı naqillər, 01 ədəd istifadə edilməmiş ağ rəngli, Çin istehsallı, üzərində “EP- TA600” yazısı olan adapter başlığı, 01 ədəd istifadə edilməmiş, Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter, 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər ( göy və qara rəngli), 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər 02 ədəd istifadə edilməmiş gümüşü rəngli qol saatı kəmərləri, 02 ədəd istifadə edilməmiş qızılı rəngli qol saatı kəmərləri, 01 ədəd istifadə edilməmiş sarı rəngli qol saatı kəməri, 1700 ədəd istifadə edilməmiş üzərində hərfləri olan aksessuarlar (muncuqlar) saxlanması üçün sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddələrində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddələrinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddələrində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, “Məscidin yanı” adlanan ərazidə nömrəsiz fərdi evi axşam saat 22:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin X6 və X2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi nəzərə alınsın. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,61 qram çəkidə sarı-gümüşü rəngli metaldan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,61 qram çəkidə sarırəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 10,99 qram çəkidə gümüşü rəngli metaldan üzərində qəhvəyi rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 8,31 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli qaş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 4,39 qram çəkidə qara rəngli metaldan üzərində zəhcir toxunuşlu elementi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 5,04 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 2,10 qram çəkidə sarı rəngli metaldan sırğa tayı, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 4,18 qram çəkidə gümüşü rəngli metaldan naxışlı üzük,02 ədəd metalıdəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 16,23 qram çəkidə üzərində müxtəlif rəngli qaşları olan sarı rəngli metaldan olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 21,30 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli daşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, qaşı qiymətli daşlara aid olmayan, 14,34 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ şəffaf rəngli qaşları olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 14,15 qram çəkidə gümüşü rəngli metaldan üzərində ulduz formalı elementləri olan üzük, 02 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 8,93 qram çəkidə sarı rəngli metaldan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 8,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində yaşıl rəngli daş olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 12,36 qram çəkidə sarı rəngli metaldan üzərində qırmızırəngli hissəsi olan üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, daşı qiymətli daşlara aid olmayan, 7,14 qram çəkidə gümüşü rəngli metaldan üzərində ağ və qara şəffaf rəngli qaşları olan ikili üzük, 01 ədəd metalı dəmir əsaslı ərintidən hazırlanmış, 5,12 qram çəkidə gümüşü rəngli metaldan üzərində qara rəngli hissəsi olan üzük, 02 ədəd 2,48 qram çəkidə yaşıl və ağ rəngli qeyri metaldan üzük, 01 ədəd istifadə edilmiş Çin istehsalı “Samsung” markalı “ SM-G355H/DS” modelli mobil telefon ehtiyyat hissəsi, 01 ədəd istifadə edilmiş “Samsung” markalı, “SM-J320F/DS modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilmiş, “Xiaomi Redmi” markalı “M1903C3EG” modelli mobil telefon ehtiyyat hissəsi kimi, 01 ədəd istifadə edilməmiş üzərində “Rolex” yazısı olan qızılı rəngdə qol saatı, 01 ədəd istifadə edilməmiş üzərində “Ulysse Nardin” yazısı olan gümüşü rəngdə qol saatı, 04 ədəd istifadə edilməmiş “AUX” başlıqlı naqillər, 01 ədəd istifadə edilməmiş ağ rəngli, Çin istehsallı, üzərində “EP- TA600” yazısı olan adapter başlığı, 01 ədəd istifadə edilməmiş, Çin istehsalı qara rəngli üzərində “CY-2020” yazısı olan adapter, 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər ( göy və qara rəngli), 04 ədəd istifadə edilməmiş “USB” başlıqlı naqillər 02 ədəd istifadə edilməmiş gümüşü rəngli qol saatı kəmərləri, 02 ədəd istifadə edilməmiş qızılı rəngli qol saatı kəmərləri, 01 ədəd istifadə edilməmiş sarı rəngli qol saatı kəməri, 1700 ədəd istifadə edilməmiş üzərində hərfləri olan aksessuarlar (muncuqlar) saxlanması üçün sahibi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddələrində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Mahirə Kərimova