Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-93/2024 02.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərəçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçilər-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, avtomobil təmiri üzrə çilingər işləyən, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz fərdi yaşayış ünvanında yaşayan və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM) 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, xuliqanlıq niyyəti ilə zəzərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır xəsarət vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixində saat 08 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığında qohumu mərhum bacısının əri Zərərçəkmiş şəxs bir gün əvvəl evin həyətində onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər deməsi, eləcə də evinin yaxılnlığında olan 3 sot torpaq sahəsində tikinti işlərinin aparılmasına mane olması səbəbindən aralarında yaranmış mübahisə zamanı ümumi davranış qaydalarına saymamazlıq nümayiş etdirərək xuliqanlıq niyyəti ilə yerdən götürdüyü taxta parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vuraraq sol bazu nahiyəsinin, sağ əlin arxa səthinin, sol baldır nahiyəsinin qançırları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən və sol tərəfli Vİİİ, İX, Xİ qabırğaların yerdəyişməyən sınığı və döş qəfəsinin sol-yan səthinin qançırı ilə müşayət olunan az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs-mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ilk əvvəl özünü AR CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini oxumadan imzalamışdır. 2023-cü il yanvarın 29-da rayonda olduğu vaxt Zərərçəkmiş şəxs həmin gün saat 18-19 radələrində onun evinə gələrək zorla həyətə daxil olub ailəsini nalayiq ifadələrlə təhqir etmişdir. O özü həmin vaxt evdə olmadığından onun bu hərəkətləri ailəsi tərəfindən videoya çəkilmiş, bu barədə ailə üzvləri ona məlumat vermişdir. O da bu barədə 102 xidmətinə zəng edərək kömək istəmiş, lakin evə qayıtdıqdan sonra 102 xidmətindən heç kimin gəlmədiyini görmüşdür. Daha sonra o 40-cı Polis Bölməsinə gedərək videonu təqdim edib bu barədə izahat da vermişdir. 2023-cü ilin yanvar ayının 30-u səhər saat 7 radələrində Zərərçəkmiş şəxsla birlikdə 5 nəfər onun həyətinə hücum etmişlər. Onlar hücum edərəkən yanlarında 2 uşaq da olmuşdur. Həmin vaxtı onu və həyat yoldaşını təhqir etməyə başlamışlar. Daha sonra onu təhqir edə-edə vurmağa cəhd edərək yerə yıxmışlar və Şahid7 onu vurmuşdur. Oradan qaçıb yenidən 102 xidmətinə zəng etsə də heç bir polis əməkdaşı gəlməmişdir. 102 xidmətinə zəng edəndə onların həyətdən getməsini təsdiq edən videogörüntülər də mövcuddur. Daha sonra yenidən 40-cı Polis Bölməsinə getmiş, hadisə ilə bağlı əzildiyi üçün ekspertizadan keçmişdir. Əlində taxta olsa da Zərərçəkmiş şəxs vurmamış, Şahid4, Hümmət Abduləliyev, Şahid3 və Zərərçəkmiş şəxs onun üstünə hücum çəkdiyindən əlindəki taxta ilə özünü və ailəsini qorumuşdur. Hadisə günü Bikə, Davud, Ceyhun və digərləri onu döyərək yerə yıxmışlar. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilir. Ona görə ki, Zərərçəkmiş şəxs, bacısı Minə, əri Hümbət, Minənin gəlini Bikə və bacısı oğlu Ceyhun onun həyətinə gəlib, onunla mübahisə edib, dalaşıb onu döyüblər. O da əlində olan taxta parçası ilə Davudun qabırğasına yox, qıçına vurmuşdur. Belə ki, Zərərçəkmiş şəxs onun bacısı Sənubərin həyat yoldaşıdır. 2019-cu ildə bacısı Sənubər rəhmətə gedib. Bacısı rəhmətə gedəndən sonra Davudla münasibətlərində soyuqluq olub. Ancaq aralarnda heç bir ədavət olmayıb. Təxminən 2022-ci ilin yay aylarında Davud, bacısı Minənin həyat yoldaşı Hümbət və oğlu Ceyhun evinin yanında olan yeri dağıdaraq orda evin təməlini qoymuşlar. Yəni evininin bünövrəsinə yağış, qrunt suları gəlməməsi üçün təxminən 70 sm enində beton tökmüşdür. Onlar həmin betonu dağıdıb yararsız hala salmışdılar. Həmin vaxt evdə olmadığından istifadə etmişdilər. Onlar betonu elektriklə işləyən çəkiclə (odboynı molotok) dağıtmışdılar. O evə gəlib onlara mane olanda Ceyhun ona demişdir ki, Davudun qardaşı Faiqin oğlu 2020-ci ildə 44 günlük müharibədə şəhid olmuş onun üçün ev tikirlər. Həmin torpaq sahəsi ona məxsus olduğundan bu barədə DİN-102 Zəng Xidməti Mərkəzinə zəng vuraraq Davudgilin qanunsuz olaraq ona məxsus torpaq sahəsində ev tikdiklərini bildirmişdir. Bundan sonra onlar tikintini dayandırmışlar. Davudun özü, oğlu Ariz, Minə bacısı oğlu Ceyhun həmin torpaq sahəsində ev tikəcəklərini bildirməklə yanaşı, dəfələrlə onu təhqir edib, hədələmişlər. 29 yanvar 2023-cü il tarixdə saat təxminən 17 radələrində o evdə olmayan zaman Davud onların evinin yanına gələrək ailəsinin ünvanına müxtəlif nalayiq ifadələr işlətdiyindən həyat yoldaşı Aynur mobil telefon vasitəsi ilə ona bildirdiyindən, bu barədə Binəqədi RPİ-nin 40-cı PB-yə ərizə ilə müraciət etmişdir. 30 yanvar 2023-cü il tarixdə səhər saat 07 radələrində evdə olarkən küçədə səs gəldiyini eşidib həyətə çıxanda evin damından su axan dəmirin əyildiyini görmüş və onu düzəldən zaman Davud onu, ailəuşağını nalayiq ifadələrlə söyə-söyə ona tərəf gəlmişdir. Davudun səsinə həyat yoldaşı Aynur gəlmişdir. Həmin vaxt Davudun yanında bacısı Minə, əri Hümbət, Minənin gəlini Bikə və bacısı oğlu Ceyhun gəlmişdir və hamısı onu vurmağa başlamışlar. Həmçinin həyat yoldaşı Aynurun da üstünə hücum çəkmişlər. O da özünü qorumaq üçün yerdən taxta parçasını götürüb Davudun ayağından iki dəfə vurub, onu itələmişdir ki, çıxıb getsin. Onlar onu əlləri ilə vurduqlarından dərhal sonra DİN-in 102 Zəng-Xidməti Mərkəzinə zəng vurub məlumat vermişdir. Davudun onlara qarşı işlətdiyi ifadələri və bütün hadisəni qızı Gülşən mobil telefona çəkmişdir və onları da polisə təqdim etmişdir. Davud hətta onun üstünə daş da tullamış, daşın ona dəyib dəymədiyi bilmir. Onlar onun ailəsinin üstünə hücum çəkdikləri üçün o taxta ilə Davudun ayağına vurmuşdur. Sonra o 40-cı Polis bölməsinə gedib ərizə vermişdir. Ceyhun dəfələrlə ona deyib ki, sənə torba tikəcəyik. Davud onun həyat yoldaşı Aynurun yaxasından tutduğu üçün vurmuşdur. Özünün bir aya yaxın sağ tərəfdəki qabırğaları ağırıyıb. Ceyhun da onun ailə üzvlərini videoya çəkib və onu sosial şəbəklərdə paylaşacağını bildirib. Onu da qeyd edir ki, evinin yanında olan 3 sot torpaq ona məxsusdur. Odur ki, Davudun həmin torpaq sahəsində ev tikməyinə icazə verməyəcəkdir. Təqsirləndirilən şəxs ifadəsi elan edildikdən sonra ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç kimi vurmamışdır, özünü və ailəsini qorumuşdur. İfadəsində Davudu vurmaq epizodu səhvdir. Qeyd edilən ifadədə Davudu vurmaq epizodunu təsdiq etmir. Zərərçəkmiş şəxs onun yaşadığı küçəyə gəlib-getməmiş, gəlmişdirsə də o görməmişdir. Onun evinin yanına Davud daş, qum gətirib tökmüşdür. Lakin o həmin vaxtı evdə olmamışdır. Hümmət Abduləliyevlə onların evinin arasında 100-200 metr məsafə var, onun qapısın digər küçəyə, onların qapısı isə digər küçəyə açılır. Onların qapısına ümumiyyətlə daş atmamışdır. Davud hadisə vaxtı heç bir xəsarət almamışdır. Videogörüntüdə də onların Davudu aparıb avtomobilə qoymaqları görünür. Hadisə vaxtı hamısı onların üzərinə gəlmişlər, əlbəyaxa vəziyyətində olmuşlar. Onların üstünə gəldiklərini gördüyündən məcbur taxta götürsə də həmin taxta ilə heç kimi vurmamış, Davud da xəsarət almamışdır. Ümumiyyətlə Davudun yıxılmasını görməmişdir. Əksinə Davud ona daş atmışdır. Səsə küçəyə çıxanda Davudla birlikdə beş nəfər və iki uşaq ona tərəf gəlmişdir. Onlar tikinti işləri aparanda 102 xidmətinə zəng edərək məlumat verdiyindən ola bilsin ki, buna görə onunla düşmənçilik edirlər. Hadisə onun həyətinin qabağında baş vermişdir. Hümbətin evinin qapısı ilə onun evinin qapısı ayrı-ayrı küçələrə açılır, evdən çıxıb onların qapısını daşlamaq ümumiyyətlə mümkün deyil. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində etdiyi əməldən peşman olduğunu, özünü təqsirli hesab etdiyini, lakin zərərçəkmiş şəxslə barışdığını və vurulmuş ziyanı tam şəkildə ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Onun Binəqədi rayonu, Sulutəpə qəsəbəsinsə 3 sot torpaq sahəsi var və həmin torpaq sahəsi on ildir onun sahibliyindədir. 30 yanvar 2023-cü il tarixdə səhər saat 09:00 radələrində həmin torpaq sahəsinə baxmaq üçün getmişdir. Həmin torpaq sahəsində ev tikmək üçün ora daş və qum da tökmüşdür. Həmin evin də tikilməməyinin səbəbkarı Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid1dır. Torpaq onun özünün olsa da onlar ona bildirmişlər ki, həmin torpaq sahəsini onlar götürüb və o orada heç bir iş görə bilməz. 3 sot torpağın yarım sotunu Təqsirləndirilən şəxs zəbt edib, mübahisə də burdan yaranmışdır. Torpaq sahəsinə baxmağa gedəndə Təqsirləndirilən şəxs və həyat yoldaşı Ələkbərovva Aynurun ona məxsus torpaq sahəsinə su buraxmasına görə onlara irad bildirdikdə ona “əcəb etmişəm” cavabını bildirmişlər. Təqsirləndirilən şəxs həmin sahənin onun olduğunu bildirkdə, o da həmin sahənin ona məxsus olduğunu bildirirək gedib həyətindən taxta parçası gətirərək onu vurmuşdur. Hafiz onu vurandan sonra yerə yıxılmışdır. Hafizin onu neçə dəfə vurduğunu xatırlamır. Daha sonra Şahid1 gəlmiş hər ikisi onu döymüşlər. Həmin hadisə təxminən 10-15 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı Aynurəyə “vur narahat olma, onsuzda qadını heç kim tutmur” demişdir. Hazırda sol tərəfi işləmir, sağ tərəfindən də bu hadisəyə görə infakt keçirmişdir. Ancaq infakt keçirməsini təsdiq edən hər hansı sənədi yoxdur, sadəcə həkim müayinəsində olmuşdur. Oğlu təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım xidməti gələrək onu xəstəxanaya aparmış, xəstəxanaya aparıldıqdan sonra orda ayılaraq özünə gəlmiş, döyülən zaman isə özündən xəbəri olmamışdır. Ona verilmiş suallara cavab olaraq yaşadığı ünvanla hadisənin baş verdiyi ünvan arasında təxminən 30 dəqiqəlik məsafə olduğunu, həmin torpaq sahəsinin ona məxsus olması barədə sənədinin olduğunu, lakin həmin sənədin harda olmasını hazırda bilmədiyini, həmin ərazidə hər hansı tikinti aparmadığını, hadisədən iki ay qabaq boş sahəyə mişar daşı, qum gətirdiklərini, tikinti işləri aparmaq istəyəndə polis orqanının tikintiyə icazə vermədiyini, 2023-cü ilin yanvar ayının 29-u və 30-u torpaq sahəsinə baş çəkmək üçün getdiyini, ora gedəndə tək getdiyini, hadisə günü oğlu Arizin orda olmadığını, davada iştirak etmədiyini və dava dalaşı görmədiyini, həmin günü onu söyüb təhqir etdikləri üçün torpağını zəbt edən şəxsləri söyüb təhqir etdiyini, əvvəllər də Təqsirləndirilən şəxs Sulutəpə qəbirstanlığının yaxınlığında ona avtomobillə xəsarət yetirdiyini, hadisə günü Hafizə daş atmadığını, onu söyüb təhqir etdikləri üçün o da onları söyüb təhqir etdiyini, qohumu Şahid4 və Şahid7 hadisə vaxtı orda olmadıqlarını, onların sonradan gəldiklərini bildirmişdir. Sonuncu məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs ilə barışdığını, mülki iddia üzrə icraata xitam verilməsini, yüngül cəza və ya məhkəmə tərəfindən icraata xitam verilərsə etirazlarının olmadığını bildirirək bununla bağlı zərərçəkmiş şəxsin notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısıdır. Zərərçəkmiş şəxs isə həm bacısının qayınatası, həm də atası ilə əmioğludurlar. Hafizlə Davudun əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin sonradan Hafiz Davudun torpağını ələ keçirmək istəmişdir. Əvvəl torpaq sahəsi Davudun yeznəsinə məxsus olmuş, daha sonra Davuda satmışdır, hazırda Davuda məxsusdur. Davud orda ev tikib yaşamaq istəsə də, Hafiz həmin torpaq sahəsini zəbt edərək ona ev tikməyə imkan verməmişdir. Hafiz onun yoldaşına dəfələrlə şər və böhtan atmış, ona bildirmişdir ki, siz əgər Davuda deyib ərizəni geri götürməsəniz onun və yoldaşının üstünə şər atacaqdır. Dəfələrlə övladı məktəbə gedəndə qabağına keçib onu oğurlayacağını bildirmiş, yoldaşını təhqir etmiş, Sumqayıt yolunda qabağınıı kəsib onu bıçaqlamaq istəmişdir. Hafizin qayınları bir neçə dəfə onun qabağını kəsib onu güllələyəcəklərini bildirmişdir. O bu barədə dəfələrlə 40-cı Polis Bölməsinə şikayət etmişdir. Hadisə vaxtı yəni 2023-cü ilin yanvar ayının 30-da evdə yatmış vəziyyətdə olmuşlar, qapılarını daşladıqları üçün saat 8-9 radələrində çölə çıxmışlar. İlk əvvəl atası və anası çıxmış, daha sonra o və həyat yoldaşı çıxmışdır. Çölə çıxanda Hafiz onlara «gəlin sizi də Davudun gününə salacağıq» demişdir. Onların ora getmək məqsədi onları aralamaq olmuşdur. Nə onlar Hafizi vurmuş, nə də Hafiz onları vurmuşdur. Lakin onlar Davudu döymüşlər. Onlar çölə çıxanda Davudun yerə yıxıldığını, Hafizlə Aynurun onu döyüdüklərini görmüşdür. Çölə çıxanda orda Hafiz, Aynur və onların qızı orda olmuş, qızı da telefonla videoçəkiliş etmişdir. Çölə çıxıb atası Hümbət Davudu ordan kənarlaşdırmaq istəyəndə Hafiz ağac ilə Davudu vurmuşdur. Atası Davudu götürüb gəlmişdir. Onlar Davudun oradan “ölüsünü” götürüb aparmışlar. Atası onları aralayaraq Davudu götürüb gələndə Hafizin ağacla Davudun qarnından vurub itələdiyini görmüşdür. Ona verilmiş suallara cavab olaraq hadisə günü səs-küy olduğunu, Aynurun və Hafizin söyüş söyərək təhqir etdiyini, zərərçəkmiş şəxsin isə söyüş söydüyünü eşitmədiyini, Hafizin torpaq sahəsinin onun olduğunu, heç kimdən qorxusunun olmadığını, onların evlərini yandıracağını, həmçinin təhqiramiz söyüşlər işlətdiyini, onlar çölə çıxarkən Davudun yerdə yıxılı vəziyyətdə olduğunu, Davudun söyüş söyməyini eşitmədiyini, daş atmağını isə videoda gördüyünü, onun söyüş söydüyü gün evdə olmadığını, yanvar ayının 30-da onların söyüşmədiyini, onlar ora gələndə Hafizin söyüş söydüyünü, ondan qabaq söyüb söymədiyini eşitmədiyini, hadisə vaxtı Davudu yıxılan vəziyyətdə gördüyünü, Davudu ordan atası Hümbətin götürdüyünü, həmin vaxtı 102 xidmətinə və Davudun oğlu Arizə zəng edərək daha sonra 40-cı Polis Bölməsinə getdiyini, Arizin də ora gələrək atasını apardığını, təcili yardım gələrək Davudu kirayə qaldığı Sulutəpədən apardığını, hadisə olan yerdən Davudun kirayə qaldığı yerə təxmini 500-600 metr məsafə olduğunu, Hafizgilin Davuda ev tikməyinə imkan vermədiyini, onların söyüş söydüyünü, sonra Davudun söydüyünü, lakin onların ancaq Davudun söyüşlərini çəkdiyini, Davudun həmin torpaq sahəsinə dair sənədinin olmadığını, ordakı bütün evlərin sənədsiz olduğunu, 9 qonşunun həmin torpaq sahəsinin Davuda məxsus olması barədə imzaladığı sənədin olduğunu, Hafizgilin mübahisə yaratdığı üçün polis əməkdaşları gəlib tikintini dayandırdığını, hadisə vaxtı həm şəkil, həm də video çəkiliş etdiyini, lakin videoda Hafizin “gəlin bura sizi də Davudun gününə salacam“ ifadəsinin düşmədiyini, Hafizin qızının çəkdiyi videoda isə Hafizin onu təhdid etməsinin düşüb düşməməsini bilmədiyini, o videonu kəsə də biləcəklərini bildirmişdir. Ona verilmiş suallara daha sonra cavab olaraq onların saat 8-9 arası çölə çıxdıqlarını, özünün hadisənin sonunu gördüyünü, yəni Davudu yıxılı vəziyyətdə gördüyünü, bundan sonra da Davudu götürüb apardığını, qapılarının kimin daşladığını görmədiyini, sadəcə səsini eşitdiyini, çölə çıxanda Hafizin Davuda məxsus torpaq sahəsində dayandığını, Davudun özünün yavaş-yavaş yerdən qalxaraq yenidən Hafizin üstünə getdiyini, ancaq niyə getdiyini bilmədiyini, atasının Davudu araladıqdan sonra Hafizə “belə şey lazım deyil burdan get” dediyini, özünün telefonu çıxarıb olanları çəkmək istəyəndə onların (Hafiz və Aynurun) getdiyini, Hafiz aralanandan sonra Davudu qucaqlarına alaraq apardıqlarını, Davudun öz həyətində yıxılaraq özünü itirdiyini, özünün və atasının Davudun qoluna girərək gətirdiyini, torpaq sahəsinin Davudun olduğunu, əvvəllər Davudun qızı Aysənə məxsus olduğunu, torpaq sahəsinin Davuda məxsus olduğunu təsdiq edən sənədin olub-olmamasını bilmədiyini, daşın kim tərəfindən atıldığını görmədiklərini, atası onu aralayanda sadəcə Hafizin Davudun qarnından itələyəndə gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs onun dayısıdır. 2023-cü ilin yanvar ayının 30-u səhər saat 8-9 radələrində yaşadığı evdə olarkən atasını evə gətirmişlər. Atasının halının yaxşı olmadığını gördükdə bunun səbəbini soruşmuş, atası da ona Təqsirləndirilən şəxs və onun həyat yoldaşı Şahid1 onu bu vəziyyətə qoyduğunu bildirdiyi üçün təcili təcili yardıma zəng etmişdir. Saat təxminən 9:00, 10:15- 10:20 radələrində təcili yardım gələrək evdə atasına tibbi yardım göstərmişlər. Daha sonra atasını pis vəziyyətdə “Semaşko” xəstəxanasına aparmışdır və atası bir neçə gün xəstəxanada qalmışdır. Həmin müddətdə heç biri gəlib atasına baş çəkməmişdir. O, döyülmə anını görməmişdir. Ona verilmiş suallara cavab olaraq həmin mübahisəli torpaq sahəsini 15 il bundan əvvəl yeznəsi Qazax rayonundan olan bir şəxsdən aldığını, Hafizə yeznəsindən torpağın yarısını ala bilirsə almasını dediyini, Hafizin isə o torpaq sahəsini almadığını, həmçinin sahədəki evin bünövrəsini yeni tökdüklərini, 29 yanvar 2023-cü il tarixdəki hadisədən xəbərininin olduğunu, atasını bezdirdikləri üçün atasının əsəbləşib etdiyini bildirdiyini, atasının qabırğalarını sındırdıqlarını, atasını döydüklərini, hadisə ilə bağlı polisə və 102 xidmətinə zəng etdiyini, lakin 4 gün ərzində heçkimin gəlmədiyini, 4 gün sonra 40-cı polis bölməsinin əməkdaşlarının gəldiyini, həmin ərazidə torpağın tikintisinin hamı üçün qanunsuz olduğunu, 29 yanvar tarixində atasının həmin torpaq sahəsində təmizlik etmək üçün getdiyini, həmin gün özünün orda olmadığını, bunları sonradan öyrəndiyini, 30 yanvar tarixində atasının torpaq sahəsinə gedərkən özünün evdə yatdığını, atasının ora kimlərlə getdiyini bilmədiyini, ora tək getdiyini bildiyini, 29 yanvarda atasının Aynurun söyüş söydüyü üçün onun da Aynura söyüş söydüyünü bildirdiyini, yanvar ayının 30-u hadisədən sonra atasını evə Hümbətin gətirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə səhər tezdən saat təxminən 8-9 radələrində evdə yatarkən darvazaları daşlandığı üçün səsə ayılaraq küçəyə çıxmışlar. Evdən birinci özü, sonra isə oğlu Ceyhun çıxmışdır. Onların evləri ilə Hafizin evi arasında cəmi bir yol var. O çölə çıxarkən Davudu yerdə uzanmış vəziyyətdə görmüşdür. Hafizə yaxınlaşıb Davudu niyə belə döydüyünü soruşanda Hafiz onlara “yaxın gəlin sizi də onun vəziyyətinə salacam” demişdir. Həmin vaxtı Hafizin əlində lapatka sapı olmuşdur. O yaxınlaşıb onları aralamış və Davudu ordan götürərərk avtomobilə qoyub evinə aparmış, Davudu evinə aparakən orda heç 5 dəqiqə dayanmamış, oradan da öz ailəsini götürüb 40-cı polis bölməsinə izahat verməyə getmişdir. Ona verilmiş suallara cavab olaraq isə çölə saat 08:30 radələrində çıxdığını, ancaq hadisənin sonunu gördüyünü, Hafizin əlindəki lapatka sapı ilə Davudun mədəsindən vurmasını gördüyünü, ondan əvvəl Davudun halsız vəziyyətdə olduğunu, Hafizin Davudun qarnından vurmasından əvvəl nə olduğunu görmədiyini, mübahisəli torpaq sahəsini Davudun qızının aldığını, daha sonra atası Davuda satdığını, hazırda Davuda məxsus olduğunu, həmin ərazidə heç kimin rəsmi sənədinin olmadığını, torpaq sahəsində bünövrənin qoyulduğunu, 2000-3000 manata yaxın mişar daşının töküldüyünü, mübahisə olduğu üçün tikintinin dayandırıldığını, tikintinin əvvəlcə polis orqanı tərəfindən dayandırıldığını, Davudun icazəsi olmadığından daha sonra icra hakimiyyətindən gələrək tikintinin dayandırıldığını, onun evi ilə Hafizin evinin arasında 8-10 metr məsafə olduğunu, qapılarının daşlanmasının videoçəkilişinin olmadığını, o çölə çıxanda Hafizin aralandığını, Davudun qoluna girib, avtomobilinə gətirib evinə aparıb qoyduğunu, Davudun hadisə vaxtı daş atmağını, söyüş söyməyini eşitmədiyini bildirmişdir. Daha sonra ona verilmiş suallara cavab olaraq isə çölə çıxanda Davudun yerdə uzandığını, onu yerdən qaldırdığını, Hafiz onun qarnından vurduqdan sonra yerə yıxıldığını, Davudu yerdən qaldırdıqdan sonra əlindən çıxaraq döyüldüyü və aralarında mübahisə olduğu üçün Hafizin üstünə getdiyini, Davudun yaşadığı yerin hadisənin olduğu yerdən təxminən 400-500 metr aralıda olduğunu, Davud həmin əraziyə gəlməsəydi qeyd edilən davanın baş verməyəcəyini, hadisədən bir gün qabaq Davudun orada olmasından, Hafizi və onun ailəsini təhqir etməsindən evdə olmadıqları üçün xəbərinin olmadığını, hadisə günü Davudun ora gəlməsindən əvvvəlcədən xəbərinin olmadığını, olsaydı bunun qarşısını alacağını, Davudun hadisə günü tək gəldiyini, hadisə vaxtı orda kənar adamların olmadığını, hadisənin çölə çıxdıqdan sonra 5-10 dəqiqə çəkdiyini, Hafizin, Davudun və Aynurun nalayiq ifadələr işlətdiyini eşitmədiyini, Davudu aparıb evinə qoyandan sonra Hafizin nalayiq ifadələr işlətdiyini eşitdiyini, Hafizin Davudun qarnından vurduğunu gördüyünü, ayaqlarına və qollarına xəsarət vuranda görmədiyini, sadəcə Davudu evə aparanda ayaqlarında və qollarında xəsarət olduğunu gördüyünü, oğlunun ona kömək edərək birlikdə Davudu avtomobilə qoyduqlarını, hadisədən əvvəl Hafizlə aralarında xırda münaqişələr olduğunu, Davud söhbətindən sonra polisə şikayət etdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü evdə yatarkən səhər tezdən saat 8-9 radələrində qapılarının daşla döyülməsinin səsinə ayılmışlar. Evdən ilk əvvəl həyat yoldaşı Hümbət, daha sonra o və oğlu Ceyhun ilə gəlini Bikə çölə çıxmışlar. Qapını açıb çölə çıxarkən onlara “sizi də Davudun gününə salacağıq” ifadələrini işlətmişlər. Bundan sonra Aynur onları təhqir edərək hədə-qorxu gəlmişdir. X3 Davudu evinə aparmışlar. Onlar avtomobildən düşməmiş, yoldaşı Davudu düşürərək evinə qoymuş, Təqsirləndirilən şəxs və yoldaşı Aynur onları təhqir etmiş, əvvəllər də oğlunu dəfələrlə hədələmişdir. Ona verilmiş suallara cavab olaraq çölə çıxarkən Davudun yerdə uzandığını, hadisə yerində Hafiz, Aynur və qızının orda olduğunu, Davudun niyə yerdə olduğunu, davanı görmədiyini, bu barədə heçnə bilmədiyini, mübahisə olan torpaq sahəsinin onların yaşadığı evdən təxminən 10 metr məsafədə olduğunu, Hafizin taxta ilə Davudu vurmasını görmədiyini, Davudu evinə qoyduqdan sonra polis bölməsində o, yoldaşı Hümbət, gəlini Bikə və oğlu Ceyhunun ifadə verdiyini, Davudun qızının qaynatası, Hafizin isə qardaşı olduğunu, çölə ilk həyat yoldaşının sonra özünün çıxdığını, çıxanda Hafizin əlində lapatka sapının olduğunu, Aynurun əlində heçnə olmadığını, Davudun yerdə uzanmış vəziyyətdə olduğunu, Davudun yerindən qalxmağını və daş atmasını görmədiyini, Hafizin taxta ilə Davudu vurmağını da görmədiyini, oğlu Ceyhunun və yoldaşı Hümbətin Davuda kömək edib yerdən qaldırdıqlarını, Hafiz və Aynurun Davudu döymələrini görmədiyini, ibtidai istintaqda Hafiz və Aynurun Davudu döyməsini görməsi barədə ifadə vermədiyini, hadisə vaxtı Hafizin qızının telefonla çəkiliş etdiyini, lakin o çəkilişə baxmadığını, qapılarının kim tərəfindən daşlandığını görmədiklərini, sadəcə səsə çıxdıqlarını, çıxanda da Hafizlə Aynurun orda olduğunu, onlara “sizi də Davudun gününə salacağıq” dediklərini, mübahisəli torpaq sahəsinin rəsmi sənədinin olmadığını, lakin oranın Davudun yeri olduğunu, həmin torpaq sahəsinə görə onlar arasında təxminən 3-4 ildir mübahisənin davam etdiyini, Hafizgil şikayət etdikləri üçün polislər tərəfindən tikintinin aparılmasının dayandırıldığını, istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını, istintaqa sadəcə Davudun yerdə uzanmasını, Hafizin əlində taxta parçasının olmasını, Hafizin Davudu vurduğunu görmədiyini, özündən əvvəl çölə yoldaşının çıxdığını, Hafizin Davudu vurmasını yoldaşı Hümbətin gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının 30-u səhər saatlarında təxminən 8-9 radələrində evdə yatarkən qapılarının daşlanması səsinə bayıra çıxmışlar. Bayıra birinci qayınatası Hümbət, qayınanası Minə, həyat yoldaşı Ceyhun, arxasınca isə o çıxmışdır. Onlar çölə çıxanda Hafiz, Aynur və Aişə çöldə olmuşlar və Davudu yerdə yıxılmış vəziyyətdə görmüşlər. X8 yaxınlaşmışdır, Hafiz isə səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Yoldaşı Ceyhun 102 xidmətinə zəng etmiş və daha sonra onlar aralanmışlar. Həmin vaxtı Hafizin qızı isə olanları telefonla çəkmişdir. Ona verilmiş suallara cavab olaraq həmin mübahisənin Davuda məxsus torpaq sahəsinə görə olduğunu, Davud torpaq sahəsində tikinti işləri aparmaq istəsə də Hafizin buna etiraz etdiyini, hadisə günü çölə çıxarkən onlar sadəcə Davudun yerdə uzanıqlı vəziyyətdə olduğunu, orda Hafiz, Aynur və Aişənin olduğunu gördüklərini, Davudu kimin yıxdığını, onu kimin vurduğunu bilmədiyini, davanın sadəcə onlar arasında olduğu üçün Davudu Hafizin vurduğunu ehtimal etdiyini, Hafizin Davudun bədəninin harasınasa vurduğunu görmədiyini, Davudun vəziyyətinin yaxşı olmadğından qaynatası onu avtomobilə qoyaraq evinə apardığını, daha sonra onların polis bölməsinə gedərək ərizə verdiklərini, yaşadıqları ev ilə Hafizin evinin arasının təxminən 10 metr məsafə olduğunu, çölə çıxanda Hafizin əlində lapatka sapı olduğunu, onlara “gəlin sizidə Davudun gününə salacam” dediyini, sadəcə qapının daşlanma səsini eşitdiklərini, başqa səs eşitmədiyini, çölə çıxan zaman Aişənin əlində olan telefonla çəkiliş etdiyini, onlara “sizi çəkib tiktokda paylaşacağıq” ifadəsini işlətdiyini, çölə çıxanda Hafizin əlində lapatka sapının olduğunu, uşaqlar ağladığı üçün içəri keçib onları sakitləşdirdikdən sonra təkrar çölə çıxdığını, həmin anda da Davudun yerdə uzanaqlı vəziyytdə olduğunu, Davud pis vəziyyətdə olduğu üçün qayınatası və yoldaşı Ceyhunun Davudu qucaqlarına alaraq aparıb avtomobilə mindirdiklərini, yanvar ayının 29-u Davudun Hafizin və ailə üzvlərini təhqir etməsini evdə olmadıqları üçün eşitmədiklərini, Davudun onların yaşadığı ərazidən təxminən 15 dəqiqəlik aralı məsafədə kirayədə yaşadığını, qapılarının konkret kim tərəfindən daşlandığını görmədiyini, sadəcə çölə çıxanda Aynur, Hafiz və Aişənin çöldə olduğunu, çölə çıxanda artıq mübahisənin başa çatdığını, Hafiz və Aynurun nalayiq ifadələr işlətdiyini, Davud uzanıqlı vəziyyətdə yerdə olduğunu, dava dalaşın təxminən 5 dəqiqə çəkdiyini, eyni vaxtda ardıcıl çölə çıxdıqlarını, birinci qaynatası, sonra qayınanası, yoldaşı və arxasınca onun çıxdığını, hamısının eyni şeyləri gördüyünü, sadəcə Davudu yerdə yıxılı olduğunu gördüyünü, Hafizin əlində olan lapatka sapı ilə kiməsə vurub vurmamasını görmədiyini, çölə çıxanda hamısının Davudu uzanaqlı vəziyyətdə gördüklərini, hazırkı məhkəmə iclasında dediklərini təsdiq etdiyini, ibtidai istintaq zamanı ifadəsinin müstəntiq tərəfindən yazıldığını və həmin ifadəsini oxumadan imzaladığını, hazırkı ifadəsində hadisə günü olanları danışdığını bildrimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayının 29-u axşam saat 7-8 radələrində Zərərçəkmiş şəxs ağzına gələn nalayiq ifadələr işlədərək onların qapısını döydüyünə görə evdə tək olduğu üçün qapını bağlayaraq həyat yoldaşı Təqsirləndirilən şəxs zəng edib Davudun onları nalayiq ifadələrlə söyüb təhqir etdiyini, 102 xidmətinə zəng etməsini bildirmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs bir neçə dəfə 102 xidmətinə zəng etsə də polis əməkdaşlarından gələn olmamışdır. Daha sonra həyat yoldaşı evə qayıtdıqdan sonra 40-cı Polis Bölməsinə ərizə yazıb təqdim etmişdir. 2023-cü ilin yanvar ayının 30-u səhər saatlarında Davud yenidən onların yaşadığı evə gələrək Hafizi söyməyə başlamışdır. Onlar da qapını açıb çölə çıxan zaman Davud Hafizə daş atmağa başlamışdır. Davudun arxasınca da Hümbət, Ceyhun, Bikə və Minə gəlmişdir. Həyat yoldaşı Hafiz də özünü müdafiə etmək üçün yerdən taxta parçası götürüb, Davudun ayağına 1-2 dəfə zərbə vurmuşdur. Ona verilmiş suallara cavab olaraq isə onların evinə beş nəfər gəldiklərini, özlərinin isə iki nəfər olduğunu, Təqsirləndirilən şəxs yaxasından yapışdıqlarını, Bikənin Təqsirləndirilən şəxs bir neçə yumruq zərbəsi vurduğunu, Hafiz Ələbərovun isə Davudun ayaqlarına vurduğunu, özünün isə Zərərçəkmiş şəxs vurmadığını, Ceyhun və Hümbətin yanında Davudu vurmağın mümkün olmadığını, Ceyhun və yanındakıların onlara daş atdığını, hadisə yerinə heç kimin gəlmədiyini, hadisə vaxtı orda özünün, Təqsirləndirilən şəxs, Davudun, Hümbətin, Ceyhun və Bikənin olduğunu, başqa heç kimin olmadığını, hadisə günü Davudun arxasınca həmin şəxslərin gəldiyini, mübahisənin təxminən yarım saata qədər çəkdiyini, daha sonra aralanıb getdiklərini, bundan sonra həyat yoldaşının 102 xidmətinə zəng etdiyini, həmin günü heç kimə daş atmadığını, söyüş söymədiyini, daş atanın da, söyüş söyənin də, döyənin də onlar olduğunu, Davudu lapatka sapı ilə vurmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevralın 29-u evdə anası və özü olmuş, atası və qardaşı isə evdə olmamışdır. Həmin vaxtı Davud evlərini daşlayaraq, nalayiq ifadələr işlədərək evə daxil olmaq istədiyi üçün qapını bağlamışlar və Davudun onların üstünə hücum çəkməyini telefonla videoya çəkmişlər. Atası evə gəldikdən sonra videonu ona göstərmişlər atası da polis bölməsinə gedərək polisə müraciət etmişdir. Birgün sonra isə yenidən səhər tezdən Davud evlərinə gələrək evlərini daşlamağa başlamışlar. O çölə çıxarkən görmüşdür ki, onlar atasının üstünə hücum çəkirlər. Hümbət atasını tutmuş, gəlini Bikə isə atasının sinəsinə vurmuşdur. Özü heç nə edə bilməmiş, qapıdan dayanıb onlara baxmış, onlar ümümilikdə 5 nəfər olmuş, yanlarındakı uşaqlar da qapını daşlamışlar. Davud da atasının üstünə daş atmış, həmin vaxtı hadisənin yarısını telefonla çəkə bilmişdir. O telefonla çəkiliş edəndə onlar aralanaraq getmişlər. Ona verilmiş suallara cavab olaraq Davudun hansı səbəbdən onlara nalayiq ifadələr işlətdiyini bilmədiyini, 2023-cü ilin yanvar ayının 29-u axşam saatlarında Davudun tək gəldiyini, onları təhqir etdiyini, 30 yanvar tarixində də səs-küyə çölə çıxdığını, Hümbətin atasını tutduğunu, gəlini Bikənin atasının sinəsindən vurduğunu, Davud isə daş atdığını, atası polisə zəng etdiyi üçün onların aralandığını, atasının heç kimi vurmadığını, ayın 29-u və 30-u olanları telefonla çəkdiyini, ancaq onların vurmaqlarını tam çəkə bilmədiyini, axıra yaxın çəkməyə başladığını, qorxduğu üçün tez-tez içəri keçdiyini, ayın 29-u günü qapını bağlayaraq Davuda cavab vermədiklərini, Davudun onların ailəsinə qarşı nalayiq ifadələr işlətdiyini, ayın 30-da olan davanın axırına yaxın çıxdığını, davanın 10 dəqiqəsini müşahidə edə bildiyini, o çıxanda Hümbətin, Minənin, Bikənin və Ceyhunun orda olduğunu, uşaqların da qapılarını daşladığını, atası ilə Davudun arasında davanı görmədiyini, Davudun daş atmasını gördüyünü, həmin günün Davudun normal yeriyib gəzdiyini, bunların videoda da göründüyünü, onlar gedəndə “sizin başınıza torba tikəcəyik” ifadəsini işlətdiklərini, Davudun yıxıldığını görmədiyini, Davudla onların evlərinin arasında çox məsafə olduğunu, Davudun onların evinin yanında torpaq sahəsinin olmadığını, onun dediyi torpaq sahəsinin dövlətə məxsus olduğunu, onların atasının üstünə tökülməsi barədə istintaqa da bildirdiyini, lakin istintaqdakı ifadəsini müstəntiqin evdə aldığını, həmin ifadəni oxumadığını, həmin ifadəsində torpaqla bağlı nəsə bildirmədiyini, ayın 29-u olan hadisənin videosunu anasının çəkdiyini, hazırkı ifadəsində ona məlum olanları danışdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-si 40-cı PB-yə ünvanlanmış ərizədən görünür ki, göstərilən tarixdə Zərərçəkmiş şəxs o, evdə olmadığı vaxt onun həyətinə gəlib ailə üzvlərini söyüb təhqir etmiş və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ona görə də Zərərçəkmiş şəxs barəsində tədbir görülməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, AR CM-in 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v 1) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X12 canlı şəxsin ekspertizası barədə 189 nömrəli 30 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər-sağ əlin arxa səthinin sıyırıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmur, aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarının nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə bədənin hissələri (əl barmaqlarının dırnaqları və sair) ilə yetirilə bilərdilər, şəxsin özü tərəfindən yetirilmələri və eləcə də öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xocaəsən Sağlamlıq Mərkəzinə müraciət edərkən ona döş qəfəsinin küt travması diaqnozu məhkəmə tibbi müayinə zamanı xəsarətlərin obyektiv əlamətləri (qançır, sıyırıq və sair) ilə təsdiq olunmadığından həmin diaqnozu sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə almaq mümkün olmamışdır. (i.v. 48-50); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X12 canlı şəxsin ekspertizası barədə 283 nömrəli 15 fevral 2023-cü il tarixli ekspert rəyinin ilk məlumat hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər sol tərəfli Vİİİ,İX,Xİ qabırğaların yerdəyişməyən sınıq ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin qançırı, sol bazu nahiyəsinin, sağ əlin arxa səthini, sol baldır nayihəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X11” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 16:04-dən bir qədər əvvəl əmələ gəlmişdirlər. Qeyd edilən xəsarətlərdən sol tərəfli Vİİİ,İX,Xİ qabırğaların yerdəyişməyən sınığ ilə müşayət olunan döş qəfəsinin sol yan səthinin qançırı dərəcəsinə görə sağlamlı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir, digər xəasrətlər isə həm ümumilikdə və hm də ayrı-ayrılıqda sağlamlğa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmur, aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarının nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (yumruq, təpik və sair), eləcə də bel sapı və taxta parçası ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər, şəxsin özü tərəfindən yetirilmələri və eləcə də öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. (i.v. 66-69); xx.xx.2023-cü il traixli “Videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Əşrəf oğlunun təqdim etdiyi bir ədəd “DVD-R” formatlı diskə onun iştirakı ilə baxış keçirilərkən həmin diskdə 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.40 (1)" adlı, 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.40" adlı, 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.41 (1)" adlı, 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.41 (2)" adlı, 01 ədəd “WhatsApp Video 2023-02-03 at 13.15.41" adlı, 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.42" adlı video fayl aşkar olunmuşdur. Həmin 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.40 (1)" adlı görüntü açıldıqda bir nəfər qadının əlində olan mobil telefonla video çəkiliş edə-edə səs gələn tərəfə qaçması, həmin vaxt boş torpaq sahəsində Təqsirləndirilən şəxs və X6 Ələkbərovla mübahisə etməsi, Şahid5 isə torpaq sahəsində olan mişar damının üzərində dayanması, mübahisə zamanı Zərərçəkmiş şəxs yerdən daş götürüb Təqsirləndirilən şəxs tərəf ataraq onun ünvanına nalayiq ifadələr işlətməsi, bu zaman Təqsirləndirilən şəxs əlində taxta parçası ilə Zərərçəkmiş şəxs üzərinə hücum etməsi, Hümbət Abdulǝliyevin isə Zərərçəkmiş şəxs qarşısına keçərək oradan uzaqlaşdırıb aparması müşahidə olundu. 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.40" adlı, 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.41 (1)" adlı, 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.41" adlı video fayllara baxış keçirilən zaman X7 Abduləliyevanın ünvanına nalayiq ifadələr işlətməsi, Ceyhun və Bikənin Minə Abdulǝliyevanı yaşadıqları ünvana doğru aparmaları müşahidə olundu. Daha sonra 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.41 (2)" adlı və 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.42" adlı video fayllar açıldıqda Zərərçəkmiş şəxs aralarında mübahisə olduğu torpaq sahəsinin üzərində Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək söyməsi, ətrafda olan qonşulardan kiminsə ona irad bildirməsinə baxmayaraq söyməyə davam etməsi müşahidə olundu. "WhatsApp Video 2023-02-03 at 13.15.41 (2)" adlı ve 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.42" adlı video fayllara baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin görüntülərin xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində həyat yoldaşı X1 tərəfindən mobil telefon vasitəsi ilə hadisə zamanı çəkildiyini bildirmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.40 (1)" adlı, 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.40" adlı, 01 ədəd "WhatsApp Video 2023-02- 03 at 13.15.41 (1)" adlı, 01 ədəd "WhatsApp Video 2023-02-03 at 13.15.41" adlı görüntülərin xx.xx.2023-cü il tarixdə saat təxminən 08 radələrində qızı Abdulǝliyeva Aişə Hafiz qızı tərəfindən mobil telefon vasitəsi ilə hadisə zamanı çəkildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. (i.v 73) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v 95) 16 mart 2023-cü il tarixli “Şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və şübhəli şəxs statusunun ləğv edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində cinayət işi üzrə 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ittiham vermək mümkün olmadığından saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad olunması və onun şübhəli şəxs kimi statusunun ləğv edilməsi göstərilərək həmin qərarla Binəqədi RPİ-nin MSY-dən azad olunması və şübhəli şəxs qismində statusunun ləğv edilməsi qərara alınmışdır. (i.v 107) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 115) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Rfespublikası CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan növündə qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs barəsində Azəraycan Respublikası CM-nin 221, 221.3, 127.2.2, 134-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Şahid1, Şahid5 Balaşərəf oğlu, X5, Şahid4 barəsində cinayət təqbinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 510-cu maddələri ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün cinayət işindən material ayrılaraq Binəqədi rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 188-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. (i.v. 180-197); xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə saat 19:20-də qərar ona elan edilmişdir. (i.v. 208-209); xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilərək həmin tarixdə qərar ona elan edilmişdir. (i.v. 224-225); xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi-vəkil Nümayəndə tərəfindən imzalanaraq təqdim edilmiş dəymiş maddi ziyanın ödənilməsi və pul tələbi barədə mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyana görə 7000 (yeddi min) manat pulun, habelə ödənilmiş 92 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-93/2024 saylı qərarı ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iddia ərizəsi məhkəməni icraatına qəbul edilmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinə etiraz etmədiyini, nümayəndəsi tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. CM-nin 127.2.3-cü maddəsində deyilir ki, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əməlin CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün onun əməli ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməli idi. Lakin tədqiq edilmiş sübutlarla qeyd olunanlar təkzib olunmuş, adıçəkilən şəxsin ümumiyyətlə xuliqanlıq niyyətində olmadığı məhkəməyə bəyan olmuşdur. Belə ki, şəxsin xuliqanlıq niyyətinin olduğu o zaman müəyyən olunur ki, o, əməli törədərkən ictimai qaydanı kobud şəkildə pozacaq hərəkətlər edir və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik nümayiş etdirir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki iş üzrə baş vermiş hadisələrin gedişatına isə nəzər salınarkən müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında zərərçəkmiş şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində təqsirləndirilən şəxsin yaşadığı fərdi yaşayış evinin yanında yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə təqsirləndirilən şəxs tərəfindən etiraz edilməsi ilə bağlı tərəflər arasında uzunmüddətdir mübahisə mövcud olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs hadisədən bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Təqsirləndirilən şəxs evdə olmadığı vaxt həmin əraziyə gələrək təqsirləndirilən şəxsin və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr və söyüşlər işlətmiş, həmin ifadələr və söyüşlər təqsiləndirilən şəxsin ailə üzvləri tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr və söyüşlər işlədilərkən kənardan kimsə ona irad bildirməsinə baxmayaraq o nalayiq ifadələr işlətməyə, söyüşlər söyməyə davam etmiş, ona heç kim cavab vermədiyindən həmin ərazidən uzaqlaşaraq getsə də, yaşayış yeri hadisənin baş verdiyi ərazidən xeyli kənarda olmasına baxmayaraq səhərisi gün yəni xx.xx.2024-cü il tarixdə səhər 08:00 radələrində yenidən həmin əraziyə gəlmişdir. Hadisə də məhz zərərçəkmiş şəxsin yaşadığı yaşayış sahəsindən xeyli kənarda yerləşən təqsirləndirilən şəxsin yaşadığı evin yaxınlığında baş vermişdir. Hadisə də məhz Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin yaşadığı ünvanın yaxınlığına gələrək bir gün əvvəl başlatdığı mübahisəni davam etdirməsindən sonra baş vermişdir. Bundan başqa təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs qohumdurlar. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mərhum bacısının həyat yoldaşıdır. Belə olan halda, baş vermiş hadisənin analizi edilərkən 3 əsas nüans diqqətdə saxlanılmalıdır. Birincisi, hadisənin baş verdiyi məkan – hansıki bu məkan, məhz təqsirləndirilən şəxsin öz yaşadığı ünvanın ərazisidir. İkincisi, hadisənin baş verdiyi zaman dilimi – hansıki hadisə səhər saat 08:00 radələrində baş vermişdir. Üçüncüsü isə hadisəyə təkan verən aktiv hərəkətlilikdir ki, hansıki, bu aktiv hərəkətlilik də təqsirləndirilən şəxs tərəfindən deyil, məhz zərərçəkən şəxs tərəfindən edilmişdir. Daha aydın ifadə ilə təsvir etsək, hadisəyə təkan 29 yanvarın sonrakı günündə məhz zərərçəkmiş şəxsin iki gün dalbadal təqsirləndirilən şəxsin evinə getməklə onları təhqir etməsi ilə hadisənin baş verməsinə zəmin yaratması olmuşdur. Qeyd edilən məqamlardan aydın olur ki, təqsirləndirilən şəxsin hər hansı xuliqanlıq niyyəti ilə əməli törətməsindən ümumiyyətlə söhbət gedə bilməz. Çünki, təqsirləndirilən şəxs passiv vəziyyətdə olmuş, yəni səhər öz evində yuxudan oyanmış və hər hansı məkana hər hansı niyyətlə hərəkət etməmişdir. Məhz zərərçəkən şəxs onun yaşadığı əraziyə gəlmiş və əvvəlki gün olan mübahisəni davam etdirməyə çalışmışdır. Aralarında baş vermiş çəkişmənin nəticəsi ilə də zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur. Hadisənin axarından göründüyü kimi, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, şəxsi münasibət zəminində zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisənin gedişində onun sağlamlığa zərər vurma kimi təzahür etmişdir. Məhkəmə göstərilənlərdən əlavə bir məqamıda vurğulamağı zəruri hesab edir ki, təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə əməli törətməməsi həm də ondan aydın olur ki, 29 yanvar 2023-cü il tarixdə onun ailəsi və özü təhqir edilməsinə baxmayaraq, o, intiqam hissi ilə hərəkət etməmiş, Zərərçəkmiş şəxs ilə hər hansı mübahisə və ya dalaşma şəraiti yaratmamış, məhz hüquq mühafizə orqanlarına müraciət edərək Ə.Davud barəsində tədbir görülməsini xahiş etmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs gərgin münasibətlərin daha da kəskin xarakter almasının qarşısını əngəlləmək üçün məhz hüquq mühafizə orqanından yardım istəmişdir. İstintaq orqanı tərəfindən isə qeyd olunan xüsusatlar araşdırılmamış, həmin mübahisənin təşəbbüskarının kim olması, hadisənin törədilmə yeri və şəraiti, cinayətin baş verməsinin səbəbi düzgün müəyyən edilməmiş, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun tərəfindən hazırkı cinayət əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə xuliqanlıq niyyəti ilə törədilməsi kimi qiymətləndirilmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə, şahidlərin ifadələri, protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6.). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlər olmamış, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi müəyyən edilməməklə mübahisə doğuran haldır. Həmin hal üzrə ziddiyyətli və şübhəli məqamlar vardır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsinə dair sübutlar toplanılmamış, toplanılmış sübutlar isə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsini inkar etmişdir. Eləcə də toplanmış sübutların məcmusu təqsirləndirilən şəxsə xuliqanlıq niyyəti ilə ittiham elan etmək üçün əsaslı deyildir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Müdafiə hüquqununun əsas insitutu kimi Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, hətta belə qənaətə gəlmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Lakin, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər məhkəmə istintaqında dindirilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. Adətən cinayət mühakimə icraatında tətbiq edilən “ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Məhkəmə, əslində mübahisənin iş üzrə Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən torpaq sahəsində ev tikilməsi ilə bağlı təqsirləndirilən şəxsin irad bildirməsi ilə bağlı mübahisənin başlanmasını, onun hadisədən bir gün əvvəl təqsirləndirilən şəxsin və onun ailə üzvlərinin ünvanına ikrah hissi yaradan ifadələr işlətməsini, daha sonra hadisə günü təqsiləndirilən şəxsin yaşayış yerinə gələrək mübahisənin yaranmasına səbəb olmasını nəzərə alır, bu səbəbdən də qeyd edilənlərin hadisənin baş verməsində əsaslı səbəb kimi qiymətləndirir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində, hətta hadisənin gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, bu xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və zərərçəkmiş şəxsin qanunsuz və əsassız iradlarına, hadisədən bir gün əvvəl zərərçəkmiş şəxsin onun və ailə üzvlərinin ünvanına ikrah hissi yaradan ifadələr işlədildikdən sonra, yenidən xx.xx.2023-cü il tarixdə onun yaşadığı ünvana gələrək həmin hərəkətləri davam etdirməsi nəticəsində tərəflər arasında yaranan mübahisə zamanı həmin hərəkətlərə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslə zərəçəkmiş şəxs, habelə iş üzrə şahidlər qohumdurlar və hadisə zamanı ərtafda kənar şəxslər olmamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə işin faktiki hallarına əsaslanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümum qəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, zərərçəkən şəxsin ikrah hissi yaradan ifadələri nəticəsində və onun tərəfindən başlanmış mübahisə zamanı zərərçəkən şəxsə xəsarət yetirdiyi qənaətinə gəlir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, baş vermiş mübahisənin səbəbkarının zərərçəkən Zərərçəkmiş şəxs olmasına əhəmiyyət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMnin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışmasını nəzərə alıb iş üzrə icraata xitam verilməsini, eləcə də verilmiş mülki iddiadan imtina edildiyinə görə mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayətdə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin iş üzrə icraata xitam verilməsi barədə xahişini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmçinin mülki iddiaya münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbi olmamasını, nümayəndəsi tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsini xahiş etdiyindən onun adından etibarnamə üzrə nümayəndəsi tərəfindən verilmiş mülki idda üzrə icraata xitam verilməli, həmçinin mülki iddiaçıya izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin nəzərə alır ki, MPM-in 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin cinayət işi üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.2, 43.3, 344, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsindən, həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı ödədiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində sеçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübut və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-93/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-93/2024
02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver