Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-86/2022 06.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1989-cu il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Cümə məscidinin yaxınlığında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdə şəxsiyyəti istintaqa Vüsal adı ilə məlum olan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə heroini 50 manata şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. O, 25 avqust 2021-ci il tarixdə saat 17:10 radələrində həmin narkotik vasitəni üzərində daşıyarkən, Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən korpus 104-də saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına aparılaraq saat 18:50-də orada üzərinə baxış keçirilən zaman onun əlində olan qara rəngli çantanın içərisində olan gümüşü rəngli siqaret qutusunun içərisindən üç ədəd şəffaf rəngli sellofan bükülüdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,307 qram, 0,377 qram və 0,340 qram olmaqla, ümumi təmiz çəkisi 1,024 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir ilə yaxın müddətdir ki, naroktik vasitə hesab edilən heroindən istifadə edir, 25 avqust 2021-ci il tarixdə saat 17:10 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən korpus 104-də piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 43-cü PB-yə dəvət etmişlər, onun razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmış, orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifləri izah edilərək video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əlində olan qara rəngli çantanın içərisindən bir ədədd göy rəngli “POCO” markalı mobil telefonu, bir ədəd qara rənglu pul kisəsini, bir ədəd gümüşü rəngli siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmiş, ondan sonra onun qara rəngli şalvarının ciblərini açmağı tələb olunduqda, şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamış, onun masanın üzərinə qoyduğu qara rəngli pul kisəsi iştirakçılar tərəfindən açılaraq içərisi boşaldılan zaman pul kisəsindən 5 manatlıq pul əskinası, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi aşkar olunmuş, daha sonra masanın üzərinə qoyduğu gümüşü rəngli siqaret qabı açılaraq içərisinə baxılan zaman içərisindən 5 ədəd siqaret dənəsi və içərisində qəhvəyi rəngli kütlə olan 3 ədəd şəffaf rəngli selofan bükülü aşkar olunmuş, ondan şəffaf rəngli sellofan bükülülərdəki qəhvəyi rəngli kütlənin nə olduğu soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin narkotik vasitəni həmin gün polis əməkdaşları tərəfindən yaxalanmazdan az əvvəl Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən korpus 104-də yaşayan Şahid3 50 manata, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə xx xxxxxxxx 1989-cu ildə ünvan 5 ünvanında qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri Cümə məscidinin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narktik vasitə əldə edərək üzərində gəzdirməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuş, daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, bölmənin sahə inspektoru, polis mayoru Şahid1 ibarət olmaqla əməliyyat qrupu təşkil olunmuş, bundan sonra Tofiqlə birlikdə məlumat əsasında həmin tarixdə saat 17:10 radələrində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən korpus 104-də məlumatda əlamətləri uyğun gələn və xarici görünüşcə Qəribə oxşar şəxsi saxlamışlar, saxlanan şəxsdən kimliyi soruşulduqda o, özünü Abşeron rayonu Xırdalan şəhəri Cümə məscidinin yaxınlığında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Qəribə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, həmin yerdə isə şərait olmadığından polis bölməsinə getməklərini, polis bölməsində videokameradan istifadə etməklə videoçəkiliş altında onun üzərinə şəxs axtarış keçiriləcəyi bildirmiş, Qərib heç bir etirazının olmadığını bildirmiş, birlikdə Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə hüquq və vəzifələri izah edilərək, üzərinə şəxsi axtarış və götürmə aparılması barədə mövcud qərarla tanış edilərək, videoçəkiliş aparılacağı bildirilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, vətəndaş Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən bir ədəd göy rəngli «POCO» markalı mobil telefonu, bir ədəd qara rəngli pul kisəsi, bir ədəd gümüşü rəngli siqaret qoymaq üçün nəzərdə tutulmuş qabı çıxarıb masanın üzərinə qoymuş, masanın üzərinə qoyulmuş pul kisəsinin içərisindən 5 manatlıq pul əskinazı, Qəribin özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, gümüşü rəngli siqaret qabı açılaraq içərisinə baxılan zaman içərisindən 5 ədəd siqaret dənəsi və içərisində qəhvəyi rəngli kütlə olan 3 ədəd şəffaf rəngli sellofan bükülü aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs şəffaf rəngli sellofan bükülülərdəki qəhvəyi rəngli kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni həmin gün, tərəflərindən yaxalanmamışdan az əvvəl Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi 3-cü mədən korpus 104-də yaşayan Şahid3dan 50 (əlli) manata şəxsi istifadəsi üçün aldığını və həmin andan üzərində saxlayıb gəzdirdiyini bildirmiş, bundan sonra Qəribdən üzərində hər-hansı başqa bir qanunsuz əşyanın olub-olmaması soruşuldu, o, üzərində başqa bir qanunsuz əşya olmadığını bildirmiş, daha sonra Qərib Nəribovun üzərinə şəxsi axtarış keçirilmiş, onun əynində olan şalvarın cibindən heç bir qanunsuz əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülülərin içərisində olan narkotik vasitələrin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 243 saylı möhür əksi ilə möhürlənərək zərfin üzəri Qəribin özü və iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, bütün görülmüş hərəkətlər müvafiq qaydada sənədləşdirilərək protokol tərtib olunmuş, ucadan oxunmuş və protokolun düzgünlüyünü Təqsirləndirilən şəxs və digər iştirakçılarla birlikdə imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı disklə ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 25.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 27.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-1224/2021 saylı, 27.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs saxlanılması ilə əlaqədar əməliyyat tədbirlərinin qanuniliyi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-898/2021 saylı, 27.08.2021-ci il tarixli qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbsetmənin əvvəli 25.08.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 26.08.2021-ci il tarixli, 6/3704 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, AR DİN “Zərflər üçün №213” möhür əksi və “........4 imza Alıyev.F” yazı və imzalar olan zərfdəki hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,307 qr, 0,377 qr və 0,340 qr 03 ədəd bükümdə təmiz çəkisi ümumi 1,024 qr qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş” Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 25.10.2021-ci il tarixli 4130 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində 27.08.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25.08.2021-ci il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 25.08.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 88.70 manat (səksən səkkiz manat 70 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,964 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-86/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-86/2022
06.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver