Məhkəmə qərarları › İş №1(001)-89/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-89/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-89/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir aşyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkmum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli talamaq məqsədi ilə 25 fevral 2022-ci il tarixdə Binəqədi rayonu Hökməli qəsəbəsində olan «Bazarstore» mağazasının girişində olan bankomatdan atası Zərərçəkmiş şəxs məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətindən adına olan **********596221 nömrəli təqaüd plastik kartdakı hesabında atasının xəstəliyi ilə əlaqədar pul çıxarışına dair əməliyyat aparan Şahid1 tərəfindən həmin kartdan günlük limitə uyğun olaraq əməliyyat aparıldıqdan sonra sonuncuya həmin limitin aşılmasını məlum olmadığına görə kartın balanasında pul olduğu halda bankomata daxil etdikdən sonra əməliyyatın aparılmasının mümkün olmadığını görüb həmin ünvanda ona müraciət etmiş Şahid1 əlindəki plastik kartın hesab nömrəsini gizlin olaraq oxuyub şifrəsini yaddaşında saxlmaqla ələ keçirdikdən sonra faktiki olaraq həmin kartda olan pulu ələ keçirməklə şəxsi maraqlarını təmin edib, kartda olan pulu nağdılaşdırmaq məqsədi ilə faktik olaraq yaşadığı Binəqədi rayonu, Çiçək qəsəbəsində olan ət kəsim məntəqəsində almış olduğu ətə görə borclu olduğu qəssab Şahid2 işlədiyi məntəqəyə gedib əmək haqqı kratı kimi təqdim etməklə sonuncunun istifadəsində olan «Samsung A22» markalı mobil telefonuna yüklənmiş «BirBank» tətbiqi ilə Zərərçəkmiş şəxs məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətindən adına olan **********596221nömrəli plastik kartından xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Şahid2 kredit ödənişinə 35 manat, həmin tarixdə təkrar eyni vasitə ilə Şahid2 kredit ödənişinə 35 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Şahid5 kredit ödənişinə 20 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 055 *** ** ** mobil nömrəyə 1 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 1 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 100 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 051 360 88 23 mobil nömrəyə 200 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Əsədullayeva Fatimə Niyaməddin qızının kredit ödənişinə 100 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Cəfərova Leyla Rıza qızının kredit ödənişinə 150 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Cəfərova Leyla Rıza qızının kredit ödənişinə 228,08 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 055 *** ** ** mobil nömrəyə 10 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 *** ** ** mobil nömrəyə 10 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 100 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə kredit ödənişinə 50 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Hüseynov Kamran Həbib oğlunun kredit ödənişinə 206 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 050 570 51 53 mobil nömrəyə 2 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 150 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 960 32 81 mobil nömrəyə 7 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 604 55 45 mobil nömrəyə 5 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 051 666 41 53 mobil nömrəyə 3 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 050 *** ** ** mobil nömrəyə 1 manat köçürmə ilə bağlı əməliyyat aparmaqla vahid niyyəti ilə əhatə edilən qəsdlə Zərərçəkmiş şəxs cəmi 1414,08 manat pulunu elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq ələ keçirərək talayıb oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında özünə məxsus plastik kartda pul çıxartmaq üçün Abşeron rayonu Hökməli yolunda yerləşən “Bazar Store” ticarət mərkəzinin qarşısında “Kapital Banka” məxsus bankomatın yanına getmiş və bankomatdan pul çıxartmaq istəmiş, lakin kartından pulu çıxara bilməmişdir. Bu zaman bankomata bir cavan oğlan adını sonradan bildiyi Rövşən adlı şəxs yaxınlaşmış və o da pul çıxara bilməmişdir. Sonra Rövşən ona yaxınlaşıb kartını göstərərək «kartdan niyə pul çıxarmaq olmur» demişdir. O isə Rövşənə «limiti aşmasını bildirmişdir. Həmin vaxtı Rövşənin əlində olan "xxxx"a aid kartın 16 rəqəmini və bankomatda yığdığı 4 rəqəmli kartın şifrəsini yadında saxlamışdır. Rövşən onun yanından uzaqlaşdıqdan sonra o yadında saxladığı kartın 16 rəqəmini və 4 rəqəmli şifrəni özünə məxsus NOKİA 1202 markalı mobil telefonunda zəng yerində telefon nömrəsi kimi yığmışdır ki, telefonun yaddaşında qalmışdır. Qərara almışdır ki, əldə etdiyi kart məlumatlarını «BirBank» proqramı vasitəsi ilə qeydiyyatdan keçirib kartda olan pulları ələ keçirsin. Lakin özündə smartfon tipli telefon olmadığından «Çiçək» qəsəbəsində qəssabxanada işləyən tanışı Hafizin telefonundan istifadə etmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 14 radələrində Hafizin işlədiyi yerə gəlmiş və Hafizlə görüşüb ondan telefonunu istəmişdir. Hafiz ondan heç nə soruşmadan özünə məxsus Samsung A22 markalı telefonunu ona vermişdir. O həmin telefonda quraşdırılmış «BirBank» proqramında Hafizin öz kartından çıxış verib, Rövşənin kart məlumatlarını qeyd edib həmin kartı qeydiyyatdan keçirmişdir. Görmüşdür ki, kartda dəqiq olaraq xatırlamadığı miqdarda pul vardır. Belə ki, o həmin vaxta kimi Hafizdən almış olduğu ətin müqabilində borcu olmuş və hər dəfə ondan pulunu tələb etmişdir. O həmin vaxt Hafizə kartın rekvizitlərini öz əmək haqqının rekvizitləri olaraq təqdim etmiş, həmçinin işlədiyi mebel sexindən verilmiş əmək haqqı kartının rekvizitləri olmasını bildirmişdir. Hafiz onunla həmin şifərinin oğurlanmasında iştirak etməmiş, Hökməli qəsəbəsində olan Bazarstore mağazasının yanında olmamış, Rövşən adlı şəxsi görməmişdir. Hafizin yanına gəlməkdə isə məqsədi ona borclu olması və hər dəfə yaşadığı evə keçən zaman onunla üzbəüz gəlməsi olmuşdur ki, ona olan borcunu versin. Həm də o, mütmadi olaraq məhəlldə olan zaman həmin ət kəsim yerinə, orada olan marketə, avtoyuma sexinə və.s getmiş və ona görə həmin şəxslərin hər birini tanımışdır. O həmin kartın şifrəsini oğurlaması ilə bağlı Hafizə hər hansı məlumat verməmiş, lakin ilkin ifadəsində onun yerini polislərə bildirməsinə yəni onu ələ veməsinə görə onun həmin kartı şifrəsini gizlin olaraq ələ keçirməsi barədə ona məlmat verməsi kimi yalan ifadə vermişdir. Faktiki olaraq Hafizin bundan xəbəri olmamışdır. Bundan sonra Hafiz həmin kart şifrəsinin onun olmasını zənn edib bir bank tərtibi ilə adına olan kreditlərə 35 manatdan olmaqla 2 dəfə, adına kredit götürmüş olduğu Çiçək qəsəbəsindən tanıdığı Şahid5 adına özü tərəfindən telefona görə götürülmüş kredit ödənişinə 20 manat, bundan sonra arvadının istifadəsində olan 055 *** ** ** mobil nömrəyə 1 manat köçürmə etmişdir. Bundan sonra o həmin gün bir bank vasitəsi ilə komunal ödənişlərinə 1 manat, 100 manat, istifadəsində olan 051 360 88 23 mobil nömrəyə 200 manat, arvadı Əsədullayeva Fatimə Niyaməddin qızının kredit ödənişinə 100 manat ödəniş etmişdir. Bundan başqa özü Çiçək qəsəbəsində marketdə işləyən Turakana bildirmişdir ki, bəs onun kartında pul vardır əgər hər hansı kredit ödənişi varsa o telefonla bir bank tətbiqi ilə onu kreditlərini ödəsin, qəbzi ona verən kimi oda pulunu ona versin. Onlar razılaşmışlar ki Türkan onu ödəmiş olduğu kredini ona bir dəfəyə deyil hisə-hissə ödəyəcəyini bildirmişdir. O da ondan kreditinin nə qədər olmasını xəbər almış və anası Cəfərova Leyla Rıza qızının 150 manat, 228,08 manat olmasını bildirmişdir. O, Hafizin telefonunda olan bir bank tətbiqi ilə həmin pulu ödəmiş və Türkan onun pulunun bir hissəsini vermiş, o pulun yerdə qalan hisəssinidə dərhal tələb etmiş və o onun pulunu borc alıb dərhal vermişdir. Onun işlədiyi marketdə ödənişinə görə etmiş olduğu pulu tam olaraq ödəmişdir. xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə arvadnın 055 *** ** ** mobil nömrəsinə 10 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 *** ** ** mobil nömrəyə 10 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 100 manat köçürmüşdür. xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə tanışının kredit ödənişinə 50 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Hafizə olan borcumun əvəzinə onun mağazasına müştəri olaraq gələn Hüseynov Kamran Həbib oğlunun kredit ödənişinə 206 manat ödəmiş və həmin pulu Kamran çıxarıb Hafizə vermiş və o onun mağazaya olan borcumla əvəzləşdirmişdir. xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Vüsal adlı avtoyumada olan şəxsin balansına Hafizin sözü ilə 050 570 51 53 mobil nömrəsinə 2 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 150 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 960 32 81 mobil nömrəyə 7 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 604 55 45 mobil nömrəyə 5 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 051 666 41 53 mobil nömrəyə 3 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 050 *** ** ** mobil nömrəyə 1 manat köçürmə ilə bağlı əməliyyat aparmaqla Zərərçəkmiş şəxs cəmi 1414 manat pulunu elektron məlumat daşıyıcılarından istifadə etməklə ələ keçirmiş, nağdılaşdırma aparmaqla borcunu və digər şəxsi ehtiyaclarına ödəmişdir. Adlarına kredit, komunal mobil nömrələrinə pul göndərilmiş şəxslər, o cüməldən borclu olub telefonundan istifadə etmiş olduğu Hafiz onun həmin kartın şifrəsini hansı yolla əldə etməsini bilməmişlər. Arvadının və öz nömrəsinə, kredit və komunal ödənişlərinə belə köçürmə etmişdir. Həmçinin arvadı, atası onun həmin kartın şifrəsini oğurlanmasını bilməmiş, bu və ya digər formada iştirak etməmişlər. Xırda məbləğdə olan mobil telefon ödənişlərinin yerinə olan pulu isə o, ət alıb onun işlədiyi yerin yaxınlğında olan kababçıya kabab bişirtdirməyə görə onun yerinə ödəniş etmişdir. O əməliyyatları Hafizin telefonu və ilkin olaraq onun kredit ödənişini etdiyinə görə polislər birinci onu müəyyən etmişlər. Faktiki olaraq Hafizin onun əməllərindən xəbəri olmamışdır. Zərərçəkmiş şəxs qarşı vrulmuş ziyan tam şəkildə ödənilmiş və sonuncu ilə barışıq ədlə olunmuşdur. Hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını, himayəsində azyaşlı uşağının olmasını və törətdiyi cinayət əməlindən peşman olduğunu qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Kapital Bankdan adına təqaüd kartı olmuşdur. Pul ödənişlərini həmin kart üzərindən etmişdir. O, təqaüd kartını oğlu Rövşənə vermiş və onun xəstəliyi ilə bağlı təqaüdləri yığılmışdır. Oğluna kratını vermişdir ki, oradan çıxarış etsin. Oğlu fevral ayında kratdan çıxarış etmək üçün Hökməli qəsəbəsində olan bazarstore mağazasının girişində olan bankomata pul çıxarmaq üçün getmiş və kartdan 500 manat pul çıxarmışdır. Həmin əməliyyatı növbəti gündə aparmış və yenə kartdan 500 manat pul çıxarmışdır. O isə yenə kartı daxil edib pul çaxarmaq isəyən zaman hesabda pul olmuş olsa belə limit dolduğundan artıq pul çıxara bilməmişdir. Sonrdan həmin vaxtı onun arxasında bir nəfər tanımadığı Çiçək qəsəbəsində yaşayan şəxs olaraq bilmiş olduğu Təqsirləndirilən şəxs olmasını bilmişdir. Bu vaxt həmin şəxsə elə də əhəmiyyət verməmiş, sonradan məlum olmuşdur ki, oğlu Rövşən kartı baknkotma salıb əməliyyat aparan zaman həmin şəxs onun arxasında olmuş, artıq hesab nömrəsini, şifrəni yaddaşında saxlamışdır. Lakin həmin vaxt oğlu Rövşən hər hansı bir haldan şübhə etməmiş, həmin şəxs onun diqqətini cələb etməmişdir. Oğlu həmin günü təkrar olaraq bakomata yaxınlaşıb ona məxsus olan kartı yoxlayan zaman ona məlum olmuşdur ki, ona məxus olan hesab kartında 1414 manat pul çıxarılmışdır. Belə ki, sonradan oğlu polisə dəvət olunmuş və həmin vaxtı ona Çiçək qəsəbəsində yaşyan və orda qəssab olaraq işləyən Şahid2 oğlu təqdim olunmuşdur. Həmin şəxsi tanıyıb tanımadığını xəbər alınmış, oğlu həmin şəxsi tanımamışdır. Sonradan həmin şəxsdən onun kart hesabıına onun istifadəsində olan mobil telefonun bir kart əməliyyat sistemi ilə müdaxilə olunmasını xəbər almışlar və o bildirmişdir ki, həmin kartı və şifərini ona qəssab işlədiyi mağazaya borclu olan və qonşuluqda yaşayan Orxan Əsədullyev vermişdir. Hazırda ona vurulmuş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyindən o, Təqsirləndirilən şəxs ilə barışmış,sonuncuya qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası xeyli müddət olar ki, təqaüdə çıxmışdır. Belə ki, atasının Kapital bankdan təqaüd kartı olmuşdur. Pul əməliyyatlarının ödənişlərini həmin kart üzərindən atası etmişdir. Atası təqaüd kartını ona verib xəstəliyi ilə bağlı yığılmış təqaüd pullarını çıxarmasını istəmişdir. O, fevral ayında kartdan çıxarış etmək üçün Hökməli qəsəbəsində olan bazarstore mağazasının girişində olan bankomata getmiş və 500 manat pul çıxarmışdır. Həmin əməliyyatı növbəti gündə aparmış və yenə kartdan 500 manat pul çıxarmışdır. Yenə kartı daxil edib pul çaxarmaq isəyən zaman hesabda pul olmuş olsa belə limit dolduğundan artıq pul çıxarmaq mümkün olmamış və həmin vaxtı onun arxasında bir nəfər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs olmuşdur. Həmin vaxt qeyd edilən şəxsə elədə əhəmiyyət verməmiş sonradan ona məlum olmuşdur ki, o kartı baknkotma salıb əməliyyat aparan zaman həmin şəxs onun arxasında olmuş, artıq hesab nömrəsini və şifrəni yaddaşında saxlamışdır. Lakin həmin vaxt o hər hansı bir haldan şübhə etməmiş, həmin şəxs onun diqqətini cələb etməmişdir. O həmin günü təkrar olaraq bakomata yaxınlaşıb atasına məxsus olan kartı yoxlayan zaman ona məlum olmuşdur ki, atasına məxus olan hesab kartında 1414 manat pul çıxarılmışdır. Bundan sonra şikayət verilmiş və bir müddət də keçdikdən sonra o, polisə dəvət olunmuş və həmin vaxt ona Şahid2 təqdim olunaraq həmin şəxsi tanıyıb tanımadığı xəbər alınmışdır. O isə həmin şəxsi tanıdığını bildirmişdir. Sonradan Hafizdən mobil telefonu vasitəsilə bir kart əməliyyat sistemində müdaxilə olunmasını xəbər alınmış və o bildirmişdir ki, həmin kartı və şifərini ona həmin vaxtı qəssəab işlədiyi mağazaya borclu olan və qonuşluqda yaşana Orxan Əsədullyev vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3, Hüseynov Kamran Həbib oğlu və Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çiçək yaşayış massivində baş vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən adına olan **********596221 nömrəli plastik kartından götürülmüş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs adına olan **********596221 nömrəli plastik kartdan xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Şahid2 kredit ödənişinə 35 manat, həmin tarixdə təkrar eyni vasitə ilə Şahid2 kredit ödənişinə 35 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Şahid5 kredit ödənişinə 20 manat, xx.xx.2022ci il tarixdə bir bank vasitəsi ilə 055 *** ** ** mobil nömrəyə 1 manat köçürmə, xx.xx.2022ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 1 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 100 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 051 360 88 23 mobil nömrəyə 200 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Əsədullayeva Fatimə Niyaməddin qızının kredit ödənişinə 100 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Cəfərova Leyla Rıza qızının kredit ödənişinə 150 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Cəfərova Leyla Rıza qızının kredit ödənişinə 228,08 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 055 *** ** ** mobil nömrəyə 10 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 *** ** ** mobil nömrəyə 10 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 100 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə kredit ödənişinə 50 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə Hüseynov Kamran Həbib oğlunun kredit ödənişinə 206 manat, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə avans əməliyyatı olaraq 150 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 050 570 51 53 mobil nömrəyə 2 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə komunal ödənişə 150 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 960 32 81 mobil nömrəyə 7 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 070 604 55 45 mobil nömrəyə 5 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 051 666 41 53 mobil nömrəyə 3 manat köçürmə, xx.xx.2022-ci il tarixdə bir bank vasitəsi ilə 050 *** ** ** mobil nömrəyə 1 manat köçürmə olmaqla cəmi 1414 manat pulunu elektron məlumat daşıyıcılarından istifadə etməklə çıxarılmışdır. Tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-929/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 oktyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddəti əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs Binəqədi RPİ-nin İstintaq Şöbəsinə nvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan olan 1414 manat tam olaraq pul tam olaraq ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-İV 445809 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X1 adlı bir azyaşlı uşağı vardır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən Zərərçəkmiş şəxs adına olan **********596221 nömrəli təqaüd plastik kartından aparılmış əməliyyatlara dair götürülmüş çıxarış iş üzrə sübut növü hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1231/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair verilmiş təqdimat təmin edilməmiş və sonuncu dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-731/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-929/2022 nömrəli qərarı ilə barəsində 27 oktyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilərək, həbsdə saxlanılma müddəti əvvəli 13 avqust 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1231/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin uzadılmasına dair verilmiş təqdimat təmin edilməyərək o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-731/2022 nömrəli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 13 avqust 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış Zərərçəkmiş şəxs adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən **********596221 nömrəli təqaüd plastik kartına dair çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdən 26 oktyabr 2022-ci il tarixədək həbsdə olduğu 2 (iki) ay 13 (on üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış Zərərçəkmiş şəxs adına olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən **********596221 nömrəli təqaüd plastik kartına dair çıxarış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar