Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-87/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı övladı olan, orta təhsilli, işləməyən,əvvəllər məhkum olunmamış,Laçın rayonu, Qarakeçdi rayonunda qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsə zor tətbiq etməklə müşayiət olunan qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 dekabr 2019-cu il tarixdə saat 22.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsində yerləşən «İstisu» kafesinin həyətində Zərərçəkmiş şəxs yaxınlaşıb bir qədər əvvəl sonuncunun Şahid1 ilə birlikdə «Dostlar» kafesində hesabı vermədiklərini bəhanə edib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə ifadə olunan hərəkətlər edərək ictimai yerdə heç bir əsaslı səbəb olmadan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir etməklə üzərində zor tətbiq edib əl zərbəsi ilə vurub yerə yıxaraq başın alın nahiyəsindəki əzilmiş-cırılmış yara xəsarəti ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.1 -ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsinin yaxınlığında yerləşən «Dostlar» kafesini əmisi icarə əsasında işlətmiş, o da həmin kafenin inzibatçısı olmuşdur.Kafedə demək olar ki, tək işləmiş, müştəri elə də çox olmadığından arada bir ofisiant da çağırmışdır. O həm müştərilərə qulluq etmiş, həm də müştərilərin hesablarını yığmışdır. Belə ki, müştərilərə əsasən çay, pivə, bundan əlavə yemək, kofe də verilirdi.Xırdalan dairəsindəki Yol genişləndirildiyi üçün həmin kafe plana düşdüyündən hazırda fəaliyyət göstərmir.xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində həmin kafeyə Faiq və yanında bir nəfər şəxs gəlib əyləşmişdirlər.Belə ki, Faiq kafenin daimi müştərisi olmuşdur.Onlar çıxıb gedəndə sonra o da onların arxasınca getmiş, çünki onlar dünən də hesabı verməmişdirlər. Faiq və yanındakı şəxs İstisu kafesinin həyətinə keçmişlər.Dostlar kafesinin həyətindən İstisu kafesinə çıxış vardır. Onları İstisu kafesinin həyətində tutub saxlayaraq demişdir ki, hesabınızı niyə verməmisiniz.Faiq isə onun stolu səhv saldığını, hesabı verdiklərini bildirmişdir.O isə cavabında Faiqə demişdir ki, stolu səhv salmayıb, pulu versin. Belə ki, onların həmin gün 7 manat, dünənki gün isə 19 manat kafeyə borcu qalmışdır.O, Faiqə ümumilikdə 26 manat borclarının qaldığını bildirmişdir. Bu zaman Faiqin yanındakı şəxs onu qucaqlayıb Dostlar kafesinə dartmaq istəmişdir.Bu zaman o, Faiqdən yenidən pulunu istəmişdir.Faiq pulu verməyəcəyini deyərək bildirmişdir ki, onun kafeyə heç bir borcu yoxdur. Həmin vaxt o Faiqə pulu qaytarmasını tələb etmişdir.Bu zaman o, Faiqi əli ilə itələyəndə Faiq üzü üstə yerə yıxılmışdır. Bundan sonra, o çıxıb getmiş, sonradan isə ora gələn təcili yardım avtomobili ilə Faiqi xəstəxanaya aparmışlar.Faiqi əvvəllər yalnız müştəri kimi tanımış, belə ki, o, dəfələrlə onun kafesinə gəlib-getdikdən sonra onu tanımışdır.Orada səs-küyə ətrafa çoxlu tanımadığı şəxslər yığışmış, münaqişə təxminən 20 dəqiqə davam etmişdir.Kafe bağlandığı üçün kafenin nisyə dəftərini tullamışdır, ola bilsin ki, Faiq sonradan hesabı verdiyi üçün əlavə qeydiyyat aparmamışdır.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışdığını və ona vurulmuş ziyanı ödədiyini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, müxtəlif sexlərdə çilingər vəzifəsində çalışır. Arada bir kirayədə qaldığı evin yaxınlığında, Xırdalan dairəsində yerləşən «Dostlar» kafesinə yemək yemək üçün gedib-gəlir.Belə ki, o, bir neçə dəfə həmin kafedə yemək yemiş, kofe, pivə və çay içmişdir.Həmin kafeyə bəzən tanışları ilə, bəzən də tək getmişdir.Hal-hazırda, həmin kafe fəaliyyət göstərmir, belə ki, həmin ərazidə magistral avtomobil yolu genişləndirildiyi üçün həmin kafe plana düşmüş və sökülmüşdür.Lakin həmin kafeyə bitişik olan İstisu kafesi, hal-hazırda da fəaliyyət göstərir.27 dekabr 2019-cu il tarixdə axşam saat 21:00 radələrində o tanışı Xəqani ilə Dostlar kafesinə getmişlər.O, kofe içmiş, Xəqani isə çay içmiş və çıxanda hesabı stolun üstünə qoyaraq kafedən çıxmışdırlar.Məlumat üçün bildirir ki, Dostlar kafesinə bitişik İstisu kafesi də yerləşir və Xəqani ilə İstisu kafesinin həyətindən çıxıb getmək istəyəndə arxadan onlara kafedə işləyən Əsgər adlı şəxs yaxınlaşmış və demişdir ki, guya onlar stolun hesabını verməmişdirlər.O, Əsgəri tanıyır, belə ki, Əsgər kafenin inzibatçısı işləyir.O, Əsgərə demişdir ki, içdiyi çay və kofenin pulunu vermişlər, pulu da stolun üstünə qoymuşlar. Bu zaman Əsgər demişdir ki, siz dünən də yeyib-içmisiniz və 19 manat borcunuz qalmışdır, onu da verməlisiniz.O, Əsgərə demişdir ki, yəqin stolları səhv salmısan.Belə ki, o dünən ümumiyyətlə həmin kafeyə gəlmədiklərini Əsgərə bildirmişdir.Bu zaman yanındakı Xəqani də Əsgəri qucaqlayıb «müdir sən bizim stolu başqa stolla səhv salırsan» demişdir.Lakin, Əsgər onların, guya 7 manat indi, 19 manat da dünəndən borclarının qaldığını demişdir.O, Əsgərə yaxınlaşıb onu başa salmağa çalışmışdır ki, onların stolunu başqa stolla səhv salır.Əsgər içkili olmuş və onu söyməyə başlamışdır.Əsgərin yaratdığı səs-küyə ora kənar adamlar yığışmışlar. Həmin vaxt sərxoş vəziyyətdə olan Əsgər onu tutaraq əlləri ilə itələməklə vurmuşdur.O, zərbədən üzü üstə yerə yıxılmış və başı yerə dəyməklə huşunu itirmişdir.Sonradan nə baş verdiyini xatırlamamış və ayılanda özünün X3 görmüşdür.Ona Xəqani demişdir ki, Əsgərin zərbəsindən yerə yıxılıb huşunu itirmiş və təcili yardıma zəng etdikdən sonra onu təcili yardım avtomobili ilə KTM-ə aparmışlar. Əsgəri əvvəllər tanımamış, kafedə onunla tanış olmuş, dəfələrlə onun kafesinə gəlib-getdikdən sonra onu tanımışdır.xx xxxxxx 2019-ci il tarixdə ümumiyyətlə həmin kafedə olmamış,xx xxxxxx 2019-cu il tarixində də Xəqaninin içdiyi çayın və özünün içdiyi kofenin pulunu vermişdir. Əsgər onu vurarkən ətrafda tanımadığı şəxslər yığışmışlar.Məhkəmə iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirmişdir ki, hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xırdalan dairəsinin yaxınlığında yerləşən «Dostlar» kafesini icarəyə götürüb işlətmişdir. Əsgər onun əmisi nəvəsidir.Əsgəri həmin kafeyə inzibatçı qoymuşdur.Əsgər kafedə yemək və çay sifariş edən müştərilərin pulunu yığmışdır.Belə ki, kafedə Əsgərdən başqa arada bir Sinəgül adlı qadın ofisiant kimi işləmişdir.Həmin kafedə müştərilərə əsasən çay və pivə verirdilər.Bundan əlavə yemək, kofe də verilirdi.Hal-hazırda, Xırdalan dairəsindəki Yol genişləndirildiyi üçün həmin kafe plana düşdüyündən hazırda fəaliyyət göstərmir. Özü həmin kafeyə arada bir gəlib getmişdir. Sonradan eşitmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 21:00 radələrində həmin kafeyə müştəri kimi gələn Faiq adlı şəxslə Əsgər dalaşmışdır. Əsgərdən bu barədə soruşanda ona demişdir ki, bir nəfər hesabını vermədiyi üçün onunla dalaşmışdır.O, da Əsgərə bu barədə öz iradını bildirmişdir. xx xxxxxx 2019-cu il tarixdə Əsgərlə Faiq arasındakı münaqişəni görməmişdir.Ola bilsin ki, tərəflər arasında nə isə anlaşılmazlıq baş vermiş və Əsgərə iradını bildirmişdir ki, nəyə görə başqasını ilə mübahisə etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaqa verdiyi ifadəsinə əsasən məlum olur ki, aradabir kirayədə qaldığı evin yaxınlığında , Xırdalan dairəsində yerləşən «Dostlar» kafesinə gedib gəlir.Həmin kafedə yemək də yemiş, kofe, pivə, çay da içmişdir. Həmin kafeyə tanışları ilə də, tək də gedib gəlmişdir.Hazırda həmin kafe fəaliyyət göstərmir, sökülmüşdür, onun yanındakı İstisu kafesinə gedib gəlir.27 dekabr 2019-cu il tarixdə axşam saat 21:00 radələrində o tanışı Faiqlə ilə birlikdə Dostlar kafesinə getmiş, orada çay, kofe içərək pulu stolun üstünə qoyub durmuşlar.Dostlar kafesinə bitişik olan İstisu kafesinin həyətinə keçib bayıra çıxmaq istəyəndə arxadan onlara Dostlar kafesinin müdiri Əsgər adlı oğlan yaxınlaşmışdır. Belə ki, Əsgəri Dostlar kafesinin həm müdiri, həm də hesab yığanı kimi tanımışdır. Əsgər ona demişdir ki, yeyib-içmisiniz, anacaq hesabı verməmisiniz.Onlar isə çay, kofe içib stolun hesabını verdiklərini bildirmişdir.Bu zaman Əsgər demişdir ki, siz dünən də yeyib içdiniz və 19 manat borcunuz qalmışdır, onu da verməlisiniz.Faiq Əsgərə stolları səhv saldığını, belə ki, Faiq dünən həmin kafeyə ümumiyyətlə gəlmədiyini bildirmişdir.Həmin vaxt o sərxoş olan Əsgəri qucaqlayıb “müdir sən bizim stolu başqa stola səhv salırsan” demişdir.Lakin Əsgər demişdir ki, guya 7 manat indi, 19 manat da dünəndən kafeyə borcları qalmışdır.Bundan sonra, Əsgər onları söyməyə başlamışdır.Əsgərin yaratdığı səs-küyə ora kənar adamlar yığışmışdır.Həmin vaxt sərxoş vəziyyətdə olan Əsgər Faiqi tutaraq əlləri ilə itələməklə vurmuşdur.Faiq zərbədən üzü üstə yerə yıxılaraq başı yerə dəymiş və huşunu itirmişdir.O, Faiqi yerdən qaldırmaq istəsə də, Faiq qalxa bilməmiş, buna görə də, o, təcili yardıma zəng etmişdir.Çox keçmədən təcili yardım avtomobili ora gəlmiş və Faiqi KTM-ə aparmışlar.Əlavə məlumat üçün bildirir ki, o, xx xxxxxx 2019-cu il tarixdə Dostlar kafesinə getməmiş, xx xxxxxx 2019-cu il tarixində içdikləri kofenin və çayın pulunu vermişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli məhkəməyə ünvanlanmış ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, həmin şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəlllər məhkumluğu olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya X2 Binəqədi rayon şöbəsinin 17 yanvar 2020-ci il tarixli, 30 nömrəli rəyindən görünür ki, müayinəsi aparılan 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər – başın alın nahiyəsindəki əzilmişcırılmış yara bərk küt əşyanın təsirindən xx.xx.2019-cu il tarixdə törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxə vurulmuş ziyanı ödəməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 1 (bir) azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 221.1 -ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 221.1 -ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxə vurulmuş ziyanı ödəməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini nəzərə alaraq ona ittiham elan olunmuş maddə üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalıdır.Belə ki, Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarov tərəfindən qəbul olunmuş xx xxxx 2020-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması qərara alınmışdır.Həmçinin, iş materiallarında olan axtarışda olan şəxsin könüllü gəlməsi barədə xx.xx.2020-ci il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs könüllü təslim olmuş və o, Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir.İş materiallarında olan Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarov tərəfindən qəbul olunmuş xx xxxxxxx 2020-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş və o, Binəqədi RPİ MSY-dən azad olunmuşdur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı yer üzrə Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin,Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirməlisi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut –cinayət işi üzrə görüntülərin əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – iş üzrə görüntülərin əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-87/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-87/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver