Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-9/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş şəxsin nümayəndəsi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Xıncab kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 15 sentyabr 2020-ci ildə saat 11:45 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Xurşudbanu Natavan küçəsi ilə Rəşid İsmayılov küçəsinin kəsişməsində idarə etdiyi “X12 1840 yük” markalı 90JX354 dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri qəsəbəsi istiqamətində 5-6 km/saat sürətlə hərəkətdə olarkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun sağından sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs yolun sağ kənarından 2-2,5 metr məsafədə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağ aşıq-baldır oynağının, sağ ayağın iç və bayır topuq nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ ayağın hər iki topuğunun açıq yerdəyişmiş sınıqları, sağ pəncənin yarımçıxığı, sol bud və baldır nahiyələrinin geniş sahəli əzilmiş cırılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında avtomobili idarə etmək hüququ olmuşdur. Ona xx.xx.2011-ci ildə 2021-ci il tarixədək etibarlı olan «ВСЕ» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və vəsiqənin müddəti bitdikdən sonra 2029-cu il tarixədək etibarlı olan “ВСЕ” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. 15 sentyabr 2020-ci ildə saat 11 radələrində idarə etdiyim “X12 1840 yük” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xurşurbanu Natavan küçəsi istiqamətindən Rəşid İsmayılov küçəsi istiqamətində gəlmiş, yol kəsişməsinə çatdıqda svetoforun qırmızı işığının yandığını görüb, idarə etdiyi avtomobili saxlamışdır. Daha sonra svetoforun yaşıl işığı yanmış avtomobili hərəkət etdirməyə başladığı zaman qışqırıq səslərinə avtomobili saxlamışdır. Qışqırıq səsinə görə həyəcanlanıb avtomobildən yerə düşdükdə bir nəfər piyada qadının ayağının onun idarə etdiyi avtomobilin qabaq sol təkəri altında sıxışıb qaldığını görmüşdür. Bu zaman başa düşmüşdür ki, zərərçəkmiş şəxs İsmayılov küçəsi ilə yolu soldan sağa keçərkən onun idarə etdiyi avtomobilin təkəri ayağını sıxmış, o, həmin anda diqqətini yan tərəfə yönəltdiyi üçün qadını görməmişdir. Ona görə də qayıdıb sükan arxasına oturaraq avtomobili azca arxaya hərəkət etdirib dayandırmışdır. O, “103” və “102” xidməti zəng sistemlərinə zəng edib törətdiyi yol nəqliyyat hadisəsi barədə məlumat verdikdən təxminən 10-15 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili ilə həkim briqadası, ardından isə polis əməkdaşları gəlmişlər. Xəsarət almış Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə Travmatologiya İnstitutuna aparılmışdır. Hadisə yerinə təhqiqatçı gəldikdə sənədlərini təqdim etmişdir. Zərərçəkmiş şəxs xəstəxanada yatdığı müddətdə 17 gün ərzində hər gün sonuncuya nağd olaraq 30 manat pul vermiş, bundan əlavə gündəlik dərmanlarına xərclədiyi pul orta hesabla 3000 manatdan çox olmuşdur. Ümumilikdə isə Zərərçəkmiş şəxs müalicə olunması üçün təxminən 20-25 min manat məbləğində pul xərcləmişdir. Zərərçəkmiş şəxs ayağı amputasiya olunduqdan sonra 2 dəfə 150 manat vermiş, 3-cü dəfə isə 100 manat verdikdə pulun məbləği az olduğunu bildirərək nalayiq sözlər demişdir. Bununla da Zərərçəkmiş şəxs bir də pul verməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə “Bulaq” restoranının yanından soldan sağa dönən zaman baş vermişdir. O, hərəkət edən zaman zərərçəkmiş şəxs ondan 1.5 və ya 2 metr aralı solda, səkinin üzərində dayanmışdır. O, hərəkətə başlayan zaman zərərçəkmiş şəxs onun idarə etdiyi maşının qabaq sol təkərinin altı ilə yolun arasında sıxışıb qalmışdır. O, zərərçəkmiş şəxsin hərəkətdə olmasını görmüşdür. Onun idarə etdiyi maşının təkəri zərərçəkmiş şəxsin ayağının üzərindən keçməmişdir. O, maşını təxminən 1 metr arxaya verərək zərərçəkmiş şəxsin ayağını təkərin altından çıxarmışdır. O, özü polisə və təcili tibbi yardıma hadisə barədə məlumat vermişdir. O, ümumiyyətlə dönmə əməliyyatı etməmiş, dönməyə hazırlaşmış, ona görə də avtomobili düzünə arxaya verən kimi həmin şəxsin ayağı təkərin altından çıxmışdır. O, polisə məlumat verdikdən sonra zərərçəkmiş şəxsə xəstəxanada baş çəkmişdir. O, "xxxx" MMCdə sürücü vəzifəsində işləmişdir. O, avtomobilini stop xətdən bir neçə metr geridə, sağ hərəkət zolağında saxlamış, təxminən 2-2.5 metr getdikdən sonra qışqırıq səsinə avtomobili saxlamışdır. O, hadisə zamanı sərxoş olmamışdır. Hadisə vaxtı idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Zərərçəkmiş şəxs yolu piyada keçdiyi yerdə piyada keçidi olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 sentyabr 2020-ci ildə işlədiyi xəstəxanada növbədə olmuş, 15 sentyabr 2020-ci ildə növbədən çıxıb 13 nömrəli sərnişin daşıyan avtobusa minərək Biləcəri qəsəbəsinə gəlmişdir. O, oradan da 92 nömrəli avtobusa minib qəsəbə içərisində olan evinə getməyi düşünmüşdür. O, Biləcəri qəsəbəsində kəsişməsindən bir qədər aralıda avtobusdan düşüb “Bulaq” restoranı tərəfə keçmək üçün görə yol kəsişməsində olan svetoforun yanına gəlmiş və ağ xəttin üzərindən yolu keçməyə başlamışdır. Həmin vaxt yol boş olmuş və yolda olan avtomobillər svetoforun qırmızı işığında dayanmışlar. Yolu keçərkən bu an hərəkətə başlayan yük avtomobili onu vurmuş, o, huşunu itirmişdir. O, ayıldıqda Travmatologiya Xəstəxanasında olduğunu bilmişdir. Hadisədən sonra ona ilkin tibbi yardım göstərilmiş, lakin səhəri gün infarkt keçirdiyindən heç bir əməliyyat keçirilməmiş və həkimlər onun bir qədər normallaşmağını gözləmişlər. O, 6 aya yaxın xəstəxanada yatmışdır. Həkim ona ancaq 6 aydan sonra ayağını əməliyyat edə biləcəyini demişdir. Artıq fevralın 26-da ayağını müayinə etmiş və onu şöbəyə keçirmişlər. Mart ayında o, xəstəxanadan çıxmış, evinə getmişdir. Burda isə ona baxması üçün və ayağını masaj etməsi üçün tibb bacısı lazım olmuşdur. Aprel ayında onu yenidən xəstəxanaya aparmışar və 7 ay ayağında gips qalmışdır. Sentyabr ayında ayağının gipsini açmışlar. Əvvəllər arada Namiq və həyat yoldaşı gəlmişi, onu xəstəxanaya aparıb gətirməkdə yardım etmişlər. Daha sonra isə gəlməmişilər. Alınan bütün dərmanlara özü pul vermişdir. Eyni zamanda Namiq ona sığortanın pulunu aldığınl, ona görə də alınan hər şeyi özün ödəməli olduğunu demişdir. Onun ayağı 29 avqust 2022-ci il tarixdə əməliyyat edilmişdir. Namiq və yoldaşı 2 dəfə onun yanına gəlmiş, 1-ci dəfə gələndə bildirmişlər ki, bir daha gələndə yardım edəcəklər. Növbəti dəfə gələndə isə ona 50 manat pul vermişlər. Daha sonra o, zəng edib ayağını sarımaq və dərmanlar üçün pul lazım olduğunu demişdir. Bundan sonra Namiqin həyat yoldaşı gəlib ona 150 manat pul vermişdir. Oktyabr ayında isə Namiq özü gəlmiş və ona 100 manat pul vermişdir. Artıq sonradan onun zənglərinə cavab verməmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən əvvəl o, X9 tibb bacısı işləmişdir. Hadisə günü səhər saatlarında işdən çıxmışdır. O, svetoforun qırmızı işığının yandığını, avtomobillərin dayandığını görmüş, piyadalar yolu keçərkən o, da yolu keçməyə başlamışdır. O, avtomobili görə bilməmiş, ona dəydikdən sonra huşunu itirmişdir. O, heç bir siqnal səsi eşitməmişdir. O, sığortadan 1500 manat pul almışdır. Ondan heç bir təhqiqatçı izahat almamış, onun əvəzinə izahat yazılmış və imza çəkmişdir. Ekspertiza ayağı kəsildikdən sonra keçirilmiş, bundan əvvəl isə ekspert gəlməmişdir. Hadisədən əvvəl onun ayağında şəkər xəstəliyinə görə heç bir qaralma, çürümə olmamışdır. Təqsirləndirilən şəxs ona ümumilikdə 20-25 min manat xərc çəkməyib. O, hadisədən əvvəl işə gedib gələndə heç bir əziyyət çəkməmiş, ürəyində heç bir ağrı və problem olmamışdır. Həmin hadisəyə qədər ayaqlarında heç bir problem olmamışdır. Onu vuran avtomobilin sağında və ya solunda olduğunu görməmişdir. Hadisədən sonra təqsirləndirilən şəxsin ona nə qədər yardım etməsini hesablamamışdır. O, Natiq adlı təhqiqatçının yanına gəldiyini xatırlamır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imza etmişdir. Ola bilsin ki, həmin vaxt fikrini düzgün ifadə edə bilməmişdir. Məhkəmə baxışı iclasında dindirilmiş şahid Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 ifadəsində göstərmişdir ki, baş vermiş hadisənin ilkin təhqiqatını o, aparmışdır. O, hadisə yerinə baxış keçirmiş, hadisə yerinin sxemini çəkmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə yerinə çatanda maşının olduğu yer üzrə təqsirləndirilən şəxsə sual vermiş, sonuncu işıqforun yaşıl işiğı yanandan sonra hərəkətə başladığını və həmin zaman zərərçəkmiş şəxsə dəydiyini demişdir. Təqsirləndirilən şəxs hadisənin dönmə zamanı baş verdiyini ona demişdir. Ona hadisə yerini təqsirləndirilən şəxs göstərmişdir. O, hadisə yerinə baxan zaman yerdə hər hansı qan ləkəsi və yaxud da başqa bir iz olmamışdır. Hadisə günü zərərçəkmiş şəxs travmatologiya xəstəxanasına aparılmış, koma vəziyyətində olmuşdur. O, mütəmadi olaraq 3-4 gün həmin xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs 3-4 gündən sonra özünə gəlmiş, o, da xəstəxanada sonuncunun yanında olmuşdur. Zərərçəkmiş şəxs ona şifahi izahat vermiş, o, izahatı kompüterdə yazıb gətirmiş, xəstəxanada qol çəkdirmişdir. Ekspertiza qərarını o, yazmış, qərarda texniki səhvə yol vermiş, sonradan düzəliş etmişdir. O, zərərçəkmiş şəxslə danışarkən təqsirləndirilən şəxs tərəfindən köməklik göstərildiyini demişdir. Zərərçəkmiş şəxsin ayağının amputasiya edilməsindən onun məlumatı olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən hər hansı bir barışıq ərizəsi verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CMin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən yerdə yol asfalt örtüklü olmaqla, hamar və qurudur. Yol örtüyünü ümumi eni 10 metrdir. Piyada hadisənin baş verdiyi yerə kimi 2.5 metr məsafə qət etmişdir. xx.xx.2020-ci il tarixli, 2/7729 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 15 sentyabr 2020-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. xx.xx.2020-ci il tarixli, 8/1769 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “X12 1840” markalı, **- JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xx.xx.2020-ci il tarixli, 2039 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 rəyindən görünür ki, 1953-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənəddən görünür ki,. Zərərçəkmiş şəxs Az. Elmi-tədqiqat travmatologiya və ortopediya institutuna daxil olarkən onun bədənində aşağıdakı xəsarətlər- sağ aşıq-baldır oynağının, sağ ayağın iç və bayır topuq nahiyyələrinin əzilmiş-cırılmış yaraları, sağ ayağın hər iki topuğunun açıq yerdəyişmiş sınıqları, sağ pəncənin yarımçıxığı, sol bud və baldır nahiyələrinin geniş sahəli əzilmişcırılmış yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun Az. Elmi-tədqiqat, travmatologiya və ortopediya institutuna daxil olduğu və qərarda göstərilən xx.xx.2020-ci il tarixdə törənmişdirlər. Xəsarətlərin sağlamlığa zərər vurmanın dərəcəsi Zərərçəkmiş şəxs müalicəsi başa çatdıqdan və özünün məhkəmə-tibb ekspertizasından sonra təyin edilə bilər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və yerləşmə yerin görə demək olar ki, onların Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya (əşyalara) dəyməsi nəticəsində əmələ gəlməsi və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. xx.xx.2022-ci il tarixli, 2489 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 rəyindən görünür ki, 1958-ci il təvəllüdlü X1 bədənində aşkar olunmuş xəsarətlər - sağ aşıq-baldır oynağının, sağ ayağın iç və bayır topuq nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ ayağın hər iki topuğunun açıq yerdəyişmiş sınıqları, sağ pəncənin yarımçıxığı, sol bud və baldır nahiyələrinin geniş sahəli əzilmiş-cırılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “Az.Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ-nə müraciət etdiyi xx.xx.2020-ci il tarixdə əmələ gələ bilrədilər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa ağ ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə hərəkətdə olan yük avtomaşınının Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə “Ak. M.Topçubaşov adına X8” PHŞ-nə müraciət edərkən ona “Sağ pəncənin diabetik yaş qanqrenası. Şəkərli diabet İİ tip ağır forma. Əvvəllər keçirilən miokard infarktı. Xroniki sol mədəciyin çatışmamazlığı” diaqnozu qoyulmuş və bununla əlaqədar olaraq sağ aşağı ətraf baldırın yuxarı 1/3-i səviyyəsində amputasiya olunmuşdur. Qeyd olunan diaqnoz patoloji proses olub (şəkərli diabet xəstəliyi ilə əlaqədar), travma ilə əlaqəsi olmadığından həmin diaqnoz sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmamışdır. xx.xx.2023-cü il tarixli, T 16/2023 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ aşıq-baldır oynağının, sağ ayağın iç və bayır topuq nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ ayağın hər iki topuğunun açıq yerdəyişmiş sınıqları, sağ pəncənin yarımçıxığı, sol bud və baldır nahiyələrinin geniş sahəli əzilmiş-cırılmış yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmış, müddəti xx.xx.2020-ci ilə uyğun gəlir, avtoqəza zamanı əmələ gəlməsi mümkündür, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Təqdim edilmiş tibbi sənədlərə əsasən N A.Dadaşovada aşkar edilən “sağ pəncənin diabetik yaş qanqrenası” diaqnozu ilə əlaqədar onun sağ aşağı ətraf baldırın yuxarı 1/3 səviyyəsində amputasiya olunması düçar olduğu uzun müddət davam edən şəkərli diabet xəstəliyi səbəbindən olduğundan xx.xx.2020-ci il tarixdə hərəkətdə olan yük avtomaşınının piyadanı vurması zamanı əmələ gəlməsi mümkün deyildir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “X12 1840 yük” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli, 3-13-16/2-20026/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ( xx.xx.2029-cu il tarixədək etibarlı olan) BB 305573 nömrəli “BC BE CE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sonuncunun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə təkrar baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natavan küçəsi ilə Rəşid İsmayılov küçəsinin kəsişməsində yerləşən yol hissəsidir. Hadisə baş verən ərazidə Xurşudbanu Natavan küçəsi istiqamətindən Rəşid İsmayılov küçəsinə aparan avtomobil yolu 2 hərəkət zolaqlıdır. X7 küçəsindən Xurşudbanu Natavan küçəsinə aparan avtomobil yolu 3 hərəkət zolaqlıdır. Xurşudbanu Natavan küçəsinin Rəşid İsmayılov küçəsi ilə kəsişməsində əks hərəkət zolaqları, X7 küçəsindən Xurşudbanu Natavan küçəsi istiqamətinə gedən yolda yerləşən 3 hərəkət zolağı birbirindən süni adacıqlarla ayrılmışdır. Xurşudbanu Natavan küçəsi ilə Rəşid İsmayılov küçəsinin kəsişməsində yolun hər iki tərəfində svetoforlar quraşdırılmışdır. Xurşudbanu Natavan küçəsindən Rəşid İsmayılov küçəsi istiqamətinə hərəkət etdikdə Xurşudbanu Natavan küçəsində olan eyni istiqamətli iki hərəkət zolağının ümumilikdə eni 9.3 metrdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə vaxtı Rəşid İsmayılov küçəsində avtobusdan düşərək Xurşudbanu Natavan küçəsi ilə Rəşid İsmayılov küçəsinin kəsişməsi istiqamətinə, yəni “Bulaq” restoranı tərəfə piyada hərəkət etməyə başlamışdır. O, avtomobillər üçün nəzərdə tutulmuş svetoforun qırmızı işığının yandığını və avtomobillərin dayandığını görüb, digər piyadalarla birlikdə Xurşudbanu Natavan küçəsi ilə Rəşid İsmayılov küçəsinin kəsişməsində, kəsişmə istiqamətində sağ tərəfdən sola doğru piyadaların keçməsi üçün nəzərdə tutulmuş hissədən yolu keçməyə başlamışdır. O, avtomobil yolunda bir neçə metr getdikdən sonra onu avtomobil vurmuş və o, və huşunu itirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı onu avtomobillə vurduğu, təxmini olaraq xatırladığı yeri göstərdikdən sonra müəyyən edildi ki, həmin yer Xurşudbanu Natavan küçəsindən Rəşid İsmayılov küçəsi istiqamətində gələn avtomobillər üçün asfalt yol üzərində çəkilmiş stop xəttindən 5.4 metr irəlidə yerləşir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə vaxtı idarə etdiyi **-JX-*** dövlət qeydiyyat nişanlı, “X12” markalı yük avtomobili ilə Xurşurbanu Natavan küçəsi istiqamətindən Rəşid İsmayılov küçəsi istiqamətində gəlmiş, yol kəsişməsinə çatdıqda svetoforun qırmızı işığının yandığını görüb, idarə etdiyi avtomobili stop xətdən bir neçə metr geridə, sağ hərəkət zolağında saxlamışdır. Svetoforun yaşıl işığı yandıqda o, avtomobili hərəkət etdirməyə başlamış və təxminən 2-2.5 metr getdikdən sonra qışqırıq səsinə avtomobili saxlamış və avtomobildən düşdükdə Zərərçəkmiş şəxs ayaqlarının avtomobilin ön sol təkəri altında sıxışıb qaldığını görmüşdür. O, avtomobili arxaya doğru hərəkət etdirmiş, Zərərçəkmiş şəxs avtomobilin təkəri altından çıxarılmışdır. Təqsirləndirilən şəxs hadisə baş verdikdən sonra qışqırıq səsinə görə avtomobili saxladığı yeri göstərdikdən sonra müəyyən edildi ki, həmin yer stop xəttindən 1.75 metr geri yerləşir. X3 küçəsində əks hərəkət istiqamətini ayıran süni adacıqdan həmin yerə kimi məsafə 7.8 metr təşkil edir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hadisədən əvvəl Zərərçəkmiş şəxs stop xəttindən bir qədər geridə əks hərəkət zolaqlarını ayıran süni adacığın üzərində, yəni sol tərəfdə dayanmış vəziyyətdə görmüşdür. xx.xx.2024-cü il tarixli, T 434/2024 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X11 rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sağ aşıq-baldır oynağının, sağ ayağın iç və bayır topuq nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ ayağın hər iki topuğunun açıq yerdəyişmiş sınıqları, sağ pəncənin yarımçıxığ , sol bud və baldır nahiyələrinin geniş sahəli əzilmiş-cırılmış yaraları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən hərəkətdə olan yük avtomobili ilə piyadanın vurulması zamanı əmələ gələ bilərdilər, yetirilmə müddət qərarda göstərilən xx.xx.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs sağ aşağı ətrafının baldırın yuxarı 1/3 səviyyəsində amputasiya olunması düçar olduğu uzun müddət davam edən şəkərli diabet xəstəliyi səbəbindən olduğundan onun xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərlə əlaqələndirmək mümkün deyildir. xx.xx.2024-cü il tarixli, 8/1524 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, 1,2. Göstərilənlərə əsasən X121840 markalı, 90JX354 dövlət qeydiyyat nişanlıavtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3,4. Hadisənin zərərçəkmiş şəxsin hadisə yerinə baxış zamanı bildirdiyi mexanizm üzrə baş verməsi şəraitində X121840 markalı, 90JX354 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs oğl ınun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 1(001)- 9/2025 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş ziyanın ödənilməsinə dair mülki iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mülki cavabdeh qismində tanınmışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinə 07 iyul 2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü CM-in 263.1-1-ci maddəsi elan edilmiş ittiham üzrə təqsirli bilməməsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.1-1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarının təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, “X12 1840 yük” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və mülki cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə qeyd edir ki, CPM-in 179.1ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması qərarlarından biri əks etdirilir. Hazırki cinayət işi üzrə mülki iddianın məbləği sübuta yetirilmədiyindən, məhkəmə hesab edir ki, verilmiş mülki iddia cinayət mühakimə icraatında həll oluna bilməz. CPM-in 180.3-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və mülki cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasının baxılmamış saxlanılmasını və CPM-in 180.3-cü maddəsinə əsasən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi hüququnun Zərərçəkmiş şəxs izah edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs baş vermiş hadisə bağlı heç bir təhqiqatçının ondan izahat almaması, onun əvəzinə izahat yazılması və imza çəkilməsi ilə bağlı xüsusatlar araşdırılması üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna göndərilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, “X12 1840 yük” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və mülki cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş ziyanın ödənilməsinə dair mülki iddiası baxılmamış saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-9/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-9/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver