Məhkəmə qərarları › İş №1(001)-94/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-94/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-94/2020 09.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məkhəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı, Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 176.1,178.1, 178.2.1, 178.2.2, 320.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 05 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı cəzası 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müdətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 178.2.1, 178.2.2 və 69.4-cü maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 10 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sülh 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Qurbanov Rövşən Ənvər oğlunun etibarından sui-istifadə etməklə ona Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində 3600 manat müqabilində 3 sot torpaq sahəsi alacağını yalandan vəd edib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə 2018ci ilin avqust ayının əvvəllərində Goranboy rayonu Şəfəq kəndində beh kimi 2000 (iki min) manat, 2018-ci ilin avqust ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən Hökməli kəndinin dairəsinin yaxınlığında torpağın sənədləşməsinə görə 1000 (bir min) manat və Şəfəq kənd icra nümayəndəliyindən aldığı arayışı, xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Beynəlxalq Avtovağzalında Rövşən Qurbanov tərəfindən Ağcakənd-Bakı sərnişin avtobusunun sürücüsü Şahid3 vasitəsi ilə göndərilmiş torpaq sahəsinin qalan pulu olan 1600 (bir min altı yüz) manatı, xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Beynəlxalq Avtovağzalında Rövşən Qurbanov tərəfindən Bakı sərnişin avtobusunun sürücüsü Şahid10 vasitəsi ilə torpaq sahəsinin sənədləşməsinə görə əlavə olaraq göndərilmiş 500 (beş yüz) manatı, 2018-ci il sentyabr ayının axırlarında Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində əlavə 2 sot torpaq sahəsi almaq adı ilə 2400 (iki min dörd yüz) manatı, 2018-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri Beynəlxalq Avtovağzalında Rövşən Qurbanov tərəfindən istintaqa məlum olmayan Bakı sərnişin avtobusu vasitəsi ilə torpaq sahəsinin peyklə sənədləşməsinə görə göndərilmiş 300 (üç yüz) manatı və xx xxxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Beynəlxalq Avtovağzalında Rövşən Qurbanov tərəfindən Bakı sərnişin avtobusunun sürücüsü Şahid10 vasitəsi ilə torpaq sahəsinə hasar çəkilməsi adı ilə göndərilmiş 200 (iki yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs Rövşən Qurbanova ümumilikdə 8000 (səkkiz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək istintaqa verdiyi ifadəsində göstərmişdirki, mərhum Qurbanov Rövşən Ənvər oğlu ilə Goranboy rayonunda bir il bir sinifdə oxuyublar. Aralarında sinif yoldaşı kimi həmişə xoş münasibətləri olub, hətta aralında kirvəlik münasibətləri də var. Rayona gedib-gələndə həmişə çalışıb ki, Rövşənlə görüşsünlər, onun evində çörəkdə kəsiblər. O, əvvəllər Azərbaycan Respublikası CM-nin178-ci maddəsi ilə məhkum olunduğu üçün hazırda üzərində azadlığın məhdudlaşdırılması cəzası var. Son vaxtlar o, rəsmi olaraq heç bir yerdə işləmirdi. Lakin, əvvəllər “xxxxxxx” MMC-də diler işləyib. Rövşənlə aralarında heç bir düşmənçiliyi və ədavəti yox idi. Ona şəxsi işləri ilə əlaqədar 1200 manat pul lazım olduğundan Rövşəndən zəng edərək 1200 manat borc pul istəmişdir. Rövşən 950 manat pulu ona 2018-ci ilin sentyabr-oktyabr ayında həmkəndliləri Oqtay Çələbiyevin övladının toy mərasimində, Sulutəpədə yerləşən, təxmini yadında qalan “ Xoşbəxt” şadlıq sarayında vermişdir. Həmin pulun 300 manatını 2018-ci ilin oktyabr ayının sonunda Bakıdan Goranboya gedən avtobusla Rövşənə göndərmişdir. Daha sonra 2018-ci ilin noyabrında Rövşəndən əlavə olaraq 250 manat borc istəmiş, Rövşən daha sonra ona zəng edib demişdir ki, “250 manat pulu Oqtay Çələbiyevdən götür, ona demişəm”. O da həmin pulu Oqtay Çələbiyevlə Bakı Beynəlxalq avtovağzalında görüşüb almışdır. Rövşən həmin ilin dekabr ayının ortalarında Bakı şəhərində, Zabrat kəndinə toya gəlmiş, o, həmin toyda Rövşənlə görüşüb 900 manat pulu özünə qaytarmışdır. Rövşənə pulu verən zaman sərxoş olmuşdur. Rövşənin hansı səbəbdən intihar etməsini bilmir. Rövşən Qurbanov intihar etməmişdən təxminən 10- 15 gün qabaq Goranboy RPŞ-də sahə müvəkkili işləyən İlqar adlı polis əməkdaşı ona zəng etmişdir ki, Rövşən səndən şikayət edib ki, ondan pul alıb qaytarmırsan. O da İlqara demişdir ki, telefonu versin Rövşənə, İlqar da cavab vermişdir ki, danış səsin mikrafondadır. O, Rövşənə demişdir ki, “Rövşən sənə mən 950 manat bir vermisən, 250 manat isə Oqtaydan göndərmisən, həmin pulları da sənə qaytarmışam”, Rövşən ona bir kəlimə də cavab verməmişdir. İlqar ona demişdir ki, “gələrsən burda aydınlaşdırarıq”. O da bildirmişdir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün Bakı şəhərini tərk edə bilmir, həmin səbəbdən gələ bilməyəcək. Sonra kənddəki qohumlardan eşitmişdir ki, Rövşən intihar edib. O, son dəfə Rövşəni 2018-ci ilin dekabr ayının sonunda Zabrtada toyda görmüşdür, xx xxxxxx 2019-cu il tarixdə isə Rövşənlə son dəfə telefonla danışmışdır. Rövşən ona həmin vaxt zəng edib “hal-əhval tutmuş və kəndə niyə gəlmədiyini soruşmuş, o da işinin olduğunu daha sonra gələcəyini demişdir. Həmin vaxt o, hətta Rövşənə «yekə kişisən məndən niyə şikayət etmisən» sözlərini demiş və Rövşən cavab vermişdir ki, bir səhvdi etmişəm, ərizəmi geri götürmüşəm, problem yoxdur. Daha sonra mehribançılıqla sağollaşmışlar və işini qurtarıb gələcəyini demişdir. Mərhum Rövşən Qurbanov tərəfindən yazılan qeyddə “Torpaq sulutəpə” yazısı, həmin yazının altında isə “1) 2000-Namiq, 2) 1500-sənədə görə, 3 sot torpaq-1500 m-dan cəmi 3500” yazıları qeyd edilməsi barədə məlumatı yoxdur. O, Rövşən Qurbanovla sinif yoldaşı və kirvədir, münasibətləri həmişə yaxşı olmuşdur, hər zamanda, yəni tez-tez bir-biriləri ilə hal-əhval tutmaq üçün telefonda danışmışlar. Rövşən ona torpaq almaq adı ilə heç vaxt pul verməmişdir. Elxan adlı sürücünü tanımır, Elxan da onu tanımır. Bu məlumatlar konkret olaraq yalandır. O, Rövşəndən 500 manat borc pul istəməmiş, qeyd etdiyi kimi yalnız 1200 manat pul istəmiş və həmin pulu da qaytarmışdır. Ağcakənd-Bakı marşurutunun sürücüsü olan Şahid8 istintaqa təqdim etdiyi müştərilərin göndərdiyi pul və əşyaların qeyd edildiyi dəftərə xx xxxxxxxx 2018-ci il qeyd edilmiş səhifəsində “500 m Şəfəq Namiq + 5m” sözləri qeyd olunmuş həmin Namiq o, deyil, bu yalan məlumatdır. Onun atası Tovuz rayonundandır və hamı onu Şəfəq Namiq kimi yox Tovuzlu Namiq kimi tanıyır. Ağcakənd- Bakı marşurutunun sürücüsü olan Şahid10 istintaqa təqdim etdiyi müştərilərin göndərdiyi pul və əşyaların qeyd edildiyi dəftərdə xx xxxxxxx 2018-ci il qeyd edilmiş səhifəsində “200 m Şəfəq Namiq +4m” sözləri qeyd olunmuş Namiq adlı şəxs o, deyil, bunlar hamısı yalan məlumatdır. O, torpaq almağa görə yox, ailəvi çətinliyinə görə Rövşəndən 1200 manat borc almış, həmin pulu da qaytarmışdır. xx xxxxxx 2019-cu il tarixdə Rövşənlə telefonda danışmış və həmin danışığı yuxarıda qeyd etmişdir. Rövşən ona “səni tapmaq olurki?!, məni pul maraqlandırmır, qardaş sən mənim başıma oyun açdın, elə bilki mənim başımı pambıqla kəsdin” sözlərini deməmişdir. Rövşən ona Bakıda torpaq almaq istədiyini demişdir, Elnura da ola bilsin telefonda onu demişdir, lakin o, Rövşənə torpaq almamış, Elnura da belə bir söz deməmişdir. Rövşən intihar etməmişdən qabaq Elnura deyib ki, gedək Namiqin üzünə dur ki, guya Namiqə torpaq almaq üçün pul verib. Elnur isə bununla razılaşmamışdır. Ona dayısı oğlu Şahid11 bildirmişdir ki, “Elnur ona deyib ki, Rövşən Elnurdan Namiqin üzünə durmağı təklif edib”. O, Rövşənlə kirvədir, kəndə gəldiyinə Rövşən, Elnur o və adını bilmədiyi usta ilə birlikdə kafedə yemək yeməyə getmiş, həmin vaxtı Rövşən də gedib evdən araq gətirmişdir. Onun Rövşənlə başqa söhbəti olmamışdır. O, Rövşəndən 8000 manat pul almamışdır. Rövşənin onda şəxsiyyət vəsiqəsi yoxdur. Bu məlumatlar hamısı yalandır, o nə torpaq almış, nə də ki, torpaq satmışdır. Hazırki iş üzrə zərərçkmiş şəxsin hüquqi varisinin məhkəmədə dediklərinin heç bir hüquqi əsası yoxdur, bu işdə onun Rövşəndən 8000 manat miqdarında pul alması heç bir sübutla öz təstiqini tapmır. İbtidai istintaqın və məhkəmənin gedişatından olduqca narazıdır. Belə ki, cinayət işinin materialları ilə istintaq qurtardıqdan sonra o, tanış olmamışdır, həmin protoldakı imzalar ona məxsus deyil və kiminsə tərəfindən saxtalaşdırılmışdır, bundan başqa istintaq vaxtı onun ifadələri alınarkən o, müdafiəçi ilə təmin olunmamışdır, müdafiəçinin iştirakı olmadan dindirilmişdir. Bütün bu prosessual pozuntuları o, məhkəmə prosesində desə də məhkəmə tərəfindən nəzərə alınmamış və cinayət işi ibtidai istintaqa rəhbərlik edən prokurora qaytarılmasına dair qərar qəbul edilməmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Rövşənlə sinif yoldaşı olduğu üçün və aralarında həmiqə səmimi münasibət olduğundan 8000 manat miqdarında pulu ondan almıdığı təqdirdə onun ailəsinə verməyə hazırdır və ailə üzvləri həmin pulu da bir neçə dəfə Zərərçəkmiş şəxs təklif etsələr də sonuncu onunla barışmadığını bildirərək pulu qəbul etməkdən imtina etmişdir. O, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2001-ci il tarixdə anasının dayısı oğlu Qurbanov Rövşən Ənvər oğlu ilə ailə həyatı quraraq Goranboy rayonu Şəfəq kəndinə köçərək orada yaşamış, 2001-ci il tarixdən 2014-cü il tarixədək Goranboy rayonu Qaraçinar kənd orta məktəbində riyaziyyat müəllimi, daha sonra 2014-cü il tarixdən bu günədək rayonun Şəfəq kənd tam orta məktəbində riyaziyyat müəlliməsi işləyir. Goranboy şəhərində “Ümid” kursunda dərs deyir, əlavə olaraqda repititor kimi çalışır. Onun Rövşən Qurbanovla birgə nikahdan 2 övladı var, onlardan Əsmər adlı qızı 2006-cı il təvəllüdlü, Ülvi adlı oğlu isə 2011-ci il təvəllüdlüdür. Əri Rövşən Qurbanov orta təhsilli olmuş, təxmini olaraq 1990-cı il tarixdə Rövşən Rusiya Federasiyasına hərbi xidmətə getmiş, daha sonra 1991-1992-ci illərdə Azərbaycanda müharibə getdiyindən geri qayıdıb könüllü olaraq Tərtər rayon ərazisində döyüşmüşdür. 1996-cı il tarixdə təxris olaraq hərbidən geri qayıtmışdır. 1990-1991-ci il tarixlərdə qaynatası X1 örüş sahələrində kənd camaatının mal-qarasını otararkən yerli erməni sakinləri tərəfindən saxlanılıb, həmin vaxtı Rövşən də atasına yemək apararkən həmin ermənilər tərəfindən saxlanılaraq tutulmuşdur. Atası Ənvərinin təkidindən sonra ermənilər Rövşəni buraxmış, atası Ənvəri isə saxlamışlar. Sonra müəyyən olunub ki, bizimkilər də erməni çobanlarından birini tutublar və Rövşənin atası ilə həmin çobanı dəyişdirilmişlər. Rövşən 1996-cı il tarixdə hərbi xidmətdən təxris olduqdan sonra yaşadıqları kənddə kənd təsərrüfatı və ustalıqla məşğul olmağa başlamışdır. Rövşən xaraktercə mülayim adam olmuş, ailəcanlı, hədsiz qürurlu biri olmuşdur, Rövşən ailədə, qohumları və dostları arasında ədalətli biri kimi tanınmışdır, kənddə hər hansı yetimin evində ustalıq iş olurdusa təmənnasız işləyirdi. O, özü ankoloji xəstədir və bununla bağlı olaraq demək olar ki, hər 6 aydan bir Sumqayıt şəhərinə gedib qohumları gildə qalaraq 10-15 gün müddətində müalicə alır, lakin o, hər dəfə qohumlarıgildə gedib qalarkən utanır və bu səbədən, həmçinin gələcəkdə uşaqların oxumaqlarına görə əri Rövşən Qurbanova həmişə deyirdi ki, Sumqayıt və ya Bakı şəhərində ipoteka ilə ev götürüb yavaş-yavaş ödəsinlər və həkimə gedəndə də öz evlərində qalsınlar. Rövşən də onunla razılaşmış və demişdir ki, “bəlkə ucuz torpaq götürək, özümdə tikərəm.” Torpaq almaq məsələsini qətiləşdirdiklərinə görə xx xxxx 2018ci il tarixdə onun adına Goranboy rayonunda yerləşən Kapital bankdan 8000 manat kredit götürmüşdür, lakin onun adında əvvəlcədən kredit olduğundan həmin 8000 manat digər borcunun üstünə gəlmiş, həmin pulu əllərinin altında hazır saxlamışlar ki, ucuz torpaq düşərsə dərhal pulunu verib alsınlar. Kredit götürdükdən sonra təxmini 2018-ci ilin avqust ayının əvvəllərində Rövşən evdə demişdir ki, sinif yoldaşı Təqsirləndirilən şəxs kəndə gəlmiş və Rövşən ev tikən zaman Namiq gəlib onunla görüşüb. Həmin vaxt yanlarında sinif yoldaşı Şahid4, Rafiq Abdurrəhmanov və Şahid6 da olmuşdur. Söhbət zamanı Rövşən bildirib ki, mən də bəlkə şəhərdən ipoteka ilə ev götürdüm, həmin vaxtı Namiq Rövşənə bildirib ki, “evi neynirsən, sənə ucuz torpaq tapım al və orada ev tik.” Rövşən də cavabında bildirib ki, “ucuz torpaq tapsan mənə xəbər et.” Həmin gündən təxminən 2-3 gün sonra Namiq Rövşənə zəng edərək bildirib ki, ucuz torpaq tapıb, gələndə söhbət edərlər. Bu söhbətlərin hamısını ona Rövşənin özü danışmışdır. Bir neçə gün keçdikdən sonra yəni, 2018-ci ilin avqust ayının əvvəllərində, o, evdə olarkən Rövşən tələsik evə daxil olmuş və ona bildirmişdir ki, “həmin götürdüyümüz kreditdən təcili 2000 manat ver, Namiq gəlib, ona torpağa görə beh verirəm.” O, Rövşənə bildirmişdir ki, “bu az pul deyil, gəl bu pulu notarius qaydasında verək.” Rövşən cavabında demişdir ki, “Namiq mənim evimdə duz-çörək kəsib, biz qardaşıq, o, mənə heç vaxt kələk gəlməz.” Daha sonra axşam tərəfi Rövşən evə gəlmiş və onlar söhbət edərkən demişdir ki, “heç olmasa həmin pulu kiminsə yanında verdinmi, gələcəkdə problem olsa şahid olsun.” Rövşən cavab olaraq bildirmişdir ki, “Elnurun və Rafiqin yanında verdim, Namiq Sulutəpədən ucuz torpaq tapıb, 3 sot alıram, sotu 1200 manatdan, cəmi 3600 manat pul edir”. Onun yadında qaldığı qədəri ilə 2018-ci ilin avqust ayının ortaları olarmış ki, Rövşən demişdir ki, Namiq zəng edib torpağa baxmağa çağırır və deyir ki, üstündə də pul olsun ki, lazım olar. Rövşən həmin vaxtı Şəfəq kənd icra nümayəndəliyindən Abşeron rayon İcra Hakimiyyətinə təqdim etmək üçün arayış, öz şəxsiyyət vəsiqəsini və 1000 manat pul götürüb ustabaşı Rafiqdən icazə alaraq sübh səhər tezdən Bakı şəhərinə Namiqlə görüşməyə getmişdir. Rövşən həmin gecə evə qayıtmış və demişdir ki, “gedib Sulutəpədə, Hökməlinin kruqunda torpağa baxdım, yaxşı yerdədir, bizə ucuz düşüb, Namiqə də orada 1000 manat torpağın sənədləşməsinə pul və icra nümayəndəliyindən aldığı arayışı verib, qalan pulu isə Namiq demişdir ki, zəng edəndə göndərərsən.” Daha sonra xx xxxxxx 2018-ci il tarixdə Rövşən evdən 1600 manat pul götürmüş ki, Namiq zəng edib torpağın qalan pulunu istəyir. Rövşən həmin günü 1600 manat pulu Ağcakənd-Bakı marşurutunun sürücüsü olan Elxan adlı şəxsdən Namiqə göndərmişdir. Sonra Rövşən ona demişdir ki, “Namiq deyir ki, sentyabr ayının axrı sənin sənədin hazır olacaq.” Daha sonra Namiqdən bir xəbər çıxmamışdır. Bundan sonra onlar az vaxt keçdikdən sonra 2018-ci ilin sentyabr ayının ortalarında Rövşən ona demişdir ki, “Namiq zəng edib 500 manat borc pul istəyir,maşını xarabdı, bizə torpaq alır, verməsək ayıb olar”. Təxminən 2018-ci ilin sentyabr ayının 10- 15-i arası olarmış ki, Rövşən 500 manat pulu marşurutla Namiqə göndərmişdir. Daha sonra, yəni Rövşən Namiqin onu aldatmasını biləndən sonra ona demişdir ki, “həmin 500 manat pulu da ondan torpağın sənədləşməsinə əlavə pul lazım olduğu üçün, sən deyinməyəsən deyə borc istədiyini ona demiş, o isə Namiqə narazılığını bildirərək, bu torpaq nə qədər pul aparır, amma neyleyek day almışıq, ona görə göndərdim” sozlərini demişdir. İndi başa düşmüşdür ki, Namiq həmin pulu da aldatmaq niyyəti ilə onlardan alıb. Bir müddət sonra Rövşən demişdir ki, “Namiq zəng edib deyir ki, torpaq sahibinin həmin onlar aldığı torpağa bitişik 2 sot torpağı var, onu 2 sot olduğuna görə nə sata biləcək, nə də ki, ev tikə biləcək, həmin səbəbdən bizim sənədinin hazır olması gecikir, ev sahibi deyir ki, 2 sotuda həmin torpaqlarla bir yerdə satır, 2400 manatda həmin 2 sot torpağa görə istəyirlər”. 2018-ci ilin sentyabr-oktyabr ayları olmuşdur ki, Rövşənin sinif yoldaşı Oqtayla Bakı şəhərində Sulutəpədə övladına toy edərkən Rövşən Şahid4la birlikdə toy məclisində iştirak etmək üçün getmişlər. Həmin vaxtı Rövşən də qalan 2 sot torpağı almaq üçün 2400 manat pulu evdən götürüb yola çıxmışdır. Namiqdə toyda olacağına görə pulu orada Namiqə verəcəkmiş. Rövşən toydan gəldikdən sonra ona demişdir ki, “Namiq deyəsən bizə atıb, Namiq toya gələrkən başındakı papağı gözünün üstünə kimi çəkmişdi, kurtkasının da varatnikini qaldırmışdı, mən ondan zarafata şpyon kimi niyə geyinməyini soruşdum, Namiqin elə bil həmin vaxtı quyruğunu basdım, mənə qabardı, daha sonra Namiqə demişdir ki, torpaq işi yaman uzanır, Namiq demişdir ki, burada yox idim, Rusiyadaydım, mən çörəyimi Rusiyadan qazanıram, sonra biraz içdik, içəndə o Namiqə söz atmağa başladı ki, sənin oğlun əsgərlikdə olarkən birlikdə yanına gedəndə sən pozisyalarımızın şəklini yaman çəkirdin, uşağın yanından gələn kimi də təcili Rusiyaya getmisən, nə məsələdi?! Namiqin ona nə cavab verməsi yadımda deyil, ancaq söhbəti necə fırlatdısa mənimlə Elnuru götürüb kafeyə apardı, orada bir xeyli içki içdik, həmin vaxtı da 2400 manat pulu Namiqə verdim ki, həmin 2 sotuda alıram, sənədləri hazırla, daha sonra Namiq bizə dedi ki, sizi başqa yerə aparacam. Yolda gedərkən Namiqlə Elnur qabaqda gedirdi, Rövşən isə arxada, həmin vaxtı Namiq telefonla Fərhada zəng edib dedi ki, Fəli Rövşənlə Elnuru səni apardığım yerə aparıram. Daha sonra onlar evə bənzər bir yerə çatırlar, Elnurla Namiq həmin yerin qapısını açıb içəri girdilər, Rövşən isə hələ arxada gəlirmiş. O, həmin qapıya çatırmış ki, Elnur özünü atdı çölə, Rövşən içəri daxil olduqda içəridə əxlaqsız qadınlaın olduğunu göriışdır. Rövşən çölə çıxdıqda Elnur Namiqə «bizi bura niyə gətirmisən» sualını vermişdir. O da həmin vaxtı başa düşmüşdür ki, bura pozğunxanadır. Onlar içəri girməyərək Goranboya qayıtmışlar. Rövşən daha sonra ona demişdir ki, «amma Şəhla nəsə elə bilirəm ki, bu Namiq maşennikdir». Daha sonra Namiq Rövşənə zəng edib demişdir ki, torpağın peyklə sənədləşmə işləri üçün 300 manat pul göndərməlidir. Rövşən həmin pulu 2018-ci ilin təxminən oktyabr ayının əvvəllərində marşurutla göndərdi. Həmin ərəfədə Namiq birdə zəng edib Rövşənə deyib ki, “torpaq sahibi öz torpağı ilə sənin torpağın arasından hasar çəkir, bir kubik maşına görə yarı pulunu, yəni 200 manat göndər” Həmin pulu da 2018-ci ilin oktyabr ayının 10-11 -i olardı ki, Rövşən Namiqə marşurutla göndərdi. Həmin vaxtdan sonra Namiqdən səs-soraq çıxmadı. Rövşən həmin vaxtı Namiqlə əlaqə qurmağa çaılşsa da onunla əlaqə qura bilmədi, lakin dayısının yas yerində öyrəndi ki, Namiq Rusiyadadır. 2018-ci ilin fevral ayının əvvəllərində Rövşən Namiqə bir daha zəng etdi, lakin zəng çatmadı, həmin vaxtı Namiqin adını bilmədiyi kiçik oğluna zəng edib atasının harada olmasını soruşub, Namiqin oğlu cavab verib ki, “atamı tutublar, Kürdəxanı türməsindədir.” Rövşən deyib ki, atana deyərsən mənimlə əlaqə saxlayar. Həmin vaxtı Namiq Rövşənə zəng edib və qısıq səslə danışıb ağlayaraq deyib ki, “mənə 1500 manat pul göndər, oğlum qabağına çıxıb götürər, həmin pulu verim türmədən çıxım, Masazırdakı evini satdığa qoyub, satıb səndən əvvəl aldığı pulları da, indiki puluda qaytaracaqdır.” Rövşən Namiqə cavab verib ki, “yaxşı baxaram.” Həmin vaxtı onun xəbəri olmadan Rövşən Bakı şəhərinə yola düşüb. Rövşən həmin günü ona zəng edib ki, torpağın sənədinin arxasınca Bakı şəhərinə gedib. Həmin günün səhəri Rövşən zəng edib ki, “Namiqin anasının nömrəsini mənə ver, bunlara zəng çatmır.” O, Namiqin anası Məleykənin nömrəsini tapıb Rövşənə verib. Rövşən Bakıya getdikdən 2 gün sonra qayıdıb və Bakı şəhərində nə olması barədə danışaraq bildirib ki, “Bakıda Namiqin oğluna zəng edib, Bakıdayam gəl Kürdəxanıya atanın yanma gedək, oğlan isə telefonu onun üzünə söndürüb, sonra nə atasına, nə də oğluna zəng çatmayıb, Rövşən daha sonra sinif yoldaşı X8 türməsinə getmişdir. Orada maraqlandıqda, Təqsirləndirilən şəxs Kürdəxanı türməsində olmadığını, lakin 2010-cu il tarixdə Kürdəxanı türməsində yatdığını öyrənmişdir. O daha sonra Oqtayla Abşeron icra Hakimiyyətinə gedərək adına torpaq olub-olmamasını öyrəndikdə, orada onun adına torpaq olmadığını bildirmişlər. Rövşən Namiqin anasına zəng etmiş ki, şəxsiyət vəsiqəsi Namiqdədir, necə ala bilər?, anası da cavab vermişdir ki, o, Namiqlə yaşamır, onunla da heç maraqlanmır.” Rövşən Bakıdan gəldikdən sonra aldadıldığını öyrəndiyinə görə stres vəziyyətində hərəkət edirdi, qanı qara gəzirdi. O, bu şəbədən Namiqin anası Məleykəyə zəng edərək bildirib ki, Namiq onların başına belə bir oyun açıb. Həmin vaxtı anası təəcüblənərək Namiqə qarğış etməyə başlayıb. Rövşən daha sonra bildirib ki, “mən istəyirəm Namiqi polisə şikayət edəm.” Rövşən 102 xidmətinə şikayətini bildirib. Sonra Rövşəni sahə rəisi İlqar çağırıb qəbuluna, orada Rövşən şikayətini bildirib və deyib ki, “mənə puldan vacib şəxsiyyət vəsiqəsidir o da Namiqdədir, onu almağa kömək et.” Sonra Rövşən intihar etməmişdən bir həftə əvvəl sahə rəisi Şahid7 kəndlərinə gəlib və Rövşəni yanıına çağırıb ki, “Namiqi tapmışıq, Namiq səndən pul almasını danır.” Həmin vaxtı Rövşənin yanında Namiqlə İlqar telefon əlaqəsi saxlayıblar, Namiq İlqara deyib ki, “mən Rövşəndən oğlunu əsgərlikdən saxlatmağa görə cəmi 1500 manat borc almışam, məndə Rövşənin video görüntüləri var, sən bilmirsən o necə adamdı, yadından çıxartmaki əsirlikdə olan adam olub, 3-cü 4-cü günü gəlib zapisləri göstərəcəm.” Sahə rəisi telefonu bağladıqdan sonra Rövşənə deyib ki, “sən apasnı adamsan deyəsən, bu nə danışır belə?!” Rövşəndə cavab verib ki, “əsirlikdə olan adama cinayət işi düşür?!” Sonra Rövşən evə gəlib bunları danışıb. O, Rövşənə soruşanda ki, “səndə nə səs yazısı ola bilər ki?” Rövşən ona bildirmişdir ki, “Bakıda Namiqə şpyon demişəm deyə onu içirdib və ağzından nə söz alıb bilmirəm.” Rövşən, düşmən tərəfə əsir düşməsinin ictimayiləşməsindən və bunun onun qohumlarına hər hansı formada zərərin dəyməsindən qorxurdu. Namiq də onun zəyif yerini tapmışdır və bununla ona pulunu tələb etməsin deyə təyziq edirdi. Daha sonra Rövşən Sumqayıt şəhərinə gedərək qardaşı Şahid1la görüşüb geri qayıdıb. Rövşən intihar etməzdən əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə Namiq Rövşənə zəng edib və onlar nəsə danışıblar, həmin vaxt Rövşən bildirib ki, “səni tapmaq olurki?!, məni pul maraqlandırmır,qardaş sən mənim başıma oyun açdın, elə birincisi mənim başımı pambıqla kəsdin”. Rövşən telefonu bağladıqdan sonra o, soruşub ki, “Namiq nə deyir?” Rövşən cavab verib ki, Namiq deyir «pulu da qaytarılacaq, torpaqda alınacaq, gələrəm danışarıq”. Həmin söhbətdən sonra Rövşən tamamilə dəyişdi və qanı qaraldı, qabağında olan yeməyi belə yeyə bilmədi. Həmin gecə saat 3 radələrində Rövşənin yatmadıtını görüb dərhal Rövşənin gecə yarısı harda olması ilə maraqlandıqda Rövşənin evdə gəzdiyini görmüşdür. Rövşən ona demişdir ki, “su qoy çiməcəm, sabah mədəm ağrıdığna görə həkimə gedəcəm.” xx xxxxxx 2019-cu il tarixdə səhər işə gedib, birinci dərsə girəndə Rövşənə görə özünü narahat hiss etdiyi üçün Rövşənə zəng edib bir yerdə həkimə getməyini demək istəsə də Rövşən telefonu qaldıramamışdır. Saat 12 radələrində evə gəlib Rövşənin evdə olmadığını görüb, lakin çöl paltarları evdə olduğunu gördüyü üçün yaxınlıqda olduğunu bilmişdir. Həyəti gəzib daha sonra tövləyə yaxınlaşdıqda Rövşənin qanlı vəziyyətdə yerdə uzandığını və yanında da tüfəng olduğunu gördükdə o, başa düşmüşdür ki, Rövşən intihar etmişdir. Rövşənin qanlı vəziyyətdə yerdə uzanmasını qızı görəndə bir günün içində qara saçları ağarmışdır. Rövşənin özünü öldürməsinin səbəbi Namiqin onu şantaj etməsi ilə əlaqəlidir. Pula görə Rövşən heç vaxt özünü öldürməzdi. Namiq Rövşənin əsirlikdə olduğundan istifadə edərək güya onun düşmən tərəfinin agenti olduğunu və bu barədə məlumatları sosial şəbəkələrdə yayacağını bildirdikdən sonra Rövşən hərbidə vəzifədə olan yaxın qohumlarının nüfuzlarına xələl gəlməməsi üçün özünü öldürmüşdür. Bundan başqa o, ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən ona vurulmuş ziyanın ödənilməsi təklif olunsa da o, pulu qəbul etməkdən imtina etmişdir. O, Namiqlə heç vaxt barışmayacağını və Rövşənin özünü öldürməsinin səbəbkarı kimi onu gördüyünü bildirmişdir. Namiq məhkəmə prosemində özünü təqsirli bilməmiş, və iyanə formasında ona pul təklif etmişdir. O dilənçi olmadığını və belə niyyətlə verilən pulu o, heç vaxt qəbul edə bilməz. O, məhkəmələrə inandığını bildirərək Namiq barəsində qanuna uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, və qardaşı Şahid8 2004-cü il tarixdən Bakı-Ağcakənd istiqamətində avtobus sürücü işləyirlər. Onlardan başqa həmin istiqamətdə sürücülük edən yoxdur. Bəzən oğlu Sadiqdə onun yerinə sürücülük edir. Onunla kimsə Bakı şəhərinə pul və ya hər hansı əşya göndərərkən kitabçada qeyd aparır. Onların idarə etdikləri avtobuslarda sakinlər tərəfindən göndərilənləri yazmaq üçün 3 dəftərləri mövcuddur. Mərhum Rövşən Qurbanovu Şəfəq kənd sakini kimi tanımış, aralarında heç bir düşmənçilikləri və ədavətləri olmamışdır. xx xxxxxx 2018-ci il tarixdə Rövşən Qurbanov ona zəng etmişdir ki, “sabah səndən Bakıya pul göndərəcəm.” xx xxxxxx 2018-ci il tarixdə səhər saat 08 radələrində Rövşən Şəfəq kəndində dayanacaqda onu gözlədiyini görmüşdür. Ona Rövşən orada zərfin içində pul vermişdir. O, Rövşənin yanında həmin zərfi açaraq içərisində olan pulu çıxarıb saymış və həmin pulun 1600 manat olduğunu görmüşdür. Rövşən ona bildirmişdir ki, bu pulu Təqsirləndirilən şəxs gəlib səndən Bakı avtovağzalında götürəcəkdir, həmçinin Rövşən əlavə olaraq bildirmişdir ki, “Namiq sənin yanında mənə zəng vursun pulu sonra ver ki, pulu səhvən başqasına verməyəsən.” O da həmin pulu zərfə qoyub Bakı şəhərinə gəlmişdir. O, yolda olarkən Namiq adlı şəxs və rəhmətlik Rövşən bir neçə dəfə ona zəng etmişlər ki, “nə vaxta çatarsan?” o, da onlara saat 13 radələrində çatacağını bildirmiş, həmin gün, yəni xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksində o, pulu verəcəyi şəxslə Rövşəni danışdırmış, Rövşən ona «pulu ver» dedikdən sonra o, pulu Namiq adlı şəxsə vermişdir. Namiqin sifət quruluşu onun yadında qalmayıb, çünki gün ərzində o, çox sayda insanlarla ünsiyyətdə olurdu. O, ifadəsində daha sonra bildirmişdir ki, Rövşən qardaşı Şahid8 idarə etdiyi avtobusla Bakı şəhərinə Namiqə pul göndərimişdir. Rövşənin onun vasitəsi ilə Namiqə göndərdiyi 1600 manat pulu öz qara-qəhvəyi ranəgli dama-dama kitabçamda 20-ci səhifədə qeyd etmişdir və həmin kitapçanı da Goranboy rayon prokurorluğuna təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, mərhum Qurbanov Rövşən Ənvər oğlunu tanıyır, 1-ci sinifdən 10-cu sinifə qədər bir yerdə oxumuşlar, onunla münasibətləri yaxşı olmuşdur, heç vaxt düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs da tanıyır, bir il bir sinifdə oxumuşlar. Rövşən Qurbanovun özünü öldürmə səbəbini bilmir, Rövşənin onun bildiyi qədəri özünü öldürmək üçün heç bir səbəbi olmamışdır. Rövşən Qurbanovu son dəfə təxminən ölümündən 5-6 gün əvvəl axşam tərəfi saat 08-09 radələrində Şəfəq kəndində yerləşən çayxanada görmüş, həmin vaxtı onunla oturub söhbət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə Şəfibəyli kəndində, kənd sakinlərindən birinin evində fəhləlik edərkən iş yoldaşı, Şəfəq kənd sakini Raqif Nəsibova zəng gəlib ki, Rövşən özünü güllə ilə vurub. Onlar təxminən günorta saat 14 radələrində Rövşənin yas mərasiminə gediblər. Rövşən Qurbanovun bildiyi mobil nömrəsi ***-***-**-** və ***-***-**-** olmuşdur. Rövşən Qurbanovun intihar etməsininin səbəbini bilmir. Rövşən Qurbanovla Şəfəq kəndində son dəfə çayxanada oturan zaman Rövşən ona bildirmişdir ki, “sinif yoldaşımız Təqsirləndirilən şəxs mənə pul borcludur, lakin ala bilmirəm.” Daha sonra Rövşən bildirmişdir bu barədə o, 102 xidmətinə məlumat vermişdir. Mərhum Rövşən Qurbanovun mobil telefonunda olan səs yazısı onunla Rövşənin arasında olan danışıq səsidir. Həmin səs yazısı ilə bağlı onu deyə bilər ki, Rövşən Qurbanov onun yanında Təqsirləndirilən şəxs pul verməmişdir, lakin Rövşən ona deyib ki, “Namiq mənə Sulutəpədən torpaq alıb”. Bir dəfə 2018-ci ilin avqust ayında Rövşən Qurbanov ona zəng edib ki, “Bakıdayam, Namiqlə bir yerdəyəm, Sulutəpədən torpaq almışam”, daha sonra Rövşən telefonu Namiqə verib və Namiqlə hal-əhval tutublar, Namiq də ona deyib ki, “Rövşənə də Sulutəpədən torpaq aldıq”, cavabında o, Namiqə «Allah xeyir versin» sözlərini demişdir. Namiq 2018-ci ilin avqust ayında Şəfəq kəndində onlar tikintidə işləyərkən oraya gəlibmiş, həmin vaxtı Namiqlə Rövşən kənarda durub söhbət edirmişlər, onların nə barədə söhbət etmələrini eşitməmişdir. Rövşən 2019-cu ilin fevral ayında deyib ki, Namiq ona torpaq almaq adı ilə pul atmışdır, həmin pulun miqdarını ona deməyib, Rövşən Namiqin onu aldatmasını dediyi vaxta qədər elə bilirmiş ki, Rövşən artıq torpaq almışdır. Onlar toydan əvvəl bir yerdə, yəni o, Rövşən və Namiq kafedə oturub pivə içmişlər, sonra toyda iştirak ediblər, toydan sonra Namiq onları adını və yerini bilmədiyi bir yerə aparıb, orada içəri giriblər, həmin yerdə əxlaqsız qadınların olduğunu görüb orada üçü bir yerdə çölə çıxıblar. Rövşənin Namiqə 2400 manat verməsinin şahidi olmamış, lakin Rövşənlə Namiq toy vaxtı ikisi çölə çıxıb təklikdə söhbət etdiklərini görmüşdür. Torpaq almaq məsələsini telefonda Namiq özü ona Rövşənin yanında demişdir, lakin pul alıb verilməsi məsələsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə prosesində şahid qismində dindirimliş Şahid1 ifadəsində göstərmişdir ki, 1984-cü il tarixdən 1988-ci il tarixədək Rusiya Federasiyasında Hərbi Akademiyada təhsil almışdır. 1988-ci il tarixdən 1991-ci il tarixədək Qazaxıstan Respublikasında hərbçi kimi işləmiş, 1991-ci il tarixdən 2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdə olmuş, hal-hazırda N saylı hərbi hissənin Yaşma ərazisində yerləşən Yanğından Mühafizə komandasında mülki işçi kimi heyət rəisi vəzifəsində işləyir. X20 əvvəllər savxozda və kənd orta məktəbində zavxoz və mühafizəçi işləmiş, 2018-ci il tarixdə vəfat etmişdir. X14 Şəfəq kənd orta məktəbində xadimə işləmişdir, hal-hazırda təqaüddədir. Ailədə 3 oğlan və 2 qız övladı olmuşlar. Ondan kiçik qardaşı Tofiq Qurbanov 1968-ci il təvəllüdlüdür, o, Azərbaycan Respublikası ərazisində yaşamır, təxminən 1992-ci ildən X5 şəhərində yaşayır. X15 Şəfəq kəndinə ərə getmiş, hal-hazırda həmin məktəbdə ibtidai sinif müəlliməsi işləyir, digər bacısı Minarə Qurbanova isə Şəfəq kəndində ərdədir, evdar qadındır. Mərhum qardaşı Qurbanov Rövşən Ənvər oğlu müharibə zamanı Tərtər rayon ərazisində könüllü batalyonda xidmət etmişdir. 1996-cı il tarixdə də hərbi xidmətdən təxris olmuş, kənd təsərrüfatı və ustalıqla məşğul olmuşdur. 2019-cu ilin yanvar ayınən əvvəllərində Şəfəq kəndinə Rövşəngilə, yəni ata yurduna qonaq gəlibmiş, həmin vaxtı Rövşənlə söhbət edərkən ona deyib ki, “Sulutəpədən torpaq alıram, sağ olsun Namiq ucuz tapıb sənədləri də o düzəldir, bu günə sabaha hazır olmalıdı, cəmi 8000 manat pulum çıxıb.” O, Allah xeyir versin demişdir. xx xxxxxx 2019-cu il tarixdə işdə olarkən qardaşı Rövşən ona zəng edərək “kəndə gələcəksənmi?” soruşmuşdur. O, “ola bilsin ki, gələ bilmədim, nə məsələdir?” soruşduqda Rövşən “telefon söhbəti deyil” cavabını vermişdir. O, Rövşənlə həmin günü axşam əlaqə saxlayanda, Rövşən “Bakıdayam, sizə gəlmək gecdi, Oqtay gildə qalacam, sizə səhər gələrəm” demişdir. xx xxxxxx 2019-cu il tarixdə səhər işdən çıxıb evə getdikdə Rövşənin onlarda olduğunu görmüşdür. Rövşən söhbət əsnasında “mədəm ağrıyır həkimə getmək istəyirəm” dedikdə “dur gedək.” dedim. Evdən çölə çıxanda Rövşən deyib ki, “məni torpaq məsələsində Namiq aldadıb”. Rövşəndən Namiqin nömrəsini alıb ki, Namiqlə özü danışsın. Rövşən əlavə olaraq bildirib ki, “Namiqin oğlu mənə demişdi ki, Kürdəxanıda türmədəyəm, mən də getdim türməyə və Namiqin orada olmadığını öyrəndim, dəqiqləşdirdim ki, Namiq mənə 8000 manat pulumu atıb, 102 xidmətinədə zəng edib şikayət etdim, bundan sonra sahə rəyisi onu yanına çağırtdırdı və Namiqə zəng edəndə Namiq sahə rəisinə dedi ki, o, yadından çıxarmasın ki, erməni əsirliyində olub, onda hansısa zapislərdə var, 3-4-cü günü gəlib göstərəcəm.” Rövşəndən bu zapislərin nə olduğunu soruşduqda, Rövşən hansı zapislərin oduğunu bulmədiyini dedi. Lakin üstü örtülü dedi ki, “ola bilsin ki, bir yerdə oturub yeyib-içən zaman içkili vəziyyətdə bilmədən nəsə danışmışıq, o da səsini yazıb ya da ki, videoya çəkib.” O, Rövşənə deyib ki, “bəlkə səni bu şantajlarla pulu verməkdən imtina etdirmək istəyir, heç ortada bir şey yoxdur bəlkə.” Rövşən də deyib ki, “məndə bilirəm ki, bir şey yoxdur, amma Namiqdən şübhələnmişəm ki, bu erməni casusu ola bilər, bu pazisyada oğlunun yanında olanda şəkillər çəkirdi, onun “Odnoklasnik” səhifəsində ermənilərlə dostluq etdiyini görmüşəm.” həmin vaxtı Namiqə zəng edib və deyib ki, “Namiq bu nə məsələdir, Rövşənlə sən qardaş kimi olmusan, qulağıma bəzi xoşagəlməz söz-söhbətlər çatıb” həmin vaxtı Namiq sözünü kəsərək cavab verib ki, “mən 1 saatdan sonra Sizə zəng edib danışaram.” Daha sonra Rövşən deyib ki, “mal-heyvan yiyəsizdir, mən gedim kəndə.” Rövşəni avtovağzala aparıb yola salıb. Son dəfə Rövşəni həmin vaxtı görüb. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Rövşənin yoldaşı Şəhla ona zəng edərək qışqırıb bağırırdı və həmin vaxtı Rövşənin özünü vurduğunu deyib. O, Rövşənin qardaşı kimi onun ölümünün səbəbini Namiqin onu şantaj etməsində görür, çünki Rövşən şəxsiyyət vəsiqəsinin Namiqdə olmasından çox narahat idi, o, qorxurdu ki, Namiq onun adından sosial şəbəkələrdə nələrsə paylaşar, onun illər əvvəl əsirlikdə olmasının qohumlara ziyan vurmasından narahat olduğu üçün o, canına qəsd etdi. Nami qonu şantaj etməsəydi o, özünü öldürməzdi. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, tikintilərdə ustalıqla məşğul olur. Əvvəllər Goranboy rayonu Abbasqulular kəndində yaşasa da, rayonun Şəfəq kəndində torpaq aldığına görə 2017-ci il tarixdən həmin kəndə köçmüşdür. Həmin tarixdən də mərhum Rövşən Qurbanovla tanış olmuşdur, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Rövşən Qurbanov onunla bir yerdə ustalıq edirmiş, o, halal bir adam olmuş, hər kəslə xoş münasibət qururdu, çaılışırmış ki, hər kəsə yaxşılıq etsin. 2018-ci ilin avqust ayının əvvəllərindən Şəfəq kəndində müharibədən zədə görmüş və dövlət tərəfindən təmir edilən evdə onunla birlikdə Rövşən də orada usta işləyirdi. Rövşən bir dəfə söhbət zamanı ona deyib ki, “sinif yoldaşı Namiq ona deyib ki, Bakıdan sənə ucuz torpaq tapacam.” Tikintiyə yeni başlamışdılar ki, yəni 2018-ci ilin avqust ayının əvvəlləri olardı ki, Rövşən Qurbanov tanımadığı, adını sonradan bildiyi Namiq adlı şəxslə tikintinin yanında söhbət etdiyini görmüşdür. Həmin şəxsin kim olduğunu ustalardan soruşsa da tanımadıqlarını bildiriblər. Rövşən həmin şəxslə, yəni Namiqlə bir yedə nahara gediblər, nahardan qayıtdıqdan sonra Rövşən ona yaxınlaşıb ki, “bayaq söhbət etdiyim həmin dediyim sinif yoldaşım Namiqdir, mənə torpaq tapan dostum, xahiş edirəm 5 dəqiqə icazə ver gedim evdən pul götürüm Namiqə verim, o da məni çayxanada gözləyir” o, Rövşənə icazə verib ki, tez gəlsin. Təxminən Rövşən 15-20 dəqiqə sonra qayıdıb və həmin vaxtı ona bildirib ki, “Namiq mənə Abşeronda ucuz torpaq tapıb, mən də ona 2000 manat beh verdim.” Həmin hadisədən təxmini olaraq ya 15 gün, ya 1 ay keçmişdi ki, Rövşən işə gec gəlib və ondan işə niyə gecikdiyini soruşduqda Rövşən bildirib ki, “Namiqə torpağa görə avtobus şoferi Tacirdən pul göndərirdim, bağışla ona görə gecikdim.” Lakin həmin vaxtı Rövşən ona nə qədər pul göndərdiyini deməyib. Daha sonra Rövşən 2018-ci ilin sentyabr ayı olarmış ki, deyib ki, “Abşerondan aldığım torpağın sənədinə görə İcra nümayəndəliyindən arayış alıb Bakıya aparıb Namiqə verməlidir, həm də torpağa baxmaq istəyir.” O, bu səbəbə ona icazə verib ki, Bakıya getsin. 2018-ci ilin oktyabr-noyabr ayı olardı ki, Rövşən söhbət edərkən bildirib ki, “Abşerondan aldığım torpağa hasar çəkilməlidir, bir maşın kubikə görə 200 manat Namiqə pul göndərməliydir, bizim pulumuzu nə vaxt verəcəklər.” Həmin vaxt o, Rövşənə 200 manat verib ki, “pul veriləndə sənin əvəzinə mən götürərəm”. Daha sonra həmin pulu kiminlə göndərməsini o, bilməyib. Təxminən 2019-cu ilin fevral ayında Rövşən onlara qonaq gəlibmiş, həmin vaxtı söhbət edərkən ona deyib ki, “bu Namiq diyəsən onu aldadır, 8000 min manat pul vermişəm ortada heçnə yoxdur, şəxsiyyət vəsiqəm də ondadır, vəsiqəmlə nəsə bir problem yaradar, gərək gedim yeni vəsiqə alım”. Rövşən vəfat etməmişdən bir gün qabaq, yəni xx xxxxxx 2019-cu il tarixdə onlara gəlibmiş, bu barədə sadəcə onu deyib ki, “Namiqi tapa bilmir.” Bununla bağlı başqa söhbətləri olmamışdır. Rövşən Qurbanovun intihar etməsininin səbəbini o, bilmir. O, psixi cəhətdən normal insan idi. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Goranboy rayonu qaz idarəsində çilingər işləyir. Lakin maddi imkanı az olduğundan qeyri iş günləri tikintilərdə günəmuzd olaraq fəhlə işləyir. Mərhum Rövşən Qurbanov onun atasının dayısı oğludur, onunla münasibətləri yaxşı olmuş, düşmənçiliyi və ədavəti olmamışdır. Qeyri iş günləri tikintidə bəzən Rövşən Qurbanovla işləyirmiş. Rövşən yaxşı adam olmuş, hər kəslə xoş münasibət qururdu, çaılışırmış ki, hər kəsə yaxşılıq etsin. 2018-ci ilin avqust ayının əvvəllərində Şəfəq kəndində müharibədən zədə görmüş, dövlət tərəfindən təmir edilən evdə fəhlə işləyirmiş, onunla birlikdə Rövşən də orada usta işləyirmiş. Tikintiyə yeni başlamışlar ki, yəni 2018-ci ilin avqust ayının əvvəlləri olardı ki, görüb ki, Rövşən Qurbanov tanımadığı, adını sonradan bildiyi Namiq adlı şəxslə tikintinin yanında söhbət edir. Həmin şəxsin kim olduğunu daha sonra Rövşən özü deyib ki, sinif yoldaşı Namiqdir. Rövşən həmin şəxslə, yəni Namiqlə bir yedə nahara gediblər, Rövşən nahardan tək qayıdıb və ustabaşı Rafiqdən icazə alıb gedib. Həmin vaxtı Rövşənin niyə icazə almasını bilməyib. Rövşən 15-20 dəqiqə sonra geri qayıdıb. Rövşən həmin vaxtdan 5-10 gün sonra ona deyib ki, “Abşerondan torpaq almışam”. 2019-cu ilin əvvəllərində adı yadında qalmayan, qohumlardan kimdənsə eşidib ki, Namiq Rövşənə torpaq almaq bəhanəsi ilə pul almış və geri qaytarmamışdır. Lakin Namiqin Rövşəndən nə qədər pul almasını bilmir, həmçinin Rövşən onun yanında Namiqə pul verməmişdir, çünki Rövşən ondan böyük olub, onun yanında belə söhbətlər etmirdi. Rövşəni vəfat etməmişdən təxminən 3-4 gün əvvəl Qaraçinar kəndində yolun qırağında görüb, həmin vaxtı onunla salamlaşıb və ayrı söhbətləri olmayıb. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdən Bakı-Ağcakənd istiqamətində avtobus sürücüsü kimi işləyir. Ondan başqa Bakı-Ağcakənd istiqamətində atası Şahid3 və əmisi Şahid8 sürücülük edirlər. Onlardan başqa həmin marşrutda sürücülük edən yoxdur. Adətən atası Elxanın yerinə sürücülük edir. Onunla kimsə Bakı şəhərinə pul və ya hər hansı əşya göndərərkən dəftərdə qeyd aparır. Onların idarə etdikləri avtobuslarda sakinlər tərəfindən göndərilənləri yazmaq üçün 3 dəftərləri mövcuddur. Mərhum Rövşən Qurbanovu əvvəllər tanımamışdır, aralarında heç bir ədavət və düşmənçilikləri olmaışdır. Təxmini olaraq Rövşən onun yadında belə qalmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə Rövşən Qurbanov atası Elxana zəng edib ki, “sabah səndən Bakıya pul göndərəcəm.” xx xxxxxx 2018-ci il tarixdə səhər saat 08 radələrində Rövşən Şəfəq kəndində dayanacaqda onları gözlədiyini gördükdə Rövşən atası Elxana orada zərfin içində pul verib, atası Rövşənin yanında həmin zərfi açıb və pulu sayıb, həmin pul 1600 manat olub. Rövşən bildirib ki, bu pulu Təqsirləndirilən şəxs adlı şəxs gəlib Bakı avtovağzalında götürəcəkdir və əlavə demişdir ki, “Namiq sənin yanında mənə zəng vursun pulu sonra ver ki, pulu səhvən başqasına verməyəsən.” Atası da həmin pulu zərfə qoyub Bakı şəhərinə gediblər. Yolda olarkən Namiq adlı şəxs atasına zəng edib ki, “nə vaxta çatarsan?” atası da saat 13 radələrində çatacağmı bildirib. Sonra xx xxxxxx 2018-ci il tarixdə saat 13 radələrində onlar Bakı Beynəlxalq avtovağzalına çatıblar, o, həmin vaxtı başqa müştərilər ilə məşqul olan vaxt, Namiq adlı şəxs atasından pul götürmüşdür. O, Namiqin atasından pulu götürməsini görməmişdir və ümumiyyətlə Təqsirləndirilən şəxs adlı şəxsi tanımır. Rövşən Qurbanovun 1600 manat pulu Təqsirləndirilən şəxs hansı məqsədlə göndərməsi barədə məlumatı yoxdur, çünki sürücüdürlər və şəxslərdən hansı məqsədlə pul göndərdiklərini soruşmurlar. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1991-ci il tarixdə DİO-da işləyir, 2016-cı ilin dekabr ayından Goranboy RPŞ-nin İTB-də sahə rəisi vəzifəsində işləyir, xx xxxxxx 2019-cu il tarixdə ərazi olaraq müəyyən kədlərdə həmçinin Şəfəq kəndinə sahə müvəkkili kimi işləyir. Şəfəq kənd sakini Qurbanov Rövşən Ənvər oğlunu kənd sakini kimi tanımış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Rövşən Qurbanov 2019-cu ilin fevral ayının əvvəllərində Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmiş, bununla bağlı o, Rövşən Qurbanovun rayon polis şöbəsində izahatını alıb, Rövşən izahatında qeyd etmişdir ki, Təqsirləndirilən şəxs torpaq almaq üçün 8000 manat pul vermiş, lakin həmin iş alnınır. İcraatında olan şikayətlə əlaqədar o, Rövşəndən Təqsirləndirilən şəxs nömrəsini almışdır ki, Namiqə zəng edib proflaktik söhbət etsin. Bundan əvvəl Rövşənə şikayəti ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmişdir. Rövşənin xahişinə görə o, Təqsirləndirilən şəxs zəng edib, Namiq telefonda ona bildirib ki, “mən Rövşəndən cəmi 1500 manat borc pul almışam, həmin puluda torpaq məsələsinə görə yox, oğlum əsgər gedirdi deyə almışam, pulun da 1000 manatını qaytarmışam, cəmi 500 manat borcum qalmışdır. Rövşənin şəxsiyyət vəsiqəsi də məndə deyil, hazırda işim var, növbəti həftə gələrəm görüşüb ətraflı izah edərəm.” O, daha sonra Rövşənə deyib ki, “gedək evinizdə yoldaşından izahat alım, bəlkə o, nəsə bilir. Rövşən həmin vaxtı “yoldaşım bu məsələni bilmir, yoldaşım bilməsində”. Bununla bağlı ona bir daha mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasım izah edib. Daha sonra Rövşən Qurbanovu görməmişdir. xx xxxxxx 2019-cu il tarixdə məlumat daxil olub ki, Rövşən Qurbanov intihar etmişdir Rövşən Qurbanovun intihar etməsininin səbəbini bilmir. O, Namiqlə danışanda Rövşənin yanında telefonunu mikrofona qoymamışdır, Rövşən onların söhbətlərini eşitməmişdir. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2005-ci il tarixdən Bakı-Ağcakənd istiqamətində avtobus sürücüsü işləyir. Ondan başqa Bakı-Ağcakənd istiqamətində qardaşı Şahid3 və qardaşı oğlu Şahid2 sürücülük edirlər. Kimsə Bakı şəhərinə pul və ya hər hansı əşya göndərərkən dəftərlərində qeyd aparırlar. Onların idarə etdikləri avtobuslarda sakinlər tərəfindən göndərilənləri yazmaq üçün 3 dəftərləri mövcuddur. Mərhum Rövşən Qurbanovu tanımır. Rövşən Qurbanov onun vasitəsi ilə ümumiyyətlə heç bir pul və əşya göndərməmişdir. Rövşən Qurbanovun 1600 manat pulu qardaşı Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs göndərməsi barədə qeyd edir ki, həmin pulun göndərilməsini Elxan, Rövşən vəfat etdikdən sonra ona deyib. Rövşən Qurbanovun intihar etməsinin səbəbini bilmir, Rövşəni və Namiqi ümumiyyətlə əvvəllər tanımamışdır. Məhkəmə prosesində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, əvvəllər Goranboy rayonu Şəfəq kəndində yaşamış, lakin işlə bağlı 1998-ci il tarixdən Bakı şəhərində yaşayır. Əvvəllər sürücü işləmiş, hal-hazırda təqaüd alır. Mərhum Qurbanov Rövşən Ənvər oğlunu tanıyır, o, əmisi nəvəsidir, onunla qohum kimi normal münasibətləri olmuşdur. Rövşən Qurbanov adətən Bakı şəhərinə qonaq gələndə onun və ya qardaşı Ayazın evində qalırmış. Rövşən Qurbanovun özünü öldürmə səbəbini bilmir, onun bildiyi və gördüyü qədəri ilə özünü öldürmək üçün heç bir səbəbi olmamışdır. Rövşən hər zaman ailəsini düşünən biri olmuşdur. Rövşən Qurbanovu son dəfə ölümündən iki gün əvvəl, yəni təxminən 17 aprel Bakı Beynəlxalq avtovağzalında görmüş, Rövşən ona zəng edib ki, “şəhərdəyəm, rayona gedirəm, avtovağzaldayam”. Avtovağzalda onunla görüşüb və Ayazla birlikdə Rövşəni taksi ilə rayona yola salmışlar. Daha sonra xx xxxxxx 2019-cu il tarixdə ona kənddən qohumlardan zəng ediblər ki, Rövşən özünü öldürüb. Şahid4 həmkəndlisidir, Təqsirləndirilən şəxs da Rövşənin sinif yoldaşı kimi tanıyır, onlarla heç bir düşmənçiliyi və ədavəti olmayıb. Bəli, Rövşən Qurbanov, Şahid4 və Təqsirləndirilən şəxs onun övladının toy mərasimində iştirak etmişlər, onlar həmin toyda bir yerdə oturublar, lakin Rövşən Qurbanovun Təqsirləndirilən şəxs pul verməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs toy mərasiminə çağırmamış, lakin Namiq Rövşənlə zəngləşib həmin toya gəlibmiş. Rövşən, Elnur və Namiq toy mərasimində az iştirak ediblər, onlar birlikdə toydan çıxıb gediblər, lakin onların hara getməsi barədə onda məlumatı yoxdur. 2019-cu ilin fevral ayının təxminən 10-12-i olardı ki, Rövşən onun Bakı şəhərində yaşadığı evə gəlib bildirib ki, “dostum Namiqi tutublar, mənə 1500 manat pul tap onu çıxaraq” Rövşənə cavab olaraq bildirib ki, “Rövşən mənim pulum var? Gedək görək, hələ haradadır, niyə tutublar”. Həmin vaxtı Kürdəxanı türməsinə gediblər və orada Təqsirləndirilən şəxs türmədə olub-olmamasını maraqlanıblar, lakin oradan bildiriblər ki, bu adda adam hazırda türmədə yoxdur. Daha sonra Rövşənlə o, Abşeronda torpaq şöbələrinin birinə gəliblər və orada maraqlanıblar ki, Rövşənin adına torpaq var ya yox, orada bildiriblər ki, Qurbanov Rövşən Ənvər oğlunun adına Abşeron rayonunda torpaq yoxdur. Rövşən Namiqin oğlu ilə telefonda danışıb və deyib ki, “Namiq mənim pasportumu versin”, Namiqin oğlu Rövşənə deyib ki, “atam deyir ki, narahat olmasın özüm zəng edib danışacam”. Sonra o, Rövşəni rayona yola salıb. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayından Bakı-Ağcakənd istiqamətində avtobus sürücülüyündə atasına kömək edir, yəni atası yaşlandıqca tez yorulur deyə demək olar ki, onun əvəzinə işləyir. Onlardan başqa Bakı-Ağcakənd istiqamətində əmisi Şahid3 və əmisi oğlu Şahid2 sürücülük edirlər. Onlarla kimsə Bakı şəhərinə pul və ya hər hansı əşya göndərərkən kitabçada qeyd aparırlar. Onların idarə etdikləri avtobuslarda sakinlər tərəfindən göndərilənləri yazmaq üçün 3 dəftərləri mövcud olub, daha sonra o, 2018- ci ilin sentyabr ayından sonra 4-cü dəftəri tərtib etib. Nə mərhum Rövşən Qurbanovu, nə də ki, Təqsirləndirilən şəxs tanımır. Lakin atası Tacirin istintaqa təqdim etdiyi dəftərdə xx xxxxxxxx 2018-ci il tarixdə “500 m Şəfəq Namiq+5m” yazısı qeyd edilmişdir. Həmin yazını özü yazmış, həmin vaxtı göndərilənləri özü qəbul edib, o da təhvil vermişdir. Dəftərə qeyd apararkən göndərən şəxsin adını qeyd etmir, lakin kim göndərilən pulu və ya əşyanı qəbul edcəksə onun adını qeyd edir. Lakin onun 500 manatı kimin göndərməsi yadında qalmayıb. Həmin göndərilən 500 manat pulu da üstündən xətt çəkdiyinə görə xx xxxxxxxx 2018-ci il tarixdə saat 12-13 radələrində Biləcəridə yerləşən Bakı Beynəlxalq Avtovağzalında təhvil vermişdir. Təhvil alan Namiq adlı şəxsi tanımır. Hər gün yüzlərlə adam gördüyünə görə yadında qalmır. xx xxxxxxx 2018-ci il tarixdə Şəfəq kəndindən Bakı şəhərinə 200 manat Namiq adlı şəxsə pul göndərilməsi qeyd olunmuşdur. Həmin pulun kim tərəfindən göndərilməsi yadında deyil və xx xxxxxxx 2018-ci il tarixdə saat 12-13 radələrində həmin pulu Namiq adlı şəxs qəbul etmişdir. Namiq adlı şəxsi tanımır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Məhkəmə prosesində şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, əvvəllər günəmuzd olaraq tikintilərdə fəhlə işləmiş, lakin 2019-cu ilin yanvar ayından Goranboy rayonu Ağcakənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə mülki işçi olaraq elektrik-təmirçi vəzifəsində işləyir. Özü Şəfəq kəndində anadan olmuş və həmişə orada yaşamışdır. Mərhum Qurbanov Rövşən Ənvər oğlunu tanıyır, həmkəndlisi olmaqla yanaşı qonuşuluqda yaşayırlar, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Əksinə olaraq münasibətləri yaxşı olmuşdur. Atası Zöhrab Hüseynov xx xxxxxx 2018-ci il tarixdə vəfat etmişdir və atasının yas mərasimində Rövşən Qurbanov iştirak etmişdir. Rövşənin hansı səbəbdən intihar etməsini bilmir. Rövşən Qurbanov intihar etməmişdən 3-4 gün qabaq ona zəng edib ki, “ünvan 4 ünvanlarını mənə ver”, nə məsələ olduğunu soruşub, cavab verib ki, “Namiqdə şəxsiyyət vəsiqəm var”. Namiqin dəqiq ünvanını bilmədiyini, lakin anasının Razində olduğunu bildirib. Daha sonra sağollaşıblar. Son dəfə Rövşən Qurbanovu vəfat etməmişdən 2-3 gün qabaq səhər saatlarında görüb, işə gedirmiş və Rövşən də heyvanları örüşə qoşurmuş. Həmin vaxt onunla salamlaşıb, hal-əhval tutublar və ondan Namiqi tapıb-tapmadığını soruşub, Rövşən cavab verib ki, “Namiq mənə pul atıb”. Təqsirləndirilən şəxs onun bibisi oğlu olduğundan bir söz deməyib çıxıb gedib. Aralarında başqa heç bir söhbət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə işdən çıxıb öz kəndlərinə gəldikdə eşidib ki, Rövşən özünü tüfənglə vurmuşdur. Rövşən Qurbanovun intihar etməsininin səbəbini bilmir. İş materiallarında olan “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs Qurbanov Rövşən Ənvər oğlunun hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan şəxsin fotoşəkillə tanınması barədə xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid10 tanınma üçün 4 ədəd fotoşəkil təqdim olunmuşdur. Şahid8 ona təqdim olunmuş 4 ədəd fotoşəkili nəzərdən keçirib bildirdi ki, həmin fotoşəkillərdən 2ci olanı xx.xx.2019-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalında Rövşən Qurbanovun göndərdiyi 500 manat pulu, həmçinin sonuncunun göndərdiyi 200 manat pulu Bakı Beynəlxalq avtovağzalında həmin şəxsin götürdüyünü və həmin şəxsin dəftərinə qeyd etdiyi Namiq olduğunu bildirdi. İş materiallarında olan şəxsin fotoşəkillə tanınması barədə xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Şahid3 tanınma üçün 4 ədəd fotoşəkil təqdim olunmuşdur. Şahid3 ona təqdim olunmuş 4 ədəd fotoşəkili nəzərdən keçirib bildirdi ki, həmin fotoşəkillərdən 3ci olanı xx.xx.2018-ci il tarixdə Bakı Beynəlxalq Avtovağzalında Rövşən Qurbanovun göndərdiyi 1600 manat pulu Bakı Beynəlxalq avtovağzalında həmin şəxsin götürdüyünü və həmin şəxsin dəftərinə qeyd etdiyi Təqsirləndirilən şəxs olduğunu bildirdi. İş materiallarında olan xx xxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan məlum olur ki, Goranboy rayon PŞ-nin İB-nin baş müstəntiqi polis mayoru X11 icraatında olan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb etməsinə dair qərar qəbul etmişdir. İş materiallarında olan müdafiəçinin təqsirləndirilən şəxsə təqdim olunması haqqında xx xxx 2019-cu il tarixli qərardan məlum olur ki, Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X2 Namiq Hətəm oğluna təqdim olunmuşdur və sonuncu müdafiəçiyə onun hüquqlarının müdafiəsi ilə bağlı etirazının olmamasını bildirmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət işinin istintaq adiyyəti üzrə göndəriləsi barədə xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, ********* nömrəli cinayət işi üzrə istintaqın davam etdirilməsi üçün Binəqədi rayon Pİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs müdafiəçisi X6 ilə Binəqədi rayon Pİnin İŞ-nə ynvanladıqları ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs səhhətində olan ağır xəstəliyi ilə əlaqədar yataq xəstəsidir, maddi imkanı olmadığı üçün xəstəzanaya müraciət edə bilmir, stasionar qaydada yataq xəstəsi kimi evdə müalicə alır. Buna görə istintaqın çağırışlarına gələ bilməsə üzürlü hesab olunmasını xahiş etmişlər. İş materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2019-cu il tarixli qərardan məlum olur ki, AR CPM-in 53.1.4-cü maddəsin əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs müdafiəçisi X6 ilə Binəqədi rayon Pİnin İŞ-nə ynvanladıqları ərizədən məlum olur ki, Təqsirləndirilən şəxs sağaldığı üçün istintaqa gələ biləcəyini bildirmişdir. İş materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2019cu il tarixli qərardan məlum olur ki, işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələri ilə təqsirli bilinərək 01 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. İnzibati həbs müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 01 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum odlunmuşdur. Hökm şöbəyə xx.xx.2018ci il tarixdə daxil olmuş, məhkum xx.xx.2018-ci ildə qeydiyyata alınmışdır, elektron nəzarət vasitəsi xx.xx.2018-ci il tarixdə tətbiq olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkəmə hazırlıq iclasının xx.xx.2020-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunaraq o, məhkəmə iclas zalından həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs inzibati qaydada həbs olunduğu xx.xx.2019-cu il tarixə çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası 05 ay 19 gün təşkil edir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 10 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş xx xxx 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında Goranboy rayon prokurorluğunun qərarından məlum olur ki, mərhum Qurbanov Rövşən Ənvər oğlunun intihar etməsi faktına görə toplanmış ********* nömrəli cinayət işinin icraatına hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyndən xitam verilmişdir. İş materiallarında olan, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 xidmətindən təqdim edilən diskə baxış keçirilməsi haqqında xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, mərhum Qurbanov Rövşən Ənvər oğlu xx xxxxxx 2019-cu il tarixdə saat ll:20-də və xx xxxxxx 2019-cu il tarixdə saat 09:15-də ***-***-**-** nömrəli telefonla “102” xidmətinə zəng edərək “102” xidmətinin əməkdaşına aşağıdakı məzmunda məlumat vermişdir: 1-ci faylda olan 5 dəqiqə 28 saniyəlik səs yazısı. “102” xidməti əməkdaşı: “102 polisi Həşimova, buyurun.” Rövşən Qurbanov: “Salam xanım, bağışlayın narahat edirəm.” “102” xidməti əməkdaşı: “buyurun.” Rövşən Qurbanov: “Bir adam var, Təqsirləndirilən şəxs, Bakıdan, deməli mən şəxsiyyət vəsiqəsi göndərmişəm, bu adam itib batıb, tapa bilmirəm, mənim şəxsiyyət vəsiqəmi birdə pul göndərmişdim, mən onu hardan tapa bilərəm, bax onu kimə müraciət edim?.” “102” xidməti əməkdaşı: “Nəyi tapmaq istəyirsiniz? Başa düşmədim.” Rövşən Qurbanov: “Adam var bir dənə, mənim sinif yoldaşım, Təqsirləndirilən şəxs, mən ona şəxsiyyət vəsiqəmi vermişəm, bunu tapa bilmirəm, özü Goranboy rayonundandır Bakıda qalandır, yerinidə dəqiq bilmirəm, sizə müraciət etdim ki, onu nətər tapım, yolunu denən, kimə müraciət edim?” “102” xidməti əməkdaşı: “Yəni Namiqi tapmaq istəyirsiniz siz?” Rövşən Qurbanov: “Həm Namiqi, həm sənədi, mənə sənəd lazımdı, mənim şəxsiyyət vəsiqəmdən istifadə ed..,sonradan bilmişəm ki, bu adam türmədədə yatıb.” “102” xidməti əməkdaşı: “ Siz şəxsiyyət vəsiqənizi ona vermisiniz?” Rövşən Qurbanov: “Hə, mən torpaq almaq istəyirdim, mənim sinif yoldaşımdı bilirsinizmi?!” “102” xidməti əməkdaşı: “Aydındır, nəyə görə vermisiniz ki, şəxsiyyət vəsiqəsini ona?” Rövşən Qurbanov: “Torpaq almağa görə, elə bu icra nümayəndəliyindən də ərizədə var, həmin ərizə də durur bu saat, ərizə göndərmişəm ki, Abşeron rayon ərazisindən torpaq almağa görə, bu adamın evlərinə zəng elədim, dedi bir aydı görmürəm, oğluda dedi türmədədi, Kürdəxanıda, getdim kürdəxanıya dedilər belə bir adam yoxdur, 2010-da yatıb ” “102” xidməti əməkdaşı: “Yaxşı, əgər Namiqdən şikayətiniz varsa şəxsiyyət vəsiqənizi bu günə kimi qaytarmırsa qeydiyyata alaq bildirək ərazi polisinə axtarış elan etsinlər?” Rövşən Qurbanov: “Qorxuramki mənim adımdan istifadə edər, qorxum ondandır, səkkiz min manatda elə bil pul göndərmişəm ona.” “102” xidməti əməkdaşı: “səkkiz min manat?” Rövşən Qurbanov: “Bəli, bəli bax ” “102” xidməti əməkdaşı: “Torpaq satacaqdı sizə?” Rövşən Qurbanov: “Hə, satmırdı, elə bil vasitəçilik edirdidə. Sonradan bildiyimə görə heç anası bunun yerini bilmir, oğlu deyir türmədədi, nə bilim sonra deyir Rusiyadadır, ” “102” xidməti əməkdaşı: “Səkkiz min manat puldan şikayətiniz varki onuda qaytarmır, yəni vermisiz ancaq hələ torpağı satmayıb sizə?” Rövşən Qurbanov: “İndi elemək istəmirəmdə, bəlkə elə puldu, nə bilim Vallah, əsas mənə şəxsiyyət vəsiqəsidi, birdə həmin insanı tapıb çıxartmaq lazımdı, özdə Nar mobaylda işləyir, Təqsirləndirilən şəxs.” “102” xidməti əməkdaşı: “Yaxşı, sizin ad, familyanız nədir?” Rövşən Qurbanov: “Qurbanov Rövşən Ənvər oğlu, 1972-ci il təvəllüdlü,.” “102” xidməti əməkdaşı: “Harda yaşayırsınız?” Rövşən Qurbanov: “Goranboy rayonu Şəfəq kəndində” “102” xidməti əməkdaşı: “Bəs şəxsiyyət vəsiqənizi harda vermisiniz ona?” Rövşən Qurbanov: “Şəxsiyyət vəsiqəsini avtobusla göndərmişəm, yol maşını ilə, o da ordan götürübdür.” “102” xidməti əməkdaşı: “Hardan götürüb?” Rövşən Qurbanov: “Bakıda, elə bil buu avtovağzalda götürüb” “102” xidməti əməkdaşı: “Əminsiz orda götürüb?” Rövşən Qurbanov: “Hə, adətən avtobuslar hamısı ora gedir, elə burda Gorandan göndərdim, maşının nömrəsi yadımda deyil, amma fakt çatıb, göndəriyim pul hamısı çatıb.” “102” xidməti əməkdaşı: “ondan sonra danışmışdınız onunla?” Rövşən Qurbanov: “Həə, helə bu yaxmdada danışıb, guya türmədədi, məndə dedim sən nətər türmədəsən, türmədə qoyullarmı danışmağa?! Onda mən ayıldım ki, bu mənə kələk gəlir, gedib mənim adımdan istifadə edər həmin şəxsiyyət vəsiqəsinə, sənədə görə, mənim əsas qorxum ondandı, bunu tapmaq lazımdı xanım, demə bu maşennilk imiş, bağışlayım məni ” “102” xidməti əməkdaşı: “ Nə vaxt göndərmisiniz şəxsiyyət vəsiqəni?” Rövşən Qurbanov: “Goranboy rayon polis bölməsinə gəldimki dedi yox ona biz baxmırıq, dedi Bakıda yaşıyırsa nə bilim Abşeron baxır, Vallah bilmirəm düzü harda qalır, anasının bilirəm dəqiq harda yaşadığını, prostu bilmir, ay yarımdı bilmir bu hardadı, bax belə ” “102” xidməti əməkdaşı: “Aydındır, nə vaxt göndərmisiniz şəxsiyyət vəsiqənizi?” Rövşən Qurbanov: “deməli avqust ayında, arayışı 13-də almışam dəqiq” “102” xidməti əməkdaşı: Aydındır, bəs nəynən göndərmisiz, avtobus deyəndəki yəni Goranboy-Bakı avtobusu ilə göndərmisiz?” Rövşən Qurbanov: “Hə də bu ekarusla, Goranda nə bilim o, nə bilim bilsəm belə şey ola avtobusun nömrəsində götürüm, saxlayardım, yaddaşa salardım, çünki paşti 10-15 il qardaş kimi bir yerdə böyümüşük, kimin ağlına gələrki belə şeylər olar, bəlkə deyirəm bu adam öldürə, bunun nəsə gizlin işi varki bu belə gizlənir, anası bilmir, oğlu deyir Kürdəxanıda yatır, getmişəm orda deyir belə insan yatıb 2010-da vəssalam.” “102” xidməti əməkdaşı: “Yaxşı, bəs səkkiz min manatdan onda şikayətiniz yoxdu?” Rövşən Qurbanov: “Hələki yoxdur, yox. ” “102” xidməti əməkdaşı: “Onda ancaq şəxsiyyət vəsiqəsini qeyd edək” Rövşən Qurbanov: “Bu adam çıxsın ortalığa görüm, bəlkə..” “102” xidməti əməkdaşı: “Namiqin nömrəsində verərdizdə bizə” Rövşən Qurbanov: “Qoy indi baxıb zəng edərəm onda” “102” xidməti əməkdaşı: “Yaxşı, oldu vətəndaş, təşəkkürlər sağ olun” Rövşən Qurbanov: “Hə, oldu sağ ol.” İş materiallarında olan Rövşən Qurbanovun telefonuna baxış protokolundan görünür ki, telefonun “musiqi” qovluğuna daxil olduqda 2 ədəd səs yazısının olduğu müəyyən edildi. Həmin səs yazılarından biri “voicecall-**********4148” adı ilə 42 saniyə olmaqla iş üçün əhəmiyyət kəsb etmir. Digər səs yazısı “voicecall- **********0100” adı ilə 06 dəqiqə 07 saniyədir. Həmin səs yazısı mərhum Rövşən Qurbanovla Şahid4 arasında olan telefon danışığının səs yazısıdır. Səs yazısından məlum olur ki, hər iki tərəf təsdiq edir ki, Təqsirləndirilən şəxs Rövşən Qurbanova Sulutəpə qəsəbəsində torpaq sahəsi satıb, halhazırda Namiq müxtəlif bahanələrlə Rövşənlə görühdən yayınır. Rövşənin Namiqin hərəkətlərindən şikayətçi olduğu birinir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğu zərərçəkmiş şəxs və şahidlərin verdiyi ifadələr və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşır, və bunu məsuliyyətdən yayınmaq üçün seçdiyi üsul kimi qiymətləndirir. Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü müdafiyə xarakteri daşıyan ifadələri məhkəmə prosesndə dindirilmiş şahid ifadələri və cinayət işinin materialları ilə təqzib olunur. Belə ki, Rövşən Qurbanovun Təqsirləndirilən şəxs DİN-in 102 xidmətinə etdiyi şikayətin audio yazısında R.Qurbanovun torpağa görə 8000 manat miqdarında pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs verdiyi, Ağcakənd Bakı istiqamətində sürücü işləyən şəxslərin dəftərlərində “500 m Şəfəq Namiq+5m” yazısının qeyd olunması həqiqətən Təqsirləndirilən şəxs Sulutəpə qəsəbəsində Rövşən Qurbanov üçün torpaq sahəsi alması ilə əlaqədar pul göndərdiyi öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məhkəmə prosesndə onu el arasında «Şəfəq Namiq kimi yox Tovuzlu Namiq kimi» çağırılması və Şəfəq Namiq kimi qeyd olunmuş şəxsin ona heç bir adiyyətinin olmamasına dair ifadələri, onun 1200 manat ailə problemləri ilə əlaqədar Rövşəndən borc alması məhkəmə tərəfindən özünü müdafiyə xarakterli ifadələr kimi qəbul olunur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin məqsədlərini təmin etmiş olur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli 7 №-li Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə prosesində Təqsirləndirilən şəxs etibardansuiistifadəetməvəaldatmayoluiləözgəninəmlakınıələkeçirərək zərərçəkmiş şəxsəxeyli miqdardaziyanvurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir. Onun özünü təqsirli bilməməsi isə özünü müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halların olmasını müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. Məhkəmə prosesində Təqsirləndirilən şəxs qohumlarının zərərçəkmiş şəxsin hüquqi varisinə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 8000 manat ziyanı ödəmək niyyətlərində olması ilə əlaqədar məhkəmə bildirmik istəyir ki, məhkəmə prosesndə təqsirləndirilən şəxs 8000 manat miqdarında pulu onun tərəfindən vurulmuş ziyanın əvəzinə ödəniləcək pul kimi yox, onun sinif yoldaşının ailəsinə kömək məqsədi ilə ödədiyini qeyd etdikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs həmin pulu qəti olaraq qəbul etməkdən imtina etmiş və onun ali təhsilli müəllimə olmaqla dilənçi olmadığını bildirərək təqsirləndirilən şəxslə baraşmayacağını və ondan heç bir miqdarda pul qəbul etməyəcəyini bildirmişdir. . Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün müddəti ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzə maddi sübut kimi tanınmış və cinayət işinin materialına əlavə olunmuş 02 ədəd “CD” farmatlı disk və 04 ədəd kitabçanın Goranboy rayon prokurorluğunun saxlanc anbarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 6 (altı) gün azadlığın məhdudlaşdırması cəzasının xx xxxxxx 2019-cu il tarixədək çəkilməmiş 05 (beş) ay 17 (on yeddi) gün hissəsi, həmin Məcəllənin 68-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanaraq yəni 02 (iki) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə hissəsi ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. İş üzə maddi sübut kimi tanınmış və cinayət işinin materialına əlavə olunmuş 02 ədəd “CD” farmatlı disk və 04 ədəd kitabçanın Goranboy rayon prokurorluğunun saxlanc anbarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar