Məhkəmə qərarları › İş №1(001)-88/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-88/2024

19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-88/2024 19.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Hökümalı oğlunun iştirakları ilə, xx xxxxxx 1965-ci il tarixdə Ağdam rayonu, Mərzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Söyüdlər məhəlləsində ünvansız evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Hökümalı oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Hökümalı oğlu təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 iyul 2023-cü il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri,Binəqədi rayonu, 1-ci mədən korpus 43, 47 nömrəli evin həyətinə hasardan aşıb pəncərənin üzərində olan dəmir barmaqlığı həyətdən götürdüyü dəmir parçası ilə sındırmaqla və plastik pəncərəni sıxıb açmaqla yaşayış yerinə qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 1200 manat dəyərində 1 (bir) ədəd qızıl saatı, 700 manat dəyərində 1 (bir) ədəd Rada markalı saatı, 70 manat dəyərində 1 (bir) ədəd saç qurudanı, 280 manat dəyərində 1 (bir) cüt kişi ayaqqabısını, 800 manat nağd pulu, 1000 manat dəyərində 1 (bir) ədəd Nikon markalı fotoaparatı, 400 manat dəyərində 1 (bir) ədəd **********64654 imei kodlu "Samsung" A52 markalı telefonu, 500 manat dəyərində 1 (bir) ədəd "Vertu" markalı mobil telefonu, mətbəxdən 150 manat dəyərində 1 (bir) ədəd "SHOSMAN 5,8 Litr" markalı tavanı, 80 manat dəyərində 1 (bir) ədəd futlyarda olan çəngəl-bıçaq dəstini, evin saxlanc yeri hesab edilən zirzəmisindən 150 manat dəyərində 05 ədəd 700 ml-lik butulkada "Bulbaş" markalı spirtli içkiləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5330 (beş min üç yüz otuz) manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Hökümalı oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 iyul 2023-cü il tarixdə axşam vaxtlarında 94 nömrəli avtobusun axır dayanacağında dayanıb avtobus gözləyən zaman həmin ərazidə bir az gəzmiş və irəlidə bir evdə yaşayış olmadığını, yəni evin işıqlarının sönülü olmasını müşahidə etmişdir. Həmin evin bir tərəfi qamışlıq olduğundan həmin qamışlıq əraziyə girmiş, bir müddət qamışlığın içərisində gözləmiş, daha sonra isə evin həyətinə daxil olmuşdur. Evin yanından tapdığı armatur qırıqları ilə pəncərəni söküb evin içərisinə daxil olmuşdur. Evdə olan köhnə telefonları talamış, lakin həmin telefonları sonradan telefon mağazalarına göstərsə də, telefonları 20-30 manata belə heç kim almamışdır. Bundan başqa həmin evdən 01 ədəd “Rada” markalı saat, fotoaparat, həmçinin kişi köynəkləri, bir dəst də çəngəl-bıçaq götürmüşdür. Evdən çıxdıqdan sonra görmüşdür ki, evin zirzəmisində spirtli içkilər vardır. Həmin içkiləri də çantaya yığaraq aparmışdır. Götürdüyü spirtli içkilər 3-4 dənə çaxır və araqlardan ibarət olmuş, 3 kiloluq bankada olan içkini də götürmüşdür. Həmin evdən nə pul, nə qızıl saat, nə də saç feni götürməmişdir. Həmçinin evdə ayaqqabı da olmamışdır. Götürdüklərindən fotoaparatı və tavanı qaytarmışdır. Götürdükləri əşyaları “Sabunçu bazarı” adlanan yerdə satmış, ümumilikdə heç 200 manat əldə etməmişdir. Evdəki telefonlar isə köhnə telefonlar olmuş, “Vertu” model telefon ümumiyyətlə xarab olmuşdur. Saatlar isə biri qadın və biri isə kişi saatı olmuş, kişi saatı qara sepli saat olmuş, qadın saatı isə metal rəngli və sepli olmuşdur. Qızıl saat, pul və ayyaqabı götürməmiş, həmçinin qapıdan da çıxmamışdır. Gəldiyi yerdə, yəni qamışlıq olan yerdə qaz borusu olmuş, çantanı hasarın üstünə qoymuş, sonra keçib götürmüşdür. Darvazaya ümumiyyətlə toxunmamış, haradan gəlmişdirsə, ora ilə də geri qayıtmışdır. O, evə axşam vaxtı girmiş və səhərə yaxın çıxmışdır, təxminən 3-4 saat evdə olmuş, həmin müddət ərzində evdə axtarış etmişdir. Götürdüklərini pəncərədən çıxarmışdır. Təkrar olaraq qeyd etmişdir ki, evdən götürdüyü telefonlar işləməmiş, qızıl saat və pul isə ümumiyyətlə götürməmişdir. Təqsirləndirilən şəxs Hökümalı oğlu son sözündə hazırkı cinayəti imkansızlıqdan, kasıbçılıqdan törətdiyini, əməlindən peşman olmasını, 84 yaşında xəstə anasından başqa heç kiminin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla Təqsirləndirilən şəxs Hökümalı oğluna elan edilmiş AR CM-nin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməsi öz təsdiqini tapsa da, həmin məcəllənin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyun ayının 28-i “Qurban Bayramı” ilə əlaqədar olaraq rayona getmiş, 4 gün evdə olmamış, iyul ayının 2-si axşam saatlarında, təxminən 16:30 radələrində qayıtmışdır. Evinə gələn zaman görmüşdür ki, həyətin darvazasının bir qapısı açıq, bir qapısı isə bağlıdır. Həyətə keçəndə içkilərin dağıldığını, zirzəmidə olan yeşiklərin töküldüyünü, motor və drelin oğurlandığını aşkar etmişdir. Evin yan hissəsinə keçəndə isə görmüşdür ki, pəncərənin dəmir barmaqlıqları sökülüb və oradan içəri kimsə girmişdir. Evin içinə daxil olduqda evin darmadağın edildiyini müşahidə etmişdir. İttiham aktında qeyd olunanlardan əlavə evdən 5 ədəd geyinilməmiş kişi köynəkləri, qayış, 4 ədəd xrustal stəkan, 2 ədəd saat, 3 ədəd telefon götürülmüşdür. Telefonun biri qutuda olmuş, heç işlənməmiş telefon olmuş, «Vertu» markalı telefon isə işlək vəziyyətdə olmuş, «Samsung A52» markalı telefon da işlək vəziyyətdə idi, bütün telefonlar təzə telefonlar olmuşdur. İçkilər, çəngəl-bıçaq dəsti, qazan, kişi ayaqqabısı, ütü, telefonlar, qızıl saat, «Rado» markalı qara saat, 780 manat pul vəsaiti və fotoaparat da götürülmüşdür. Qazan və fotoaparatı polislər təqsirləndirilən şəxsin evindən taparaq ona qaytarmışlar. İstintaq zamanı evindən götürlüən pulun dəyərini yuvarlaq olaraq 800 manat olaraq qeyd etmiş, lakin dəqiq olaraq onun evindən siyirmədən 3 ədəd 100 manatlıq əskinaz, qeri qalanı isə 50, 20 və 10 manatlıq əskinazlardan ibarət olmaqla cəmi 780 manat pul götürülmüş, Rado markalı saatın dəyəri 700 manat olmuşdur. Qızıl saatın qara kəmrəli olduğunu, toyunda ona hədiyyə verildiyini, dəyərinin 1200 manat olduğunu bildirmiş, həmin saatın qabını və ona toyunda hədiyyə edilməsini əks etdirən videogörüntüləri məhkəməyə təqdim etmişdir. “Vertu” markalı telefonunun isə 2017-ci ildə mağzadan 3000 manata alınaraq qardaşına hədiyyə edildiyini, qardaşının da ona verdiyini, götürülərkən bazar qiymətinin 500 manat olduğunu bildirmişdir. 149 manat dəyərində olan «Nokia» markalı telefon isə heç qutusundan çıxarılmamışdı. Təqsirləndirilən şəxslə yalnız o halda barışıq əldə edər ki, sonuncu ona onun evindən oğurluq etməsi üçün kim tərəfindən yönləndirildiyini bildirsin. Daha sonra məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmadığını, ona vurulmuş ziyanın isə ödənilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Musayev X4 RPİ-nin 4-cü Polis Şöbəsinə evindən oğurluq edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi (götürmə) haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq Bakı şəhəri, Binəqədi rayonu, İ mədən, korpus 43 ünvanında yerləşən fərdi yaşayış evində baş vermişdir. (i.v.3-9) xx.xx.2023-cü il tarixli “Götürmə aparılması və baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd “Nikon” markalı fotoaparat və 01 ədəd tava qablaşdırılaraq götürülmüşdür. (i.v 21) xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 21:15-də şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli xx.xx.2023-cü il, saat 21:05-dən hesablanmışdır. (i.v 35) xx.xx.2023-cü il tarixli “Şübhəli və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Baxtıyev X2 Aqil Nazim oğluna məxsus fərdi yaşayış evini göstərib, oğurluq hadisəsinin necə baş verdiyini əyani təsvir etmişdir. (i.v. 44-49) xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v 51) xx.xx.2023-cü il tarixli şəxsin “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən əşyalar arasından özünə məxsus 01 ədəd "Nikon D40 DX AF-S 18-55 mm" yazıları olan çanta ilə birlikdə fotoaparatı və 01 ədəd "SHOSMAN 5,8 Litr" yazıları olan 31 sm diametrli şüşə qapaqlı tavanı tanımışdır. (i.v. 61-62) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Hökümalı oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 66-67) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə təqsirlədirilən Təqsirləndirilən şəxs Hokümalı oğlu arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. (i.v 76-78) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-740/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Hökümalı oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (i.v. 86-90) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Rusiya Federasiyasının Tambov Vilayət məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə RSFSR-nin CM-nin 103,144,144 maddənin 2-ci hissəsi və 40-cı maddələri ilə bilinib barəsində 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir, Ağdam rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185 maddənin 1 hissəsi, 143 mad.4-cü hissəsi, 38-ci və 39-cu maddələri ilə təqsirli bilinərək barəsində 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Aministiya qərarın 5 mad. əsasən azad edilb, Ağcabədi rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə təqsirli bilinib, barəsində 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, barəsində 04 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddəti qutardığına görə azad olunmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2018-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə əməl CM-nin 177.3.2-ci maddəsindən 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 05 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. (i.v 95-98) “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, 12 sentyabr 2023-cü il tarixli, 9/6363 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil etmişdir. (i.v 103) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 9/6363 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun-iyul aylarına olan orta bazar qiyməti təxminən aşağıdaki kimi müəyyən olunmuşdur: 01 ədəd qara rəngli, Tayland istehsalı,üzərində "Nikon D40 DX AF-S 18-55 mm" yazıları olan çanta ilə birlikdə fotoaparat (dəst)-300 manat, 01 ədəd Türkiyə istehsalı üzərində "SHOSMAN 5,8 Litr" yazıları olan 31 sm diametrli şüşə qapaqlı tava -10.00 manat . (i.v 104) xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, 12 sentyabr 2023-cü il tarixli, 9/6363 nömrəli məhkəmə- əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuş, məhkəmə-əmtəəşunaslıq ekspertizasının rəyində göstərilən əşyaların qiymətləri ilə razı deyil. Onun ifadəsində qeyd etdiyi əşyaların qiymətlərini əsas götürüb, ona dəymiş maddi ziyanın 5330 (beş min üç yüz otuz) manat olduğu kimi nəzərə alınmasını xahiş etmişdir. (i.v 105) xx.xx.2023-cü il tarixli “Maddi sübut qismində tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Hokumalı oğlundan götürülmüş 01 ədəd qara rəngli, Tayland istehsalı, üzərində "Nikon D40 DX AF-S 18-55 mm" yazıları olan çanta ilə birlikdə fotoaparat (dəst), 01 ədəd Türkiyə istehsalı üzərində "SHOSMAN 5,8 Litr" yazıları olan 31 sm diametrli şüşə qapaqlı tava iş üzrə sübut əhəmiyyətini nəzərə alaraq maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. (i.v 108) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində "hǝbs" qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və fotocǝdvǝl, 11 iyul 2023-cü il tarixli "Götürmə aparılması və baxış keçirilməsi barədə" protokol, 12 iyul 2023-cü il tarixli şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokol və fotocədvəl, 12 iyul 2023-cü il tarixli "əşyanın tanınması haqqında" protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizası üzrə 12 sentyabr 2023-cü il tarixli, 6/6363 nömrəli rəyi, 28 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs təqdim etdiyi ərizə, 28 sentyabr 2023-cü il tarixli maddi sübut qismində tanınma haqqında qərar, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə protokolu, 1 (bir) ədəd "SHOSMAN 5,8 Litr" markalı tava və 1 (bir) ədəd Nikon markalı fotoaparat mümkünlüyü və mötəbərliyi hadisənin faktiki halları ilə uzlaşdığından sübut növü kimi qiymətləndirilmişdir. (i.v 110-116) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Hokumalı oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (119-120) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1024/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, , Təqsirləndirilən şəxs Hokumalı oğlunun həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (i.v 151-155) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-673/2023 saylı, xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Hokumalı oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmamış, ona dəymiş ziyan isə ödənilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi bir ədəd CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə bir ədəd video görüntü və 5 ədəd fotoşəkil mövcuddur. Videodan Zərərçəkmiş şəxs toyunda qara rəngli qabda qara dəri kəmərli yuvarlaq qızıl metaldan hazırlanmış qol saatı hədiyyə edilir. Zərəçəkmiş şəxsin təqdim etdiyi videodakı və fotoşəkillərdəki qol saatının qabı ilə məhkəmə iclası zamanı təqdim edilən qol saatının qabının eynilik təşkil etməsi müəyyn edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs Hökümalı oğlu tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Təqsirləndirilən şəxs Hökümalı oğlunun elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin 44 saylı mənzildən qızıl saat, nağd pul vəsaitini, saç fenini və kişi ayaqqabısını götüməməsi ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs Hökümalı oğlunun qızıl saat, nağd pul vəsaiti, saç fenini və kişi ayaqqabısını götürməməsi barədə ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, təqsilrəndirilən şəxs həm məhkəmə istintaqında həm də məhkəməyə qədər ibtidai istintaq dövründə verdiyi ifadəsində evə pəncərəni qırmaq yolu ilə daxil olaraq oğurluq etdiyini, evdə təxminən 3-4 saat ərzində axtarış etdiyini, evdən ona verilmiş ittihamda göstərilənlərdən əlavə də əşyaların götürməsini bildirmişdir. Evdən digər dəyəri az əşyaları götürmüş təqsirləndirilən şəxsin qızıl saat, nağd pul vəsaiti, saç feni və kişi ayaqqabısını götürməməsi barədə bildirdikləri inandırıcı deyil, və bu hallar zərəçəkmiş şəxsin ifadəsi ilə yanaşı onun məhkəməyə təqdim etdiyi subutlarla təkzib edilir. Bundan başqa müdafiə hüququnun təməl inistutu kimi təqsirləndirilən şəxsin bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmır, zərər çəkmiş şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbardarlıq edilmiş yalnız bundan sonra onların ifadəsi alınmışdır. Məhkəmə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd edilən qızıl saatın qabını və həmin saatın ona hədiyyə edilməsini təsdiq edən video və foto görüntüləri məhkəməyə təqdim etməsini nəzərə alaraq evindən qızıl saatının götürülməsi barədə bildirdiklərini daha inandırıcı və mötəbər hesab edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs evindən ittiham aktında göstərilməyən dəyəri az olan digər əşyaların da oğurlanmasını bildirməsi, qeyd edilənlərin təqsirləndirilən şəxsin də etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, zərəçəkmiş şəxsin bildirdikləri həqiqətdir, təqsirləndirilən şəxs isə məsuliyyətinini yüngülləşdirmək üçün özünümdafiə xarakterli yalan ifadə verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hökümalı oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən AR CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilsə də, onun əməli eyni zamanda həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 01 iyul 2023cü il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən korpus 43, 47 nömrəli evin həyətinə hasardan aşıb pəncərənin üzərində olan dəmir barmaqlığı həyətdən götürdüyü dəmir parçası ilə sındırmaqla və plastik pəncərəni sıxıb açmaqla yaşayış yerinə qanunsuz daxil olaraq yataq otağındakı dolabdan 1200 manat dəyərində 1 (bir) ədəd qızıl saatı, 700 manat dəyərində 1 (bir) ədəd Rada markalı saatı, 70 manat dəyərində 1 (bir) ədəd saç qurudanı, 280 manat dəyərində 1 (bir) cüt kişi ayaqqabısını, 800 manat nağd pulu, 1000 manat dəyərində 1 (bir) ədəd Nikon markalı fotoaparatı, 400 manat dəyərində 1 (bir) ədəd **********64654 imei kodlu "Samsung" A52 markalı telefonu, 500 manat dəyərində 1 (bir) ədəd "Vertu" markalı mobil telefonu, mətbəxdən 150 manat dəyərində 1 (bir) ədəd "SHOSMAN 5,8 Litr" markalı tavanı, 80 manat dəyərində 1 (bir) ədəd futlyarda olan çəngəl-bıçaq dəstini, evin saxlanc yeri hesab edilən zirzəmisindən 150 manat dəyərində 05 ədəd 700 ml-lik butulkada "Bulbaş" markalı spirtli içkiləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 5330 (beş min üç yüz otuz) manat, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6363 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyun-iyul aylarına olan orta bazar qiyməti 01 ədəd qara rəngli, Tayland istehsalı, üzərində "Nikon D40 DX AF-S 18-55 mm" yazıları olan çanta ilə birlikdə fotoaparat (dəst) 300 manat, 01 ədəd Türkiyə istehsalı üzərində "SHOSMAN 5,8 Litr" yazıları olan 31 sm diametrli şüşə qapaqlı tava isə 10.00 manat olaraq müəyyən edilir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən korpus 43, 47 nömrəli evdən götürdüyü "Nikon D40 DX AF-S 18-55 mm" yazıları olan fotoaparat və Türkiyə istehsalı üzərində "SHOSMAN 5,8 Litr" yazıları olan 31 sm diametrli şüşə qapaqlı tava istintiaq orqanı tərəfindən təqsirləndirilən şəxsdən götürülmüş, həmin mallar zərəçəkimiş şəxsə tanınma üçün təqdim edilmiş, zərəçəkmiş şəxs həmin əşyaları tanıyaraq ona aid olmasını təsdiq etmiş və həmin əşyalar ekspertiza tədqiqatına təqdim edilərək yuxarıda qeyd edilən rəy alınmışdır. Göründüyü kimi istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurlanmış "Nikon D40 DX AF-S 18-55 mm" yazıları olan fotoaparatı 1000 manat, Türkiyə istehsalı üzərində "SHOSMAN 5,8 Litr" yazıları olan 31 sm diametrli şüşə qapaqlı tavanı isə 150 manat maddi ziyan kimi qiymətləndirimiş və zərərçəkmiş şəxsin ifadəsini həmin hissədə daha mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, istintaq orqanı tərəfindən təyin edilmiş və müvafiq qərara əsasən əldə olunmuş Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6363 saylı ekspert rəyi ekspertizaya təqdim edilmiş həmin əşyalar üzrə keçirilmişdir. İstintaq orqanı tərəfindən qaytarılmış əşyalar üzrə zərəçəkmiş şəxsin qeyd etdiyi qiymətləri mötəbər sübut kimi qəbul etməsi, ekspert rəyini isə sübut kimi qiymətləndirməməsini isə əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına daha uyğun gəldiyindən daha mötəbər sübut kimi qiymətləndirilməli, həmin əşyaların dəyəri ekspert rəyində göstərilən qiymətlər üzrə hesablanmalıdır. Bundan başqa zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı ifadəsində evindən götürülmüş nağd pul vəsaitinin 3 ədəd 100 manatlıq əskizadan, digərlərinin isə 50, 20 və 10 manatlıq əskinazlardan ibarət olmaqla ümumilikdə 780 manat olmasını, ibtidai istintaq döründə yuvarlaq olaraq 800 manat pulun götürülməsini bildirmişdir. Məhkəmə hesab edir ki, nağd pul vəsatinin məbləği barədə də zərəçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi daha əsaslı olmaqla mötəbərdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən zərəçəkmiş şəxsin evindən götürülmüş nağd pul vəsaitinin məbləği 780 manat olaraq hesab edilməlidir. Beləliklə, məhkəmə ekspertizası zərəçəkmiş şəxsə məxsus olan və ekspertizaya təqdim edilmiş əşyalar əsasında aparıldığından və həmin əşyaların faktiki olaraq istifadə olunma müddəti və dərəcəsi nəzərə alınmaqla oğurluq hadisəsinin baş verdiyi 2023-cü ilin iyun-iyul ayına olan orta bazar qiymətləri üzrə müəyyən edildiyindən, zərərçəkmiş şəxsə dəymiş ziyanın həcmi də məhkəmə mühasibatlıq ekspertizasının rəy ilə müəyyən edilmiş məbləğlər nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Hazırkı halda zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın miqdarı ilə bağlı zərəçəkmiş şəxsin ifadəsi ilə məhkəmə mühasibatlıq ekspertizalarının rəyli arasında ziddiyyət olduğundan, həmin ziddiyyətlər təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmalı olduğundan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın həcmi də məhkəmə mühasibatlıq ekspertizalarının 12 sentyabr 2023-cü il tarixli 9/6363 nömrəli rəyi nəzərə alınmaqla müəyyən edilməlidir. Yəni qeyd edilən məhkəmə mühasibatlıq ekspertizasında adları göstərilən əşyaların dəyəri həmin rəyə əsasən, həmin rəydə adları göstərilməyən əşyaların dəyəri isə zərərçəkmiş şəxsin ifadəsinə əsasən müəyyən edilməlidir. Belə olan halda isə cinayət işi üzrə zərəçəkmiş şəxsə dəymiş ziyanın məbləği ümumilikdə 4470,00 manat olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın həcmi azaldılmalı, onun Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın miqdarının 4470,00 (dörd min dörd yüz yetmiş) manat olması müəyyən edilməli, həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişdiyindən ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sankisyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs Hökümalı oğlunun təqsirlli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsini həll etməzdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, AR DİN BƏSİİ tərəfindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Hökümalı oğlu AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. (AR CM 83.3.3) Hazırki cinayət işi üzrə ictimai təhlükəli əməl Təqsirləndirilən şəxs Hökümalı oğlu tərəfindən 01 iyul 2023-cü il tarixdə, yəni cəzasını çəkib bitirdikdən 2 il sonra törədildiyindən sonuncunun məhkumluğu ödənilmişdir. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. (AR CM 83.6) Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AR CM-nin 58.3-cü maddələrinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlini qismən etiraf edərək əməlindən peşman olmasını və himayəsində yaşlı anasının olmasını Təqsirləndirilən şəxs Hökümalı oğlunun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Hökümalı oğluna cəza təyin edilən zaman CM-nin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. AR CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Hökümalı oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Hökümalı oğlunun məhkumluğu ödənildiyindən əməlində cinayətlərin residivi olmasa da, onun daha əvvəl Bərdə rayon Xalq Məhkəməsinin xx.xx.1981-ci il tarixli hökm ilə Azərbaycan Respublikası CM-in 143 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Rusiya Federasiyasının Tambov Vilayət məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmü ilə RSFSR-nin CM-nin 103,144,144 maddənin 2-ci hissəsi və 40cı maddələri ilə bilinib barəsində 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası, Ağdam rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185 maddənin 1 hissəsi, 143 mad.4-cü hissəsi, 38-ci və 39-cu maddələri ilə təqsirli bilinərək barəsində 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Aministiya qərarın 5 maddəsinə əsasən azad edilb, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə təqsirli bilinib, barəsində 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunduqdan sonra Mingəçevir Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, barəsində 04 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, xx.xx.2015-ci il tarixdə cəza müddəti qutardığına görə azad olunduqdan sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə, xx.xx.2018-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 177.3.2-ci maddəsindən 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzasının 05 ilə endirilməsinə, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edildikdən sonra məhkumuluğunun xx.xx.2023-cü il tarixdə ödənilkdən 17 gün sonra hazırkı əməli törətməsi onun cinayət əməli törətməsinə meyilli olmasını, ömürünü çox hissəsini həbsdə keçirmiş bir şəxs olaraq islah olunmamasını təsdiq edir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hökümalı oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü madədəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Hökümalı oğlu xx.xx.2023-cü il tarixdə saat 21:05-də şübhəli şəxs qismində saxlanmış, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmış, məhkəmə hazırlıq iclasının xx.xx.2023-cü iltarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Hökümalı oğlu xx.xx.2023-cü il tarixdən hazırki tarixədək həbsdə saxlanılmaqdadır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir) Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Hökümalı oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmalı, ondan ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd "SHOSMAN 5,8 Litr" markalı tavanın və 1 (bir) ədəd “Nikon” markalı fotoaparatın sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Hökümalı oğluna məhkəmədə göstərilən hüquqi yardımla bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Hökümalı oğluna elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Hökümalı oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Hökümalı oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs Hökümalı oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Hökümalı oğlunun cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Hökümalı oğlundan tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd "SHOSMAN 5,8 Litr" markalı tavanın və 1 (bir) ədəd “Nikon” markalı fotoaparatın sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs Hökümalı oğluna göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs Hökümalı oğluna isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar