Məhkəmə qərarları › İş №1(001)-88/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-88/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-88/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Nəvahi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, etibardan sui-istifadə etmə və ya aldatmaq yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamış Təqsirləndirilən şəxs talama niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs mobil telefonunu danışıq aparıb sonradan qaytaracağını yalandan vəd etməklə xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Okean Pub”-da sonuncudan dəyəri 1800 manat olan “İphone 13 Pro” markalı tutumu 128 GB olan 352-203-776-281-309 İMEİ kodlu mobil telefonu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 1800 (min səkkiz yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, 28 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində Şövqi və əvvəlcədən tanıdığı Fərid adlı şəxslə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən “Oba” marketin yaxınlığında görüşmüşdür. Onlar qara rəngli “ Hunday Elantra” markalı avtomobillə gəlmişdilər. Daha sonra o, Şövqi və Fəridə “Okean pub”-da oturmağı təklif etmiş və onlar oraya gedərək kabinetlərdən birində əyləşmişlər. Bir neçə dəqiqə sonra o, Şövqiyə telefonunun enerjisinin bitdiyini bildirmiş, oraya qonaq çağırdığı qızlara zəng etmək üçün Şövqiyə məxsus “İphone 13 Pro” markalı mobil telefonu ondan istəmiş və Şövqi telefonun kodunu açaraq ona vermişdir. O, bir neçə dəqiqə çöldə telefonla danışdıqdan sonra geri qayıdaraq telefonu Şövqiyə qaytarmışdır. Bundan bir neçə dəqiqə sonra yenidən Şövqidən telefonu götürərək çölə çıxmış və yenidən qayıdaraq telefonu ona geri vermişdir. Üçüncü dəfə yenidən “İphone 13 Pro” markalı mobil telefonu alıb kabinetdən bayıra çıxanda həmin mobil telefonu ələ keçirmək niyyəti yaranmış və bu baxımdan nömrəsi və markası xatırlamadığı “bolt” taksi avtomobili sifariş edərək hadisə yerindən uzaqlaşmışdır. 2-3 gün şəxsi işləriylə məşğul olmuş və daha sonra Gəncə şəhərinə getmişdir. Orada pula ehtiyacı olduğu üçün Gəncə şəhərində yolda təsadüfən qarşılaşdığı tanımadığı kişi cinsli şəxsə həmin mobil telefonu 950 (doqquz yüz əlli) manat qarşılığında satmış və heç bir sənədləşmə və qəbz tələb etməmişdir. Həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. Verilmiş suallara cavab olaraq isə telefonu götürüb kabinetdən çıxdıqdan sonra Fərid və Şövqinin onu görmədiyindən əmin olduqdan sonra taksiylə hadisə yerindən uzaqlaşdığını, telefonu alarkən Şövqiyə hədə qorxu gəlmədiyini, danışmaq adı ilə aldaraq aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra bildirmişdir ki, ifadəsində telefonu hara satdığını bildiyini müstəntiqə demiş, ifadəsinin sadəcə o hissəsi düzgün yazılmamışdır. O, Fəridi əvvəlcədən tanımış, Şövqi də Fəridin yanında olmuşdur. Götürdüyü telefon Şövqiyə məxsus olmuş, telefonun kodunu bilimiş, telefonu satarkən isə sənəd olaraq dostunun vəsiqəsini vermişdir. İstintaq zamanı ona hər hansı təziq olmamışdır. Telefonu hara satdığını bildiyini desə də, müstəntiq ona həmin məlumata ehtiyac olmadığını bildirmişdir. Telefonla danışmaq üçün 2-3 dəfə çölə çıxmışdır. Fərid və Şövqi gələndə telefonu ələ keçirib götürmək niyyəti yaranmışdır. Telefonla danışarkən bir xanımı gözlədiyi üçün telefonu götürüb getməmişdir. Telefonu götürdükdən sonra yolda Şövqinin adından anasına whatsapda yazaraq hadisə olduğu üçün 1000 manat pul göndərməsi dediyini, onun anasının da həmin 1000 manatı karta köçürüldüyünü, həmin 1000 manatı getdiyi taksi sürücüsünün kartına köçürərək çıxartmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş vatsap yazışmalarının onun tərəfindən yazıldığını, onların heç birini məhkəmədə səsləndirməyə ehtiyac olmadığını, törətdiyi əməli etiraf eydiyini, Şövqinin anası pulu göndərdikdən sonra getdiyi taksi sürcüsündən bank kartıın olub-olmadığnı soruşduğunu, onun da kartı olduğunu bildirdiyi üçün həmin 1000 manatı taksi sürücüsünün kartına köçürdüyünü, taksi sürücüsün də həmin pulu çıxarıb ona verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyini nəzərə alınaraq, barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, hadisə 28 setyabr 2023-cü il tarixdə axşam 21:00 radələrində «Okean Pub» adlı kafedə baş vermişdir. Kənan həmin obyektdə ondan danışmaq üçün 1-2 dəfə telefonu istəmiş və o da telefonunu vermişdir. 3-cü dəfə isə danışmaq üçün Kənana verdiyi «İphone 13» markalı telefonunu götürüb getmişdir. Ona ümumilikdə 2500 manata yaxın ziyan dəymişdir. 1800 manat telefonun qiyməti olmuş, bundan əlavə 1000 manat pul vəsaitini də anasından onun adından istəmişdir. Telefonu götürüb gedərkən yolda onun adından anasına vatsapda yazaraq guya onun qəza törətdiyini, buna görə də polislərin onu saxladığını bildirərək anasından kartına pul atmasını istəmişdir. 29 sentyabr 2023-cü il tarixdə saat 01:41-də anası mobil tətbiq vasitəsi ilə özünə məxsus ”Kapitalbank” kartından onun “Leobank” kartına 1000 manat pul göndərimişdir. Həmin pul isə 4 dəqiqə sonra başqa karta köçürülmüşüdür. Telefonu götürüb gedəndən və yolda anası ilə yazaışaraq 1000 manat pulu ələ keçirdikdən bir neçə gün başqa nömrədən anasının vatsapına yazaraq özünü polis əməkdaşı kimi təqdim edib guya “Kənan”ın tutulduğunu bildirərək anasının bank kartının şəkillərini də istəmişdir. Həmin vatsap yazışmaları hazırda telefonunda qalmışdır. Həmin yazışmaları məhkəməyə təqdim edir. Bu barədə istintaqda məlumat verdiyini, ama ifadəsində həmin məlumatların qeyd edilməməsinin səbəblərini bilmir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir və o hazırda təqsiləndirilən şəxslə barışmamışdır. Şahid məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, 28 sentyabr 2023-cü il tarixdə saat 21:00 radələrində dostu Zərərçəkmiş şəxs ilə birlikdə ona məxsus qara rəngli “Hunday Elantra” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə getmişlər. Orada əvvəlcədən tanıdığı Kənan adlı şəxsi “Oba” marketin yaxınlığında götürmüşlər. Bundan sonra Kənanın dediyi, Sulutəpə qəsəbəsində yerləşən “Okean Pub”-da kabinetlərdən birində oturmuşlar. Kənan əvvəlcədən ona görüşəndə bir neçə qızı qonaq çağıracağını da demişdi. Onlar oturduqdan bir neçə dəqiqə sonra Kənan Şövqidən ona məxsus “İphone 13 Pro” markalı mobil telefonunu istədi, Şövqi telefonunun kodunu açaraq Kənana vermişdir. Kənan çölə çıxıb telefonla danışdıqdan bir neçə dəqiqə sonra içəri daxil olaraq telefonu geri qaytarmışdır. Bundan təxminən bir neçə dəqiqə Kənan yenidən Şövqidən danışmaq üçün telefonunu istəmiş, telefonu götürərək çölə çıxmış və yenidən geri qayıdaraq telefonu qaytarmışdır. Bundan sonra Kənan yenidən qızlarla danışmaq üçün Zərərçəkmiş şəxs məxsus “İphone 13 Pro” markalı mobil telefonunu danışmaq adı ilə götürərək kabinetdən çölə çıxmış, onlar Kənanın telefonla danışdıqdan sonra geri qayıdacağını düşünsələr də o, 10-15 dəqiqə keçməyinə baxmayaraq geri qayıtmamışdır. Şövqi ona demişdir ki, “bu telefonu götürüb getməz?”. O isə demişdir ki, “bilmirəm". Onlar Şövqi ilə birlikdə çölə çıxaraq Kənanı axtarmağa başlamışlar. Bundan sonra bilmişlər ki, Kənan Zərərçəkmiş şəxs məxsus “İphone 13 Pro” markalı mobil telefonu etibardan sui istifadə etməklə və aldatmaqla ələ keçirərək ona qarşı dələduzluq etmişdir.” İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işi başlanması haqqında” qərardan görünür ki, xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar ləğv edilərək AR CM-nin 178.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilərkən sonuncu mobil telefonunun ələ keçirildiyi ünvanı, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Okean Pub”-ın qarşısını əyani olaraq göstərmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icraatı dayandırılmış ********* saylı cinayət işi üzrə cinayəti törətməkdə şübhəli bilinən şəxsin xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edildiyindən cinayət işinin icraatı təzələnmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığından və cinayət prosessual qaydada məhdud fəaliyyət qabiliyyətli olduğundan Binəqədi Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Qanuni nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-539/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatdığından Qanuni nümayəndə qismində iştirakına xitam verilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, onun barəsində AR CM-nin 178.2.2 və 180.2.4-cü maddələri ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan cinayət işi xx.xx.2024-cü il tarixdə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinı göndərimişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1520/2023 saylı qərarından görünür ki, Nərimanov RPİ-nin istintaq şöbəsində aparılan cinayət işi üzrə AR CM-nin 178.2.2 və 180.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 16 dekabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsin tanınması haqqında” protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş şəxslər sırasında 28 sentyabr 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən “Okean Pub”-da olarkən özünə məxsus “İphone 13 Pro” markalı mobil telefonu telefonla danışmaq adı ilə alıb çölə çıxıb hadisə yerindən uzaqlaşmış şəxsi, yəni xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs tanımışdır. xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanına vermiş olduğu ifadəsini təsdiqləyərək baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmiş, Təqsirləndirilən şəxs da öz növbəsində törətdiyi dələduzluq əməlini səmimi olaraq etiraf etmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsinin nəzərə alınması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1520/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, X3 məxsus523915******6203 saylı bank kartından xx.xx.2023-cü il tarixdə, 01:41-də 409858******8523 saylı bank kartına 1000 manat pul vəsaiti köçürülmüşdür. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi vatsap yazışmalarından görünür ki, təqsirləndirilən şəxs çıxarış Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin anası X4 ilə oğlunun adından danışaraq hadisə törətdiyini, polis əməkdaşları tərəfindən saxlanıldığını biuldirməklə 1000 manat pulun köçürülməsinə nail olaraq həmin vəsaiti ələ keçirmişdir. Binəqədi RPİ-nin İstintaq şöbəsindən daxil olmuş 23 yanvar 2025-ci il tarixli ********* saylı məktubdan görünür ki, X2 1000 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktı əsasında xx.xx.2025-ci il tarixdə AR CM-nin 178.1ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaqı aparılır. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsinin nəzərə alınaraq barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmə iclasında vermiş olduğu ifadəsi və şahidin ibtidai istinaq dövründə verdiyi ifadə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan,həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi,yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi,onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi. öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs AR CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət keçdiyindən və buna dair müdafiə tərəfin razılığı olduğundan o, həmin maddə ilə cinayət məsuliyyətindən azad olunmalı və həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 91-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət məsuliyyətindən və ya cəza çəkməkdən azad edilərkən, bu Məcəllənin 75 və 80-ci maddələrində müəyyən edilmiş müddətlər yarıbayarı azaldılır. Cinayət işinin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində, yəni yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs 1800 (min səkkiz yüz) manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan fakt məhkəmə istintaqı zamanı mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini yetkinlik yaşına çatmamış törətdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq böyük ictimai təhlükə törətməyə görə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş iki il cinayət məsuliyyətinə cəlbetmə müddəti yarıbayarı azaldılmalı və bir olaraq nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə cinayət əməli xx.xx.2023-cü il tarixdə törədildiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti xx.xx.2024-cü il tarixdə keçmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə həmin hissədə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını bildirmişdir. Bundan başqa məhkəm qeyd edir ki, CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən isə müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Hazırki cinayət işi üzrə isə təqsiləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmiş xx.xx.2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair digər cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1520/2023 saylı qərarı ilə barəsində seçimiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbirinin seçilməməsi, hazırda barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan cinayət üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 52 (əlli iki) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 52 (əlli iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 312 (üç yüz on iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbirinin seçilməməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan cinayət üzrə həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 52 (əlli iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 312 (üç yüz on iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar