Məhkəmə qərarları › İş №1(001)-88/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-88/2021

19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-88/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4 , Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı «xxxx» MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, xx.xx.1982-ci ildə Şəki rayonunun Turan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli,evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, «xxxx» MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində ”polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurub mənimsəməklə talamışdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla (VÖEN **********) ərzaq və qeyri-ərzaq məhsullarının topdan satışı fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-də xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə satış təmsilçisi vəzifəsində işləyərkən təqsirləndirilən şəxs X9 həmin Cəmiyyətlə arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli əmək və tam maddi-məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş və qulluq mövqeyinə görə öhdəsində olan əmlakı qəbul etmək, satmaq və vaxtında müştəriyə çatdırmaq, satışdan əldə olunmuş məbləği toplayıb xəzinəyə təhvil vermək, maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq uçotunu aparmaqla hesabat vermək və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəməklə talamaq məqsədilə x xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən anbarından rəsmi sənədlər, o cümlədən xx.xx.2020-ci il tarixli 37194, xx.xx.2020-ci il tarixli 37201, xx.xx.2020-ci il tarixli 37209, xx.xx.2020-ci il tarixli 37212, xx.xx.2020-ci il tarixli 37215, xx.xx.2020-ci il tarixli 39212, xx.xx.2020-ci il tarixli 39904, xx.xx.2020-ci il tarixli 40777, xx.xx.2020-ci il tarixli 40781, xx.xx.2020-ci il tarixli 42008, xx.xx.2020-ci il tarixli 42013, xx.xx.2020-ci il tarixli 42884, xx.xx.2020-ci il tarixli 42896, xx.xx.2020-ci il tarixli 42905, xx.xx.2020-ci il tarixli 42906, xx.xx.2020-ci il tarixli 41616, xx.xx.2020-ci il tarixli 44806, xx.xx.2020-ci il tarixli 44809, xx.xx.2020-ci il tarixli 45557, xx.xx.2020-ci il tarixli 46534, xx.xx.2020-ci il tarixli 46535, xx.xx.2020-ci il tarixli 46537, xx.xx.2020-ci il tarixli 47784, xx.xx.2020-ci il tarixli 47787, xx.xx.2020-ci il tarixli 49045, xx.xx.2020-ci il tarixli 49050, xx.xx.2020-ci il tarixli 49051, xx.xx.2020-ci il tarixli 52036, xx.xx.2020-ci il tarixli 53020, xx.xx.2020-ci il tarixli 53420, xx.xx.2020-ci il tarixli 54177, xx.xx.2020-ci il tarixli 54178, xx.xx.2020-ci il tarixli 54179, xx.xx.2020-ci il tarixli 56484, xx.xx.2020-ci il tarixli 56490, xx.xx.2020-ci il tarixli 56496, xx.xx.2020-ci il tarixli 57456, xx.xx.2020-ci il tarixli 57459, xx.xx.2020-ci il tarixli 57460, xx.xx.2020-ci il tarixli 57462, xx.xx.2020-ci il tarixli 57465, xx.xx.2020-ci il tarixli 57467, xx.xx.2020-ci il tarixli 58758, xx.xx.2020-ci il tarixli 58765, xx.xx.2020-ci il tarixli 59343, xx.xx.2020-ci il tarixli 59346, xx.xx.2020-ci il tarixli 60293, xx.xx.2020-ci il tarixli 60299, xx.xx.2020-ci il tarixli 61038, xx.xx.2020-ci il tarixli 61044, xx.xx.2020-ci il tarixli 63568, xx.xx.2020-ci il tarixli 64853, xx.xx.2020-ci il tarixli 64855, xx.xx.2020-ci il tarixli 64856, xx.xx.2020-ci il tarixli 65554, xx.xx.2020-ci il tarixli 65594, xx.xx.2020-ci il tarixli 65597, xx.xx.2020-ci il tarixli 65599, xx.xx.2020-ci il tarixli 67238, xx.xx.2020-ci il tarixli 67239, xx.xx.2020-ci il tarixli 67298, xx.xx.2020-ci il tarixli 67933, xx.xx.2020-ci il tarixli 67937, xx.xx.2020-ci il tarixli 68726, xx.xx.2020-ci il tarixli 68864, xx.xx.2020-ci il tarixli 68868, xx.xx.2020-ci il tarixli 68870, xx.xx.2020-ci il tarixli 69721, xx.xx.2020-ci il tarixli 69724, xx.xx.2020-ci il tarixli 69738, xx.xx.2020-ci il tarixli 70417, xx.xx.2020-ci il tarixli 71073, xx.xx.2020-ci il tarixli 71231, xx.xx.2020-ci il tarixli 71223, xx.xx.2020-ci il tarixli 71225, xx.xx.2020-ci il tarixli 72968, xx.xx.2020-ci il tarixli 72970, xx.xx.2020-ci il tarixli 73071, xx.xx.2020-ci il tarixli 73074, xx.xx.2020-ci il tarixli 73089, xx.xx.2020-ci il tarixli 73508, xx.xx.2020-ci il tarixli 73510, xx.xx.2020-ci il tarixli 73513, xx.xx.2020-ci il tarixli 73514, xx.xx.2020-ci il tarixli 74801, xx.xx.2020-ci il tarixli 77299, xx.xx.2020-ci il tarixli 77507, xx.xx.2020-ci il tarixli 77839, xx.xx.2020-ci il tarixli 77842, xx.xx.2020-ci il tarixli 77843, xx.xx.2020-ci il tarixli 78693, xx.xx.2020-ci il tarixli 79550, xx.xx.2020-ci il tarixli 79552, xx.xx.2020-ci il tarixli 79553, xx.xx.2020-ci il tarixli 79554, xx.xx.2020-ci il tarixli 79555, xx.xx.2020-ci il tarixli 79556, xx.xx.2020-ci il tarixli 79558, xx.xx.2020-ci il tarixli 79559, xx.xx.2020-ci il tarixli 83767, xx.xx.2020-ci il tarixli 84820, xx.xx.2020-ci il tarixli 85071, xx.xx.2020-ci il tarixli 85074, xx.xx.2020-ci il tarixli 85080, xx.xx.2020-ci il tarixli 86446, xx.xx.2020-ci il tarixli 86449, xx.xx.2020-ci il tarixli 87451, xx.xx.2020-ci il tarixli 87462, xx.xx.2020-ci il tarixli 87468, xx.xx.2020-ci il tarixli 88162, xx.xx.2020-ci il tarixli 88981, xx.xx.2020-ci il tarixli 91512, xx.xx.2020-ci il tarixli 96431, xx.xx.2020-ci il tarixli 102537, xx.xx.2020-ci il tarixli 102541, xx.xx.2020-ci il tarixli 104403 nömrəli, cəmi 116 ədəd qaimə-faktura əsasında maddi məsuliyyətinə götürdüyü cəmi 11.286,29 manat (on bir min iki yüz səksən altı manat iyirmi doqquz qəpik) dəyərində ərzaq məhsullarını Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ayrı-ayrı ticarət obyektlərinə satış məqsədilə təhvil verərək, həmin malların 537,87 manat (beş yüz otuz yeddi manat səksən yeddi qəpik) dəyərində olan hissəsini tələbata cavab verməyən ərzaq məhsulları kimi cəmiyyətin anbarına qaytarması, ticarət obyektlərində qalmış 4.098,22 manat (dörd min doxsan səkkiz manat iyirmi iki qəpik) dəyərində malların təhvil-təslim aktları ilə cəmiyyətin digər satış nümayəndəsinə təhvil verməsi, eləcə də xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək satış nöqtələri üzrə aparılmış yoxlama zamanı 108,78 manat (bir yüz səkkiz manat yetmiş səkkiz qəpik) pul vəsaitinin satış nöqtələri tərəfindən Cəmiyyətin kassasına ödənilməsi nəzərə alınmaqla, təhkim olunduğu Bakı şəhəri, Nərimanov rayon ərazisində həmin ərzaq məhsullarının satışından əldə etdiyi cəmi 6.541,42 manat (altı min beş yüz qırx bir manat qırx iki qəpik) məbləğində pul vəsaitini ticarət obyektlərindən təhvil aldıqdan sonra həmin pulu Cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına xərcləyib, “xxxx” MMC-yə məxsus olmaqla ona etibar olunmuş 6.541,42 manat (altı min beş yüz qırx bir manat qırx iki qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək qəsdən həmin cəmiyyətə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr əsasında həmin tarixdən “xxxx” MMC-də satış təmsilçisi vəzifəsini icra etməyə başlamışdır. Cəmiyyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşməklə işlədiyi dövrdə ticarət sahəsi üzrə ərzaq məhsullarının satışı ilə məşğul olmuş və anbar şirkətin daxilində yerləşmişdir. İş funksiyası üzrə hər gün dislokasiyası olan Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən satış nöqtələrinə gedərək şirkət tərəfindən verilmiş malların katoloqları və qiymətləri əsasında satış nöqtələrindən sifarişləri qəbul etmiş, elektron ötürmə vasitəsilə Cəmiyyətin kompüter şöbəsinə bu sifarişləri ötürmüş, kompüter şöbəsi sifarişləri təsdiqlədikdən sonra anbara göndərmiş, anbardan sifarişlər əsasında mallar qablaşdırıldıqdan sonra sifariş vermiş satış nöqtələrinə qaimələr yazılmış, qaimələr əsasında malları Cəmiyyətin çatdırıcısı və sürücüsü qəbul edib, aidiyyəti üzrə satış nöqtələrinə təhvil vermişlər. Satış sənədləri olan qaimə-fakturalar çatdırıcının, sürücünün, müştərinin və satış təmsilçisi olaraq onun imzaları ilə 3 nüsxədə tərtib olunmuşdur. Qaiməfakturalar imzalandıqdan sonra 1 nüsxəsi anbardarda, bir nüsxəsi çatdırıcıda və bir nüsxəsi müştəridə qalmışdır. Çatdırıcı da öz növbəsində qaimə-fakturanın “Təhvil verdi” qrafasında imzalayıb və “Təhvil aldı” qrafasına isə müştəriyə göstərilən ərzaq məhsullarını təhvil verib imzalatdırdıqdan sonra Cəmiyyətin ofisinə təqdim etmişdir.Sonradan satış sənədləri tərəfindən yoxlanıldıqdan sonra o ofisdə qaimə-fakturaları imzalamışdır.Satış təmsilçisi işlədiyi müddətdə malların satışı nağd və ən çox nisyə şəkildə həyata keçirilmiş, yəni müştərilərə malları həm nağd şəkildə satış nöqtələrindən ərzaq mallarının pullarını almaqla, həm də ərzaq malları verildikdən bir müddət sonra satış nöqtələrinin həmin mallara görə ödədikləri pulları yığıb pulları Cəmiyyətin kassasına ödəmiş və bu barədə kassa mədaxil qəbzi tərtib edilmişdir. 2019-cu ilin avqust ayında Cəmiyyət rəhbərliyinin göstərişi əsasında təftişçi Şahid1 onun hesabı üzrə xx xxxx 2020–ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi olan dövrdə keçirilmiş təftiş yoxlaması və təhvil-təslim zamanı xx.xx.2020-ci il tarixə uçot üzrə hesabında 11.286,29 manatlıq mal qalığı qalmış, cəmiyyətin təftişçisi tərəfindən aparılan yoxlamada iştirak edərək 537,87 manatlıq mallar anbara qaytarılmış, 108,78 manat cəmiyyətin kassasına ödənilməklə malların faktiki mövcudluğu müəyyən edilərkən 4.098,22 manatlıq malların faktiki mövcud olması müəyyən edilmiş və bu mallardan satış təmsilçisi Şahid3 təhvil verilmiş, beləlikdə xx.xx.2020-ci il tarixə 6.541,42 manat çatışmazlıq aşkar edilmişdir.Həmin çatışmazlığın yaranma səbəbi müştərilərdən yığılan pulu şəxsi məqsədlərinə xərcləmişdir.O, hesabında yaranmış çatışmazlığı Bakı şəhəri və digər ərazilər üzrə müxtəlif yerlərdə xərcləmiş, lakin konkret olaraq harada nə qədər məbləğdə xərclədiyini göstərə bilməmiş, çünki ehtiyac olduqca puldan xərcləmişdir. Cəmiyyət dəfələrlə ondan həmin pulu ödəməyini tələb etmiş, imkanı olmadığından ödəyə bilməmişdir.O, əməlindən peşmandır və özünü tam olaraq təqsirli bilir.Eyni zamanda, hal-hazırda, zərərçəkmiş tərəfə dəymiş ziyanı tam ödəmişdir.Məhkəmə iclasında çıxış edən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, təqsirini etiraf etdiyini, ilk dəfə cinayət törətməsini, himayəsində 01 (bir) azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və ağır xəstəlikdən (xərçəng xəstəliyi) əziyyət çəkdiyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş və mülki iddiaçı “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs şirkətə dəymiş ziyanı tam ödəmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbləri yoxdur, bu məsələ ilə bağlı gələcəkdə də olmayacaqdır və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, çalışdığı şirkət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən ofisdə ticarət sahəsi üzrə ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olur.Şirkət ərzaq məhsulları olan “Makfa” un, makaron, “Sloboda” yağ, “Komo” pendir, “Azovskiy” çəki şokoladları və sair müxtəlif çeşiddə olan məhsulların satışını həyata keçirir. 2018-ci ilin oktyabr ayından “xxxx” MMC-də bölgə müdiri vəzifəsində çalışır.Bölgə müdiri kimi əsas vəzifəsi şirkətin müxtəlif çeşiddə olan məhsullarının satışına satış təmsilçiləri tərəfindən icra edilməsinə nəzarət etmək və qarşıya qoyulmuş hədəfi yerinə yetirməklə satışın artırılmasına dəstək olmaqdan ibarətdir. Şirkət ərzaq məhsulları olan “Makfa” un, makaron, “Sloboda” yağ, mayonez, ketçup, “Slavyanskoe” kərə yağları, “Komo” pendir, “Campina” yoqurtları, “Lukas”, “Azovskiy” çəki şokoladları, halvası və sair malların satışını həyata keçirir. Təqsirləndirilən şəxs “xxxx” MMC-də bölgə müdiri işlədiyi müddətdə tanımış, onunla hər hansı bir ədavəti, qohumluğu və düşmənçiliyi olmamışdır.Təqsirləndirilən şəxsla şirkət arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr rəsmiləşdirilmişdir.Təqsirləndirilən şəxs şirkət tərəfindən verilmiş malların katoloqları və qiymətləri əsasında Bakı şəhəri Nərimanov rayonu üzrə market və dükan nümayəndələrindən sifarişləri qəbul edərək həmin sifarişləri post terminal elektron ötürmə vasitəsilə ofisə göndərmiş, bu sifarişləri kompüter şöbəsi qəbul edib təsdiqlədikdən sonra anbara göndərmiş, anbardan da sifarişlər əsasında mallar qablaşdırılaraq şirkətin yük avtomobilinə yığılmış, sifariş vermiş satış nöqtələrinə qaimələr yazılmış, qaimələr əsasında malları Cəmiyyətin çatdırıcıları sürücülərlə birlikdə aidiyyəti satış nöqtələrinə təhvil vermişlər. Satış nöqtələri sifariş etdikləri malları qəbul etdikdə qaimə fakturanın müvafiq olaraq “təhvil aldı” qrafasına, çatdırıcı “təhvil verdi” qrafasına, sürücü isə “sürücü” qrafalarında imzaları ilə təsdiq etdikdən sonra qaimə fakturalar şirkətə təqdim edilib sonda qaimə çatdırıcının, sürücünün, müştərinin və satış təmsilçisi olaraq Şəhriyar Rzayevin imzaları ilə təsdiqlənmişdir. Qaimə imzalandıqdan sonra bir nüsxəsi müştəridə, sonuncu nüsxəni isə malı müştəriyə təhvil verdikdən sonra şirkətdə qalmışdır. Sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına ödəmiş və bu barədə olan qəbzi şirkətə təqdim etmişdir. Satış təmsilçisi malların satışını nağd və nisyə şəkildə həyata keçirmiş, lakin ən çox nisyə şəkildə olmaqla, malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları təhvil alaraq xəzinəyə ödəmiş və bu barədə kassa mədaxil qəbzi tərtib edilmişdir. 2020-ci ilin iyul ayında cəmiyyət rəhbərliyinin göstərişi əsasında təftişçi Şahid1 Təqsirləndirilən şəxs hesabı üzrə keçirilmiş təftiş yoxlaması və təhvil-təslim xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövrü əhatə etmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə hesabında çatışmazlıq olmamış, ödəmələri vaxtlı-vaxtında lazımi səviyyədə etmiş, lakin yoxlama zamanı Təqsirləndirilən şəxs uçot-hesabat sənədləri üzrə öhdəsində 11.286,29 manatlıq mal qalığı qalmış, cəmiyyətin təftişçisi tərəfindən aparılan yoxlamada iştirak edərək 537,87 manatlıq mallar anbara qaytarılmış, 108,78 manat cəmiyyətin kassasına ödənilməklə malların faktiki mövcudluğu müəyyən edilərkən 4.098,22 manatlıq malların faktiki mövcud olması müəyyən edilmiş və bu mallardan satış təmsilçisi Şahid3 təhvil verilmiş, beləlikdə xx.xx.2020-ci il tarixə 6.541,42 manat çatışmazlıq aşkar edilərək bunun səbəbi Faiqdən soruşulduqda o səmimi etiraf edərək qeyd olunan çatışmazlıq məbləğində malların pulunu satış nöqtələrindən yığaraq cəmiyyətin kassasına mədaxil etməyib şəxsi məqsədlərinə xərclədiyi bildirmişdir. xx xxxx 2020–ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi dövrü əhatə edən təhvil-təslim aktlarındakı “bölgə müdiri” qrafalarındakı imzalar ona məxsusdur. Faiq hər ay 250 manat fiks əmək haqqı, aylıq qoyulmuş planı tam icra etdiyinə görə 400-500 manat əlavə, həftəlik yeməklə benzin 54 manat olmuş, 100 manat avtomobilin təmiri üçün olan xərclər şirkət tərəfindən qarşılanmışdır.Təqsirləndirilən şəxs işlədiyi müddətdə hər ayın sonunda əmək haqqı almış, əmək haqqı almadan o heç vaxt işləməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, 2019-cu ilin oktyabr ayından “xxxx” MMC-də çatdırıcı vəzifəsində işləməklə həmin şirkət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ofisdə ticarət sahəsi üzrə ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olur.Şirkət ərzaq məhsulları olan Makfa un, makaron, “Sloboda” yağ, “Dairland” pendir, “Azovskiy” çəki şokoladları və sair malların satışını həyata keçirmişdir. O, bir neçə ticarət nümayəndəsinin, o cümlədən Təqsirləndirilən şəxs mallarını Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən mağaza və dükanlara çatdırma işi ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri yoxdur. Təqsirləndirilən şəxs “xxxx” MMC-də ekspeditor, ticarət nümayəndəsi vəzifəsində işləmişdir. Onunla birlikdə həmin şirkətdə işləməklə sifariş vermiş olduğu malları onun təhkim olunduğu Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən market və dükanlara çatdırmışdir. Təqsirləndirilən şəxs satış nöqtələrindən sifarişləri post terminal elektron ötürmə vasitəsilə Cəmiyyətin kompüter şöbəsinə bu sifarişləri ötürür, kompüter şöbəsi də qəbul etdiyi sifarişləri təsdiqlədikdən sonra anbara göndərir, anbardan da sifarişlər əsasında mallar qablaşdırılaraq sifariş verilmiş satış nöqtələrinə qaimələr yazılırdı, qaimələr əsasında malları Cəmiyyətin çatdırıcıları kimi qəbul etmiş və aidiyyəti satış nöqtələrinə şirkətin yük avtomobilləri ilə sürücülərlə birlikdə aparmışdır. Onun işlədiyi sürücü Şahid4 olmuşdur. Satış nöqtələri sifariş etdikləri malları qəbul etdikdə “təhvil aldı” qrafasına, özü “təhvil verdi” qrafasına, sürücü Şahid4 isə “sürücü” qrafalarında imzaları ilə təsdiq etdikdən sonra qaimə fakturaları şirkətə təhvil vermişdir. Sonda qaimə onun, sürücünün, müştərinin və satış təmsilçisi olaraq Təqsirləndirilən şəxs imzaları ilə 2 nüsxədə tərtib olunmuşdur. Qaimə imzalandıqdan sonra bir nüsxəsi müştəridə, sonuncu nüsxəni isə malı müştəriyə təhvil verdikdən sonra şirkətdə qalmışdır.Sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra ticarət nümayəndəsi satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına və ya əlbəəl nağd şəkildə ödəmiş və bu barədə kassa mədaxil orderi tərtib edilmişdir. Satış təmsilçisi işlədiyi müddətdə malların satışı nağd və nisyə şəkildə həyata keçirilmiş, lakin ən çox nisyə şəkildə satış olmaqla, malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları ödəniş qəbzləri əsasında onlardan satış təmsilçisi qəbul etmişdir. O, işlədiyi müddətdə Təqsirləndirilən şəxs adına hansı miqdarda mal buraxılmasını, nə qədər satdığını və hansı miqdarda ödəniş etdiyini bilməmiş, bunu dəqiq olaraq Cəmiyyət özü bilir və həmin sənədlər hazırda şirkətin mühasibatlığındadır. Müştərilərin sifarişləri əsasında onlara çatdırılan nisyə malların pullarını isə onlardan həmin bölgə üzrə təhkim olunmuş ticarət nümayəndəsi toplamış, heç vaxt hər hansı bir dükandan pul yığımını həyata keçirtməmiş və ona belə bir səlahiyyət verilməmişdir.Məhsulların geri qaytarılması da yalnız vaxtı keçmiş mallar üzrə olmaqla o da qaimə faktura əsasında həyata keçirilmiş və geriqaytarma şirkətlə müştərinin arasında olan hesabla razılaşdırılaraq, bununla da satıcı ekspeditor heç bir ziyan çəkməmişdir.Sonradan şirkətdən məlumat verildi ki, Təqsirləndirilən şəxs hesabında çatışmazlıq yaranıb, təftiş yoxlama apardı və yoxlama zamanı çatışmazlıq aşkar edildi, lakin nə qədər olduğunu konkret olaraq təftiş şöbəsi məlumatlı olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, 2017-ci ilin may ayından “xxxx” MMC-də sürücü vəzifəsində işləyir. Ona şirkət tərəfindən “Hyunday” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı 3,5 tondan az olan yük avtomobili təhkim olunmuşdur. Həmin Cəmiyyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ofisdə ticarət sahəsi üzrə ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olur. Cəmiyyət ərzaq məhsullarından “Makfa” un, makaron, “Sloboda” yağ, “Dairland” pendir, “Azovskiy” çəki şokoladları və sair malların satışını həyata keçirir. Təqsirləndirilən şəxs tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluq münasibətləri yoxdur.Təqsirləndirilən şəxs “xxxx” MMCdə ekspeditor vəzifəsində işləmişdir.Onunla birlikdə həmin şirkətdə işləməklə sifariş vermiş olduğu malları onun təhkim olunduğu Bakı şəhəri Nərimanov rayonu və bəzi kəndlərində yerləşən market və dükanlara çatdırıcı Şahid6 və Şahid5 çatdırmışdır.Şahid6 sürücü Şahid7la, özü isə Şahid5 ilə birgə fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs satış nöqtələrindən sifarişləri post terminal elektron ötürmə vasitəsilə Cəmiyyətin kompüter şöbəsinə bu sifarişləri ötürmüş, kompüter şöbəsi də qəbul etdiyi sifarişləri təsdiqlədikdən sonra anbara göndərmiş, anbardan da sifarişlər əsasında mallar qablaşdırılaraq sifariş verilmiş satış nöqtələrinə qaimələr yazılmış, qaimələr əsasında malları Cəmiyyətin çatdırıcıları kimi qəbul edib aidiyyəti satış nöqtələrinə şirkətin yük avtomobilləri ilə çatdırıcı vasitəsilə aparmışdır. Satış nöqtələri sifariş etdikləri malları qəbul etdikdə “təhvil aldı” qrafasına, çatdırıcı “təhvil verdi” qrafasına, sürücü olaraq özünə aid “sürücü” qrafalarında imzaları ilə təsdiq etdikdən sonra qaimə fakturaları şirkətə təhvil vermişdir. Sonda qaimə çatdırıcının, sürücünün, müştərinin və satış təmsilçisi olaraq Təqsirləndirilən şəxs imzaları ilə 3 nüsxədə tərtib olunmuşdur. Qaimə imzalandıqdan sonra 1 nüsxəsi şirkətdə, bir nüsxəsi müştəridə, sonuncu nüsxəni isə malı müştəriyə təhvil verdikdən sonra şirkətin mühasibatlığında saxlanılmışdır. Sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına və ya əlbəəl ödəmiş və bu barədə kassa mədaxil orderi tərtib edilmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi işlədiyi müddətdə malların satışı nağd və nisyə şəkildə həyata keçirilmiş, lakin ən çox nisyə şəkildə olmaqla, malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları ödəniş qəbzləri əsasında onlardan qəbul etmişdir. Təqsirləndirilən şəxs adına hansı miqdarda mal buraxılmasını, nə qədər satdığını və hansı miqdarda ödəniş etdiyini dəqiq cəmiyyət özü deyə bilər və həmin sənədlər hazırda şirkətin mühasibatlığındadır. Müştərilərin sifarişləri əsasında onlara çatdırılan malların pullarını isə onlardan həmin bölgə üzrə təhkim olunmuş satış nümayəndəsi toplamış, heç vaxt hər hansı bir dükandan pul yığımını həyata keçirtməmiş və ona belə bir səlahiyyət verilməmişdir. Məhsulların geri qaytarılması da yalnız vaxtı keçmiş mallar üzrə olmaqla o da qaimə faktura əsasında həyata keçirilmiş və geriqaytarma şirkətlə müştərinin arasında olan hesabla razılaşdırılaraq, bununla da satıcı ekspeditor heç bir ziyan çəkməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 oxşar məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərilənləri təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsinə əsasən məlum olur ki, 2013-cü il tarixdən “xxxx” MMC-nin maliyyə təftişi şöbəsinin təftişçisi vəzifəsində işləyir.Həmin şirkət ünvan 3 ünvanda yerləşən ofisdə ticarət sahəsi üzrə ərzaq və qeyriərzaq məhsullarının satışı ilə məşğul olur. Şirkət ərzaq məhsulları olan “Makfa” un, makaron, “Sloboda” yağ, “Komo” pendir, “Azovskiy” çəki şokoladları və sair müxtəlif çeşiddə olan məhsulların satışını həyata keçirir. Təqsirləndirilən şəxs “xxxx” MMC-nin satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə tanımış, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs “xxxx” MMC-də satış təmsilçisi vəzifəsinə qəbul edilərək şirkətlə arasında əmək və tam maddi məsuliyyət haqqında müqavilələr rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən market və dükan nümayəndələrindən sifariş qəbul edərək həmin sifarişləri post terminal elektron ötürmə vasitəsilə ofisə göndərmiş, bu sifarişləri kompüter şöbəsi qəbul edib təsdiqlədikdən sonra anbara göndərmiş, anbardan da sifarişlər əsasında mallar qablaşdırılaraq şirkətin yük avtomobilinə yığılmış, sifariş vermiş satış nöqtələrinə qaimələr yazılmış, qaimələr əsasında malları Cəmiyyətin çatdırıcıları sürücülərlə birlikdə aidiyyəti satış nöqtələrinə təhvil vermişlər. Satış nöqtələri sifariş etdikləri malları qəbul etdikdə qaimə fakturanın müvafiq olaraq “təhvil aldı” qrafasına, çatdırıcı “təhvil verdi” qrafasına, sürücü isə “sürücü” qrafalarında imzaları ilə təsdiq etdikdən sonra qaimə fakturalar şirkətə təqdim edilib sonda qaimə çatdırıcının, sürücünün, müştərinin və satış təmsilçisi olaraq Təqsirləndirilən şəxs imzaları ilə təsdiqlənmişdir. Qaimə imzalandıqdan sonra bir nüsxəsi müştəridə, sonuncu nüsxəni isə malı müştəriyə təhvil verdikdən sonra şirkətdə qalmışdır. Sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi satış nöqtələrindən pulları alaraq MMC-nin bank hesabına və ya əlbəəl nağd qaydada ödəmiş və bu barədə kassa mədaxil orderi tərtib edilmişdir. Satış təmsilçisi malların satışını nağd və nisyə şəkildə həyata keçirmiş, lakin ən çox nisyə şəkildə olmaqla, məhsulları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları qəbul edərək xəzinəyə ödəmiş və bu barədə kassa mədaxil qəbzi tərtib edilmişdir. Cəmiyyət rəhbərliyinin göstərişi əsasında tərəfimdən Təqsirləndirilən şəxs hesabı üzrə keçirilmiş təftiş yoxlaması xx xxxx 2020–ci il tarixdən xx xxxx 2020-ci il tarixə kimi olan dövrü əhatə etmişdir. Təqsirləndirilən şəxs ilk işlədiyi aylarda hesabında çatışmazlıq olmamış, ödəmələri vaxtlı-vaxtında lazımi səviyyədə etmiş, lakin cəmiyyət rəhbərliyinin göstərişi əsasında tərəfindən aparılmış yoxlama zamanı Təqsirləndirilən şəxs uçot-hesabat sənədləri üzrə öhdəsində xx.xx.2020ci il tarixə uçot üzrə 11.286,29 manatlıq mal qalığı qalmış, cəmiyyətin təftişçisi tərəfindən aparılan yoxlamada iştirak edərək 537,87 manatlıq mallar anbara qaytarılmış, 108,78 manat cəmiyyətin kassasına ödənilməklə malların faktiki mövcudluğu müəyyən edilərkən 4.098,22 manatlıq malların faktiki mövcud olması müəyyən edilmiş və bu mallardan satış təmsilçisi Ceyhun Əsgərova təhvil verilmiş, beləlikdə də öhdəsində xx.xx.2020-ci il tarixə 6.541,42 manat çatışmazlıq aşkar edilərək malların pulunu satış nöqtələrindən yığaraq cəmiyyətin kassasına mədaxil etməyib şəxsi məqsədlərinə xərclədiyi müəyyən edilmişdir. Faiq hər ay 250 manat fiks əmək haqqı, aylıq qoyulmuş planı tam icra etdiyinə görə 400- 500 manat əlavə, həftəlik yeməklə benzin 54 manat olmuş, 100 manat avtomobilin təmiri üçün olan xərclər şirkət tərəfindən qarşılanmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə hər ayın sonunda əmək haqqı almış, əmək haqqı almadan o heç vaxt işləməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsinə əsasən məlum olur ki, 2020ci ilin iyul ayından “xxxx” MMC-də satış təmsilçisi kimi əmək fəaliyyətinə başlamış, işə qəbul olduğu tarixdən cəmiyyətin rəhbərliyi ilə arasında rəsmi olaraq əmək və tam maddi məsuliyyət haqqında müqavilələr imzalanmışdır.İşlədiyi şirkət ünvan 3 ünvanda yerləşən ofisdə ticarət sahəsi üzrə ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olur. Şirkət ərzaq məhsulları olan “Makfa” un, makaron, “Sloboda” yağ, mayonez, ketçup, yoqurtlar, “Lukas”, “Azovskiy” çəki şokoladları, halvası və sair malların satışını həyata keçirir. Təqsirləndirilən şəxs “xxxx” MMC-nin satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə hesabında yoxlama aparılarkən tanımış, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 2020-ci ilin iyul ayında cəmiyyət rəhbərliyinin göstərişi əsasında təftişçi Şahid1, bölgə müdiri Şahid2 və onun iştirakı ilə Təqsirləndirilən şəxs hesabı üzrə keçirilmiş təftiş yoxlaması keçirilmişdir. Təftiş yoxlaması və təhvil-təslim xx.xx.2020–ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi olan dövrü əhatə etmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs uçot-hesabat sənədləri üzrə öhdəsində xx.xx.2020-ci il tarixə uçot üzrə 11286,29 manatlıq mal qalığı qalmış, cəmiyyətin təftişçisi tərəfindən aparılan yoxlamada iştirak edərək 537,87 manatlıq mallar anbara qaytarılmış, 108,78 manat cəmiyyətin kassasına ödənilməklə malların faktiki mövcudluğu müəyyən edilərkən 4098,22 manatlıq malların faktiki mövcud olması müəyyən edilmiş və bu mallardan satış təmsilçisi ona təhvil verilmiş və nəticədə Təqsirləndirilən şəxs hesabında 6.541,42 manat məbləğində malların pulunu satış nöqtələrindən yığaraq cəmiyyətin kassasına mədaxil etməyib şəxsi məqsədlərinə xərclədiyi müəyyən edilmişdir. 24-xx.xx.2020-ci il tarixli dövrü əhatə edən təhvil-təslim aktlarındakı “təhvil verdi” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs məxsus olmaqla həmin imzaları özü çəkmişdir. Aktlarda imzaları olan müştərilər Təqsirləndirilən şəxs yanında aktda olan məlumatları təsdiq edərək imzalamışlar. O, hər ay 300 manat fiks əmək haqqı, 100 manat amartizasiya pulu, yəni satış təmsilçisinin özünə məxsus idarə etdiyi avtomobilin ay ərzində yaranmış nasazlığın aradan qaldırılması, satış planını həyata keçirdiyinə görə 250 manat, satdığı mala görə 2 faiz, yığdığı pula görə 2 faiz əmək haqqı almış, bunlardan əlavə Cəmiyyətdə işləyən hər bir satış təmsilçisinə gündəlik yemək pulu 3 azn və hər 100 km məsafəyə görə 10 litr, yəni 9 azn yanacaq pulu da verilmişdir. O, Bakı şəhərində yaşadığından işinin asanlaşdırılması üçün həmin zona, yəni Nərimanov rayonu üzrə market və dükan nümayəndələrindən sifariş qəbul edərək həmin sifarişləri post terminal elektron ötürmə vasitəsilə bu sifarişləri ofisə ötürmüş, kompüter şöbəsi də qəbul etdiyi sifarişləri təsdiqlədikdən sonra anbara ötürmüş, anbardan da sifarişlər əsasında mallar qablaşdırıldıqdan sonra sifariş vermiş satış nöqtələrinə qaimələr yazılmış, qaimələr əsasında malları cəmiyyətin çatdırıcısı Şahid5 və sürücülər qəbul edib aidiyyatı satış nöqtələrinə aparmışlar. Satış nöqtələri sifariş etdikləri malları aldıqdan sonra çatdırıcıların onlara təqdim etdikləri qaimələri imzalayıb geri qaytarırlar, sonradan sifariş etdiyi malların satış nöqtələrinə tam və taraların pozulmadan çatdığına əmin olduqdan sonra qaimə fakturaları imzalamışdır. Qaimə sürücünün, çatdırıcının, müştərinin və ticarət nümayəndəsi olaraq onun imzaları ilə 2 nüsxədə tərtib olunmuşdur. Qaimə imzalandıqdan sonra 1 nüsxəsi çatdırıcıda və bir nüsxəsi müştəridə qalmış, çatdırıcı özündə olan qaiməni şirkətə təqdim etmişdir. Sifariş olunmuş mallar satış nöqtələrində satıldıqdan sonra satış təmsilçisi olaraq satış nöqtələrindən pulları alaraq MMC-yə ödəmiş və bu barədə kassa mədaxil orderi tərtib edilmişdir. MMC-də satış təmsilçisi işlədiyi müddətdə malların satışı nağd və nisyə şəkildə həyata keçirilmiş, yəni müştərilərə malları həm nağd şəkildə onlardan malların pullarını almaqla, həm də malları verdikdən bir müddət sonra onların həmin mallara görə ödədikləri pulları onlardan qəbul etmiş və aldığı pulları MMC-nin xəzinəsinə ödəmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC üzrə xx.xx.2020-ci il tarixli 37194, xx.xx.2020-ci il tarixli 37201, xx.xx.2020-ci il tarixli 37209, xx.xx.2020-ci il tarixli 37212, xx.xx.2020-ci il tarixli 37215, xx.xx.2020-ci il tarixli 39212, xx.xx.2020-ci il tarixli 39904, xx.xx.2020-ci il tarixli 40777, xx.xx.2020-ci il tarixli 40781, xx.xx.2020-ci il tarixli 42008, xx.xx.2020-ci il tarixli 42013, xx.xx.2020-ci il tarixli 42884, xx.xx.2020-ci il tarixli 42896, xx.xx.2020-ci il tarixli 42905, xx.xx.2020-ci il tarixli 42906, xx.xx.2020-ci il tarixli 41616, xx.xx.2020-ci il tarixli 44806, xx.xx.2020-ci il tarixli 44809, xx.xx.2020-ci il tarixli 45557, xx.xx.2020-ci il tarixli 46534, xx.xx.2020-ci il tarixli 46535, xx.xx.2020-ci il tarixli 46537, xx.xx.2020-ci il tarixli 47784, xx.xx.2020-ci il tarixli 47787, xx.xx.2020-ci il tarixli 49045, xx.xx.2020-ci il tarixli 49050, xx.xx.2020-ci il tarixli 49051, xx.xx.2020-ci il tarixli 52036, xx.xx.2020-ci il tarixli 53020, xx.xx.2020-ci il tarixli 53420, xx.xx.2020-ci il tarixli 54177, xx.xx.2020-ci il tarixli 54178, xx.xx.2020-ci il tarixli 54179, xx.xx.2020-ci il tarixli 56484, xx.xx.2020-ci il tarixli 56490, xx.xx.2020-ci il tarixli 56496, xx.xx.2020-ci il tarixli 57456, xx.xx.2020-ci il tarixli 57459, xx.xx.2020-ci il tarixli 57460, xx.xx.2020-ci il tarixli 57462, xx.xx.2020-ci il tarixli 57465, xx.xx.2020-ci il tarixli 57467, xx.xx.2020-ci il tarixli 58758, xx.xx.2020-ci il tarixli 58765, xx.xx.2020-ci il tarixli 59343, xx.xx.2020-ci il tarixli 59346, xx.xx.2020-ci il tarixli 60293, xx.xx.2020-ci il tarixli 60299, xx.xx.2020-ci il tarixli 61038, xx.xx.2020-ci il tarixli 61044, xx.xx.2020-ci il tarixli 63568, xx.xx.2020-ci il tarixli 64853, xx.xx.2020-ci il tarixli 64855, xx.xx.2020-ci il tarixli 64856, xx.xx.2020-ci il tarixli 65554, xx.xx.2020-ci il tarixli 65594, xx.xx.2020-ci il tarixli 65597, xx.xx.2020-ci il tarixli 65599, xx.xx.2020-ci il tarixli 67238, xx.xx.2020-ci il tarixli 67239, xx.xx.2020-ci il tarixli 67298, xx.xx.2020-ci il tarixli 67933, xx.xx.2020-ci il tarixli 67937, xx.xx.2020-ci il tarixli 68726, xx.xx.2020-ci il tarixli 68864, xx.xx.2020-ci il tarixli 68868, xx.xx.2020-ci il tarixli 68870, xx.xx.2020-ci il tarixli 69721, xx.xx.2020-ci il tarixli 69724, xx.xx.2020-ci il tarixli 69738, xx.xx.2020-ci il tarixli 70417, xx.xx.2020-ci il tarixli 71073, xx.xx.2020-ci il tarixli 71231, xx.xx.2020-ci il tarixli 71223, xx.xx.2020-ci il tarixli 71225, xx.xx.2020-ci il tarixli 72968, xx.xx.2020-ci il tarixli 72970, xx.xx.2020-ci il tarixli 73071, xx.xx.2020-ci il tarixli 73074, xx.xx.2020-ci il tarixli 73089, xx.xx.2020-ci il tarixli 73508, xx.xx.2020-ci il tarixli 73510, xx.xx.2020-ci il tarixli 73513, xx.xx.2020-ci il tarixli 73514, xx.xx.2020-ci il tarixli 74801, xx.xx.2020-ci il tarixli 77299, xx.xx.2020-ci il tarixli 77507, xx.xx.2020-ci il tarixli 77839, xx.xx.2020-ci il tarixli 77842, xx.xx.2020-ci il tarixli 77843, xx.xx.2020-ci il tarixli 78693, xx.xx.2020-ci il tarixli 79550, xx.xx.2020-ci il tarixli 79552, xx.xx.2020-ci il tarixli 79553, xx.xx.2020-ci il tarixli 79554, xx.xx.2020-ci il tarixli 79555, xx.xx.2020-ci il tarixli 79556, xx.xx.2020-ci il tarixli 79558, xx.xx.2020-ci il tarixli 79559, xx.xx.2020-ci il tarixli 83767, xx.xx.2020-ci il tarixli 84820, xx.xx.2020-ci il tarixli 85071, xx.xx.2020-ci il tarixli 85074, xx.xx.2020-ci il tarixli 85080, xx.xx.2020-ci il tarixli 86446, xx.xx.2020-ci il tarixli 86449, xx.xx.2020-ci il tarixli 87451, xx.xx.2020-ci il tarixli 87462, xx.xx.2020-ci il tarixli 87468, xx.xx.2020-ci il tarixli 88162, xx.xx.2020-ci il tarixli 88981, xx.xx.2020-ci il tarixli 91512, xx.xx.2020-ci il tarixli 96431, xx.xx.2020-ci il tarixli 102537, xx.xx.2020-ci il tarixli 102541, xx.xx.2020-ci il tarixli 104403 nömrəli, cəmi 116 ədəd qaimə-fakturadan görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 12 ünvanında yerləşən anbarından cəmi 11.286,29 manat dəyərində ərzaq məhsullarını öhdəsinə qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının x xxxxxx 2020ci il tarixli 4/911 nömrəli rəyinə əsasən müəyyən edilir ki, ekspertizaya tədim edilmiş xx.xx.2020-ci il tarixli 37194, xx.xx.2020-ci il tarixli 37201, xx.xx.2020-ci il tarixli 37209, xx.xx.2020-ci il tarixli 37212, xx.xx.2020-ci il tarixli 37215, xx.xx.2020-ci il tarixli 39212, xx.xx.2020-ci il tarixli 39904, xx.xx.2020-ci il tarixli 40777, xx.xx.2020-ci il tarixli 40781, xx.xx.2020-ci il tarixli 42008, xx.xx.2020-ci il tarixli 42013, xx.xx.2020-ci il tarixli 42884, xx.xx.2020-ci il tarixli 42896, xx.xx.2020-ci il tarixli 42905, xx.xx.2020-ci il tarixli 42906, xx.xx.2020-ci il tarixli 41616, xx.xx.2020-ci il tarixli 44806, xx.xx.2020-ci il tarixli 44809, xx.xx.2020-ci il tarixli 45557, xx.xx.2020-ci il tarixli 46534, xx.xx.2020-ci il tarixli 46535, xx.xx.2020-ci il tarixli 46537, xx.xx.2020-ci il tarixli 47784, xx.xx.2020-ci il tarixli 47787, xx.xx.2020-ci il tarixli 49045, xx.xx.2020-ci il tarixli 49050, xx.xx.2020-ci il tarixli 49051, xx.xx.2020-ci il tarixli 52036, xx.xx.2020-ci il tarixli 53020, xx.xx.2020-ci il tarixli 53420, xx.xx.2020-ci il tarixli 54177, xx.xx.2020-ci il tarixli 54178, xx.xx.2020-ci il tarixli 54179, xx.xx.2020-ci il tarixli 56484, xx.xx.2020-ci il tarixli 56490, xx.xx.2020-ci il tarixli 56496, xx.xx.2020-ci il tarixli 57456, xx.xx.2020-ci il tarixli 57459, xx.xx.2020-ci il tarixli 57460, xx.xx.2020-ci il tarixli 57462, xx.xx.2020-ci il tarixli 57465, xx.xx.2020-ci il tarixli 57467, xx.xx.2020-ci il tarixli 58758, xx.xx.2020-ci il tarixli 58765, xx.xx.2020-ci il tarixli 59343, xx.xx.2020-ci il tarixli 59346, xx.xx.2020-ci il tarixli 60293, xx.xx.2020-ci il tarixli 60299, xx.xx.2020-ci il tarixli 61038, xx.xx.2020-ci il tarixli 61044, xx.xx.2020-ci il tarixli 63568, xx.xx.2020-ci il tarixli 64853, xx.xx.2020-ci il tarixli 64855, xx.xx.2020-ci il tarixli 64856, xx.xx.2020-ci il tarixli 65554, xx.xx.2020-ci il tarixli 65594, xx.xx.2020-ci il tarixli 65597, xx.xx.2020-ci il tarixli 65599, xx.xx.2020-ci il tarixli 67238, xx.xx.2020-ci il tarixli 67239, xx.xx.2020-ci il tarixli 67298, xx.xx.2020-ci il tarixli 67933, xx.xx.2020-ci il tarixli 67937, xx.xx.2020-ci il tarixli 68726, xx.xx.2020-ci il tarixli 68864, xx.xx.2020-ci il tarixli 68868, xx.xx.2020-ci il tarixli 68870, xx.xx.2020-ci il tarixli 69721, xx.xx.2020-ci il tarixli 69724, xx.xx.2020-ci il tarixli 69738, xx.xx.2020-ci il tarixli 70417, xx.xx.2020-ci il tarixli 71073, xx.xx.2020-ci il tarixli 71231, xx.xx.2020-ci il tarixli 71223, xx.xx.2020-ci il tarixli 71225, xx.xx.2020-ci il tarixli 72968, xx.xx.2020-ci il tarixli 72970, xx.xx.2020-ci il tarixli 73071, xx.xx.2020-ci il tarixli 73074, xx.xx.2020-ci il tarixli 73089, xx.xx.2020-ci il tarixli 73508, xx.xx.2020-ci il tarixli 73510, xx.xx.2020-ci il tarixli 73513, xx.xx.2020-ci il tarixli 73514, xx.xx.2020-ci il tarixli 74801, xx.xx.2020-ci il tarixli 77299, xx.xx.2020-ci il tarixli 77507, xx.xx.2020-ci il tarixli 77839, xx.xx.2020-ci il tarixli 77842, xx.xx.2020-ci il tarixli 77843, xx.xx.2020-ci il tarixli 78693, xx.xx.2020-ci il tarixli 79550, xx.xx.2020-ci il tarixli 79552, xx.xx.2020-ci il tarixli 79553, xx.xx.2020-ci il tarixli 79554, xx.xx.2020-ci il tarixli 79555, xx.xx.2020-ci il tarixli 79556, xx.xx.2020-ci il tarixli 79558, xx.xx.2020-ci il tarixli 79559, xx.xx.2020-ci il tarixli 83767, xx.xx.2020-ci il tarixli 84820, xx.xx.2020-ci il tarixli 85071, xx.xx.2020-ci il tarixli 85074, xx.xx.2020-ci il tarixli 85080, xx.xx.2020-ci il tarixli 86446, xx.xx.2020-ci il tarixli 86449, xx.xx.2020-ci il tarixli 87451, xx.xx.2020-ci il tarixli 87462, xx.xx.2020-ci il tarixli 87468, xx.xx.2020-ci il tarixli 88162, xx.xx.2020-ci il tarixli 88981, xx.xx.2020-ci il tarixli 91512, xx.xx.2020-ci il tarixli 96431, xx.xx.2020-ci il tarixli 102537, xx.xx.2020-ci il tarixli 102541, xx.xx.2020-ci il tarixli 104403 nömrəli qaimə-fakturalarda müvafiq olaraq “S.Meneceri” qrafasındakı, həmin qrafanın aşağı və ya yuxarı hissələrindəki, “Fuad” yazıları qarşısındakı və “Təhvil aldı” qrafalarındakı imzalar, xx.xx.2019-cu il tarixli tam fərdi maddi-məsuliyyət haqqında müqavilənin 1-ci vərəqinin sol tərəfindəki imza və 2-ci vərəqində “İşçi” qrafasındakı imza, “xxxx” MMC ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2019-cu il tarixli əmək 23/19 nömrəli əmək müqaviləsinin 1-4-cü vərəqələrində “İşçi:” qrafalarındakı imzalar, 5-ci vərəqəsində “İşçi:” qrafasındakı imza və “İşçi:” qrafasının aşağı hissəsində “Təqsirləndirilən şəxs” yazılarının aşağı hissəsində yerləşən imza, həmin əmək müqaviləsinə 1 saylı Əlavə Satış şöbəsinin ticarət nümayəndəsinin vəzifə təlimatının 1-2-ci vərəqələrindəki imzalar və 3-cü vərəqəsində “Ticarət nümayəndəsi” qrafasındakı imzalar, xx.xx.2019-cu il tarixli iltizamlarda olan əlyazmalar və imzalar, “xxxx” MMC-nin Ticarət nümayəndəsinin xx.xx.2020-ci il tarixli (05 ədəd) və xx.xx.2020-ci il tarixli balans qalığı ilə satış nümayəndəsinin borc qalığı üzləşməsi Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4555 nömrəli rəyindən görünür ki, iş materiallarında olan təhvil-təslim aktı, qaimə-faktura məlumatları nəzərə alınmaqla “xxxx” MMC-nin sabiq ticarət nümayəndəsi Təqsirləndirilən şəxs “xxxx” MMC-də ticarət nümayəndəsi vəzifəsində işlədiyi dövrdə hesabında 6.541,42 manat məbləğində çatışmazlığın yaranması müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya xəstəxanası X6 daxil olmuş x xxxxxx 2020-cu il tarixli, 7686 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X6 daxil olmuş xx xxxxxxx 2020-cu il tarixli, xx/xx-10517 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicədə olmayıb və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2020ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X3 xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, cəmiyyət iş üzrə mülki iddiaçı qismində tanınmış və eləcə də eyni tarixli qərarla “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi Cəmiyyətin etibarnaməsi əsasında Hüquq şöbəsinin hüquqşünası Nümayəndə mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X3 xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış məktuba əsasən məlum olur ki, Təqsirləndirilən şəxs mənimsənilən 6541,42 manat şirkətə aid olan pul məbləği tam ödənilmişdir.Belə ki, Təqsirləndirilən şəxs heç bir şikayətləri yoxdur. Eyni zamanda, iş materiallarında olan “xxxx” MMC-nin həkimi Oqtay Fərəcov tərəfindən verilmiş arayışa əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində “xxxx” MMC-də onkoloq-terapevt Oqtay Fərəcov tərəfəindən müalicə olunmuş, xəstəyə immunaximyaterapiya aparılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 1(bir) azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışığın əldə edilməsini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş zərəri tam ödəməsini, ağır xəstəlikdən (xərçəng xəstəliyi) əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməlində CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində 1(bir) azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışığın əldə edilməsini, zərərçəkmiş hüquqi şəxsə vurulmuş zərəri tam ödəməsini, ağır xəstəlikdən (xərçəng xəstəliyi) əziyyət çəkməsini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Məlum olduğu kimi Azərbaycan Respublikasında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə aparılan islahatlar çərçivəsində xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi barədə qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2-ci maddəsinin sanksiyasına cəza növü olaraq bir ildən üç ilədək müddətə azıdlığın məhdudlaşdırılması cəzası əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» xx xxxxxx 1996-cı il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasına uyğun olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs təqsirini etiraf edir, əməlindən səmimi peşmandır, ilk dəfə cinayət törətmişdir, himayəsində 1(bir) azyaşlı övladı vardır, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışıq əldə etmiş, zərərçəkmiş hüquqi şəxsə vurulmuş zərəri tam ödəmişdir, ağır xəstəlikdən (xərçəng xəstəliyi) əziyyət çəkir. Baxılan cinayət işi üzrə isə məhkəmə cəzanı yüngülləşdirən halların məcmusunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhz təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və o, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı – yaşadığı ünvan 2 ünvanda yerləşən evində çəkməli və təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə müvəqqəti yaşadığı Abşeron rayonu və daimi qeydiyyatda olduğu Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, CPM-nin 184-185-ci maddələrinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyan tam ödədiyindən zərərçəkmiş şəxs və mülki iddiaçı «xxxx» MMC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı «pul tələbinə dair» mülki iddiası baxılmamış saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – qəbzlər, faktura, qaimələr, təhvil-təslim aktlar, bütün mühasibatlıq sənədləri iş materiallarında saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 282 (iki yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs oğlu azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 2 ünvanda yerləşən evində çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə müvəqqəti yaşadığı Abşeron rayonu və daimi qeydiyyatda olduğu Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı «xxxx» MMC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı «pul tələbinə dair» mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci - 282 (iki yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut – qəbzlər, faktura, qaimələr, təhvil-təslim aktlar, bütün mühasibatlıq sənədləri iş materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar