Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-92/2024 19.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunın sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı , Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, Siyəzən şəhəri, H.Aslanov küçəsi, ev 22-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, ev 22-də kirayəşin yaşamış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(001)-276/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, cəza çəkdiyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya – daxilində ***-***-**-** saylı “Nar” danışıq kartı olan bir ədəd “X8” markalı, “M1903C3GG” modelli, “**********30252-**********30259” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və həmin mobil telefon vasitəsi ilə arvadı Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, bacısı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 01 may 2023-cü il tarixdə saat 10:30 radələrində müəssisənin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 5 saylı dəstənin sanitar qovşağında üzərinə axtarış-baxış tədbirləri keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən həmin daxilində danışıq kartı olan mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir, ona elan edilmiş ittihamda göstərilən əməli həqiqətən törətmişdir. “X8” markalı telefonu cəza çəkmə müəssisəsində gül əkən zaman ağacın dibindən tapmış, daha sonra gizlədərək özündə saxlamış və istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə istifadə etdiyi zaman müəssisənin əməkdaşları üzərinə baxış keçirmiş və mobil telefonu aşkar etmişlər. Həmin telefon vasitəsi ilə ailə üzvləri ilə, yəni həyat yoldaşı və bacısı ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs son sözündə əvvəlki hökümlə 4 (dörd) azadlıqdan məhrum edildiyini, cəzasının sonuna az qaldığını, hazırkı iş üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, alınmış əməliyyat məlumatına əsasən təxminən xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində cəzaçəkmə müəssisəsinin sanitar qovşağında məhkum Təqsirləndirilən şəxs üzərində axtarış-baxış tədbiri həyata keçirilmiş, sonuncunun əynində olan şalvarın cibindən “X8” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Götürülmüş mobil telefon sənədləşdirilmiş, qiymət verilməsi üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Telefon götürülən zaman işlək vəziyyətdə olmuş, haradan əldə etməsi barədə hər hansı bir məlumat yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, xx.xx.2023-cü il tarixdə o, baş nəzarətçi Şahid4 və nəzarətçi Şahid2la birlikdə 5 saylı dəstədə sanitar qovşağının içərisində məhkum Təqsirləndirilən şəxs saxlayıb, üzərinə baxış keçirmişlər, bu zaman məkhumun şalvarının sol yan cibində mobil telefon aşkar edilmişdir. Həmçinin bu barədə əvvəlcədən məlumatları olmuşdur ki, məhkumda mobil telefon vardır. Baxış zamanı müəyyən edilmişdir ki, məhkumun üzərində qara rəngli “X8” markalı mobil telefon vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Əldə edilmiş məlumata əsasən məhkumda mobil telfonun olması bildirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində xidmətdə olan zaman istintaq şöbəsindən verilmiş əməliyyat məlumatı əsasında məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Məhkumun üzərindən qara rəngli, “X8” markalı telefon aşkar edilərək götürülmüşdür. Telefon aşkar edilən zaman içərisində mobil nömrə də olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsinin Rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Belə ki, əməliyyat məlumatı əsasında məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onunla birgə Şahid4 və Şahid3 olmuşdur. Baxış zamanı Məhkumun üzərindən qara rəngli, “X8” markalı telefon aşkar edilmişdir. Telefonun üzərində “Nar Mobile”a aid nömrə də olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı onun istifadə etdiyi “***-***-**-**” mobil nömrəsinə 5-6 dəfə zəng etmişdir. Telefonu hardan əldə etməsi barədə məlumatı yoxdur, lakin o həyat yoldaşına zəng etməməyi, etdiyinin qadağan olduğunu bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 2023-cü ilin mart və aprel aylarının müxtəlif vaxtlarında yığaraq əlaqə saxlayaraq danışdıqlarını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə AR CM-in 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarışbaxış tədbirləri keçirilən zaman sonuncunun şalvarının sağ yan cibindən ona məxsus, daxilində “***-***-**-**” nömrəli “Nar” GSM danışıq kartı olan bir ədəd qara rəngli “Redmi” markalı (İMEİ KODU: **********30252 və **********30259) mobil telefon aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin kompüter-texniki ekspertizasının 19 iyun 2023-cü il tarixli, “5/806” nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 8.1.0.” əməliyyat sistemi ilə təhciz olunmuş “X8” markalı, “M1903C3GG” modelli, “**********30***-*******9- 5330259” imei kodlu mobil smartfon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. QEYD: Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, “AZF/LGL-11415/23” saylı məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə istifadə etdiyi “Xiaomi” markalı, “Redmi Go” modelli, “**********30252-**********30259” imei kodlu mobil telefon aparatından ***-***-**-** saylı GSM danışıq kartı vasitəsilə istifadə edərək müxtəlif vaxtlarda ***-***-**-**, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng etməsi barədə məlumatlar vardır. xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş daxilində ***-***-**-** saylı “Nar” GSM danışıq kartı olan bir ədəd “Xiaomi” markalı, “Redmi Go” modelli, “**********30252- **********30259” imei kodlu mobil telefon aparatı və "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, “AZF/LGL-11415/23” nömrəli məktub və iş üzrə çıxarış olan disk maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismindən cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə şahid ifadələri və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs – evli, orta təhsilli, əvvəllər dəfələrlə məhkum olunmuş, Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən və müəssisənin rəhbərliyi tərəfindən verilmiş xasiyyətnamədə mənfi xarakterizə olunan şəxsdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2011-cü il tarixli hökmü ilə AR CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa o, Siyəzən rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AR CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Həmçinin o, Şabran rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 ( AR CM 68.2 və 66.5) maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Siyəzən rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü ( AR CM 68.2 və 66.5) maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-276/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 1(001)-276/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, qərar elan edildiyi andan qüvvəyə minmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrində X6”ına dair xx.xx.2011-ci il tarixli Kollegiya Qərarına 11 saylı əlavədə Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısı qeyd edilmişdir. Həmin siyahıda qeyd edilən əşyalar aşağıdakılardan ibarətdir: optik cihazlar, peycer, mobil telefon, faks, kompyuter, internet şəbəkəsinə daxil olmaq üçün vasitəçi qurğular. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-276/2021 nömrəli hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Bundan başqa Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2- ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Bu mənada cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş daxilində ***-***-**-** saylı “Nar” GSM danışıq kartı olan bir ədəd “Xiaomi” markalı, “Redmi Go” modelli, “**********30252- **********30259” imei kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, “AZF/LGL-11415/23” nömrəli məktub və iş üzrə çıxarış olan disk cinayət işinin materiallarında saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-276/2021 saylı hökm üzrə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəza müddətinin əvvəli hazırkı hökmün tarixindən, yəni 19 fevral 2024-cü il tarixdən hesablanmalı, onun hazırda azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut, yəni daxilində ***- ***-**-** saylı “Nar” GSM danışıq kartı olan bir ədəd “Xiaomi” markalı, “Redmi Go” modelli, “**********30252-**********30259” imei kodlu mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli (CM 99-1.1), "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, “AZF/LGL-11415/23” nömrəli məktub və iş üzrə çıxarış olan disk cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi hazırki əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olsa da, bundan əvvəlki cinayət əməlinə görə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində cəkdiyindən hökmlərin məcmusu qaydasında ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-276-2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 25 (iyirmi beş) gün hissəsi hazırki hökmlə təyin edilmiş 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, üzərində qəti olaraq 1 (bir) il, 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-276-2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməsi nəzərə alınsın və barəsində qətimkan tədbiri seçilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, daxilində ***-***-**-** saylı “Nar” GSM danışıq kartı olan bir ədəd “Xiaomi” markalı, “Redmi Go” modelli, “**********30252-**********30259” imei kodlu mobil telefon məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, “AZF/LGL-11415/23” nömrəli məktub və iş üzrə çıxarış olan disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80.00 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-92/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-92/2024
19.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver