Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-89/2025 16.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi evdə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,275 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd açıq göy rəngli kağız bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, 25 aprel 2024-cü il tarixdə, saat 00:50-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, döngə 3-də piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küşəsi 65 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 02:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd açıq göy rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,275 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarında olan ifadəsini ona imzalatmışlar, lakin həmin məzmunda ifadə verməmişdir. Onun savadı yoxdur, buna görə ifadəni imzalamışdır. Özü də xeyli müddət cəza çəkmə müəssisəsində cəza çəkmiş, saxlanıldığı zaman heç bir müqavimət göstərməmiş, polislər yaxınlaşaraq onu avtomobilə dəvət etdikdən sonra razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Məhkəmə araşdırması zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, müstəntiq onu iş materiallarında olan məzmunda ifadə verməyə məcbur etmişdir. Əslində isə onun nə üzərində, nə də avtomobilində psixotrop maddə olmamışdır. Ona verilmiş ittihamda 25 aprel 2024-cü il tarixdə saat 00:50-da saxlanılması göstərilsə də, əslində o 24 aprel 2024-cü il tarixdə saat 22:00-23:00 radələrində, həm də piyada hərəkətdə olarkən deyil, avtomobildə olduğu zaman Xırdalana gedən yolun üzərində yerləşən “Socar”ın yanında saxlanılmışdır. Polislər tərəfindən saxlanıldığı zamanı onun yanında Şahid3 adlı tanışı da olmuşdur. Şahid3 Gəncə şəhərində yaşayır, sonuncunun anası dialez xəstəliyindən əziyyət çəkir. Vüsalın anasının müalicə aldığı xəstəxananın adı xatırladığına görə “Yeni klinika” adlanır. O, Vüsal ilə həmin gün təxminən saat 18:00 və ya 18:30 radələrində Yasamal rayonu ərazisində görüşmüş, Vüsalı anasının müalicə aldığı klinikadan götürmüş və birlikdə çay içməyə gəlmişlər. Həmin zaman Vüsal dərman almalı olduğuna görə Vüsala dərmanları alıb gətirməsi ilə bağlı zəng gəlmiş, buna görə də oradan çıxmışlar və o, Vüsalı avtomobili ilə evlərinə düşürəcəkdi. Saxlanılan zaman üzərində mobil telefon, 8 manat pul və avtomobilin açarı olmuşdur. Onun idarə etdiyi “Toyota Auris” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkət edən zaman polislər onları ağ rəngli “Nissan Sunny” markalı avtomobil ilə qovmuşlar. Belə ki, əvvəl Biləcəri dairəsində onların arxasınca gələrək avtomobilin işığı ilə onlara işarə etmişlər və o da həmin zaman avtomobilin yol istədiyini düşünmüşdür. Təkrar olaraq ona işarə verən zaman avtomobildəkiləri tanımadığı üçün nəqliyyat vasitəsini saxlamamışdır. Avtomobili saxlamamsının səbəbi isə axşam saat 22-23 radələri olması, avtomobildə olan şəxslərin isə polis formasında olmadığ üçün qorxmaları olmuşdur. Daha sonra ona avtomobillə siqnallar vermiş və işıqlarla işarə etmişlər və bu şəkildə “Socar”ın yanına kimi onun arxasınca sürmüşlər. Həmin ərazidə yerləşən “Greenville Residence” yaşayış kompleksinin yanında avtomobili onun qabağına çəkdiklərindən avtomobili sağa döndərəkən avtomobilin hər 2 təkəri partlamışdır. Bundan sonra polislər Vusal ilə onu saxlayaraq onları birlikdə arxasınca gələn maşına əyləşdirməklə polis bölməsinə aparmışlar. Onların saxlanıldıqdan sonra bölməyə aparılması təqribən 20 dəqiqə çəkmişdir. Həmin zaman onun avtomobilini isə elə təkərləri partlamış halda başqa polis işçisi tərəfindən idarə edilərək polis bölməsinə gətirilmiş, avtomobil isə 4 gün sonra özünə qaytarılmışdır. Bölməyə gətirildikdən sonra onu gecə saat 02:00-dək bərk döymüşlər. Onu döyənlər isə Vüqar və Alqayıt adlı polis əməkdaşları olmuşdur. Dosdu Vüsalı isə heç kim döyməmiş, Vüsalı və onu polis bölməsində saxlamışlar. Gecə saat 3-4 arasında hazırki iş üzrə şahid olan Rüfət adlı əməkdaş və başqa polislər gəlmişlər. Ona boyununa götürmədiyi halda əvvəllərdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkumluğun olduğunu bildirməklə yenidən həmin maddə ilə həbs etməklə onu hədələmişlər. Onun üzərinə baxış həyata keçirilməsini əks etdirən video vəkil getdikdən sonra və gecə təqribən 03:30-da sonra çəkilmişdir. Vüsal və onun saxlanılmasında Şahid1 adlı polis əməkdaşı iştirak etməmiş, onun saxlanılmasında Vüqar və Alqayıt adlı polis əməkdaşları iştirak etmişdir. Polislər onu saxlanıldığı zaman üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan mobil telefon olmuş, həmin gün Vüsal da daxil olmaqla başqa şəxslərlə telefon danışıqları apramışdır. Polis əməkdaşları onları saxlayarkən telefonları onların əllərindən almış, zəng etməyə belə icazə verməmişlər. Bölməyə gəldiklərində onların telefonu seyfə qoyulmuş, lakin telefonlar söndürlməmiş, həmin zaman da onun telefonuna təxminən 10 dəfə zəng gəlmişdir. O, 1 gün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində saxlanılmış, bundan sonra onlara narahat olmamağı, onlara heç nə edilməyəcəyini bildirmişlər. Həmin zaman artıq onu döymüşdülər və rəsmiləşdirilmə aparılmışdı. Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanıldıqdan sonra prokurorun qəbuluna çıxarılacağı, oradan isə prokorur tərəfindən azad ediləcəkləri və işlərinin çöldən davam edəcəyi bildirilmişdir. Bundan sonra məcbur qalaraq boynuna almışdır. 1 gün bölmədə, yəni növbətçi otağın arxasında balaca bir dəmir reşotkalı yerdə saxlanılmış, sonra isə 2 gün Binəqədi Rayon Polis İdarəsinin müvvəqəti saxlama yerində saxlanılmış, 48 saatın tamamında idarədən buraxılmış, o buraxıldığı zaman artıq günorta saatları olmuşdur. Bundan sonra isə prokuror qarşısına çıxarılmışdır. Polislər, o cümlədən şahid Alqayıt ona narahat olmamağı, ya cərimə, ya da məhdudlaşdırma ilə buraxılacağını bildirmiş, buna görə də prokurorun qəbulunda heç nə deməmişdir. X14 da idarədə onunla eyni kamerada saxlanılmışlar. Onlar buraxılarkən telefonları 6-cı bölmədə olmuş, buraxıldıqdan sonra isə gedib bölmədən telefonlarını götürmüşlər. Şahid2 onun saxlanıldığı yeri düzgün göstərsə də, tək saxlanılmağı və piyada olmağı barədə bildirkdiləri yalandır. Vüsalın Bölməyə gətirilmə saatı 22:40 düzgün qeyd edilmiş, belə ki, onları təxminən həmin zaman bölməyə gətirmişlər. Onun polis bölməsinə gətirilmə vaxtını isə 01:15 olaraq səhv göstərmişlər. Bölmədə əvvəlcə Vüsalı sonra isə onu ayrı-ayrılıqda rəsmiləşdirmişlər. Vüqar adlı polis əməkdaşının onun saxlanılmağında iştirak etməsinə baxmayaraq, sənədlərdə sonuncunun adı qeyd edilməmiş, eyni zamanda bölmədə ona Vüqarın adını bildirməməsi söylənilmişdir. Onun üzərinə baxış keçirilməsi barədə çəkiliş gecə saat 03:30-dan sonra aparılmışdır. Çünki həmin saatlarda bölmənin saxlama yerində olarkən Əlibaba adlı şəxsi və yanında olan başqa bir şəxsi yol patrul xidmətinin əməkdaşları bölməyə gətirmişdi. Həmin Əlibaba adlı şəxs yol polisi ilə dava etdiyi üçün bölməyə gətirilmişdi və bölmədə olanda da dava-dalaş salırdı. Əlibala əslən Laçın rayonundan olmaqla malyar (rəngsaz) işləyən bir şəxs idi və gətirilərkən də içkili vəziyyətdə olmuşdur. Həmin vaxtı polis əməkdaşlarından saatın neçə olduğunu soruşduqda ona saatın 03:30 olduğu bildirilmişdir. Həmin vaxta qədər isə hər hansı videoçəkiliş aparılmamışdı. Həmin vaxtdan təxminən bir qədər sonra Vüsalı, sonra isə onu video çəkiliş üçün aparmışlar. Videodan da görünür ki, heç belində kəmər də yoxdur. O həmişə kəmər taxır və 10 ilə yaxındır ki, eyni kəmərdən istifadə edir. Cəza çəkmə müəssisəsindən çıxdığı vaxtdan eyni kəməri taxır. Belində kəmər olmadığı üçün şalvar belindən düşürdü. Bölməyə girən kimi hamısını çıxardırlar. Videoda aydın görünür ki, hətta ayaqqabısının ipini də çıxardıblar. Onu videoçəkiliş üçün gətirəndə artıq üzəri yoxlanılmışdır. Videoda hətta ayaqqabısının ipininın çıxarıldığı, ayaqqabının üzərində iplərin izlərini də düşmüşdür. Çünki onu saxlanılma yerinə salanda özlərinə xəsarət yetirməmək üçün üzərlərində olan hər şeyi çıxarmışdılar. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı verilmiş ittihamda təqsirli bilmədiyini, məhkəmənin ədalətinə güvəndiyini, saxlanılarkən üzərində heç bir qadağan edilmiş əşya və ya maddə olmadığını, Şahid3 anasını xəstəxanaya gətirdiyini, daha sonra birlikdə onun anasının dərmanlarını alıb, Yasamalda yerləşən klinikaya aparıb verdiklərini, ordan da çıxıb çay evində Vüsal ilə birlikdə oturduqlarını, çay evindən çıxandan sonra yolda Vüsal ilə onu birlikdə saxlayaraq bölməyə gətirdiklərini, bölməyə gətirildikdən sonra da onları incidərək döydüklərini, daha sonra da nakotik maddənin onların olduğunu bildirdiklərini, onun üzərinə keçirilmiş baxışın isə vəkil getdikdən sonra rəsmiləşdirildiyini qeyd edərək məhkəmədən ona bəraət verilməsini xahiş etmidir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin sahə inspektoru Şahid2 tarixli ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupunun digər üzvü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 00:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, döngə 3 ünvanında Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman sonuncuya yaxınlaşmış və Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra təhqiqatçının xidməti iş otağında sonuncunun üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan 0,275 qram psixotrop maddə metamfetamini özü təqdim etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid2 təkrar dindirilən zaman ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə saat təxminən 00:50 radələrində sonuncu piyada hərəkətdə olduğu zaman Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may massivi, döngə 3 ünvanında saxlamışlar. Həmin döngə 3 adlanan ünvan Biləcəri qəsəbəsində təzə tikilən binaların ətrafı, “Greenville Residence” yaşayış kompleksinin yanıdır. Həmin küçə də başdan aşağı döngə 3 olaraq adlanır. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı X22 Hüseynov küçəsinə gələn yol var ki, həmin yol vasitəsilə Bakı-Sumqayıt şossesinə çıxmaq mümkündür. Həmin yol ilə gələn zaman orada qeyd etdiyi “Greenville Residence” yaşayış kompleksi yerləşir. Həmin yaşayış kompleksini dönən zaman məhəllənin içinə daxil olan küçə vardır. Təqsirləndirilən şəxs da həmin küçədə, daha dəqiq həmin küçədəki inşaat malları mağazasından 50-100 metr irəlidə “Socar” şirkətinə məxsus neft borularının keçdiyi yerdə yolun sol tərəfində saxlamışlar. Təqsirləndirilən şəxsin bildirdiyinin əksinə sonuncu piyada və tək olmuşdur, nə avtomobildə olmamış, nə də Şahid3 adlı şəxslə birlikdə saxlanılmamışdır. Onunla birlikdə əməliyyat tədbirində əməliyyat müvvəkili Şahid1 iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs saat 00:50-də saxlamışlar, həmin saatdan əvvəl sonuncunun anten məlumatlarının bölmə ərazisini göstərməsinin səbəblərini isə bilmir, bu barədə hər hansı izah verə bilməz. O, Turaldan telefon almamış, sonuncunun üzərində telefon olub-olmamasını dəqiq xatırlamır, onun zənnincə təqsirləndirilən şəxsin üzərində telefonu olmamışdır. Onun öz üzərində olan telefonda isə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra dərhal təhqiqatçıya təhvil verilmiş, təqribən 15-20 dəqiqə sonra da təqsirləndirilən şəxsin üzərinə baxış həyata keçirilmiş, həmin müddət ərzində isə prosedur qaydalara uyğun olaraq Təqsirləndirilən şəxs yanında gözləmişlər. Məhkəmə iclasında tədqiq edilmiş xəritədən də görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığ yer ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi arasında məsafə 2,5 kilometr təşkil edir, lakin avtomobillə həmin yolu 15 dəqiqəyə getmişlər. Çünki həmin yollar əks istiqamətlidir və zolaqlarla ayrılmışdır, digər zolağa keçmək üçün isə daha irəlidən manevr etmək lazımdır. O, 2 mobil nömrədən istifadə edir, bir nömrəsi xidməti istifadə üçündür, digər nömrə isə şəxsi istifadə üçündür. Ola bilər tədbir vaxtı digər nömrəsi, yəni ********** saylı mobil nömrə üzərində olmuşdur. Bəzən də məlumat gəldiyi vaxt tez-tələsik bölməni tərk edir, belə olan halda telefonu bölmədə qalır. Əgər nömrə eyni ərazini verirsə, çox güman telefonu bölmədə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin cinayət axtarış müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, hazırda hadisə tam yadında qalmamışdır, ibtidai istintaq dövründə nə ifadə vermişdirsə təsdiq edir, təqsirləndirilən şəxsi saxlayanda özü də orda olmuşdur. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, təqsirləndirilən şəxsin saxlanılması yadında olsa da, amma hansı ünvanda və hansı saatda saxladıqları yadında qalmamışdır. Çünki ayda bir neçə dəfə əməliyyatda iştirak edir, hazırda Təqsirləndirilən şəxs saxlanıldığı əməliyyatı yadında qalmamışdır. ***-***-**-** saylı mobil nömrənin olduğu telefonu hər zaman üzərində gəzdirir, hazırda çox güman üzü saqqalı olduğu üçün təqsirləndirilən şəxs hazırda onu xatırlamadığını bildirir. Təqsirləndirilən şəxs saxlanılmasından 5 ay müddət keçmişdir, hadisəni tam xatırlaya bilmir, hər hansı məlumatı yalan bildirmək istəmir. Proses iştirakçılarının razılığı ilə Şahid1 ibtidai istintaq dövründə verdiyi aşağıdakı məzmunda ifadə elan olunmuşdur: “O, Binəqədi rayon polis idarəsinin 6-cı Polis bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsini daşıyır. 24 aprel 2024-cü ildə işlədiyi Binəqədi RPİ-nin 6-cı PB-nə qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında Gəncə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Masazır Ə/D, Masazır kəndi, Emin Nəsibov küçəsi ev 16-da qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi evdə kirayədə yaşayan Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan bölmə rəisinin 24 aprel 2024-cü il tarixli qərarı ilə yaradılmış əməliyyat qrupunun üzvü təyin edilmiş və PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfinizdən hazırlanmış əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə saat 00:50-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, döngə 3-də piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılaraq işlədiyi bölmənin təhqiqatçısının xidməti iş otağına gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkillə tanış olduqdan sonra, ona üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılması barədə qərar təqdim edilmiş, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olduqdan sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd açıq göy rəngli kağıza kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi şalvarın sağ yan cibindən 8 ədəd 1 manatlıq, qara rəngli gödəkçənin işəri içəri sol cibindən 1 ədəd açar aşkar olunmuş və iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansısa bir əşya və ya predmet aşkar edilməmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aparılan sorğu zamanı o, üzərindən aşkar edilən bükümün içərisindəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni 24 aprel 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, 20 Yanvar adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə elektron tərəzidə çəkildikdə çəkisinin 0,56 qram olması müəyyən edilmiş, həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetaminə bənzə maddə olduğu məlum olmuş, aşkar edilərək götürülmüş 01 ədəd bükümdə psixotrop maddə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 175 nömrəli möhürü ilə möhürləndikdən sonra zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, qeyd olunanlar barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.” İfadəsi elan edildikdən sonra şahid qeyd olunan ifadəsini təsdiq etdiyini, həqiqətən sözügedən məzmunda ifadə verməsini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onun Təqsirləndirilən şəxsla dostluq münasibətləri vardır, sonuncu ilə Gəncə şəhərində, Nicat adlı ortaq dostları vasitəsi ilə tanış olmuşlar. Onun anası dialez xəstəsidir, anasını böyrəyindən əməliyyat etdirmək üçün Bakı şəhərinə gətirmişdir. Bakıya gəldikdən sonra “Şamaxinka” adlanan ərazidə kirayə yaşayan xalasıgildə yerləşmişlər və o anasını mütəmadi xəstəxanaya aparıb gətirmişdir. 2- 3 gündən sonra Turalla əlaqə saxlayaraq Biləcəri ərazisində görüşmüşlər. Onlar çayxanada oturub söhbətləşmişlər, çayxanadan çıxdıqdan sonra Turalın avtomobilinə mindikdən sonra polislər onlara yaxınlaşaraq saxlayıb 6-cı polis bölməsinə aparmışlar. Onları birlikdə saxlayıb bölməyə aparsalar da, bölmədə ayrı-ayrı rəsmiləşdirmişlər. Həmin zaman qeyd olunan maddələri onların qabağına qoyaraq boyunlarına götürməyə məcbur etmişlər, əks halda daha ağır maddə ilə ittiham olunacaqları ilə hədələmişlər. Daha sonra vəkil Müdafiəçi gəlmişdir, lakin onlara danışmağa imkan verilməmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Turalın avtomobilində nasazlıq olmasına fikir verməmişdir. Onların saxlanıldığı vaxt saat təxminən 23:00 radələri idi. Həmin zaman onlar artıq evə getmək üçün çayxanadan çıxmışdılar. Avtomobilə əyləşib hərəkət edən zaman saxlanılmışlar. Saxlanıldıqları yer Biləcəri ətrafı idi. Polislər onları saxladıqları zaman mülki geyimdə olmuş, onların üzərlərinə baxış keçirdikdən sonra bölməyə aparılmışlar, lakin başqa heç nə deməmişlər. Onlar bölməyə maşınla aparılmış, maşında 3 polis əməkdaşı, özü və Təqsirləndirilən şəxs olmaqla, ümumilikdə 5 nəfər olmuşlar. Onlar bölməyə aparıldıqdan sonra əvvəl bölmə rəisinin otağına aparılmış, rəis sənədləşdirmə aparılmasını bildirmiş, rəisin otağında onların üstünə baxış keçirilmiş, həmin zaman üzərilərindən heç nə çıxmamış, lakin daha sonra narkotiki gətirib önlərinə qoyayaraq üzərilərinə götürmələri bildirilmişdir. Əks halda daha ağır maddə ilə ittiham olacağını bildirilmiş, onları döydükləri üçün boyunlarına götürmüşlər. Hətta vəkil ona həqiqəti danışmasını bildirdiyi zaman polislər imkan verməyərək otağın yanına gəlmişlər. Hədəqorxulara və döyüldüyünə görə əməli boynuna götürmüş, Tural və onu birlikdə deyil, ayrıayrılıqda döymüşlər. O, Turalın döyüldüyünü sonradan bölmənin saxlama yerində söhbət edərkən öyrənmişdir. Onun başına ilk dəfədir belə bir iş gəldiyi və polislər onu qorxutduğu üçün daha sonra şikayət etməmişdir. O, özü 3-4 il əvvəl narkotik vasitə istifadə etmiş, 1 il müddətdir istifadə etmir, hətta bununla bağlı analiz də vermişdir. Turalın narkotik istifadə etdiyi barədə isə heç bir məlumatı yoxdur. Lakin saxlanıldıqları zaman Turalın da üzərindən heç bir şey aşkar olunmamış, həmin gün Tural onunla birgə olan zaman heç nə istifadə etməmişdir. Saxlanıldığı zaman üzərində olan telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Bölmədə ona 1 may deyilən ərazidə tutulmağını yazmasını bildirmişlər, o da yalandan tək saxlanılmasını bildirmişdir. Üzərində olan telefonu da söndürülməmiş, bölmədə ona tez-tez zənglər gəlmiş, hətta bölmədə Vüqar adlı polis əməkdaşına anasının xəstə olduğu üçün telefonla danışmalı olduğunu bildirmiş, icazə aldıqdan sonra kabinetdə öz telefonu ilə xalası qızı ilə danışmışdır. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, məlumatlar hazırda internet üzərindən tədqiq edilir, lakin zəng və smslərə əsasən daha dəqiq fikir bildirmək mümkündür. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə dair qeyd edilməlidir ki, xx.xx.2024cü il tarixdə saat 23:24 radələrində internetin başladığı yer “Biləcəri Plafaktoriya, X15” olaraq görünür. Həmin ünvan isə antenin yerləşdiyi ünvandır və ünvanın koordinatlarının “google map”da tədqiqindən görünür ki, qeyd edilən yer Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə çox yaxındır, adıçəkilən iki ünvan arasında məsafə təxminən 83 metr təşkil edir. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 21:01-də “Bakı şəhəri, Biləcəri qəsəbəsi, Habil Süleymanov 99” ünvanında zəng qəbul etmişdir, daha sonra isə artıq “Biləcəri Plafaktoriya” ərazisində internet istifadələri başlayır. İnternet istifadəsinə əsasən Təqsirləndirilən şəxs həmin gün 18:40 radələrində “ünvan 10 ünvanında olduğu müəyyən edilir. 18:41 radələrində isə Təqsirləndirilən şəxs telefonuna SMS gəlmişdir. SMS-lə daha dəqiq demək mümkündür. Həmin SMS vasitəsi ilə bilmək olur ki, Təqsirləndirilən şəxs ünvanı “Xirdalan shr, mehelle 28, X7, Absheron” olaraq görünür. Yəni həmin zaman Təqsirləndirilən şəxs Xırdalan ərazisində olmuş, Təqsirləndirilən şəxs internetin sesiyası başlayıb və tam bitmədiyinə görə yeri dəyişəkli olaraq göstərilmişdir. “20 yanvar dairəsi” kəsişmə olduğundan və onun bir hissəsi Nəsimi rayonu, bir hissəsi Yasamal rayonu, bir hissəsi isə Xırdalan şəhəri ərazisinə düşdüyündən Təqsirləndirilən şəxs yeri sözügedən 3 ərazinin kəsişməsini göstərir. xx.xx.2024-cü il saat 22:16 radələrindən sonra Təqsirləndirilən şəxs bütün internet məlumatları saat 23:59-dək “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 65 ünvanı, Biləcəri Plofraktoriya” olaraq görünür. Həmçinin qeyd etməlidir ki, “X2, Binagadi” yazılan anten dairəsi ilə “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 65 ünvanı və “Biləcəri Plofraktoriya” ünvanı eyni anten dairəsidir, yəni hər iki məkanın koordinatları eynidir. Bundan başqa Şahid3 istifadəsində olan mobil nömrəyə dair qeyd etməlidir ki, Şahid3 xx.xx.2024-cü il tarixdə, saat 16:43 radələrində sonuncu internet istifadəsi “Mireli Seyidov 18A, Yasamal” ünvanında olmuşdur. Daha sonra şəbəkəyə xx.xx.2024-cü il tarixdə saat 21:22 radələrində qayıtmışdır, həmin zaman isə ünvan “Bilajari Plofraktoriya, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 65, Binagadi” olaraq görünür. Bu da onu göstərir ki, həmin vaxtı Təqsirləndirilən şəxs və Şahid3 eyni yerdə olmuşlar. Bundan başqa Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin əhatə dairəsi barəsində onu deyə bilər ki, xx.xx.2024-cü il tarixdə saat 00:37 radələrində həmin nömrəyə gələn zəngə əsasən sonuncunun olduğu yer “Bilajari Plofraktoriya, X2, Binagadi” olaraq görünür. xx.xx.2024-cü il tarixdə 21:52 radələrində zəng olmuş və həmin zəngə əsasən şəxsin olduğu dəqiq yer “Yahya Huseynov, ünvan 13 ünvanıdır. Həmin ünvanla 6cı Polis Bölməsinin arasındakı məsafə çox yaxındır və təxminən 5 dəqiqəlik yoldur, eyni ərazi üzrə 350 metr məsafəni anten dairəsi göstərə bilər. Şahid2 istifadəsində olan ***-***- **-** saylı telefon nömrəsinin əhatə dairəsi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə saat 23:59 radələrində daxil olan zəngə əsasən dəqiq olaraq “Bilajari Plofraktoriya, X2, Binagadi” ünvanı görünür. xx.xx.2024-cü il tarixdə saat 00:52 radələrində çıxan zəngə görə dəqiq qeyd etmək olar ki, şəxsin olduğu yer “Bilajari Plofraktoriya, X2, Binagadi” ərazisidir. Bundan başqa ***-***-**-** nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 21:01 radələrində gələn zəngə əsasən ünvan “Balajari, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Habil Süleymanov 99, ATS-30, Binagadi” olaraq görünür. ***-***-**-** nömrəsinin isə internet istifadələrinə əsasən ünvanın “Bilajari Plofraktoriya, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 65, Binagadi” olduğunu demək mümkündür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 1, i.v. 01); əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlaması barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (cild 1, i.v. 04-05); əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, protokolun Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X9 və həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə tərtib etməsi qeyd edilsə də, protokolun sonunda protokolu imza edən şəxslər kimi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin cinayət axtarış müvəkkili Şahid1 və sahə rəisi Şahid2 adları qeyd edilərək onlar tərəfindən imza edilmişdir. (cild 1, i.v. 07); xx.xx.2024-cü il tarixli 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək istifadə etməsində şübhəli bilindiyi üçün xx.xx.2024-cü il tarixdə, saat 00:50 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 May massivi döngə 3 ünvanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirilmişdir. (cild 1, i.v. 08); şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:35-də Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən saat 00:50-dən hesablanmışdır. (cild 1, i.v. 23); xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqtaçısı, polis baş leytinantı Ağahüseyn Həsənov tərəfindən tərtib ediilmiş “Protokol”dan görünür ki, həmin protokol Binəqədi RPİ-nin 6-cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytinantı X9 və həmin bölmənin sahə rəisi polis mayoru X10 iştirakı ilə tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış aparılarkən şübhəli şəxsin öz istəyi ilə 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi baxışda iştirak etməmişdir. Lakin qeyd edilən protokolu iştirak etdikləri göstərilən şəxslər deyil, həmin bölmənin CA üzrə əməliyyat müvəkkili, polis leytinantı Şahid1 və sahə inspektoru, polis kapitanı Şahid2, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs imza etmiş, müdafiəçi qismində dəvət edilmiş vəkil X3 isə ümumiyyətlə iştirak etməmiş və protokolu imzalamamışdır. (cild 1, i.v 30) ; şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılmazdan əvvəl hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd açıq göy rəngli kağıza bükülmüş bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara qəngli gödəkçəsinin içəri cibində sol tərəfdən bir ədəd açar və əynində olan göy rəngli cins şalvarın sağ cibindən 8 ədəd 1 manatlıq əskinaz götürülərək masanın üzərinə qoyulmuşdur. Şəxsi axtarış zamanı sonuncunun əynində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, açar və 8 ədəd 1 manatlıq əskinaz çəkiliş zamanı geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisinin 0,56 qram olması müəyyən edilmiş, daha sonra kütlə boş şəffaf sellofan paketə yerləşdirilərək, içərisi boş olan açıq göy rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 175 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin psixotrp maddə hesab olunan metamfetamini xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, 20 Yanvar adlanan yerdən tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını, 2022-ci ildə müharibədə iştirak etdikdən sonra istifadə etməyə başladığını bildirmiş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə protokolu elektron qaydada komputerdə tərtib edilərək çap edilmiş, tərtib edilmə tarixi kimi göstərilən xx.xx.2024-cü il tarix də kompterdə yazılaraq çap edilmiş, protokolun tərtib edilməyə başlanma və qurtarma saatları isə əl yazma, yəni qələmlə gözlə görüləcək dərəcədə qaralama edilərək müvafiq olaraq saat 02:00 və 02:30 olaraq düzəldilmişdir. (cild1, i.v. 32-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16/16/2-6/2269 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfədki bir ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,275 qram kütlə qəbul edilmiş, 0,05 qram tədqiqat üçün istifadə edilmiş, 0,255 qram maddə geri qaytarılmışdır. (cild1,i.v.39-42); Binəqədi RPİ-nin 6-cı PB-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabından” çıxarışdan görünür ki, həmin kitabın 438-ci qrafasında adı qeyd edilmiş Şahid3 xx.xx.2024-cü il tarixdə saat 22:40-da bölməyə gətirilmişdir. Həmin kitabın 439-cu qrafasında adı qeyd edilmiş Təqsirləndirilən şəxs Yalçın oğlu (şəxsin ata adı səhv qeyd edilmişdir) isə xx.xx.2024-cü il tarixdə saat 01:15-də bölməyə gətirilmişdir. Bundan başqa həmin kitabın müvafiq olaraq 440 və 441-ci qrafalarında adları qeyd edilmiş X23 və X11 adlı şəxslərin xx.xx.2024-cü il tarixdə saat 01:20-də bölməyə gətirilməsi qeyd edilmiş, 441-ci qrafada isə X8 adlı şəxsin həmin tarixdə saat 01:00-da bölməyə gətirilməsi göstərilmişdir. Kitabda digər şəxslərin kimlər tərəfindən bölməyə gətirilməsi və azad edilmə tarixləri göstərilsə də, sadəcə Şahid3 və Təqsirləndirilən şəxs hansı polis əməkdaşları tərəfindən bölməyə gətirilməsi və hansı tarixdə azad edilmələri barədə qrafalar boş saxlanılmış, hər hansı qeyd aparılmamışdır. Eyni zamanda həm Təqsirləndirilən şəxs həm də Şahid3 barəsində araşdırma aparılmasının təhqiqatçı Şahid2 həvalə olunması qeyd edilmişdir. (cild1,i.v. 47-48, cild 2, i.v. 121-125); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild1,i.v. 57- 58); Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətmkan tədbirinin seçilməsi qərara alınmışdır. (cild1,i.v. 75-76); Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild1, i.v. 77-79); Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında müstəntiq İsa Süleymanov tərəfndən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokolda qeyd edilmişdir ki, “Baxış zamanı müəyyən edilmişdir ki, görüntülər xx.xx.2024-cü il tarixdə saat 02:00-da qeydə alınmışdır. Təbii işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi RPİ- nin 6-cı Polis Bölməsində xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Binəqədi RPİ-nin 6-cı PBnin təhqiqatçısı, polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Görüntünün sonunda şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd açıq göy rəngli kağıza bükülmüş bükülünü masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman göy rəngli cins şalvarın sağ yan cibindən 8 ədəd 1 manatlıq, qara rəngli gödəkçənin içəri sol cibindən 1 ədəd açar aşkar olunur, bundan başqa isə onun üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd açıq göy rəngli kağıza bükülmüş bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirdi. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni üzərindən aşkar edilən bükümün içərisindəkinin psixotrop maddə metamfetamin olduğunu, o kütlənin metamfetamin olduğunu, psixotrop maddəni 24 aprel 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, 20 Yanvar adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində alaraq şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə tərəzidə çəkildikdə çəkisinin 0,56 qram olması müəyyən edilir. Həmin büküm təhqiqatçı, polis baş leytenantı Ağahüseyn Həsənov tərəfindən açılır və içərisində ağ kristal formada olan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu görsənir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd açıq göy rəngli kağıza bükülmüş bükülü təhqiqatçı Ağahüseyn Həsənov tərəfindən götürülərək kağız zərfə qoyulub qablaşdırılır. (cild1,i.v. 81); Qeyd edilən video görüntüyə məhkəmə baxışı zamanı baxılarkən müəyyən olunmuşdur ki, təhiqatçı X16 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış həyata keçirilərkən həmin hərəkətin aparıldığı tarixin xx.xx.2024-cü il olduğunu bildirsə də, başlanma və quratma saatı barədə hər hansı məlumat bildirmir. Əşyanın maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalmış 0,225 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd disk maddi sübut kimi tanınmış, 0,225 qram psixotrop maddə metamfetamin Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutları saxlama kamerasına təhvil verilmiş, disk cinayət işi materiallarına əlavə edilərək saxlanılmışdır. (cild1, i.v. 91-92); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 Şəxsin xx.xx.2024-cü il tarixli, 2795 nömrəli Ambulator X4 rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild1,i.v. 107-108); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 234.4.3-cü AR CM-nin maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 6 ay 4 günündən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2019cu il tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 7 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 il 3 ay 9 gün hissəsindən çərti olaraq vaxtında əvvəl azad edilmişdir. (cild1,i.v. 111-112); Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(125)-288/2023-cü il tarixli qərarından görünür ki, Mürsəlov X18 Rayon Məhkləməsinin xx.xx.2022-ci i tarixli 1(041)- 29/2022 nömrəli hökmü ilə ona qəti olaraq təyin edilmiş 2 il 7 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 28 sentyabr 2023-cü il tarixə çəkilməmiş qalan 1 il 3 ay 9 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri nəzərə alınmış, cinayət iş üzrə şahid ifadələri, kompleks məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-6/2269 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2795 nömrəli rəyləri, şəxsi axtarış və götürmə, diskə baxış protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (cild1,i.v. 116-127); 240040385 nömrəli cinayət işi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ittiham aktından görünür ki, Şahid3 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 24 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,203 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd kağız bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 22:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 6-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, döngə 4 ünvanı yaxınlığında saxlanılaraq, ünvan 18 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş, 25 aprel 2024-cü il tarixdə saat 00:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd kağız bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,203 qram ağ rəngli kristallik hissəciklərdən ibarət madde kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (cild 2, i.v. 67-72); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-89/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***- ***-**-** saylı, Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı, Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı, Şahid2 ***-***-**-** saylı mobil telefon nömrələrinin xx.xx.2024-cü il tarix saat 00:00-dan xx.xx.2024-cü il saat 23:59-dək hansı anten dairələrində qeydiyyata alınması barədə məlumatların, həmçinin həmin tarix ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı, Şahid3 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə daxil olan və çıxan çıxan zənglərin siyahısının (abonentlərin anket məlumatları göstərilməklə), SMS mətnlərinin “Azerfon" MMC, "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild 2,i.v. 113- 114); "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli BKC/LGL-2697/25 saylı məktubu ilə məhkəmə qərarı icra olunaraq ********** saylı nömrənin xx.xx.2018-ci il tarixində "xxxx" şəbəkəsinə daşınması qeyd edilərək məhkəmə qərarında göstərilən əldə olunmuş digər mümkün məlumatların məktuba əlavə edilmiş qoşma şəklində təqdim edilməsi qeyd edilmiş və məktuba 1 ədəd CD əlavə edilmişdir. (cild 2,i.v.131); xx.xx.2025-ci il tarixli BKC/LGL-2697/25 saylı məktubla məhkəməyə təqdim edilmiş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 10 ədəd “pdf” formatında fayl mövcuddur: 1) “Əhatə dairəsi_MSİSDN_5********.pdf” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrənin anten dairələri əks olunmuşdur. Həmin məlumatlara əsasən – xx.xx.2024-cü il tarixdə saat 19:01-də Təqsirləndirilən şəxs mobil telefonunun anten dairəsi “Cafepark//Yasamal/ (40.379xx/xx.80778)” olaraq görünür. (Həmin gün saat 16:01-də eyni koordinatlarda Şahid3 da olmuşdur.) Saat 19:47-də isə sonuncunun anten dairəsi “Balajari/Aztelekom MMC KMTQ/Binagadi/(40.423xx/xx.80018)” ünvanını göstərir. (Saat 19:43-də isə Şahid3 da ünvanı eyni koordinatları göstərmişdir, bu da həmin şəxslərin birlikdə olmalarını təsdiq edir.) Saat 21:01-də daxil olmuş zəngə əsasən Təqsirləndirilən şəxs olduğu ünvan “Balajari/Bakı şəhəri, Biləcəri qəsəbəsi, Habil Süleymanov 99/ ATS-30/Binagadi/ (40.423xx/xx.80018)” olaraq qeyd edilmişdir. Saat 21:12-dən 23:30-dək nömrənin internet istifadələrinə dair məlumatlar yalnız “40.43xx/xx.81329” koordinatları göstərmişdir. (Həmin müddət kəsimi ərzində Şahid3 və Təqsirləndirilən şəxs əhatə dairəsi birəbir eynilik təşkil edir.) 2) “Əhatə dairəsi_MSİSDN_5********.pdf” adlı faylda Şahid3 istifadəsində olmuş ********** saylı mobil nömrənin anten dairələri əks olunmuşdur. Həmin məlumatlara əsasən – xx.xx.2024-cü il tarixdə saat 19:43-də Şahid3 mobil telefonunun anten dairəsi “Balajari/Aztelekom MMC KMTQ/Binagadi/ (40.423xx/xx.80018)”; 21:22-də “Bilajari Plofraktoriya/Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 65/Binagadi/40.43xx/xx.81329”; 22:58-də “Bilajari Plofraktoriya/X2/Binagadi/ (40.43xx/xx.81329)” saat 23:24-dək nömrənin internet istifadələri sözügedən iki ünvan arasında dəyişiklik göstərmişdir. İki ünvanın da koordinatlarından görünür ki, adlar müxtəlif qeyd edilsə də, məkan olaraq eyni məkan göstərir. Bundan başqa saat 16:01-də və 16:43də anten dairəsi müvafiq olaraq “Cafepark/Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, X17 Küçəsi 62/Yasamal/40.379xx/xx.80778” və “Mireli Seyidov 18A//Yasamal/ (40.381xx/xx.80539)” olaraq görünür. “google-map”-dən olan çıxarışdan isə qeyd edilən iki ünvan arasında məsafənin 400-450 metr təşkil etdiyi və piyada olaraq 6-7 dəqiqəyə qət edildiyi müəyyən edilir. 3) “Əhatə dairəsi_MSİSDN_5********.pdf” adlı faylda Şahid1 istifadəsində olmuş ********** saylı mobil nömrənin anten dairələri əks olunmuşdur. Həmin məlumatlara əsasən – 00:37-də və 01:18-də daxil olmuş zənglər zamanı göstərilmiş əhatə dairəsinə görə Şahid1 həmin zamanlarda Bilajari Plofraktoriya/X2/Binagadi/ (40.43xx/xx.81329)” ünvanında olmuşdur. 4) “Əhatə dairəsi_MSİSDN_7********.pdf” adlı faylda Şahid2 istifadəsində olmuş ********** saylı mobil nömrənin anten dairələri əks olunmuşdur. Həmin məlumatlara əsasən – xx.xx.2024-cü il tarixdə saat 00:52-də nömrədə çıxan zəngə əsasən həmin zaman şahid “Bilajari Plofraktoriya/X2/Binagadi/ (40.43xx/xx.81329)” ünvanında olmuşdur. (“Googlemap”-də isə həmin ünvana Təqsirləndirilən şəxs yaxınlığında saxlanıldığı inşaat malları mağazasından olan məsafənin 4.9 km təşkil etdiyi və avtomobillə həmin yolun 11 dəqiqəyə qət edilməsinin mümkün olduğu görünür.) Həmin saatdan xx.xx.2024-cü il saat 08:38-dək nömrənin əhatə dairəsi “40.43xx/xx.81329” koordinatlarını göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-89/2025 saylı qərarından görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2024-cü il tarix saat 00:00-dan xx.xx.2024-cü il saat 23:59-dək hansı anten dairələrində qeydiyyata alınması barədə məlumatların götürülməsi qərara alınmışdır. (cild 2, i.v. 174-175) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli BKC/LGL-5143/25 saylı məktubu ilə məhkəmə qərarı icra olunaraq ********* saylı nömrənin xx.xx.2023-cü il tarixində "xxxx" şəbəkəsinə daşınması qeyd edilərək məhkəmə qərarında göstərilən əldə olunmuş digər mümkün məlumatların məktuba əlavə edilmiş qoşma şəklində təqdim edilməsi qeyd edilmiş və məktuba 1 ədəd CD əlavə edilmişdir. (cild 2,i.v.187); "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli BKC/LGL-5143/25 saylı məktubla məhkəməyə təqdim edilmiş diskə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd “pdf” formatında fayl mövcuddur. Həmin fayla əsasən Şahid2 istifadəsində olmuş ********** saylı mobil nömrənin əhatə dairəsi xx.xx.2024-cü il saat 09:26-dan xx.xx.2024-cü il saat 03:26-dək ərzində yalnız “Bilajari Plofraktoriya/Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 65/Binagadi/40.43xx/xx.81329” ünvanını göstərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş N-115333 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. (cild 2,i.v.33); “Azərbaycan Respublikası Medalının Vəsiqəsin”dən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamına əsasən İ-51585 nömrəli “Vətən müharibəsi iştirakşısı” medalı ilə təltif edilmişdir. (cild 2,i.v.33); “Azərbaycan Respublikası Medalının Vəsiqəsin”dən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2020-ci il tarixli, 2320 nömrəli sərəncamına əsasən İ-3956 nömrəli “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (cild 2,i.v.33); Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının, məhkəmə qərarları əsasında təqsirləndirilən şəxs və şahidlərin istifadəsində olan telefon nömrələrinin "xxxx"MMC-dən götürülmüş anten dairələri barədə məlumatların və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və polis əməkdaşları olan şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,275 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd açıq göy rəngli kağız bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, 25 aprel 2024-cü il tarixdə, saat 00:50-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, döngə 3-də piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küşəsi 65 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 02:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd açıq göy rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,275 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il tarixdə, saat 00:50-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, döngə 3-də piyada hərəkətdə olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küşəsi 65 ünvanında yerləşən həmin polis bölməsinə gətirilməsi və həmin tarixdə saat 02:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd açıq göy rəngli kağıza bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,275 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları Şahid1 və Şahid2 və əlavə şahid qismində dindirilmiş Şahid3 ifadələri və məhkəmə qərarları əsasında müvafiq operatorlardan əldə edilmiş anten dairələri barədə məlumatlar ilə verilmiş ittiham öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini və xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin gedişini əks etdirən protokolu ayrıayrıldıqda təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən 24 aprel 2024-cü il tarixdə saat 22:00-23:00 radələrində avtomobildə olduğu zaman Xırdalana gedən yolun üzərində yerləşən Socarın yanında saxlanılmış, saxlanıldığı zaman yanında Gəncə şəhərində yaşayan və anasının müalicəsi ilə bağlı Bakı şəhərinə gəlmiş tanışı Şahid3 olmuş, Vüsalla Yasamal rayonu ərazisində görüşüb Biləcəriyə çay içməyə gəlmiş, Vüsalla çay içdikdən sonra sonuncunu evlərinə düşürmək üçün çayxanadan çıxmışlar. Çay evindən çıxdıqdan sonra polis əməkdaşları tərəfindən onun avtomobilinin təqib edilmiş, əvvəlcə avtomobili saxlamayıb sürüb getsə də, “Greenville Residence” yaşayış kompleksinin yanında avtomobilinin təkərləri partladığı üçün polislər tərəfindən saxlanılaraq bölməyə aparılmışdır. Bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən döyülmüş və qeyd edilən əməli törətməyi boynuna götürmədiyi halda CM-nin 234.4-cü maddəsi ilə rəsmiləşdirilməklə hədələnmiş, bundan sonra məcbur qalaraq törətmədiyi əmələ dair yalan etirafedici ifadəni imzalamışdır. Əlavə olaraq Şahid3la birlikdə bölməyə gətirildiyini, Şahid2 və digər Vüqar adlı polis əməkdaşının onun saxlanılmasında iştirak etdiyini, Şahid1 isə yalnız bölmədə gördüyünü, üzərinə şəxsi axtarış və baxışın saat 02:00 radələrində deyil, gecə saat 03:30-dan və vəkil getdikdən xeyli müddət sonra aparıldığını, ona qədər müvəqqəti saxlama yerində saxlanıldığını, saxlamaya salınarkən ayaqqabısının iplərinin və belində olan kəmərinin özünə xəsarət verməməyi üçün ondan alındığını, videodan da üzərində kəməri olmadığ üçün şalvarının belindən düşməsi, ayaqqabının iplərinin yerinin göründüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən isə müəyyən edilmişdir ki o, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək xx.xx.2024-cü il tarixdə səhər saat saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsən 10 manat müqabilində şəxsi istifadəsi üçün bir ədəd açıq göy kağız bükümdə içərisində psixotrop maddə metamfetamin alaraq istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2024-cü il tarixdə saat 00:50-də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May massivi, döngə 3-də piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları tərəfindən 6-cı polis bölməsinə gətirildiyini, bölmədə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman bir ədəd açıq göy kağıza bükülmüş psixotrop maddə metafetamini təqdim etdiyini, tərəzidə çəkildikdən sonra metamfetaminin çəkisinin 0,56 qram olmasının məlum olmasını bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsində olan ziddiyyətli məqamların aradan qaldırılmamasını, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı və istintaq zamanı verdiyi ifadələrin isə formal olaraq iş materiallarına əlavə edildiyini nəzərə alaraq sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərini yoxlamaq üçün Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrənin anten dairəsi barədə məlumatlar məhkəmə qərarları əsasında müvafiq operatorlardan əldə edilərək tədqiq edilmişdir. "xxxx" MMC-dən məhkəmə qərarı əsasında alınmış anten məlumatları məhkəmə baxışı zamanı təhlil edilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:01-də Təqsirləndirilən şəxs mobil telefonunun anten dairəsi “Cafepark//Yasamal/ (40.379xx/xx.80778)” göstərmişdir ki, Şahid3 da istifadəsində olmuş anten dairəsi həmin gün eyni kordinatda olmuşdur. Bu isə təqsirləndirilən şəxsin həmin günü Şahid3la Yasamal rayonu ərazisində görüşüb “Biləcəri” ərazisinə gəlmələrini təsdiq edir. Bundan başqa Təqsirləndirilən şəxs saat 19:47-də “Balajari/Aztelekom MMC KMTQ/Binagadi/(40.423xx/xx.80018)” ünvanında olmuşdur. Qeyd edilməlidir ki, həmin gün saat 19:43-də isə Şahid3 da eyni ünvanda olmuşdur. Bu isə Təqsirləndirilən şəxs və Şahid3 həmin gün Biləcəri ərazisində birlikdə olduqları barədə söyləmiş olduqları xüsusatları təsdiq edir. Bundan başqa qeyd edilməlidir ki, xx.xx.2024-cü il saat 21:12dən Təqsirləndirilən şəxs və xx.xx.2024-cü il tarixdən saat 21:22-dən Şahid3 anten məlumatları yalnız “40.43xx/xx.81329” saylı koordinatları göstərmişdir. “Google Maps” web səhifəsində qeyd edilən koordinatlara baxış keçirərkən həmin yerin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən 150 metr kənarda yerləşməsi müəyyən edilmişdir. Bu isə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 00:50-dən əvvəl həmin bölmədə olduğu şübhəsini yaradır. Qeyd edilənlər məhkəmə baxışı zamanı mütəxəssis qismində dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X6 tərəfindən də təsdiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatlar onun istifadəsində olmuş telefon nömrələrinin anten məlumatları ilə üst-üstə düşdüyündən, həmçinin əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə təsdiq edildiyindən məhkəmə onun məhkəmə iclasında verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir və qeyd olunan hallar onun ittihamda göstərilən tarixdə və saatda saxlanılmasına əsaslı şübhələr doğurur. Digər bir məsələ ondan ibarətdir ki, Şahid2 istifadəsində olmuş ********** saylı mobil nömrənin anten dairələri barədə məlumatlar tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin nömrədən xx.xx.2024-cü il tarixdə saat 00:52-də çıxan zəngə əsasən həmin zaman şahid “Bilajari Plofraktoriya/X2/Binagadi/ (40.43xx/xx.81329)” ünvanında olmuşdur. Qeyd edilən ünvan isə qeyd olunduğu kimi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən 150 metr məsafədədir. Lakin Şahid2 məhkəmə iclasında dindirildiyi zaman vermiş olduğu ifadədə Təqsirləndirilən şəxs “Greenville Residence” yaşayış kompleksinin yaxınlığında olan inşaat malları mağazasının yanında saxlanılmasını bildirmiş və həmin ünvanı xəritədə də göstərmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən isə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə məsafənin 4.9 km təşkil etdiyi və avtomobillə həmin yolun 11 dəqiqəyə gedildiyi göstərilmişdir. Belə olan halda, əgər Təqsirləndirilən şəxs həqiqətən də saat xx.xx.2024-cü il tarixdə 00:50-də qeyd edilən ünvanda saxlanılmışdırsa, o zaman onun saxlanılmasında iştirak etmiş Şahid2 cəmi 2 dəqiqə sonra “40.43xx/xx.81329” saylı koordinatlarda olması mümkünsüz idi. Bundan başqa Şahid1 istifadəsində olmuş ********** saylı mobil nömrəyə xx.xx.2024cü il tarixdə saat 00:37-də və 01:18-də daxil olmuş zənglər zamanı göstərilmiş əhatə dairəsinə görə Şahid1 həmin zamanlarda Bilajari Plofraktoriya/X2/Binagadi/ (40.43xx/xx.81329)” ünvanında olmuşdur. Şahid1 məhkəmədə ifadə verdikdən sonra Təqsirləndirilən şəxs onun saxlanılmasında iştirak etmədiyini, Şahid1 yalnız bölməyə aparıldıqdan sonra üzərinə baxış keçiriləkən gördüyünü bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini qeyd olunan hissədə də hərətərəfli araşdırmış və sonuncunun dediklərinin həqiqətə uyğun olması, Şahid1 həqiqətən də sözügedən əməliyyat tədbirində iştirak etməsinə şübhələr olması müəyyən edilmişdir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Şahid1 məhkəmə iclası zamanı ifadə verərəkən Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini, lakin onun harda və nə zaman saxlanılmasını hazırda xatırlamadığını, hazırda üzünün saqqalı olmasını, bu səbəbdən də Təqsirləndirilən şəxs onu hazırda tanımadığını bildirsə də, Şahid1 üzündə onun tanınmayacaq qədər saqqlı olmadığı görünür ki, bu da Şahid1 verdiyi ifadəsinin düzgün olmasına əsaslı şübəhələri gücləndirir. Eyni zamanda Şahid1 məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etdiyini qeyd etsə də, hansı tarixdə və saatda saxlanılmasını xatırlamadığını, sadəcə istintaqda verdiyi ifadəsini təsdiq etməsini göstərməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər hesab edilə bilməz. Çünki istintaq zamanı verilmiş həmin ifadənin sonunu Şahid1 imzalasa da, orda yazılanlardan məlumatlı olmasına dair əsaslı şübhələr mövcuddur. Belə ki, cinayət işinin materiallarından görünür ki, əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2024-cü il tarixli protokolun Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X9 və həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2 iştirakı ilə tərtib etməsi qeyd edilsə də, protokolun sonunda protokolu imza edən şəxslər kimi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin cinayət axtarış müvəkkili Şahid1 və sahə rəisi Şahid2 adları qeyd edilərək onlar tərəfindən imza edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqtaçısı, polis baş leytinantı Ağahüseyn Həsənov tərəfindən tərtib edilmiş “Protokol”da göstərilmişdir ki, “həmin protokol Binəqədi RPİ-nin 6cı PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytinantı X9 və həmin bölmənin sahə rəisi polis mayoru X10 iştirakı ilə tərtib edilmişdir ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə AR CMnin 234.1-ci maddəsi ilə ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış aparılarkən şübhəli şəxsin öz istəyi ilə 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi baxışda iştirak etməmişdir.” Lakin qeyd edilən protokolu iştirak etdikləri göstərilən şəxslər deyil, həmin bölmənin CA üzrə əməliyyat müvəkkili, polis leytinantı Şahid1 və sahə inspektoru, polis kapitanı Şahid2, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs imza etmiş, müdafiəçi qismində dəvət edilmiş vəkil X3 isə ümumiyyətlə iştirak etməmiş və protokolu imzalamamışdır. Göründüyü kimi yuxarıda qeyd edilən protokolları Şahid1 oxumadan imzalamışdır. Əgər Şahid1 həqiqətən qeyd edilən protokolları oxumuş olsaydı bu zaman protokollarda yanlışlıq edildiyini, iştirak edən şəxslər sırasında onun deyil, digər əməkdaşın adının qeyd edildiyini görməli idi. Lakin Şahid1 başqa şəxslərin iştirakı ilə tərtib edilməsi göstərilmiş hər iki protokolu oxumadan sadəcə formal olaraq imzalamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixdə Şahid1 tərəfindən tərtib edilmiş “Raportdan” görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin və psixotrop maddələrin gəzdilməsi barədə məlumat əldə etdiyini, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsinə icazə verilməi barədə raport tərtib etmişdir(cild 1, i.v3). Qeyd edilən raportu tərtib etmiş şəxsin Təqsirləndirilən şəxs nə vaxt və haarda saxlanılması barədə sualı cavablandıra bilməməsi məhkəmədə onun adından ibtidai istintaq zamanı verilmiş ifadənin də oxumadan imzalaması şübhəsi yaratmışdır. Bundan başqa təqsirləndirilən şəxs saxlanıldıqları zaman əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarını mülki formada olduqlarını, Şahid1 onun saxlanılmasında iştirak etmədiyini, Şahid1 onun polis bölməsində üzərinə baxış axtarış aparılarkən gördüyünü, onu Şahid3la birlikdə saxladıqlarını, onun saxlanılmasında Vüqar adlı polis əməkdaşının və Şahid2 iştirak etdiyini bildirmişdir. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə vermiş olduğu ifadələr də onu saxayan polis əməkdşalarının mülki geyimdə olmasını bildirmişdir. Bununla yanaşı Şahid3 da onları saxlamış polis əməkdaşlarının mülki geyimdə olmasını bildirmişdir. Halbuki, video-görüntünün tədqiqi zamanı Şahid1 mülki geyimdə deyil, polis geyim formasında olması təsdiqini tapır. Məhkəmə iclasında Şahid2 “Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra dərhal təhqiqatçıya təhvil verildiyini, təqribən 15-20 dəqiqə sonra da təqsirləndirilən şəxsin üzərinə baxış həyata keçirilməsini, həmin müddət ərzində isə prosedur qaydalara uyğun olaraq Təqsirləndirilən şəxs yanında gözlədiklərini” bildirmişdir. Əgər Şahid2 bildirdiyi kimi Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra sonununcunun üzərinə baxış keçirilənədək yanında gözləmişdirlərsə, belə olan halda mülki geyimdə əməliyyat tədbirində iştirak etmiş Şahid1 videoçəkiliş aparıldığı zaman polis geyim formasında olması mümkünsüz idi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasında iştirak etmiş Şahid2 da mülki formada olmaqla sadəcə üzərində polis jiletinin olması müəyyən edilir. Eyni zamanda Şahid3 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasının qeydə alındığı video görüntüdən də müəyyən edilmişdir ki, həmin istintaq hərəkətində iştirak etmiş X19 (hansı ki, Təqsirləndirilən şəxs onları saxlayan şəxslərdən birinin mülki geyimdə olan Vüqar adlı polis əməkdaşı olduğunu bildirmişdir) mülki geyimdədir, sadəcə mülki geyimin üzərindən polis jileti geyinmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən məlumatlar məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edilmiş, onun həmin ifadəsi ona CM-nin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün uydurulmuş senariyə əsasən yazılaraq ona imzalatdırılmışdır. Hansı ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini polis bölməsində olarkən fiziki və psixoloji təzyiqlərə məruz qaldığı üçün verdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsini mötəbər sübut kimi qəbul etmir. Bundan başqa əlavə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında dindirildiyi zaman onun Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılaraq polis bölməsinə gətirildiklərini bildirmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabından” çıxarışdan görünür ki, həmin kitabın 438-ci qrafasında adı qeyd edilmiş Şahid3 xx.xx.2024-cü il tarixdə saat 22:40-da bölməyə gətirilmişdir. Həmin kitabın 439-cu qrafasında adı qeyd edilmiş Təqsirləndirilən şəxs Yalçın oğlu (şəxsin ata adı səhv qeyd edilmişdir) isə xx.xx.2024-cü il tarixdə saat 01:15-də bölməyə gətirilmişdir. Bundan başqa həmin kitabın müvafiq olaraq 440 və 441-ci qrafalarında adları qeyd edilmiş X23 və X11 adlı şəxslərin xx.xx.2024-cü il tarixdə saat 01:20-də bölməyə gətirilməsi qeyd edilmiş, 441-ci qrafada isə X8 adlı şəxsin həmin tarixdə saat 01:00-da bölməyə gətirilməsi göstərilmişdir. Kitabda digər şəxslərin hansı polis əməkdaşları tərəfindən bölməyə gətirilməsi və azad edilmə tarixləri göstərilsə də, sadəcə Şahid3 və Təqsirləndirilən şəxs hansı polis əməkdaşları tərəfindən bölməyə gətirilməsi və hansı tarixdə azad edilmələri barədə qrafalar boş saxlanılmış, hər hansı qeyd aparılmamışdır. Halbuki, həm Təqsirləndirilən şəxs, həm də Şahid3 məhkəmə iclasında israrla onların birlikdə saxlanılaraq polis bölməsinə aparılmalarını bildirmişlər. Belə olan halda həmin kitabda onların 2 saat, 35 dəqiqə fasilə ilə gətirilmələrinin qeyd edilməsi Təqsirləndirilən şəxs və Şahid3 dedikləri ilə ziddiyyət təşkil edir. Lakin məhkəmə həmin kitabda qeyd edilənlərin mötəbərliyinə şübhə yaradan halların olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs və Şahid3 bölməyə birgə gətirilmələri barədə ifadələrində göstərdikləri xüsusatların daha inandırıcı olması qənaətinə gəlir. Belə ki, həmin kitabda müvafiq olaraq 440 və 441-ci qrafalarda qeyd edilmiş Yusif Həsənli və Quliyev Əlibaba adlı şəxslərin xx.xx.2024-cü il tarixdə saat 01:20-də bölməyə gətirilməsi göstərilmişdir. Təqsirləndirilən şəxs da məhkəmə iclasında verdiyi ifadəsində onunun xx.xx.2024-cü il tarixdə saat 01:15da bölməyə gətirilməsinin səhv qeyd edildiyini, onun saat 22:40 radələrində polis bölməsinə gətirildiyini, bölmənin saxlama yerində olarkən əslən Laçın rayonundan olan, malyar (rəngsaz) işləyən Əlibaba adlı şəxsin və yanında olan başqa bir şəxsin yol patrul xidmətinin əməkdaşları tərəfindən bölməyə gətirildiyini bildirmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsininin işdə olan digər sübutlarla uzlaşdığından həmin ifadəni daha mötəbər hesab edir. Bundan başqa kitabın 439-cu qrafasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:15-də, 440 və 441-ci qrafalarda qeyd edilmiş Yusif Həsənli və Quliyev Əlibaba adlı şəxslərin xx.xx.2024cü il tarixdə saat 01:20-də polis bölməsinə gətirilməsi qeyd edilsə də, həmin kitabın 441-ci qrafasında Laçın İsrafilov adlı şəxsin xx.xx.2024-cü il tarixdə saat 01:00-da bölməyə gətirilməsi göstərilmişdir ki, bu xüsusat da özlüyündə həmin kitabda bölməyə gətirilmiş şəxslərin qeydiyyatının qaydalara uyğun aparılmadığını, şəxslərin bölməyə gətirilmə saatlarının təhrif edilməsini təsdiq edir. Həmin kitabda eyni zamanda hər iki şəxsin bölmənin təqhiqatçısı A. Hüseynova həvalə edildiyi qeyd edilmişdir. Eyni zamanda həm Təqsirləndirilən şəxs, həm də Şahid3 barəsində tərtinb edilmiş ittiham aktlarından görünür ki, hər iki şəxsin barəsində ilkin araşdırmanı (təhqiqatı) Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytinantı Ağahüseyn Həsənov aparmış, hər iki şəxs barəsində də cinayət işinin başlanması barədə qərarlar onun tərəfindən qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hər iki araşıdrmanı eyni şəxs apardığından eyni vaxtda gətirilmiş Şahid3 və Təqsirləndirilən şəxs bölməyə gətirilmə və üzərlərində şəxsi axtarış və baxış keçirilməsi barədə hərkətlər növbə ilə həyata keçirilmiş, keçirilən istintaq hərəkətlərinin saatları üstüstə düşməməsi üşün Təqsirləndirilən şəxs saxlanılma, bölməyə gətirilmə və üzərində şəxsi axtarış və götürmə istintaq hərkətinin aparılması saatları təhrif edilərək rəsmiləşdirilmişdir ki, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlanma və qurtama saatları qələmlə qaralanaraq düzəldilməsi faktı bunu bir daha təsdiq edir. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs və Şahid3 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərilən xüsusatların doğruluğunu təsdiq edir. Bundan başqa digər qeyd edilməli hal ondan ibarətdir ki, cinayət işinin birinci cildinin 7-ci vərəqəsində olan əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2024-cü il tarixli protokolu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin cinayət axtarış müvəkkili Şahid1 və sahə rəisi Şahid2 imza etməsinə baxmayaraq protokolun ilk cümləsində Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X9 adı qeyd edilmişdir. Qeyd edilən xüsusat, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin cinayət axtarış müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş sənədlərin oxunmadan imza edildiyini göstərir. Bununla yanaşı, həmin protokolda adı qeyd edilən polis əməkdaşının adının “X19” olması Təqsirləndirilən şəxs “Vüqar adlı şəxs tərəfindən saxlanılması” barədə bildirdiklərinin də inandırıcı olmasına, o cümlədən əməliyyat qrupunun təşkil edilməsi barədə xx.xx.2024-cü il tarixli protokolun formal olaraq tərtib edildiyinə dəlalət edir. Bundan başqa cinayət işinin birinci cildinin 22-ci vərəqəsində olan protokola əsasən protokolun xx.xx.2024-cü il tarixdə saat 01:45-də tərtib edildiyi, Təqsirləndirilən şəxs isə müdafiəçisinin iştirakı ilə tutulduğu, tutmanın əvvəlinin isə xx.xx.2024-cü il saat 00:50-dən hesablandığı qeyd edilmişdir. Protokolun ilk abzasında təhqiqatçı CPM-nin 187,188 və 183cü maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, həmin maddələr CPM-nin 19-cu, yəni “Cinayət mühakimə icraatında mülki iddia” fəslində qeyd edilmişdir və həmin normalara şübhəli şəxsin tutulması barədə protokolda istinad edilməsinin heç bir hüquqi əsası yoxdur. (Müvafiq qərarda da CPM-nin 187 və 188-ci maddələrinə istinad edilmişdir.) Eyni zamanda iş materiallarının 30-cü vərəqəsində olan protokolda protokolun polis əməkdaşları X9 və X10 iştirakı ilə tərtib edildiyi qeyd edilsə də, həmin protokolu digər polis əməkdaşları Şahid1, Şahid2 imzalamışlar. Həmçinin protokolda şübhəli şəxsin istəyi ilə şəxsi axtarış aparılarkən şübhəli şəxsin öz istəyi ilə 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi baxışda iştirak etməməsi göstərilmişdir. Qeyd edilənlər sözügedən hər iki protokolun formal olaraq tərtib edilməsinə, Təqsirləndirilən şəxs müdafiəçidən imtina etmədiyi, bunun polis əməkdaşı tərəfindən yazılaraq sadəcə formal olaraq ona imzaladılması təəssüratını yaratmışdır. Bundan başqa cinayət işinin birinci cildinin 31-ci vərəqəsində olan ərizədə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış və götürmə zamanı müdafiəçisinin iştirak etməməsinə etirazı olmamasını bildirmişdir. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, “Lakin faktiki tutulmuş şəxsin müdafiəçisi olduqda və ya cinayət prosesində müdafiəçinin mütləq iştirakını müəyyən edən CPM-in 92.3-cü maddəsində göstərilən hallardan biri olduqda, o cümlədən faktiki tutulub-saxlanılma anında şübhəli şəxs müdafiəçi ilə təmin olunmasını tələb etdikdə, şübhəli şəxsin tutulduğu andan, yəni azadlığının faktiki məhdudlaşdırılmasından dərhal sonra müdafiəçiyə malik olmaq hüququnu nəzərdə tutan CPM-in 90.7.2 və 90.7.5-ci maddələrinə, habelə tutulma haqqında protokolun şəxsə müdafiəçi qismində təqdim edilməsi üçün dəvət edilmiş vəkil tərəfindən imzalanmasını təsbit edən CPM-in 147.6-cı maddəsinə, eləcə də bu Qərarın yuxarıda təsvir edilmiş müddəalarına əsasən şübhəli şəxsi tutub-saxlamış (azadlığını faktiki məhdudlaşdırmış) əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən (əməliyyat-axtarış tədbirinin gedişinə və nəticələrinə dair) raportda və ya protokolda tutulub-saxlanılmış şəxsə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edilməsinə dair məlumatla yanaşı, həmin şəxsin müdafiəçisinin olub-olmaması, müdafiəçi ilə təmin edilməsini tələb edib-etməməsi barədə məlumatlar da əks etdirilməli, cinayət təqibi üzrə təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə şübhəli şəxsin tutulmasının tutulma haqqında protokol ilə rəsmiləşdirilməsində müdafiəçinin və ya müdafiəçi qismində təqdim edilməsi üçün dəvət olunmuş vəkilin iştirakını təmin etməlidir.Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir. Odur ki, cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər. Faktiki tutulub saxlanılmış şübhəli şəxsin müdafiəçisi olduqda və yaxud CPM-in 92.3-cü maddəsində göstərilən əsasların olmasına görə ona təqdim edilmək üçün vəkil dəvət olunduqda, yalnız CPM-in 92.12-ci maddəsində nəzərdə tutulmuş qaydada şübhəli şəxsin müdafiəçidən və yaxud müdafiəçi qismində təqdim olunması üçün dəvət olunmuş vəkildən imtina etməsi və bu imtinanın qəbul edilməsi halında şübhəli şəxsin tutulmasının tutulma protokolu ilə rəsmiləşdirilməsində, müvafiq olaraq da şübhəli şəxsin barəsində keçirilən şəxsi axtarışda və şübhəli şəxs qismində ilk dindirmədə müdafiəçinin iştirak etməməsinə yol verilir.” Cinayət işinin cinayət işinin birinci cildinin 13-cü vərəqində olan ərizədən görünür ki, təqsirləndirilən şəxs müdafiəçinin iştirakını özü tələb etmiş və ona dövlət hesabına müdafiəçi təyin edilmiş və həmin müdafiəçi şübhəli şəxsin tutulması istintaq hərəkətində iştirak etmişdir. Belə olan halda müdafiəçinin şəxsi axtarışda iştirakı qaçılmaz olduğu halda, Təqsirləndirilən şəxs razılıq alınaraq şəxsi axtarış aparılmasında müdafiəçinin iştirakı təmin edilməmiş, bununla da Təqsirləndirilən şəxs müdafiə hüququ, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması qaydaları pozulmuşdur. Eyni zamanda ərizənin bütün mətni komputerdə çap edilərək Təqsirləndirilən şəxs imzaladılmış həmin ərizədə dövlət hesabına ona təqdim edilmiş müdafiəçinin iştirakı olmadan üzərində keçiriləcək şəxsi axtarış və götürmə aparılmasında etirazının olmadığını bildirmişdir. Qeyd edilən ərizədən də görünüdüyü kimi, Təqsirləndirilən şəxs ona dövlət hesabına təyin edilmiş müdafiəçidən özü könüllü olaraq imtina etməmiş, müdafiəçinin iştirakdan imtina etməsi ona bildirilmiş və onun da formal olaraq buna etiraz etməməsi barədə ərizəsi alınmışdır. Bu isə ona dəlalət edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Məhkəmə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında xx.xx.2024-cü il tarixli protokolun mötəbərliyini şübhə altına salan digər məqamları da qeyd etməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclasında sözügedən istintaq hərəkəti keçirilməzdən əvvəl bölmədə saxlama yerində saxlanıldığını, həmin zaman özünə xəsarət yetirməməsi üçün belində olan kəmərinin və ayaqqabısının iplərinin çıxarıldığını, həmin istintaq hərəkətinin vəkili gəlib getdikdən sonra həyata keçirildiyini bildirmişdir. Video-görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi həmin hallar öz təsdiqini taparaq istintaq hərəkətinin həyata keçirildiyi zaman şəxsin əynində kəmərin, o cümlədən ayaqqabısında iplərin çıxarıldığı müəyyən olunmuşdur. Videogörüntüdə təqsirləndirilən şəxsin ayağında olan ayaqqabının ipləri üzərində olmadan geyinilməsinin mümkünsüz olduğu, iplərin yeni çıxarılması aşkar görünür. Qeyd olunan xüsusat nəzərə alındıqda Təqsirləndirilən şəxs şəxsi axtarış aparılmazdan əvvəl bölmədə saxlanılma yerində saxlanılması barədə göstərdiklərinin həqiqət olmasını təsdiq edir. Eyni zamanda təhqiqatçı videoçəkiliş zamanı şəxsi axtarış və götürmənin aparıldığı tarixi qeyd etsə də, həmin istintaq hərəkətinin başlanma və qurtarma saatını elan etmir, “Şəxsi axtarış və götürmə” protokolu elektron qaydada komputerdə tərtib edilərək çap edilmiş, tərtib edilmə tarixi kimi göstərilən xx.xx.2024-cü il tarix də koputerdə yazılaraq çap edilmiş, protokolun tərtib edilməyə başlanma və qurtarma saatları isə əl yazma, yəni qələmlə müvafiq olaraq saat 02:00 və 02:30 olaraq qeyd edilmiş, eyni zamanda protokolun tərtib edilməyə başlanma və qurtarma saatları gözlə görüləcək dərəcədə qaralama edilərək düzəldilmişdir. Bütün bunlar isə həmin istintaq hərəkətinin qeyd edilən saatda başlamasını və bitməsini şübhə altına almışdır. Buna əlavə olaraq, diskə baxış zamanı həmin diskdə olan iki videofaylın müvafiq olaraq xx.xx.2024-cü il tarixdə saat “05:08:20” və “05:19:50”-də yaradıldığı, ilk videonun 11 dəqiqə, 16 saniyə olması görünür. Bu fakt şəxsi axtarış və götürmənin 02:00-dan 02:30-dək aparılmasını təkzib etməklə, səhnələşdirilmiş şəkildə istintaq hərəkətinin aparıldığı ehtimalını əsaslı edir. Təqsirləndirilən şəxs da məhkəmə iclasında video-çəkilişin saat 03:30-dan sonra və vəkil getdikdən sonra aparıldığı bildirmişdir. Qeyd edilənlərə əsasən də videoların yaranma tarixləri də təqsirləndirilən şəxsin bildirdiyi xüsusatları təsdiq edir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 05:08:20-də cinayət işi materiallarına əlavə edilmiş diskdə olan ilk görüntünün qeyd alınmasına başlanılmış, 11 dəqiqə, 16 saniyə ərzində çəkiliş aparıldıqdan sonra videogörüntünün qeydə alınması dayandırılmışdır. Həmin müddət nəzərə alındıqda video saat 05:19:36-da dayandırılmış və cəmi 14 saniyə sonra, yəni saat 05:19:50-də ikinci videonun qeydə alınmasına başlanmışdır. İlkin qeydə alınmış videoda protokolun tərtib olunması üçün çəkilişin dayandırılması qeyd edilsə də, cəmi 14 saniyə ərzində sözügedən protokolun tərtib olunması mümkünsüz idi. Bu isə həmin protokolun artıq şəxsi axtarış və götürmə aparılmazdan əvvəl hazır olduğunu və formal olaraq video-çəkiliş aparılmaqla “qanunauyğun istintaq hərəkəti keçirilməsi” görüntüsü yaradılmasına cəhd edildiyini təsdiq edir. Məhkəmənin diqqətini çəkən digər bir məqam isə ondan ibarətdir ki, anten məlumatlarına əsasən təqsirləndirilən şəxs bölməyə gətirilərkən üstündə olduğunu qeyd etdiyi ********** saylı mobil nömrənin anten dairəsi həqiqətən də xx.xx.2024-ci il tarixdə həmin nömrənin Təqsirləndirilən şəxs üzərində olmasını təsdiq etməsinə, o cümlədən həmin gün saat 21:12-dən 23:30-dək nömrənin internet istifadələrinə dair məlumatların yalnız 6cı polis bölməsinin yaxınlığını, yəni “40.43xx/xx.81329” koordinatları göstərməsinə baxmayaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun üzərindən mobil telefon aşkar edilməmişdir. Həmin nömrənin əhatə dairəsi, o cümlədən Şahid3 istifadəsində olmuş nömrənin əhatə dairəsinə dair məlumatlar nəzərə alındığı halda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində mobil telefonun aşkar edilməməsi sonuncuların “birgə saxlanılmaları, o cümlədən saxlanıldıqları zaman hər iki şəxsin üzərində telefon olması, telefonlarının alınaraq seyfə qoyulması” barədə bildirdiklərinin əsaslı olmasını təsdiq etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti barədə tərtib edilmiş protokolu bir daha şübhə altına almışdır. Bundan başqa iş üzrə ibtidai istintaqı aparan müstəntiq İsa Süleymanov tərəfndən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Video görüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı videonun xx.xx.2024-cü il tarixdə saat 02:00-da qeydə alındığını göstərmişdir. Lakin həmin video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən təhqiqatçı X5 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətinin xx.xx.2024-cü il tarixdə aparmasını elan etdiyi, istintaq hərəkətinin başlanma və bitmə saatlarını isə elan etmədiyi aşkar görünür. Göründüyü kimi istintaq hərəkətinin başlanma tarixi barədə videoda hər hansı qeyd olmadığı halda müstəntiq tərəfindən də həmin istintaq hərəkətinin saat 02:00-da qeydə alınması barədə təhrif edilmiş məlumat protokola daxil edilmişdir ki, həmin istintaq hərəkətinin xx.xx.2024-cü il tarixdə saat 02:00-da aparılmağa başlanması bir daha şübhə altına düşmüşdür. (cild 1, i.v 81) İttihamın əsasını təşkil edən sübutlar istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla və şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edildiyi üçün həmin sübutların sübut kimi qəbul edilməsinə yol verilmədiyindən məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Məhkəmə iclasında da Təqsirləndirilən şəxs müdafiəçi qismində dəvət edilmiş 11 saylı vəkil Bürosunun Vəkili Müdafiəçi bildirmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs saxlanılarkən onun hüquqlarından imtina etməmiş, eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxsin də vəkildən imtina etməsi ilə bağlı müraciəti olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların, o cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 25 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2269 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitənin olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X29 Şəxsi ambulator X4nın xx.xx.2024-cü il tarixli, 2795 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Eyni zamanda həmin rəyə əsasən bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə də təyin edilə bilməz. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında uzun müddət keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin sübutun onun cibinə “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 25 aprel 2024-cü il, saat 00:50 radələrində saxlanılmasının doğru məlumat kimi qəbul edildiyi təqdirdə belə (yuxarıdakı sübutlara əsasən bu öz təsdiqini tapmamışdır) şəxsin saxlanılma yeri ilə 6-cı Polis Bölməsi arasında olan məsafənin 11 dəqiqə olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan 1 saat 10 dəqiqə vaxt keçdikdən sonra saat 02:00-da həyata keçirilməsi özü-özlüyündə psixotrop maddənin onun üzərinə qoyulması ilə bağlı yaranmış şübhələri aradan qaldırmır, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuş, həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Baxmayaraq ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi “Raport”da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək istifadə etməsində şübhəli bilindiyi üçün xx.xx.2024-cü il tarixdə, saat 00:50 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi 1 May massivi döngə 3 ünvanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına gətirildiyi göstərilmişdir. Lakin Şahid1 özünün belə təqsiləndirilən şəxsin saxlanılmasında iştirak etməsinə əsaslı şübhələr mövcuddur və eyni zamanda təqsirləndirilən şəxsin hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla bölməyə gətirilməsi göstərilsə də, bunları təsdiq edən heç bir hal məhkəmə iclasında müəyyən edilməmiş, şahidlər də bununla bağlı hər hansı əsaslandırıcı cavab verməmişlər. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Layıcovun işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə və dərhal deyil, xeyli müddət sonra polis bölməsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış, heç bir əsas olmadan müdafiəçi şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməmiş və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə əlavə olaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni polis bölməsində ona fiziki və psixoloji təzyiqlərə məruz qaldığı üçün verdiyini, polis əməkdaşları tərəfindən qarşısına ya maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirməyi boyuna götüməsi, ya da onu qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması ilə rəsmiləşdirəcəyi barədə iki seçim qoyulduğunu, satış məqsədi ilə külli miqdarda narkotik vasitə üzərində gəzdirməsinin daha ağır nəticə verəcəyini bildirən polis əməkdaşları onu şəxsi istifadə versiyasını seçməyə məcbur etdiklərini, həmin vaxt yüngül varianta razılaşaraq maddəni şəxsi istifadə məqsədilə üzərində daşıdığını qəbul etmək məcburiyyətində qaldığını bildirmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X26 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərit. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 128.2-ci maddəsinə əsasən əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. 7.0.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. 353.5-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Həmçinin “ "xxxx" MMC -dən məhkəmə qərarları əsasında əldə edilmiş təqsirləndirilən şəxsin və şahidlərin telefon nömrələrinin anten məlumatlarını özündə əks etdirən ümumilikdə 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, məhkəmə hazırlıq iclasının qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs bəraət verildiyindən CPM-nin 353.5-ci maddəsinə əsasən onun barəsində hazırkı cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri ləğv edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81 (səksən bir) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş təmiz çəkisi 0,275 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,225 qram hissəsi Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutları saxlama kamerasında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra 0,275 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,225 qram çəkidə psixotrop maddə-metamfetaminin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan, ekpertiza tədqiqatından sonra çəkisi 0,225 qram olan psixotrop maddə metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 117 (yüz on yeddi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə xx.xx.2025-ci il tarixədək 82 (səksən iki) saat, xx.xx.2025-ci il tarixdən hazırkı tarixədək isə 35 (otuz beş) saat olmaqla ümumulikdə 117 (yüz on yeddi) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş 82 (səksən iki) saat hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdən sonra göstərilmiş 35 (otuz beş) saat hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 877 (səkkiz yüz yetmiş yeddi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. "xxxx" MMC-dən məhkəmə qərarları əsasında əldə edilmiş telefon nömrələrinin anten məlumatlarını özündə əks etdirən ümumilikdə 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,275 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,225 qram çəkidə psixotrop maddəmetamfetamin həmin psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutları saxlama kamerasında saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra 0,275 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,225 qram çəkidə psixotrop maddə-metamfetamin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş 82 (səksən iki) saat hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdən sonra göstərilmiş 35 (otuz beş) saat hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 877 (səkkiz yüz yetmiş yeddi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binnəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-89/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-89/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver