Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-90/2023 10.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 07 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini 35 manat müqabilində əldə edib saxlayaraq daşımış, həmin gün saat 16:00-da yaşadığı ünvan 1 ünvanının yaxınlığında olan zaman Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmiş, orada saat 16:30-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş, təmiz çəkisi 1,081 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla havadamcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarların tələblərini pozaraq, yəni yoxluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və ya olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, 05 fevral 2022-ci il tarixdə, saat 13:00-da qonşuluqda yaşayan sakinlərdən təmir aləti almaq məqsədi ilə qeydiyyatda olmaqla yaşadığı ünvan 1 ünvanını tərk edərək, vətəndaşların intensiv hərəkət etdiyi küçə və prospektlərlə piyada olaraq sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bundan başqa o, 18 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 15 manat müqabilində əldə edib saxlayaraq daşımış, 19 avqust 2022-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən Kəmalə-Nərmin şadlıq sarayının yaxınlığında olan zaman Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-yə gətirilmiş, orada saat 02:00-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli salfetə bükülmüş, təmiz çəkisi 5,21 qram olan bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs koronovirus (Covid-19) testinin nəticəsinin pozitiv olması barədə məlumat verilməsi və onun bu barədə məlumatının olması, nəticədə karantin rejimini pozmaqla əməlində CM-nin 139-1.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən həmin maddə üzrə ona irəli sürülmüş. ittihamdan imtina etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 29 yanvar 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini 35 manat müqabilində əldə edib saxlayaraq daşıması, həmin gün saat 16:00-da yaşadığı ünvan 1 ünvanının yaxınlığında olan zaman Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilməsi, orada saat 16:30-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş, təmiz çəkisi 1,081 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar olunaraq götürülməsi müəyyən edilmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 15 manat müqabilində əldə edib saxlayaraq daşıması, 19 avqust 2022-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən Kəmalə-Nərmin şadlıq sarayının yaxınlığında olan zaman Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PB-yə gətirilməsi, orada saat 02:00-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli salfetə bükülmüş, təmiz çəkisi 5,21 qram olan bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 29 yanvar 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən narkotik vasitə heroin almışdır. Özü istifadə edəcəkdi. Həmin tarixdə saat 16 radələrində Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yaşadığı evin yanında saxlanılaraq 5-ci PB-yə gətirilmişdir. Polis şöbəsində xidməti otaqda üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və hüquq və vəzifələri ona izah edilmişdir. Şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş qəhvəyi rəngli kütlə aşkar olunaraq götürülmüşdür. O, həmin maddənin narkotik vasitə heroin olmasını etiraf etmişdir. Saxlanılarkən polis tərəfindən ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Bundan başqa, o, 18 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığı el arasında «marixuana» deyilən narkotik maddəni üzərində saxlamışdır ki, istifadə etsin. 19 avqust 2022-ci il tarixdə saat təxminən 00:30 radələrində Binəqədi rayonu, Ş.Məmmədova küçəsində Kəmalə-Nərmin şadlıq sarayının yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 5-ci PB-yə gətirmişlər. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçıyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 5-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofonun içərisində ağ rəngli salfetə bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş marixuana adlanan narkotik maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində həmçinin göstərmişdir ki, 29 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Binəqədi RPİ-nin 4-cü PŞnin əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında saxlanılaraq 4-cü Polis Şöbəsinə gətirildikdən və orada üzərindən narkotik vasitə aşkar olunaraq götürüldükdən sonra, o, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən “Covid-19” ilə bağlı test verilməsi üçün xəstəxanaya aparılmış, test verdikdən sonra isə həmin günü Binəqədi RPİ-nin MSYnə yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. Nə Binəqədi RPİ-nin MSY-də saxlanılarkən, nə də ondan sonrakı dövrdə ona “Covid-19” infeksiyasına yoluxması barədə məlumat verilməmiş, bu barədə onun mobil telefon nömrəsinə hər hansı SMS göndərilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb infeksiya daşıyıcısı olduğunu bildirərək polis bölməsinə aparmışlar. Əməlindən səmimi peşman olduğunun nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 29 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 16:00-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsində yaşadığı evin yaxınlığında olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, sonuncunu Binəqədi RPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Polis şöbəsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə narkotik vasitə heroindir və onu həmin gün səhər saatlarında Papanin adlanan yerdə üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi şəxsdən 35 (otuz beş) manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Bundan başqa, 05 fevral 2022ci il tarixdə “Covid-19” virusuna yoluxmuş şəxslərin adları qeyd olunmuş siyahı üzrə onların ev şəraitində müalicə almalarını yoxlamaq məqsədi ilə, “Covid-19” xəstəliyi ildə əlaqədar verdiyi testin cavabı pozitiv olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs yaşadığı evdə olub olmadığını yoxlayan zaman sonuncunun yaşadığı evi tərk etməsi müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında müəyyən edilərək Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək, iş üzrə Şahid2 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik maddələrin saxlanması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 19 avqust 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin YYÇİÜ baş inspektoru, polis mayoru Şahid4 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 00:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsində yerləşən Kəmalə-Nərmin şadlıq sarayının yaxınlığında müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, sonuncunu Binəqədi RPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Polis bölməsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində salfet olan bir ədəd şəffaf sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bükümün içərisindəki maddə narkotik vasitə qurudulmuş marixuanadır və onu 18 avqust 2022-ci il tarixdə saat 20:00-da Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 15 (on beş) manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə qablaşdırılaraq möhürlənmiş, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək, iş üzrə Şahid3 ifadəsində qeyd olunan xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili X7 ifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsinin ona məxsus olduğunu, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar olunduqdan sonra onu Covid-19 testi verməsi üçün 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) apardığını, orada testin nəticəsi barədə sms-bildiriş göndərilməsi üçün öz mobil telefon nömrəsini, yəni ***-***-**-** saylı mobil telefon nömrəsini verdiyini, daha sonra isə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-nə yerləşdirildiyini, Təqsirləndirilən şəxs verdiyi testin nəticəsinin pozitiv çıxması barədə ona xx.xx.2022-ci il sms-bildiriş gəlsə də, bu barədə ona məlumat verib-verməməsini xatırlamadığını, adətən belə hallarda (əgər şəxs həbs olunmuşdursa) bu barədə Binəqədi RPİ-nin MSY-nə şifahi məlumat verildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 220040952 №-li cinayət işi 19 avqust 2022-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı polis mayoru X8 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. 19 avqust 2022-ci il tarixdə Nuriyev X6 RPİ-nin 5-ci PB-nin təhqiqatçısı Vüqar Əliyev tərəfindən Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 19 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində toplanmış ********* №-li cinayət işi Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı Vüqar Əliyev tərəfindən Binəqədi RPİnin İstintaq Şöbəsinə göndərilmişdir. 20 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 20 avqust 2022-ci il tarixdə ********* №-li cinayət işi ********* №-li cinayət işinə birləşdirilməklə ********* № altında bir icraatda istintaq olunmuşdur. 220040092 №-li cinayət işi 30 yanvar 2022-ci il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı İsmayıl Qurbanov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlanılmışdır. 29 yanvar 2022-ci il tarixdə Nuriyev X6 RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı İsmayıl Qurbanov tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 30 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində toplanmış ********* №-li cinayət işi Binəqədi RPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı İsmayıl Qurbanov tərəfindən Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. 31 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs müstəntiq Ülvi Abdullayev tərəfindən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. 31 yanvar 2022-ci il tarixdə müstəntiq Ülvi Abdullayev tərəfindən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna müraciət edilmiş, lakin həmin tarixli qərarı ilə vəsatətin müdafiə olunmasından imtina edilmiş və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur. 31 yanvar 2022-ci il tarixdə müstəntiq Ülvi Abdullayev tərəfindən iş üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 14 fevral 2022-ci il tarixdə müstəntiq Ülvi Abdullayev tərəfindən vətəndaş Təqsirləndirilən şəxs barəsində Binəqədi RPİ-nin 5-ci PB-də toplanmış HK-1/184 nömrəli material Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə istintaq edilən ********* №li cinayət işinə birləşdirilmişdir. 18 mart 2022-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs Nuriyev X6 RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən tutularaq Binəqədi RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. 18 mart 2022-ci il tarixdə iş üzrə əməl müstəntiq Ülvi Abdullayev tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən, həmin Məcəllənin 139-1.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. 19 mart 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs müstəntiq Ülvi Abdullayev tərəfindən Azərbaycan Respublikası CM-in 139-1.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. 19 mart 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə iş üzrə Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. 30 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti bitdiyindən həmin tarixdə Təqsirləndirilən şəxs barəsində müstəntiq Ülvi Abdullayev tərəfindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 30 aprel 2022-ci il il tarixdə iş üzrə icraat müstəntiq Ülvi Abdullayev tərəfindən Azərbaycan Respublikası CPM-in 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. 20 avqust 2022-ci il tarixdə iş üzrə icraat müstəntiq Ülvi Abdullayev tərəfindən təzələnərək istintaq edilmişdir. 20 avqust 2022-ci il tarixdə ********* №-li cinayət işi icraata qəbul edilərək, ********* №-li cinayət işinə birləşdirilməklə ********* №-si altında bir icraatda istintaq olunmuş, həmçinin iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 139-1.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. 20 avqust 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1 və 234.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. 20 avqust 2022-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 139-1.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə Bakı şəhəri Binəqədi rayon prokurorluğuna müraciət edilmiş, lakin Binəqədi rayon prokurorunun həmin tarixli qərarı ilə vəsatətin müdafiə olunmasından imtina edilmiş və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən həmin gün saat 17:20 dəqiqədə azad olunmuşdur. 20 avqust 2022-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs barəsində tərəfimdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 30 yanvar 2022-ci il tarixli, 6/601 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 173” dairəvi möhür əksi “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,081 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 19 avqust 2022-ci il tarixli, 7/912 saylı rəyindən görünür ki, vət.Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 5,21 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspertizasının 26 mart 2022-ci il tarixli 1417 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 283/KEŞ saylı rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs «Covid-19» virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. «Covid-19» virus infeksiyasının inkubasiya dövrü 7 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsin xx-xx/1963-2022 №-li, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.1983-cü il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Covid-19 məlumat bazasına əsasən xx.xx.2022-ci il tarixdə koronavirus infeksiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Vətəndaşın təcrid olunma müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik Hüquqi şəxsin 04-17/7/3728-2022 №-li, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşayan, xx.xx.1983-cü il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində verdiyi koronavirus infeksiyasına laborator müayinənin nəticəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Covid-19 məlumat bazasına əsasən xx.xx.2022-ci il tarixdə pozitiv olmuşdur. Vətəndaşın xx.xx.2022-ci il tarixdə təcrid olunma müddəti bitmişdir. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstünə Binəqədi RPİ-nin 4-cü PŞ-də baxış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş halda təmiz çəkisi 1,081 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstünə Binəqədi RPİ-nin 5-ci PB-də baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli salfetə bükülmüş, təmiz çəkisi 5,21 qram olan bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaqı zamanı iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir büküm 1,081 qram olan narkotik vasitə heroin və bir büküm 5,21 qram olan narkotik vasitə qurudulmuş marixuana, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 02 ədəd CD disk, habelə “Covid-19” virusu ilə əlaqədar saxlanılan zaman qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd CD disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 1,031 qram olan narkotik vasitə heroin və bir büküm 5,16 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Binəqədi RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 02 ədəd CD disk, habelə “Covid-19” virusu ilə əlaqədar saxlanılan zaman qeydə alınmış videoçəkiliş əks olunan 01 ədəd CD disk iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək, ona qəti olaraq 3000 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli 21-1/3-18301-4 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 1(098)-54/2021 saylı, xx.xx.2021 saylı hökmünə əsasən ona təyin edilmiş 3000 manat cərimə cəzasını icra etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-734/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat o tapılanadək dayandırılmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 17/38-165 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 31.12..2022-ci il tarixdə Binəqədi RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.20233-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olmuş xx.xx.2023-cü il tarxli, 11-10/2-847/2023 saylı sorğuya cavabdan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Covid-19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olmasına dair sms məlumatın xx.xx.2022-ci il saat 16:58 dəqiqədə ***-***-**-** mobil nömrəsinə göndərildiyi görünür. Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 46/2-23963 saylı məktuba əlavə edilmiş “MSY-də saxlanılan şəxslərin uçotu” kitabında aparılmış qeydlərin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 16:45 də Binəqədi RPİ-nin MSY-nə gətirilmiş və xx.xx.2022-ci il tarixdə saat 16:00-da azad edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il tarixdə doğulmuş X9 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 adlı iki uşağı vardır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tuulmuş əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, qeyd edilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Dövlət ittihamçısı vəsatəti təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 339- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi epizodu üzrə dövlət ittihamçısı ittihamdan imtina etdiyindən həmin maddə üzrə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 19 iyul 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdarları (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramdan 2 qramadək müəyyənləşdirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 19 iyul 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, marixuananın şəxsi istehlak miqdarından artıq miqdarlarıqurudulmuş (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qramdan 500 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamışdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan bir il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Belə ki, CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal kimi cinayətin təkrar törədilməsi müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi və məhkumluğu ödənilmədən yeni cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəzanın təyin edilməsi cəzanın məqsədinə çatılmasına nail olmamışdır. Məhkumluğu ödənilmədən yeni cinayətin törədilməsi onun yüngül cəza ilə islah olunmadığını göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsini, səmimi peşmanlığını habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 gün və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulmuş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təqsirləndirilən şəxs qismində qismində tutulduğu 02 gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında olduğu 01 ay 12 gün olmaqla, ümumilikdə 01 ay 16 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək, ona qəti olaraq 3000 manat miqdarında cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına birləşdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cərimə cəzası isə CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin növbətçi hissəsində saxlanılan ekspertiza tədqiqatından sonra saxlanılan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,031 qram narkotik maddə olan heroin və qalıq çəkisi 5,16 qram narkotik maddə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 2 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, profilaktik olaraq yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 56,6 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 400 manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384--cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan dövlət ittihamçısı imtina etdiyindən həmin maddə üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tarixədək tutulduğu 02 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “ev dustaqlığı”nda olduğu 01 ay 12 gün olmaqla, cəmi 01 ay 16 gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 01 (bir) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(098)- 54/2021 nömrəli hökmü ilə təyin olunmuş 3000 manat ödənilməmiş cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 01 il (bir) 02 (iki) ay 14 (on dörd) müddətə azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) 01 (bir) ay 14 (on dörd) müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Cərimə cəzası müstəqil icra olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 160,70 (yüz altmış manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,031 qram narkotik maddə olan heroin və qalıq çəkisi 5,16 qram narkotik maddə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 56,6 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 400 (dörd yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-90/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-90/2023
10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver