Məhkəmə qərarları › İş №1(001)-87/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-87/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-87/2022 22.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,

1. xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hüseyn Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,

2. xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işləyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə

müəyyən etdi:

1. Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs halında, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş «Emin və digər» şəxslərlə bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Məhəllə» çay evinin həyətində kafedə olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, həmin çay evini icarə əsasında işlədən Zərərçəkmiş şəxs ona kafedə ofisiant işləyən X1 nahiyəsinə sillə vurmasını irad bildirməsi səbəbindən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək sonuncunun sifət nahiyəsindən – çənəsindən yumruqla bir dəfə zərbə ilə vuraraq, xuliqanlıq niyyəti ilə ona alt çənənin sağ mental sınığı kimi, Təqsirləndirilən şəxs2, «Emin və digər» şəxslərdə həmçinin Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs sifət nahiyəsindən – çənəsindən yumruqla bir dəfə zərbə ilə vuraraq, xuliqanlıq niyyəti ilə ona alt çənənin sol mental sınığı kimi, «Emin» adlı şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən – çənəsindən yumruqla bir neçə dəfə zərbə ilə vuraraq, xuliqanlıq niyyəti ilə ona sol oynaq çıxıntısının yerini dəyişmiş sınıqları ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuş, digər şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslər isə onunla, Təqsirləndirilən şəxs2 və «Emin» adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, bədəninin müxtəlif yerlərinə təpiklə və yumruqla vuraraq, ona sol dirsək oynağında şişkinlik-əzilmiş yaralar, sağ və sol diz oynaqlarında şişkinlik-əzilmiş yaraları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, onun bu qərəzli xuliqanlıq hərəkətləri nəticəsində kafenin 500 (beş yüz) manat dəyərində qab-qacaqları sınmaqla Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan dəymiş və 20-30 dəqiqə ərzində davam etməklə «Məhəllə» çay evinin normal iş fəaliyyəti, orada olan şəxslərin rahatlığı və dincliyi pozulmuşdur.

2. Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs halında, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 23:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs1 və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş «Emin və digər» şəxslərlə bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Məhəllə» çay evinin həyətində kafedə olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, həmin çay evini icarə əsasında işlədən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 kafedə ofisiant işləyən X1 nahiyəsinə sillə vurmasını irad bildirməsi səbəbindən Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək sonuncunun sifət nahiyəsindən – çənəsindən yumruqla bir dəfə zərbə ilə vuraraq, xuliqanlıq niyyəti ilə ona alt çənənin sağ mental sınığı kimi, özü isə «Emin və digər» şəxslərlə bərabər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, Zərərçəkmiş şəxs sifət nahiyəsindən – çənəsindən yumruqla bir dəfə zərbə ilə vuraraq, xuliqanlıq niyyəti ilə ona alt çənənin sol mental sınığı kimi, «Emin» adlı şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən – çənəsindən yumruqla bir neçə dəfə zərbə ilə vuraraq, xuliqanlıq niyyəti ilə ona sol oynaq çıxıntısının yerini dəyişmiş sınıqları ilə müşayiət olunan həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuş, digər şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxs isə onunla, Təqsirləndirilən şəxs1lə və «Emin» adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, bədəninin müxtəlif yerlərinə təpiklə və yumruqla vuraraq, ona sol dirsək oynağında şişkinlik-əzilmiş yaralar, sağ və sol diz oynaqlarında şişkinlik-əzilmiş yaraları ilə müşaiyət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, onun bu qərəzli xuliqanlıq hərəkətləri nəticəsində kafenin 500 (beş yüz) manat dəyərində qab-qacaqları sınmaqla Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan dəymiş və 20-30 dəqiqə ərzində davam etməklə «Məhəllə» çay evinin normal iş fəaliyyəti, orada olan şəxslərin rahatlığı və dincliyi pozulmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən dairəsində yerləşən “Murad” şadlıq sarayının yaxınlığında olan kafeni icarə əsasında işlətmişdir. Həmin kafedə adının «Dəniz» kimi tanıdığı, lakin sonradan adının Ləman olduğunu öyrənmiş təxminən 25 yaşında olan qız ofisiant kimi işləmiş və aralarında baş verən narazılıqlardan sonra həmin qız işdən çıxmışdır. Ləman həmin kafedə işlədiyi müddət ərzində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə sevgili olmuşdur. Ləman onun yanından çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 ilə münasibətləri pozulmuşdur. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində o, işdə olduğu zaman, Ləman xatırlamadığı nömrədən onun istifadəsində olan telefonuna zəng vuraraq və mesajlar yazaraq, onu təhqir etməyə başlamışdır. O, Ləmandan harada olduğunu soruşmuş, sonuncu da Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Məhəllə” çay evində işlədiyini ona demişdir. Həmin vaxtı o, tanımadığı taksi avtomobili ilə “Məhəllə” çay evinə tək gələrək, kafeyə daxil olmuş Ləmanın qolundan tutaraq, üzündən yavaş sillə ilə vurmuşdur. Bundan sonra o, əmisi oğlu Təqsirləndirilən şəxs2 kafedə digər şəxslərlə birlikdə oturmasını görüb onların yanına getmişdir. Bu zaman sonradan adının Arzu olduğunu bildiyi şəxs, onun qoluna girərək, həmin kafeni işlətdiyini və kafesində hər hansı münaqişənin baş verməsinə yol verməyəcəyini bildirmişdir. Daha sonra o, Arzu ilə birlikdə kafedən çölə çıxmış, orada Arzunun onu vurmaq istəməsini görüb bir dəfə yumruqla Arzunun sifət nahiyyəsindən vurmuşdur. Arzu onun üzərinə gəldiyi üçün, kafedə olan tanımadığı şəxslər Arzunu yenidən tutub saxlamaq istəmiş, lakin, Arzu həmin şəxslərin ünvanına nalayiq ifadələr işlətdiyi üçün, onlar Arzunu döyməyə başlamışlar. Həmin hadisə zamanı əmisi oğlu Təqsirləndirilən şəxs2 də onun yanına gələrək Arzunu yumruqla vurmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə əsəbilərini cilovlaya bilməyib kafeyə daxil olaraq orada olan qab-qaçağı sındırmışlar. Daha sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin yerdən çıxıb getmişlər. Həmçinin ona verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı törətdiyi əməlləri etiraf etməməsinə səbəb cinayət məsuliyyətinə cəlb edilməkdən boyun qaçırmaq olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsini, sonuncunun onlarla barışaraq şikayət və tələbinin olmamasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 avqust 2021-ci il tarixdə Bakı şəhərində «Papanin» adlanan ərazidə yerləşən Hərbi Hospitala əlilliklə bağlı müraciəti ilə bağlı maraqlanmaq üçün Bakı şəhərinə gəlmişdir. Belə ki, 2-ci Vətən müharibəsində yaralandığı üçün ona əlillik dərəcəsi təyin edilməli olmuşdur. Orada işini bitirdikdən sonra əmisi oğlu Azadla telefon əlaqəsi saxlamış və Azad onun Bakı şəhərində olduğunu bilib onu işlətdiyi «Xocasən dairəsi» adlanan ərazidə «Murad» şadlıq sarayının həyətində yerləşən kiçik yay kafesinə dəvət etmişdir. Bundan sonra o, olduğu yerdən taksi sifariş edərək, Azadın işlətdiyi kafeyə getmişdir. Daha sonra o, Azadgilin evində narahatçılıq yaratmamaq üçün Azadgilə getməmiş və elə həmin kafedə gecələmişdir. Azadın işlətdiyi kafedə əvvəllər Ləman adlı qız işləmiş və o sonuncu ilə sevgili olmuşdur. Ləmanla Azadın arasında mübahisə olduğu üçün Ləman işdən çıxmışdır. Daha sonra o, Ləmanın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Məhəllə” çay evində işləməsini öyrənmişdir. 07 avqust 2021-ci il tarixdə bütün günü Azadın kafesində olmuş və axşam saatlarında tanışları ilə birlikdə “Məhəllə” çay evinə gedərək orada spirtli içki qəbul etmişdir. Təxminən saat 23 radələrində Azad həmin çay evinə gəlmiş və Ləmanın üzünə yavaş sillə ilə vuraraq onların əyləşdiyi masada əyləşmişdir. Bu zaman çay evinin sahibi kimi özünü təqdim etmiş Arzu adlı şəxs Azada yaxınlaşaraq ona nəisə demiş və onlar birlikdə çölə çıxmışlar. Bundan heç beş dəqiqə keçməmiş kafenin çölündən səs-küy gəldiyini eşidib çölə çıxmış və Azadın mübahisə etdiyini və dalaşdığını görüb onlara yaxınlaşıb Arzunu yumruqla vurmuşdur. Arzu onların üzərinə gəldiyi üçün, kafedə olan tanımadığı şəxslər Arzunu yenidən tutub saxlamaq istəmiş, lakin, Arzu həmin şəxslərin ünvanına nalayiq ifadələr işlətdiyi üçün, onlar Arzunu döyməyə başlamışlar. Bundan sonra o, Azadla birlikdə əsəbilərini cilovlaya bilməyib kafeyə daxil olaraq orada olan qab-qaçağı sındırmışlar. Daha sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin yerdən çıxıb getmişlər. Həmçinin ona verilmiş suallara cavab olaraq ibtidai istintaq zamanı törətdiyi əməlləri etiraf etməməsinə səbəb cinayət məsuliyyətinə cəlb edilməkdən boyun qaçırmaq olmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsini, sonuncunun onlarla barışaraq şikayət və tələbinin olmamasını, Vətən Müharibəsində iştirak etməsini, hazırda N saylı hərbi hissədə müddətdən artıq xidmət etməsini qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayından 2021-ci ilin avqust ayına qədər olan müddət ərzində o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Məhəllə» çay evini icarə əsasında işlədmişdir. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində işlətdiyi çay evinə əvvəllər tanıdığı Tərlan və iki nəfər əvvəllər tanımdağı şəxslər müştəri qismində gələrək, masa arxasında əyləşib spirtli içki hesab edilən «GO» markalı tonik sifariş etmişlər. Təxminən 15 dəqiqədən sonra işlətdiyi çay evinə əvvəllər tanıdığı Azad adlı şəxs daxil olaraq, çay evində ofisiant işləyən Ləman adlı qızın sifət nahiyəsindən bir dəfə şillə ilə vurduqdan sonra, Tərlanın əyləşdiyi masaya tərəf getmişdir. O, Azadın bu hərəktlərinə öz iradını bildirərək, nə səbəbdən Ləmanı vurduğunu soruşmuş və işlətdiyi çay evində belə hərəkətlərin yol verilməz olduğunu söyləmişdir. Azad ona cavab olaraq, Sulutəpə uşağı olduğunu, başına oyun açacağını bildirib, onu çay evindən çölə dəvət etmişdir. Azad adlı şəxs çay evindən çölə çıxmış və o, Azadın ardınca çölə çıxaraq, sonuncu ilə üz-üzə dayandığı zaman, Azad ani olaraq, gözləmədiyi anda onun sağ tərəfdən çənə nahiyəsinə bir dəfə yumruqla zərbə endirmiş, həmin zərbədən sonra o, çənə nahiyəsində güclü ağrı hiss etmiş və bir anlıq özünü itirmişdir. Bundan sonra çay evindən Tərlan və yanında olan iki nəfər şəxslər də onun üzərinə hücum çəkmişlər. Tərlan adlı şəxs onun sol tərəfdən çənə nahiyəsinə yumruqla bir neçə dəfə zərbələr endirmiş, Tərlan adlı şəxsin yanında olan bir nəfər əvvəllər tanımadığı sonradan adının Emin olduğu bildiyi şəxsdə həmçinin onun çənə nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmiş, həmin şəxslərin yanında olan digər adını bilmədiyi şəxs isə onun sağ dizindən təpiklə bir neçə dəfə zərbələr endirmişdir. Bundan sonra Azadgilin yanına markasını və dövlət nömrəsini xatırlamadığı avtomobillə əvvəllər tanımadığı bir neçə şəxslər də gəlmiş və həmin şəxslər də onun sol dizinə təpiklə və bədənimin digər nahiyələrinə zərbələr endirmişlər. Azadla Tərlan, ona xəsarət yetirdikdən sonra, kafeyə daxil olaraq, orada olan ona məxsus 500 manat dəyərində qab-qaşıqları da sındırmışlar. Daha sonra həmin yerə gəlmiş markasını və nömrəsini xatırlamadığı avtomobildə olan şəxslər, Azadgili oradan aparmışlar. Bundan sonra o, qardaşı X4 zəng vuraraq, bu barədə məlumat vermiş, qardaşı gələndən sonra onu Bakı şəhərində yerləşən Respublika xəstəxanasına aparmış və orada onu müayinə etmişlər. Beş gündən sonra onun çənəsini Tibb Universitetinin Cərrahiyə şöbəsində əməliyyat etmişlər. Dəymiş zərər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona ödənilmiş, onlarla barışmış, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əsil adı Ləman olsa da, tanışlarının çoxu onu Dəniz deyə çağırır. Təqsirləndirilən şəxs2 2021-ci ilin iyun ayından tanımış, belə ki, həmin ərəfələrdə Təqsirləndirilən şəxs1 işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən «Murad» şadlıq sarayında ofisiant işləmişdir. Tərlan da Azadın əmisi oğlu olduğundan, həmin kafeyə tez-tez gəlib gedirmiş, elə bu səbəbdən sonuncu ilə münasibəti yaranmış, Azadın kafesində işlədiyi zaman Tərlan onun sevgilisi olmuşdur. Lakin, sonradan onun Azad və Tərlanla işi ilə bağlı münasibəti pozulmuşdur. Bundan sonra o, Azadın işlətdiyi kafedən çıxıb 2021-ci ilin avqust ayının əvvəlində Zərərçəkmiş şəxs işlətdiyi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Məhəllə» çay evində işləməyə başlamışdır. Həmin yerdə işlədiyi barədə Azad və Tərlana bildirməmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2 işlədiyi kafedə müştəri qismində masa arxasında oturduğunu görmüşdür. Həmin vaxtı Tərlan sərxoş vəziyyətdə olmuş və ona söz atmağa başlamışdır. O, Tərlanın sözlərinə məhəl qoymamış, lakin sonuncudan həmin kafedə işlədiyini kimdən öyrəndiyini soruşmuş və Tərlan sualını cavabsız saxlayaraq, oradan çıxıb getmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 23 radələrində işlətdiyi çay evinə Tərlan, Tərlanın əmisi oğlu «Şoşu» kimi tanıdığı və bir nəfər əvvəllər tanımadığı şəxslər müştəri qismində gələrək, masa arxasında əyləşib spirtli içki hesab edilən «GO» markalı tonik sifariş etmişlər. Təxminən 15 dəqiqədən sonra işlətdiyi çay evinə Təqsirləndirilən şəxs1 daxil olmuşdur. Azad onu kafenin içərisində görən kimi, heç bir səbəb olmadan onun sifət nahiyəsinə bir dəfə şillə ilə vurduqdan sonra, Tərlangilin əyləşdiyi masaya tərəf getmişdir. Zərərçəkmiş şəxs, Azadın bu hərəkətlərinə öz iradını bildirərək, nə səbəbdən onu vurduğunu Azaddan soruşmuş və işlətdiyi çay evində belə hərəkətlərin yol verilməz olduğunu söyləmişdir. Azad Arzuya cavab olaraq, Sulutəpə uşağı olduğunu, başına oyun açacağını bildirib, Arzunu çay evindən çölə dəvət etmişdir. Azad adlı şəxs çay evindən çölə çıxmış və Arzu da onun ardınca çölə çıxmışdır. Bundan sonra Tərlan və onun yanında olan şəxslərdə kafedən çölə çıxmışlar. Kafenin həyətində nə baş verdiyni görə biləmmiş, çünki Azadın ona vurduğu şillənin təsiri altında olmuşdur. Daha sonra Azadla Tərlan kafenin içərisinə daxil olaraq, qab-qaşıqları sındırdıqdan sonra oradan çıxıb getmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir tanıyır, belə ki sonuncu onun həmyerlisidir. 2021-ci ilin mart ayından 2021-ci ilin avqust ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Məhəllə» çay evini icarə əsasında işlətmiş və o, arada bir həmin kafeyə gələrək, çay içib Arzu ilə nərd oynayırmışdır. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Arzunun işlətdiyi çay evində olduğu zaman, əvvəllər tanımadığı üç nəfər şəxslər müştəri qismində gələrək, masa arxasında əyləşib spirtli içki hesab edilən «GO» markalı tonik sifariş etmişlər. Təxminən 15 dəqiqədən sonra çay evinə əvvəllər tanıdığı Azad adlı şəxsdə daxil olmuşdur. Azad kafeyə daxil olduqdan sonra, çay evində ofisiant işləyən Ləman adlı qızın sifət nahiyəsindən bir dəfə şillə ilə vurduqdan sonra, həmin üç nəfər əyləşən masaya tərəf getmişdir. Azad adlı şəxs əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən «Murad» şadlıq sarayının həyətində olan kafeni işlətmiş, Ləman da əvvəllər həmin kafedə ofisiant işləmişdir. Zərərçəkmiş şəxs, Azadın bu hərəkətlərinə öz iradını bildirərək, nə səbəbdən Ləman xanımı vurduğunu soruşmuş və işlətdiyi çay evində belə hərəkətlərin yol verilməz olduğunu demişdir. Azad Arzuya cavab olaraq, Sulutəpə uşağı olduğunu, başına oyun açacağını bildirib, Arzunu çay evindən çölə dəvət etmişdir. Azad adlı şəxs çay evindən çölə çıxmış və Arzu da onun ardınca çölə çıxmışdır. O, həmin şəxslərin ardınca çıxdığı zaman, Azadın Arzunun çənə nahiyəsindən vurduğunu görmüşdür. Bundan sonra səsküyə içəridə oturan üç nəfər şəxslər də çölə çıxmış və hamılıqla Arzuya xəsarət yetirməyə başlamışlar. Bundan sonra Azadgilin yanına markasını və dövlət nömrəsini xatırlamadığı avtomobillə əvvəllər tanımadığı bir neçə şəxslərdə gəlmiş və həmin şəxslər də Arzunu yerdə təpiklə vurmağa başlamışlar. Daha sonra həmin yerə gəlmiş markasını və nömrəsini xatırlamadığı avtomobildə olan şəxslər, Azadgili oradan aparmışlar. Arzu isə qardaşı X4 zəng vuraraq bu barədə məlumat vermiş, Rahib gələndən sonra Arzunu Bakı şəhərində yerləşən Respublika xəstəxanasına aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllər Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən «Məhəllə» çay evində və çay evinin həyətində baş vermişdir. xx.xx.2021-ci il tarixli, 1246 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – alt çənənin sol tərəfli çoxsaylı sınıqları, sol dirsək oynağında şişkinlik-əzilmiş yaralar, sağ və sol diz oynaqlarında şişkinlik-əzilmiş yaralar bərk-küt əşyanın (əşyaların) təsirindən onun AK.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi xx.xx.2021-ci il tarixdən bir neçə saat əvvəl, yəni xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcələrinə görə alt çənə sümüyünün sol tərəfli çoxsaylı sınıqları sağlamlılığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır digər xəsarətlər isə ümumilikdə və ayrıayrılıqda sağlamlılığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər xx.xx.2021-ci il tarixdə yumruq və təpiklə yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2021-ci il tarixli, 23/1246 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – çənənin sol və sağ mental, sol oynaq çıxıntısı yerini dəyişmiş sınıqları, sol dirsək oynağında şişkinlikəzilmiş yaralar, sağ və sol diz oynaqlarında şişkinlik-əzilmiş yaralar bərk-küt əşyanın (əşyaların) təsirindən onun AK.M.Ə.Mirqasımov adına Respublika Klinin Xəstəxansına müraciət etdiyi xx.xx.2021-ci il tarixdən bir neçə saat əvvəl, yəni xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcələrinə görə alt çənənin sol və sağ mental, sol oynaq çıxıntısının yerini dəyişmiş sınıqları ümumilikdə və ayrı-ayrılıqda sağlamılığın uzun müddətə pozulmasına səbəb olan Az Ağır, digər xəsarətlər isə, ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər xx.xx.2021-ci il tarixdə alt çənənin sınıqları insan bədəninin hissələri ilə (yumruq təpik və s.) endirilmiş ən azı iki zərbənin təsirindən əmələ gələ bilərdilər. Digər xəsarətlərin isə yumruq təpik və s. ilə endirilmiş zərbələrin və eləcə də həmin zərbələrin təsirindən onun yıxılaraq yerin bərk səthinə və ya bərk küt əşyalara zərblə dəyməsi nəticəsində əmələ gələ bilmələri istisna olunmur. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, diskə köçürülmüş videoyazıdan bir neçə şəxsin kütləvi şəkildə, bir nəfər şəxsin üzərinə hücum çəkdikləri müşahidə olunmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs1 digər üç nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş və iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş şəxslərin sırasında Təqsirləndirilən şəxs1 tanıyaraq ona xəsarət yetirmiş şəxsin o olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CMin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3 və 221.2.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1054/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs2 digər üç nəfər şəxslə birlikdə tanınmaya təqdim edilmiş və iş üzrə Zərərçəkmiş şəxs təqdim edilmiş şəxslərin sırasında Təqsirləndirilən şəxs2 tanıyaraq ona xəsarət yetirmiş şəxslərdən birinin də, o olmasını bildirmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-16/2021nömrəli hökmü ilə CM-in 127.1 və 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-in 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 % (iyirmi faiz) məbləğində pul tutulmaqla 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddət islah işləri cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 077 *** ** ** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısına baxış keçirilərkən 06 avqust 2021-ci il tarixdə saat 10:03; 10:30; 10:34; 10:56; 10:57; 10:58; 11:00; 11:01; 11:02; 11:07; 11:38; 20:59-da xx.xx.2021-ci il tarixdə saat 16:17; 17:25; 21:42; 22:09-da həmin nömrədən Şahid2 adına olan 051 *** ** ** saylı mobil telefon nömrəsinə zəng edildiyi və aralarında danışıq olduğu müəyyən edildi. xx.xx.2021-ci il tarixdə saat 23:35; 23:44; 23:45; 23:47; 23:49; 23:50; 23:57-də xx.xx.2021-ci il tarixdə saat 00:02; 00:03; 00:18; 00:10-da 077 *** ** ** saylı mobil telefon nömrəsinin dairəsi üzrə ünvanı «Binəqədi rayonu, Sulutəpə qəsəbəsi» kimi qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Şahid2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, hadisəni əks etdirən 1 ədəd disk və anten dairəsi barədə məlumatları əks etdirən 1 ədəd disk işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin böyük icra məmuru Rövşən İbarhimov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-16/2021nömrəli hökmü ilə CM-in 127.1 və 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 % (iyirmi faiz) məbləğində pul tutulmaqla 1 (bir) il 11 (on bir) ay 18 (on səkkiz) gün müddət islah işləri cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək məhkum olunduğu cəzadan azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1234/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 17 dekabr 2021-ci il tarixədək uzadılmışdır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış və sonunculardan heç bir şikayəti və tələbi yoxdur. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Başın təpə nahiyyəsinin qəlpə yarası” xəsarəti almışdır. Azərbaycan Respublikası Medalının 1-2401 nömrəli vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2364 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının 1-4907 nömrəli vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2362 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının 1-6508 nömrəli vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2724 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının 1-6372 nömrəli vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2716 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının 1-5244 nömrəli vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 25s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. 22 aprel 2022-ci il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs2 01 fevral 2022-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hüseyn Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 faktiki azadlığı 02 oktyabr 2021-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-1054/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 2 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli 02 oktyabr 2021-ci il tarixdən hesablanmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)- 1234/2021 nömrəli qərarına əsasən həbsdə saxlama müddəti 17 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 02 oktyabr 2021-ci tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 02 oktyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 8 (səkkiz) ay 20 (iyirmi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və Təqsirləndirilən şəxs1 barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xəsarət alması, Xocavəndin azad olunması, Füzulinin azad olunması, Şuşanın azad olunması, Vətən müharibəsi iştirakçısı və Cəsur döyüşçü medalları ilə təltif olunmasını, hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməsini), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə cərimə cəzası təyin edilməli və cərimə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq cərimə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Göründüyü kimi qüvvədə olan cinayət qanunvericiliyi qanunla nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə imkan verir. Həmçinin cinayət qanunvericiliyinə nəzər salsaq görərdik ki, qanun işin müstəsna halları anlayışını dəqiq müəyyən etmir. Ona görə də, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə, həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin mötivi və məqsədini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi törətdiyi cinayət əməllərini səmimi etiraf edərək əməlindən peşman olması, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək xəsarət alması, Xocavəndin azad olunması, Füzulinin azad olunması, Şuşanın azad olunması, Vətən müharibəsi iştirakçısı və Cəsur döyüşçü medalları ilə təltif olunması, Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməsi halları cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə, qeyd edilənləri CM-in 62-ci maddəsində göstərilən müstəsna hallar hesab edərək, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in maddələrində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrdə müəyyən ediləndən daha yüngül cəza növü təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 65 (altımmış beş) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 65 (altımmış beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 65 (altımmış beş) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 65 (altımmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 65 (altımmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 oktyabr 2021-ci il tarixdən hazırkı vaxtadək həbsdə olduğu 8 (səkkiz) ay 20 (iyirmi) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hüseyn Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 700 (yeddi yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 700 (yeddi yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 1000 (bir min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərdiyi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 65 (altmış beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 390 (üç yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar