Məhkəmə qərarları › İş №1(001)-90/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-90/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-90/2022 29.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 iştirakı ilə Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, xx.xx.1982-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu götürülmüş, işləməyən, Masallı rayonu, Ərkivan qəsəbə ərazi dairəsi, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya məxsus Mazda 6 markalı MA945AZTR20 tranzit nişanlı avtomobili 13.000(on üç min) manata satacağına dair ona yalan vəd verib aldatmış, 06 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan idarəsinində həmin avtomobili Zərərçəkmiş şəxs2 xəbəri və iştirakı olmadan "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən X10 tərəfindən qanunsuz hazırlanmış və saxtalaşdırılmış 03.10.2020-ci il tarixli alqı-satqı müqaviləsindən və «830661» nömrəli «arayış-hesab» adlı sənəddən bilə-bilə istifadə etməklə X8 8000 manata sataraq özgənin əmlakını ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 13000(on üç min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib ona satacağı «Range Rover» markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirəcəyinə dair ona yalan vəd verib aldatmış, təmirə xərcləyəcəyi adı ilə Bakı şəhəri ərazisində yerləşən «MilliÖn» ödəniş terminalı vasitəsi ilə adına olan «Kapital Bank»a aid kart hesabına 26.10.2020-ci il tarixdə köçürülmüş 1700(min yeddi yüz) manatı və 29.10.2020-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisindəki «123CARS» adlı avtosalonun qarşısında yerləşən «Gülər Studio» gül salonunun qarşısında 5100(beş min yüz) manat pulu alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6800(altı min səkkiz yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib qardaşı X4 barəsində AR CM-nin 244.2.2-ci maddəsi ilə Masallı rayon məhkəməsində baxılan iş üzrə cərimə cəzası təyin olunacağına dair ona yalan vəd verib aldatmış, həmin işə xərcləyəcəyi adı ilə Masallı rayonu, Qarabağ küçəsində yerləşən «İnam» marketdə quraşdırılmış «MilliÖn» ödəniş terminalı vasitəsi ilə adına olan «Kapital Bank»a aid kart hesabına 18.09.2020-ci il tarixdə saat 15:26-da Şahid1 vasitəsi ilə köçürülmüş 5000(beş min) manatı, 20.09.2020-ci il tarixdə saat 13:31də Şahid1 vasitəsi ilə köçürülmüş 1000(bir min) manatı, 25.09.2020-ci il tarixdə saat 15:28-də Şahid2 vasitəsi ilə köçürülmüş 1900(min doqquz yüz) manatı, 11.10.2020-ci il tarixdə saat 16:40-da Şahid2 vasitəsi ilə köçürülmüş 2000(iki min) manatı, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən «Bravo» marketdə quraşdırılmış «MilliÖn» ödəniş terminalı vasitəsi ilə adına olan «Kapital Bank»a aid kart hesabına 08.11.2020-ci il tarixdə saat 15:00 radələrində Şahid2 vasitəsi ilə köçürülmüş 2000(iki min) manatı və 13.11.2020-ci il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanında 1700(min yeddi yüz) manat pulu alıb ələ keçirmiş, lakin verdiyi vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 13600(on üç min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.2-ci maddələri ilə ona elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 avtomobil ticarəti ilə məşğul olduğu Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində yerləşən “101 Cars” adlı avtosalonda işləyərkən tanımışdır. Belə ki, Fəqan ona müraciət edərək “Mazda 6” markalı avtomobil aldığını, sənədləşmədə və avtomobilin satılmasında ona köməklik etməyini xahiş etmişdi. 2020-ci ilin oktyabr ayının əvvəllərində o, Fəqan və avtomobilin sahibi Ruslan adlış şəxslə birlikdə Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən BDYPİ-nə getmişdilər. Orada tanışı Rəşid Xudiyevə müraciət etmiş və Rəşid Xudiyev tərəfindən avtomobilin satılması barədə alqı-satqı müqaviləsi və hesab arayış tərib edilmişdi. Sonra avtomobilin üzərində olan dövlət qeydiyyat nişanı təhvil verilmiş və Fəqana tranzit nişanı verilmişdi. X18 6 markalı avtomobili işlədiyi “101 Cars” avtomobilin salonuna gətirmişdi. O, Fəqanla razılaşmışdı ki, avtomobili 13000 manata satacaq. Fəqan onunla razılaşmış və avtomobili salonda saxlamışdı. Bir neçə gündən sonra Fəqanın avtomobilinə müştəri tapmışdı. Ramin adlı müştəri Mazda 6 markalı avtomobili 8000 manata alacağını bildirmişdi. O da onunla razılaşmışdı. Səhərisi Ramin və o Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən BDYPİ-nə getmişdilər. Orada yenidən tanışı Rəşid Xudiyevə müraciət etmiş və avtomobilin Raminin adına rəsmiləşdirilməsini bildirmişdi. X14 iştirak etməsini vacib olduğunu bildirsədə, ona Fəqanın işi olduğunu, Fəqanla şərik olduğunu və birlikdə avtomobili satdıqlarını bildirmişdi. Rəşid Xudiyev ona inanaraq müqavilədə Fəqanın adını Raminin adına dəyişmişdi. Sonra sənədləri götürüb Mazda 6 markalı avtomobili Raminin adına rəsmiləşdirmişlər və Ramin ona 8000 manat pul vermişdi. O, avtomobili satdığını və Ramindən 8000 manat almağını Fəqana bildirməmişdi. Avtomobilin satılmasından əldə etdiyi 8000 manatı öz ehtiyaclarına xərcləmişdi. Təxminən 15 gündən sonra Fəqana zəng edib avtomobilini satdığını və yalandan avtomobili alan şəxsin avtomobilin saz vəziyyətdə olub olmamasını yoxlatdıqdan sonra pulunu verəcəyini bildirmişdi. Sonra o, Fəqana “Range Rover” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili 23000 ABŞ dollarına almasını təklif etmişdi. Həmçinin Fəqana yalandan demişdi ki, Mazda markalı avtomobili 13000 manata satıbdı. Həmçinin ona təklif etmişdi ki, “Range Rover” markalı avtomobili alsa həmin pulu sahibinə verər, qalan pulu hər ay ödəyərsən. Fəqan onunla razılaşıb avtomobili yoxlatdırmaq üçün götürmüşdü. Sonradan Fəqan avtomobilin bir çox ehtiyat hissələrinin təmirə ehtiyacı olduğunu və ya yenisi ilə əvəz edilməli olduğunu bildirmişdi. O, Fəqana demişdi ki, öz vəsaiti hesabına avtomobili təmir etdirsin, sonradan isə avtomobilin təmiri üçün çəkilmiş xərc avtomobilin ümumi dəyərindən çıxılsın. Bu barədə Fəqana dedikdə o razılaşmış və avtomobili ona geri qaytarmışdı. Lakin avtomobilin sahibi onunla razılaşmamış və avtomobilini götürmüşdü. O, bu barədə Fəqana bir şey deməmişdi. Ona təcili pul lazım olduğundan avtomobilin təxminən 1000 ABŞ dolları xərcinin olduğunu Fəqana bildirmişdi. Fəqan həmin pulu verməyə razılaşdıqdan sonra o, 2020-ci ilin oktyabr ayının sonlarında 1700 manat pulu ona məxsus “Kapital Bankdan” aldığı 4169 7413 2853 8663 saylı plastik bank kartının bank hesabına köçürmüşdü. O, həmin pulu Bakı şəhəri, Nəsimi rayonu Nəsimi Bazarının yaxınlığında yerləşən bankomatların birindən çıxartmışdı və pulları öz ehtiyacına xərcləmişdi. Bir neçə gün sonra Sumqayıt şəhərində yerləşən “123 Cars” avtomobil salonunda olduğu zaman Fəqana zəng edib avtomobilin təmirinə əlavə olaraq 3000 ABŞ dolları lazım olduğunu bildirmişdi. Fəqan onunla razılaşaraq həmin gün saat 18 radələrində Sumqayıt şəhərində görüşmüş və 5100 manat pulu ona vermişdi. O, həmin pulu da götürüb öz ehtiyacına xərcləmişdi. Bundan sonra Fəqanla əlaqəsi olmamışdı. Bundan başqa 25 mart 2020-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş İdarəsinin yanından keçərkən təsadüfən Zərərçəkmiş şəxs1 görmüşdü. Onunla salamlaşıb kef-əhval tutmuşdu. Ondan burada dayanmasının səbəbini soruşmuşdu. Zərərçəkmiş şəxs1 ona qardaşı X2 Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyini və 13.03.2020-ci il tarixdə barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkanı seçildiyini bildirmişdi. Sonra Natiq ona baş verənləri danışaraq ətraflı məlumat vermişdi. O, Natiqə onların yanında özünü hörmətli salmaq üçün yalandan bu idarədə tanışları olduğunu və onlara köməklik edə biləcəyini demişdi. Lakin Natiqin qardaşı Anarın işi ilə əlaqədar olan vəkil buna imkan verməmişdi. Bundan sonra o, Natiqdən onunla əlaqə saxlamaq üçün tstifadə etdiyi ***-***-**-** saylı nömrəsini götürmüşdü və onlarla sağollaşıb çıxıb getmişdi. Bundan sonra o, Natiqə mütəmaddi zəng vurub işlə maraqlanmış və söhbətlərin birində işin baxılması üçün Masallı rayon məhkəməsinə göndərildiyini öyrənmişdi. Bundan sonra Masallı rayonuna getmişdi. O, Masallı rayonunda Natiqlə görüşüb, ona hakimlə Anarın işi ilə əlaqədar görüşdüyünü, Anara yüngül cəza verdirəcəyini bildirmişdi. O, ilkin olaraq hakimin adından istifadə edib 5000 manat verməli olduğunu, həmçinin hakimin bu barədə heç kəsə bildirməmələrini demişdi. O, bir neçə dəfə Natiqin inamını qazanmaq üçün Masallı rayon məhkəməsinə gedib güya hakim Ayaz Səlimovla görüşüb söhbət etdiyini ona bildirmişdi. Bundan sonra Natiqin ona inamı armış və o, ona inanmağa başlamışdı. Bundan sonra 18.09.2020-ci il tarixdə 5000 manat ödəmə terminalından ona göndərdiyi kart hesabına pul ödəmişdi. Sonra Natiq telefonda onunla danışmış, o, ona pulu götürdüyünü bildirmişdi. 19.09.2020-ci il mən Natiqə zəng vurub ona hakimin əlavə 1000 manat pul istədiyini bildirmişdi. Natiq ona hazırda imkan olmadığını bir iki günə düzəldib göndərəcəyini demişdi. 20.09.2020-ci il tarixdə Natiq ona 1000 manat məbləğində pul ödəmə terminalından Kapital banka məxsus kart hesabına köçürmüşdü. O, Natiqlə gündəlik danışıb işlə bağlı ona yalandan məlumat vermişdi. 23.09.2020-ci ildə Natiqə zəng vurub əlavə işlə əlaqədar pul lazım olduğunu demişdi. Natiq pulun nəyə və kimə lazım olduğunu soruşduqda, o, ona bununla işin həll edildiyini bildirmişdi. 25.09.2020-ci il tarixdə Natiq 1900 manat ödəmə terminalından onun kart hesabına pul köçürmüşdü. O, Natiqə bu pulların müqabilində Anarın işinə görə ona cərimə cazası təyin etdirəcəyini bildirmişdi. Natiq ondan pulların nə üçün lazım olduğunu soruşanda, o, yalandan pulları çıxarıb hakimə verdiyini demişdi. Natiq özü də onunla tez-tez rayonda görüşüb məhkəməyə gedirmiş. Hər dəfə o, məhkəmənin binasına girib hakimlə görüşdüyünü ona deyirmiş. Natiqi isə çöldə gözlədib onu yaxına buraxmamışdı. Hər dəfədə Natiqə hakimlə qardaşı Anarın işi barəsində danışdığını deyirmiş. Bundan sonra Natiqin ona inamı dahada artırdı. 05.10.2020-ci il tarixdə o, Natiqə zəng vurub 2000 manat dövlət ittihamçısına pul lazım olduğunu bildirmişdi. Natiq ona artıq pul olmadığını demişdi. O, isə pul verməsələr əvvəl verdikləri pullarda batacaqdır deyə ona irad tutmuşdu. Bundan sonra Natiq onunla razılaşıb 11.10.2020-ci ildə ödəmə terminalından onun kart hesabına 2000 iki min manat pul ödəmişdi. Bir müddətdən sonra o, Natiqə zəng vurub 2000 manat lazım olduğunu demişdi. Natiq ona yenə nə puldur, sən axı deyirdin bu sonuncu puldur verəcəksiniz, əlavə nə iki min manat istəyirsən deyib onunla sərt danışmışdı. O, Natiqə yalandan bununla artıq işin həll olunduğunu, bundan sonra pul lazım olmayacağını ona demişdi. Bundan sonra Natiq ona inanıb 08.11.2020-ci il tarixdə ödəmə terminalından kart hesabına 2000 manat pul köçürmüşdü. Natiq ona zəng vurub pulu götürdüyünü soruşmuş, o da ona pulu götürdüyünü bildirmişdi. İş uzandıqcada Natiq işin nə yerdə qaldığını soruşmuşdu. O, isə narahat olma, artıq işin həll olunduğunu demişdi. Təxminən 13.11.2020-ci ildə o, yenə Natiqə zəng vurub onunla görüşmək istədiyini bildirib Bakı şəhərində yaşadığı Binəqədi rayonu, 8-ci MKR, C.Xəndan küçəsində yerləşən evlərinin həyətinə gəlmişdi. Orada Natiqlə görüşüb söhbət edərkən sonuncu dəfə 2000 manat təcili pul lazım olduğunu və yalandan artıq yaxın günlərdə höküm çıxacağını bildirmişdi. Natiq əvvəl tərəddüd etsə də, sonra o, onu özünə yenədə inandırmışdı. Bundan sonra Natiq evə qalxmış, sonra qayıdıb gəlib 1700 manat pulu yaşadıqları binanın həyətində ona vermişdi. O, Natiqdən pulu alıb sayıb çibinə qoyub oradan çıxıb getmişdi. 15.11.2020-ci il tarixdə Natiq onunla telefon əlaqəsi saxlayıb səhər Anarın məhkəməsi olacağını bildirmişdi. O da ona birlikdə getmələrini və heç bir narahatçılıq olmadığını bildirmişdi. 16.11.2020-ci il tarixdə səhər saat 06:00 da Natiqlə 20 Yanvar metrosunun yanında görüşüb taksi ilə Masallı rayonuna getmişdilər. Səlyan rayonunda Anarın vəkili Emin Bədəlovla görüşüb onun idarə etdiyi avtomobillə Masallı rayonuna gəlmişdilər. O, yenə məhkəmədə ikinci mərtəbəyə qalxıb, geri qayıtmışdı. Yalandan Natiqə narahat olma, hər şeyin qaydasında olduğunu demişdi. Həmin günü son məhkəmə olmuş və Anara 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdi. Natiq əsəbləşib nəyə görə Anarın həbs olunduğunu soruşduqda o, ona birlikdə Bakı şəhərinə qayıdıb və verdiyi pulları həmin şəxsdən alaraq ona geri qaytaracağını bildirmişdi. Həmin günü Bakı şəhərinə qayıtmışlar. O, yalandan Natiqə saat 21:00-da 13500 manat pulu alaraq ona geri qaytaracağını bildirmişdi. Həmin gün o, Natiqə zəng edərək vaxtdı saat 00:00-a qədər uzatmışdı. Lakin o, Natiqdən aldığı pulları öz ehtiyacı üçün xərclədiyindən dediyi vaxtda Natiqlə görüşməkdən yayınmışdı. Natiq ona tez-tez zəng vurduğundan, onun pulunu aldadıb xərclədiyindən, pulunu qaytara bilməyəcəyindən telefonunu qara siyahıya salmışdı. O, ümumilikdə Zərərçəkmiş şəxs1 qardaşının həbs olunmaması işini həll etməyi üçün ümumilikdə 13600 manat pul aldadıb almışdı. Bu günə qədər verdiyi vədə əməl etməmiş və aldığı pulu da qaytarmamışdı. Onun Zərərçəkmiş şəxs1 pul almaqda məqsədi ona söz verib yalandan pullarını alıb öz maddi ehtiyacını təmin etmək idi. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışdığından məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2, 178.2.4, 320.2ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qardaşı X4 Azərbaycan Respublikası CM-nin 244.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 16.11.2020-ci il tarixdə barəsində Masallı rayon məhkəməsinin qərarı ilə 4 il 6 ay müddətinə azadlıq məhrum etmə cəzası təyyin edilmişdir. Təqsirləndirilən şəxs uzun müddətdir həmyerli kimi və uzaq qohum kimi tanıyır. Bildiyinə görə, Təqsirləndirilən şəxs avtomobil ticarəti ilə məşğul olurdu. 25 mart 2020-ci ildə qardaşı Anar Həşimovun istintaqı zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş İdarəsinin yanında dayanarkən Təqsirləndirilən şəxs onlarla təsadüfən qarşılaşmışdı. Onlardan burada nə etdiklərini xəbər almış, o da ona baş verənləri danışaraq məlumat vermişdi. Fuad ona bu idarədə adlarını çəkməsədə tanışları olduğunu və onlara köməklik edə biləcəyini demişdi. Lakin qardaşının işi ilə əlaqədar olan vəkil buna imkan verməmişdi. Bundan sonra Fuad onunla əlaqə saxlamaq üçün istifadə etdiyi ***-***-**-** saylı nömrəni götürmüş və onlarla sağollaşıb çıxıb getmişdi. Bundan sonra Fuad ona mütəmadi zəng vurub işlə maraqlanıbdı. Fuad qardaşının işinin baxılması üçün Masallı rayon məhkəməsinə göndərildiyini bildikdən sonra hakimlə qardaşının işini danışdığını, heç bir problem olmayacağını deməyə başlamış və başlamış Masallı rayonuna gəlib getməyə. Fuad rayonda da onunla görüşüb hakimlə Anarın işi ilə əlaqədar görüşdüyünü, ona yüngül cəza verdirəcəyini bildirmişdi. Fuad ilkin olaraq hakimin deməsinə görə 5000 manat verməli olduğunu, həmçinin hakimin bu barədə heç kəsə bildirməmələrini demişdi. O, bir neçə dəfə Fuadın Masallı rayon məhkəməsinin inzibati binasına maneəsiz girib çıxdığını, orada tanımadığı şəxslərlə səmimi söhbət etdiyini görüb artıq ona inanmışdı. Bu səbəbdən Fuadın dediyi kimi 18.09.2020-ci il tarixdə saat 15:26-da 5000 manatı Masallı rayonu, Qarabağ küçəsində yerləşən “İnam” marketdə olan Milliön ödəmə terminalından onun göndərdiyi kart hesabına ödəmişdi. Lakin göndərdiyi 5000 manatdan 50 manat bank xərci çıxıldığından əlavə 18.09.2020-ci il tarixdə saat 15:29-da 50 manat yenidən həmin hesaba pul köçürmüşdür ki, Fuada göndərdiyi pul tam 5000 manat olsun. Sonra Fuadla telefonda danışmış Fuad pulu götürdüyünü bildirmişdi. 19.09.2020-ci il saat 20 radələrində Fuad ona zəng vurub əlavə hakim 1000 manat istədiyini bildirmişdi. O da ona imkan olmadığını bir iki günə düzəldib göndərəcəyini bildirmişdi. 20.09.2020-ci il tarixdə saat 13:31-də 1010 manat məbləğində pulu (1000 manat karta köçürülməsi üçün və 10 manat bank xərci üçün) Masallı rayonu, Qarabağ küçəsində yerləşən “İnam” marketdə olan Milliön ödəmə terminalından Fuadın hesabına ödəmişdi. Fuad onunla gündəlik danışıb işlə bağlı məlumat verirmiş. 23.09.2020-ci ildə Fuad ona zəng vurub əlavə işlə əlaqədar pul lazım olduğunu demişdi. O, ondan nəyə və kimə lazım olduğunu soruşduqda, Fuad bununla işin həll edildiyini bildirmişdi. 25.09.2020-ci il tarixdə saat 15:28-də 1920 manatı (1900 manat karta köçürülməsi üçün və 20 manat bank xərci üçün) Masallı rayonu, Qarabağ küçəsində yerləşən “İnam” marketdə olan Milliön ödəmə terminalından Fuadın kart hesabına köçürmüşdü. Fuadın deməsinə görə bu pulların müqabilində qardaşının işinə görə ona cərimə cazası təyyin etdirəcəkdi. O, hər dəfə onunla danışanda pulları çıxarıb hakimə verdiyini demişdi. O, özü də onunla tez-tez rayonda görüşüb məhkəməyə getmişdi. Hər dəfə o, məhkəmənin inzibati binasına girib, tanımadığı şəxslərlə görüşüb nə isə danışırdı. Onun həmin söhbətlərin konkret nədən ibarət olduğundan xəbəri olmamışdı. Çünki, Fuad onu yaxına buraxmamışdı. Hər dəfədə ona hakimlə qardaşı Anarın işi barəsində danışdığını demişdi. Bundan sonra onun Fuada inamı dahada artmışdı. 05.10.2020-ci il tarixdə Fuad yenə ona zəng vurub 2000 manat dövlət ittihamçısına pul lazım olduğunu bildirmişdi. O, Fuada artıq pul olmadığını demişdi. Fuad isə pul verməsələr əvvəl verdikləri pullarda batacaqdır deyə ona irad tutmuşdu. O, məcbur qalıb 2000 manat tapıb 11.10.2020-ci ildə saat 16:40-da Masallı rayonu, Qarabağ küçəsində yerləşən “İnam” marketdə olan Milliön ödəmə terminalından Fuadın kart hesabına 2020 manat (2000 manat karta köçürülməsi üçün və 20 manat bank xərci üçün)pul ödəmişdi. Bir müddətdən sonra Fuad yenidən ona zəng vurub 2000 manat lazım olduğunu demişdi. O, ona yenə nə puldur, sən axı demişdin bu sonuncu puldur verəcəyiniz, əlavə nə iki min manat istəyirsən deyə sərt danışmışdı. Fuad bununla artıq işin həll olunduğunu, bundan sonra pul verilməyəcəyini demişdi. O, məcbur qalıb təxminən 08.11.2020-ci il tarixdə Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən Milliön ödəmə terminalından Fuadın istədiyi 2020 manat (2000 manat karta köçürülməsi üçün və 20 manat bank xərci üçün) pulu onun kart hesabına köçürmüşdü. Lakin Fuad ona konkret olaraq dəqiq nə vaxt qardaşı Anarın işinin həll olacağını bildirməmişdi. İş uzandıqcada o, Fuada işin nə yerdə qaldığını soruşmuşdu. Fuad isə narahat olmamasını, artıq işin həll olunduğunu demişdi. Təxminən 13.11.2020-ci ildə Fuad yenə ona zəng vurub onunla görüşmək istədiyini bildirib həmin gün saat 20 radələrində ünvan 2 ünvanına gəlmişdi. Orada görüşüb söhbət edərkən Fuad sonuncu dəfə 2000 manat təcili pul lazım olduğunu və artıq yaxın günlərdə höküm çıxacağını bildirmişdi. O, artıq qeyd etdiyi məbləğlərdə pul verdiyinə görə məcbur qalıb qardaşının azadlığa çıxması üçün ona evdə olan sonuncu pulu 1700 manat pulu yaşadığı Binəqədi rayonu, 8-ci MKR, C.Xəndam küçəsi, ev 40A ünvanında vermişdi. Fuad ondan pulu alıb sayıb çibinə qoyub oradan çıxıb getmişdi. 15.11.2020-ci il tarixdə Fuadla telefon əlaqəsi saxlayıb səhər Anarın məhkəməsi olacağını bildirmişdi. Fuad ona birlikdə getmələrini və heç bir narahatçılıq olmadığını bildirmişdi. 16.11.2020-ci il tarixdə səhər saat 06:00 da Fuadla 20 Yanvar metrosunun yanında görüşüb taksi ilə Masallı rayonuna getmişdilər. Səlyan rayonunda qardaşı Anarın vəkili Emin Bədəlovla görüşüb onun idarə etdiyi avtomobillə Masallı rayonuna gəlmişdilər. Fuad yenə məhkəmədə ikinci mərtəbəyə qalxıb, geri qayıtmışdı. ona narahat olma, hər şeyin qaydasında olduğunu demişdi. Lakin 16.11.2020-ci il tarixdə son mhəkəmə oldu və Anara 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyyin edilmişdi. O, Fuaddan nəyə görə Anarın həbs olunduğunu soruşduqda o, ona bildirmişdi ki, birlikdə Bakı şəhərinə qayıtsınlar və verdiyi pulları həmin şəxsdən alaraq ona geri qaytaracaqdır. Onlar həmin gün Bakı şəhərinə qayıtmışdılar. Həmin günü Fuad ona bildirmişdi ki, saat 21:00-da 13600 manat pulu alaraq ona geri qaytaracaqdır. Həmin gün Fuad zəng edərək müddəti saat 00:00-a qədər uzatmışdı. Lakin həmin saatda da Fuad gəlib çıxmamışdı. Artıq o, Fuadın onu aldatdığına əmin olmuşdu və həmin gündən bu günə qədər Fuad ilə əlaqə saxlamaq mümkün olmamışdı. Hətda o, onun nömrələrini əngəlləmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs qardaşının həbs olunmaması işini həll etməsi üçün ümumilidkə 13720 manat pul vermiş, lakin o onu aldatmış və bu günə qədər ona verdiyi vədə əməl etməmiş və pulunu da qaytarmamışdır. Onun Fuada bu pulu verməyi barəsində oğlu X5, qardaşı oğlu Şahid1 məlumatları olmuşdur. Qeyd etmək istəyir ki, Fuada pul köçürdüyü zaman bank tərəfindən 1% əməliyyat haqqı tutulurdu. Ümumilikdə əməliyyatlar zamanı 120 manat bank xərci yəni 50, 10, 20, 20 və 20 manat tutulmuşdur. Həmin 120 manat Fuadın özünə yox, bank köçürülməsinə çıxılmışdır. Dəqiq olaraq Fuada 5000+1000+1900+2000+2000+1700, yəni 13600 manat pul ödənilib və həmin pulu Fuad dələduzluq yolu ilə mənimsəmişdir. Fuadın pulu kimə verdiyini və ya neylədiyini dəqiq bilməmişdir. O, onu hər dəfə müxtəlif bəhanələrlə aldadıb pul alıbdır. Həmçinin onun məhkəmədə görüşüb danışdığı şəxslərlə nə barədə danışdıqlarını bilməmişdir. Ona elə gəlir ki, Fuad onun inamını qazanmaq üçün məhkəmədə olan şəxslərlə görüşüb səmimi söhbətlər edərək onu özünə inandırırmış. Lakin hazırda təqsirləndirilən şəxsdən heç bir şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada verilmiş 15.02.2022-ci il tarixli **********112 nömrəli ərizədə o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs azadlığa buraxılmasını xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03.10.2020-ci il tarixdə Şahid3 13.000 manata ** CO *** dövlət qeydiyyat nişanlı “Mazda 6” markalı ağ rəngli avtomobil almışdı. Ancaq aldığı avtomobilin dövlət qeydiyyat nişanı avtomobilin sahibi Şahid3 məxsus olduğundan, o avtomobilin nömrəsini ona verməkdən imtina etmişdi. Bundan sonra avtomobilin alqı- satqısı həyata keçirilərkən avtomobilə MA945azTr20 tranzit nömrəsi verilmişdi. Həmin avtomobili aldıqdan sonra Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində yerləşən “101 Cars” adlı avtosalonda işləyən əvvəllər tanıdığı, avtomobillərin alqı satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs müraciət edərək avtomobilin saz vəziyyətdə olub olmamasını yoxlatdırmasını xahiş etmişdi. Bundan sonra Fuad avtomobili yoxladıb avtomobilin saz vəziyyətdə olduğunu bildirmişdi. Daha sonra həmin avtomobili 13.500 manata sata bilcəyini bildirmişdi. O, razılaşdıqdan sonra Fuad avtomobili işlədiyi avtosalona təhfil verməsini, bir neçə günə avtomobili satıb pulunu verəcəyini bildirmişdi. 05.10.2020-ci il tarixdə avtomobili aparıb Fuadın işlədiyi avtosalonda Fuadın özünə təhfil vermişdi. Ancaq bununla bağlı heç bir sənədləşmə aparılmamışdı. Aradan 15 gün keçəndən sonra Fuad onu avtosalona dəvət edib, ona məxsus avtomobili artıq satdığını, sadəcə avtomobili alan şəxsin avtomobilin saz vəziyyətdə olub olmamasını yoxlatdırdıqdan sonra pulunu verəcəyini bildirmişdi. Bundan sonra Fuad ona “Range Rover” markalı, ** FP *** dövlət nömrə nişanlı avtomobili göstərib həmin avtomobili 23.000 ABŞ dollarına ona satmağı təklif etmişdi. Həmçinin bildirmişdi ki, ona məxsus “Mazda6” markalı avtomobili 13.000 manata satıbdır. O, həmin pulu avtomobil sahibinə verməyini, qalan pulu isə hissə hissə avtomobil sahibinə ödəməyini təklif etmişdi. O, avtomobili almağa razılıq verdikdən sonra Fuad avtomobili ona təhfıl vermişdi. Həmin avtomobil iki gün müddətində onda qalmışdı. O, avtomobilin saz vəziyyətdə olub olmamasını yoxlatdırarkən avtomobilin bir çox ehtiyat hissələrinin təmirə ehtiyacı olduğunu və ya yenisi ilə əvəz edilməli olduğunu müəyyən etmişdi. Bundan sonra bu barədə Fuada məlumat verməklə avtomobili ona qaytarmış və avtomobilin təmirə ehtiyacı olduğunu bildirmişdi. Fuad isə avtomobil sahibi ilə danışacağını, avtomobilin təmiri üçün çəkilən xərcin, avtomobilin satışı üçün ondan istədiyi ümumi məbləğdən çıxılacağını bildirmişdi. O, avtomobili Fuada qaytardıqdan sonra səhəri gün Fuad ona zəng edib avtomobil sahibi ilə danışdığını, avtomobilin təmiri üçün çəkilən xərcin avtomobilin ümumi satış qiyməti olan 23.000 ABŞ dollarından çıxılması üçün avtomobil sahibindən razılıq aldığını bildirmiş və avtomobilin təmiri üçün tələb olunan 1000 ABŞ dolları pulu ona verməyini istəmişdi. Aralarında razılığa gəldikdən sonra təxminən 2020-ci ilin oktyabr ayının sonlarında avtomobilin təmir edilməsi üçün Fuadın istədiyi 1000 ABŞ dolları pulun əvəzində onun verdiyi “Kapital Banka” məxsus 4169 7413 2853 8663 saylı plastik bank kartının bank hesabına Bakı şəhəri ərazisində yerləşən, hazırda dəqiq ünvanını unutduğu ərazidə yerləşən “MilliÖn” ödəniş terminalı vasitəsilə 1700 manat pul göndərmişdi. O, pulu Fuada göndərdikdən sonra onunla əlaqə saxladıqda o, pulun hesabına köçürüldüyünü təsdiq etmişdi. Aradan üç gün keçdikdən sonra Fuad onunla əlaqə saxladıqda o, avtomobilin təmiri üçün əlavə olaraq 3.000 ABŞ dolları pul lazım olduğunu bildirmiş və avtomobil sahibi ilə danışaraq razılağa gəldiyini, həmin pulu avtomobilin təmiri üçün ona verəcəksə avtomobil sahibinin həmin puluda ümumi məbləğdən çıxacağını bildirmişdi. O, həmin məbləğdə pulu Fuada verməyə razılaşdıqdan sonra o harda olduğunu soruşmuşdu. O, həmin vaxt idarə etdiyi avtomobillə Sumqayıt şəhərinə müştəri gətirdiyindən, Sumqayıt şəhəri ərazisində olduğunu bildirmişdi. Fuad bundan sonra Sumqayıt şəhərinə gəldiyini bildirmişdi. O, həmin gün saat 18 radələrində Fuadla Sumqayıt şəhəri 41-ci məhəllə ərazisindəki “123 Cars” adlı avtosalonun qarşısında yerləşən “Gülər Studio” gül salonunun qarşısında Fuadla görüşərək, idarə etdiyi avtomobildə 3000 ABŞ dollarının əvəzində 5100 manat pulu Fuada vermişdi. Fuad iki gün ərzində avtomobili təmir etdirib ona təhfıl verəcəyini bildirsədə, bundan sonra Fuadla əlaqə saxlaya bilməmişdi. Onun işlədiyi avtosalona müraciət etdikdə isə avtosalondan ona məxsus “Mazda 6” markalı avtomobili Fuadın satdığını, bundan başqa Fuadın onlara məxsus iki min manat pulu dələduzluq yolu ilə ələ keçirməklə işdən çıxdığını, özlərinində Fuadı axtardıqlarını, ancaq tapa bilmədiklərini bildirmişdilər. Bu səbəbdən hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdi. Daha sonra müraciəti ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət edildikdə şikayət ərizəsi yazraq Fuadın əməlləri barədə məlumat vermişdi. Daha sonra “Mazda 6” markalı avtomobilin alqı-satqısının həyata keçirildiyi Bakı şəhəri Qaradağ rayonu “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında yerləşən Dövlət Gömrük Komitəsinə məxsus İdarəyə müraciət etdikdə ona məxsus avtomobilin sənədlərini Rəşid adlı şəxs tərəfindən saxtalaşdırılaraq Ramin adlı şəxsə satıldığını müəyyən etmişdir. Bundan sonra bununla bağlı Qaradağ RPİ-nin 10-cu PB-nə müraciət etmişdir. Həmçinin göstərmişdir ki, dostu Şahid3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən vətəndaşa məxsus evi almaq istəmişdir. O da internet vasitəsilə makler fəaliyyəti ilə məşğul olduğu üçün Ruslana həmin evi təklif etmişdir. O, evin yiyəsi ilə evin qiymətini 50000 manata danışsa da, Ruslana həmin evi 66000 manata təklif etmişdir. Ruslan evə baxdıqdan sonra bildirmişdir ki, 50000 manat pul və üstündə özünə məxsus 2003-cü il buraxılışlı Mazda 6 avtomobilini verə bilər və onlar bununla razılaşmışlar. O, internet vasitəsilə, daha doğrusu turbo.az saytından maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığı Fuad adlı şəxsi tapmışdır. O, Fuadı təxminən hadisə baş verməmişdən, yəni 2020-ci ilin oktyabr ayından iki ay əvvəl turbo.az saytından maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımışdır. Belə ki, o, gələcəkdə həmin avtomobili satıb pul əldə edəcəyi üçün avtomobili müvəqqəti olaraq tranzit nömrə ilə idarə etmək qərarına gəlmişdir. Fuad ona həmin avtomobilin sənədləşdirilməsində köməklik edəcəyini bildirmişdir. Daha sonra o, Fuad və Ruslanla birlikdə həmin avtomobili alaraq sənədləşdirmə aparmaq üçün Meyvəlidə yerləşən DYP-nin şöbəsinin qarşısına gəlmişdir. Həmin vaxt Fuad ondan sənədləşdirmək üçün 150 manat pul almış və maşından düşərək həmin gün tanıdığı maşın alqı-satqısının sənədləşdirilməsini işini görən Rəşid Xudiyevlə söhbət etmişdir. Daha sonra Fuadın Rəşidə pul verməsini görsədə, konkret olaraq nə qədər pul verməsini görməmişdir. O, Fuad və Rəşidin yanına gəlmiş, müqavilədə onun adının olduğunu gördüyü üçün müqaviləni imzalamışdır. Daha sonra avtomobilin “99-CO023” dövlət qeydiyyat nişanlı nömrəsini təhvil vermiş, öz adına müvəqqəti “MA945 AZTR20” dövlət qeydiyyat nişanı götürmüşdür. O, avtomobili Fuadın işlədiyi “101 Cars” avtomobil salonunda qoymuş, orada Fuad avtomobili salıb ona 13.000 azn pul verəcəyini bildirmiş, o, Fuad ilə razılaşaraq avtomobili salonda qoyub getmişdir. Bir neçə gündən sonra Fuad ona zəng vurub maşına alıcı tapdığını, avtomobili satıb ona Range Rover almalarını bildirmiş, o isə razılıq vermişdir. O, “101 Cars” avtosalonuna gedib çöldə dayandan qara rəngli 2006-cı il buraxılışlı “X19 Rover” markalı avtomobili götürüb ustaya aparmış, avtomobili yoxlatdırmış, avtomobil 2 gün onda qalmışdır. Avtomobilin 3-4 min manat xərci olsa da almaq istəmişdir. Daha sonra Fuad ona zəng vurub “X19 Rover” markalı avtomobili təmir elətdirmək üçün 1000 dollar pul istəmiş, o da 2020-ci ilin oktyabr ayında Fuadın hesab kartına 1000 dollar pul atmışdır. Daha sonra Fuad ona maşının yiyəsinə beh vermək lazım olduğunu demişdir. O, Fuada 1000 dolları verdiyi gündən 2-3 gün sonra sonuncuya 3000 dollar pul vermişdir. O, ümumilikdə Fuada 4000 dolları pul vermişdir. O, daha sonra Fuada maşının satılıbsatılmamasını maraqlanmaq üçün zəng etmiş, Fuad artıq alıcı tapdığını, avtomobilin hal-hazırda usta olduğunu, təzə sahibinin maşını yoxlatdırdığını demişdir. Lakin Fuad ona maşını kimin aldığını və hansı ustada olduğunu deməmişdir. Bir neçə gün sonra o, Fuada zəng etsə də Fuada zəng çatmamışdır. Daha sonra o, 101 Cars avto salonuna gəlmiş, maşının orada olmadığını görmüşdür. Daha sonra o, araşdırmış, ona Meyvəlidə yerləşən DYP-də adına olan müqaviləni ağardaraq saxtalaşdırıldığını, və onun iştirakı olmadan avtomobilin X6 adına rəsmiləşdirildiyi məlum olmuşdur. Həmin işdə X15 birlikdə onun maşınını saxta sənədlə satmışdır. Ümumilikdə ona 13.000 manat və 4000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Həmin müqaviləni tərtib edən və saxtalaşdıran Rəşid olmuşdur. O, internet vasitəsilə, daha doğrusu turbo.az saytından maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıdığımFuad adlı şəxsi tapmış, Fuadı təxminən hadisə baş verməmişdən, yəni 2020-ci ilin oktyabr ayından iki ay əvvəl turbo.az saytından maşın alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, Fuadla birlikdə əvvəl heç bir iş görməmişdir. O, X9 yuxarıda qeyd etdiyi kimi 2020-ci ilin oktyabr ayında Fuadla birlikdə aldığı “Mazda 6” markalı “**-CO-***” dövlət qeydiyyat nişanlı avtomobili sənədləşdirdiyi vaxt tanımışdır. Qeyd olunan avtomobilin sonradan satıldığı və sənəd saxtalaşdırıldığı vaxt o, orada olmamış, avtomobilin satıldığı şəxsi tanımamışdır. O, yalnız sonradan həmin şəxsin adının Ramin olduğunu bilmişdir. O, 06.01.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 2020-ci ilin sentyabr ayından tanımışdır. Belə ki, o, sosial şəbəkədə tanış olduğu Fəqan Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən yeni inşa edilmiş binaların birindəki mənzili satışa çıxardığından, ilk əvvəl Fəqanla əlaqə saxlamışdı. Daha sonra onlar görüşmüş və satışa çıxarılmış mənzilə baxıb almaq üçün bəyənmişdi. Onlar Fəqanla mənzilin qiymətini 63.000 manata danışıb razılaşsalarda, onun ancaq 50.000 manat nağd pulu olduğundan, qalan 13.000 manat pulun əvəzində mülkiyyət hüququ ilə ona məxsus olan ** CO *** dövlət qeydiyyat nişanlı “Mazda 6” markalı avtomobili Fəqana verməyi təklif etmişdi. O, razılaşdıqdan sonra onlar Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ-nə gedərək alqı satqı müqaviləsi əsasında avtomobili Fəqanın adına sənədləşdirmişlər. Ancaq avtomobilə məxsus ** CO *** dövlət qeydiyyat nişanı özünün adına qeydiyyatda olduğundan, aralarındakı razılaşmaya uyğun olaraq həmin nömrəni satdığı avtomobilə verilməsinə razılıq verməmiş, satdığı avtomobilə MA945azTr20 tranzit nömrəsi verilmişdi. O, avtomobili Fəqana təhfıl verdikdən sonra, aradan təxminən bir ay müddət keçmiş Fəqan onunla əlaqə saxlayaraq ondan aldığı avtomobili Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində yerləşən “101CARS” adlı avtosalonda işləyən Təqsirləndirilən şəxs adlı şəxsə satması üçün verdiyini, Fuadın isə avtomobilin sənədlərini saxtalaşdıraraq avtomobili başqa bir şəxsə satdığını, pulunu isə dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdi. Fəqan bundan başqa Fuadın ona “Rang Rover” markalı avtomobil satacağına söz verərək, həmin avtomobilin təmir edilməsi məqsədilə ondan 4000 ABŞ dolları pulunu alıb dələduzluq yolu ilə ələ keçirdiyinidə bildirmişdi. Bundan başqa hadisə barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 4 il 6 ay müddətinə azadlıq məhrum etmə cəzası müəyyən edilmişdir. Əmisi Zərərçəkmiş şəxs1 onlara bildirmiş ki, əvvəldən tanıdığı Təqsirləndirilən şəxs atasının işində onlara köməklik edə bilər və atasının son hökümdə pul cəriməsi tətbiq edilərək azadlığa buraxalacağını bildirmişdi. Bu məqsədlə o, əmisinin bildirdiyi qaydada ona verdiyi 5000 manat pulu 18.09.2020-ci il tarixdə saat 15:26-da Masallı rayonu, Qarabağ küçəsində yerləşən “İnam” marketin içərisində olan “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “Kapital bank” hesabına göndərmişdir. Göndərdiyi 5000 manat puldan 50 manat xidmət haqqı tulduğu üçün o, daha sonra həmin hesaba 50 manatda əlavə pul göndərmişdir. Bundan 2 gün sonra əmisi Natiq ona 1010 manat pul vermiş ki, bu pulu atasının işinin həll olunması üçün Təqsirləndirilən şəxs hesabına göndərsin. O, 20.09.2020-ci il tarixdə saat 13:31-də Masallı rayonunda yerləşən “İnam” marketin içərisində olan “Milliön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs “Kapital bank” hesabına 1010 manat pul göndərmişdir. Lakin sonda atası Həşimov Anar barəsində məhkəmənin hökmü ilə 4 il 6 altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs əmisinə pulu qaytaracağını bildirsə də, onu aldadaraq bugünə qədər verdiyi pulu geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 iyun 2021-ci ildə Bakı şəhər BRPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis ayoru Şövqi Əsgərov tərəfidən fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* №-li cinayət işi başlanmışdır. 28 iyun 2021-ci il tarixdə saat 18:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 30 iyun 2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Binəqədi rayon məhkəməsinin 4(001)-647/2021 nömrəli, 30.06.2021-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 01 avqust 2021-ci il tarixdə ********* №-li cinayət işi ********* №-li cinayət işinə birləşdirilmişdir. 210736055 nömrəli cinayət işi 10 fevral 2021-ci il tarixdə Sumqayıt şəhər prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov tərəfindən AR CM-nin 178.2.4-cü maddəsi ilə başlanmışdır. 14 aprel 2021-ci il tarixdə Sumqayıt ŞPİ İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qənbərov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqdan yayındığından, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməsi mümkün olmamış, bu səbəbdən barəsində axtarış elan edilməklə, həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2ci maddəsinə əsasən dayandırılmışdır. 25.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhfıl verildiyindən, həmin tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, 26.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham edilməklə, barəsində istintaq müddətinin sonunadək yəni 21.07.2021-ci il tarixədək həbs qətimkan tədbirinin seçilməsindən ötrü məhkəməyə təqdimat verilməsi üçün Sumqayıt şəhər prokurorluğuna vəsatət verilsə də, ancaq istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən verilmiş vəsatətin müdafiə olunmasından imtina edilməklə Təqsirləndirilən şəxs saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməsi haqqında qərar qəbul edilmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında «iltizam» qətimkan tədbiri seçilmişdir. 01 iyul 2021-ci il tarixdə Sumqayıt ŞPİ İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qənbərov tərəfindən ********* №-li cinayət işi ********* №-li cinayət işinə birləşdirilmişdir. 210036020 nömrəli cinayət işi Qaradağ rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işindən AR CM-nin 178.1 və 320.2-ci maddələri ilə ayrıca icraat ayrılmış və istintaqının davam etdirilməsi üçün Qaradağ RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, qeyd edilən cinayət işinin istintaqının davam etdirilməsi Qaradağ RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Kamran Zülfüqarova həvalə edildiyindən, 19.04.2021-ci il tarixdə cinayət işi müstəntiq tərəfindən icraata qəbul edilmişdir. 210030014 nömrəli cinayət işi 08.01.2021-ci il tarixdə Qaradağ RPİ İŞ-nin müstəntiqi, polis kapitanı Kamran Zülfüqarov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilməklə istintaqı davam etdirilmişdir. 210030014 nömrəli cinayət işinin istintaqı zamanı müstəntiq Kamran Zülfüqarov tərəfindən 04.02.2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsindən, həmin Məcəllənin 313-cü maddəsinə tövsif edilərək istintaqının davam etdirilməsi üçün Qaradağ rayon prokurorluğuna göndərilmiş, qeyd edilən cinayət işinin istintaqının davam etdirilməsi Qaradağ rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Nicat Hüseynliyə həvalə edildiyindən cinayət işi müstəntiq tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. 210030014 nömrəli cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək sonuncunun pulunu ələ keçirilməsi, eyni zamanda “830661” nömrəli “arayış-hesab” adlı saxta sənəddən istifadə edilməsi faktı müəyyən edildiyindən, Qaradağ rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Nicat Hüseynli tərəfindən icraatında Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə olan ********* nömrəli cinayət Azərbaycan Respublikası CM-nin 178.1 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılması haqqında 09.04.2021-ci il tarixdə qərar qəbul edilmiş və həmin cinayət işi istintaqının davam etdirilməsi üçün Qaradağ RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, qeyd edilən cinayət işinin istintaqının davam etdirilməsi Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Kamran Zülfüqarova həvalə edildiyindən, 19.04.2021-ci il tarixdə cinayət işi müstəntiq tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. 210036020 nömrəli cinayət işinin istintaqı zamanı müstəntiq Kamran Zülfüqarov tərəfindən 18.05.2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1 və 320.1-ci maddələrindən, həmin Məcəllənin 178.2.4 və 320.1-ci maddələrinə tövsif edilmişdir. 18.05.2021-ci il tarixdə müstəntiq Kamran Zülfüqarov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmiş və ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə istintaq aidiyyatı üzrə göndərilmişdir. Binəqədi Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 28.11.2021-ci il tarixədək uzadılmışdır. 18 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 27.05.2021-ci il tarixli hökmündən görünür ki, X10 vəzifəli şəxs olmaqla sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edib həmin sənədləri təsdiq edərək vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 07 sentyabr 2001-ci il tarixdə təsis etdiyi və faktiki olaraq hazırki dövrədək nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin komisyon satışını həyata keçirmək istiqamətində fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən 03 oktyabr 2020-ci il tarixdə Şahid3 ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Şahid3 məxsus “Mazda 6” markalı, “**-CO-***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin Zərərçəkmiş şəxs2 satılmasını rəsmiləşdirərkən “830661” nömrəli “arayış-hesabı” adlı sənədi tərtib etməklə təsdiq etməsinə baxmayaraq, sonradan ona müraciət etmiş əvvəl Zərərçəkmiş şəxs2 birlikdə onun yanına gəlmiş tanışı Təqsirləndirilən şəxs sonradan onun yanında gələrək dediyi “həmin avtomobili Fəqanla birlikdə almaları və sonuncunun iştirakı olmadan satıla biləcəyi” kimi sözlərinə inanaraq faktiki olaraq Zərərçəkmiş şəxs2 xəbəri və iştirakı olmadan sair şəxsi niyyətlə 06 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən DİN-nin BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin qarşısında özünə məxsus “Toyota-Prado” markalı, “**-XY-***” dövlət qeydiyyat nişanlı avtomobilin salonunda həmin 03.10.2020-ci il tarixli alqı-satqı müqaviləsində və “830661” nömrəli “arayış-hesab” adlı sənəddə qeyd olunan minik avtomobilinin Zərərçəkmiş şəxs2 satılması ilə bağlı qrafalarda məlumatların üzərində dəyişiklik edərək həmin minik avtomobilinin X1 ilə bağlı bilə-bilə yalan məlumatları daxil etdiyi rəsmi sənədi sonuncuya təqdim edərək həmin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə şərait yaradaraq vəzifə saxtakarlığı törətmişdir. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəzaya məhkum edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 26 fevral 2021-ci il tarixli 4/121 nömrəli rəyindən görünür ki, 6.10.2020-ci il tarixli 830661 nömrəli arayış-hesabda “Müəssisənin, təşkilatın rəhbəri”, “Mühasib” və “Kassir” qrafadakı imzalar – X10 tərəfindən icra olunmuşdur İş üzrə təyin edilmiş 23 fevral 2021-ci il tarixli 5/129 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 830661 seriyalı Arayış- Hesab adlı sənədin blankının əsas rekvizitləri ofset çap üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 830661 seriyalı Arayış-Hesab adlı sənədin üz və arxa tərəfində olan möhür əksləri relyef klişedən sənədin üzərinə bir başa vurulmuşdur. Tədqiqata təqdim edilmiş 830661 seriyalı Arayış Hesab adlı sənədin üz və arxa tərəfində olan “Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyət” məzmunlu möhür əksləri eyni məzmunlu eksperimental əks nümunəsi ilə eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş 830661 seriyalı ArayışHesab adlı sənəddə “Tarix göstəricisi” qrafasında “3.10.13”, “Kimə” qrafasında “F.E.Təqsirləndirilən şəxs Qasanov .... oğlu o”, “Ünvanı” qrafasında “Bakı Sabuncu qəs”, “Şəxsiyyət vəsiqəsi təqdim edilib” qrafasında isə “AZE........” (nöqtələr oxunulmayan hərifləri bildirir) əl yazıları olub, sonradan həmin hissələr kimyəvi üsulla yuyuylaraq indiki əl yazıları yazılmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs kartına məxaric əməliyyatlarına dair 05 ədəd qəbzin surəti, 830661 №-li «Arayış-Hesab» adlı sənədin, həmçinin Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan yazışmaların və səsli mesajların yazıldığı 01 ədəd disk surəti maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Təqsirləndirilən şəxs adına DİN-in BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Əliyev X7 rayon məhkəməsinin 28.12.2017-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09.04.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən 2000 manat cərimə cəzası təyin edilərək azad edilmişdir. İşmateriallarında olan Masallı rayon icra və probasiya şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Adəm Rəcəbli qəbul edilmiş Amnistya aktının tətbiq edilməsi barədə 13.12.2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr –Zəfər Günü müasibətilə Amnistya elan edilməsi haqqında Azərbayca Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir.Həmin qərar Azərbaycan Respublikası Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevlə razılaşdırılmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəis müavini, baş ədliyyə müşaviri Musa Hümbətov tərəfindən təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş 06.01.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 15.02.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 320.2-ci maddəsri cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və onların təqsirləndirilən şəxsdən heç bir tələb və şikayətlərinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən cərimə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Masallı rayonu, Ərkivan qəsəbə ərazi dairəsi, Ərkivan qəsəbəsində fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs 25.06.2021-ci ildən 26.06.2021-ci il tarixədək Sumqayıt Şəhər Polis İdarəsinin MSY-də saxlanıldığı 2 gün daxil olmaqla, 28 iyun 2021-ci ildən hazırkı vaxtadək həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə olduğu cəmi 09 ay 04 gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut qismində Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs kartına məxaric əməliyyatlarına dair 05 ədəd qəbzin surəti, 830661 nömrəli “Arayış- Hesab” adlı sənədin surəti, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 02 (iki) 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən 1000 manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25.06.2021-ci ildən 26.06.2021-ci il tarixədək Sumqayıt Şəhər Polis İdarəsinin MSY-də saxlanıldığı 2 gün daxil olmaqla, 28 iyun 2021-ci ildən hazırkı vaxtadək həbsdə olduğu, 09 (doqquz) ay 04 (dörd) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Masallı rayonu, Ərkivan qəsəbə ərazi dairəsi, Ərkivan qəsəbəsində fərdi yaşayış evi ünvanını axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Masallı rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs kartına məxaric əməliyyatlarına dair 05 ədəd qəbzin surəti, 830661 nömrəli “Arayış- Hesab” adlı sənədin surəti, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar