Məhkəmə qərarları › İş №1(001)-85/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-85/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-85/2024 12.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi inzibati bina ev 1-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,523 qram çəkidə psixotrop maddə olan metamfetamini 15 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, 04 may 2023-cü il tarixdə saat 20:40-da Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3ında yerləşən həmin polis bölməsinə aparılıb üzərinə həmin gün saat 23:00-da şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,523 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında istintaqa məlum olmayan şəxsdən 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,148 qram psixotrop maddə olan metamfetamini 01 ədəd bükümdə alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 16:30-da Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3ında yerləşən həmin polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,148 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilməyərək göstəmişdir ki, heç bir yerdə işləmir.Təxminən 11 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir.Lakin o, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs hər iki epizod üzrə özünü təqsirli bilmir. O, bildirmişdir ki, psixotrop maddələrdən istifadə etsə də, saxlanılan zaman hər iki epizod üzrə üzərində heç bir psixotrop maddə olmamış və həmin gün istifadə də etməmişdir.Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, əməlində cinayət tərkibi olmadığından ona bəraət verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, 04 may 2023-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop vasitə əldə etməsi və üzərində psixotrop maddələr əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə onun və Binəqədi RPİ-nin 43-cü PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır.Daha sonra 04 may 2023-cü il tarixdə saat 20:40 radələrində daxil olmuş məlumat əsasında ünvan 1-ün yanında məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır.Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsə barəsində psixotrop maddə ilə əlaqədar şübhə yarandığı üçün üzərinə baxış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Orada xidməti otaqların birində saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaların təqdim etməsi təklif olunarkən həmin şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs cibindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda həmin bükümdə “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin “patını” həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi qəsəbəsində olan “Mərkəz” deyilən ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü qablaşdırılıb götürülmüşdür Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmış, protokol tərtib edilərək o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, 11 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat əsasında raportla PB rəhbərliyinə məruzə olunmuş, o və Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 11 iyul 2023-ci il tarixdə saat 16:30 radələrində ünvan 2 ünvanının yaxınlığında əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır.Həmin şəxsə özlərini təqdim etmiş və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına dəvət etmişlər.Təqsirləndirilən şəxs razılaşaraq onlarla birlikdə Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gəlmişdir.Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir.Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Sonra xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Həmin 01 ədəd şəffaf rəngli büküm açıldıqda içində ağ rəngli, kristalşəkilli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində başqa qanunsuz əşya və yaxud predmet yoxdur.Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin heç bir əşya yaxud predmet aşkar edilməmişdir.Sorğu zamanı aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristalşəkilli maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 11 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilən metamfetaminə bənzər maddə boş zərfə qoyularaq möhürlənmişdir.Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 eyni məzmunlu ifadə verərək, Şahid3 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 04 may 2023-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop vasitə əldə etməsi və üzərində psixotrop maddələr əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə onun və Binəqədi RPİ-nin 43-cü PB-nin polis sahə inspektoru polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra 04 may 2023-cü il tarixdə saat 20:40 radələrində daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 87,ev 314-ün yanında məlumatda göstərilən Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır.Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir.Həmin şəxsə barəsində psixotrop maddə ilə əlaqədar şübhə yarandığı üçün üzərinə baxış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə dəvət etmişlər.Orada xidməti otaqların birində saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində olan əşyaların təqdim etməsi təklif olunarkən həmin şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoymuşdur.Bundan sonra Təqsirləndirilən şəxs cibindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüdə nə olduğu soruşulduqda həmin bükümdə “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin “patını” həmin gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi qəsəbəsində olan “Mərkəz” deyilən ərazidə tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü qablaşdırılıb götürülmüşdür Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmış, protokol tərtib edilərək o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahid ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2600 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN-in zərflər üçün 243 №-li dairəvi möhür əksi olan ,”Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,523 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələri”-in siyasına (siyahı 1) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/2600 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN-in zərflər üçün 243 №-li dairəvi möhür əksi və Təqsirləndirilən şəxs-imza, İştirakçılar-üç imza, Təhqiqatçı: R.Xanbabayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 1,148 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələri”-in siyasına (siyahı 1) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə narkoloji ekspertizasının 26 iyul 2023-cü il tarixli, 4723 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimiyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfındən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təsdiqini tapır. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalı, cəza təyin edilərkən cinayətin xarakteri, ağırlıq dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etmələri tövsiyə edilmişdir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetaminin miqdarı hər iki epizod üzrə şəxsi istehlak miqdarından artıq olmuşdur. Onun psixotrop maddənin şəxsi istehlak miqdarından artıq olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəzaya uyğun cəza təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması ilə nəticələnə və cəzanın fərdiləşdirilməsi prinsipinə zidd ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətinin xarakteri, ağırlıq dərəcəsi, üzərindən aşkar olunmuş psixotrop maddələrin miqdarı nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal cinayətin təkrar törədilməsidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 234.1-ci maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il, saat 21.20 radələrindən 06 may 2023-cü il, saat 11.55 radələrinədək tutulduğu müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan Binəqədi RPİ-nin 43cü PB-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən tərtib olunmuş 04 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə saat 21.20 radələrində tutulmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən qəbul olunmuş 06 may 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, 06 may 2023-cü il tarixdə azad edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, AR CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli o, tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-739/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına sasən Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetməmin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunduğundan təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkdiyinə görə ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və o qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa, CMP-nin 353.4.10-cü maddəsinə əsasən iş üzrə iki ekspertizanın keçirilməsi üçün məhkəmə xərci 157 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, CPM-nin 353.5.5-ci maddəsinə əsasən iş üzrə üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan psixotrop maddə olan 1,098 qram metamfetamin qalığı və 1,473 qram metamfetamin qalığı məhv edilməlidir. İş üzrə maddi sübut - 02 ədəd təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinə dair görüntüləri özündə əks etdirən DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 27 saat hüquqi xidmətin dəyəri 162 manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdən 06 may 2023-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Binəqədi RPİ-də saxlanılan 1,098 qram metamfetamin qalığı və 1,473 qram metamfetamin qalığı məhv edilsin. İş üzrə maddi sübutlar - 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış iki ekspertiza tədqiqatının dəyəri 157 (yüz əlli yeddi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 27 saat hüquqi xidmətin dəyəri 162 (yüz altmış iki) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ******************** S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar