Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-86/2025 07.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ünvanında nömrəsiz fərdi evdə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 30 noyabr 2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,482 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metaıufetamini bir ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 30 noyabr 2023-cü il tarixdə saat 15:40-da Bakı'şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1- ci Mədən, korpus 10 ünvanında nömrəsiz fərdi evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 16:35-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,482 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa o, 29 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,614 qram ağ rəngli kristallik kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd şəffaf rəngli sellofan bükümündə əldə edərək əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlamaqla üzərində daşımış, 29 aprel 2024-cü il tarixdə saat 19:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə yerləşən “Qədir Xum” adlı restoranın yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 21:20də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,614 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 30 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata psixotrop maddə metamfetamin əldə etmişdir. Həmin psixotrop maddəni sonradan istifadə etmək məqsədilə şalvarının cibinə qoyaraq üzərində saxlayıb daşımışdır. Lakin xx.xx.2023-ci il tarixdə saat 15:40 dəqiqədə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ünvanında nömrəsiz fərdi evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb 43-cü polis bölməsinə aparmışlar. Bölmədə keçirilmiş şəxsi axtarış zamanı üzərində olan psixotrop maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qəbirstanlığın” yaxınlığında olan zaman bir nəfər tanımadığı şəxsdən 20 manat müqabilində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin əldə etmişdir. Həmin psixotrop maddəni sonradan istifadə etmək üçün şalvarının sol cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 19:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan yerdə yerləşən “Qədir Xum“ adlı restoranın yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə aparmışlar. Bölmədə polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, həmin zaman üzərində olan 01 ədəd bükümdə olan psixotrop maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Verilmiş suallara cavab olaraq saxlanılarkən və polis bölməsində olarkən ona qarşı hər hansı psixi və ya fiziki təziq olmamışdır. Təqsirləndirilən şəxs son sözündə sonuncu səfər ikinci dəfə tutularkən psixotrop maddə istifadə etdiyini, iyun ayından etibarən hər hansı narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini, törətdiyi əməldən çox peşman olduğunu, artıq istifadə etmədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş edirəm. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək üzərində saxlayaraq gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında 29 aprel 2024-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Mərkəz” adlanan ərazidə yerləşən “Qədir Xum” adlı restoranın yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq polis bölməsinə gətirmişlər. Polis bölməsində video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o üzərində olan metamfetamini çıxarıb təqdim edərək həmin metamfetamini xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qəbirstanlığın” yaxınlığında tanımadığı şəxsdən 20 manata istifadəsi üçün əldə etdiyini bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlayarkən və polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təziq olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və narkotik vasitə əldə edərək üzərində saxlayaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Binəqədi RPİ-nin 43-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə xx.xx.2023-ci il tarixdə saat 15:40 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ünvanında nömrəsiz fərdi evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Binəqədi RPİnin 43-cü PB-nə aparmışlar. Bölmədə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində olan metamfetamini təqdim edərək həmin metamfetamini Xırdalan şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlayarkən və Polis bölməsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi təziq olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid4 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 16:20-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2023-cü il saat 15:40-dan hesablanmışdır. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi, bükülü elektron tərəzidə çəkilmiş, 0.52 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 243 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində tanımadığı şəxsdən 10 (on) manat müqabilində aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/6229 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 243” dairəvi möhür əksləri, “..(imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,482 qram ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiata 0,482 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,432 qram geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis kapitanı Ruhid Yaqublu barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxlayaraq gəzdirdiyi bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir, sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, üzərindən, aşkar olunaraq götürülmüş kütlə “metamfetamin” kimi tanıdığı psixotrop maddədir, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adma parkın yaxınlığında tanımadığı şəxsdən 10 (on) manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0.52 qram olduğu müəyyən edilir və daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd sellofan büküm qablaşdırılaraq kağız zərfə qoyulur və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunur. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək sonuncu Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Axtarışda olanın tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, faktı görə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində saat 20:50-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il saat 19:30-dan hesablanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyalar olduğu halda təqdim edilməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək masanın üzərinə qoymuş, bundan sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli sellofana bükülmüş kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 243 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş bükümün özünə məxsus olduğunu, həmin bükümün içərisində olan kütlənin “Patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 29 aprel 2024-cü il tarixdə saat 11:00 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində tanımadığı şəxsdən 20 (iyirmi) manat müqabilində, istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşımasını və ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/2364 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd polietilen paketdə 1 (bir) ədəd şəffaf rəngli selofan bükümdə təmiz çəkisi 0,614 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiata 0,614 qram maddə qəbul edilmiş, 0,050 qram nümunə götürülmüş, 0,564 qram geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, ********* saylı və ********* saylı cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 il, 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun əməli AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü madələrinə tövsif edilərək cəzası 4 il 3 aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2016-cı il tarixli 1101)-818/2016 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2016-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsili bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə czasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 iyul 2015-ci il tarixdən 28 aprel 2016-cı il tarixədək həbsdə olduğu 09 ay müddət nəzərə alınaraq həmin hökmlə təyin edilmiş cəzasına hesablanmaqla qəti olaraq 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 16 iyun 2016-cı il tarixdən hesablanmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarının sürətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2016-cı il tarixli hökümünə əsasən Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsili bilinərək məhkum edilmiş Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə tövsif edilmiş, ona təyin edilmiş cəza azaldılaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Ciunayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası xsaxlanılmışdır. Bakı Aperllyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 7(103)-1109/2018 saylı qərarının surətindən görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilərək Təqsirləndirilən şəxs həmin qərarla müəyyən edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 28 iyul 2015-ci il tarixdən 28 aprel 2016-cı il tarixədək həbsdə olduğu 9 ay nəzərə alınaraq və ona həmin qərarla müəyyən edilmiş cəzasına hesablanmaqla üzərində çəkməsi üçün 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2024-cü il tarixli, 1719 saylı ambulator X1 rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicǝyǝ ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru mayoru Aqil Cəfərov barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlayaraq gəzdirdiyi 01 ədəd şəffaf sellefona bükülmüş kütləni təqdim edir,sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar olunaraq götürülmüş kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Qəbirstanlığın” yaxınlığında tanımadığı şəxsdən 20 (iyirmi) manat müqabilində satış məqsədi olmadan şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün təxmini çəkisi elektron tərəzidə ölçülən zaman 0.68 qram olduğu müəyyən edilir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 01 ədəd büküm qablaşdırılaraq kağız zərfə qoyulur və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunur. Bundan başqa videoçəkilişə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin çəkilişdə əksini tapmış xüsusatlar təhqiqatçı Aqil Cəfərov tərəfindən tərtib edilmiş 01 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokolda öz əksini tapmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək sonuncu Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış müvafiq olaraq 0,432 qram metamfetamin və 0,564 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərini əks etdirən iki ədəd disk maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında maddi sübut kimi tanınmış hər iki diskə baxış keçirilmiş və disklərdə olan video-görüntülərin müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar ilə uyğunluq təşkil etdikləri müəyyən edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun barəsində CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 24-cü bəndinə qeyd olunur ki, CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən onun səmimi ifadə verməklə törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamış, iş üzrə bütün xüsusatları göstərmiş, sonuncu dəfə tutulduqdan sonra narkotik vasitələr və ya psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin sonuncu dəfə tutulduqdan sonra qadağan edilmiş vasitələrdən isifadə etməməsi barədə bildirdiklərinə inanır. Belə ki, o, hər iki epizod üzrə ona qarşı verilmiş ittihammda özünü təqsili bilərək səmimi ifadələr vermişdir. Məhkəmə hesab edir ki, hər iki epizod üzrə özünü təqsirli bilərək ətraflı ifadə vermiş şəxsin hazırda qadağan edilmiş vaistələrdən istifadə etməməsi barədə bildirdikləri də həqiqətə uyğundur və törətdiyi əmələ tənqidi yanaşmasının təzahürüdür. Məhkəmə CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq cinayətlərin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmçinin CM-nin 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Göründüyü kimi Təqsirləndirilən şəxs 30 noyabr 2023-cü il tarixdə AR CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, həmin cinayətə görə məhkum olunmamış, cinayət məsuliyyətindən azad edilməmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş 29 aprel 2024-cü il tarixdə yenidən AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Buna görə də, Təqsirləndirilən şəxs əməli cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2016-cı il tarixli 1101)-818/2016 saylı hökmü ilə Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 28 iyul 2015-ci il tarixdən 28 aprel 2016-cı il tarixədək həbsdə olduğu 09 ay müddət nəzərə alınaraq həmin hökmlə təyin edilmiş cəzasına hesablanmaqla qəti olaraq 08 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə onun əməli həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, ona təyin edilmiş cəza azaldılaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2018-ci il tarixli 7(103)- 1109/2018 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzası 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 28 iyul 2015-ci il tarixdən 28 aprel 2016-cı il tarixədək həbsdə olduğu 9 ay nəzərə alınaraq və ona həmin qərarla müəyyən edilmiş cəzasına hesablanmaqla üzərində çəkməsi üçün 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməyə görə məhkumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə daha əvvəl məhkum olunduğu cəzadan xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunduğundan onun həmin əmələ görə məhkumluğu ödənilmişdir. Hazırkı cinayət əməllərini isə o məhkumluğu ödənildidkən sonra, yəni müvafiq olaraq xx.xx.2023cü il və xx.xx.2024-cü il tarixlərdə törətdiyindən onun əməlində cinayətlərin residivi mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin təyin etməklə cəzanın məqsədinə çatmaq mümkün olduğundan, ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, yuxarıda göstərilən cəzasını yüngülləşdirən, eləcə də cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda onu da qeyd etməyi zəruri hesab edir ki, CM-in 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi 3 (üç) ildir və Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi nəzərə alınmaqla onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırlması cəzasını yuxarı həddə təyin ediməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hazırda yaşayış yeri olan olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmədə təqdiq iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün müddət olmaqla ümumilikdə 6 gün müddət şübhəli və təqsiləndirilən şəxs qismində tutulmuşdur. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu ümumilikdə 6 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanununi qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi çəkiləri 0,564 qram və 0,432 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. xx.xx.2024-cü il tarixli, 1719 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 35 (otuz beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 282-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulmuş olduğu ümumilikdə 6 (altı) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il, 11 (on bir) ay, 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 10 ünvanında yerləşən yaşayış yerini gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, qeydiyyat yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,564 qram və 0,432 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-86/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-86/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver